Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3538/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Dolxanova (Bayramova) Nuranə Vaqif qızına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-969/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Dolxanova (Bayramova) Nuranə Vaqif qızı və üçüncü şəxs Bayramova Nərminə Vaqif qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şika yətləri üzrə işə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və X3 xx.xx.1993-cü ildə nikaha daxil olmuşlar. 2. 2001-ci ildə ünvan 1 ünvanda yerləşən 5 saylı mənzil X1 adına qeydiyyata alınmışdır. 3. xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən, X3 əri İddiaçı ona verdiyi etibarnamə əsasında həmin mənzili bacısı Bayramova Nərminə Vaqif qızına bağışlamış və elə həmin il, sonuncu sözügedən mənzil üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4 saylı dövlət notariat kontorunun təsdiq etd iyi xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və Bayramova Nərminə Vaqif qızının adına Reyestr Xidməti tərəfindən 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, 2016-cı ildən başlayaraq o, dolanışıq üçün pul qazanmaq məqsədi ilə Ukrayna Respublikasına gedib-gəlmişdir. Orada pul qazanıb ailəsinə baxmışdır. Sonuncu dəfə may 2024-cü il tarixdə Azərbaycana, Sumqayıt şəhərinə, evinə qayıdan zaman arvadı Cavabdeh3 onu evə buraxmamış və aralarında olan nikahı pozmaq istədiyini bildirmişdir. O, qardaşının evində məskunlaşmağa məcbur olmuşdur. Bu mü ddət ərzində Nuranə ilə münasibət yaratmağa çalışsa da, mümkün olmamışdır. Nuranə bu yaxınlarda ona nikahlarının pozulması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Bundan sonra mənzilə dair kommunal borcların olub-olmaması ilə maraqlandığı zaman məlum olmuşdur ki, mənzil Bayramova Nərminə Vaqif qızının adına qeydiyyata alınmışdır. Mənzil hal-hazırda Bayramova Nərminə Vaqif qızının mülkiyyətindədir. Beləliklə də görünən odur ki, (Bayramova) Cavabdeh3 birgə nikah dövründə birgə gəlirlər hesabına əldə etdikləri, ümumi mülkiyyətlərində olan mənzili, onun razılığı olmadan, ondan gizli qanunsuz yollarla öz bacısı Bayramova Nuranənin adına bağışlama müqaviləsi üsulu ilə rəsmiləşdirmişdir. Ona görə də, həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilədən ir əli gələn hüquqmüəyyənedici sənədlər ləğv edilməlidir. Dolxanova (Bayramova) Nuranə Vaqif qızı məqsədyönlü şəkildə qanunsuz hərəkətlərə yol verərək ümumi mülkiyyətlərində olan mənzili ondan gizli qaydada öz bacısının adına bağışlama üsulu ilə rəsmiləşdirmişdir.
6. Cavabdeh3 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçıya qarşı Cavabdeh3 tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir. 18 iyul 2019-cu il tarixdə etibarnamə verilmiş və o, həmin etibarnamədə əmlaka dair sərəncam verilməsi səlahiyyəti göstərilmişdir. Bundan başqa bildirmişdir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələbləri əsasında baş tutmuşdur. Bu səbəbdən iddiaçının mövqeyi tamamilə əsassızdır.
7. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 116-cı vərəqəsində olan xx.xx.2018-ci il tarixli etibarnamədə “imza” qrafasındakı yazılar və imza ilə İddiaçı yazı və imza nümunələri eyni şəxs tərəfindən icra olunmuşdur.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-165/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 evin 5 saylı mənzilinə dair Sumqayıt şəhəri, 4 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Bayramova Nərminə Vaqif qızının adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
9. Məhkəm gəldiyi nəticən i onunla əsaslandırmışdır ki, bağışlanma müqaviləsinin bağlandığı mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır. Həmin mənzil xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən özgəninkiləşdirilmişdir. 10.Məhkəmə işin digər halları ilə yanaşı “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürərək qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsinin bağlanmış şəxslə iddiaçı arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyil. Başqa sözlə, iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakı bağışlamaq kimi niyyəti olmamışdır və cavabdeh ona verilən etibarnamədən iddiaçının ir adəsinin əleyhinə istifadə etdiyindən mübahisələndirilən bağışlama müqaviləsi etibarlı sayıla bilməz.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə iclasında verdiyi heç bir izahatında və iddiaya etirazında bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının razılığının və ümumiyyətlə məlumatının olduğunu ifadə etməmişdir, yalnız adına etibarnamə olduğundan və bacısı onlara çox köməklik etdiyindən mənzilin bacısına qalması məqsədi ilə bu müqaviləni rəsmiləşdirdiyini bildirmişdir. 12.Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı mübahiləsələndirilən əqdin mövcudluğundan xəbərdar olan kimi müqavilənin etibarsızlığı barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. 13.Məhkəmə öz hüquqi mövqeyini AR Mü lki Məcəlləsinin 225.1, 324, 3129.1, 337.1, 340, 359.1, 359.3, 362.1, 362.2, 666.1-ci, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.2-ci, habelə MPM-in 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat 14.Cavabdeh3 və üçüncü şəxs Bayramova Nərminə Vaqif qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)969/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Məmmədov, sədrlik e dən, məruzəçi, Almaz Süleymanova və Lalə Rəhimli). 16.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədədir. İşdən görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanmış reyestrdə 4Ə-1297 nömrə ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Dolxanova (Bayramova) Nuranə Vaqif qızı iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanda yerləşən, 2 otaqlı, ümumi sahəsi 58.65 kv.metr olan 5 saylı mənzilini bacısı Bayramova Nərminə Vaqif qızına bağışlamışdır. 17.İşin mübahisəsiz hallarına görə, bağışlama müqaviləsinin predmeti olan ünvan 2 evin 5 saylı mənzili tərəflərin birgə nikahı dövründə əldə edilmiş və həmin mənzilə dair Cavabdeh3 mülkiy yət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının razılığı və ümumiyyətlə məlumatı olmamışdır. Mübahisələndirilən əqdin bağlanması iddiaçı tərəfindən əvvəllər cavabdehə verilmiş etibarnaməyə əsasən həyata keçirilmişdir. 18.Belə ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında etibar edilmişi təmsil etmək üçün xx.xx.2019-cu il tarixdə X2 etibarnamə vermiş və həmin etibarnamə əsasında iddiaçının əvəzinə mübahisəli mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə dair yazılı razılıq vermişdir. 19.O da müəyyən edilmişdir ki, mənzili bağışlayan Cavabdeh3 mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. Mənzili bacısı Bayramova Nərminə V aqif qızına bağışlasa da, ötən müddət ərzində həmin mənzildə yalnız cavabdeh və onun ailə üzvləri yaşayır. İddiaçı 2024-cü ildə xarici ölkədən Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzildə bir müddət yaşamış və bundan sonra mübahisələndirilən müqavilənin mövcudluğundan xəbər tutmuşdur. 20.Bayramova Nərminə Vaqif qızı Cavabdeh3 bacısı olmaqla onun evli olduğunu, mübahisəli mənzilin birgə nikah dövründə əldə edildiyini, başqa yaşayış yerlərinin olmadığını bilmişdir, hətta cavabdehin bildirdiyinə görə bacısı Bayramova Nərminə Vaqif qızı uzun illər onun ailəsinə köməklik etmişdir. 21.İlk olaraq qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 22.İşin araşd ırılmış hallarından göründüyü kimi mübahisəli mənzilin bağışlanacağı, iddiaçının adından başqa şəxsə etibarnamə verildiyi barədə cavabdeh və ya digər şəxs tərəfindən iddiaçıya məlumatların verilməməsi, bu barədə onun razılığının alınmaması işin mübahisəsiz halıdır. 23.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, cavabdeh iddiaçının adından bütün səlahiyyətləri digər şəxsə (qızları Pərvin Dolxanovaya) ötürmüş və həmin şəxs artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından mənzilin bağışlanmasına razılıq verməklə mübahisələndirilən əqdin bağlanılmasına nail olunmuşdur. İddiaçı tərəfindən cavabdehə etibarnamə v erilərkən cavabdehə öz maraqları daxilində deyil, iddiaçının maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. 24.Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsini bağlamış cavabdehlə iddiaçı arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyil. Başqa sözlə, iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakı bağışlamaq kimi niyyəti olmamış və cavabdeh ona verilən etibarnamədən iddiaçının iradəsinin əleyhinə istifadə etdiyindən, mübahisələndirilən bağışlama müqaviləsi etibarlı sayıla bilməz. 25.İşdən görünür ki, iddiaçı mübahiləndirilən əqdin mövcudluğundan xəbərdar olan kimi müqavilənin etibarsızlığı barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehə verdiyi etibarna məni ləğv etdirmişdir. 26.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına istinad edərək mövqeyini əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 27.Cavabdeh X3 və üçüncü şəxs Bayramova Nərminə Vaqif qızı hər ikisi eyni vəkilləVəkil2 ilə təmsil olunaraq ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, hər iki şikayətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 28.Kassasiya şikayətlərinin məzmunu apellyasiya şikayətləri ilə eynilik təşkil etmiş və şikayətlərdə yeganə dəlil ondan ibarət olmuşdur ki, mübahisələndirilən bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlansa da, işə baxan məhkəmələr əsassız olaraq müqavilənin etibarsız olduğu qənaətinə gəlmiş, müqavilənin etibarlılığı əsaslarını Mülki Məcəllənin 362, 64, 666-cı maddələrinə müvafiq qaydada düzgün yoxlamamışlar. Halbuki, müqavilənin bağlanması üçün əsas olan etibarnamənin saxta olduğunu bildirən iddiaçının vəsatəti əsasında ekspertiza keçirilmiş, nəticədə sözügedən sənədin onun tərəfindən imzalandığı aşkara çıxmışdır.Buradan da bir daha aydın olur ki, iddiaçı həqiqəti gizlətməyə çalışır. Halbuki, etibarnamə verilən zaman bütün səlahiyyətlərin qeyd edilməsi onun iradəsinin ifadəsi olmuşdur. Əks halda, iddiaçı vermək istəmədiyi səlahiyyəti etibarnamədən çıxara bilərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 30.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 31.Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 32.Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 33.Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 34.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 36.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 37.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 38.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 39.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 40.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 41.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətləri əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 42.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 43.Cavabdeh3 və üçüncü şəxs Bayramova Nərminə Vaqif qızı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. 44.Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədədir. İşdən görünür ki, xx.xx.2019cu il tarixli bağışlama müqaviləsinə əsasən Dolxanova (Bayramova) Nuranə Vaqif qızı iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri mübahisəli mənzili bacısı Bayramova Nərminə Vaqif qızına bağışlamışdır. 45.İşin mübahisəsiz hallarına görə, bağışlama müqaviləsinin predmeti olan həmin mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və həmin mənzilə dair Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının razılığı və ümumiyyətlə məlumatı olmamışdır. Mübahisələndirilən əqdin bağlanması iddiaçı tərəfindən əvvəllər cavabdehə verilmiş etibarnaməyə əsasən həyata keçirilmişdir. 46.Belə ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında etibar edilmişi təmsil etmək üçün xx.xx.2019-cu il tarixdə X2 etibarnamə vermiş və həmin etibarnamə əsasında iddiaçının əvəzinə mübahisəli mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə dair yazılı razılıq vermişdir. O da müəyyən edilmişdir ki, mənzili bağışlayan Cavabdeh3 mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. Mənzili bacısı Bayramova Nərminə Vaqif qızına bağışlasa da, ötən müddət ərzində həmin mənzildə yalnız cavabdeh və onun ailə üzvləri yaşayır. İddiaçı 2024-cü ildə xarici ölkədən Azərbaycan Respublikasına qayı tmış, mübahisəli mənzildə bir müddət yaşamış və bundan sonra mübahisələndirilən müqavilənin mövcudluğundan xəbər tutmuşdur. 47.Bayramova Nərminə Vaqif qızı Cavabdeh3 bacısı olmaqla onun evli olduğunu, mübahisəli mənzilin birgə nikah dövründə əldə edildiyini, başqa yaşayış yerlərinin olmadığını bilmişdir, hətta cavabdehin bildirdiyinə görə bacısı Bayramova Nərminə Vaqif qızı uzun illər onun ailəsinə köməklik etmişdir. İlk olaraq qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 48.İşin araşdırılmış hallarından göründüyü kimi mübahisəli mənzilin bağışlanacağı, iddiaçının adından başqa şəxsə etibarnamə verildiyi barədə cavabdeh və ya digər şəxs tərəfindən iddiaçıya məlumatların verilməməsi, bu barədə onun razılığının alınmaması işin mübahisəsiz halıdır. 49.Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, cavabdeh iddiaçının adından bütün səlahiyyətləri digər şəxsə (qızları Pərvin Dolxanovaya) ötürmüş və həmin şəxs artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından mənzilin bağışlanmasına razılıq verməklə mübahisələndirilən əqdin bağlanılmasına nail olunmuşdur. İddiaçı tərəfindən cavabdehə etibarnamə verilərkən cavabdehə öz maraqları daxilində deyil, iddiaçının maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqlarından hərəkət etmək səlahiyyət i vermişdir. 50.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsini bağlamış cavabdehlə iddiaçı arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyil. Başqa sözlə, iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakı bağışlamaq kimi niyyəti olmamış və cavabdeh ona verilən etibarnamədən iddiaçının iradəsinin əleyhinə istifadə etdiyindən, mübahisələndirilən bağışlama müqaviləsi etibarlı sayıla bilməz. 51.İşdən görünür ki, iddiaçı mübahiləndirilən əqdin mövcudluğundan xəbərdar olan kimi müqavilənin etibarsızlığı barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. 52.Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh3 və üçüncü şəxs Bayramova Nərminə Vaqif qızının ayrı-a yrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(105)-969/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.