Məhkəmə qərarları › İş №2(1-8)-1103/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1103/2026

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1103/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlanmış pul vəsaitinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Işin mübahisəsiz halıdır ki, cavabdeh müxtəlif vaxtlarda xarici ölkədə yaşayan iddiaçı ilə yazışaraq maddi yardıma ehtiyacı olduğu üçün özü və xəstə oğlu üçün pul göndərməyi xahiş etmişdir.

2. 2015-ci ildən 2022-ci il tarixləri aralığında iddiaçı tərəfindən cavabdehə 11440 Euro məbləğində pul göndərilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən 34 005 avro məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 60 654,38 manat həcmində, habelə ödənilmiş 273 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında şifahi borc müqaviləsi mövcud olmuş, bu müqaviləyə əsasən iddiaçı 2015–2022-ci illər ərzində cavabdehə bank kartı vasitəsilə 25 939 avro, nağd qaydada isə 8 066 avro olmaqla ümumilikdə 34 005 avro məbləğində borc vermişdir. Iddiaçı bildirmişdir ki, qeyd olunan ödənişlər bank hesab çıxarışları və ödəniş qəbzləri ilə təsdiq edilir. Cavabdeh müxtəlif bəhanələrlə müvəqqəti maliyyə ehtiyacı olduğunu bildirərək borcu qısa müddətdə qaytaracağını vəd etsə də, indiyədək öhdəliyini icra etməmişdir. Iddiaçı hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsi, öhdəliklərin icrası, vicdanlılıq prinsipi və öhdəliyin pozulmasına görə məsuliyyətlə bağlı müddəalarına istinad etməklə əsaslandırmışdır.

5. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Alıyev Rüstəm) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mövcud münasibət iddiaçının iddia etdiyi kimi borc münasibəti deyil, bağışlama münasibəti xarakteri daşımışdır. Məhkəmə iş materiallarında təqdim edilmiş bank köçürmələrini, tərəflərin izahatlarını və digər sübutları qiymətləndirərək müəyyən etmişdir ki, pul vəsaitlərinin bir hissəsi birbaşa iddiaçı tərəfindən deyil, üçüncü şəxslər tərəfindən cavabdehə göndərilmiş, həmçinin təqdim edilən sübutlar borc müqaviləsinin mövcudluğunu kifayət qədər təsdiq etməmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı əqdə əsaslanan iddia üzrə ilkin olaraq həmin əqdin hüquqi mahiyyəti və etibarlılığı müəyyən edilməlidir. Bu baxımdan məhkəmə tərəflər arasındakı münasibətləri bağışlama müqaviləsi kimi qiymətləndirmiş və borc münasibətinin yaranmasını sübuta yetirilmiş hesab etməmişdir. Eyni zamanda məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə ayrıca hüquqi qiymət verməyi zəruri hesab etməmiş, çünki münasibətin bağışlama kimi xarakterizə olunması nəticəsində Mülki Məcəllənin 673-cü maddəsində nəzərdə tutulan kəsici müddətin tətbiq oluna biləcəyini vurğulamışdır. Nəticə etibarilə, məhkəmə iddia tələbinin hüquqi və faktiki əsaslarının sübuta yetirilmədiyi qənaətinə gələrək iddianın təmin edilməməsi barədə nəticəyə gəlmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 324.1, 324.2, 328.2, 329.1, 331.1, 337.1, 354.1, 354.2, 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.3, 385.1, 385.2, 442, 443.1, 448.1, 448.2, 491.1, 666.1, 668.1.3, 739.1, 739.2 və 739.3-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 107, 217.4, 218.3 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, işin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olan faktiki hallara lazımi hüquqi qiymət verməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən hallar iş materiallarında olan sübutlarla təsdiq olunmur, təqdim edilmiş bank çıxarışları, ödəniş qəbzləri, tərəflər arasındakı münasibətlər və cavabdehin borcu etiraf edən davranışları düzgün qiymətləndirilməmişdir. Iddiaçı hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər bağışlama deyil, borc münasibətləri olmuş, cavabdeh isə aldığı pul vəsaitlərini qaytarmaq öhdəliyi daşımasına baxmayaraq həmin öhdəliyi icra etməmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli mülki iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Heydərov Tofiq (sədrlik edən və məruzəçi), Əsədov Ilham və Əhmədov Pərviz) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi ilə cavabdeh Cavabdeh ümumilikdə 34005 Euro (60654.38 manat) məbləğində pul tələb olunsa da təqdim olunan qəbzlərlə müəyyən olunur ki, İddiaçı tərəfindən 2015-2022-ci illər aralığında ümumilikdə 11440 Euro məbləğində pul vəsaiti Cavabdeh göndərilmişdir.

12. Kollegiya hesab etmişdir ki, belə olan halda iddiaçı İddiaçı müqavilə tərəfi kimi cavabdehdən göndərilən pulların 11440 Euro hissəsinə münasibətdə tələb etmə hüququsubyektiv hüququ mövcuddur. Digər şəxslər olan Mustafa Seyhan və Mahboubkhah Miandoab tərəfindən Cavabdeh göndərilən pulların İddiaçı məxsus olması və onun adından göndərilməsinə münasibətdə iddia tərəfi məhkəməyə sübut təqdim edə bilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında yazılı və ya başqa formada borc müqaviləsinin bağlanmasını, cavabdehin pulu geri qaytarmaq öhdəliyi götürdüyünü təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə iş materiallarına əsasən tərəflər arasında uzun müddət dostluq münasibətlərinin mövcud olduğunu, pul köçürmələrinin isə əsasən cavabdehin xəstə uşağı ilə bağlı humanitar və şəxsi münasibətlər zəminində həyata keçirildiyini nəzərə alaraq həmin vəsaitləri borc deyil, bağışlama (hədiyyə etmə) münasibəti kimi qiymətləndirmişdir.

14. Kollegiya qeyd etmişdir ki, münasibətlər pozulduqdan sonra pulların geri tələb olunması onların əvvəlcədən borc kimi verildiyini sübut etmir.

15. Iddiaçının nümayəndəsi isə apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçının həmin pulları cavabdehlə münasibətləri pisləşdikdən sonra tələb etdiyini, aralarında olan münasibətlər davam etsəydi iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan ümumi məbləğin yalnız bir hissəsinin birbaşa iddiaçı tərəfindən cavabdehə göndərilməsi sübut edilmişdir. Digər məbləğlər isə üçüncü şəxslər — Mustafa Seyhan və Mahboubkhah Miandoab tərəfindən göndərilmiş, həmin pulların əslində iddiaçıya məxsus olması barədə məhkəməyə kifayət qədər sübut təqdim edilməmişdir. Bu səbəbdən kollegiya hesab etmişdir ki, iddiaçının həmin hissələr üzrə subyektiv tələb hüququ mövcud deyildir.

17. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə də qeyd etmişdir ki, Məcəllənin 673-cü maddəsində nəzərdə tutulan 1 illik müddət kəsici müddətdir. Kəsici müddət hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verməsinə səbəb olur və bu yalnız Mülki Məcəllənin 673-cü maddəsində təsbit olunan əsaslar olduqdan sonra şəxsin bağışlamadan imtinası ilə bağlıdır, həmin normadakı əsaslar olduqda hədiyyə verənin bağışlamadan imtinası kəsici müddətə tabe tutulmuşdur. Bu qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirməyi zəruri hesab etməmişdir.

18. Iddiaçının hədiyyə olaraq cavabdehə verilmiş əmlakı geri tələb etməsi (bağışlamadan imtina edərək) üzrə kəsici müddətin başlanğıc anı 2022-ci ilin iyul ayında başlamış, MM-in 673-cü maddəsinin tələbi baxımından 2023-cü ilin iyul ayında başa çatmışdır. Bu əsasla da birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin ərizəsi əsasında yox, qanunun mövqeyindən irəli gələrək öz təşəbbüsü ilə iddianı müddətini tətbiq edərək iddia müddətini tətbiq etmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.7, 77.1, 88, 217.1, 217.4, 385 və 385.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 408.1, 408.3, 673.1, 373.2, 373.3 və 375.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, xüsusilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsini səhv tətbiq edərək tərəflər arasındakı münasibətləri əsassız olaraq bağışlama kimi qiymətləndirmişdir. Kassatorun mövqeyinə görə, iş materiallarında olan səs yazıları və digər sübutlar cavabdehin həmin vəsaitləri borc kimi qəbul etdiyini və qaytaracağı barədə etiraflarını təsdiq edir, lakin məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Eyni zamanda MM-in 397.3-cü maddəsinin tələblərinə əsasən müqavilənin əvəzli olması prezumpsiyasının mövcudluğu nəzərə alınmamış, sübutetmə yükü düzgün bölüşdürülməmişdir. Kassator həmçinin MM-in 885.2-ci maddəsinə istinad edərək borcun etirafı halında formaya riayət edilməsinin məcburi olmadığını, eləcə də MM-in 431.1 və 433.3cü maddələrinə əsasən öhdəliyin üçüncü şəxslər vasitəsilə də icra oluna bilməsinin nəzərə alınmadığını bildirmişdir. Bununla yanaşı, kassator iddia etmişdir ki, cavabdehin borcu müxtəlif vaxtlarda etiraf etməsi iddia müddətini yenidən başlamış və buna görə də iddia müddəti keçməmişdir. Nəticə etibarilə, kassator apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

22. Həmçinin kassator bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Xüsusilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsi səhv tətbiq edilərək tərəflər arasındakı pul münasibətləri əsassız olaraq bağışlama kimi qiymətləndirilmişdir. Kassatorun mövqeyinə görə, iş materiallarında olan səs yazıları cavabdehin həmin vəsaitləri borc kimi qəbul etdiyini və qaytaracağı barədə etiraflarını təsdiq etsə də, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Eyni zamanda MM-in 397.3-cü maddəsində nəzərdə tutulan müqavilənin əvəzli olması prezumpsiyası nəzərə alınmamış, sübutetmə yükü düzgün müəyyən edilməmişdir. Kassator həmçinin MM-in 885.2-ci maddəsinə istinad edərək borcun etirafı halında formaya riayət edilməsinin tələb olunmadığını, eləcə də MM-in 431.1 və 433.3-cü maddələrinə əsasən öhdəliyin üçüncü şəxslər vasitəsilə icrasının mümkünlüyünün nəzərə alınmadığını bildirmişdir. Bundan əlavə, kassator tərəfindən borcun müxtəlif vaxtlarda etiraf edilməsinin iddia müddətini yenilədiyini və buna görə də iddia müddətinin tətbiqinin əsassız olduğunu qeyd etmişdir. Nəticə etibarilə, kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci, 397.3-cü, 885.2-ci, 431.1-ci və 433.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

26. Maddə 668.1.3. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır.

Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən iddiaçı tərəfindən hazırda tələb olunan məbləğin iddiaçıya borc olaraq verilmədiyi, uzun illər ərzində formalaşmış şəxsi münasibətlər zəminində yardım olaraq göndərildiyi müəyyən edilmiş, buna görə də bağışlanmış pul vəsaitini geri tələb etmək hüququ olmadığı müəyyən edilmişdir.

31. Iddiaçının nümayəndəsinin işə apellyasiya qaydasında baxılarkən pulları iddiaçının cavabdehlə münasibətləri pisləşdikdən sonra tələb etdiyini, aralarında olan münasibətlər davam etsəydi iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməyəcəyini bildirməsi məhkəmənin tərəflər arasındakı hüquq münasibətinə düzgün hüquqi qiymət verdiyini, pul vəsaitlərinin cavabdehə geri qaytarmaq şərti ilə verilmədiyini təsdiq edir.

32. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, tərəflər arasındakı münasibətlərə borc müqaviləsindən irəli gələn münasibətlər kimi hüquqi qiymət verilməsi üçün borcun qaytarılması ilə bağlı razılaşma borc müqaviləsi bağlananadək və ya müqavilə bağlandığı vaxt mövcud olmalı idi. Yardım məqsədilə göndərilmiş pul vəsaitlərinin tərəflər arasında şəxsi münasibətlər pozulduqdan sonra geri qaytarılacağına dair əldə edən tərəfindən şifahi vəd verilməsi onun üçün hər hansı öhdəlik, bağışlayan üçün isə tələb hüququ yaratmadığından mübahisənin məhkəmələr tərəfindən iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun həll edildiyi, işə baxılması və sübutların qiymətləndirilməsi zamanı prosessual pozuntulara yol verilmədiyi müəyyən olunur.

33. Iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş, iddiaçının tələbi üzrə cavabdehin ona göndərilmiş pulları geri qaytaracağına dair səs yazısı məhkəmə tərəfindən düzgün olaraq borcun etirafı kimi qiymətləndirilməmişdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd edilən normanın tələbləri baxımından borcun etirafı barədə müqavilə yazılı tərtib edilmədikdə tələb hüququ yaranmır.

34. Məhkəmə tərəfindən mübahisə üzrə iddia müddəti tətbiq edilmədiyindən kassasiya şikayətinin iddia müddətinin tətbiqinin düzgün olmadığına dair dəlilləri də əsassız hesab edilir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(*- *)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar