Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1053/2026 08.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Qocayev İlham Alı oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işin məhkəmə aidiyyəti, apellyasiyanın işi aidiyyəti üzrə göndərməsi) Azərbaycan Respublikası Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, iddiaçı Qocayev İlham Alı oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı Qocayev İlham Alı oğlunun kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Qocayev İlham Alı oğlu (bundan sonra “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən, iddiaçıya məxsus 5000 kv.metr torpaq sahəsindəki 1400 kv.metr anbardan ##.##.2022-ci ildən ##.##.2023-cü ilədək 13 ay müddətində istifadəyə görə 55120 manat, 760 kv.metr anbardan ##.##.2023cü ildən ##.##.2024-cü ilədək 15 ay müddətində istifadəyə görə 39150 manat, 548 kv.m talvardan ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək olan 28 ay müddətində istifadəyə görə 64400 manat, 107.2 kv.m talvardan ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək olan 28 ay müddətində istifadəyə görə 12600 manat olmaqla, cəmi 171270 manat haqqın cavabdeh Cavabdeh MMC-dən (bundan sonra “cavabdeh”xxxx“MMC”) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 64400 manat icarə haqqı tutularaq iddiaçı Qocayev İlham Alı oğluna ödənilməsi qət edilmişdir. (hakim Kərim Xudayev)
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə (tam) də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmçinin cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(004) ***/**** saylı qətnaməsi ləğv edilərək işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Günel Abbasova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski).
7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində icarə haqqı ilə bağlı mübahisəsi yaranmış, iddiaçı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişdir. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından iddiaçının (##.##.2020-ci il tarixindən VÖEN: 1006581832 verilmiş) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs və cavabdehin isə (VÖEN: **********) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn hüquqi şəxs statusuna malik olmaları müəyyən edilmişdir.
8. Halbuki yuxarıda sadalanan iki hal kifayət edir ki, hazırkı mübahisə MPM-nin tələblərinə və Ali Məhkəmə Plenumunun ##.##.2020-ci il tarixli Qərarının izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Beləliklə, tərəflər arasında mübahisənin yaranmasına faktiki əsas – fərdi sahibkar olan hər iki tərəfin gəlir əldə etmək məqsədilə məşğul olduqları birgə fəaliyyətdir.
9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır. 10.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 1, 24.2, 25, 26, 30, 31.1, 32.3-32.5-ci maddələri və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2020-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 11.Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək apellyasiya şikayətinə əsasən işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş etmişdir. 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin məhkəmə aidiyyətini müəyyən edərkən işdə iştirak edən şəxslərin subyekt tərkibini düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı ##.##.2020-ci ildə “01131 – Tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi” fəaliyyət növü üzrə fərdi sahibkar kimi vergi uçotuna alınmış, onun ərizəsinə əsasən vergi uçotu ##.##.2021-ci ildə ləğv edilərək fəaliyyətinə xitam verilmiş və yalnız ##.##.2024-cü ildə vergi ödəyicisi olan fiziki şəxs kimi əsas fəaliyyət növü “6820002 – Digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi” olmaqla yenidən uçota alınmışdır. Beləliklə, iddiaçının fərdi sahibkar statusu ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək və ##.##.2024-cü ildən qüvvədə olmuşdur. ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək olan dövrdə isə iddiaçının fərdi sahibkar statusu (vergi uçotu) olmamışdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi Yasamal rayon məhkəməsinə ##.##.2024-cü ildə daxil olmuş və həmin məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddia ərizəsi məhkəməyə verildiyi və icraata qəbul olunduğu vaxtda iddiaçının fərdi sahibkar statusu olmadığı, yəni mübahisə tərəflərinin subyektiv tərkibi mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna etdiyi üçün iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə Yasamal rayon məhkəməsinin icraatına qəbul edilmişdir. İş məhkəmənin icraatına qəbul olunduqdan sonra - ##.##.2024-cü ildə iddiaçının fərdi sahibkar statusu əldə etməsi, yəni mübahisənin fərdi sahibkar və hüquqi şəxs arasında davam etməsi Azərbaycan Respublikası MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin subyektiv tərkibini müəyyən edərkən iddiaçının ##.##.2020-ci ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul оlаn fiziki şəxs kimi vergi uçotuna alınması barədə “Elektron Məhkəmə” İS-nin məlumatlarına istinad etmiş, onun fərdi sahibkar statusunun (vergi uçotunun) ##.##.2021-ci ildə ləğv olunduğunu və yalnız ##.##.2024-cü ildə yenidən uçota alındığını nəzərə almamışdır. Ola bilər ki, vergi ödəyicisi barədə “Elektron Məhkəmə” İS-nə inteqrasiya edilmiş məlumat natamam olsun, iddiaçının vergi uçotunun ləğvi və yenidən uçota alınması barədə məlumat “Elektron Məhkəmə” İS-də olmasın. Lakin bu natamamlıqdan doğan səhv nəticə işin kommersiya məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə aidiyyəti ilə bağlı məsələnin müzakirəsində iddiaçının vergi uçotunun pandemiya dövründə ləğv olunduğunu və xeyli müddət sonra yenidən uçota alındığını bildirsə də (iclasın videoyazısına baxmaqla bunu müəyyən etmək olar), məhkəmə qeyd olunan məqamları araşdırmadan və yalnız “Elektron Məhkəmə” İS-nin məlumatlarına əsaslanmaqla yuxarıda göstərilən qərardadı çıxarmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindənxxxxxidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyəxxxxdigər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyəxxxxkommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsixxxxaidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında buxxxxdigər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.”
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı:
Bənd 11. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumixxxxkommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqdaxxxxbirgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bənd 17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Bənd 20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı və cavabdehlər vergi ödəyiciləridir. İddia tələbi tərəflərin məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində icarə haqqının ödənilməsi barədədir.
16. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
17. Hazırkı mübahisənin də tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi olması şübhə doğurmur.
18. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə tərəflər məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində icarə haqqı ilə bağlı tərəflər arasında mübahisə yaranmış, iddiaçı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişdir. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından iddiaçının (##.##.2020-ci il tarixindən VÖEN: 1006581832 verilmiş) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs və cavabdehin də (VÖEN: **********) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn hüquqi şəxs statusuna malikdirlər.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 7-10cu bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır. Belə ki, məhkəmə aidiyyətini müəyyən edərkən apellyasiya instansiyası məhkəməsi tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini aydınlaşdırmış, bununla bağlı prosessual hüququ normalarına düzgün istinad etmişdir. Həmçinin gəlinən nəticə məhkəmə aidiyyəti ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Plenum qərarında əks edilən hüquqi mövqeyə də uyğun olmuşdur.
20. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, məhz həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi araşdırma apararaq işin məhkəmə aidiyyətini müəyyən etmişdir.
21. MPM-in 31.2-ci maddəsi ilə bağlı dəlil də əsaslı deyil. Həmin normaya görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
22. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının özünün bildirdiyi işin hallarına görə icarə müqaviləsi ## #### 2015-ci ildə bağlanıb, onun müddəti müxtəlif vaxtlara qədər uzadılıb, bu dövrün xeyli hissəsi iddiaçının sahibkar kimi qeydiyyatda olduğu vaxta təsadüf edib.
23. İddiaçının müəyyən dövriliklə sahibkar kimi qeydiyyatda olması, fəaliyyətini dayandırması, qeydiyyatının ləğv edilməsi və sonradan yenidən sahibkar kimi fəaliyyətini bərpa etməsi baxımından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-in 31.2ci maddəsini hazırkı işə tətbiq etməmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanmalıdır.
25. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi
Qərara aldı: Kassasiya şikayət təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.