Məhkəmə qərarları › İş №2(1-8)-1114/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1114/2026

10.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1114/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentlə bağlı mübahisələr, alimentin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər arasında bağlanmış nikah Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş, birgə nikahdan doğulmuş ##.##.2014-cü il təvəllüdlü uşaq X2 ananın himayəsinə verilmiş, atadan uşağın saxlanılması üçün hər 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

2. Tərəflər arasında Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2024-cü il tarixli barışıq sazişində həmin uşağın saxlanması üçün cavabdehin hər ay ödəməli olduğu alimentin miqdarı 235 manat müəyyən edilmişdir.

3. Cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixində Azərbaycan Cüdo Federasiyası Ictimai Birliyində fiziki hazırlıq üzrə böyük məşqçi vəzifəsinə işə qəbul olunmuş, onun əmək haqqı 5699 manat (tutulmalardan sonra 5000 manat) olmuş, ## ##### 2025-ci il tarixindən fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə keçirilmiş və əmək haqqı bütün tutulmalar daxil olmaqla 2842 manat (tutulmalar çıxıldıqdan sonra- 2500 manat) müəyyən olunmuşdur.

4. Cavabdehin ikinci nikahından ##.##.2023-cü il tarixdə Məmmədova Suada adlı bir qızı anadan olmuşdur.

5. Cavabdehlə “xxxx” ASC arasında ##.##.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə üzrə ##.##.2032-ci il tarixədək hər ay banka 1542,32 manat vəsait ödəməlidir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## #### 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı * saylı Mediasiya Təşkilatında tərəflər arasında razılaşmaya əsasən ##.##.2024-cü il tarixli Barışıq sazişi əsasında 235 manat (sabit pul) məbləğində olan alimentin miqdarının dəyişdirilərək cavabdeh Cavabdeh əmək haqqının və gəlirinin ¼ hissəsi qədər alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Cavabdeh arasında ##.##.2013-cü ildə rəsmi nikah bağlanmış, birgə nikahdan ##.##.2014-cü il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə X5 ilə cavabdeh Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş ## #### 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq Səmədova (Məhəmmədova) Elvira Əsədulla qızının xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan uşaqlar üçün yaşayış minimumunun artırılmasını nəzərə alaraq sabit pul məbləğində məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılması barədə qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmiş və 2024-cü ildə mediasiya mərhələsində hazırkı iş üzrə cavabdeh X1 235 manat aliment ödəməsi barədə razılığa gələrək bu barədə ##.##.2024-cü il tarixində barışıq sazişi bağlanmışdır. Lakin cavabdehin sonradan daimi iş yeri, yüksək əmək haqqı alması məlum olduqdan və cavabdeh bunu gizlətdiyindən qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmiş, mediasiya mərhələsində cavabdehin nümayəndəsi aliment tələbi ilə bağlı tərəflər arasında ##.##.2024-cü il tarixdə barışıq sazişinin olmasını əsas gətirərək razılığa gəlmədiyindən hazırkı tələblə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə ərəfəsində cavabdehin daimi iş yeri olan Azərbaycan Respublikası Cüdo Federasiyasına ünvanlanmış məhkəmə sorğusuna cavab olaraq Cavabdeh ## ###### 2024-cü il tarixində fiziki hazırlıq üzrə böyük məşqçi vəzifəsinə işə qəbul olunduğu, ## ##### 2025-ci il tarixindən fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə keçirildiyi və əmək haqqı bütün tutulmalar daxil olmaqla 2842 manat (tutulmalar çıxıldıqdan sonra- 2500 manat) müəyyən olunduğu göstərilmişdir. Eyni zamanda da H.Məmmədov ilə Federasiya arasında ## ###### 2024-cü il tarixədək əmək müqaviləsinin mövcud olmaması qeyd edilmişdir. Barışıq sazişində aliment 235 manat göstərilib, amma “sabit pul məbləği” ifadəsi yazılmayıb. Dövlət tərəfindən də 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat sabit məbləği olaraq müəyyənləşdirilmişdir. Barışıq sazişində əmək haqqı ilə bağlı faiz göstərilmədiyi üçün, 235 manat sabit pul məbləği hesab olunur. Barışıq sazişində “Sabit” sözü yazılmasa belə, hüquqi mahiyyət bundan ibarətdir. AR Konstitusiyasının 17-ci maddəsi və Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən,

8. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə elektron qaydada iddia tələbinə etiraz verərək bildirmişdir ki, cavabdeh alimenti mütəmadi şəkildə ödəniş, heç bir gecikdirmə yaşanmamışdır. Həmin məbləğdən narazı olan iddiaçı 2024-cü ildə Mediasiyaya müraciət etmiş və həmin sabit məbləğin 235 manat olaraq müəyyən edilməsi ilə bağlı Barışıq Sazişi imzalanmış və bu müqavilənin şərtlərinə uyğun olaraq da iddiaçı yenə də öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirərək hər ay sabit pul məbləğini vaxtında ödəmişdir. Iddiaçının iddia ərizəsində qeyd etdiyi yalan məqam ondan ibarətdir ki, guya ki, cavabdeh 5 ildən çoxdur məşqçi işləyir və bu məlumatdan xəbəri olmamışdır. Cavabdeh bir ilə yaxın müddətdir ki məşqçi işləyir və bu daimi xarakter daşıyan bir iş deyil. Hamıya məlumdur ki, məşqçilər nəticəyə yönümlü işləyir və nəticədən asılı olaraq tez-tez dəyişilir. Yəni başqa sözlə deyilsə qeyri-sabit işdir. Iddiaçı rəsmi nikaha girən dövrdən cavabdehin idman sahəsi ilə məşğul olduğunu bilirdi, lakin iddia ərizəsində guya ki, cavabdehin fəaliyyətindən xəbəri yoxmuş kimi bir mənzərə yaratmağa çalışması birbaşa məhkəməni çaşdırmaq niyyətini özündə ehtiva edir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı * saylı Mediasiya Təşkilatında bağlanılmış ##.##.2024cü il tarixli, MŞB/*-***** saylı Barışıq Sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh ##.##.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Iddiaçı aliment məbləğinin artırılması barədə iddia tələbini onunla cavabdeh arasında bağlanılmış sazişdən sonra uşağın tələbatının artması, cavabdehin işləməsi və əmək haqqı alması ilə əsaslandırmışdır. Iş materiallarından göründüyü kimi tərəflər arasında Bakı * saylı Mediasiya Təşkilatında MŞB/*- ***** saylı Barışıq Sazişi ##.##.2024-cü il tarixdə bağlanılmış, həmin vaxt cavabdehin işləməməsi nəzərə alınmaqla aliment məbləği həmin il üzrə uşaqlar üçün müəyyən olunmuş minimum 235 manat həddində razılaşdırılmışdır.

11. Azərbaycan Cüdo Federasiyası Ictimai Birliyindən əldə edilən cavab məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh ## ###### 2024-cü il tarixində Azərbaycan Cüdo Federasiyası Ictimai Birliyində fiziki hazırlıq üzrə böyük məşqçi vəzifəsinə işə qəbul olunmuş və Cavabdeh ## ##### 2025-ci il tarixindən fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə keçirilmiş və əmək haqqı bütün tutulmalar daxil olmaqla 2842 manat (tutulmalar çıxıldıqdan sonra- 2500 manat) müəyyən olunmuşdur. H.Məmmədov ilə Federasiya arasında ## ###### 2024-cü il tarixədək əmək müqaviləsi mövcud olmamışdır. Göründüyü kimi həmin vaxtdan cavabdeh əmək haqqı almağa başlamış, onun maddi vəziyyəti yaxşılaşmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir.

12. Məhkəmə cavabdehin tərəflər arasında bağlanılmış Barışıq sazişinin ləğv edilməsi ilə bağlı iddiaçının heç bir iddiasının mövcud olmaması və iddiaçının hazırda qüvvədə olan müqavilənin məbləğ hissəsində təktərəfli dəyişiklik edilməsini məhkəmədən xahiş etməsinin qanunsuz olması, sazişin ləğv edilməsi ilə bağlı məhkəmə qərarının olmaması dəlilləri ilə bağlı bildirir ki, iddiaçının hazırki iddia tələbi həmin barışıq sazişinin etibarsızlığı və ya ləğvi ilə bağlı olmamaqla həmin sazişlə müəyyən olunmuş aliment məbləğinin artırılmasından ibarətdir. Belə ki, iddiaçı tərəfindən tərəflər arasında Barışıq sazişi bağlandıqdan sonra cavabdehin maddi vəziyyətində olan dəyişiklik, uşağın xərclərinin və uşaqlar üçün əvvəlki ilə münasibətdə müəyyən olunmuş minimum dolanacaq təminatının artırılması halları nəzərə alınmaqla aliment məbləğinin dəyişdirilməsi məhkəmədən xahiş edilmişdir. Iddiaçı bununla bağlı məhkəmədən öncə mediasiya təşkilatına müraciət etmiş tərəflər arasında razılıq əldə olunmadığı üçün məhkəmədə həmin məsələ ilə bağlı iddia irəli sürmüşdür. Qanunvericilikdə Mediasiya təşkilatında bağlanılmış barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğinin həcminin dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Bununla da məhkəmə tərəfindən iddia tələbi üzrə araşdırılma aparılaraq qeyd olunan iddia tələbinə mahiyyəti üzrə baxılması qanunauyğun olmuşdur.

13. Eyni zamanda məhkəmə cavabdeh tərəfin irəli sürdüyü, cavabdehin başqa şəxslə rəsmi nikaha girməsi və həmin nikahdan hal-hazırda bir övladının olması, hazırki ailəsinin həyat şəraitini təmin etmək, onların həyat və sağlamlığının qayğısına qalmaq üçün bankdan kredit götürərək ev alması və hal-hazırda ayda 1400 manat məbləğində kredit ödəməsi cavabdehin xəstə anası 1967-ci il təvəllüdlü X8 da onun himayəsində olması, Sultanəliyeva Rənanın səhhətində ciddi narahatçılıqların mövcud olması, Məmmədov Həsrətin heç bir yerdə işləməyən və müavinət almayan anasının bütün yaşamaq və müalicə xərclərini özü qarşılaması dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.6 və 8.7-ci bəndlərində qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

14. Iş materiallarında olan AZ IV seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2023-cü il tarixdə dünyaya gəlmişdir. Bundan əlavə cavabdehin məhkəmə tərəfindən nəzərə alınmalı xərc kimi təqdim etdiyi kredit müqaviləsi ##.##.2023-cü ildə, tərəflər arasında Barışıq sazişi isə bunlardan sonra bağlanılmışdır. Yəni barışıq sazişi bağlanılarkən də cavabdehin digər övladı ilə bağlı xərcləri və kredit borcu mövcud olmuşdur. Göründüyü kimi hazırda cavabdehin yuxarıda qeyd etdiyi hallar alimentin məbləğinin dəyişdirilməməsi üçün əsas deyildir.

15. Məhkəmə iddiaçı tərəfindən məhkəmə baxış iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbul edilmə məsələsi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə cavabdehin əmək haqqı barədə məhkəmə sorğusuna ##.##.2025-ci il tarixdə cavab ünvanlanmış və iddiaçı tərəf bundan sonra ##.##.2025-ci il tarixdə iddia tələbini dəqiqləşdirmişdir. Belə ki, bundan əvvəlki məhkəmə iclaslarında tərəflər arasında barışıq sazişi bağlanılan zaman yoxsa ondan sonra cavabdehin işləyib-işləməməsi, əmək haqqı məbləği barədə mübahisə mövcud olmuşdur. Həmin hal aradan qaldırıldıqdan sonra isə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmə qeyd olunan bu halları, uşağın mənafeyini nəzərə alaraq həmin dəqiqləşdirilmə ərizəsini icraata qəbul edilməsi barədə qərar qəbul etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76.1.2, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 5, 13, 19-cu bəndlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.2, 8.12-ci bəndlərinə, 2025ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024 cü il tarixli, ** nömrəli Qərarının 1.2.1-ci bəndinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim olunan sübutlara baxmayaraq cavabdehə çətinlik törədən qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ##.##.2024-cü il tarixli barışıq sazişində uşaq üçün cavabdehdən 235 manat alimentin tutulması razılaşdırılıb. Bu tarixdən 1 il 2 ay sonra – ##.##.2025-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib və iddia ərizəsində bildirib ki, saziş bağlandıqdan sonra ona məlum olub ki, cavabdeh 5 ildən çoxdur ki, “Azərbaycan Cüdo Federasiyası” Ictimai Birliyində məşqçi -idman ustası vəzifəsində çalışır, hər ay 2.270 manat əmək haqqı alır. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh həqiqətən də həmin Birlikdə idman məşqçisi vəzifəsində işləyir, aylıq əmək haqqı 2.842 manat təşkil edir. Cavabdeh iddiaya etirazında bildirib ki, həmin vəzifədə 5 ildən çoxdur ki, işləməsi barədə iddiaçının məhkəməyə verdiyi məlumat həqiqətə uyğun deyil, həmin vəzifədə 1 ilə yaxındır ki, işləyir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin barışıq sazişinin bağlanmasından əvvəl həmin vəzifədə işlədiyini, lakin saziş bağlanarkən bunu bilmədiyini iddia edir, cavabdeh isə həmin vəzifədə barışıq sazişinin bağlanmasından sonra işlədiyini bildirir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddianın rədd edilməsi üçün cavabdeh göstərilən iki halı sübut etməlidir: 1) barışıq sazişinin bağlanmasından əvvəl həmin vəzifədə işləyib; 2) barışıq sazişi bağlanarkən iddiaçı bunu bilib, lakin alimentin miqdarının 235 manat müəyyən edilməsinə razılaşıb. Cavabdeh bu halları sübut edə bilmir, ona görə də iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməyə haqlıdır.

22. Nəzərə alınmalıdır ki, aliment almaq uşağa məxsus olan hüquqdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə görə, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində bir uşağa görə valideynlərdən onların qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmalı olduğu müəyyən edilib. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub: “Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”. Odur ki, uşağın mənafelərinin daha yaxşı təmin edilməsi üçün barışıq sazişi dəyişdirilməli, aliment cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Alimentin miqdarı müəyyən edildikdən sonra barışıq sazişinin dəyişdirilməsini qadağan edən norma “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilməmidir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Iddia mahiyyətcə barışıq sazişinin dəyişdirilməsi barədə olduğundan alimentin miqdarından asılı olmayaraq hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1, 76.1.1-ci maddələrinə, Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayəti verərək, işin daha ədalətli və hərtərəfli araşdırılması üçün şifahi məhkəmə baxışı təyin edilərək işə baxılması, verilmiş kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş materiallarının yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətində AR Konstitusiyasının 26, 60-cı maddələrinə istinad edərək qeyd edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəməyə yetəri qədər sübut təqdim olunsa da məhkəmə qərəzli mövqe sərgiləmiş, cavabdehin hüquqlarının pozulmasına şərait yaratmışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 6.1.7, 6.1.9-cu maddələrini pozaraq təqdim olunmuş sübutların həqiqiliyini mübahisələndirməmiş və cavabdehə qarşı haqsızlıqlar olunmuş, hüquqlarının məhkəmə müdafiəsi üçün şərait yaratmamışdır. Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Məhkəmənin qərarı ilə cavabdehin, indiki həyat yoldaşı və övladının hüquqları kobud şəkildə pozulmuş və vəziyyətimiz daha da ağırlaşmışdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində kimi müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi təqdim olunan sübutlara baxmayaraq cavabdehə çətinlik törədən qətnamə qəbul etmişdir.

27. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf hər şeyi açıq aydın, əsaslı şəkildə məhkəməyə təqdim etmişdir, lakin qarşı tərəfin iddia ərizəsində qeyd etdiyi məqamlardan heç biri öz əsasını tapmamışdır. Məsələn, qeyd olunmuşdur ki, guya cavabdeh 5 ildir bu işdə işləyir, lakin Mediasiyada barışıq sazişi bağlanan zaman gizlədib. Məhkəmə araşdırması zamanı qeyd olunanların səhv olduğu aşkar olunmuşdur. Qeyd olunmuşdur ki, guya cavabdeh alimenti gecikdirir, lakin bununla bağlı heç bir sübut təqdim edə bilməmişdirlər. Qeyd olunmuşdur ki, uşağın xərcləri artıb, lakin uşağın mövcud tələbatları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdirlər. Cavabdeh isə öz növbəsində öz vəziyyəti ilə bağlı, öhdəlikləri və vəzifələri ilə bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Amma, təəssüf ki, məhkəmə iddiaçı tərəfin sübutları olmayan ifadələrini daha əsaslı hesab etmişdir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində Mülki Məcəllə, Ailə Məcəlləsinin müxtəlif maddələrinə istinad etmişdir. Ancaq nədənsə bu maddələrin iddiaçının iddia tələbində göstərdiyi tələblərlə əlaqəli şəkildə əlaqələndirilməsini həyata keçirməmiş, iddia tələbiylə qanunun müddəaları arasında istinad etdiyi mövcud ziddiyyətli məqamları araşdırmamış, qətnamədə bu ziddiyyətli məqamlara hüquqi baxımdan qiymət verməmişdir. Belə olan halda qətnamədə qeyd olunan qanunun müddəalarının sadalanmasını zəruri edən hallar müəyyən olunmamış qalır. MPM 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi və əsaslılığı isə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmasını və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasını özündə əks etdirir. Həmin məcəllənin 218-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Həmin məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Birinci instansiya və apellyasiya instansiyasında icraat zamanı cavabdeh tərəfindən məhkəmələrə Ali Məhkəmənin mövqeyini əks etdirən məhkəmə aktı və apellyasiya instansiya məhkəməsinin qətnaməsi təqdim edilmişdir. Məhkəmə iclaslarında həmin işin analogiya üzrə bu işə tətbiq olunmasınını düzgün hesab etmədikləri kassator tərəfindən təqdim edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarının məhz bu iş üzrə tətbiq olunmasının zəruriliyini bildirilmişdir. Lakin, məhkəmə işin bu hallarına diqqət yetirməmişdir. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiya məhkəməsində cavabdeh tərəfindən bildirilmişdir ki: “Cavabdehin hal-hazırki maddi vəziyyəti nə yerdədir, vəzifə və öhdəlikləri var, əmək haqqına və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin verilməsi onun vəziyyətini ağırlaşdıracaq, çətinləşdirəcəkdir. Bu halları birinci instansiya məhkəməsi araşdırmamışdır.” Bununla bağlı bütün zəruri sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə kollegiyası bu sübutlara ümumiyyətlə baxmamış qəbul etdiyi qətnamədə bu halın əksini sübut edən halları əsaslandırmamışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, № *-2/201* saylı qərarına əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin dəlillərinin əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

30. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

31. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan respublikası Ali Məhkəməsinin ##.##.2016-c il tarixli qərarı

32. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

33. Bənd 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

34. Bənd 8.6. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.

35. Bənd 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

42. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında məhkəmə qətnaməsi ilə tutulmuş aliment məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə ##.##.2024-cü il tarixdə saziş bağlanarkən cavabdehin rəsmi iş yeri olmamış, saziş bağlandıqdan sonra cavabdehin maddi vəziyyəti yaxşılaşmış, o, ## ###### 2024-cü il tarixində Azərbaycan Cüdo Federasiyası Ictimai Birliyində işə qəbul olunmuş, onun əmək haqqı əvvəl 5699 manat, ## ##### 2025-ci il tarixindən isə digər vəzifəyə keçirilməsi ilə əlaqədar 2842 manat (tutulmalar çıxıldıqdan sonra- 2500 manat) olmuşdur.

43. Ailə qanunvericiliyində alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, sabit pul məbləğində. Iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi artıq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və sonradan mediasiyada bağlanmış saziş əsasında məbləği 235 manata artırılmış sabit pul məbləğində ödənilən alimentin tutulma qaydasının dəyişdirilməsi, bununla da tərəflər arasında müəyyən edilmiş aliment məbləğinin artırılmasına nail olmaq olduğundan tələbin qanuni əsasını Ailə Məcəlləsinin 76.1.1 və 112.1-ci maddələri təşkil edir.

44. Cavabdehin hazırda kassasiya şikayətində qeyd etdiyi dəlillərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmiş, məhkəmə qeyd etmişdir ki, iddia o zaman rədd edilə bilərdi ki, cavabdeh barışıq sazişinin bağlanmasından əvvəl rəsmi iş yeri olduğunu və iddiaçının bunu bildiyi halda alimentin miqdarının 235 manat müəyyən edilməsinə razılaşdığını sübut etmiş olsun. Kollegiya apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, alimentin məbləği ilə bağlı saziş bağlandıqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment məbləğinin artırılması üçün əsasdır. Kollegiya eyni zamanda məhkəmənin hüquqi mövqeyi ilə razılaşır ki, ödənilməli olan aliment məbləğinin məhkəmə qətnaməsi və ya tərəflər arasında saziş bağlanmaqla müəyyən edilməsi ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda həmin məbləğin sonradan artırılıbazaldılmasını

45. istisna etmir.

46. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarının 8.6-cı bəndində qeyd edilmiş halların (xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) mövcudluğu müəyyən edilməmişdir. Ali Məhkəmə qeyd edilən qərarın 8.7-ci bəndində göstərmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

47. Kollegiya hesab ki, sübutların qiymətləndirilməsi zamanı məhkəmələr tərəfindən prosessual pozuntulara yol verilməmiş, mübahisə üzrə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

48. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar