Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1190/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı (Azərbaycan Respublikası Iqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin * saylı Bakı Ərazi Idarəsi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 Qanpanı qızı qarşı iş üzrə QƏRARİ Açar sözlər: əhəmiyyətsiz əqdlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 Qanpanı qızı qarşı (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin * saylı Bakı Ərazi Idarəsi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. X1 ilə İddiaçı arasında bağlanılmış ##.##.2004-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ** saylı mənzili alıcı İddiaçı satmışdır.
2. İddiaçı ilə cavabdeh2 Qanpanı qızı arasında bağlanılmış ##.##.2021-ci il tarixli, ANI seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35,89 kv metr olan ** saylı mənzili alıcı cavabdeh2 Qanpanı qızına 40000 manata satmışdır.
3. cavabdeh1 arasında bağlanılmış ##.##.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35,89 kv metr olan ** saylı mənzili alıcı cavabdeh1 55000 manata satmışdır.
4. cavabdeh1 ilə cavabdeh4 arasında bağlanılmış ##.##.2022-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35,89 kv metr olan ** saylı mənzili alıcı cavabdeh4 39000 manata satmışdır.
5. cavabdeh4 ilə cavabdeh3 arasında bağlanılmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35,89 kv metr olan ** saylı mənzili alıcı cavabdeh3 50000 manata satmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 Qanpanı qızı və cavabdeh1 qarşı (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2021-ci il tarixdə bağlanmış və *Ə-**** nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, ## #### 2022-ci il tarixdə bağlanmış və *Ə-*** nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, ## ### 2022-ci il tarixdə bağlanmış və *Ə-** nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, ## ###### 2023-cü il tarixdə bağlanmış və *Ə-*** nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdeh3 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin mənzilin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil ## ####### 2004-cü il tarixdən onun mülkiyyətində olmuşdur. İddiaçı ilə cavabdeh2, cavabdeh2 ilə cavabdeh1, cavabdeh1 ilə X2 və X2 ilə cavabdeh3 arasında bağlanan alqı-satqı müqavilələri yalan əqdlərdir. Həmin əqdlər başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Buna görə də həmin əqdlər əhəmiyyətsizdir. Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki 2021-2023-cü illər ərzində cavabdeh2 iştirakı ilə 21, cavabdeh1 iştirakı ilə 4, X2 iştirakı ilə 5, cavabdeh3 iştirakı ilə 3 alqısatqı müqaviləsinin rəsmiləşdirildiyi məlum olmuşdur. 3 il ərzində cavabdehlərin iştirakı ilə bu sayda alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi sübut edir ki, həmin şəxslər əlaqəli şəxslərdir və borc pulun qarşılığında alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakları adlarına keçirirlər. Bundan başqa, ##.##.2023-cü il tarixdə bağlanmış və təsdiq edilmiş alqı-satqı müqaviləsi vəkil sorğusu əsasında Bakı şəhəri ** saylı Notariat ofisindən əldə edilmişdir. Müqavilədən görünür ki, müqaviləni cavabdeh3 adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (AA0340364, FIN:*******) imzalamışdır. cavabdeh2, cavabdeh1, X2 və cavabdeh3 ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında 2021-2023-cü illər ərzində hər hansısa alqı-satqı müqaviləsi bağlanmışdırmı, bağlanmışdırsa hansı notariat ofislərində bağlanması barədə məlumatların təqdim edilməsi üçün Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə sorğu verilmişdir. Iddiaçı hələ də qeyd edilən mənzildə qeydiyyatdadır. Mənzil cavabdeh3 mülkiyyətinə keçənə qədər həmin mənzildə yaşamışdır. Sonradan həmin mənzilin kilidi onun xəbəri olmadan mülkiyyətçi tərəfindən dəyişdirilmiş və onu mənzilə buraxmamışlar. Bu günə qədərdə iddiaçının sənədləri və əşyaları həmin mənzildədir. Hal-hazırda həmin mənzildə heç kim yaşamır. Iddiaçının sənədlərinin və əşyalarının qaytarılması üçün cavabdehlərə müraciətlər olunsa da onlar bundan imtina etmişdir.
8. Cavabdeh Bədəlova Diana Qanpani qızı məhkəməyə “iddia ərizəsinə müddətin tətbiq edilməsi” barədə ərizə, həmçinin iddiaya etiraz ərizəsi ünvanlayaraq, İddiaçı ona və digərlərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair” tələblərə dair iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddia ərizəsinin dəlilləri tamamilə həqiqi halları əks etdirmir. Belə ki, alqı-satqı əməliyyatları tam qanuna uyğun aparılmış və müqavilə tərəflərinin iradə və istəklərinə uyğun aparılıb və əməliyyatların aparılmasına dair mədaxil-məxaric qəbzləri, ödənişlərin kim tərəfindən alındığını təsdiq edən sənədlər bunu təsdiq edir və bu faktlar iddianın əsassız olduğunun göstəricisidir. Iddiaçı özünün də bildirdiyi kimi müqavilə bağladığı andan hüquqlarının pozulduğunu, yanlış müqavilə bağladığı iddia etdiyi halda bir ildən artıq, iki ilə yaxın müddət keçdikdən sonra hazırkı iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhz qeyd olunanlara əsaslanaraq, İddiaçı mənə və digərlərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair” tələblərə dair iddia ərizəsinə iddia müddəti tətbiq edilməlidir. Mənzili iddiaçıdan satın alan o və mənzili ondan satın alan digər şəxs tam vicdanlı alıcılardır.
9. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə cavabdeh cavabdeh2 iddia ərizəsinə müddətin tətbiq edilməsi tələbi barədə ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil edilmədiyindən iddia ərizəsinə müddət tətbiq edilməməlidir. Bundan başqa mübahisəli mənzil alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 adına rəsmiləşdirildiyi vaxtdan 2022-ci ilin sonuna qədər iddiaçı həmin mənzildə yaşamışdır. Əlavə olaraq bildirir ki, həmin mənzil iddiaçının atası Məmmədov Vaqif Əziz oğlu tərəfindən iddiaçıya alınmışdır. Iddiaçının atası Yevlax rayonunda yaşayır. 2022-ci ilin dekabr ayında iddiaçının atası da Bakı şəhərində olmuş və həmin mənzildə yaşamışdır. Iddiaçının atası qızı gilə getmiş qayıdanda görmüşdür ki mənzilin kilidi dəyişdirilmişdir. Bundan sonra iddiaçı və iddiaçının atası həmin mənzilə daxil ola bilməmişdir. Iddiaçı və onun atası həmin mənzili cavabdehlərdən istədikdən sonra cavabdehlər həmin mənzili verməmək üçün yalan əqd əsasında cavabdeh3 özgəninkiləşdirmişdir. Həmin vaxtdan iddiaçı və cavabdehlər arasında qeyd edilən mübahisə davam edir. Bunun sübutu olaraq səs yazıları məhkəməyə təqdim ediləcək. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazır ki mübahisəyə iddia müddəti şamil edilsə də müddət ötürülməmişdir
10. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddia tələbinin tam həcmdə rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, sözügedən mənzili cavabdeh cavabdeh3 ## ###### 2023-cü il tarixində notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın almışdır. Bu zaman satıcı Ülviyyə Sultanova ilə aralarındakı razılaşmaya əsasən evin dəyəri olan 85.000 manat məbləğin 50.000 manat hissəsi notariat kontorunun depozit hesabı vasitəsi ilə, geri qalan 35.000 manat hissəsi isə əldən verilmişdir. Iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə cavabdeh3 (həmçinin onun nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) mənzilin əvvəlki mülkiyyətçilərinin heç birini, o cümlədən Ülviyyə Sultanovanı tanımır, onlarla hər hansı formada münasibəti, əlaqəsi olmamışdır. Iddiaçının ona məxsus mənzili borcuna qarşılıq müvəqqəti olaraq digər cavabdehin adına keçirdiyinin doğru olduğunu fərz etsək belə cavabdeh3 bundan məlumatı olmamış, olma imkanı da olmamışdır. Belə ki, cavabdeh3 mənzili el arasında makler kimi bilinən daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxs vasitəsi ilə almışdır (yazışmalar və səs yazıları təqdim edilir). Bunun üçün həmin vasitəçiyə də xidmət haqqı ödəmişdir. Ülviyyə Sultanova ilə cavabdeh3 arasında bağlanmış həmin alqı-satqı müqaviləsinin yalan əqd olmasına münasibətdə bildiririk ki, əvvəla iddiaçı məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etmir. Iddiaçı tərəfindən verilən məlumatlar isə ümumiyyətlə həqiqəti əks etdirmir. Satıcı cavabdeh4 ilə cavabdeh cavabdeh3 arasında başqa hər hansı əqd və ya razılaşma olmamışdır. Bu halı sübuta yetirmək üçün də iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmir. Bunun əksinə satıcı ilə cavabdeh cavabdeh3 arasında mənzilin alqı-satqısına yönəlmiş qarşılıqlı iradə olmuşdur və cavabdeh mənzili satıcıdan 2023-cü ilin yanvar ayında almışdır. Bu zaman satıcı mənzildəki əşyaların boşaldılması və mənzilin təhvil verilməsi üçün müddət istəmiş, cavabdeh3 da razılıq bildirmişdir (nümayəndəsi vasitəsilə). Lakin bu müddət uzun çəkmiş və cavabdeh3 nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satıcı ilə whatsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq əşyaların boşaldılmasını və açarların təhvil verilməsini xahiş etmişdir. Müxtəlif səbəblərdən bu prosesi uzadan satıcı nəhayət 2023-cü ilin mart ayında güya əvvəllər kirayəçi kimi evdə qalan hazırki iş üzrə iddiaçının telefon nömrəsini verərək əşyaların ona aid olmasını, götürülməsi ilə bağlı onunla əlaqə saxlanılmasını xahiş etmişdir (yazışmalar və səs yazıları təqdim edilir). Bundan sonra (yenə iddia ərizəsində qeyd edilənlərin əksinə) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onunla əlaqə saxlamış, əşyaların götürülməsini xahiş etmişdir. Iddiaçı da onu aldatdıqlarını, evi satmadığını bildirmişdir. Yalnız bundan sonra, yəni mənzili aldıqdan 2 ay sonra cavabdeh mənzilin mübahisəli olduğunu bilmişdir (yazışmalar və səs yazıları təqdim edilir). Hazırda sözügedən mənzil cavabdehin cavabdeh3 sahibliyində və istifadəsindədir. Mənzilin bütün kommunal xətləri 2023-cü ilin mart ayından etibarən cavabdeh cavabdeh3 adınadır (müqavilələr əlavə edilir). Iddia ərizəsində qeyd edilənlərin əksinə iddiaçı mənzildə qeydiyyatda deyildir. cavabdeh3 mülkiyyətində olan mənzildən əşyaların çıxarılması ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (qətnamə əlavə edilir). Aydın olur ki, cavabdeh cavabdeh3 ilə digər cavabdehlər arasında əlaqənin olmasından və onunla satıcı cavabdeh4 arasında bağlanılmış ## ###### 2023- cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmasından söhbət gedə bilməz. Bundan əlavə, cavabdeh cavabdeh3 sözügedən mənzili əldə edərkən vicdanlı olmuşdur. Belə ki, satıcının mənzilə dair hüquqmüəyyənedici sənədləri (dövlət reyestrindən çıxarış) mövcud olmuş daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair onun mülkiyyətçisinin sərəncamvermə hüququnu məhdudlaşdıran, eyni zamanda həmin mənzil barədə əməliyyat aparılması ilə bağlı hər hansı qadağa qeydi də olmamışdır. Cavabdeh cavabdeh3 mənzilin mülkiyyətçisi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə, çıxarışa güvənərək həmin mənzili satın almışdır. Alqı-satqı prosesi qanunvericiliyə uyğun olaraq notariat kontorunda rəsmiləşdirilmiş, bu zaman notarius tərəfindən torpaq sahəsinə dair sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olub-olmaması daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (forma 1) real vaxt rejimində əldə edilməklə yoxlanılmışdır. Cavabdeh cavabdeh3 qanunvericiliyə uyğun olaraq notariat qaydasında alqısatqı müqaviləsi bağlamaqla satın aldığı sözügedən mənzil üzərində, bütün bu hərəkətlərin məntiqi nəticəsi olaraq, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bununla bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilmişdir. Bütün bu prosesdə cavabdeh vicdanlı olmuşdur. Belə ki, mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Beləliklə işin faktiki hallarından və yuxarıda sadalananlardan aydın olur ki, mənzilə dair iddiaçının qeyd etdiyi formada əvvəlki mülkiyyətçilərlə razılaşmanın olmasını cavabdeh cavabdeh3 bilməmişdir və bilmə imkanı da olmamışdır. Bu baxımdan da cavabdeh cavabdeh3 sözügedən mənzilin alqısatqısı və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması vasitəsi ilə həmin mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə vicdanlı olmuşdur. Mülki Məcəllənin 149.2- ci maddəsinə əsasən isə vicdanlı üçüncü şəxslərin hüquqları qorunur. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sözügedən mənzilə dair cavabdeh cavabdeh3 adına dövlət reyestrində aparılmış qeydiyyatdan öncəki qeydiyyatlar ləğv edilsə belə, sonuncu vicdanlı üçüncü şəxs olduğundan onun hüquqları qorunmalı, adına aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxlamalıdır. Digər tərəfdən, bir anlığına mənzilə dair alqı-satqı müqavilələrinin etibarsızlığı tələbinin əsaslı olduğunu fərz etsək belə hazırda iddiaçının həmin tələblə çıxış etmək hüququ yoxdur. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı tələblərə dair 1 illik “kəsici müddət” tətbiq edilir. AR Mülki Məcəlləsinin 354.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Işin faktiki hallarından məlumdur ki, iddiaçı mənzilə dair ilk alqı-satqı müqaviləsini ##.##.2021-ci ildə bağlamaqla mənzili cavabdeh2 satmışdır. Həmin tarixdən etibarən də iddiaçının bu əqdin mövcudluğundan məlumatı olmuşdur. Daha sonra mənzil müxtəlif tarixlərdə digər cavabdehlərə satılmışdır. Bütün bunlar nəzərə alındığında aydın olur ki, 1 illik müddəti keçirdiyinə görə iddiaçı həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququnu itirmişdir.
11. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahat verərək bildirmişdir ki, cavabdeh3 Memar Əcəmi tərəfdə yerləşən ev almaq istəyirdi və bu məqsədlə makler ofisinə yaxınlaşaraq istədiyi evi təsvir etmişdi. Alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs Vüsal belə bir evin olduğunu bildirdikdən sonra digər vasitəçi ilə birlikdə həmin evə baxmağa getmişdir. Evi bəyəndikdən sonra cavabdeh3 da gətirəcəyini, əgər o da evi bəyənərdisə, həmin evi alacaqlarını bildirmişdi. Ertəsi gün Fatimə xanımla birlikdə evi görməyə getmişlər, Fatimə evi bəyənmişdi. Evdə əşyalar olsa da, yaşayış olmadığı məlum olmuşdu. Evdə yaşayan şəxslərin kim olduğunu soruşduqda, onların rayonda olduqları bildirilmiş və evi aldıqları təqdirdə əşyaları çıxarmaq üçün vaxt verilməsi xahiş olunmuşdu. Tərəflər evin 85.000 manat qiyməti ilə razılaşmışlar. Makler onlara 4-cü dairədə notariusun olduğunu demiş və alqı-satqı həmin notariusun iştirakı ilə həyata keçirilmişdi. Bu zaman ev sahibinə əşyaları çıxarmaq üçün 1 ay möhlət verilmişdi. Müddət bitdikdən sonra onlara zəng vurulmuş, lakin zənglər cavabsız qalmışdı. Vasitəçi ilə əlaqə saxlanıldıqda evdə kirayə qalan şəxsin Namiq olduğu bildirilmiş və onun nömrəsi təqdim olunmuşdu. Namiqlə əlaqə saxlandıqda o, Türkiyə Respublikasında olduğunu demiş, buna görə də vasitəçidən evin açarını verməsi xahiş olunmuşdu. Təqdim olunan nömrədəki şəxs açarı verəcəyini bildirmişdi, lakin daha sonra onunla da əlaqə kəsilmişdi. Nəticədə, məcbur qalaraq çilingər çağırmış və evin qapısını açdırmışdır. Daha sonra Namiqə zəng edərək evin qapısını açdığını və əşyaları götürməsini bildirmişdi, lakin Namiq rayonda olduğunu və bir neçə günə gələcəyini demiş, daha sonra onun nömrəsinə də zəng çatmamışdı. Bir neçə gündən sonra başqa bir nömrədən bir xanım zəng vuraraq oğlunun aldadıldığını və evin bu şəkildə onlara satıldığını bildirmişdi, lakin sonradan həmin şəxslər də zənglərə cavab verməmişdir. Nəticədə, evdəki əşyaların çıxarılması üçün onları məhkəməyə vermişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, həm iddiaçını, həm də bu vasitəçiliklə məşğul olan şəxsi tanıyırdı və bu məsələ ilə bağlı onlarla əlaqə saxlamışdır. Əvvəlcə alqı-satqı məsələsinə qarışmasa da, sonradan maraqlanaraq evin Dinarə adlı xanımın adına rəsmiləşdirildiyini və həmin şəxsin bir müddət orada yaşamağa davam etdiyini, daha sonra isə evi tərk etdiyini öyrənmişdir. Dinarənin ona müraciət edərək borcu ödəyə bilmədiyini və evi satmalı olduğunu deməsindən sonra tanıdığı Müşfiqlə əlaqə saxlamış və həmin ev Müşfiqin adına keçirilmişdir. Müşfiqlə Dinarə arasında olan borcun bir hissəsi ilə bağlı iddiaçı ilə də əlaqə saxlanılmış, nəticədə notarial qaydada tərtib olunmuş sənəd əsasında iddiaçı tərəfindən Dinarəyə 30000 manat məbləğində pul verilmişdir. Daha sonra iddiaçı bu mübahisə ilə əlaqədar əlavə olaraq 6.700 manat da ödəmişdir. Müşfiq evin satıldığını bilirdi və Dinarənin borcuna görə bu məbləğin ödənilməsini təmin etmişdir.
13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** nömrəli rəyi ilə ümumi sahəsi 35,89 kv.m olan ünvan 1 ünvanında yerləşən təmirli mənzilə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin mövcud orta bazar dəyəri təqribən 76984 manat məbləğində müəyyən edilmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 Qanpanı qızı və cavabdeh1 qarşı (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin * saylı Bakı Ərazi Idarəsi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair mülki işin icraatına cavabdeh cavabdeh1 münasibətdə xitam verilməsi qərara alınmışdır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlmişdir ki, İddiaçı alqı-satqı müqaviləsi bağlayarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği almışdır. Bununla da, İddiaçı bağlanmış əqdlə (əqdlərlə) bağlı onun yalan əqd olmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, son mülkiyyətçi olan cavabdeh cavabdeh3 vəkili tərəfindən təqdim olunmuş sənədlər, üçüncü şəxsin izahatları və sosial şəbəkə (whatsapp) yazışmaları göstərir ki, mənzil real bazar qiymətinə, vasitəçi vasitəsi ilə, vicdanlı niyyətlə əldə olunmuşdur. Satıcı ilə alıcı arasında əşyaların boşaldılması ilə bağlı müvəqqəti razılaşma olmuş, lakin sonradan əlaqə yaradıla bilmədiyindən alıcı evə müstəqil şəkildə daxil olmuşdur. Beləliklə, mənzilin hazırkı mülkiyyətçisi cavabdeh cavabdeh3 daşınmaz əmlakı dövlət reyestrində göstərilən qeydiyyata güvənərək, notariat qaydasında hüquqi qüvvəyə malik müqavilə əsasında həmin mənzili əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh3 mənzili alarkən vicdanlı üçüncü şəxs olmuş, əqdin əvvəlki tarixçəsindən və iddiaçının bildirdiyi razılaşmalardan xəbərdar olmamışdır.
18. Bundan başqa, mübahisəyə cəlb olunan digər şəxslər X2, vəfat etmiş cavabdeh1 və cavabdeh2 tərəfindən əldə edilmiş mülkiyyət hüququ da reyestrdə qeydiyyatdan keçmiş və hüquqi nəticələr doğurmuşdur. Hər bir cavabdeh mənzili qanuni əsasla əldə etmiş, daşınmaz əmlakın reyestrində heç bir məhdudlaşdırıcı qeyd olmadığına görə, həmin şəxslərin də hər biri “vicdanlı alıcı” hesab olunmalıdır.
19. Bundan əlavə, iddia tələbinin əsasında duran əsas arqumentin biri də iddiaçı ilə cavabdeh cavabdeh2 arasında borc pulun alınıb verilməməsi qeyd edilsə də, bununla bağlı özünün də etirafı nəticəsində bununla bağlı rəsmi sənədi təqdim edə bilməmiş və bunu onunla öz aralarında rəsmiləşdirməmişdir. Yəni, iddiaçı məhkəmədə iddiasını tam olaraq sübuta yetirə bilməmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2, 324, 337.1, 337.2, 337.4, 340, 372, 377, 378, 380 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə hesab etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş X3 da izahatına hüquqi qiymət verilməlidir. Şəxsin şahid ifadəsi yalnız digər obyektiv və etibarlı sübutlarla təsdiqləndiyi halda işin hallarının sübut edilməsi vasitəsi kimi hüquqi əhəmiyyət kəsb edə bilər. Lakin iş üzrə təqdim edilmiş sübutlar və materiallar şahidin ifadəsində göstərilən halları, xüsusilə də alqı-satqı müqavilələrinin formal xarakter daşımasını və ya qeyri-real niyyət əsasında bağlanmasını təsdiq etmir. Əksinə, iş materialları bu əqdlərin hər birinin qanunvericiliyə uyğun olaraq bağlandığını və notariat qaydasında rəsmiləşdirildiyini göstərir. Belə olan halda, şahid ifadəsi təkbaşına alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Şahid ifadəsi ilə tərəflər arasında olan borc münasibətləri təsdiq olunsa da məhkəmə şahid ifadəsinə izahat kimi qiymət verərək sübut kimi qiymətləndirməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində ********** mobil telefon nömrəsi və cavabdeh4 əri Mübariz adlı şəxsin istifadəsində ********** mobil telefon nömrəsi var. Ehtimal olunur ki məhkəmə iclaslarından əvvəl və sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Mübariz adlı şəxs bir-birləri ilə əlaqə saxlayırlar. Onların bir-birlərini tanıyıb tanımamalarının müəyyən edilməsi, işin tam və obyektiv araşdırılması üçün ## ###### 2023-cü il tarixdən vəsatət verilən tarixə qədər ********** və ********** mobil telefon nömrələri arasında zənglərin olub-olmaması barədə sorğu verilməsi üçün vəsatət verilsə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Mübahisəli mənzil əgər cavabdehlərə satılmışdırsa o zaman niyə iddiaçı və iddiaçının atası həmin mənzildə yaşamışdır. Bu bir daha sübut edir ki alqı-satqı müqavilələrinin hamısı yalan əqd olmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Azad Imanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə, mənzil üzrə bağlanmış alqı-satqı müqavilələrində göstərilən qiymətlər əmlakın faktiki bazar dəyərinə uyğun olması müəyyən edilmişdir. Bu hal isə onu göstərir ki, tərəflər əqdləri real iradə və qarşılıqlı razılaşma əsasında bağlamış, hər hansısa “formallıq” və ya “yalan əqd” niyyəti ilə deyil, əmlakın real kommersiya dəyəri nəzərə alınmaqla rəsmiləşdirmişlər.
25. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinin nəticəsi bir daha iddiaçının alqı-satqı müqavilələrinin formal xarakter daşıdığı barədə iddialarını təkzib edir və əksinə, onların reallığını, iqtisadi əsaslılığını və bazar şərtlərinə uyğunluğunu sübut edir.
26. Bundan əlavə, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olduqları ilə bağlı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iki məqamı daha vurğulamışdır.
27. Birincisi, iddiaçı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2023-cü il tarixli məktubuna istinad edərək qeyd etmişdir ki, 3 il ərzində cavabdehlərin iştirakı ilə çoxlu sayda alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi həmin şəxslərin əlaqəli şəxslər olduğunu və borc pulun qarşılığında alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakları adlarına keçirdiklərini sübut edir. Ikincisi, iddiaçı hələ də qeyd edilən mənzildə qeydiyyatda olduğunu bildirmişdir.
28. Apellyasiya məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, şəxsin bir neçə daşınmaz əmlak müqaviləsində iştirak etməsi qanunvericiliklə qadağan olunmur və bu, onun sahibkarlıq fəaliyyəti və ya şəxsi mülki hüquq subyekti kimi iqtisadi azadlığı çərçivəsində olan bir hüquqdur. Alqı-satqı müqavilələrinin sayının çoxluğu əqdlərin formal və ya saxta olması qənaətini formalaşdırmır və belə yanaşma hüquqi dövlət prinsiplərinə və mülki dövriyyənin azadlığına zidd hesab edilir. Mülkiyyət hüququna malik olan hər bir şəxs qanuni məhdudiyyətlər çərçivəsində sərbəst şəkildə əmlak əldə etmək, satmaq və ya digər şəxslərə ötürmək hüququna malikdir. Bu baxımdan, cavabdehlərin alqı-satqı müqavilələrində çoxsaylı iştirak etməsi iddianın əsaslandırılması üçün yetərli hüquqi dəlil sayıla bilməz.
29. Həmçinin, iddiaçı hələ də mübahisə predmetini təşkil edən mənzildə qeydiyyatda olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda deyil. Bundan başqa, iddiaçının mənzildə qeydiyyatda olması, yaxud orada əvvəllər yaşaması mülkiyyət hüququnun sübutu sayıla bilməz. Belə ki, qeydiyyat faktı yalnız yaşayış yerini təsdiqləyir və heç bir halda əmlak üzərində mülkiyyət hüququ yaratmır. Əgər şəxs mənzilə dair alqı-satqı müqaviləsinə imza ataraq onu digər şəxsə veribsə, bu halda o, həmin əmlakdan könüllü imtina etmiş sayılır.
30. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilmiş səs yazıları da qiymətləndirilmiş və müəyyən edilmişdir ki, təqdim olunan səs yazılarının heç biri alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edən birbaşa və inandırıcı sübutları özündə əks etdirmir. Həmin yazıların əksəriyyəti ümumiyyətlə müqavilə tərəfləri arasında aparılmamış, bir qismi isə kontekstdən çıxarılmış, qeyri-müəyyən xarakter daşıyan danışıq parçalarından ibarətdir. Belə olduğu halda, səs yazılarının da iş üzrə həlledici sübut kimi qəbul edilməsi üçün hüquqi əsas mövcud deyildir.
31. Məhkəmə şahid qismində dindirilmiş X3 da ifadəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, şəxsin şahid ifadəsi yalnız digər obyektiv və etibarlı sübutlarla təsdiqləndiyi halda işin hallarının sübut edilməsi vasitəsi kimi hüquqi əhəmiyyət kəsb edə bilər. Lakin iş üzrə təqdim edilmiş sübutlar və materiallar şahidin ifadəsində göstərilən halları, xüsusilə də alqı-satqı müqavilələrinin formal xarakter daşımasını və ya qeyri-real niyyət əsasında bağlanmasını təsdiq etmir. Əksinə, iş materialları bu əqdlərin hər birinin qanunvericiliyə uyğun olaraq bağlandığını və notariat qaydasında rəsmiləşdirildiyini göstərir. Belə olan halda, şahid ifadəsi təkbaşına alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edən sübut kimi qəbul edilə bilməz.
32. Beləliklə, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir.
33. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, son mülkiyyətçi cavabdeh cavabdeh3 vəkili tərəfindən təqdim olunmuş sənədlər, üçüncü şəxsin izahatları və sosial şəbəkə (whatsapp) yazışmaları göstərir ki, mənzil real bazar qiymətinə, vasitəçi vasitəsi ilə, vicdanlı niyyətlə əldə olunmuşdur. Satıcı ilə alıcı arasında əşyaların boşaldılması ilə bağlı müvəqqəti razılaşma olmuş, lakin sonradan əlaqə yaradıla bilmədiyindən alıcı evə müstəqil şəkildə daxil olmuşdur. Beləliklə, mənzilin hazırkı mülkiyyətçisi cavabdeh cavabdeh3 daşınmaz əmlakı dövlət reyestrində göstərilən qeydiyyata güvənərək, notariat qaydasında hüquqi qüvvəyə malik müqavilə əsasında həmin mənzili əldə etmişdir.
34. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh3 mənzili alarkən vicdanlı üçüncü şəxs olmuş, əqdin əvvəlki tarixçəsindən və iddiaçının bildirdiyi razılaşmalardan xəbərdar olmamışdır.
35. Həmçinin, mübahisəyə cəlb olunan digər şəxslər X2, vəfat etmiş cavabdeh1 və cavabdeh2 tərəfindən əldə edilmiş mülkiyyət hüququ da reyestrdə qeydiyyatdan keçmiş və hüquqi nəticələr doğurmuşdur. Hər bir cavabdeh mənzili qanuni əsasla əldə etmiş, daşınmaz əmlakın reyestrində heç bir məhdudlaşdırıcı qeyd olmadığına görə, həmin şəxslərin də hər biri “vicdanlı alıcı” hesab olunmalıdır.
36. Bundan başqa, iddia tələbinin əsasında duran dəlillərdən biri də iddiaçı ilə cavabdeh cavabdeh2 arasında borc münasibətinin olması qeyd edilsə də, iddiaçı bununla bağlı heç bir rəsmi sənəd təqdim edə bilməmiş və bunu onunla öz aralarında rəsmişləşdirməmişdir. Bu bir daha onu deməyə əsas verir ki, iddiaçı məhkəmədə öz tələbini sübuta yetirə bilməmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını və təqdim olunmuş sübutları mahiyyəti üzrə düzgün və hərtərəfli dəyərləndirməmiş, işə dair sadəcə formal hallara qiymət verməklə kifayətlənmişdir. Bu isə MPM-nin 88-ci maddəsinin tələblərinin ciddi şəkildə pozulduğunu deməyə əsas verir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
41. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
43. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir .
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
46. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
47. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.
48. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarı:
49. “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022ci il tarixli Qərarı:
50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
60. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.