Məhkəmə qərarları › İş №2(1-8)-1085/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1085/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1085/2026 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı ilkin və iddiaçılar cavabdeh2, cavabdeh3 və cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARDADİ (Açar sözlər: pul tələbi, maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə 2026cı il ## ###### tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşılıqlı iddiaçılar) cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Kassasiya şikayətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Iş materiallarından müəyyən edilir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşılıqlı iddiaçılar) cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişdir. Belə ki, hazırkı iş üzrə ilkin və qarşılıqlı iddia vardır. Ilkin iddianın qiyməti 147.880 manat, qarşılıqlı iddianın qiyməti isə 74.350 manat təşkil edir. Iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşılıqlı iddiaçılar) cavabdeh2, cavabdeh3 və cavabdeh1 apellyasiya məhkəməsinin qətnaməsini tam (həm ilkin, həm də qarşılıqlı iddiaya aid hissədə) mübahisələndirir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşılıqlı iddiaçılar) cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 375,46 manat (218,94 manat (ilkin iddiaya münasibətdə)+156,52manat (qarşılıqlı iddiaya münasibətdə) təşkil etməlidir. Lakin kassasiya şikayətləri verilərkən, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşılıqlı iddiaçılar) cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən müvafiq olaraq 221 manat və 152 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli, kassasiya şikayətləri müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə 2026cı il ## ###### tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşılıqlı iddiaçılar) cavabdeh2, cavabdeh3 və cavabdeh1 verdikləri kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətləri müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar