Məhkəmə qərarları › İş №2(1-8)-1093/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1093/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1093/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Hüquqi varis Açıq Səhmdar Cəmiyyətinin (Öncəki-İddiaçı X10 Açıq Səhmdar Cəmiyyəti) cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və X5 ibarət tərkibdə, iddiaçı Hüquqi varis ASC-in cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Hüquqi varis ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alan Cavabdeh ünvan 1 ünvanında yerləşən evin alınması üçün illik 16% ödənilməsi şərti ilə 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.5.1-ci bəndinə əsasən Cavabdeh məxsus olan yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur.

2. Gəncə şəhəri * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ## #### 2012-ci il tarixli icra qeydinə əsasən, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun Hüquqi varis ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldillərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi müəyyən edilmişdir.

3. Qeyd olunan əmlak Gəncə şəhəri * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş icra qeydinə əsasən Gəncə şəhər Icra Idarəsinin sifarişi ilə açıq hərraca çıxarılmış və 20.588 ABŞ dolları məbləğində borc əvəzi olaraq Hüquqi varis ASC-yə təklif edilmiş və yekunda hərracın nəticələrinə dair protokol əsasında Bankın balansına alınmışdır. Əmlak icra məmurları tərəfindən boşaldılaraq banka təhvil verilmişdir.

4. “xxxx Bank” IKB ASC-də 2019-cu ilin noyabr ayında rebrendinq ((ing. rebranding) brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) həyata keçirmiş və Bankın adı Hüquqi varis ASC olaraq dəyişdirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. Kreditor Hüquqi varis ASC borclu cavabdeh Cavabdeh qarşı ərizə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müaciət edərək, ## ###### 2007-ci il tarixli ***(İ) saylı kredit müqaviləsi üzrə borcludan 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 35.072,15 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Hüquqi varis ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli ***(İ) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alan Cavabdeh ünvan 1 ünvanında yerləşən evin alınması üçün illik 16% ödənilməsi şərti ilə 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.

7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)- ****/**** nömrəli, ## #### 2018-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh iddiaçının xeyrinə 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 35.072,15 ABŞ dolları məbləğində pulun borcun və 30 manat dövlət rüsumunun tutulması əmr edilmişdir (hakim Rasim Kazımov).

8. Borclu Cavabdeh məhkəmə əmrindən verdiyi etiraz əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2020-ci il tarixli qərardadı ilə qeyd olunan məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçirilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli, */**** nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2007-ci il tarixli, ***(İ) nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcunun düzgünlüyünü əlavə sənədlər tam təmin olunmadığı üçün müəyyən etmək olmadı.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli, */**** nömrəli rəyi ilə iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları və ##.##.2007-ci il tarixli ***(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni ## ###### 2020-ci il tarixə cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 15.677,01 ABŞ dolları, faiz borcu üzrə 25.142,02 ABŞ dolları olmaqla, cəmi 40.819,03 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda ## ###### 2007-ci il tarixli, ***(İ) nömrəli kredit müqaviləsi üzrə borclunun banka olan 15.677,01 ABŞ dolları məbləğində əsas borcu, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə borcunun düzgün hesablanıb-hesablanmaması haqqında sual qoyulsa da, təqdim edilmiş iş materiallarında qeyd edilən iddia məbləğlərini əks etdirən maliyyə arayışı və yaxud iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə öz əksini tapmamışdır. Bu səbəbdən də hazırki tədqiqatla hesablamalar iş materiallarında olan ##.##.2020-ci il tarixli maliyyə arayışının tarixinədək aparılmışdır.

11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən ##.##.2007-ci il tarixli ***(İ) saylı kredit müqaviləsi üzrə 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34.625 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza xərci ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli rəylər üzrə 150 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Rasim Kazımov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Yəni, iddiaçı tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini mübahisələndirdiyi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, ##.##.2007-ci il tarixli ***(İ) saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği iddia ərizəsində göstərilmiş əsas borcun məbləğindən çoxdur. Buna görə də ##.##.2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcu həmin müqavilə üzrə iddia tələbinə uyğun tutulmalıdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış 497,15 ABŞ dolları məbləğində cərimə borcu yüksək olduğu üçün, cərimə pulu 50 ABŞ dolları məbləğinədək azaldılmalı və iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 425.1. 427.3, 442.1, 458.1, 465.2, 467, 739 və 742.1-ci; Mülki Prossesual Məcəlləsinin 76.1, 76.2, 88, 119.1, 185.5, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 222.1 və 222.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi birtərəfli və natamam olmuş, cavabdehin təqdim etdiyi sənədlər nəzərə alınmamış və nəticədə borc düzgün hesablanmamışdır. Belə ki, ekspert yalnız iddiaçının maliyyə arayışı və hesabdan çıxarışına əsaslanmış, cavabdehin ödənişləri və ipoteka ilə bağlı sənədləri araşdırmamışdır. Bundan başqa məhkəmə cavabdehin vəsatətləri və əlavə sənədlərin tələb olunmasını təmin etməyərək işə baxmışdır. Belə ki, borcun hesablanmasında 2012-ci ildən ləğv edilmiş müqavilə və notariat icra qeydi nəzərə alınmamış, ödənişlərin bir hissəsi isə yanlış göstərilmişdir. Bundan başqa, məhkəmə prosesi düzgün təşkil edilməmiş, vəkildən qabaqcadan məlumat alınmamışdır. Işin obyektiv araşdırılması üçün təkrar ekspertiza və bütün müvafiq sənədlərin iddiaçıdan alınması tələb olunurdu, lakin bu təmin edilməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Məhkəməsinin ##.##.2023-cü il tarixli, */**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## ###### 2007-ci il tarixdə bağlanmış ***(İ) saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə cavabdehin iddiaçıya ## ##### 2012-ci il tarixə olan borcu əsas borc üzrə 58.482,89 ABŞ dolları, faiz borcu üzrə 23.502,00 ABŞ dolları, ## ######## 2014-cü il tarixə olan əsas borc üzrə 37.265,84 ABŞ dolları, faiz borcu üzrə 42.843,98 ABŞ dolları, ## ###### 2020-ci il (maliyyə arayışı c.i.v 72) tarixə olan əsas borc üzrə 15.677,47 ABŞ dolları, faiz borcu üzrə 68.339,70 ABŞ dolları təşkil edir. Həmçinin rəydə qeyd edilmişdir ki, iddia olunan (maliyyə arayışı c.i.v 72) və ekspertiza tədqiqatının gəldiyi faiz borcu nəticələri arasındakı kəskin fərqə səbəb iş materiallarında ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır.

19. Daha sonra Məhkəmə Ekspertizası Məhkəməsinin ## ###### 2023-cü il tarixli, */**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və ##.##.2007-ci il tarixli ***(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya ekspert qarşısında qoyulmuş birinci sual üzrə ##.##.2014-cü il tarixə olan əsas borcu 65.729,48 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, ikinci sual üzrə ##.##.2014-cü il tarixə əsas borcu 24.854,29 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, ##.##.2014-cü il tarixə əsas borcu 21.029,71 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, üçüncü və dördüncü suallar üzrə ##.##.2018-ci il tarixə əsas borcu 24.854,29 ABŞ dolları, faiz borcu 36.005,88 ABŞ dolları və ##.##.2018-ci il tarixə əsas borcu 21.029,71 ABŞ dolları, faiz borcu 33.721,33 ABŞ dolları təşkil edir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 300 manat pulun cavabdehdən tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Azər Bayramov və Aygül Isgəndərova).

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Iddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Kollegiya qeyd etmişdir ki, bundan əlavə əsas və faiz borcuna münasibətdə məhkəmə kollegiyası tərəfindən borcun düzgün müəyyən edilməsi üçün məhkəməmühasibatlıq

22. ekspertizaları təyin edilmiş, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən kredit borcuna dair sənədlər (maliyyə arayışı, hesabdan çıxarış və s.) ətraflı araşdırılaraq, ödənişlər nəzərə alınmaqla müvafiq rəy verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırılmışdır, həmin rəyləri şübhə altına almaq üçün əsaslar yoxdur.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən Azərbaycan Respublikası MPMnin 218.3-cü maddəsinə görə iddia ərizəsinə uyğun müəyyən edilməlidir.

24. Məhkəmə kollegiyası sonda qeyd etmişdir ki, cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı birinci instansiya məhkəməsinin cəriməni azaldaraq 50 ABŞ dolları həddində müəyyən etməsi işin hallarına uyğundur.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 449, 458.1, 465.2, 467 və 739.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1, 372.1, 372.6, 372.7 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyasındakı birinci icraat

26. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qərarını ekspertiza rəylərinə əsasən vermişdir. Halbuki rəylər bir-birinə ziddir və digər sübutlarla təkzib olunur. Cavabdeh tərəfindən 2017-ci ildə ödəniş edilməməsinə baxmayaraq, bu ödənişin kim tərəfindən həyata keçirildiyi həmçinin 2012-ci ildən bəri kredit münasibətlərinin ləğv olunduğu halda borcun hesablanması aydınlaşdırılmayıb. Ipoteka ilə yüklü ev notariusun 2012-ci il icra qeydi əsasında qanunsuz olaraq bankın mülkiyyətinə keçmiş və 2014-cü ildə hərracda iddiaçı tərəfindən 35.062 manata alınmasına baxmayaraq borcdan silinməmişdir. Nəticədə iddiaçı həmin məbləği 3 ildən çox müddət saxlamış, cavabdehin ödədiyi təxminən 26.000 ABŞ dolları və evin satışından əldə olunan 45.000 ABŞ dolları nəzərə alınmamışdır. Həmçinin ekspertin rəyində cavabdehin təqdim etdiyi sənədlər araşdırılmayıb və yalnız iddiaçının verdiyi yalan və düzgün olmayan məlumatlara əsaslanmışdır. Beləliklə, ekspert rəyinin birtərəfli və tam hesab edilə bilməyəcəyi, borcun düzgün hesablanmasının təmin edilmədiyi açıqdır. Belə ki, ##.##.2018-ci ildə iddiaçı cavabdehin borcunu 15.133 ABŞ dolları göstərsə də, bir ay sonra ##.##.2018-ci il tarixdə əmr icraatı üzrə 35.072,15 ABŞ dolları tələb etmişdir. Ekspert rəyində ##.##.2020-ci ilə qədər dövr yoxlanılmış olsa da, borcun hesablanması düzgün deyil, çünki müqavilə artıq ləğv edilmiş, notariusun ##.##.2012-ci il icra qeydi əsasında 58.482,89 ABŞ dolları tutulmuş, ipoteka ilə yüklü əmlak isə bankın balansına keçmişdir. Tərəflərin kredit münasibətləri bitdiyindən borcun yenidən hesablanması lazım deyildi. Hesabdan çıxarışda 2009-2018-ci illər əhatə olunmasına baxmayaraq, 2011-ci ilədək cavabdehin etdiyi təxminən 26.000 ABŞ dolları ödəniş göstərilməmiş və ekspertə məlumat verilməmişdir. Ekspert rəyində ##.##.2017-ci il ödənişi göstərilsə də, belə ödəmə olmayıb və məhkəmə bu sənədləri araşdırmamışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər X2 (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə).

29. Işin araşdırılması baxımından, həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya öz hüquqi mövqeyi ilə bağlı qeyd etmişdir ki, işə baxan məhkəmələr, tərəflər arasında bağlanmış ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsinin iddiaçının məhkəməyə müraciət etdiyi ## #### 2018-ci il tarixdə qüvvədə olub-olmamasını, həmin müqavilə üzrə cavabdehdən faiz borcu və cərimənin tutulmasının mümkünlüyünü “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarının hüquqi mövqeyinə uyğun yoxlamadan iddianın təmin edilməsi barədə nəticəyə gəlmişlər.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara, yəni borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı IKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi barədə Gəncə şəhəri * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ## #### 2012-ci il tarixli icra qeydinə, habelə İddiaçı IKB ASC-nin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinə və Cavabdeh ünvanlanmış ##.##.2018-ci il tarixli, **/**** nömrəli məktuba diqqət yetirməmiş, həmin sübutlara Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyinə uyğun qiymət verilməmişlər.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı IKB ASC-nin xeyrinə tutulması və həmin tələbin ipoteka predmetinə yönəldilməsi barədə Gəncə şəhəri * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ## #### 2012-ci il tarixli icra qeydi mövcud olduğu, həmçinin həmin icra qeydinə əsasən icra tədbirləri həyata keçirildiyi halda, habelə Bankın yuxarıda qeyd olunan məktubunda borclu Cavabdeh icra qeydi üzrə halhazırda Bank qarşısında 15.133 ABŞ dolları məbləğində borcunun mövcud olması müəyyən edildiyi halda, Bankın cavabdehdən tələb etdiyi 15.677,01 ABŞ dolları məbləğində əsas borc, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu və 497,15 ABŞ dolları məbləğində cərimə borcunun təkrarən tələb edilib-edilməməsinə, bununla da iddiaçının hüquqdan sui-istifadəyə yol verib-verməməsi məhkəmələr tərəfindən çəkişmə prinsipinin tələbinə uyğun araşdırılmamış və həmin hallara düzgün hüquqi qiymət verilməmişdir.

32. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi ## #### 2012-ci il tarixli icra qeydi verildikdən sonra cavabdehin ipoteka predmetini hansı tarixdə təhvil verməsini araşdırmamış, iş üzrə ##.##.2023-cü il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən ipoteka predmetinin Bank tərəfindən ## ######## 2014-cü il tarixdə hərracdan 35.062,50 manata qəbul edilməsini nəzərə almamışdır.

33. Bununla bağlı kollegiya bildirmişdir ki, apellyasiya məhkəməsi ekspert rəyinin mötəbərliyini qiymətləndirərkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən kredit borcuna dair sənədlər (maliyyə arayışı, hesabdan çıxarış və s.) ətraflı araşdırılaraq, ödənişlər nəzərə alınmaqla müvafiq rəy verilməsini qeyd etsə də, ekspert qarşısında suallar qoyarkən ipoteka ilə yüklü edilmiş əmlakın dəyərini 32.062,50 manat göstərmiş, həmin əmlakın dəyərinin 0,7844 ABŞ dolları məzənnəsi ilə hesablansa da icra qeydinin verildiyi ##.##.2014-cü il tarixə nə qədər olması barədə sual qoymuş, ekspertin isə həmin sualı düzgün cavablandırmamasına əhəmiyyət verməmişdir. Halbuki həmin vaxt ekspertin 35.062,50 manata alınmış əmlakın dəyərinin 0,7844 ABŞ dolları məzənnəsi ilə hesablanarsa, icra qeydinin verildiyi ## #### 2012-ci il tarixə qalan borcun hansı məbləğdə olmasını müəyyən etməsi hazırkı iş üçün əhəmiyyət kəsb etmişdir.

34. Kollegiya əlavə olaraq bildirmişdir ki, lakin, ekspert rəylərinindən görünür ki, ekspertlər tərəfindən ## ###### 2023-cü il tarixli rəydə cavabdeh Cavabdeh tərəfindən 68.000 ABŞ dolları məbləğində kredit vəsaitinə görə sualda göstərilən ##.##.2014-cü il tarixinədək Banka 52.492 ABŞ dolları məbləğində ödəniş edilməsi, ## ###### 2023-cü il tarixli rəydə isə 68.000 ABŞ dolları məbləğində kredit vəsaitinə görə ##.##.2020-ci il tarixinədək Banka 74.080,37 ABŞ dolları məbləğində ödəniş edilməsi müəyyən edilsə də, ipoteka predmetinin (1 manat 0,7844 ABŞ dolları məzənnəsi ilə) Bankın hesabına hansı qiymətə keçməsi ilə bağlı dəqiq məlumat qeyd olunmamışdır.

35. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 399, 421, 424, 425, 427, 439, 442, 443, 447, 449, 458 və 739-cu; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 97.1, 101.7, 103.1, 217.4, 407.2, 416.1, 417 və 418ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Təkrar apellyasiya baxışı zamanı Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** saylı rəyinə əsasən , 35.062,50 manatın ##.##.2014-cü il tarixə ABŞ dollarının həmin günə Azərbaycan manatına olan məzənnəsi (1 manat=0,7844 ABŞ dolları) nəzərə alındıqda həmin məbləğ 44.699,77 ABŞ dolları təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və ##.##.2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən ##.##.2012-ci il tarixə əsas borc 58.482,89 ABŞ dolları olmaqla Cavabdeh ##.##.2014-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 12.593,77 ABŞ dolları məbləğində, ##.##.2018-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və illik 5%-lə əldən çıxmış fayda borcu 13.797,95 ABŞ dolları məbləğində və ##.##.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və illik 5%-lə əldən çıxmış fayda borcu 15.260,31 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən ##.##.2014-cü il tarixə əsas borc üzrə 12.593,77 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 16%-lə); ##.##.2018-ci il tarixə əsas borc üzrə 11.593,77 ABŞ faiz borcu üzrə 0,00 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 2.204,18 ABŞ dolları; ##.##.2020-ci il tarixə əsas borc üzrə 11.593,77 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 16%-lə) əldən çıxmış fayda borcu üzrə 3.666,54 ABŞ dolları (illik 5%lə); Ikinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və ##.##.2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh ##.##.2014-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 42.546,60 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən ##.##.2014-cü il tarixə əsas borc üzrə 42.546,60 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 16%-lə). Üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı tədqiqatla müəyyən edilmiş 44.699,77 ABŞ dolları cavabdehin iddiaçıya olan 58 482,89 ABŞ dolları borcundan silinərdisə, cavabdehin iddiaçıya ödənilməmiş qalan borcu 13.783,12 ABŞ dolları məbləğində təşkil edərdi və həmən məbləğə ##.##.2012-ci il tarixdən ##.##.2018-ci il tarixədək illik 5%-lə faiz hesablanmaqla ümumi borc məbləği 17.944,86 ABŞ dolları məbləğində və ##.##.2012-ci il tarixdən ##.##.2020-ci il tarixədək illik 5%-lə faiz hesablanmaqla ümumi borc məbləği 19.629,46 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: ##.##.2018-ci il tarixə əsas borc üzrə 13.783,12 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 4.161,74 ABŞ dolları (illik 5%-lə). ##.##.2020-ci il tarixə əsas borc üzrə 13.783,12 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 5.846,34 ABŞ dolları (illik 5%- lə). Beşinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh ## ###### 2007-ci il tarixli, ***(l) saylı kredit müqaviləsi üzrə ##.##.2012-ci il tarixdən sonra 22.761,00 ABŞ dolları məbləğdə ödəniş edilmişdir və həmin ödənişlərin tarixləri və silinmələri hazırki rəyin təsviri hissəsində bir məlumatlarında öz əksini tapır.

37. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılaraq iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 650 (altı yüz əlli) manat pulun iddiaçı Hüquqi varis ASCdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakimlər- X8 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə).

38. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi öz mövqeyinə münasibətdə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı kredit öhdəliyini lazımi qaydada icra etməyən cavabdeh Cavabdeh ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsi üzrə ümumlikdə 58.482.89 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsi üçün notariat kontoruna müraciət edəcəyi barədə bildirişi cavadehə verdiyi vaxtdan, yəni cavabdehlə bağlanmış həmin kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini bildirdiyi vaxtdan tərəflər arasında bağlanmış ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsinə xitam verilmiş sayılır. Belə olan halda cavabdeh kredit borcu üzrə faiz hesablana bilməz. Lakin Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

39. Bununla bağlı kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi verildikdən, hətta ipoteka predmeti iddiaçı tərəfindən mülkiyyətinə alındıqdan sonra da, kredit borcuna faizlər hesablanmaqda davam etmiş, ipoteka predmeti olan fərdi yaşayış evi iddiaçı tərəfindən ##.##.2014-cü il tarixdə keçirilmiş hərrac nəticəsində əldə edilmiş olsa da, ipoteka predmetinin 25 % endirilmiş qiyməti olan 35.062,50 manat cavabdehin borcundan həmin vaxtı yox, 2017-ci ildə silinmiş, nəticədə cavabdehin qanunla qorunan hüquqları iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 2014-cü ildə 1 manat=0,7844 ABŞ dolları təşkil etdiyindən cavabdehin borcundan silinməli məbləğ 44.699,77 ABŞ dolları təşkil etməli olduğu halda, 2017-ci ildə həmin rəqəm 1 ABŞ dolları=1,703 manat olmuş, nəticədə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə banka olan borcundan 44.699,77 ABŞ dolları əvəzinə 20.588 ABŞ dolları silinmişdir.

40. Kollegiya həmçinin bildirmişdir ki, halbuki, həmin 35.062,50 manat (iddiaçı Gəncə şəhəri Bayan küçəsində yerləşən ***A saylı fərdi yaşayış evini ##.##.2014-cü il tarixdə keçirilmiş hərrac nəticəsində 35.062,50 manat borc əvəzi kimi qəbul etmişdir) cavabdehin 58.428,89 ABŞ dolları məbləğində borcundan 2014-cü ildə silinmiş olsaydı, onda cavabdehin iddiaçıya ödənilməmiş borcu 13.729,12 (58.428,89 - 44.699,77) ABŞ dolları təşkil edəcəkdi. Icra qeydinin verildiyi ## #### 2012-ci il tarixdən sonra cavabdehin ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsi üzrə 22.761,00 ABŞ dolları məbləğdə ödəniş etdiyi nəzərə alındıqda onun iddiaçıya həmin kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu və faiz borcunun qalmadığı müəyyən olunur. Iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi işin həmin hallarını nəzərə almadan, beləliklə də tam və hərtərəfli araşdırma aparmadan yuxarıda göstərilən nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 449, 458 və 739-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 384.0.1, 385.2, 389 və 390-cı maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin dəlilləri

42. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək apellyasiya şikayətini rədd etməklə maddi hüququ normasının pozuntusuna yol vermişdir. Məcəllənin 449-cu maddəsinin bu işə tətbiqi düzgün deyil ona görə ki, həm həmin normadan, həm də ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında açıq şəkildə görünür ki, qeyd olunan maddənin dispozisiyası tamam fərqli münasibətlərdən bəhs edir. Məhz normadan göründüyü kimi borclu pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdırsa, bu zaman o, məcəllənin 449-cu maddəsi üzrə hüquqi tədbirə (sanksiyaya) məruz qalmalıdır. Sözügedən plenum qərarında açıqca göstərilmişdir ki, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Aydın məsələdir ki, söhbət sanksiyadan gedirsə, deyə bilərik ki, hansısa bir qayda pozuntusunun olduğu yerdə, qanunvericiliyin müəyyənləşdirdiyi formada bu pozuntuya görə tənbeh (sanksiya) nəzərədə tutulmuşdur. Məcəllənin 449-cu maddəsi də burada edilən pozuntuya adekvat cavabı müəyyənləşdirmişdir. Şəxsin məsuliyyət məsələsi gündəmə gəlirsə, təbbi ki, ilk əvvəl onun buna görə təqsiri olub-olmaması sualına cavab tapılmalıdır. Məhz Konstitusiya Məhkəməsi də qərarında borclunun məcəllənin 449cu maddəsinə görə hansı halda məsuliyyət daşıyacağını göstərmişdir. Iddia tələbinin hüquqi əsasını MM-in 445.7-ci maddəsi təşkil etməsinə baxmayaraq, məhkəmə səhvən 449-cu maddəsinin tələblərindən çıxış edərək belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, tələbin ipoteka predmetinə yönəldilməsindən sonra məsuliyyətdən azaddır. Belə ki, 2018-ci il tarixli tələbimizə əsasən bank tərəfindən cavabdehdən 18897,99 ABŞ dolları faiz borcu tələb olunmuşdur. ##.##.2007-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi bank cavabdehə 156 aylıq müddətə (13 il) illik 16 faizə 68000 ABŞ dolları borc verilmiş, ##.##.2012-ci il tarixli icra qeydi əsasında cavabdehdən 58482,89 ABŞ dolları məbləğində pulun tutulması qərara alımışdır. Bu hallar tərəfimizdən ona görə qabardılır ki, 2012-ci il tarixdə tələb olunan 58482,89 ABŞ dolları yalnız əsas borc olmuş, həmin məbləğə görə hesablanmış faiz borcu həmin vaxtı tələb edilməmişdir. belə olduğu halda da bankın kredit müqaviləsi üzrə faiz borcunu tələb etməkdə tam hüququ qalmaqdadır. Məhz bank bu hüququndan istifadə edərək 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu iş üzrə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarının 72-ci bəndindən çıxış edərək hesab olunsa ki, kredit müqaviləsi artıq məhkəmə əmri verildiyi tarixdən ləğv edilmişdir, onda nəzərə alaq ki, bankın həmin dövrə qədərki müqavilə üzrə faiz borcu və ondan sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz borcu yaranmışdır. Nəticədə apellyasiya instansiya məhkəməsi MM-in 449 maddə üzrə yoх, 445.7-ci maddənin tələbi əsasında işə baxmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi. (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan mətn)

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

34. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

35. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

38. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

39. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 443.5. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

41. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

42. Maddə 447.4. Müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər.

43. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

44. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

45. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

46. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

47. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

48. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

49. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

56. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

57. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara ardıcıl hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

68. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə bir daha qeyd edir ki, iddiaçı kredit öhdəliyini lazımi qaydada icra etməyən cavabdeh Cavabdeh ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsi üzrə ümumlikdə 58.482.89 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsi üçün notariat kontoruna müraciət edəcəyi barədə bildirişi cavadehə verdiyi vaxtdan, yəni cavabdehlə bağlanmış həmin kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini bildirdiyi vaxtdan tərəflər arasında bağlanmış ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsinə xitam verilmiş sayılır. Belə olan halda cavabdeh kredit borcu üzrə faiz hesablana bilməz. Lakin Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Iddiaçı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi verildikdən, hətta ipoteka predmeti iddiaçı tərəfindən mülkiyyətinə alındıqdan sonra da, kredit borcuna faizlər hesablanmaqda davam etmiş, ipoteka predmeti olan fərdi yaşayış evi iddiaçı tərəfindən ##.##.2014-cü il tarixdə keçirilmiş hərrac nəticəsində əldə edilmiş olsa da, ipoteka predmetinin 25 % endirilmiş qiyməti olan 35.062,50 manat cavabdehin borcundan həmin vaxtı yox, 2017-ci ildə silinmiş, nəticədə cavabdehin qanunla qorunan hüquqları iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 2014-cü ildə 1 manat=0,7844 ABŞ dolları təşkil etdiyindən cavabdehin borcundan silinməli məbləğ 44.699,77 ABŞ dolları təşkil etməli olduğu halda, 2017-ci ildə həmin rəqəm 1 ABŞ dolları=1,703 manat olmuş, nəticədə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə banka olan borcundan 44.699,77 ABŞ dolları əvəzinə 20.588 ABŞ dolları silinmişdir. Halbuki, həmin 35.062,50 manat (iddiaçı Gəncə şəhəri Bayan küçəsində yerləşən ***A saylı fərdi yaşayış evini ##.##.2014-cü il tarixdə keçirilmiş hərrac nəticəsində 35.062,50 manat borc əvəzi kimi qəbul etmişdir) cavabdehin 58.428,89 ABŞ dolları məbləğində borcundan 2014-cü ildə silinmiş olsaydı, onda cavabdehin iddiaçıya ödənilməmiş borcu 13.729,12 (58.428,89 - 44.699,77) ABŞ dolları təşkil edəcəkdi. Icra qeydinin verildiyi ## #### 2012-ci il tarixdən sonra cavabdehin ## ###### 2007-ci il tarixli, ***(İ) saylı kredit müqaviləsi üzrə 22.761,00 ABŞ dolları məbləğdə ödəniş etdiyi nəzərə alındıqda onun iddiaçıya həmin kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu və faiz borcunun qalmadığı müəyyən olunur. Iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi işin həmin hallarını nəzərə almadan, beləliklə də tam və hərtərəfli araşdırma aparmadan yuxarıda göstərilən nəticəyə gəlmişdir.

69. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar