Məhkəmə qərarları › İş №2(1-8)-1108/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1108/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1108/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə # #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh işlətdiyi mağazaya 2023-cü ilin fevral ayından işə götürmüş, cavabdehin təklifi əsasında iddiaçı cavabdehin vasitəsi ilə cavabdehin tanışı olan Ilkin adlı şəxsdən ətir yağlarının alqı-satqısına başlamış, cavabdehin ona zərər vurmasını öyrəndikdən sonra tərəflər arasında münasibətlər 2025-ci ilin yanvar ayında pozulmuşdur.

2. Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, R Ramil Bədəlovun # ###### 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilmiş və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18000 manat məbləğində pul və ödəmiş olduğu 145 manat dövlət rüsumun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabirabad şəhəri N.Nərimanov küçəsi 27-də yaşayır, Sabirabad rayonu ərazisində yerləşən gümüş mağazasında işləyir. Cavabdeh ilə münasibəti yaxşı olmuş, hal-hazırda mübahisələri olduğu üçün münasibətləri yoxdur. Mağazada işlər çox olduğu üçün satıcı lazım olduqda tanıdığı Mirorxanı öz yanına satıcı kimi 2023-cü ilin yanvar ayından işə götürmüşdür. Ona etibar etdiyi üçün mağazanın bütün alqısatqısını və səyyar satışını ona tapşırmışdır. Həmin mağazada eynək, gümüş aksessuarları, qol saatları, bjuteriya və telefon aksessuarından əlavə olaraq Mirorxan ətir satmaqlarını təklif etdikdən sonra ətir satmağa da başlamışdır. Bu iş çox pul tələb etdiyi üçün pulu olmadıqda Mirorxan ətir yağını verən şəxsləri tanıdığını, 10 gün nisyə verməsini bildirmiş, o, razılaşıb mağazada satdığı maldan bir miqdar pul düzəldib ətir yağı satmağa başlamışdır. Mirorxan ona mağazada olan malların çeşidlərini vitrində artırmasını demiş və o, 10000 manat dəyərində eynək, 5000 manat dəyərində gümüş aksessuarlar, 4000 manat qol saatları, 4000 manat dəyərində bujuteriya və 2000 manat mobil telefon aksessuarları gətizdirmişdir. Onun, borclu olduğunu Mirorxan bilərək ona əlavə mallar təklif edərək borcunu tam ödəyə biləcəyini bildirmiş, o, onunla razılaşmışdır. Mirorxan “xxxx” firmasından 23000 manatlıq ətir yağları gətirməyini desə də, 17000 manatlıq ətir yağını öz adına yazdırıb həmin pulu ayın axırı ödənilməsini ondan tələb etmişdir. O, həmin ətir yağını satan şəxslərin mobil telefon nömrəsini taparaq əlaqə saxlamış və onlar ona 17000 manat yox, 6918 manat dəyərində mal verdiyini və Mirorxanın yalan dediyini bildirmişlər. O, 2025-ci ilin yanvar ayının əvvəli Mirorxanla mağazada olan malları qeydiyyatdan keçirdərkən əskik olduğunu aşkar etmiş və onunla işləyən vaxt ümumilikdə 42000 manat ziyan etdiyini ona demişdir. Mirorxana o, nisyədə ümumilikdə 7000 manat pul olduğunu və axırıncı gətirilən 17000 manat dəyərində ətir yağının pulunu Mirorxan ona dedikdə şübhələnib, götürdüyü firmadan soruşmuş 6918 manat olduğunu demişlər. Mirorxana onu aldatdığını dedikdə yenə 17000 manat borcu olduğunu demişdir. Mirorxan onun yanında işləyən vaxtlarda ondan istifadə edərək aldadıb ümumilikdə 18000 manat ziyan vurmuşdur. Bu fakt isə Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, R Ramil Bədəlovun # ###### 2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarında olan Cavabdeh RPŞ-nə verdiyi izahatında da “Seyidrzanı aldadaraq 17000 manat demiş” sözlərini işlədərək ona borclu olduğunu etiraf etmişdir. Hətta ona həmin qərarda mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi göstərilmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2023-cü ilin yanvar ayından iddiaçının mağazasında "satıcı" işində işləyir. O, "satıcı" olaraq, öz işini ləyaqətlə və vicdanla yerinə yetirirdi. Işlədiyi 2 il müddətində iddiaçı ilə arasında heç bir problem olmamışdır. Lakin ona məlum olmayan səbəblərdən, iddiaçı ## ###### 2025-ci il tarixdə Sabirabad rayon Polis Şöbəsinə onun barəsində şikayət ərizəsi vermişdir. Onun şikayəti əsassız olduğu üçün rədd edilmişdir. Iddia ərizəsində göstərilənlər tam yalan faktlara əsaslanır. Iddiaçının dövlətə ödədiyi vergini nəzərə alsaq, onun hər ay mağazada nə qədər alver etdiyini görərik. Çünki mağazada gəlirə görə hər ay vergi ödənilir. Iddiaçının ərizədə göstərdiyi faktlar şübhəlidir. Belə ki, iddiaçı 42000 manat ziyan etdiyini, bundan əlavə olaraq, 17000 manat ətir yağları üçün borclu olduğunu bildirir. Ondan isə 18000 manat pul tələb edir. Əgər o, iddiaçıya 42000 manat ziyan vurmuşdursa, niyə ondan 18000 manat pul tələb edir. Onunla iddiaçının arasında heç bir borc müqaviləsi bağlanmamışdır. Əgər polis şöbəsində borclu olduğunu etiraf etsəydi, iddiaçı ilə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlayardı. Iddiaçı İddiaçı əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməlidir. Iddiaçı İddiaçı ona əlavə ziyan vurmaq niyyəti güdür. O hüquqlarından sui-istifadə edir. Iddiaçı ilə aralarında heç bir müqavilə və ya razılaşma olmamışdır. Iddiaçının qarşısında heç bir öhdəliyi yoxdur. Işlədiyi müddət ərzində iddiaçıya, heç bir zərər vurmamışdır. Sonuncu gətirilmiş 6918 manatlıq ətir yağları iddiaçının mağazasındadır. Əvvəldən gətirdikləri malları isə o və iddiaçı birgə mağazalara nisyə olaraq paylamış, onların pulları isə qaytarılmamışdır. Pulları qaytarılmayan malların kimdə olduğunu Seyidrza bilir və həmin pulları özü yığa bilər.

6. Məhkəmə iclasında Şahid Keyfiyyət oğlu şahid qismində ifadə verərək bildirmişdir ki, o, Orxanı tanıyır. Telefon vasitəsi ilə onlardan ətir alıb pulunu ödəmişdir. Bir müddət belə işləmişlər. Bir müddət sonra 300 manatlıq malı sifariş etmiş və pulunu ödəmiş, 10 gün ara ilə 6918 manatlıq mal sifariş etmişdir. Lakin həmin malın pulunu ödəməmişdir. O, Seyidrzanı tanımamışdır. Seyidrza özü onunla əlaqə saxlamış, Orxanın müdiri olduğunu demiş, Orxanın nə qədər dəyərdə mal götürməsini soruşmuş, o, Orxanın 6918 manatlıq mal götürdüyünü, hələ də pulu ödəmədiyini demişdir. Seyidrza isə Orxanın həmin malların dəyərini ona 17000 manat dediyini bildirmişdir. Orxan onunla alver edəndə müdiri olduğunu, özünün işçi olduğunu, həmçinin onunla apardığı alqı-satqıya görə özünün cavabdeh olduğunu bildirmişdir.

7. Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh dəymiş zərərin əvəzi qismində 11082 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 11182 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilmə qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində qeyd etmişdir ki, iddiaçı cavabdehi işlətdiyi mağazaya 2023-cü ilin fevral ayından işə götürmüş, cavabdehin təklifi əsasında iddiaçı cavabdehin vasitəsi ilə cavabdehin tanışı olan Ilkin adlı şəxsdən ətir yağlarının alqı-satqısına başlamış, cavabdehin ona zərər vurmasını öyrəndikdən sonra tərəflər arasında münasibətlər 2025-ci ilin yanvar ayında pozulmuşdur. Cavabdeh məhkəmə araşdırması gedişində iddiaçıya zərər vurmamasına istinad etsə də, təqdim edilmiş CD diskdəki görüntülərdən də aydın olur ki, iddiaçı cavabdehdən paylanmış mallara görə nə qədər alacaqlarını soruşmuş, cavabdeh 13000- 14000 manat alacaqları olduğunu bildirmiş, daha sonra iddiaçı “xxxx” adlı firma işçisinə nə qədər borcları olduğunu soruşmuş, cavabdeh cavabında 17000 manat verəcəkləri olduğunu bildirmiş, bundan sonra iddiaçı cavabdehə onu aldatmasını, həmin Ilkin adlı şəxslə danışmasını, həmin şəxsin ona 6900 manat borcu olduğunu bildirməsini demişdir. Buradan da aydın olur ki, iddiaçının cavabdehin ona zərər vurması barədə göstərdikləri həqiqətə uyğundur. Cavabdeh özü də nisyəyə verilmiş malların dəyərinin alınıb iddiaçıya qaytarılmağını məhkəmə iclasında bildirmişdir.

9. Məhkəmə qeyd olunanlara əsasdən hesab etmişdirdir ki, iddia tələbi qismən əsaslı hesab edilməli, lakin “xxxx” formasından götürülmüş və dəyəri ödənilməmiş 6918 manat dəyərində ətir yağlarının hazırda iddiaçının mağazasında olması halı nəzərə alınmalı, həmin malların dəyəri tələb edilən zərər məbləğindən çıxılmalı (18000-6918=11082), qalıq məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidır.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2 və 386.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək cavabdehdən 18000 manat məbləğində pul və ödəmiş olduğu 145 manat dövlət rüsumunun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq iddiasını tam təmin etməmişdir. Işdə olan sübutlara tam və hərtərfli baxmamış, düzgün hüquqi qiymət verməmişdir. Buna görə də qətnamənin dəyişdirilərək iddiasının tam təmin edilməsini xahiş edir.

13. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin əsl mahiyyətini cavabdehin onu aldatması tutur ki, həmin aldanılmaqla da iddiaçıya heç bir zərər dəyməmişdir. Iddiaçı bundan başqa onu da qeyd edir ki, nisyə olaraq müxtəlif mağazalara verilmiş malların dəyəri həmin mağazalardan alınmadığına görə təqsirli cavabdehdir və ona görə də həmin malların dəyərini iddiaçıya cavabdeh ödəməlidir. Halbuki, müxtəlif mağazalara nisyə mallar iddiaçının öz razılığı ilə verilmişdir və həmin mallar hazırda nisyədə olsa da gələcəkdə həmin malların dəyəri iddiaçı tərəfindən mağazalardan alınacaqdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də nəzərindən qaçırmışdır ki, iddiaçının tələbinin əsl mahiyyətini ziyan vurmaq yox, satıcının onu aldatması təşkil edir. Iddiaçı ona cavabdehin 18000 manat ziyan vurduğunu göstərsə də məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin iddiaçının razılığı ilə verilmiş nisyə malları və eyni zamanda iddiaçı tərəfindən verilməmiş 17000 manatı vurulmuş ziyan kimi müəyyən etməsi qanunsuz və əsasızdır. Iddia ərizəsinə və iş materiallarına nəzər yetirdikdə məlum olur ki, iddiaçının hazırkı iddiasının əsasını onun cavabdehə qarşı olan qərəzi tutur və onun iddiası heç bir sübutla təsdiq olunmur. Məhkəmə iddiaçının aldadılmasını və iddiaçının razılığı ilə nisyə verilmiş malların pulunun alınıb iddiaçıya verilməməsini zərər vurulması kimi müəyyən etmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, iddiaçının aldadılması nəticəsində və eyni zamanda öz razılığı ilə müxtəlif mağazalara nisyə verilmiş və pulları alınmamış mallara görə ona necə ziyan dəymişdir. Məhkəmə yalnız iddiaçının heç bir mötəbər sübutla təsdiq olunmayan formal izahatlarına və məhkəməyə təqdim etdiyi CD diskdəki video görüntüyə əsaslanaraq iddianı qismən təmin etmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1815/2025 nömərli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Cahid Imanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Qasım Əliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin # ######## 2025-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd olunması qət edilmişdir.

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının göstərdiyi 6918 manat dəyərində ətir yağları onun faktiki sahibliyindədir və bu əmlakdan məhrumetmə halı mövcud deyildir. Digər tərəfdən, müxtəlif mağazalara malların nisyə verilməsi iddiaçının öz razılığı ilə həyata keçirilmişdir və bu hal cavabdehin üzərinə bilavasitə maddi məsuliyyət qoyulması üçün əsas hesab edilə bilməz. Ən azından ona görə ki, cavabdeh iddiaçının rəsmi əmək müqaviləsi üzrə satıcısı olmamış və cavabdehlə aralarında tam maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır.

17. Həmçinin, məhkəmə iclası zamanı Sabirabad rayon Polis Şöbəsinin # ###### 2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarı və CD daşıyıcıda iddiaçı ilə cavabdeh arasında olan danışıqlar tədqiq edilmiş və həmin materiallarda cavabdehin borcunun etiraf edilməsinə dair hər hansı izahatı müəyyən olunmamışdır.

18. Bundan başqa, məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış suallara cavabında bildirmişdir ki, cavabdeh məhsullar almaq üçün ondan artıq pul almışdır. Belə ki, 6918 manatlıq ətirlərin qiymətini ona 17000 manat olmasını demişdir. Qeyd etmişdir ki, malları Sədərəkdə Ilkin adlı şəxsdən nisyə götürmüşlər. Mirorxana 17000 və ya 18000 manat pul verməmişdir. Mağazada heç bir şeyin qeydiyyatını aparmamışdır. Mirorxanla heç bir üzləşmə aparmamış, öz aralarında kimin-kimə nə qədər borclu olması barədə heç bir təftiş etməmişlər. Cavabdehə 17000 manat, nə də 6918 manat pul ödəməmişdir. Bildirmişdir ki, 6918 manatlıq ətirlər hazırda mağazadadır. Həmçinin ətir götürülən yerə də pul ödənilməmişdir. Malların hamısı nisyədədir. Cavabdeh ona 18000 manat borclu olmasını onun tərəfindən edilən çəkilişdə etiraf etmişdir.

19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəməyə iddiasını sübuta yetirə biləcək hər hansı mötəbər və təkzib olunmaz sübut təqdim edə bilməmişdir. Iddiaçı tələbi ilə bağlı məhkəməyə yalnız ümumi və mücərrəd mülahizələr bildirməklə kifayətlənmişdir.

20. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 777.1, 777.2, 778.1, 778.2, 778.3, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulmuşdir. Belə ki, Mülki Məcəllənin 560.3.4cü maddəsinə əsasən, digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hazırkı işdə məhkəmələrin bu qaydaların ziddinə qərar qəbul etməklə məhkəmə təcrübəsinidə heçə sayaraq səhv nəticəyə gəlmiş, cavabdehin onun güvəncindən, etibarından istifadə etməsi ilə zərər vurmasını nəzərə almamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

28. Maddə 777.2 Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

29. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

30. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

31. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

35. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

41. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Iddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1815/2025nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar