Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1214/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (negator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “ağacların çıxarılması və qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi, qeyriqanuni müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə ## ##### 2013-cü il tarixli ** nömrəli protokolundan görünür ki, Beyləqan ərazisində yerləşən, İ Şahsevən bələdiyyə mülkiyyətinə aid 1.0 ha torpaq sahəsinin icarə hüququ ən yüksək təklif vermiş X1 verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, Beyləqan ərazisində yerləşən, İ Şahsevən bələdiyyə mülkiyyətinə aid 1.0 ha torpaq sahəsinin açıq torpaq müsabiqəsinin qalibi ## ##### 2013- cü ildə keçirilmiş hərracın nəticələrinə əsasən X1r.
3. Icarəyə verən Beyləqan rayon İ Şahsevən bələdiyyəsi ilə icarəçi X1 arasında ## #### 2013-cü ildə bağlanmış "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilədən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Torpaq hərrac və müsabiqə Komissiyasının ## ##### 2013-cü il tarixli protokolu əsasında DƏDRX-in Beyləqan Ərazi Idarəsi tərəfindən # ###### 2013-cü ildə verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən 6500 kv.metr torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir.
4. DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ####### 2021-ci ildə verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən Beyləqan ərazisində yerləşən, İ Şahsevən bələdiyyə mülkiyyətinə aid 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 icarə hüququ ## #### 2013-cü ildən ## #### 2063-cü ilədək dövlət qeydiyyatına alınmışdır.
5. DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən # ######## 2022-ci ildə verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən Beyləqan ərazisində yerləşən, İ Şahsevən bələdiyyə mülkiyyətinə aid 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 icarə hüququ ## #### 2013-cü ildən ## #### 2063-cü ilədək dövlət qeydiyyatına alınmışdır. Hüququn qeydə alınmasının əsasını Beyləqan rayon * saylı xüsusi notariat ofisinin *V-*** nömrəli ## ###### 2022-ci il tarixli icarə hüququnun vərəsəlik şəhadətnaməsi təşkil etmişdir.
6. # ######## 2022-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”ndən görünür ki, X2 rayonu, İ Şahsevən kəndində yerləsən 0.65 ha torpaq sahəsi üzərində olan icarə hüququnu hazırki iş üzrə iddiaçı İddiaçı satmışdır.
7. DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ####### 2022-ci ildə verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən Beyləqan ərazisində yerləşən, İ Şahsevən bələdiyyə mülkiyyətinə aid 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı icarə hüququ ## #### 2013-cü ildən 50 il müddətinə dövlət qeydiyyatına alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, ************ reyestr nömrəli çıxarışla sahiblik və istifadəsində olmaqla Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər tərəfindən əkilən ağacların çıxarılması, qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh cavabdeh1 iddiaçı İddiaçı qarşı İddiaçıla Beyləqan rayonu, * saylı Notariat Ofisində Beyləqan rayon İ Şahsevən kəndində yerləşən 0.65 ha torpaq sahəsi ilə bağlı bağlanmış ## ######## 2022-ci il tarixli, *M-** nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına torpağın icarəyə verilməsinə dair ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmənin ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə qarşılıqlı iddianın icraatına xitam verilmişdir.
11. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Birinci Şahsevən kəndində yaşayır. Oğlu 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışla 0.65 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Özünə məxsus sahəsi və onun üzərində tikilisi vardır. Həmin yerdə ferması var və heyvanlar saxlamaqla məşğuldur. Cavabdehlər həmin yerdə ağaclar əkib, qanunsuz su arxları çəkmiş və qeyri-qanuni olaraq onun torpağına müdaxilə etmişlər. Bununla da ona ziyan vurmuşlar. O, yerin yaxşılaşdırılması üçün xeyli xərc çəkmişdir. Gələcəkdə cavabdehlərə qarşı maddi ziyanla bağlı yeni iddia qaldıracaqdır.
12. Cavabdeh cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, traktorçu işləməklə ayrı-ayrı şəxslərin sifarişi əsasında ona tapşırılan işləri yerinə yetirir. Sözügedən torpaq sahəsi ona məxsus yaşayış sahəsi ilə bitişikdir. cavabdeh1 ona həmin yerdən arx çəkməyi demiş, o, da arx çəkmişdir. Iddiaçı ağacların çıxarılmasını və arxın doldurulmasını tələb edir. Həmin yerdə ağaclar əkildiyindən o, yeri şumlaya və arxı doldurmağa ehtiyat etmişdir. Ağaclar çıxarılarsa o özü arxı dolduracaqdır.
13. Məhkəmənin ## #### 2024-cü il tarixli qərardadına əsasən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/***** saylı ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi ************ olan, ## ##.2022- ci il tarixli çıxarışla icarəsinə verilmiş 0.65 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, qeyd olunan çıxarışa əsasən, 0.65 ha torpaq sahəsinin koordinatlarında texniki qüsurlar mövcuddur. Ona görə də, İddiaçı icarəsinə verilmiş 0.65 ha torpaq sahəsinin sərhədləri torpaq sahələri ayrılan zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planında qeyd olunan ölçü göstəriciləri əsasında istinad nöqtələrindən istifadə etməklə müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi ************ olan, ##.##.2012-ci il tarixli çıxarışla cavabdeh3 icarəsində 0.65 ha torpaq sahəsinin koordinatlarında texniki qüsur mövcud olduğuna görə həmin ərazinin də sərhədləri torpaq sahələri ayrılan zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planında qeyd olunan ölçü göstəriciləri əsasında istinad nöqtələrindən istifadə etməklə müəyyən edildi, (ölçü planında qeyd olunmuşdur. İddiaçı Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi ************ olan, ##.##.2022-ci il tarixli çıxarışla icarəsinə verilmiş 0.65 ha torpaq sahəsində cavabdeh3 qızı, cavabdeh2 və cavabdeh1 arx çəkməklə və ağaclar əkməklə İddiaçı maneçilik törədib-törətməməsini müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı cavabdeh3 və ailə üzvləri tərəfindən mübahisəli ərazidə arx çəkilməklə və ağaclar deyil, bir-birindən 6-7 metr məsafədə 2 ədəd su arxı çəkilməklə 1-ci cərgədə 9 ədəd və 2-ci cərgədə isə 6 ədəd söyüd ağacının budağından ibarət çubuqlar basdırılmışdır. Həmin ərazinin 32.71 kv.m hissəsi isə İddiaçı icarəsində olan 0.65 ha torpaq sahəsinin ərazisində yerləşir. İddiaçı icarəsinə verilmiş 0.65 ha torpaq sahəsi ilə 2023-cü ildə X2 və X1 icarəsinə verilmiş 0,65 ha torpaq sahəsi eyni torpaq sahəsidir və torpaq sahələrinin sərhədləri üst-üstə düşür.
14. Beyləqan Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci ildə verilmiş ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı icarəsinə verilmiş 0.65 ha torpaq sahəsində cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən əkilmiş ağacların çıxarılması, qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi və iddiaçıya törədilən müdaxilənin cavabdehlərə qadağan olunması qət edilmişdir (hakim – R.Nurullayev).
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh3 və ailə üzvləri tərəfindən mübahisəli ərazidə arx çəkilməklə və ağaclar deyil, bir-birindən 6-7 m məsafədə 2 ədəd su arxı çəkilməklə 1-ci cərgədə 9 ədəd və 2-ci cərgədə isə 6 ədəd söyüd ağacının budağından ibarət çubuqlar basdırılmışdır. Həmin ərazinin 32.71 kv.m hissəsi isə İddiaçı icarəsində olan 0.65 ha torpaq sahəsinin ərazisində yerləşir. Çəkilmiş arx və əkilmiş həmin söyüd ağacları iddiaçının torpaq sahəsindən sərbəst istifadəsinə maneçilik törədir.
16. Məhkəmə gəldiyi nəticəni “Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokoluna, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddələrinə, Mülki Məcəlləsinin 139, 152, 157, 164-cü maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində həm maddi hüquq normalarını, həmdə prosessual hüquq normalarını kobud surətdə pozmuş, heç bir mötəbər sübut olmadan səhv nəticəyə gəlmişdir. Iş materiallarını nəzərdən keçirərkən istər iddiaçının, istərsə də cavabdehin adlarına icarə hüququnun qeydiyyata alınmasına dair çıxarışlar olduğu müəyyən olunur. Lakin məhkəmənin yeganə istinad etdiyi sübutlardan biri olan ekspert rəyində reyestrdən çıxarışlarla tərəflərə verilmiş əmlakların qeydiyyata alınmasına dair texniki sənədlərdəki nöqtələrin texniki qüsurları mövcuddur. Yəni reyestr tam deyildir. Tam olmayan reyestrdən çıxarışla digər şəxs istifadəsində olan əmlakdan necə çıxarıla bilər. Məhkəmə həmin xüsusatı araşdırmaq əvəzinə, ləğv edilmiş Torpaq və Xəritəçəkmə komissiyasının plan ölçülərinə istinad etmişdir. Halbuki həmin sənədlər hazırki standartlara cavab verməməklə, müasir elektron xəritə tələblərinə cavab vermir. Yəni məhkəmə qeyri dəqiq məlumatlara qanuni don geyindirərək iddianı təmin etməkdə maraqlı olmuşdur. Birinci instansiya məhkəməsi işi araşdırarkən iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin reyestrinin tamlığının olmadığını gözardı edərək, qanunla nəzərdə tutulmuş qaydada tam və dəqiq qeydiyyatda alınmış çıxarış olmadan yekun qərar qəbul etmişdir. Məhkəmə işdə qərəzli olmuşdur. Belə ki, fərz edilsə ki, reyestr tam və dəqiqdir. Onda belə olan halda növbəti əsas sübut ekspertin rəyinə istinad olunmalı olarsa ekspert rəyində guya cavabdehlərin 0.65 ha torpaq sahəsinin 32.71 ha hissəsində ağac əkməkləri göstərilmişdir. Məhkəmə öz növbəsində cavabdehlərin ekspert rəyində göstərilən hissədən çıxarılması deyil, ümumi 0.65 ha torpaq sahəsindən çıxarılmasını göstərmişdir. Dövlət qeydiyyatından keçməmiş əmlakın üzərində hüquqların qorunmasına təminat vermir. Ekspert rəyindən göründüyü kimi mülkiyyətin qeydiyyata alınmasına dair texniki sənədlər dəqiq deyil. Mülkiyyətin hansı hissədən ibarət olmasını təsdiq edən yeganə sənəd texniki sənədlərdir. O da dəqiq olmadığı təqdirdə cavabdehlər hansı əsasla, hansı sənədə, hansı hüquqla 30 ilə yaxın istifadələrində olan torpaq sahəsindən çıxarılırlar. Deməli dövlət mülkiyyəti tam və dəqiq şəkildə qeydiyyata alınmış mülkiyyətçinin hüquqlarını qoruyur. Iddiaçı mülkiyyətini tam əks etdirməyən sənədlə məhkəməyə müraciət etmiş, məhkəmədə öz növbəsində qeyri dəqiq sənədlə iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi işi araşdırarkən kobud prosessual pozuntulara yol vermişdir. Belə ki, iş materiallarında olan ekspert rəyində iddiaçının mülkiyyət sənədinin dönmə nöqtələri qüsurlu olması səbəbindən ləğv edilmiş Xəritəçəkmə komitəsinin ölçü sənədlərinə istinad etmişdir. Belə olan halda mülkiyyət sənədi yeni formada, texniki sənəd isə keçmiş formada olan absurd bir rəy əsasında qətnamə qəbul edilmişdir. Halbuki ekspert rəyi natamam hesab edilməli, iş üzrə təkrar və ya əlavə ekspertizalar keçirilməli idi. Bütün bunlara məhkəmə göz yumaraq qanunsuz nəticəyə gəlmişdir. Prosessual normalara əsasən ekspert rəyi digər sübutlarla birgə tədqiq edilməlidir.
19. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin ## ###### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı icarə hüquqları dövlət qeydiyyatına alınmış 0.65 ha torpaq sahəsinin ərazisi X10 X4 qeydə alınmamışdır. Həmin ərazi digər qonşu torpaq sahələri ilə birlikdə bələdiyyə mülkiyyətində olmaqla tikinti altında torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə də ##.##.2022-ci ildə verilmiş ************ reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı icarəsində olan 0.65 ha torpaq sahəsinin yerquruluşu planına əsasən naturada yerləşdiyi yerin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda ##.##.2022-ci ildə verilmiş ************ reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı icarəsində olan 0.65 ha torpaq sahəsinin ##.##.2022-ci ildə tərtib edilmiş A 830 *** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012-ci ildə verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində yerləşməklə bələdiyyə mülkiyyətində olub, üzərində cavabdeh cavabdeh3 icarə hüquqları dövlət qeydiyyatına alınmış 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 X4 (TEKUIS) məlumatlarına əsasən döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, qeyd olunan 0.65 ha torpaq sahəsinin ərazisi X10 X4 qeydə alınmamışdır. Həmin ərazi digər qonşu torpaq sahələri ilə birlikdə bələdiyyə mülkiyyətində olmaqla tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə də ##.##.2012- ci ildə verilmiş reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh3 icarəsində olan 0.65 ha torpaq sahəsinin yerquruluşu planına əsasən naturada yerləşdiyi yerin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Eyni zamanda ##.##.2012-ci ildə verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh3 icarəsində olan 0.65 ha torpaq sahəsinin ##.##.2013-cü ildə tərtib edilmiş torpaq sahəsinin planı sənədində qeyd edilən koordinatlara əsasən yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.10.2- 22-ci ildə verilmiş ************ reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində yerləşməklə bələdiyyə mülkiyyətində olub, üzərində iddiaçı İddiaçı icarə hüquqları dövlət qeydiyyatına alınmış X10 X4 qeydə alınmadığı üçün, həmin torpaq sahəsinin naturada yerləşdiyi yerin və eyni zamanda yuxarıda qeyd olunmuş sənədə əsasən sərhədi təyin olunmuş 0.65 ha torpaq sahəsinin 32.71 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə olunması müəyyən olundu. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci ildə verilmiş ************ reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının qanuni sahibliyində olan mübahisəli 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 X4 (TEKUIS) qeydə alınmadığı üçün həmin torpaq sahəsinin naturada yerləşdiyi yerin və eyni zamanda yuxarıda qeyd olunmuş sənədə əsasən, sərhədi təyin olunmuş 0.65 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan 32.71 kv.m hissəsinin ərazisində 15 m məsafədə arx çəkilməsi müəyyən olundu, ölçmə işləri aparılan zamanı çəkilmiş arxın tirəsində 1 bir ədəd söyüd ağacının (budağının) basdırıldığı müəyyən olundu. Eyni zamanda iddiaçı və cavabdehlərə məxsus torpaq sahələrinin arasında əvvəllər yol kimi ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid 260.60 kv.m torpaq sahəsində də arxlar çəkilmiş və söyüd ağacları (budaqları) basdırılmışdır. Iddiaçı və cavabdehlərə məxsus hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahələrinin koordinatları ilə həmin torpaq sahələrinin yerquruluşu planına və faktiki istifadə vəziyyətinə əsasən naturada yerləşdiyi ərazisinin koordinatları sürüşmə nəticəsində üst-üstə düşmür. Qeyd edilən torpaq sahələrinin yerləşdiyi ərazi və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – T.Kərimov (məruzəçi), C.Imanov və Q.Əliyev).
21. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisə predmeti olan ərazi 32.71 kv.metr ölçüdə olmaqla, həm birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı təyin olunmuş ekspertizanın, həmdə apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində təyin olunmuş ekspertizanın rəylərinə əsasən ************ reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının qanuni sahiblik və istifadəsində olan 0.65 ha torpaq sahəsinin tərkib hissəsidir. Cavabdehlər tərəfindən iddiaçının qanuni sahiblik və istifadəsində olan 0.65 ha torpaq sahəsinin 32.71 kv.metr hissəsində 15 metr məsafədə arx çəkilmiş, arxın tirəsində 1 bir ədəd söyüd ağacının budağının basdırıldığı müəyyən olunmuşdur. Iddiaçı cavabdehlərə qarşı torpaq sahəsinin zəbt olunan hissəsinin azad edilməsi tələbini irəli sürməkdə tam haqlıdır.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokoluna, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 139, 152, 157, 164, 238-ci, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyasının əldə etdiyi ekspertiza rəyində cavabdehlərin eynilə iddiaçıya məxsus torpaq sahəsinə 32.71 kv.m hissədə daxil olmaları göstərilmişdir. Lakin bu rəydə həmin zəbt ərazidə 1 ədəd söyüd ağacının əkilməsinin müəyyən olunduğu göstərilmişdir. Yəni, boşaldılmalı ərazidə bir su arxı və 1 ədəd söyüd ağacı mövcud olsa da, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla anlaşılan nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası öz qətnaməsində bu xüsusatı dəfələrlə göstərsə də, yekunda 1 ağacı deyil 15 ağacı çıxarmağı, 1 arxı deyil, 2 arxı bağlamağı cavabdehləri 32.71 kv.m ərazidən çıxarmaq deyil, 0.65 ha torpaq sahəsindən çıxarılmasına dair yekun nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13 (İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29 (İ). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
“Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolu
28. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
35. Maddə 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
36. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
37. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
38. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
49. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.