Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2(1-8)-1101/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “zәrәrin әvәzinin ödәnilmәsi” tәlәbinә dair iddia әrizәsi üzrә QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi olduğu halda iş üzrə icraata xitam verilməsi) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyası, hakimlәr Şamayev Elşad Yaquboviçdәn (sәdrlik edәn vә mәruzәçi), Hәsәnov Vüqar Tәvәkgül oğlundan vә Əhmәdov Əhmәd Abbas oğlundan ibarәt tәrkibdә, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrәli qәrardadından iddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti üzrә işә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müәyyәn etdi: Işin halları:
1. Əvvәllәr iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehin torpağa mülkiyyәt hüququna dair JN 171 KOD:******** nömrәli Dövlәt Aktına әsasәn 1,40 ha torpaq sahәsindәn çıxarılması, 2006-cı ildәn 2020-ci ilә kimi bağ sahәsindәn aldığı ortalama illik 2000 manat olmaqla, 14 il әrzindә әldә etdiyi 28000 manat mәblәğindә әldәn çıxmış fayda kimi ziyanın, dövlәt rüsumu kimi ödәdiyi 30 manat mәblәğindә pulun alınıb ona verilmәsi barәdә qәtnamә çıxarılmasını mәhkәmәdәn xahiş etmişdir. Hәmin işdә iddiaçı Iddiaçı qarşılıqlı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Cavabdeh 26800 manatın alınıb ona verilmәsi vә hәmin mәblәğ ona qaytarıldıqdan sonra onun istifadәsindә olan vә cavabdeh Cavabdeh, onun atası X2 vә anası X1 adlarında olan 0,50 ha torpaq sahәsinin cavabdeh Cavabdeh qaytarılmasına dair qәtnamә çıxarılmasını mәhkәmәdәn xahiş etmişdir.
2. Quba Rayon Mәhkәmәsinin ## ###### 2022-ci il tarixli qәtnamәsi ilә ilk iddia qismәn tәmin edilmiş, cavabdeh Iddiaçı torpağın mülkiyyәtә verilmәsinә dair JN-171 KOD ******** nömrәli Dövlәt Aktına әsasәn 1,40 ha torpaq sahәsinin 0,50 ha hissәsindәn çıxarılması, 7430 manat mәblәğdә әldәn çıxmış ziyanın vә dövlәt rüsumu üçün ödәnilmiş 30 manat mәblәğdә pul vәsaitinin ilk iddia üzrә cavabdehdәn tutulub ilk iddia üzrә iddiaçıya verilmәsi, qarşılıqlı iddianın qismәn tәmin edilmәsi, qarşılıqlı iddia üzrә cavabdehdәn 20363,5 manatın alınaraq, qarşılıqlı iddia üzrә iddiaçıya verilmәsi qәt edilmişdir.
3. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli qәtnamәsi ilә apellyasiya şikayәti qismәn tәmin edilmiş, Quba Rayon Mәhkәmәsinin ## ###### 2022-ci il tarixli qәtnamәsi qismәn – qarşılıqlı iddianın tәmin edilmiş Cavabdeh 20363,50 manat mәblәğdә pul vәsaitinin tutulub Iddiaçı verilmәsi hissәsi lәğv edilmiş, hәmin hissәdә iş üzrә yeni qәtnamә çıxarılmaqla, qarşılıqlı iddia tәmin edilmәmiş, qәtnamә qalan mübahisәlәndirilәn hissәdә dәyişdirilmәdәn saxlanılmışdır.
4. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyasının ## #### 2023-cü il tarixli qәrarı ilә kassasiya şikayәti qismәn tәmin edilmiş, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsi mübahisәlәndirilәn hissәdә – qarşılıqlı iddianın rәdd edilәn hissәsindә lәğv edilmiş, iş hәmin hissәdә yeni apellyasiya baxışına qaytarılmışdır.
5. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli qәtnamәsi ilә ilk iddia üzrә iddiaçı Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmiş, Quba Rayon Mәhkәmәsinin ## ###### 2022-ci il tarixli qәtnamәsi qarşılıqlı iddia tәlәbinә dair hissәdә lәğv edilmiş, hәmin hissәdә yeni qәtnamә çıxarılmaqla, qarşılıqlı iddia tәlәbi üzrә iddianın qismәn tәmin edilmәsi vә qarşılıqlı iddia üzrә cavabdehdәn 1000 manatın alınaraq, qarşılıqlı iddia üzrә iddiaçıya verilmәsi, qarşılıqlı iddianın digәr hissәdә tәmin edilmәmәsi qәt edilmişdir.
6. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyasının ## ###### 2024cü il tarixli qәrarı ilә kassasiya şikayәti tәmin edilmәmiş, Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehdәn zәrәrin әvәzi olaraq 18900 manatın vә ödәdiyi 147 manat dövlәt rüsumunun alınaraq, iddiaçıya verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla әsaslandırılmışdır ki, 2007-ci il tarixdә cavabdeh özünә vә valideynlәrinә mülkiyyәt hüququ ilә mәxsus olan Quba rayonu, XXX kәndindә yerlәşәn 1,40 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinin 0,50 ha hissәsini 1100 manata satılmasına dair iddiaçı ilә razılığa gәlmişlәr. Iddiaçı razılaşdıqları 1100 manat mәblәğindә pulu cavabdehә ödәmiş, hәmin torpaq sahәsi onun sahiblik vә istifadәsinә verilmiş, lakin, cavabdeh müxtәlif bәhanәlәrlә notariat ofisinә getmәdiyi üçün hәmin torpaq sahәsinә dair alqı-satqı müqavilәsini notariat qaydasında tәsdiq etdirmәk mümkün olmamışdır. Mövcud vәziyyәtdә cavabdeh iddiaçının pulunu verәrәk aldığı hәmin torpaq sahәsinin ona qaytarılmasını tәlәb etmişdir. Quba rayonunun XXX kәndindә yerlәşәn 0,50 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinin bazar qiymәti 2007-ci il tarixdә 1100 manat tәşkil etdiyi halda, hazırkı tarix üçün 20000 manat tәşkil edir. Bununla da, iddiaçı Quba rayonunun XXX kәndindә hәmin torpaq sahәsinә uyğun 0,50 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsini hazırkı tarixdә almaq üçün 20.000 manat pul ödәmәlidir, yәni 2007-ci il ilә müqayisәdә fәrq 18.900 manat tәşkil edir. Bununla da, 2007-ci il tarixdә onun pulunu verәrәk aldığı Quba rayonunun XXX kәndindә yerlәşәn 0,50 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinin alqı-satqı müqavilәsini notariat qaydasında tәsdiq etdirmәk üçün cavabdehin notariat ofisinә getmәmәsi vә hazırda hәmin torpaq sahәsini geri tәlәb etmәsi sәbәbindәn iddiaçı 18.900 manat mәblәğindә zәrәrә düşmüşdür.
9. Quba Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsi ilә (hakim N.Xәlilova) iddia tәmin edilmәmişdir.
10. Birinci instansiya mәhkәmәsi mövqeyini Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 14.2, 77.1, 88-ci maddәlәrinә, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “S.Əliyevanın şikayәti üzrә” ## ### 2006-cı il tarixli Qәrarına istinad etmәklә әsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı Iddiaçı apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә iddia tәlәbinin tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrәli qәrardadı ilә (hakim A.Hüseynzadәnin sәdrliyi vә mәruzәsi ilә, hakimlәr A.Süleymanova vә Z.Mәmmәdov) apellyasiya şikayәti qismәn tәmin edilmiş, Quba Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsi lәğv edilmiş, iş üzrә icraata xitam verilmişdir.
13. Apellyasiya instansiyası mәhkәmәsinin mövqeyi ondan ibarәt olmuşdur ki, iddiaçının cavabdehә qarşı olan әvvәlki tәlәbi ilә hazırkı tәlәbi eyni әsas vә eyni predmet tәşkil etmәkdәdir. Iddiaçı sadәcә olaraq, hәmin iddiadan bir neçә il keçdiyini nәzәrә alaraq, әvvәlki iddiasında torpağın iddia qaldırdığı dövr üzrә dәyәrini 12000 manat qiymәtlәndirmәklә hәmin mәblәği tәlәb etmiş, hazırda isә torpağın dәyәrini 20000 manat qiymәtlәndirmәklә cavadehlәrә ödәdiyini iddia etdiyi 1100 manat pulu torpağın dәyәrindәn çıxmaqla, cavabdehlәrdәn 18900 manat tәlәb etmişdir.
14. Belәliklә, müәyyәn edilmişdir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin mövcud olmasına baxmayaraq, iddiaçı yenidәn eyni predmet barәsindә vә eyni әsaslarla cavabdehә qarşı iddia qaldırmışdır. Birinci instansiya mәhkәmәsi isә qeyd edilәn halı nәzәrә almadan, prosessual qanunvericiliyin tәlәbini pozaraq işә mahiyyәti üzrә baxmışdır.
15. Apellyasiya instansiyası mәhkәmәsi mövqeyini Mülki Prosessual Mәcәllәnin 261.0.2, 384.0.5, 402.2.4-cü maddәlәrinә istinad etmәklә әsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Iddiaçı Iddiaçı kassasiya şikayәti verәrәk, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrәli qәrardadının lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.
17. Kassasiya şikayәti onunla әsaslandırılmışdır ki, apellyasiya mәhkәmәsi tәrәfindәn Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsinin tәlәblәri pozulmuşdur.
18. Belә ki, iddiaçı tәrәfindәn cavabdehә qarşı verilmiş әvvәlki tәlәbi ilә hazırkı tәlәbi eyni әsas vә eyni predmet tәşkil etmәmişdir.
19. Kassasiya şikayәtinә Azәrbaycan Respublikası MPM-in 10.8-1 vә 414.1-ci maddәlәrinә uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayәtinә etiraz verilmәmişdir
Kassasiya baxışının hədləri:
21. Azәrbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tәlәbinә görә kassasiya instansiyası mәhkәmәsi işin faktiki hallarını araşdırmır, yәni işә baxan apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn sübut kimi qәbul olunan faktlara hüquqi qiymәt vermir. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunub-olunmamasını yoxlamaq zәrurәtindәn irәli gәlәrәk, iş materiallarında olan sübutlara vә hüquqi faktlara istinad etmәsi kassasiya instansiyası mәhkәmәsinin faktiki halları araşdırması kimi qiymәtlәndirilmәmәlidir. Belә ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tәlәblәrinә riayәt edilmәdәn müәyyәn olunması әdalәtli mәhkәmә araşdırması hüququnun pozulmasına dәlalәt etmәklә mübahisәnin hüquqi aktlarına tәsir göstәrә bilәr.
22. Iddiaçı apellyasiya instansiyası mәhkәmәsinin qәrardadını bütövlüklә mübahisәlәndirdiyindәn, hazırkı kassasiya baxışının predmetini hәmin mәhkәmә tәrәfindәn mübahisәlәndirilәn qәrardad qәbul edilәrkәn prosessual hüquq normalarının düzgün tәtbiqinin tam yoxlanılması tәşkil edir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin 1-ci hissәsinә әsasәn mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddәsinә әsasәn mәhkәmәlәrin qanuni qüvvәyә minmiş qәtnamәsi, qәrardadı, qәrarı, әmri bütün dövlәt hakimiyyәti, yerli özünüidarә orqanları, onların vәzifәli şәxslәri, ictimai birliklәr, siyasi partiyalar, hәmkarlar ittifaqları, onların vәzifәli şәxslәri, hәmçinin fiziki vә hüquqi şәxslәr üçün mәcburidir vә Azәrbaycan Respublikasının bütün әrazisindә hökmәn icra olunmalıdır. 233.3-cü maddәsinә әsasәn qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr, habelә onların hüquq varislәri mәhkәmәdә eyni iddia tәlәblәrini, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr. 261.0.2-ci maddәsinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir. 416.1-ci maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. 416.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4-cü maddәsindә nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddәsinә әsasәn kassasiya mәhkәmәsi işә baxarkәn apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә ya qәrardadını dәyişiklik edilmәdәn, şikayәti tәmin etmәdәn saxlaya bilәr.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iddia üzrә icraata xitam verilmәklә, prosessual hüquq normaları düzgün tәtbiq olunmuşdur.
26. Belә ki, apellyasiya instansiyası mәhkәmәsinin qeyd etdiyi kimi, eyni tәrәflәr arasında olan mәhkәmә mübahisәsi üzrә qәbul edilәn vә qanuni qüvvәyә minmiş Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli qәtnamәsi ilә hazırkı iş üzrә iddiaçının tәlәbi qismәn tәmin edilәrәk, cavabdehdәn 1000 manat mәblәğindә pulun alınaraq iddiaçıya ödәnilmәsi qәt edilmişdir.
27. Qәtnamәnin mәzmunundan müәyyәn olunur ki, iddiaçının hәmin iddia üzrә ümumilikdә 26800 manat tәşkil etmәklә, hәmin tәlәbi bir neçә hissәdәn ibarәt olmuşdur: 1. torpaq sahәsinin tәlәb irәli sürülәn dövrdә olan dәyәri olan 12000 manat, torpaq sahәsindә әkilmiş ağaclara aqrotexniki qulluq vә digәr xәrcәlәrә görә 14000 manat vә cavabdehә çәkdiyi müalicә xәrci olaraq 800 manat.
28. Göründüyü kimi, hәmin iddia üzrә iddiaçı artıq torpaq sahәsinin dәyәrini tәlәb etmiş, bu tәlәbi üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi qәbul edilmişdir.
29. Hazırda da, iddiaçı torpaq sahәsinin hazırkı dәyәri ilә ödәnilәn vәsaitin fәrqini tәlәb edir.
30. Belәliklә, iddialarda tutulması xahiş olunan mәblәğlәr fәrqli olsa da, faktiki olaraq tәlәblәr eynidir – torpaq sahәsinin dәyәrinin tutulmasından ibarәtdir.
31. Odur ki, hazırkı iddia, mahiyyәt etibarәn qanuni qüvvәyә minmiş mәhkәmә aktı ilә hüquqi qiymәt verilmiş tәlәblә mübahisәnin tәrәflәri, әsasları vә predmetinә görә eynilik tәşkil etdiyindәn, apellyasiya instansiyası mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsinә әsasәn iş üzrә icraata xitam vermәklә düzgün nәticәyә gәlmişdir.
32. Mәhkәmә kollegiyası qeyd olunanları nәzәrә alaraq belә qәnaәtә gәlir ki, apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalı, kassasiya şikayәti tәmin olunmamalıdır.
33. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-in 416, 417, 419 vә 421ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәtidir vә qәbul edildiyi andan qüvvәyә minir.