Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1122/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): deliktdən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “özgənin əmlakını qəsdən məhv edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Astara rayon X1 Rəyasət Heyətinin ## ##### 1994-cü il tarixli * nömrəli qərarı ilə sahibkar İddiaçı Astara şəhəri, Nəriman Nərimanov küçəsində Hüseynov Hacıağa oğlunun istifadə etdiyi həyətyanı torpaq sahəsindən 3x8=24 kvadrat metr torpaq sahəsi ayrılmış (küçəyə çıxmamaq şərti ilə) və həmin sahədə layihə əsasında mağaza tikintisinə icazə verilmişdir.
2. Cavabdeh Astara şəhərinin Heydər Əliyev prospektində yerləşən 0,017 ha torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.
3. Astara Rayon Məhkəməsinin # ##### 2024-cü il tarixli, 3(018)-260/2024-cü il tarixli qərarına əsasən Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 2740 manat məbləğdə cərimə edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı özgənin əmlakını qəsdən məhv edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildə ona verilmiş torpaq sahəsinin üzərində 4m x 5m = 20 kvadrat metr ölçüdə olan mağaza inşa etdirmiş, həmin mağazanı fasiləsiz 15 il işlətmişdir. Dövlət büdcəsinə gəlir vergisi ödəmiş, son illər həmin mağazanı işlətməyərək bağlı vəziyyətdə saxlamışdır. Cavabdeh ## ###### 2023-cü il tarixdə ona məxsus olan mağazanı qəsdən sökərək məhv etmişdir. Bununla bağlı o, hüquq mühafizə orqanlarına müraciət etmiş, baş vermiş hadisəsi ilə əlaqədar araşdırma aparılmış, Astara Rayon Məhkəməsinin # ##### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə Cavabdeh IXMin 232-1-ci maddəsi ilə təqsirli bilərərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 2740 manat məbləğində cərimə edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının xüsusi mülkiyyətində olan mağazasına 15500 manat məbləğdə maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** saylı ekspert rəyi ilə mülki iş materiallarında olan məlumatlar nəzərə alınmaqla smeta üzrə aparılmış hesablamalar nəticəsində Astara şəhəri Heydər Əliyev prospektində (keçmiş Nərimanov küçəsi) tikilmiş və sonradan sökülmüş, iddia edilən ümumi sahəsi 20 kvadrat metr (sənəd üzrə 15,6 kvadrat metr) olan ticarət obyektinin tikintisinə sərf edilmiş vəsaitin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 5099 manat təşkil etdiyi müəyyən edilmişdir.
7. Astara Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Ilqar Məmmədov) Cavabdeh dəymiş ziyana görə 5099 manat və dövlət rüsumu üçün ödənilmiş 136 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara, o cümlədən Cavabdeh IXM-in 232-1-ci maddəsi məsuliyyətə cəlb olunmasına dair Astara Rayon Məhkəməsinin # ##### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarına və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** saylı ekspert rəyinə istinadən hesab etmişdir ki, cavabdeh iddiaçıya maddi ziyan vurmasında təqsirlidir, bu səbəbdən iddia tələbi qismən təmin edilməlidir.
b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat
9. Cavabdeh nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mağazanın Cavabdeh mülkiyyətində qanunsuz tikildiyini nəzərə almamışdır. Məhkəmə İddiaçı verilmiş torpaq sahəsinin harada yerləşdiyini, ona verilmiş torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə məhkəmə tikinti-texniki ekspertiza keçirməmişdir. Halbuki həmin mağaza Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Belə olan halda, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikilən tikilini sökə bilərdi. Onun tərəfindən İddiaçı onun mülkiyyətində yerləşən və onun mülkiyyət hüququnun həyat keçirilməsinə maneçilik edən tikilinin sökülməsi barədə dəfələrlə xəbardarlıq etmişdir. Çünki həmin hissədən onun həyətinə yol gedir və o həmin hissədə özünə darvaza qoymaq istəmişdir. Məhkəmədən tikinti-texniki ekspertizanın keçirilməsini istəsələr də, məhkəmə həmin ekspertizanı keçirməmişdir.
11. Cavabdeh nümayəndəsi vəkil vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sahəsi 20 kvadrat metr olan tikilinin 5000 manat dəyərində olması mümkün deyildir. Həmin tikilinin yenidən qiymətləndirilməsini xahiş edir. Apellyasiya şikayətində yalnız torpaq sahəsinin yerləşmə yeri ilə bağlı ekspertiza keçirilməsini xahiş etmişlər, çünki sökülmüş tikilinin dəqiq harada yerləşdiyini və neçə kvadrat metr olduğunu bilməmişlər. Birinci instansiya məhkəməsinin icraatı zamanı tərtib edilmiş ekspertiza rəyi ilə tanış deyildir. Həmçinin iddiaçı bildirir ki, torpaq sahəsinə ekspertiza idarəsindən heç bir şəxs baxış keçirmək üçün gəlməmişdir.
12. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, nümayəndənin mövqeyi ilə razıdır. Astara Rayon Məhkəməsində baxılan iş üzrə keçirilmiş ekspertiza zamanı baxış keçirilməsi üçün heç bir şəxs gəlməmiş, həmçinin bu barədə ona əvvəlcədən məlumat verilməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, yenidən ekspertiza keçirilməsinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 Saylı Lənkəran ərazi idarəsinin ## ###### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən Astara rayon X1 Rəyasət Heyətinin ## ##### 1994-cü il tarixli * nömrəli iclas protokolundan çıxarışına əsasən Astara şəhəri Nəriman Nərimanov küçəsində (indiki Heydər Əliyev prospekti) İddiaçı ayrılmış 24 kvadrat metr (3x8m) torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) mülki iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin sahənin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia olunan torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada hüdudları və döngə nöqtələrinin koordinatlan təyin olunmuş və iddia olunan torpaq sahəsinin faktiki ölçüsünün 20 kv metr olması müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş) və ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,017 ha torpaq sahəsinin naturada hüdudları və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Astara şəhəri Heydər Əliyev prospektində (keçmiş Nərimanov küçəsi) tikilmiş və sonradan sökülmüş, iddia edilən ümumi sahəsi 20 kv metr olan ticarət obyektinin (hazırda torpaq sahəsi) naturada hüdudları və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı mübahisəli-Astara şəhəri Heydər Əliyev prospektində (keçmiş Nərimanov küçəsi) tikilmiş və sonradan sökülmüş, iddia edilən ümumi sahəsi 20 kv metr torpaq sahəsinin faktiki koordinatlarının 17 kv metr hissəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş) və ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli Torpaq sahesinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan 0,017 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsi müəyyən olunmuşdur. Sözügedən 20 kv metr torpaq sahəsinin qalan 3 kv metr hissəsinin Cavabdeh istifadəsində olan (mülkiyyətdən kənar) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Iddia edilən 20 kv metr torpaq sahəsinin faktiki vəziyyətdə bütövlüklə Cavabdeh Istifadəsində olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmasından xeyli əvvəl - Astara rayon X1 ## ##### 1994-cü il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsində layihə əsasında tikinti aparmış və həmin sahədən uzun müddət fasiləsiz, açıq şəkildə istifadə etmişdir. Iş üzrə təqdim edilmiş sübutlar həmin istifadənin təqribi 15-20 il müddətində davam etdiyini təsdiq edir ki, bu da vicdanlı və açıq sahiblik kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, sonradan cavabdehin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması faktı iddiaçının əvvəllər mövcud davranışa güvənərək uzun illər etirazsız və fasiləsiz istifadə etdiyi tikilisinin sökülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi məqsədilə qanunla nəzərdə tutulmuş məhkəmə qaydasında iddia qaldırmaq, iddiaçının torpaq sahəsindən çıxarılmasını və ya digər hüquqi tələblərin təmin edilməsini tələb etmək imkanına malik olmuşdur. Bu imkanlardan istifadə edilmədən əmlakın sökülməsi mülki hüququn vicdanlılıq prinsipinə zidd hesab edilir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti işin halları, iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Iddiaçı kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.