Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1098/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpasından imtina edilməsi və kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.100 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Zaman Imanov) iddiaçının cavabdehə qarşı “42.100 manat pul” tələbinə dair iddiası rədd edilmişdir.
3. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci iltarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını və yaxud işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(104)- ****/**** saylı qərardadı ilə prosessual müddət ötürüldüyündən iddiaçının nümayəndəsi və vəkili Nümayəndənın iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
7. ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yenidən iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən kassasiya şikayəti, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə verərək, qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsindən imtina edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə almışdır.
10. Belə olan halda qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı AR MPM-in 128.3-cü maddəsinə əsasən ##.##.2025-ci ildə başlamış və ##.##.2026-cı il tarixdə başa çatmışdır.
11. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ##.##.2026-cı il tarixdə kassasiya şikayətini və prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə vermişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdi ki, cavabdehin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas verməmişdir.
13. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qətnaməni ##.##.2025-ci il tarixdə alsa da, kassasiya şikayətini ##.##.2026-cı il tarixdə, yəni 02 (iki) gün gecikdirməklə vermiş, həm də məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.
14. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətini gec verməsinin səbəbini iş yükünün çoxluğu ilə əlaqələndirməsi ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün üzrlü hal hesab edilə bilməz.
15. Digər tərəfdən kassasiya şikayətinə əlavə edilmiş vəkil orderinin surətindən görünür ki, iddiaçı kassasiya şikayətinin tərtib edilməsi üçün vəkillə müqaviləni ##.##.2026-cı il tarixdə bağlamışdır.
16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdı ki, prosessual müddət üzrsüz səbəblərdən ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti geri qaytarılmalıydı.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR MPM-nin 128.3, 129.1, 135.6-cı maddələrinə istinad etməklə əsaslanmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilərək, həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən qanunla müəyyən edilmiş kassasiya şikayətinin verilmə müddətinin buraxılmasının səbəbini üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini və ya işi təkrar apellyasiya baxışına göndərməsini barədə qərar qəbul etməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirmiş və səhvən elə bilmişdir ki, ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnamə ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir, belə olan halda kassasiya şikayəti vermə müddəti buraxılmamış hesab edilirdi. Lakin ##.##.2026-cı il tarixli qərardad çıxarıldıqdan sonra “Elektron məhkəmə” informasiya sisteminin elektron kabinetinə diqqətlə baxaraq müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixli qətnamə ##.##.2025ci il tarixdə elektron kabinetə yerləşdirilmiş, ##.##.2025-ci il tarixdə isə birinci instansiya məhkəməsi üçün imzalanmışdır. Icraatında olan iş həcminin çoxluğu ilə əlaqədar bu diqqətindən yayınmış və səhvə yol verərək kassasiya şikayətinin vermə müddətini, texniki səbəbdən 2 gün gecikdirməklə vermişdir, yəni o, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti qəsdən ötürməmişdir, onun öz iradəsindən asılı olmayan hallardan dolayı vaxtında şikayətlə müraciət edə bilməmişdir. Kassasiya şikayətinin verilmə müddətinin uzun müddət ötürülməmiş, cəmi iki gün gecikdirməklə verilmişdir, məhkəmə kollegiyası qeyd etdiklərini nəzərə alsa, hesab etmişdir ki, kassasiya şikayəti vermə prosessual müddəti üzrlü səbəbdən buraxılması kimi qəbul edilə bilərdi. Lakin məhkəmə nədənsə bunlara heç bir hüquqi qiymət verməyərək ərizəni təmin etməmişdir və onun dəlillərini nəzərə almayaraq əsassız qərardad qəbul etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
25. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
26. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
27. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
28. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
29. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
30. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayətinə əsasən tam yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozuduğunu, iş üzrə düzgün olmayan qərardad çıxardığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dililləri ilə razılaşmır.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə almışdır. Belə olan halda qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı AR MPM-in 128.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən başlamış, ##.##.2026-cı il tarixdə başa çatmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ##.##.2026-cı il tarixdə kassasiya şikayətini və prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmişdir.
42. Göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qətnaməni ##.##.2025-ci il tarixdə alsa da, kassasiya şikayətini ##.##.2026-cı il tarixdə, yəni 02 (iki) gün gecikdirməklə vermiş, həm də məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı prosessual müddəti üzrsüz səbəbdən ötürdüyü üçün apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpası barədə ərizəni və kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur.
44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.