Məhkəmə qərarları › İş №2(1-8)-1106/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1106/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1106/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı ziyan tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, R X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» ## ###### 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, 2022-ci ilin yay aylarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində, məişət evi ilə aptekin arasında yerləşən çayxanada cavabdeh1la oturub çay içərkən X1 Respublikasından qaz peçi gətirib sata biləcəyi haqqında danışmış, onu inandıraraq bu alver üçün pul lazım olduğunu demışdır. O, Niyaza pul əldə edə biləcəyini demiş, bu niyyətlə Lənkəran şəhərində yaşayan qohumları ilə əlaqə saxlamış, 20.000 ABŞ dolları pul istəmişdir. Qohumu Rasim onun təklifini qəbul etmiş və həmin ilin sentyabr ayında Biləsuvar rayonuna gəlmiş, Niyazla onu görüşdürmüş və Niyazın yanında 20.000 ABŞ dolları pulu ona vermişdir. O, Niyazla birlikdə həmin pulu Iran Islam Respublikasına gedən şəxslər vasitəsi ilə Irana göndərmişlər. Pulun dəyərində maşınlarla qaz peçləri göndərilmişdir. Hər maşında 258 ədəd qaz sobası gətirilmişdir. Həmin peçləri Niyazın həyətinə və müəyyən şəxslərin anbarlarına boşaltmışlar. Sonra həmin qaz peçlərinin topdan satışını təşkil etmişlər. Peçləri nəğd və nisyə satmışlar. Özü satışda iştirak etmişdir. Əvvəllər qeyri şəxslərin müəssisəsi adı ilə mallar göndərilmişdir. 2023-cü ilin may aylarından Niyaz öz adına şirkət açaraq malları öz şirkətinə gətirmişdir. Niyazla razılaşaraq 20.000 ABŞ dollar pulun alındığı vaxtdan təxminən bir ay sonra əlavə pul lazım olmuş, təkrar qobumu Rasimdən əlavə 12.000 ABŞ dolları pul istəmişdir. Rasim 12.000 ABŞ dolları pulu Biləsuvar rayonuna gələrək Niyazın iştirakı ilə ona vermişdir Həmin pulu da IIR-na göndərmışlər. Alverləri genişlənmiş, əlavə mallar sifariş vermışlər. IIR-dan konfet, kişmiş, meyvə quruları, yuyucu vasitələri, toz soran, soyuducu, sirkə gətirməli olmuşlar. Bu malları könhə avtovağzalın binasını icarəyə goturub anbar kımı istifadə edərək həmin anbara yığmışlar. Oradan satışını təşkil etmişlər. Bütün satılan mallarda özu iştirak etmiş, nisyə və nağd satılan mallar kitablarda qeydiyyatı aparılmışdır. 2024-cü ilin mart ayında qohumu Rasimin verdiyi 10.000 ABŞ dollarını ona qaytarmışlar, 22000 dolları borclu qalmışlar. Şərik alver etdiyi müddətdə pula ehtiyacı olanda ümumi kassadan pul götürmüş və qeydini aparmışdır. Hər ay 1000 və ya 1500 manat özü pul xərcləmişdir. Bu pul qazancdan müəyyən olunaraq gotürub xərcləmişdir. Niyaz da eyni qaydada qazancdan pul götürüb xərcləmişdir. Niyazin arvadı onkolojı xəstə olduğu uçun bir qədər artıq pul gotürmüşdür. Bu razılıq əsasında olmuşdur. Bundan narazılığı olmayıb və hazırda da yoxdur. Hazırda 85 min manat nisyədə malları vardır. Həmin şəxslərin siyahısı özündədir. Niyazda da nisyə siyahısı vardır. Hazırda anbarda 42190 manat dəyərində malları vardır. ## ###### 2024-cü il tarixdə Niyaz onunla oyun oynayaraq tək alver etmək istədiyini demiş, Niyaza belə bir niyyəti olmadığını bildirmişdir. Həmin müddətdə malı göndərən Iran vətəndaşı Məcid Biləsuvar rayonunda olmuşdur. Aralarında mübahisə yaranmış, Niyaz ona 15 gün iş yerinə gəlməməsini, iranlı ilə görüşəcəyini demiş və işi kənardan nizamlamasını bildirmişdir. Onun dediyi kimi bir həftə satış yerinə getməmiş, sonradan Niyaz onun telefonuna səslər atmış, təhqir etmiş, mallardan və puldan götürdüyünü bildirmiş və onu hədələmişdir. Əvvəlcə onun yanına gedərək «bu nə söhbətdir edirsən» deyə soruşmuş, daha sonra Niyaza hesablaşmaq üçün işin təftiş edilməsini təklif etsə də, Niyaz onun təklifi ilə razılaşmamışdır. Niyaz nisyə və nağd alğı-satqı kitablarını ortaya çıxarmamışdır. Onu təhdid etdiyi üçun anbara yaxın qoymamışdır. O, cavabdeh1la iki il birlikdə şərikli alver etmişdir. Sonda cavabdeh1 tədricən onu kənarlaşdırmağa başlamışdır. Daha sonra istifadə etdikləri hər iki anbarın qapılarının açarlarını dəyişmiş, birlikdə istifadə etdikləri, bir yerdə mədaxil-məxaric etdikləri borc dəftərlərinin qeydiyatını apardıqları dəftərləri götürüb evinə aparmış və ona bir daha göstərməmişdir. Nisyədə 80000 (səksən min) manat pul, anbarlarda isə 50000 (əlli min) manata yaxın mal olduğu halda Niyaz onu anbarlara yaxın buraxmamış, nisyə dəftərlərindəki borcların verilməsini ona bildirməmişdir. O, kənarlaşdırılmadığı dövrdə şərikli alverə aid nisyə dəftərlərinin fotolarını çəkmək məcburiyyətində olmuşdur. cavabdeh1 şərikli alverdə onun etibarından sui-istifadə edərək, ona qarşı fırıldaqçılıq, onu aldatması, gəliri mənimsəməsi hesabına onu müflis vəziyyətə salması nəticəsində o, üzərinə düşən pulu ödəyə bilmir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 22000 ABŞ dolları ona dəymiş ziyan və dövlət rüsumu olaraq ödənilmiş 203 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, 2022-ci ilin yay aylarında tanışı cavabdeh2 Iran Islam Respublikasından qaz peçlərini gətirib sata biləcəyi haqqında təklifini qəbul etmiş və həmin ilin sentyabr ayında Biləsuvar rayonuna gəlmişdir. Iş birliyi qurmaq təklifini irəli sürmüş Niyazla görüşmüş və 22000 ABŞ pulu Niyazın yanında Faiqə vermişdir. Gətirilmiş peçləri nəğd və nisyə satmışlar. Sonradan Niyaz öz adına şirkət açaraq həmin malları öz şirkətinə gətirmişdir. Bir müddət sonra Faiq yenidən ondan alverin genişləndirilməsi üçün əlavə olaraq 12000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Eyni qaydada həmin pulu Niyazın iştirakı ilə Faiqə vermişdir. Niyaz da həmin pulları IIR-na göndərmiş və alverlərinin çiçəklənməsinə söz vermişdir. Bu müddət ərzində dövriyyədən və əldə olunan gəlirdən ona 1 manat da olsun belə verilməmişdir. Həmin pulların müqabilində konfet, kişmiş, meyvə quruları, yuyucu vasitələri, tozsoran, soyuducu, sirkə s. mallar gətirilmişdir. Bütün bu malları köhnə avtovağzalın icarəyə götürdükləri binasına yerləşdirmişlər. 2024-cü ilin mart ayında Faiq və Niyaz ondan aldıqları 32000 ABŞ dollarından 10000 ABŞ dollarını ona qaytarmışlar. Şərik olduqları vaxt Faiq və Niyaz ehtiyacı olduqca qazanılmış pullardan götürüb xərcləmişlər və qeydiyyatlarını aparmışlar. Nəticə etibarilə ona 22000 ABŞ dolları bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd olunanlarla bağlı cavabdeh2 ##.##.2024-cü il tarixdə Biləsuvar RPŞ-nə şikayət edərək 2022-ci ildən cavabdeh1 ilə şərik işlədiyini və sonradan cavabdeh1 alverin genişlənməsindən sonra onunla işləməkdən imtina etdiyini və eləcə də ona borclu olduğu 22000 ABŞ dollarının verilmədiyini bildirmişdir. Biləsuvar RPŞ-də TB-nin təhqiqatçısı Xanlar Alışov tərəfindən həmin məsələ araşdırılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Beləliklə, bu günə kimi ona 22000 ABŞ dolları qaytarılmamışdır. Hazırda cavabdeh cavabdeh1 heç bir tələbi yoxdur. Odur ki, cavabdeh cavabdeh2 22000 ABŞ dolları pulunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı 2022-ci ilin yay aylarında 20.000 ABŞ dolları pul alaraq əvvəlcədən Niyaz adlı şəxslə aralarında olan razılaşmaya əsasən, yəni şərik alver etmək məqsədi ilə Iran Islam Respublikasından qaz peçi gətirib satmaq üçün Irana göndərmişlər. Daha sonra əlavə pul tələb olunduğuna görə İddiaçı 12.000 ABŞ dolları pulu Niyazın yanında almışdır. Lakin İddiaçı aldığı cəmi 32000 ABŞ dolları puldan 10.000 ABŞ dollarını 2024-cü ilin mart ayında İddiaçı qaytarsalar da, hazırda Niyazla birlikdə İddiaçı 22.000 ABŞ dolları borcları qalmışdır.

5. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh cavabdeh2 22000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnə kursuna uyğun olaraq) və ödənilmiş dövlət rüsumuna görə 203 manat pulun alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir (hakim – N.Mirzəyev).

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 Niyaz adlı şəxslə əvvəlcədən şərik alver etmələri barədə razılaşmış və cavabdeh2 bu məqsədlə İddiaçı 2022-ci ilin yay aylarında 20.000 ABŞ dolları, daha sonra isə 12000 ABŞ dolları, cəmi 32000 ABŞ dolları pul almışdır. İddiaçı verdiyi pulların qaytarılmasını tələb etdikdə, cavabdeh2 həmin puldan 10.000 ABŞ dolları qaytarsa da, 22.000 ABŞ dolları qaytara bilməmişdir. Cavabdeh həmin pulun qaytarılmamasının səbəbi kimi Niyaz adlı şəxsin birgə fəaliyyətə dair daxil olan malların mədaxil-məxaric sənədlərini gizlətməsi və onu həmin işlərin görülməsindən uzaqlaşdırması ilə izah etmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152, 1091-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

10. Iddiaçı İddiaçı və onun vəkili vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Biləsuvar Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(*-*)- **/**** nömrəli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər -T.Heydərov (məruzəçi), İ.Əsədov və P.Əhmədov).

12. Məhkəmə kollegiyası mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157, 385, 386, 439, 1091, 1092, 1093, 1095-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh cavabdeh2 (vəkil vəkil1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(*-*)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı hər hansı sübut təqdim edilməsə də məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə tərəfindən MPM-nin 77.1-ci maddəsinə istinad edilsə də, təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verilməmiş və iddia əsassız olaraq təmin edilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Maddə 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

27. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

28. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

30. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: Maddə 1093.2.1. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; Maddə 1093.2.2. Əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

31. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

43. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

44. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının düzgün araşdırılmaması, bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar