Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1092/2026 14.05.2026 ALI MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 MMC, maraqlarına toxunan şəxslər maraqlı şəxs1 və maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDI: Cavabdeh cavabdeh1 MMC, maraqlarına toxunan şəxslər maraqlı şəxs1 və maraqlı şəxs2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən kassasiya vermiş, Ali Məhkəmənin 2026-cı 24 aprel tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayətləri icraata qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsi 2026-cı il # ### tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizəyə baxılması üçün mülki işin göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan prosessual hərəkətlərinin icrası məqsədi ilə hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Işin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2026-cı il ## ##### tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iş kassasiya baxışından çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-1092/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1092/2026
14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver