Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1213/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, sübutetmə, borcun mirası qəbul etmiş vərəsədən tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ##.##.2021-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə, “mən Düylün kənd sakini İddiaçı seriya AZE-07549353 Düylün kənd sakini X7 AZE-15096920 dükan işlətməsi üçün 20.000 manat pul borca verirəm. Müqavilə ilə iki illiyinə verdim.” yazılmış, tərəflər vərəqəni imzaları ilə təsdiqləmişlər.
2. ##.##.2021-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə, “mən Düylün kənd sakini İddiaçı Düylün kənd sakini X7 30.000 manat mağaza işlətməyi üçün pul borca verirəm. Müqavilə ilə iki illiyinə verdim.” yazılmış, tərəflər vərəqəni imzaları ilə təsdiqləmişlər.
3. X7 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili nümayəndə2 cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.300 manat pulun, həmçinin ödənilmiş 180 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin mərhum əri X7 həmkəndli olaraq uzun müddət idi tanıyırdı. 2021-ci ilin avqust ayının sonlarında kənd meydanında olarkən həmkəndlisi şahid2 iddiaçıya yaxınlaşıb Müsafirin mağaza açmaq üçün pul axtardığını, buna görə ona borca pul verib-verə bilməyəcəyini soruşmuşdur. İddiaçı da ona pul verə biləcəyin şahid2 bildirdiyində, şahid2 “onda get özün onunla danış” deyə bildirmişdir. İddiaçı mərhum Müsafirə yaxınlaşıb onunla danışıb razılaşmış və onunla razılaşmağına ona pul verməyinə əsas səbəb Müsafirin əvvəllər ticarətlə məşğul olması, bacarıqlı və işini bilməyi olmuşdur. Həmçinin iddiaçının təklif etdiyi şərt onu da qane edirdi. Belə ki, onlar mağazanı şərik olaraq açmağa, gəlirin üçdə birinin iddiaçıya ödənilməsi barədə razılaşmışlar. Müsafirin ikinci həyat yoldaşı Vənənd kəndindən olduğu üçün Mağaza orada fəaliyyət göstərəcəkdi. Razılaşmadan bir gün sonra iddiaçı həmkəndlisi şahid1lə Vənənd kəndində “Xan Çinar” kafesində Müsafirə 20.000 manat pulu təhvil vermiş, bu zaman ##.##.2021-ci il tarixdə aralarında sadə yazılı formada müqavilə də imzalamışlar və Müsafir aldığı borcu iki ilə qaytaracağını öhdəsinə götürmüşdür. Bunun sabahı günü mağazada malları təhvil-təslim edilib fəaliyyətə başlamışlar. İddiaçı mağazaya getmir, on-on beş gündən bir Müsafirlə haqq hesab edir, aylıq ondan 200, bəzən də 300 manat şərik pulu alırdı. Bu minvalla onlar bir ilə yaxın bu qaydada işləmişlər. Bu ərəfələrdə Disər (indiki Başkənd) kəndində kənd mərkəzi tikilirdi ki, Müsafir həmin kənddə də mağaza götürmək niyyətində olduğunu bildirmiş və iddiaçıdan daha 10.000 manat pul istəmişdir. İddiaçı da həmin vaxt pulu olmadığı üçün həmkəndlisi şahid1 10.000 manat pul alıb Müsafirə vermişdir. Bu zaman onlar əvvəlki müqavilələrin yeniləyib məbləğ dəyişikliyi etməklə yenidən imzalamışlar. X2 ümumi borcu vəd etdiyi vaxtda ödəyəcəyinə söz vermişdir. Lakin, vaxtsız ölüm onun verdiyi vədə əməl etməsinə imkan verməmişdir. Belə ki, sonuncu verilmiş borcdan sonra iddiaçı mağazaya getdiyində Müsafir ona səhhətində problemlər olduğunu, müayinə üçün Bakıya gedəcəyini və bir müddət onu ötüşdürməli olduğunu bildirmişdir. İddiaçı da ona etiraz etməmişdir. Bakıdan qayıtdıqdan sonra Müsafir Quliyevin vəziyyətinin yaxşı olmadığı və ona İ qrup əlillik təyin olunduğu məlum olmuşdu. Bundan sonra Müsafirin qardaşı Raqibə vəziyyətlə bağlı bildirdikdə o, qardaşı ilə danışmadığını, arvadı cavabdeh Cavabdeh bildirdikdə isə “ala bilirsənsə get al” deyə bildirmişlər. Bundan bir müddət sonra isə Müsafir xəstəliyi ilə əlaqədar vəfat etmişdir ki, iddiaçının yenə həmin şəxslərə borcun qaytarılması ilə bağlı təkrar müraciəti nəticəsiz qaldığından hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. X2 müxtəlif vaxtlarda iddiaçıya olan borcundan 1.700 manat qaytarmışdır ki, hazırda mərhum cavabdehin iddiaçıya 28.300 manat borcu qalmaqdadır. X2 iddiaçıdan aldığı borcu məlum səbəblərdən qaytara bilməməsi, həmçinin onun yaxınları və ailə üzvləri dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Müsafir Quliyevin iddiaçıya olan borcunu ödəmək istəmələri səbəbindən iddiaçıya xeyli miqdarda maddi ziyan vurulmuşdur. Müsafir Quliyevin iddiaçıya borclu olduğu 28.300 manat pul onun vərəsəsi cavabdeh Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onlar evləndikdən sonra 5-6 il Türkiyə Respublikasında yaşamışlar. Türkiyə Respublikasından 2020ci ildə gələrkən satmaq üçün mal vurub gətirmişlər. Onlar mallarını satmaq üçün kirayə mağaza axtarmışlar. Vənənd kəndində mağaza satıldığını öyrəndikdə və maraqlandıqda mağaza əşyaları ilə birlikdə 20.000 manata ilkin isə 10.000 manat pul ödənişi istəmişlər. Mərhum yoldaşı Düylün kəndində olan torpağını sataraq İddiaçı 7.000 manat borc pul götürərək mart ayı alver yaxşı olduğu üçün 20.000 manatı qaytardı. 7 ay hər ay isə 500 manat olmaqla mərhum yoldaşı İddiaçı ödəmiş, o, isə mərhum yoldaşından nə qədər borclarının qaldığını soruşduqda borclarının qurtarmadığını, bu pulun faiz borcu olduğunu bildirmişdir. O, atasından və bacılarından borc alaraq 5.000 manat düzəldib İddiaçı verməsi üçün mərhum həyat yoldaşı Müsafirə vermiş və İddiaçı pulu verildikdən sonra o, bir daha mağazaya gəlməmişdir. İl yarım sonra İddiaçı mağazaya gələrək mərhum Müsafirin harada olmasını soruşduqda mərhum Müsafirin ağır xəstə olduğunu, evdə yataqda olduğunu demiş, “sizə yenə borcu var?” müraciət etdiyində İddiaçı “mən sizə pul verməmişəm pul istəyəm” cavabını vermişdir. O, evə getdikdə mərhum Müsafirə İddiaçı yenə mağazaya gəldiyini bildirmiş, bu zaman mərhum Müsafir İddiaçı borcu olmadığını çörəyə əl basıb and içmişdir. Onun adına heç bir əmlakı yoxdur, övladları ilə birlikdə atası evində yaşayır, mərhum Müsafirin İddiaçı 30.000 manat borcu olmayıb, 7.000 pul faizə götürmüş, həmin pulu da qaytarmışdır. Mərhum Müsafirin 20.000 manat pul almağı barədə yazdığı xətt onun xəttidir. Disərdə atasının adına 6.000 manat kredit götürərək ikinci mağaza açmışlar. 5 il mərhum Müsafirlə mağaza işlətmişlər. Qasımın onlara şərik olması barədə mərhum ona heç nə deməmişdir.
7. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş şahid şahid2 ifadəsində bildirmişdir ki, mərhum Müsafiri əvvəldən tanıyır, 10 il bundan əvvəl İstanbul şəhərində işləmişlər. Mərhum Müsafirlə görüşdüyü zaman kənddə mağaza açmaq istədiyini bildirmiş, ondan borca pul istəmiş, o, isə pulu olmadığını, Qasımda pul ola biləcəyini bildirmişdir. Müsafir ondan Qasımın pulu faizə verməsi barədə soruşanda, o, bilmədiyini, öz danışıqlarından asılı olduğunu bildirmişdir. Mərhum Müsafir kəndə gələn zaman Qasımla onu tanış etmişdir. Qasım tanıdığı insanlara maddi cəhətdən köməklik etmiş, amma mərhum Müsafirə nə qədər pul verdiyini bilməmişdir. Qasımın Müsafirə pulu faizə və ya mağazaya şərik olması üçün verməsi barədə məlumatı yoxdur.
8. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş şahid şahid1 ifadəsində bildirmişdir ki, ilini tam xatırlamır, Vənənd çayxanasında onun yanında Qasım mərhum Müsafirə 20.000 manat pul vermişdir. Daha sonra Müsafir ikinci mağazanı açmaq üçün Qasımdan 10.000 manat pul istəmişdir. Qasım özündə pul olmadığı üçün ondan pul istəmiş, o, pulu Qasıma vermişdir. Şəhid ailəsi olduğu üçün adının hallanmasını istəməmişdir. Qasım 10.000 manatı pulu ondan alıb Müsafirə vermişdir.
9. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş şahid şahid4 ifadəsində bildirmişdir ki, mərhum Müsafirin Disərdəki mağazasında satıcı işləmişdir. Həmin vaxt övladı tələbə olduğu üçün pula ehtiyacı olmuş və Səkinə dükan açdıqlarını və satıcı axtardıqlarını ona demiş, o, da razı olub işləmişdir. İşinin qarşılığında hər ay ona 250-300 manat məbləğində pul vermişdir. Dükanda işlədiyi müddətdə İddiaçı bir dəfə mağazada görmüşdür. Qasımın pulu faizə verməsi və yaxud da mağazaya şərik olması barədə məlumatı yoxdur. Dükana malı Müsafir maşınla gətirmişdir. Qasımın dükana mal gətirməsini görməmişdir. Müsafirin İddiaçı faiz verməsini görməmişdir. Həmin gün Qasım dükana gələndə o, malı saymadan çölə çıxmışdır. Qasımın ona dükan təhvil veriləndən sonra da qalıb orada işləyəcəyini demişdir.
10. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş şahid İmanov Sahib Cavanşir oğlu ifadəsində bildirmişdir ki, şahid4 onun həyat yoldaşıdır. 1 il 6 ay - 2 ilə yaxın Qəmər Səkinənin dükanında işləmişdir. Yoldaşı bir müddət satıcı kimi işlədikdən sonra dükan bağlanmış, ardınca da dükan sahibi Müsafirin öldüyünü eşitmişdir. Qasımın pulu faizə verməsi və yaxud da mağazaya şərik olması barədə məlumatı yoxdur. O, dükanda məhsul və s. heç nə saymayıb. O, Müsafirdən açarı almağa gedəndə dükanı başqasına təhvil verəcəyini deməmişdir. Həmin günün səhəri Müsafir demişdir ki, “dükanı İddiaçı işlədəcək, icazə versən yoldaşın orada işləyər.”
11. Ordubad Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, # ###### 2025-ci il tarixli (hakim Tural Haqverdiyev) qətnaməsi ilə iddia təmin edilmiş, 28.300 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 180 manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, İddiaçı ilə X7 arasında borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borc alan şəxs isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun İddiaçı ödənilməmiş 28.300 manat borcu qalmışdır. Hazırda İddiaçı mərhumun vərəsəsi Cavabdeh borcun ödənilməsini tələb edir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mərhum X7 vərəsələri olan arvadı cavabdeh Cavabdeh mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur.
14. Məhkəmə onu da qeyd etmişdir ki, qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun borc müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də borc müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
15. Məhkəmə daha sonda qeyd etmişdir ki, vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd etmişdir ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Cavabdeh isə ona çatmış miras əmlak Vənənd kəndində işlətdiyi mağaza iddia tələbi həmin həddən az və ya çox olub-olmaması barədə məhkəməyə sübut təqdim etməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.2, 1133.1, 1133.2, 1151.1, 1151.2, 1243.1, 1243.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2018-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul olunmamasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşının iddiaçıya borclu olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Borcu təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. Məhkəmə tərəfindən iş üzrə mötəbər hesab edilərək sübut kimi qəbul edilmiş vərəqdəki yazılar mərhum həyat yoldaşı tərəfindən yazılmamış və imzalanmamışdır. Yazılar və imzanın ona məxsusluğu sübuta yetirilməmişdir. Hesab edir ki, vərəqdəki imzanın mərhuma məxsusluğu məhkəmədə sübuta yetirilməmişdir. İmzanın ölən şəxsə məxsusluğu barədə məhkəmə ekspertizası keçirilməmişdir. Ekspertiza yolu ilə mərhumun imzası təsdiqlənmədiyi halda həmin vərəqin sübut kimi qəbul edilməsi yolverilməz sayılmalı idi.
19. İddiaçı tərəfindən məhkəməyə dəvət edilərək şahid qismində izahat vermiş şahid şahid2 iddiaçının mərhum həyat yoldaşına nə qədər pul verdiyini bilmədiyini, Qasımın Müsafirə pulu faizə və ya mağazaya şərik olması üçün verdiyini bilmədiyini qeyd etmişdi. İddiaçı tərəfindən məhkəməyə dəvət edilərək şahid qismində izahat vermiş şahid X1 onun yanında Qasımın Müsafirə ilk olaraq 20.000 manat pul verdiyini, sonra isə ondan 10.000 manat pul alaraq həmin pulu Müsafirə verdiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət edilərək şahid qismində izahat vermiş şahid şahid4 İddiaçı bir dəfə mağazada gördüyünü, mərhum Müsafirə pul verdiyini və ya mağazaya şərik olması barədə heç nə eşitmədiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət edilərək şahid qismində ifadə vermiş şahid İmanov Sahib Cavanşir oğlu mərhum Müsafirin İddiaçı pul verməyini görmədiyini bildirmişdir.
20. Nəticə etibarı ilə şahid ifadələri də borc münasibətlərinin olmasını və cavabdehin iddiaçıya borclu olmasının müəyyən olunmasını sübuta yetirmir. Əgər borcun verilməsi etibarlı sübutlarla təsdiqlənmirsə (məsələn: yazılı borc müqaviləsi, qəbz, bank əməliyyatı, ekspertizadan keçmiş imza və s.) yalnız əsassız şahid ifadəsi və şəxsən cavabdehin özü tərəfindən yazılmayaraq imzalanmamış xxxx əsasında çıxarılan qətnamənin qanuni əsası yoxdur.
21. Habelə qanunvericiliyə əsasən vərəsələr yalnız miras qalmış əmlakın dəyəri həddində mərhumun borclarına görə məsuliyyət daşıyırlar. Məhkəmə vərəsəlik işinin açılıbaçılmamasını, miras əmlak qismində əmlakın olub-olmaması, əmlak vardırsa borc məbləğini qarşılaya biləcəyi və sair halları müəyyən etməmişdir. Məhkəmə bu məsələləri həmçinin miras aktivlərinin dairəsini araşdırmadan və miras əmlakın varlığını və dəyərini müəyyən etmədən və pretenziya qaydasına riayət etmədən birbaşa vərəsədən hansı sübutlar əsasında alınması müəyyən olunmadan 28. manat pul tutulması barədə qətnamə qəbul etmişdir. Bu pulun, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun ondan alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
22. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. İş materialından aydın görsənməkdədir ki, iddiaçı ilə nə mərhum həyat yoldaşı, nə də onun arasında heç bir əsaslı müqavilə mövcud olmamışdır. Təsdiqi, mərhum yoldaşına məxsusluğu belə sübut edilməmiş vərəqin yazılı müqavilə qismində qəbulu belə şübhələr altında olduğu halda onun üzərinə borc öhdəliyinin qoyulması normanın tələbinin pozulması deməkdir. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həyat yoldaşı vəfat etmiş olmaqla, öz subyektiv hüququnu reallaşdırması sual altına alındığı halda, məhkəməyə sübut kimi təqdim edilmiş mərhum yoldaşı tərəfindən yazılmayan vərəqin həqiqi müqavilə olması belə təsdiq edilmədən və hər hansı öhdəliyin icrası ilə bağlı mötəbər sübutlar olmadan məhkəmənin iddianı təmin etməsi normanın pozuntusudur. Müqavilə və ya borc münasibəti tərəflərin razılığı ilə müəyyən formada bağlanmalıdır. İş materiallarında heç bir rəsmi borc müqaviləsi, ödəniş sənədi, bank çıxarışı və ya etibarlı yazılı sübut mövcud deyildir. Yalnız sadə kağız üzərində iddiaçının təqdim etdiyi vərəq vardır ki, onun hüquqi qüvvəsi və mənsubiyyəti sübuta yetirilməmişdir. Həyat yoldaşının iştirakı olmadan mübahisəli halın mövcudluğunu müəyyən etmək qeyri-mümkündür. Çünki, mərhumun iddiaçıya borclu qalması barədə onun heç bir məlumatı olmamışdır. Düzdür, 2020-ci ildə iddiaçı ilə mərhum yoldaşı arasında faizlə ona geri qaytarmaq şərti ilə 7.000 manat borc olmasını bilib. Lakin həmin borc tərəflərindən üzərində faizləri ilə birlikdə iddiaçıya qaytarılmışdır. Yoldaşı ömrünün son iki ilini yataqda xəstə yatmışdır. Əgər yoldaşı iddiaçıya borclu olsaydı həmin iki il ərzində iddiaçı gəlib mərhum ölmədən ondan borcunu istəmiş olardı və ya bu barədə qanuni sənəd əldə etmiş olardı ki, o da bu barədə məlumatlı olmuş olardı. Onun sağlığında tələb olunmamış borc, nə üçün onun ölümündən sonra, indi tələb olunur. Bütün bunlar məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Onun mərhumun iddiaçıya borclu qalması və yaxud ondan hər hansı vəsait alaraq miras kütləsinə daxil ediləcək əmlak əldə etməsi halı, ümumi xərcləri üçün xərcləməsi halı ona məlum olmamışdır, əksi isə məhkəmə tədqiqində sübuta yetməmişdir. Belə olan halda əgər mərhumun iddiaçı qarşısında öhdəliyi olmuşdursa da belə, bu şəxsi xarakter daşımış ola bilərdi. Məhkəmə qətnaməsi ilə normanın tələbini pozmuşdur.
23. Mərhum həyat yoldaşına məxsus hər hansı bir əmlakın varlığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş və məhkəmə isə bu xüsusatı araşdırmamışdır. Mərhumun heç bir əmlakı olmadığından ondan miras kimi ona heç bir əmlak (aktivlər) qalmamışdır ki, ondan yaranmış borca (passivlərə) cavabdehlik daşıya bilsin. Məhkəmə bu halı da araşdırmayaraq gəldiyi nəticəsində normanın tələbini pozmuşdur. Bu isə o deməkdir ki, vərəsələr miras əmlakın dəyəri həddində borclar üzrə cavabdehdirlər. Hazırkı iş üzrə əmlakın dəyəri müəyyən edilməmiş, onun şəxsi əmlakı və vəsaiti əsasında borc öhdəliyi yaradılmışdır ki, bu da normanın tələbinə ziddir.
24. Məhkəməyə təqdim edilmiş iki ayrı vərəqələrdə “##.##.2021-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə "mən Düylün kənd sakini İddiaçı seriya AZE07549353 Düylün kənd sakini X7 AZE-15096920 dükan işlətməsi üçün 20.000 manat pul borca verirəm. Müqavilə ilə iki illiyinə verdim. İmzaları ilə təsdiqləmişlər”. “##.##.2021-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə mən Düylün kənd sakini İddiaçı seriya AZE-07549353 Düylün kənd sakini X7 AZE-15096920 dükan işlətməsi üçün 30.000 manat pul borca verirəm. Müqavilə ilə iki illiyinə verdim. İmzaları ilə təsdiqləmişlər” göstərilmişdir.
25. Müqavilədən də aydın görünür ki, müqavilə iki illik müddət üçün razılaşdırılmışdır. Belə olan halda öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Nəticə etibarı ilə müddət keçdiyinə görə borc verən və borclu arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Ordubad Rayon Məhkəməsinin hansı əsaslı faktları müəyyən etməsi müəyyən deyildir. Qətnamədə nə üçün 28.300 manat pulun ondan tutulması heç bir fakta söykənmir. Hansı əsaslarla ondan bu pulun tutulması qeyd olunmamışdır. Həmin hallar qətnamədə göstərilməyərək normanın tələbi pozulmuşdur. Birinci instansiya məhkəməsi işə obyektiv və hərtərəfli baxmamış, yalnız iddiaçının təqdim etdiyi birtərəfli sübutları əsas götürərək onun müdafiə hüququnu pozmuşdur. Həmçinin məhkəmə ekspertiza təyin etmədiyi üçün ölənin imzasının həqiqiliyi təsdiqlənməmiş, iş üzrə zəruri sübutlar olmadan nəticəyə gələrək, hüquqlarının həyata keçirilməsinə köməklik etməyərək normanın tələbini pozmuşdur. Bu işdə “xxxx” mübahisəli dəlil olduğuna görə təkbaşına öhdəlik yarada bilməz. Şahid ifadələri isə bir-birini təsdiqləmədiyindən borcun reallığını əks etdirməmişdir. Nəticə etibarı ilə məhkəmə işə obyektiv və hərtərəfli baxmadan nəticəyə gələrək normanın tələbini pozmuşdur. İddiaçı yalnız şahid ifadəsinə və vərəq parçasına istinad etmişdir. Hesab edir ki, yazılı sübutların etibarlılığı yalnız onların orijinallığı və məzmununun dəqiqliyi müəyyən edildikdən sonra tanına bilər. Hazırkı mübahisə üzrə vərəqin orijinalı ekspertiza olunmamış, borcun verilmə faktı təsdiqlənməmişdir. Məhkəmə göstərilən hallara riayət etməyərək normanın tələbini pozmuşdur.
26. Qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Beləliklə məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarını nəzərə almadığından iddiaçının iddiasını əsassız və qanunsuz olaraq təmin etmişdir. Nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz və qanunsuz bir qətnamə çıxarılmışdır.
27. Apellyasiya məhkəməsi tərəfindən ## ###### 2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, **** nömrəli rəydə qeyd olunmuşdur ki, mülki işin 156-cı vərəqində olan milə-mil dəftər vərəqəsində latın əlifbası ilə icra olunmuş, İddiaçı ilə X7 arasında bağlanmış # ######## 2021-ci il tarixli borc müqaviləsinin aşağısında “İmza: Q Müsafir =” sözlərindən sonra icra olunmuş imza və 157-ci vərəqində olan, ağ kağız parçasında latın əlifbası ilə icra olunmuş, İddiaçı ilə X7 arasında bağlanmış ##.##.2023-cü il tarixli borc müqaviləsinin aşağı hissəsində “İmza - Quliyev Müsafir:” sözlərindən sonra icra olunmuş imzanın X7 tərəfindən icra olunması, mülki işin 174-cü vərəqində olan, A4 vərəqəsinə yapışdırılmış milə-mil dəftər vərəqində kiril əlifbası ilə icra olunmuş, 01.09.21. 01.09.23-cü il tarixlərini əhatə edən borc müqaviləsinin aşağısında “Пул алды Гулиjев Мусафир.” sözlərindən sonra icra olunmuş imzanın X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması göstərilmişdi.
28. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı İddiaçı verdiyi izahatında bildirmişdi ki, o, Düylün kəndində yaşayır və günlərin birində kənddə çayçıda oturan zaman həmkəndlisi şahid2 gələrək Quliyev Müsafirin mağaza açmaq istədiyini, bunun üçün də ona pul lazım olduğunu bildirmişdir. Müsafir onların həmkəndlisi idi və əvvəllər də ticarətlə məşğul olduğu üçün bu sahədə bacarığı var idi. İddiaçı Gülağadan Müsafirə nə qədər pul lazım olduğunu soruşmuş, o, isə “öz aranızda danışarsınız” deyərək Müsafirə zəng vurmuş və sonuncu oraya gəlmişdir. Müsafir mağazada olan malların dəyərinin 20.000 manat tutduğunu, əlində isə 5.000 dollarlıq malı olduğunu bildirərək 20.000 manat pul lazım olduğunu qeyd etmişdir. İddiaçı ona mağazaya şərik olması şərti ilə pulu verəcəyini demiş, Müsafir isə pul lazım olduğundan təklif edilən hər bir şeyi, o cümlədən qazancın üçdə birinin iddiaçıya verilməsi və 10 gün müddətində satılan malların pulunun götürülməsi şərtini qəbul etmişdir. Razılığa gəldikdən sonra növbəti gün Allahverdi ilə Vənənd kəndində yerləşən “Xan Çinar” adlı restorana getmiş və 20.000 manat pulu orada Müsafirə təqdim etmişdir. Mağaza sahibi malları qiymətləndirərkən iddiaçı da orada iştirak etmiş, hətta mağazadan özünə kəmər də almışdır. Onların bu formada olan şərikliyi təxminən bir il yarım davam etmişdir. Müsafir Bakıya müalicəyə getdiyi üçün ödəniş edə bilməyəcəyini dedikdə iddiaçı onu bir ay ötüşdürmüş və cavabdeh mağazada olan zaman ora getməmişdir, çünki pulu cavabdehə verməmişdir. Sonradan Allahverdi ilə mağazaya gedən zaman cavabdeh ondan həyat yoldaşının nə qədər borcunun olmasını soruşmuş, borcun 5.000 və ya 10.000 manatdan çox olduğunu öyrəndikdə isə cavabdeh “pulu kimə vermisənsə, get ondan al” deyərək onu qovmuşdur. Müsafirin qardaşı Raqibə 30.000 manat borc barədə dedikdə, o, qardaşı ilə danışmadığını bildirmiş, vəfatından sonra isə borcun notariusda rəsmiləşdirilmədiyini bəhanə edərək “get nə bilirsən elə” demişdir. Cavabdehin izahatında qeyd etdiyi xüsusatlar əslində ikinci mağaza ilə bağlıdır, çünki Başkənddə ikinci mağaza açmaq üçün iddiaçı Müsafirə əlavə 10.000 manat pul vermişdir. Müqavilədə Müsafirin razılığı ilə iki borcun cəmi olaraq 30.000 manat yazılmışdır. Başkənddə yerləşən mağazanın qiymətini 45.000-50.000 manat hesablamışlar və 30.000 manat borcu çıxıldıqdan sonra yerdə qalan məbləği Müsafir bir il sonra qaytarmalı idi. Özü kənd texnikasının satışı ilə məşğul olduğundan ticarətin bu növünü başa düşməmiş, narahat olduğu üçün mağaza ilə bağlı ilk kağızı cırıb tullamış, lakin sonra mağazanın ona satılması barədə sənədi mərhumun öz xətti ilə yazdırıb almışdır. Müsafir Vənənddəki mağazanı 70.000 manat olaraq qiymətləndirmiş və iddiaçıya hansı mağazanı istəyirsə götürməyi təklif etmişdir. İddiaçı ayda 2- 3 dəfə mağazaya gedərək 150-250 manat aralığında payını almış, lakin mərhum həkimdə olanda və ya cavabdeh mağazanı işlədəndə oraya getməmiş və payını götürməmişdir. Müsafir cavabdehdən qorxduğu və çəkindiyi üçün bir çox maddi məsələləri ondan gizli saxlamışdır.
29. İddiaçı ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, o, Müsafirə Vənənd kəndindəki mağazanı açması üçün 20.000 manat, daha sonra isə Başkənddə yerləşən mağazanı açması üçün 10.000 manat vəsait vermişdir. Başkənddəki mağaza üçün verilən 10.000 manat pulu 2022-ci ildə şəhid ailəsindən - Allahverdidən alaraq Müsafirə təqdim etmişdir. İki il müddətində mağazanın gəlirindən öz payını almışdır və bu ödənişlər faiz xarakteri daşımamışdır. Şərikliklə bağlı iki il ərzində Müsafirdən aldığı ümumi məbləğ təxminən 10.000 manat civarında olmuşdur, lakin bəzi vaxtlarda pul almadığı üçün bu məbləğin 10.000 manatdan çox olmadığını ehtimal edir. Müsafir cəmi 4 ay müddətində ona ödəniş etmiş və borcundan cəmi 1.700 manat pul qaytarmışdır. Şərik kimi mağazanın qazancından götürdüyü təxminən 10.000 manat vəsaitin Müsafirin ona qaytardığı 1.700 manatlıq borc ödənişinə heç bir aidiyyəti yoxdur. Müsafir xəstələndikdən sonra Allahverdi ilə mağazaya getmiş, orada cavabdehə pulu ona deyil, ərinə verdiyini bildirmiş, cavabdeh isə “kimə borc vermisənsə, get ondan istə” deyərək reaksiya vermişdir. Müsafir xəstəxanadan qayıtdıqdan sonra onların evinə getmiş, həmin vaxt cavabdeh evdə olmamışdır. İddiaçı Müsafiri məcbur edərək Başkənddəki mağazanı ondan almış, lakin səhəri gün yenidən ona geri qaytarmışdır. Müsafir kirayə götürəcəyi mağazaya ilkin ödəniş etmək üçün vəsaiti olmadığından iddiaçı ilə şərik olmağa razılaşmış və 20.000 manatı bu məqsədlə almışdır. Mağazadakı mallar qiymətləndirilən zaman özü orada iştirak etmişdir, lakin Müsafir borc aldığının və şərikliyin gizli qalmasını xahiş etdiyi üçün bu barədə müqavilədə heç nə qeyd olunmamışdır. Şərik kimi hər ayın 1-i, 10-u və 20-si mağazaya gedərək 150-300 manat aralığında payını götürmüşdür. Müsafirlə müqaviləni 2 il müddətinə bağlamışlar və ##.##.2023-cü il tarixi həmin müqavilənin bitmə tarixidir. Mağazanın qazancından ümumilikdə minimum 8.000, maksimum 8.500 manat pul götürmüşdür. Birinci müqaviləni Müsafir yazmış, ikinci müqaviləni isə (30.000 manatlıq) Müsafirin eynəyi yanında olmadığı üçün özü yazmış, Müsafir isə tarixi qoyaraq məbləği qeyd etmiş və imzalamışdır. Şəriklik barədə özünün qardaşlarından və Müsafirin özündən başqa heç kimin xəbəri olmamışdır. Cavabdehin bu barədə məlumatlı olub-olmadığını isə deyə bilməz. Şahidlər Qəmər və Sahibin işlədiyi Başkənddəki mağaza bağlanmış və cavabdeh oradakı malları Vənənddəki mağazaya daşımışdır. İddiaçı həm 20.000, həm də 10.000 manatı Müsafirə verən zaman şahid1 onların yanında olmuşdur. İddiaçı verdiyi borcun hamısını tələb edir və Müsafirin cəmi 1.700 manat qaytardığını təkrarən vurğulayır. Müqavilənin 2 ili tamam olduqdan sonra Müsafir xəstə olduğu halda iddiaçı verdiyi pulu tələb etmək qərarına gəlmişdir. Cavabdehin “Müsafir 1 il yataq xəstəsi olub” iddiası yalandır, çünki həmin dövrdə Müsafir mağazaya gəlmişdir. İddiaçı bir neçə dəfə Müsafirin avtomobilinə əyləşsə də, orada Müsafir ona 5.000 manat borc ödəməmiş, yalnız qazancdan çatacaq payları vermişdir. Müqavilənin vaxtı bitdikdən sonra iddiaçı artıq qazancdan pay almamış, yalnız verdiyi əsas borcu tələb etmişdir. Müsafirin pulu geri ödəməyə imkanı olmadığı üçün o, mağazalardan birini iddiaçıya satmaq istəmiş və bu razılaşmaya görə iddiaçı Müsafirin sağlığında məhkəməyə müraciət etməmişdir. 2023-cü ilin may ayında 20.000 manat borc tam qaytarılsaydı, qazancın 1/3 hissəsinin ödənilməsi barədə şəriklik dayandırılacaqdır.
30. Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli (hakimlər Zamiq Əliyev (məruzəçi), Mehdi Əliyev və Mehman Allahverdiyev) qətnaməsi ilə cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin olunaraq, cavabdehdən 10.300 manat məbləğində pulun, 8,05 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi, 80 manat ekspertiza xərcinin, 29,12 manatının cavabdehdən, 50,88 manatının isə iddiaçıdan alınaraq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə təsdiq olunmuş halları nəzərə alaraq hesab etmişdir ki, iş materiallarındakı borc sənədlərindən yalnız ikisi - # ######## 2021ci il tarixli 20.000 manatlıq (mülki iş İ cild, iş vərəqə 156) və ## ##### 2023-cü il tarixli 20.000 manatlıq (mülki iş İ cild, iş vərəqə 157) əlyazmalar X2 iradə ifadəsini və imzasını əks etdirdiyi üçün etibarlı və yolverilən sübutlardır. Lakin kiril əlifbası ilə yazılmış 30.000 manatlıq sənəddəki (mülki iş İ cild, iş vərəqə 174) imzanın mərhuma məxsus olmaması həmin sənədi hüquqi qüvvədən salır. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, məbləği 3.000 manatdan çox olan borc öhdəliyi mütləq yazılı formada sübut edilməlidir. Həmin imzanın mərhuma aid olmaması müəyyən edildiyi üçün qeyd edilən sənəd borc münasibətlərini təsdiq edən yazılı sübut kimi qəbul edilə bilməz.
32. Etibarlı hesab edilmiş sənədlərin məzmununa gəldikdə isə məhkəmə kollegiyası müəyyən etmişdir ki, # ######## 2021-ci il tarixli sənədlə Müsafir Quliyevin iddiaçıdan “dükan işlətmək üçün” 20.000 manat borc alması faktı birbaşa təsdiq olunur. ## ##### 2023-cü il tarixli sənəddə isə Müsafir Quliyevin dükanı iddiaçıya 20.000 manata "satması" və bu məbləği bir il müddətinə Qasıma qaytaracağını öhdəsinə götürməsi qeyd olunub. Bu iki sənədin qarşılıqlı təhlili göstərir ki, söhbət eyni iqtisadi əməliyyatdan və cəmi 20.000 manat əsas borc məbləğindən gedir (iddiaçı tərəfindən iddia edilən 30.000 manatlıq borc faktı yazılı sübutla tam təsdiqini tapmır).
33. Bununla yanaşı, cavabdeh Cavabdeh mərhum ərinin iddiaçıdan yalnız 7.000 manat borc alması və həmin məbləğin hissə-hissə, yəni 2.000 manat mağaza gəlirindən, 5.000 manat isə qohumlardan alınan vəsait hesabına tam qaytarılması barədə iddiaları məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəf borcun məhz 7.000 manat olması və ya bu məbləğin tam qaytarılmasını təsdiq edən hər hansı rəsmi ödəniş sənədi, qəbz və ya yazılı sübut təqdim edə bilməmişdir. İddiaçının 20.000 manatlıq borcu təsdiq edən ekspertizadan keçmiş yazılı sənədi qarşısında cavabdehin yalnız şifahi izahatı borcun qaytarılması faktını sübut etmək üçün kifayət deyildir və bu səbəbdən həmin etirazlar hüquqi nəticə doğurmur.
35. Yazılı sübutların (borc sənədlərinin) hüquqi qüvvəsi və onlarla təsdiq olunan məbləğin həddi müəyyən edildikdən sonra, məhkəmə kollegiyası iş üzrə dindirilmiş şahidlərin ifadələrinə münasibət bildirməyi zəruri hesab etmişdir. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində şahid ifadələrinin ziddiyyətli olduğunu və borc faktını birbaşa təsdiq etmədiyini iddia etdiyindən, həmin izahatlar məhkəmə tərəfindən müəyyən edilmiş yazılı sübutlarla qarşılıqlı əlaqədə analiz edilməli, hansı ifadənin işin real hallarına uyğun olub-olmaması obyektiv qiymətləndirilməlidir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri təhlil edilərkən məlum olur ki, şahidlər şahid2, şahid4 və İmanov Sahib Cavanşir oğlunun ifadələri iddiaçı İddiaçı X2ə konkret məbləğdə pul verməsi faktını sübuta yetirmək üçün kifayət deyildir.
37. Belə ki, şahid şahid2 ifadəsində tərəfləri bir-biri ilə tanış etdiyini və mərhumun iddiaçıdan borc istəmək niyyətini təsdiq etsə də, iddiaçının mərhuma nə qədər pul verdiyini, habelə bu pulun hansı şərtlərlə (borc, faiz və ya şərikli mağaza işlətmək məqsədilə) verildiyini bilmədiyini qeyd etmişdir. Şahid şahid4 və onun həyat yoldaşı olan şahid İmanov Sahib isə ifadələrində mərhumun işlətdiyi mağazada işlədikləri dövr ərzində nə pulun verilməsi prosesini gördüklərini, nə də bu barədə hər hansı məlumatlarının olduğunu bildirmişlər.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu üç şahidin ifadələri ümumi xarakter daşıyır, tərəflər arasında yalnız tanışlıq və işgüzar münasibətlərin olduğunu göstərir, lakin mübahisənin predmeti olan 28.300 manatlıq və ya hər hansı konkret məbləğdə pulun ötürülməsi faktını birbaşa və mötəbər şəkildə təsdiq etmir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından bu ifadələr borc öhdəliyinin yaranmasını sübut edən kifayət qədər əsaslı dəlil kimi qəbul edilə bilməz.
39. Şahid şahid1 ifadəsinə gəldikdə, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin ifadə obyektivlikdən uzaqdır və işin real halları ilə ziddiyyət təşkil edir. “Elektron məhkəmə” informasiya sistemində olan və birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audio-video görüntülərini nəzərdən keçirən zaman aydın olur ki, şahid öz ifadəsində mərhum Müsafirə verilməsi üçün Qasıma 10.000 manat pul verdiyini və həmin pulun hazırda Qasım tərəfindən ona qaytarılmadığını bildirmişdir. Bu etirafın özü sübut edir ki, şahid şahid1 ilə iddiaçı İddiaçı arasında hazırda icra olunmamış bir maddi öhdəlik münasibəti mövcuddur.
40. Belə olan halda, şahidin iddiaçının xeyrinə ifadə verməsi qaçınılmazdır. Çünki iddiaçı İddiaçı bu məhkəmə işini udması və cavabdehdən pulu alması, şahid şahid1 də öz pulunu iddiaçıdan geri ala bilməsi şansını artırır. Bu hal şahidin işin nəticəsində birbaşa maddi marağının olduğunu və onun verdiyi ifadənin qərəzsizliyinə ciddi kölgə saldığını göstərir.
41. Digər tərəfdən, şahid şahid1 “öz gözü ilə gördüyü” və 30.000 manatın verilməsini təsdiq edən halların əks olunduğu yazılı sənədin (mülki iş İ cild, iş vərəqə 174) məhkəməxətşünaslıq ekspertizası tərəfindən saxta hesab edilməsi (imzanın Müsafirə məxsus olmaması), şahidin ifadəsinin də həqiqətə uyğun olmadığını bir daha sübut edir. Mülki- Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutları qiymətləndirərkən onların bir-birini təkzib etməməsinə xüsusi diqqət yetirməlidir. Ekspertiza rəyi ilə təkzib olunan və iddiaçı ilə maddi asılılığı olan bir şahidin ifadəsi borc öhdəliyinin yaranması üçün mötəbər sübut sayıla bilməz.
42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ## ###### 2026cı il tarixli, **** nömrəli rəy Mülki-Prosessual Məcəllənin 97-ci və 99-cu maddələrinin tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. Ekspertiza tədqiqatı ixtisaslaşmış dövlət müəssisəsinin eksperti tərəfindən, müvafiq metodikalardan istifadə edilməklə və xəbərdar edilmiş cinayət məsuliyyəti şəraitində aparılmışdır. Rəy daxilən ziddiyyətli deyil, elmi əsaslara söykənir və işin digər halları ilə vəhdət təşkil edir. Bu səbəbdən, Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, həmin rəy iş üzrə faktiki halları (imzaların həqiqiliyini və ya saxtalığını) müəyyən edən mötəbər və yolverilən sübut kimi qəbul edilərək qətnamənin əsasında durur.
43. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan bütün sübutları - yazılı sənədlər, şahid ifadələri və ekspertiza rəyini kompleks şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə aparıcı və yeganə mötəbər sübut məhkəmə-xətşünaslıq ekspertizası tərəfindən imzanın həqiqiliyi təsdiq edilmiş ##.##.2021-ci il tarixli borc sənədidir.
44. Bu qeyd edilənlər yekunda İddiaçı tərəfindən mərhum X7 20.000 manat məbləğində pulun verilməsini təsdiq edir.
45. İddiaçının öz tələbi ilə bağlı sübuta yetirməli olduğu ikinci fakta (şəriklik) gəldikdə isə İddiaçı apellyasiya instansiyası məhkəməsində ona verilmiş sübut sualına cavab olaraq şərikliklə bağlı Müsafir Quliyevdən ayrı-ayrı vaxtlarda aldığı pulun məbləğinin təqribən 10.000 manat olduğunu bildirsə də, ümumiyyətlə onunla mərhum arasında şəriklik münasibətlərinin mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi.
46. İddiaçı İddiaçı izahatında həm borc verdiyini, həm də mağazanın qazancından pay alaraq şərik olduğunu bildirməsi mülki hüquq münasibətlərində şərikliyin mahiyyətinə ziddir. Xüsusilə, iddiaçının “müqavilənin vaxtı bitəndə şəriklik də bitəcəkdi” şəklindəki etirafı məhkəmə kollegiyası tərəfindən tərəflər arasındakı münasibətin mahiyyətini müəyyən edən mühüm detal kimi qiymətləndirilmişdır. Belə ki, klassik şəriklik (birgə fəaliyyət) münasibətlərində tərəf mənfəət və zərəri bölüşmək məqsədilə vəsait yatırır və bu vəsaitin geri qaytarılması müqavilə müddətinin bitməsi ilə deyil, şərikliyin ləğvi və aktivlərin bölüşdürülməsi ilə nəticələnir. İddiaçının müəyyən müddətin sonunda həm əsas məbləği geri alması, həm də həmin müddət ərzində qazancdan pay götürməsi hüquqi baxımdan birgə sahibkarlıq fəaliyyəti deyil, "gizli faizli borc münasibəti" xarakteri daşıyır. Bu isə iddiaçının şəriklik iddialarının hüquqi əsasdan məhrum olduğunu və onun tərəfindən alınan ödənişlərin (8.000 manat qazanc payı və 1.700 manat borc ödənişi) məhz vahid borc öhdəliyinin icrası kimi qəbul edilməli olduğunu bir daha təsdiqləyir.
47. Digər tərəfdən, iddiaçı izahatında şərikliklə bağlı aldığı məbləği gah 10.000 manat, gah da 8.000 manat olaraq qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin sübutetmə yükünə dair tələbləri baxımından, iddiaçının etiraf etdiyi minimum məbləğ, yəni 8.000 manat iş üzrə əsas götürülməlidir. Çünki bu məbləğin alındığı şəxsən iddiaçı tərəfindən təsdiq edilir və borcun ödənilməmiş qalan hissəsini müəyyən etmək üçün bu etiraf mötəbər sübut rolunu oynayır. Şəriklik münasibətlərinin mövcudluğu sübuta yetirilmədiyindən, iddiaçının "mənfəət payı" adı altında aldığı bu 8.000 manat, hüquqi mahiyyəti etibarilə borcun əsas məbləğinin qaytarılması kimi qiymətləndirilməli və ümumi borcdan çıxılmalıdır. İddiaçının aldığı məbləğ barədə dəqiq və sabit rəqəm göstərə bilməməsi onun izahatlarının bu hissədə qeyri-müəyyənliyini təsdiq edir və məhkəməyə yalnız aşkar olan minimum məbləği (8.000 manatı) əsas götürərək hesablama aparmaq imkanı verir.
48. Cavabdeh Cavabdeh apellyasiya şikayətində borc faktını inkar edərək, təqdim olunan yazılı qeydlərin mərhum həyat yoldaşı X7 məxsus olmadığını bildirsə də, apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, iş materiallarında olan borc öhdəliyi barədə yazıda və imzada X7 xətt və imza nümunələri ilə uyğunluq təşkil etdiyi (icraçı ehtimalla) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd tərəflərin imzaladığı sənədin tərtibi yolu ilə bağlanır. Ekspert rəyi ilə imzaların mərhuma məxsusluğu təsdiqləndiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı İddiaçı ilə mərhum Quliyev Müsafir arasında borc münasibətlərinin mövcudluğu sübuta yetirilir və bu səbəbdə də həmin sənəd (# ######## 2021-ci il tarixli) hüquqi qüvvəyə malikdir.
49. Məhkəmə araşdırması zamanı iddiaçı İddiaçı izahatında etiraf etmişdir ki, o, mərhum Müsafirdən “şərikliklə bağlı” 8.000 manat, habelə borc ödənişi kimi 1.700 manat pul almışdır. İş materiallarında tərəflər arasında hər hansı rəsmi şəriklik müqaviləsi və ya birgə sahibkarlıq fəaliyyətini təsdiq edən sübut mövcud deyildir. Hüquqi müəyyənlik prinsipinə əsasən, əgər tərəflər arasında şəriklik münasibəti sübuta yetirilmirsə, iddiaçıya ödənilmiş vəsaitlər mövcud borc öhdəliyinin icrası (qaytarılması) kimi qiymətləndirilməlidir. İddiaçının 8000 (səkkiz min) manat məbləğində pulu şərikliklə bağlı X7 alması sübutlarla təsdiqlənmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum Müsafir tərəfindən ödənilmiş cəmi 9.700 (8.000 + 1.700) manat vəsait ümumi borc məbləğindən çıxılmalı idi. Birinci instansiya məhkəməsi bu faktı nəzərə almayaraq, borcun məbləğini düzgün hesablamamışdır. Buna görə də, cavabdehdən tutulmalı olan məbləğ manat deyil, 10.300 manat (20.000 - 9.700) həcmində müəyyən edilməlidir.
50. Məhkəmə kollegiyası cavabdehin “borcun mərhumun şəxsi öhdəliyi olması və vərəsələrə keçməməsi” barədə dəlilinə münasibətdə bildirmişdir ki, borc öhdəliyi şəxsiyyətlə sıx bağlı olan (məsələn, aliment, müəlliflik və s.) öhdəliklər sırasına daxil deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən, mirasa təkcə əmlak hüquqları (aktivlər) deyil, həm də miras qoyanın ölümü ilə xitam verilməyən vəzifələri (passivləri) daxildir.
51. Digər tərəfdən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində əldə edilmiş əmlakla yanaşı, ailə ehtiyacları üçün yaranmış borclar da ümumi hesab edilir. İşin halları, o cümlədən "mağaza işlətmək üçün" pulun alınması faktı göstərir ki, bu vəsait ailənin ümumi gəlir mənbəyinin yaradılmasına yönəlmişdir. Beləliklə, borc öhdəliyi miras kütləsinə daxil olan passiv hesab edildiyindən, cavabdehin bu öhdəliyin şəxsi xarakter daşıması və vərəsələrə keçməməsi barədəki mülahizələri hüquqi cəhətdən əsassızdır.
52. Həmçinin cavabdeh Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, mərhumdan ona heç bir miras (aktiv) qalmamışdır və o, borca görə məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Lakin həmin Məcəllənin 1306.5-ci maddəsi imperativ olaraq müəyyən edir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı işdə mirasın notarius tərəfindən siyahıya alınması faktının mövcudluğu öz təsdiqini tapmır. Belə olan halda, qanunvericiliyin tələbinə görə, miras əmlakın olmamasını və ya onun dəyərinin borcdan az olmasını sübut etmək vəzifəsi (sübutetmə yükü) cavabdeh Cavabdeh üzərinə düşür. Məhkəmə araşdırması dövründə cavabdeh tərəfindən mərhum Quliyev Müsafirin adına daşınmaz əmlakın, nəqliyyat vasitələrinin və ya bank hesablarının olmamasına dair müvafiq dövlət orqanlarından (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, DYP və s.) rəsmi arayışlar təqdim edilməmişdir. Cavabdehin yalnız şifahi qaydada “əmlak yoxdur” deməsi Mülki Məcəllənin 1306.5-ci maddəsində nəzərdə tutulan sübutetmə vəzifəsinin yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Həmçinin mərhum X7 ölməsi zamanı onun istifadəsində iki mağazanın və içərisində satılması üçün ona məxsus malların olması cavabdehin izahatı ilə inkar olunmur.
53. Məhkəmə kollegiyası cavabdehin “müqavilənin müddətinin bitməsi ilə öhdəliklərə xitam verilməsi” barədə dəlilinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin öhdəliklərinin xitamına yalnız o halda səbəb olur ki, bu, müqavilədə birbaşa nəzərdə tutulsun. İş materiallarındakı borc sənədlərində müddətin bitməsi ilə borcun qaytarılması öhdəliyinin ləğv olunması barədə hər hansı şərt mövcud deyil. Əksinə, həmin maddənin ikinci cümləsinə görə, belə şərt olmadıqda müqavilə öhdəliyin faktiki icrasına qədər qüvvədə sayılır.
54. Digər tərəfdən, Mülki Məcəllənin 399.4-cü maddəsi imperativ olaraq müəyyən edir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Borclu (mərhum) borcu müqavilədə göstərilmiş 2 il ərzində qaytarmadığı üçün öhdəliyi pozmuş hesab olunur və müddətin bitməsi həmin borcun ödənilməsi vəzifəsini aradan qaldırmır. Bu səbəbdən cavabdehin bu istiqamətdəki mülahizələri maddi hüquq normalarının yanlış təfsirinə əsaslandığı üçün rədd edilməlidir.
55. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 14.2.4, 324.1, 324.2, 324.5, 329.1, 329.2, 386.1, 389.1, 399.3, 399.4, 739, 740.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1160, 1243.1, 1243.2, 1254, 1255, 1256, 1257.1, 1306.1, 1306.4, 1306.5-ci və Mülki Prosessual Məcəllənin 2, 4.1, 9.1, 77.1, 88ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
56. Qətnamədən cavabdeh (Vəkili nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı vəfat etmiş olmaqla öz subyektiv hüququnu reallaşdırması, yəni onun iradəsinin ifadə olunmasını dəqiq müəyyənləşdirilməsi sual altına alındığı halda məhkəməyə sübut kimi təqdim edilmiş şübhəli vərəqin həqiqi müqavilə olması belə təsdiq edilmədən və hər hansı öhdəliyin icrası ilə bağlı mötəbər sübutlar olmadan məhkəmənin iddianı qismən təmin etməsi pozuntudur.
58. Müqavilə və ya borc münasibəti tərəflərin razılığı ilə müəyyən formada bağlanmalıdır. İş materiallarında heç bir rəsmi borc müqaviləsi, ödəniş sənədi, bank çıxarışı və ya etibarlı yazılı sübut mövcud deyildir. Yalnız sadə kağız üzərində iddiaçının təqdim etdiyi vərəq vardır ki, onun hüquqi qüvvəsi şübhəlidir. Həmin vərəqdə mərhumun iradə ifadəsi heç bir sübutla (şahid və sairlə) təsdiq edilməmişdir. Belə bir halda məhkəmə nəticəyə gələrək təqdim olunan iki xxxxdən birinin saxta olması ortaya çıxdığı halda, digər vərəqi mötəbər sübut kimi borc müqaviləsi kimi qəbul etməsi qanun pozuntusudur. Ümumiyyətlə borc münasibətinin yaranması digər sübutlarla təsdiq edilməmişdir. Ortada borc münasibətinin yaranması üçün pulun verilməsi faktı, tərəflərin razılığı, geri qaytarma öhdəliyi sadə, heç bir təsdiqi, şahidi olmayan bir vərəqlə sübut edilə bilməzdir. Qeyd etmək lazımdır ki, əgər ki, məhkəmə şübhəli olan vərəqi yazılı müqavilə kimi qəbul edirsə, yazılı müqavilədə mütləqdir ki, tərəflərin iradəsi aydın ifadə olunmalıdır. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Hazırkı məhkəmənin sübut kimi qəbul etdiyi vərəqdə borcun məbləği rəqəmlərlə yazılsada hərflərlə açıqlanmamış, qaytarılma müddəti dəqiq göstərilməmiş, qaytarılma üsulu müəyyən edilməmiş, kimlərin şahidliyi ilə verilməsi və sair mühüm zəruri məlumatlar göstərilməmişdir. Buna baxmayaraq məhkəmə həmin vərəqi yazılı borc müqaviləsi kimi qəbul etmişdir. Vərəqin yazılı formada bağlanmalı olan müqavilə şərtləri daxilində bağlanmamasına görə, hazırkı mübahisəyə tərəflər arasında yaranmış borc münasibəti kimi baxılması əsassızdır.
59. Hazırkı iş üzrə miras əmlakın olması, vardırsa əmlakın dəyər dairəsi müəyyən edilməmişdir. Məhkəmə bütün bunlara aydınlıq gətirmədən sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
60. İddiaçının nümayəndəsi və vəkili nümayəndə2 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz vermiş, etirazda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
61. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
62. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
63. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
64. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
65. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
66. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
67. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
68. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
69. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
70. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
71. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
72. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (## ###### 2023-cü il tarixə kimi qüvvədə olan redaksiyada).
73. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (## ###### 2023-cü il tarixə kimi qüvvədə olan redaksiyada).
74. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
75. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
76. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
77. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
78. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
79. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
80. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşağı, arvadı (əri), valideynləri (övladlığa götürənləri) qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsə sayılmaqla bərabər pay hüququna malikdirlər.
81. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
82. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
83. Maddə 1254. Vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
84. Maddə 1255. Vərəsələr miras qoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
85. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
86. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
87. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
88. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
89. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
90. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
91. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
92. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
94. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
95. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
96. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
97. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
98. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
99. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
100. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
101. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
102. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən, məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
103. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
104. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
105. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
106. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
107. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
108. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
109. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
110. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.