Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1096/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borcverən 32000 manat məbləğində pulu ##.##.2023-cü il tarixədək qaytarmaq şərtilə borcalana vermişdir.
2. Cavabdeh ##.##.2022-ci il tarixli ******* saylı qəbz əsasında həmin tarixdə 32000 manatı “xxxx”ın Qərb filialından almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra həmçinin “cavabdeh”) onun xeyrinə ##.##.2022-ci il tarixli borc müqaviləsi üzrə 20000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 190 manat olmaqla, cəmi 20190 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh borc pulu iddiaçıdan alıb lombarda olan kredit borcunu bağlayacağını bildirmişdir. Müqavilə bağlanarkən belə razılaşmışlar ki, müqavilədə nəzərdə tutulan 12 ay vaxt tamam olana qədər cavabdeh hissə-hissə ödənişlər edərək bütün borcu bağlayacaq və vaxt bitənə kimi borcu tam ödəyəcəkdir. Lakin borc muqaviləsinin vaxtının bitməsinə baxmayaraq cavabdeh borcu geri qaytarmamış və ödəməmişdir. Cavabdeh ilkin mərhələdə borcun bir qismini ödəmiş və 20000 manat borcu qalmışdır. Lakin sonradan dəfələrlə ona borc müqaviləsinin müddətinin bitməsini bildirməyinə və xəbərdarlıqlar etməyinə baxmayaraq cavabdeh borc muqaviləsinə uyğun olmaqla iddiaçıya olan borcu ödəməkdən boyun qaçırtmış və öncədən razılaşdıqları qaydada onun cavabdehə borca verdiyi pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edərək ödəməmişdir və ödəmir. Halbuki, öncədən borcun hər ay ödənişlər edilərək müqavilə müddəti bitənə kimi hissə-hissə qaytarılması barədə şifahi razılaşmışlar. İddiaçı hal-hazırda ev tikdirir və bununla əlaqədar xeyli xərcə düşmüşdür, tikinti materialları satan mağazalara xeyli borcu yaranmışdır. Borc ucbatından işsiz qalmışdır. Hazırda borclarını qaytara bilməkdə xeyli çətinlik çəkir. Öhdəsində xəstə anası vardır. Dolanışığı çətinləşmişdir. Həmin 20000 manata iddiaçının çox ehtiyacı vardır. İddiaçı cavabdeh haqqında sonradan bilmişdir ki, o, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə dələduzluq etmək üstündə 2004-cü ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Borc verən zaman iddiaçının bu barədə məlumatı olmamışdır. Bu barədə borc götürənin özü, yəni cavabdeh iddiaçıya məlumat verməmişdir. Cavabdeh iddiaçının bunu bildiyi halda cavabdehə borc verməyəcəyini bilə-bilə iddiaçıdan məqsədli şəkildə gizlətmişdir.
5. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi üzrə 32000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh həmin borcundan 12000 manatını qaytarsa da, qalan məbləği, yəni 20000 manat məbləğində pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir.
6. Birinci instansiya məhkəməsində cavabdehin vəkili iddiaya etirazında göstərmişdir ki, kredit müqaviləsinin olması müqavilədə nəzərdə tutulan borc məbləğinin cavabdehə verilməsi mənasına gəlmir. Sözügedən borc məbləği cavabdehə verilməmiş, cavabdeh həmin pulu almamışdır.
7. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumuna görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Fuad Fərhadov)
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Müqaviləyə əsasən 32000 manat pulun ##.##.2023-cü il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. İddiaçı notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmiş, 32000 manat puldan 12000 manatının qaytarıldığını bildirərək cavabdehdən 20000 manat pulun qaytarılmasını tələb etmişdir. Cavabdehin vəkili izahatında cavabdehin iddiaçı ilə kredit müqaviləsi bağladığını qeyd etsə də, həmin kredit müqaviləsi üzrə pulun cavabdehə verilmədiyini bildirmiş, lakin bunu təsdiq edən, həmçinin iddianı aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
9. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 20000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 529.1, 739.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnаməsində cavabdehlə iddiаçı аrаsındа bаğlаnmış bоrc müqаviləsinə əsаslаnаrаq cavabdehdən pulun tutulmаsı qərаrınа gəlmişdir. Tərəflərindən bаğlаnmış krеdit müqаviləsinin görüntü хаrаktеri dаşıdığını və əslində müqаvilənin еtibаrsız olması məhkəmənin nəzərinə çаtdırılsа dа, məhkəmə cаvаbdеh tərəfin bu dəlilləri ilə bаğlı аrqumеntlərini аrаşdırmаmışdır. İddiаçı müqаvilə öhdəliyi ilə bаğlı məhkəməyə mürаciət еtmişdir. Həmin müqаvilənin şərtlərinə əsаsən iddiаçı ilkin оlаrаq müqаvilə şərtlərinə əsаsən məhkəmədən kənаr qаydаlаrа riаyət еtməlidir. Əgər bu tələblərə riаyət еdilməyibsə, iddiа tələbi məhkəmə tərəfindən bахılmаmış sахlаnmаlıdır. Müqаvilə şərtlərindən əlаvə оlаrаq iddiа tələbinin mаhiyyəti üzrə isə məhkəmə qаrşısındа bаğlаnmış müqаvilənin ilkin nоtаriаt işinin məhkəməyə təqdim еdilərək iddiаçı tərəfindən onlara pulun vеrilməsinin sübut еdilməsini bildirməklərinə bахmаyаrаq məhkəmənin tək müqаvilənin bаğlаnmаsı ilə cavabdehə iddiаçı tərəfindən pulunun vеrilməsini qəbul еtməsi mаddi hüquq nоrmаsının tələblərinin pоzulmаsı kimi qiymətləndirilməlidir. Cavabdehlə iddiаçı аrаsındа müqаvilənin bаğlаnmаsı və müqаvilənin bаğlаnmаsının zəruri kənаr şərtləri аrаşdırılmаdаn və bоrc müqаviləsi üzrə pulun ona vеrilməsini təsdiq еdən qəbzin məhkəməyə təqdim еdilməsi və sübut еdilməsi məhkəmənin nəzərinə çаtdırılsа dа, məhkəmə bu hаllаrı qiymətləndirməmişdir. İddiаçı cavabdehi аldаdаrаq həmin müqаviləni bаğlаmış və rеаllıqdа ona hеç bir bоrc pul vеrməmişdir. Bеlə ki, iddiаçının lоmbаrdа оlаn bоrcunu qаytаrmаmışdаn əvvəl onunla müqаvilə bаğlаdıqdаn sоnrа iddiaçıya vеrdiyi qızıllаrı sаtdıqdаn sоnrа bоrcu bаğlаsа dа, iddiаçı аrаlarındа bаğlаnmış müqаviləni ləğv еtdirəcəyini bildirsə də, həmin müqаviləni ləğv еtməyərək, ondan аldığı qızıllаrı sаtmаsınа bахmаyаrаq bоrcu bаğlаmаq əvəzinə ondan fаiz tələb еdir.
13. Apellyasiya instansiyası məhkəməsi cavabdehin borcu alması barədə qəbzin əslinin təqdim olunması üçün “xxxx” ASC-yə sorğu vermişdir. Həmin qəbz məhkəməyə təqdim edilmişdir.
14. Apellyasiya baxışında cavabdeh əlavə olaraq bildirmişdir ki, “xxxx” ASC tərəfindən təqdim edilmiş qəbz onun tərəfindən imza edilməmişdir. Qəbzdə olan imza ona məxsus deyildir. Notariusda müqavilədə nə qədər məbləğdə pula imza etdiyini bilməmişdir. O, iddiaçıya güvəndiyi üçün müqaviləyə baxmadan imza etmişdir. Lakin o, pul götürməmişdir. Belə ki, mübahisələndirilən pul məbləği depozit hesabına qoyulmamışdır, o, * saylı Gəncə regional “ASAN” Xidmət mərkəzində fəaliyyət göstərən “xxxx” filialında heç bir məxaric qəbzinə imza etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi pulun alınması qəbzindəki imza ilə bağlı xətşünaslıq ekspertizası təyin etmişdir.
16. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı rəyinə əsasən ##.##.2022-ci il tarixli ******* saylı qəbzdəki “çekdə göstərilən məbləği aldım. İmza:” qarfasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
17. Cavabdeh ##.##.2025-ci il tarixli məhkəmə iclasında “X1”nə getdiyini, müqaviləni imzaladığını, lakin iddiaçının tələb etdiyi məbləğin ona verilmədiyini, həmin məbləği iddiaçının özünün götürdüyünü bildirmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Əkrəm Qəhrəmanov, Rəhman Muradov)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, işin hallarına görə tərəflər arasında ##.##.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş 3M-*** reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 32000 manat məbləğində pul borc verməyi, cavabdeh isə 32000 manat məbləğində pulu ##.##.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ##.##.2022-ci il tarixli ******* saylı qəbzə imza etməklə depozit hesabından həmin pulu almış, lakin öhdəliklərini tam icra etməmiş və borc müqaviləsi əsasında aldığı pulun 20000 manatını qaytarmamışdır.
20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin iddiаçının ilkin оlаrаq müqаvilə şərtlərinə əsаsən məhkəmədən kənаr qаydаlаrа riаyət еtməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş 3M-*** reyestr nömrəli kredit müqaviləsinin 9-cu bəndinə əsasən, tərəflər həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh ona qarşı verilmiş iddiaya etiraz olaraq qeyd etmişdir ki, iddiaçıdan pul almamışdır. Bu isə tərəflər arasında kredit müqaviləsi üzrə mübahisənin həlli ilə bağlı razılığın olmadığını göstərir və bu halda mübahisə müqavilə şərtlərinə uyğun olaraq məhkəmə qaydasında həll olunmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin digər, krеdit müqаviləsinin görüntü хаrаktеri dаşıdığını və əslində müqаvilənin еtibаrsız olması, iddiаçının onu аldаdаrаq həmin müqаviləni bаğlаması və rеаllıqdа ona hеç bir bоrc pul vеrməməsi, iddiaçının ona pulun vеrilməsinin sübut еdə bilməməsi dəlilləri ilə bağlı qeyd etmişdir ki, məhz iddiaçının apellyasiya şikayətinin həmin dəlillərinin və məhkəmə iclasında pulun alınması ilə bağlı heç bir qəbzə imza etməməsi ilə bağlı izahatında göstərdiklərinin araşdırılması məqsədilə cavabdehin “xxxx”ın qərb filialından 32000 manatı almasına dair ##.##.2022-ci il tarixli ******* saylı qəbzdəki imzanın cavabdehə məxsus olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyinə əsasən qəbzdəki imzanın cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur.
22. Həmçinin cavabdeh iddiаçının onu аldаdаrаq həmin müqаviləni bаğlаması və rеаllıqdа ona hеç bir bоrc pul vеrməməsi ilə bağlı bildirdiklərini təsdiqləyəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən borc müqaviləsi üzrə pulun ona verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin (## ###### 2023cü il 24. tarixədək olan redaksiyada) 385.1, 386.1, 390.1, 739.1, 739.2, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənmiş, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən etməmişdir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli idi. 12000 manatlıq qızılın verilməsi və satılması barədə akt iş materiallarına əlavə edilmişdir. Qızıllar satıldıqdan sonra da cavabdeh tərəfindən 6-7 ay ərzində lombarda kredit ödənişlərinin davam etdirilməsi özlüyündə sübut edir ki, hazırkı notarial müqavilə birinci müqavilə ilə əlaqədar olmuşdur. Çünki əslində lombard müqavilələri üzrə qızıl sahibinə qaytarılırsa, bu o deməkdir ki, artıq tərəflərin arasında öhdəlik qalmamışdır. O isə Lombard krediti üzrə ödənişləri davam etdirmişdir və iş materialarına əlavə edilmiş sənədlərlə bu sübuta yetirilir. Cavabdehə 32.000 manat pul verilməmişdir. Bu barədə məhkəmə video görüntünü əldə etmək məqsədi ilə sorğu versə də, anlaşılmayan səbəbdən görüntü məhkəməyə təqdim edilməmişdir. Video görüntü əldə olunacağı təqdirdə bu sübuta yetiriləcəkdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (## ###### 2023-cü il tarixədək olan redaksiyada) Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
27. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqaviləsinə istinad etmişdir.
28. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsində göstərilən məbləği almadığını, qəbzdəki imzanın ona aid olmamasını bildirmiş, apellyasiya instansiyası məhkəməsi onun bu dəlili üzrə ekspertiza təyin etmiş, ekspert rəyi ilə cavabdehin dəlili təkzib edilərək, pulun alınması barədə qəbzəki imzanın cavabdehə məxsus olması təsdiq edilmişdir.
29. Bununla da, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
31. Qeyd edilənlərə əsasən cavabdehin borc müqaviləsində göstərilən məbləği depozit hesabından götürməməsini deməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.
32. Həmçinin apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın əqdə əsaslanan tələb olmasını nəzərə alaraq kredit müqaviləsinin etibarlılığına da qiymət vermişdir.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.