Məhkəmə qərarları › İş №2(1-8)-1235/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1235/2026

10.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1235/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı birləşdirilmiş mülki iş üzrə QƏRARI (Açar sözlər: qarajdan istifadəyə maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı MMMC (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış ##.##.2017-

1. müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh ci il tarixli MTK arasında müqavilə bağlanmış və həmin müqavilənin predmetini – Şirkət tərəfindən ünvan 7 ünvanında yerləşən binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK- Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış və qeyriyaşayış sahələrinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilənin imzalanması təşkil edir. ünvan 7 ünvanında tikiləcək binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) RİH tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə və icarəyə verilməsi, həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra veriləcəkdir.

2. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ## #### 2017-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli * saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “xxxx” formatında 5 il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə, ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 2314,66 kv.metr torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilmişdir.

3. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2017-ci il tarixli *** saylı “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” Sərəncamından görünür ki, həmin sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016cı il tarixli * saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “xxxx” formatında 5 il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmış, ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 2314,66 kv.metr torpaq sahəsi Cavabdeh MTKnın daimi istifadəsinə verilmişdir. ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2314,66 kv.metr torpaq sahəsinin Cavabdeh MTK-nın daimi istifadəsinə verilməsi, Cavabdeh MTK-nın ona ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə Cavabdeh MTK tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi və sair qərara alınmışdır.

4. Cavabdeh MTK ilə Əhmədov Qeyrət İskəndər oğlu arasında bağlanmış ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən, vətəndaş (gələcəkdə “payçı” adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ## ###### 2011-ci il tarixdə tərtib edilmiş Texniki Pasporta əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi * saylı binanın yanında yerləşən, ümumi sahəsi 21,6 kv.metr təşkil edən qaraj sahəsini Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının *** saylı, ## #### 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin -1-ci mərtəbəsində, ümumi sahəsi 40 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə “payçı” adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.

5. Cavabdeh MTK ilə X1 arasında bağlanmış # ###### 2017-ci il tarixli ** nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən vətəndaş (gələcəkdə “payçı” adlandırılacaq) Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2004-cü il tarixli texniki pasporta əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, *** saylı evin qarşısında yerləşən, ümumi sahəsi 29 kv.metr qeyri-yaşayış sahəsini (daş qaraj) qarşılıqlı razılaşma əsasında 19.000 manat qiymətləndirərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının *** saylı, ## #### 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin -1-ci mərtəbəsində, ümumi sahəsi 36 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə “payçı” adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.

6. Cavabdeh MTK ilə X4 arasında bağlanmış ## ######## 2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən vətəndaş (gələcəkdə “payçı” adlandırılacaq) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 18,5 kv.metr qeyri-yaşayış sahəsini (daş qaraj) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının *** saylı, ## #### 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin - 1-ci mərtəbəsində, ümumi sahəsi 28 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə “payçı” adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.

7. Cavabdeh MTK ilə X3 arasında bağlanmış # ###### 2023-cü il tarixli *** nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli texniki pasporta əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, *** saylı binanın qarşısında yerləşən, faktiki ümumi sahəsi 48,9 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini (daş qaraj) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının *** saylı, ## #### 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir və müvəqqəti icarəyə götürəcəyi yer üçün verilməsi nəzərdə tutulan aylıq vəsaitdən imtina edir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının -2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə “payçı” adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.

8. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış ## ###### 2021-ci il tarixli, XO-01-02-2021-***** №-li məktubdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binalarına dair təqdim olunmuş layihə sənədlərinin razılaşdırılması barədə ##.##.2021-ci il tarixli, **/**-**-**-R**/*/***/* nömrəli məktuba Komitə tərəfindən baxılmış, bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” # ###### 2018-ci il tarixli *** nömrəli Fərmanının 4.3-cü bəndinin və “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ##.##.2016cı il tarixli * nömrəli qərarı ## ###### 2019-cu il tarixli *** nömrəli qərar ilə ləğv edilmiş, habelə həmin qərarın 4-cü bəndi ilə bu məktubun 2-ci abzasında qeyd olunan Nazirlər Kabinetinin qərarına uyğun olaraq # ###### 2018-ci il tarixinədək tikintiyə icazə icraatı başlanmış və ya layihələndirilməsi barədə Sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə səlahiyyətlər Binəqədi Rayon İcra Hakimiyyətinə aid edilmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, sözügedən ünvanda Cavabdeh MTK-nın daimi istifadəsində olan torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə icazənin verilməsi üzrə “xxxx” çərçivəsində təqdim edilmiş binanın tikinti layihəsinin memarlıq-planlaşdırma həllində edilmiş dəyişikliklər (əlavə -1 və -2 səviyyəsində yeraltı avtomobil dayanacağı) Komitə tərəfindən razılaşdırılır.

9. Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 X18 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş ## ##### 2022-ci il tarixli ***** №-li ekspertiza rəyindən görünür ki, sifarişçi Cavabdeh MTKnın sifarişi əsasında və Binəqədi rayon İcra Hakimiyyətinin ## ###### 2022-ci il tarixli **/**- ****/R-*-*** nömrəli məktubu ilə MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 1 ünvanında yeraltı avtomobil dayanacağının tikinti layihəsi ekspertizadan keçirilmiş, nəticə olaraq ünvan 1 ünvanında yeraltı avtomobil dayanacağı üzrə tikinti layihəsi razılaşdırılmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-X14 Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMMC 14 yanvar 2-21-ci il tarixdə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədinin yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsinin tələb edilməsi müəyyənləşdirilmiş, qeydiyyata alınmasının hüquqi əsası kimi ümumi yığıncağın # ###### 2024-cü il tarixli qərarı və sənədlər göstərilmiş, hazırkı qanuni təmsilçisi X7r.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qeyri- X8 Uçotu haqqında Şəhadətnamədən görünür ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ## ###### 2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci iş:

12. İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (bundan sonra iddiaçı, yaxud MMMC) nümayəndəsi və vəkili Vəkil cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə (bundan sonra cavabdehlər, yaxud MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ## #### 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli * saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “xxxx” formatında 5 il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə, ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 2314,66 kv.metr torpaq sahəsi cavabdeh MTKnın daimi istifadəsinə verilmişdir. Müqavilə bağlandıqdan sonra 2314,66 kv.metr torpaq sahəsi sonuncunun daimi istifadəsinə verilmiş və öhdəliyin icrasına nəzarət bağlanmış ##.##.2017-ci il tarixli Müqaviləyə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə düşmüşdür. Həmçinin Nazirlər Kabinetinin həmin Qərarından görünür ki, “xxxx” 5 il müddətinə nəzərdə tutulmuşdur. cavabdeh MTK ünvan 5 ünvanında inşa etdiyi 4 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasını xxxx əsasında 5 il müddətinə təhvil verməli olduğu halda, bu günədək təhvil verməmişdir. Bina sakinlərinin iştirakı ilə birlikdə 2021-ci il tarixdə iddiaçı MMMC yaradılmış və 2024-cü il tarixdən Ümumi Yığıncağın qərarı ilə Sevdimalıyev X2. ünvan 5 ünvanında inşa edilmiş 4 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasında iddiaçı MMMC fəaliyyət göstərməsinə baxmayaraq, həmin binanın inşasını həyata keçirmiş cavabdeh MTK mənzil mülkiyyətçilərinin binanın zirzəmi hissəsində yerləşən avtomobil dayanacağında avtomobil saxlanılması üçün ayrılmış yerləri aylıq 100 manata icarəyə verir. İcarə haqqı verməyən mənzil mülkiyyətçilərinə binanın zirzəmisində yerləşən avtomobil saxlanılması üçün ayrılmış yerə daxil olmasına maneçilik törətmək üçün maneə dirəyi yerləşdirməklə mənzil mülkiyyətçilərinin istifadə hüquqlarını pozmuşdur.

14. Cavabdehin nümayəndəsi və vəkili ƏIəkbərov Kamran Əlsəftər oğlu tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli * nömrəli Qərarına əsasən rayonun ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində “xxxx” formatında müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci il tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan ** nömrəli yataqxana binasının və onun ətrafında olan qeyri-yaşayış sahələrinin sökülməsi və yerində müasir standartlara cavab verən, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşası cavabdeh MTK-ya həvalə olunmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci il tarixdə təsdiq olunmuş ayrıc aktına əsasən sözügedən ünvanda yerləşən 2314,66 kv.metr torpaq sahəsi cavabdeh MTKya ayrılmışdır. Həmin torpaq sahəsinin hüdudları daxilində də 4 bloklu, 18 mərtəbəli yaşayış binası tikilmiş, binanın həyət hissəsində isə AR Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş və AR FHN-nin müvafiq idarəsində ekspertiza olunmuş layihə əsasında 2 mərtəbəli yeraltı avtomobil dayanacağı tikilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, * saylı Qərarının icrası məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə cavabdeh MTK arasında ## #### 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən sözügedən ərazidə sökülən mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzində həmin ərazidə tikiləcək yaşayış binasında mənzillərin və qeyri-yaşayış sahələrinin verilməsi öhdəliyini cavabdeh MTK öz üzərinə götürmüşdür. Müvafiq sərəncamın və müqavilənin icrası ilə bağlı tikilmiş yaşayış binasının əvvəllər ərazisində mövcud olmuş 20 qarajın əvəzində onların mülkiyyətçilərinə hal-hazırda tikilmiş yeraltı avtomobil dayanacağında əvəzləşmə qaydasında qarajlar verilmişdir və həmin qarajlar halhazırda onların mülkiyyətindədir. Digər qarajlar isə artıq dövlət reyestrində qabaqcadan qeydiyyata alınaraq ayrı-ayrı fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Bununla bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin qaraj mülkiyyətçiləri də öz hüquqlarından istifadə edərək özlərinə məxsus qaraj sahələrini digər üçüncü şəxslərə (onların içində bina sakinləri də mövcuddur) icarəyə verirlər. Həmçinin qaraj sahibləri tərəfindən öz vəsaitləri hesabına yeraltı avtomobil dayanacağına kənar avtomobillərin daxil olmasının qarşısını almaq və avtomobillərin mühafizəsini təmin etmək məqsədi ilə dayancağın giriş hissəsinə nömrə tanınma sistemi ilə təchiz olunmuş şlaqbaum quraşdırılmışdır. Həmçinin həmin avtomobil dayanacağının təmiz saxlanması və işıqlandırılması da qaraj mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, yeraltı avtomobil dayanacğında yerləşən sahələrin mülkiyyətçilərinin əksəriyyəti bina sakinləridir və sahələri icarəyə götürən şəxslər də bina sakinləri olmaqla yanaşı iddiaçı MMMC-nin üzvləridir. Sözügedən ərazidə yerləşən yeraltı avtomobil dayanacağında yerləşən dayanacaq sahələri cavabdeh MTK-nın balansında deyil, ayrı-ayrı şəxslərin mülkiyyətində və sərəncamındadır (bununla bağlı müqavilələr və hüquqların qabaqcadan qeydiyyatı barədə arayışlar əlavə olunmuşdur). Hazırkı iddia həmin şəxslərin mülkiyyət hüquqlarının və öz əmlakları üzərində sərəncam vermək hüquqlarına toxunur. Qaraj sahələrinin mülkiyyətçilərinin ortaq razılaşmasına əsasən artıq 1 ilə yaxındır ki, qaraja girişdə quraşdırılmış şlaqbaum qurğusunun idarə edilməsi üçün nəzərdə tutulmuş əlavə pult iddiaçı tərəfindən təyin edilmiş mühafizə xidmətinin əməkdaşlarına zəruri hallarda istifadə üçün təqdim edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, binanın -1 və -2-ci mərtəblərində binanı su ilə təchiz edən su ambarları, su nasosları, binanı rabitə xidməti ilə təchiz edən server otağı yerləşir ki, cəmiyyət üzvləri həmin sahələrə birbaşa nəzarət edir və nəzarəti həyata keçirmək üçün də maneəsiz avtomobil dayanacağı mərtəbələrinə giriş-çıxış edirlər. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı ##.##.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ## #### 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli * saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “xxxx” formatında 5 il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintinin aparılması məqsədi ilə 2314.66 kv.metr torpaq sahəsini cavabdeh MTK-nın daimi istifadəsinə verilmişdir. ##.##.2017-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsi sonuncunun daimi istifadəsinə verilmiş və öhdəliyin icrasına nəzarət Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. “xxxx” 5 il müddətinə nəzərdə tutulmuşdur. Cavabdeh MTK ünvan 5 ünvanında inşa etdiyi 4 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasını xxxx əsasında 5 il müddətinə təhvil verməli olduğu halda bu günədək təhvil verməmişdir. Bina sakinlərinin iştirakı ilə birlikdə 2021-ci il tarixdə iddiaçı MMMC yaradılmışdır. Tərəflər arasında yaranmış mübahisəyə səbəb isə həmin çoxmənzilli yaşayış binasında iddiaçı MMMC-nin fəaliyyət göstərməsinə baxmayaraq, binanın inşasını həyata keçirmiş cavabdeh MTK tərəfindən binanın zirzəmi hissəsində yerləşən avtomobil dayanacağında avtomobil saxlanılması üçün ayrılmış yerlərin icarəyə verilməsi, icarə haqqı verməyən mənzil mülkiyyətçilərinə binanın zirzəmisində yerləşən avtomobil saxlanılması üçün ayrılmış yerə daxil olmalarına maneçilik törətmək məqsədilə maneə dirəyi yerləşdirməklə onların istifadə hüquqlarının pozulmasıdır. Bu səbəbdən də, cavabdeh MTK-ya qarşı MTK-nın ünvan 6 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan olunması barədə iddia ərizəsi ilə müraciət edilmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsaslanaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən xxxx MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə tərəfindən MTK-ya məxsus layihə sənədləri müqayisəli şəkildə təhlil edilərək müəyyən edilmişdir ki, həmin sahə ümumi istifadədə olan sahə olmamaqla yanaşı, layihə sənədlərində avtomobil dayanacağı (qaraj) kimi qeyd edilmiş, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 X18 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş ## ##### 2022-ci il tarixli ***** №-li ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, sifarişçi Cavabdeh MTK-nın sifarişi əsasında və Binəqədi rayon İcra Hakimiyyətinin ## ###### 2022-ci il tarixli **/**-****/R-*-*** nömrəli məktubu ilə MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 1 ünvanında yeraltı avtomobil dayanacağının tikinti layihəsi ekspertizadan keçirilmiş, nəticə olaraq ünvan 1 ünvanında yeraltı avtomobil dayanacağı üzrə tikinti layihəsi razılaşdırılmışdır. Məhkəmə tərəfindən mübahisəli ünvanda yerində müayinə keçirilmiş, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin təsir dairəsinə düşən ümumi istifadədə olan sahələrə mənzil mülkiyyətçilərinə həmin sahələrdən istifadə edilməsinə MTK tərəfindən hər hansı bir məhdudiyyətin qoyulması, maneələrin yaradılması öz təsdiqini tapmamışdır. Digər tərəfdən iş materiallarında olan arayış və müqavilələrdən görünür ki, qeyriyaşayış 18. sahələri digər üçüncü şəxslərin mülkiyyətində olmaqla onların bu sahələrə olan hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin təmin edilməsi eyni zamanda qeyri-yaşayış sahələrinin (qarajların) qanuni mülkiyyətçiləri olan şəxslərin qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxaracaqdır.

19. Məhkəmə işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəf ünvan 6 ünvanında yerləşən cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının altında yerləşən avtomobil dayanacağından istifadəyə cavabdeh tərəfindən hər hansı maneənin yaradılmasını sübut edə bilmədiyindən, sözügedən avtomobil dayanacağı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla razılaşdırılaraq inşa edildiyindən və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin dairəsinə, yəni ümumi istifadədə olan sahəyə aid edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 157.8, 227.1, 227.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2, 35.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.2, 17.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Rayon məhkəməsi cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacaqlarının Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ## #### 2017-ci il tarixli sərəncamına əsasən Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli * saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “xxxx” formatında ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintinin aparılması məqsədi ilə cavabdeh MTK-nın daimi istifadəsinə verilmiş 2314,66 kv.metr torpaq sahəsində MTK tərəfindən ünvan 5 ünvanında inşa etdiyi 4 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasının layihəsinə aid olmadığı barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən binaya yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, 4 bloklu, 18 mərtəbəli yaşayış binasının su təchizatı ilə təmin olunması üçün inşa edilmiş su anbarı, su nasosları, ümumi binaya xidmət edən sair qurğular binanın altında inşa edilmiş dayanacağın mənfi 2-ci mərtəbəsində yerləşir ki, bura da daxil olmaq üçün nəzərdə tutulmuş girişin qarşısında maneə (şlaqbaum) quraşdırılmışdır. Lakin birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində göstərir ki, Məhkəmə tərəfindən mübahisəli ünvanda yerində müayinə keçirilmiş, Mənzil Məcəlləsinin 35.1ci maddəsinin təsir dairəsinə düşən ümumi istifadədə olan sahələrə mənzil mülkiyyətçilərinə həmin sahələrdən istifadə edilməsinə MTK tərəfindən hər hansı bir məhdudiyyətin qoyulması, maneələrin yaradılması öz təsdiqini tapmamışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki iş materiallarında olan MTK-ya məxsus layihə sənədlərinə əsasən iddiaçının mübahisələndirdiyi sahə ümumi istifadədə olan sahə olmamaqla yanaşı, layihə sənədlərində avtomobil dayanacağı (qaraj) kimi qeyd edilmiş, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 X18 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş ## ##### 2022-ci il tarixli ***** №-li ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, sifarişçi cavabdeh MTK-nın sifarişi əsasında və Binəqədi rayon İcra Hakimiyyətinin ## ###### 2022-ci il tarixli **/**-****/R-*-*** nömrəli məktubu ilə MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 1 ünvanında yeraltı avtomobil dayanacağının tikinti layihəsi ekspertizadan keçirilmiş, nəticə olaraq ünvan 1 ünvanında yeraltı avtomobil dayanacağı üzrə tikinti layihəsi razılaşdırılmışdır.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda yerində müayinə keçirilmiş və ümumi istifadədə olan sahələrdən mənzil mülkiyyətçilərinin istifadə etməsinə MTK tərəfindən hər hansı bir məhdudiyyətin qoyulması, maneələrin yaradılması öz təsdiqini tapmamışdır.

26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mülki iş materiallarında olan MTK ilə fiziki şəxslər arasında bağlanmış ## ###### 2017-ci il tarixli ** nömrəli, # ###### 2017-ci il tarixli ** nömrəli, ## ######## 2018-ci il tarixli, # ###### 2023-cü il tarixli *** nömrəli müqavilələrdən görünür ki, qeyri-yaşayış sahələri digər üçüncü şəxslərin mülkiyyətində olmaqla onların bu sahələrə olan hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan da müəyyən olur ki, cavabdeh MTK-nın mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir.

27. Bu da onu göstərir ki, mübahisə predmeti olan avtomobil dayanacağı (qaraj) cavabdehin etiraz ərizəsində qeyd etdiyi və məhkəmə kollegiyasının iclasındakı izahatında da bildirdiyi kimi tikilmiş yaşayış binasının əvvəllər ərazisində mövcud olmuş 20 qarajın əvəzində onların mülkiyyətçilərinə hal-hazırda tikilmiş yeraltı avtomobil dayanacağında əvəzləşmə qaydasında qarajlar verilmiş və həmin qarajlar hal-hazırda onların mülkiyyətindədir. Digər qarajlar isə dövlət reyestrində qabaqcadan qeydiyyata alınaraq ayrı-ayrı fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Hansı ki, həmin qarajların bəziləri də bina sakinləri tərəfindən icarəyə götürülmüşdür.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir, ümumiyyətlə isə iddiaçının hazırkı iddianı verməkdə nəyə nail olmaq istədiyini də müəyyən etmək olmur. İddiaçının nümayəndəsi hazırkı iddianı sakinlərin maraqları üçün verildiyini bildirsə də, hər hansı səbəbdən sakinlərin özlərinin belə bir tələblə çıxış etməmələrini, ən azından onların buna dair iradəsinin olduğuna dair məhkəmələrə hər hansı sübut verə bilməmişdir. Eyni zamanda da iddiaçının qarajlara girişdə quraşdırılmış şlaqbaumların götürülməli olması barəsindəki mövqeyi də anlaşılan olmamışdır. Çünki son illərin reallığı ondan ibarətdir ki, nəinki yeni inşa edilmiş binaların qarajlarında, hətta köhnə binaların da girişlərində sakinlər öz təşəbbüsləri ilə şlaqbaum quraşdırırlar ki, öz həyətlərini kənar avtomobillərin yığılmasında və müvafiq olaraq da həyətdə xaotik vəziyyətin yaranmasından özlərini mühafizə edə bilsinlər. Məlum məsələdir ki, hazırda Bakı şəhərinin istənilən yerində avtomobillərin saxlanılması - park edilməsi olduqca ciddi bir problemdir və sürücülər imkan olan istənilən yerdə maşınlarını park edirlər. Bu isə öz növbəsində qaraj sahiblərinin, eləcə də həyət sakinlərinin narahatlıqlarına səbəb olur. Belə bir vəziyyətdə yeni inşa edilmiş binanın qarajının girişində quraşdırılmış müasir şlaqbaumun qaraj sahiblərinin hansı marağına uyğun olmaması başa düşülən deyildir. Demək ki, iddiaçı tərəfin bununla bağlı bildirdikləri aşkar əsassızdır.

29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfin əsas tələbində istinad etdiyi Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə gəldikdə isə kollegiya xüsusi olaraq qeyd etmişdir ki, həmin normada yalnız birdən çox sahəyə xidmət edən obyektlərin mənzil sahələrin - pilləkən qovşaqları, liftlərin yerləşdiyi sahələr, elektrik və qaz şitlərinin, su anbarının və binaya xidmət edən digər texniki xidmət sahələrinin ümumi mülkiyyət hesab edildiyi təsbit edilmişdir. Bu da tam məntiqli və başa düşüləndir.

30. Lakin hazırkı halda olduğu kimi, yeni tikilən binaların altında və ya əhatəsində inşa edilmiş avtomobil dayanacaqları - qarajlar onların təyinatı baxımından istinad olunan normanın təsiri altına düşmür, həmin qarajlar ayrıca alğı-satqının predmeti olmaqla ayrı-ayrı şəxslərin mülkiyyət və istifadəsində olur və heç bir halda mənzil mülkiyyətçilərinin ümumi mülkiyyəti sayıla bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci, Mülki Məcəllənin 152.5, 157.2, 157.4, 157.8, 227.2, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 35.1, 35.4-cü maddələrinə, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 17.2, 17.5-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372, 384.01, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı MMMC (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ümumi istifadədə olan yaşayış binasının zirzəmi hissəsində yerləşən qarajların girişinə quraşdırdığı şlaqbaumla bina sakinlərin həmin əraziyə daxil olmalarını məhdudlaşdırmışdır. Ümumbirgə yaşayış binasında yaşayan sakinlər tərəfindən öz avtomobilləri ilə həmin əraziyə daxil olmağa icazə verilməməklə sakinlərin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Lakin işə baxan aşağı instansiya məhkəmələri işin bu halına hüquqi qiymət verməmişdir.

34. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qarajlar xüsusi mülkiyyət hüququ ilə binada yaşayan sakinlərə məxsusdur, həmin mülkiyyətçilərdən bəziləri hazırkı iş üzrə iddiaçı “xxxx” MMMC-nin üzvləridir və yaşayış binasının zirzəmisində inşa edilmiş qarajların giriş hissəsinə quraşdırılmış şlaqbaumun cavabdeh MTK aidiyyəti yoxdur. Lakin iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Mehti Mehtizadə tərəfindən cavabdeh MTK-nin rəhbərliyinə və Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubda hazırda mübahisələndirilən əraziyə maneəsiz avtomobillərin yaxınlaşmasına şəraitin yaradılması tələb edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

35. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə 29 (İ və IV hissələr). Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

37. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

38. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

41. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

44. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

45. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

46. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

47. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

48. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

49. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (1# ###### 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

50. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.

51. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.

52. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

53. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

54. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

63. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı MMMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

72. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

73. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar