Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1274/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ## #### 2024-cü il tarixli xidməti müqaviləyə əsasən “xxxx” MMC-nin direktor X5 ilə İddiaçı arasında xidməti müqavilə bağlaxxxxışdır. Müqaviləyə əsasən icraçı adlanan sahibkar İddiaçı sifarişçi adlanan “xxxx” MMC-nin tələbinə uyğun olaraq günlük bir reys üçün 23-26 ton daşıma öhdəliyini öz üzərinə götürür. Yanacaq və yemək sifarişçinin hesabına verilir.
2. Göygöl rayon Polis Şöbəsinin İstintaq bölməsinin “Cinayət işinin başlaxxxxasının rədd edilməsi” barədə ## ###### 2024-cü il tarixli qərarına əsasən ## ##### 2024-cü il tarixdə saat 16 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Howo” yük markalı, **-BG-*** nömrə yük avtomobilini Göygöl rayonu Tülallar kəndi ərazisində Göygöl rayonu Zunges adlanan əraziyə doğru hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməyərək, avtomobil üzərində idarəetməni itirmiş, yük avtomobilin yolun ona nisbətdə sağ hissəsində olan dəmir maneəni keçərək aşmışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlaxxxxası rədd edilmişdir.
3. İşə əlavə edilmiş foto şəkillərdən görünür ki, “Howo” markalı, **-BG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşının ön qabaq hissəsi yarasız vəziyyətə düşmüşdür.
4. Gəncə “xxxx” müəssisəsi tərəfindən tərtib edilmiş akt-rəydən görünür ki, “Howo” yük markalı, **-BG-*** nömrə nişanlı avtomobilə dəymiş ziyan 70.000 manat qiymətləndirilmişdir.
5. ## #### 2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Gəncə “xxxx” müəssisəsinin hesabına 140 manat xidmət haqqı ödənilmişdir.
6. ## ###### 2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən 300 manat dövlət rüsumu ödənilmişdir.
7. ## #### 2025-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən dövlət qeydiyyat nişanı **-BG-*** olan “Howo” yük markalı yük maşını 10.000 manata Tovuz rayon Qİ və TBŞ qeydiyyat məntəqəsində satıcı İddiaçı tərəfindən alıcı X2.
8. X10 Xidmətinin istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar ## ##### 2024-cü il tarixli məlumatından görünür ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası “PHŞ Abbas Səhhət adına xəstəxanada zərərçəkən- cavabdeh “sağ sait sümüyünün sınığı, baş-təpə nahiyyəsinin çapılmış yarası, 12-ci fəqərə sınığı ilə ##.##.2024-cü il tarixdə, X8 yük apararkən Göygöl rayonu, Tülallar kəndində yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində xəsarət almışdır.
9. Məhkəmənin sorğusu əsasında Göygöl rayon Polis Şöbəsindən əldə edilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən ## ##### 2024-cü il tarixdə saat 16 radələrində cavabdeh sürücülük vəsiqəsi ilə, ****** nömrəli etibarnamə əsasında idarə etdiyi *******000200 nömrəli əmək müqaviləsi ilə işçisi olduğu İddiaçı məxsus BD****** nömrəli qeydiyyat şəhadətnaməli “Howo Yük” markalı, **-BG-*** nömrə nişanlı yük avtomobilini Göygöl rayonu, Tülallar kəndi ərazisindən yüklə yüklədikdən sonra Göygöl rayonu, Zurges adlanan əraziyə doğru hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək avtomobil üzərində idarəetməni itirmiş nəticədə yük avtomobili yolun ona nisbətdə sağ hissəsində olan dəmir maneəni keçərək aşmış, nəticədə Cavabdeh sol said sümüklərinin qapalı sınığı, sağ gicgah-təpə nahiyyəsinin əzilmiş yarası, XIl döş fəqərəsinin compression sınığı, hər iki ağciyərin kontuziyası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almışdır. Həmin məlumat Göygöl rayon PŞ-də ##.##.2024-cü il tarixdə qeydiyyata alınaraq icrası istintaq bölməsinə həvalə edilmişdir. Araşdrıma zamanı sürücü Cavabdeh hadisənin qarşısının almağa texniki imkanının olub-olmaması ilə əlaqədər məhkəmə kompleks yol nəqliyyat ekspertizası təyin edilməklə rəy alıxxxxışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, baxışa təqdim oluxxxxuş “Howo” markalı, 21-BG122 d.q.n.l-i avtomobilin hadisə zamanı sükan sistemi işlək vəziyyətdə olmuş və qabaq sağ təkərinin tormozu istisna olmaqla digər bütün təkərlərin tormoz sistemi işlək vəziyyətdə olmuşdur. Avtomobilin qabaq sağ təkərinə gedən tormoz şlanqı qatlanaraq kustar üsulla zajimlə bağlandığından digər təkərlərdə effektivlik tormozlaxxxxa olmuşdur. Yəni avtomobilin sükan sistemi və işçi tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim oluxxxxuş məlumatlara əsasən “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X4 avtomobili qabaq sağ təkərinin tormozu nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (* saylı əlavə 1-ci hissəsinin) tələblərinə uyğunsuzluq olmuş, lakin həmin nasazlıqla hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. AR cinayət qanunvericiliyində zərərçəkmiş şəxsin özünün təqsiri ilə baş vermiş hadisə nəticəsində özünün xəsarət alması hüquqi nəticə yaratmadığından toplaxxxxış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından “Cinayət işinin başlaxxxxası” rədd edilmişdir. Eyni zamanda “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı dəymiş ziyanla bağlı iddia ərizəsi ilə aidiyyat üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir.
10. Məhkəmənin sorğusu əsasında əldə edilmiş X10 Xidmətinin Gəncə X13 ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, baş vermiş bədbəxt hadisənin araşdırılmasına dair müvafiq sənədlərin təqdim oluxxxxası məqsədi ilə işəgötürən-iddiaçının ünvanına (ünvan 1) göndərilmiş məktublarla cavabdehə aid sənədlərin təqdim edilməsi xahiş oluxxxxuş, lakin işəgötürən göndərilən məktublara cavab verməmişdir. “Göygöl rayon Mərkəzi Xəstəxanası” ##.##.2024-cü il tarixli məktubunda cavabdehin ##.##.2024-cü il tarixdə “Göygöl rayon Mərkəzi Xəstəxanasının X3 bölməsinə “Sol mil bilək sümüyünün sınığı, alın-baş nahiyyəsinin çapığı, gözaltı nahiyyəsinin çapığı ilə müraciət etdiyi, ilkin tibbi yardım göstərilərək “əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi” açılmayaraq “Gəncə şəhər Birləşmiş Xəstəxanasına” göndərildiyi bildirilmişdir. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin ##.##.2024-cü il tarixli məktubunda cavabdehin ##.##.2024-cü il tarixdə saat 18:24 radələrində xəstəxananın X3 bölməsinə müraciət etdiyi, TTY şöbəsinin həkimi tərəfindən ona tibbi xidmət göstərildiyi, onun “Döş qəfəsinin rentgenoqrafiyası, Said sümüklərinin rentgenoqrafiyası, beyin KT, Torakal (döş qəfəsinin) KT” müayinələri olunduğu, xəstəxananın TTY şöbəsində cavabdehə “Sağ said sümüklərinin sınığı” diaqnozunun qoyulduğu və o, xəstəxananın travmatalogiya şöbəsində ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixə kimi müalicə aldığı, ##.##.2024-cü il tarixdə “Sol said sümüklərinin metal lövhə ilə osteosintezi” əməliyyatı icra olunduğu, “əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi” açılmadığı bildirilmişdir. Tərəfimizdən Göygöl rayon Polis şöbəsinə ##.##.2024-cü il tarixli məktub ünvanlaxxxxış, lakin sorğuya cavab verilməmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli izahatında ##.##.2024-cü ildə Göygöl rayon Topalhəsənli kənd ərazisində yerləşən “xxxx” MMC-nə gedərək orada Anar deyilən şəxslə qarşılıqlı razılaşma əsasında “etibarnamə” ilə “Howo” markalı yük avtomobili ilə həmin şirkətdə sürücü olaraq işə qəbul edildiyini, işinin “Howo” markalı yük avtomobili ilə Göygöl rayon Tülallar kənd ərazisindən qızıl torpağı Daşkəsən rayon Çovdar kəndi ərazisində yerləşən “xxxx” şirkətinə aparmaqdan ibarət olduğunu, hadisə baş verən gün, yəni ##.##.2024-cü il tarixdə saat 07:00 radələrində 1-ci reys etmək üçün yük avtomobilinə yük yükləyərək Daşkəsən rayon Çovdar kəndinə getdiyini, yükü boşaltdıqdan sonra Göygöl rayon Tülallar kənd ərazisinə qayıtdığını, hadisədən əvvəl yük avtomobili nasaz olduğu halda 1 (bir) reys etdiyini, Anar adlı şəxsə məlumat verdiyini, lakin Anarın ona 2-ci reys də etməyini bildirdiyini, hadisə baş verən gün saat təxminən 16:00 radələrində 2-ci reys üçün yük avtomobili ilə yük aparmaq üçün yola çıxdığını, Göygöl rayonu, Tülallar kənd ərazisində yolun sərt eniş-yoxuş olan hissəsində, yolun enişin təxminən yarısında yük avtomobilinin nasazlığından əyləcinin tutmayaraq maşının enişdə sürətlənərək yolun sərt döngə hissəsində aşaraq dərəyə yuvarlandığını, hadisə baş verdikdən sonra huşsuz vəziyyətdə olduğu üçün heç nə xatırlamadığını, özünü normal hiss edəndə Gəncə şəhər “Abbas Səhhət adına” xəstəxanada olduğunu bildirmişdir. Araşdırma zamanı tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən ##.##.2024-cü il tarixinədək fiziki şəxs- iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlaxxxxasına dair qeydiyyatın mövcud olmadığı və əmək müqaviləsi bildirişinin hadisə baş verdikdən sonra, ##.##.2024-cü il tarixdə saat 23:31-də elektron informasiya sisteminə daxil edildiyi məlum olmuşdur. Xəsarət alan- cavabdeh işəgötürən vəzifəli şəxs- iddiaçı tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlaxxxxadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək AR İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xəta törədildiyinə görə, onun barəsində X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən AR İXM-nin 192.1-ci maddəsi əsasında inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq İnzibati Xəta Haqqında ##.##.2024-cü il tarixli protokol tərtib edilmiş və İnzibati tənbeh vermə haqqında ##.##.2024-cü il tarixli Qərar qəbul edilmişdir. Bildiririk ki, cavabdehin iş vaxtı xəsarət alması ilə nəticələxxxxiş bədbəxt hadisə baş verən zaman onunla işəgötürən vəzifəli şəxsiddiaçı arasında AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibəti yaraxxxxadığından, baş vermiş hadisə tərəfimizdən təhqiq edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 40.700 manat dəymiş ziyanın, ödənilmiş 300 manat dövlət rüsumunun, vəkilə hüquqi yardımı ilə bağlı ödənilmiş 1.000 manatın və avtomobilə dəymiş ziyanla bağlı qiymətləndirilməyə ödənilmiş 140 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili cavabdeh tərəfindən idarə olunan zaman aşmış və nəticədə avtomobilə ziyan dəymişdir. Ona dəymiş ziyan bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən avtomobilə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdehin idarə etdiyi “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Göygöl rayonu, Tülallar kəndi ərazisində dərəyə aşmış, nəticədə avtomobilə ziyan dəymişdir. Avtomobilin əyləci nasaz olduğu üçün avtomobilin dayandırılması mümkün olmamışdır. İddiaçı tərəfindən avtomobilə vurulmuş ziyan 70.000 manat qiymətləndirilmiş və bu barədə avtoservis tərəfindən tərtib edilmiş rəy təqdim edilsə də, vurulmuş ziyan şişirdilmişdir. Mütəxəssis rəyindən də göründüyü kimi, avtomobilin sağ təkərinin əyləci nasaz vəziyyətdə olmuşdur. Avtomobil qiymətləndirilərkən qeyd edilənləri nəzərə alıxxxxamışdır. İş üzrə təyin edimiş ekspertiza tərəfindən yük avtomobilinə dəymiş ziyan 50.700 manat qiymətləndirilmişdir. Lakin ekspert rəy verərkən avtomobilə baxış keçirməmişdir.
14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən “Howo” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2024-cü ilin aprel ayından əvvəl olan bazar dəyəri təxminən 50.700 (48.000+53.500):2=17.950,00) manat müəyyən edilmişdir.
15. Daşkəsən Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddianın qismən təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 40.700 manat, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 242,10 manat və hüquqi xidmətlə bağlı ödənilmiş 700 manatın tutulub iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ## ##### 2024-cü il tarixdə cavabdeh etibarnamə əsasında idarə etdiyi “Howo” yük markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli yük avtomobilini Göygöl rayonu, Tülallar kəndi ərazisində ehtiyatsızlıq edərək qəzaya uğratmışdır. Nəticədə avtomobilin mülkiyyətçisinə maddi zərər vurmuşdur. Avtomobilin təmir edilmə yolu ilə əvvəlki vəziyyətə gətirilməsi qeyri-mümkün olmuşdur. Avtomobilin qəzadan əvvəlki vəziyyətinə uyğun bazar dəyəri ekspert rəyinə əsasən təxminən 50.700 manat müəyyən edilmişdir. İddiaçı avtomobili yararsız vəziyyətdə 10.000 manata satmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya 50.700 manat ziyan vurulmuşdur. Ziyanın yaraxxxxa səbəbi Göygöl rayon Polis Şöbəsinin İstintaq bölməsinin ## ###### 2024-cü il tarixli qərarı, ziyanın həcmi isə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci tarixli ekspert rəyi ilə təsdiq olunur.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı ödənilmiş 1.000 manat məbləğində pul vəsaitinin 700 manatı və iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun 242,10 manat məbləği cavabdehdən tutularaq iddiaçıya verilməli və qalan 57,90 manat iddiaçıya aid edilməlidir.
19. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1108.1ci, habelə Mülki Prosessual Məcəllənin 10-1.3, 14.2, 76.1, 77.1, 88, 106.1, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə ziyan və deliktlərlə bağlı maddi normalara istinad etsə də, apellyasiya şikayətin 7-ci paraqrafında qeyd edilən sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün qərara gəlməyərək, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh həmin avtomobili hansı əsaslarla idarə edib, avtomobil nəyə görə sığortalamayıb, müqavilə üzrə cavabdehin dəymiş ziyana görə pul ödəməsi öhdəliyi olmuşdurmu və sair bu cür məsələlər məhkəmə tərəfindən araşdırılmalıdır. İddiaçı tələbində qeyd etmişdir ki, cavabdehlə arasında bağlaxxxxış # ##### 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən avtomobilin müqavilə əsasında cavabdehə verilməsi qeyd edilsə də, həmin müqavilə məhkəmə tərəfindən araşdırılmamış, buna qiymət verilməmişdir. Digər bir məsələ isə avtomobilin nəyə görə sığortalaxxxxaması məsələsi idi. İddiaçının yüksək təhlükə mənbəyi olan və ağır işlərlə cəlb edilən yük avtomobilini sığortalamaması məsuliyyətin cavabdehin üzərinə qoyulması anlamına gəlir. Bundan başqa avtomobil cavabdehə verilərkən nasaz vəziyyətdə olmuş və o dəfələrlə iddiaçıdan avtomobili təmir etdirməsini tələb etmişdir. Eyni zamanda ekspertiza tərəfindən ziyanla bağlı qoyulan məbləğdə ağlabatan deyil. Belə ki, əvvəla ekspert avtomobilə baxış keçirmədən qiymət qoymuşdur. Bundan başqa iddiaçı həmin avtomobili guya 10.000 manata satmışdır. Həmin qiymət təbii ki, həqiqətə uyğun deyil. Şəkillərdən də görünür ki, avtomobilə dəymiş ziyan çox azdır. Ona görə də, iş üzrə təkrar ekspertiza keçirilməlidir.
22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər M.Mustafayev sədrlik edən, məruzəçi, Ə.Qəhrəmanov və R.Muradov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Daşkəsən Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 500 manatın tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, işin hallarından və tərəflərin qarşılıqlı münasibətindən müəyyən oluxxxxuşdur ki, tərəflər arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında əldə edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidmətinin Gəncə-X13 ## ###### 2025-ci il tarixli məktubu ilə tərəflər arasında faktiki əmək münasibətinin olması öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehlə ##.##.2024-cü il tarixdə əmək müqaviləsi bağladığını və cavabdehi işə götürdüyünü qeyd etmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin hallarından və tərəflərin qarşılıqlı münasibətini tam araşdırmamış və nəticədə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 199-cu maddəsində sadalaxxxxış işçinin qanuna zidd hərəkətlərdən hər hansı birinə yol verməsi iş materialları ilə sübut oluxxxxamışdır. Hazırkı iş üzrə cavabdehin hərəkətlərində inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri müəyyən oluxxxxur.
25. Belə ki, cavabdehin barəsində cinayət məsuliyyəti müəyyən edilməmiş və o, inzibati məsuliyyətə cəlb edilməmişdir. Göstərilənlərə əsasən, cavabdehin iddiaçı qarşısında tam maddi məsuliyyəti istisna oluxxxxuşdur.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin tam maddi məsuliyyəti istisna edilsə də, o iddiaçıya vurduğu ziyana görə AR Əmək Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq bir aylıq orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Cavabdehin izahatı ilə müəyyən oluxxxxuşdur ki, iddiaçı işəgötürən kimi cavabdehə 450-500 manat əmək haqqı ödəmişdir. Odur ki, iddia tələbi 1 aylıq əmək haqqı məbləğində, yəni 500 manat məbləğində təmin edilməlidir.
27. Məhkəmə kollegiyası son olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1099.1, 1099.2-ci, Əmək Məcəlləsinin 198, 199(1), 205(1), 205(2), 205(3), 206(1), 206(2)-cı, MPM-in 4.1, 77.1, 81, 88, 217.3, 218.1, 384.0.2, 385.1.1, 389, 390, 402.1-ci maddələrinə, habelə “AR Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəflər arasında mübahisənin həllində AR Əmək Məcəlləsinin 198-199-cu maddəsinə istinad etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası tərəflər arasında olan faktiki əmək münasibətlərini rəsmi əmək münasibətləri kimi qəbul etmişdir. İşin mübahisə oluxxxxayan halı ondan ibarətdir ki, iddiaçıya məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobilinin sürücüsü kimi işə qəbul edilmiş və cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. ## ##### 2024-cü il tarixdə saat 16 radələrində cavabdeh etibarnamə əsasında idarə etdiyi iddiaçıya məxsus avtomobili Göygöl rayonu, Tülallar kəndi ərazisində Göygöl rayonu, Zunges adlanan əraziyə doğru hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla avtomobil üzərində idarəetməni itirmiş, yük avtomobili yolun ona nisbətdə sağ hissəsində olan dəmir maneəni keçərək aşmışdır. Yalnız bundan sonra ##.##.2024-cü il tarixdə fiziki şəxs “xxxx” MMC ilə cavabdeh arasında əmək müqaviləsinin bağlaxxxxasına dair bildiriş hadisə baş verdikdən sonra, ##.##.2024-cü il tarixdə saat 23:31-də elektron informasiya sisteminə daxil edilmişdir. Apellyasiya məhkəmənin mövqeyindən görünür ki, tərəflər arasında hadisədən əvvəl və hadisədən sonra hər hansı əmək müqaviləsi olmamışdır. Bu faktı qanuni qüvvəyə mixxxxiş məhkəmə qərarları da təsdiq edir. Faktiki ər-arvad münasibətlərində olmuş, ərin və ya arvadın bir-birinə qarşı əmlak iddiasına Ailə Məcəlləsinin müddəalarının tətbiq edilməsini qanun necə istinsa edirsə, eyni ilə də, rəsmi əmək müqaviləsi olmayan işçi və işəgötürənə münasibətdə hüquq və vəzifələri ilə bağlı mübahisənin həlli ilə bağlı Əmək Məcəlləsinin müddəallarına istinad oluna bilməz. Apellyasiya məhkəməsinin qərarından görünür ki, işə götürən ilə işçi arasında bağlaxxxxış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alıxxxxasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən- iddiaçı tərəfindən cavabdehlə müvafiq əmək müqaviləsi bağlaxxxxadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən cavabdehlə qanuna zidd əmək münasibətinə daxil olma faktı öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin Gəncə-X13 ##.##.2024-cü il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarından verdiyi şikayət də təmin edilməmişdir. Apellyasiya məhkəməsi bir tərəfli qaydada yalnız cavabdehin mənafeyinə uyğun araşdırma aparmışdır. Məhkəmə iclasının audio və videosuna baxdıqda görmək olur ki, cavabdehin izahatı qətnamədə onun maraqlarına uyğun işlənilmişdir. Qətnamədə cavabdehin izahatı hissəsində göstərilir ki, hadisə ## ##### 2024-cü il tarixdə baş vermişdir. İşlədiyi dövrdə 450-500 manat əmək haqqı almalı imiş və əmək haqqı əlbəəl verilmişmiş. Cavabdehin izahatı qeyd olunan hissə ilə bağlı o olmuşdur ki, o işlədəyi müddətdə və ondan sonra da, hər hansı əmək haqqı almamışdır. Bu xüsusatı məhkəmə iclasının audio və video qeydiyyatları, Əmək müffətişliyinə olan şikayəti və Anarı müdiri kimi tanıması ilə bağlı dedikləri təsdiq edir. Məhkəmə kollegiyası əmək haqqının əlbəəl alıxxxxası ilə bağlı xüsusatı irəli çəkməklə, o məqsədi güdmüşdür ki, tərəflər faktiki əmək münasibətlərində olmuşlar. Əslində isə tərəflərin faktiki əmək münasibətlərində olması onlar arasında olan mübahisənin Əmək Məcəlləsinin müddəalarına uyğun həll edilməsini istinsa edir. İddiaçı bildirmişdir ki, aralarında rəsmi əmək münasibətləri olmamışdır. Bununla bağlı olaraq iddiaçı Əmək Müffətişliyi tərəfindən cərimə edilmişdir. Məhkəmə kollegiyası tərəflərin mübahisə ilə bağlı mənafelərinə uyğun izahatlarında qeyd etdiyi xüsusatlarla bağlı ayrıca sorğular tərtib etmişdir. Ən azından məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına qətnamədə münasibət bildirməli və ya bu faktla bağlı araşdırma materiallarını və yekun məhkəmə qərarını sorğu verib almalı idi. Ancaq, bunu etməmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə bağlı da, məhkəmə kollegiyası cavabdehin mənafeyinə uyğun subyektiv araşdırma aparmışdır. Cavabdehin apellyasiya şikayəti 3 istiqamətdə verilmişdir. 1. Cavabdeh bildirir ki, onunla iddiaçı arasında hər hansı müqavilə olmamışdır. 2. Nəqliyyat vasitəsinin sığortalaxxxxaması; 3. Yük avtomobilinə qiymət qoyulmasına dair ekspertiza xərci ilə razılaşmaması; Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən qətnamədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, məhkəmə kollegiyası işi tam başqa məcrada aparmışdır. Düzdür, AR MPM-nin 372.6-cı maddəsinə əsasasən qətnamənin ləğv edilməsi xahiş edildikdə, yuxarı instansiya məhkəməsinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin qanuni və əsaslılığını tam yoxlamaq səlahiyyəti vardır. İş materiallarından görünür ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmamış və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş və nəticədə cavabdehin məsuliyyətdən azad oluxxxxası üçün hüququn analogiyasından istifadə edilmişdir. Göygöl rayon Polis Şöbəsinin rəisinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, ##.##.2024-cü il tarixdə cavabdehin idarə etdiyi “Howo” markalı yük avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. Onun əməlində “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücü-cavabdeh yol nəqliyyat hadisəsi zamanı AR İXM-nin 327.1 və 345.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lakin qeyd olunan yol nəqliyyat hadisəsinin baş vardiyi gündən bir il müddət keçməsi ilə əlaqədar sürücü- cavabdeh barəsində inzibati protokol tərtib etmək mümkün olmamışdır. Əvvəla qeyd edilməlidir ki, araşdırmanın uzun müddətə aparılması və inzibati protokol tərtib etmək üçün müddətin keçməsinin doğurduğu nəticəyə görə hər hansı hüquqi və fiziki şəxs əziyyət çəkməməli, buna görə maddi zərərə uğramamalıdır. Əslində hadisənin baş verməsi faktı mövcuddur. Həmin hadisə ilə əlaqədar nizibati orqanların hərəkətləri və hərəkətsizliyi hər hansı bir şəxsə zərər vurmamalıdır. Bundan başqa, Göygöl rayon prokurorunun ##.##.2026-cı il tarixli məktubundan görünür ki, təhqiqatçının yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işinin başlaxxxxasının rədd edilməsi barədə qərarı ##.##.2026-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır. Beləliklə, məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələxxxxəsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
36. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
37. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
38. Maddə 199(1).İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlaxxxxaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
39. Maddə 205(1) İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta aylıq əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
40. Maddə 205(2) Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
41. Maddə 205(3) İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
42. Maddə 206(1) Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən oluxxxxuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
43. Maddə 206(2) Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaraxxxxışdırsa, onda məhkəmə cinayət işinin başlanılması və ziyanın ödənilməsinin təmin oluxxxxası üçün müvafiq prosessual tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut oluxxxxamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 48.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri 50.Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-oluxxxxamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə oluxxxxuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.İddiaçı kassasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi 52.Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
53. Belə ki, işdən görünür ki, ## ##### 2024-cü ildə cavabdeh etibarnamə əsasında idarə etdiyi “Howo” yük markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli yük avtomobilini Göygöl rayonu, Tülallar kəndi ərazisində ehtiyatsızlıq edərək qəzaya uğradıb və nəticədə avtomobilin mülkiyyətçisi olan iddiaçıya maddi zərər dəyib. Ekspertin rəyinə görə avtomobilin təmir edilmə yolu ilə əvvəlki vəziyyətə gətirilməsi mümkün deyil və avtomobilin qəzadan əvvəlki vəziyyətə uyğun bazar dəyəri təxminən 50.700 manat təşkil edir. İddiaçı avtomobili təmir etdirmədən, yararsız vəziyyətdə 10.000 manata X2.
54. Hazıırda iddiaçı, 0# ##### 2024-cü ildə cavabdehlə əmək müqaviləsi bağlayaraq onu işə götürdüyünü, ## ##### 2024-cü ildə cavabdehin mülkiyyət hüququ üzrə ona məxsus olan avtomobili idarə edərkən qəza törətdiyini və nəticədə avtomobilə zərər dəydiyini, qəzadan əvvəl avtomobilin real bazar dəyərinin 50.700 manat təşkil etdiyini, qəzalı vəziyyətdə olan avtomobili ## #### 2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10.000 manata X2, cavabdehin bu günədək dəymiş zərəri ona ödəmədiyini göstərib, cavabdehdən 40.700 manatın tutulub ona ödənilməsini iddia edir.
55. Cavabdehin nümayəndəsi isə iddianı qismən qəbul etdiyini, avtomobilin sağ təkərinin əyləci nasaz vəziyyətdə olduğu üçün cavabehin yol-nəqliyyat hadisəsi törətdiyini və nəticədə avtomobilə zərər dəydiyini, ekspert tərəfindən zərərin məbləğinin avtomobilə baxış keçirilmədən müəyyən edildiyini, avtomobilə dəymiş zərərin 50.700 manat məbləğdə olmadığını, həmin məbləğin şişirdildiyini göstərib, iddiaya etiraz edir.
56. Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı qismən təmin edərkən qeyd edib ki, tərəflər arasında faktiki əmək münasibətləri olub. Belə ki, iddiaçı iddia ərizəsində göstərib ki, cavabdehlə 0# ##### 2024-cü il tarixdə əmək müqaviləsi bağlayaraq onu sürücü kimi işə götürüb. Lakin, birinci instansiya məhkəməsi işin hallarını, tərəflərin qarşılıqlı münasibətləri üzrə tam, hərtərəfli araşdırmayıb və nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol verib.
57. Həmçinin, apellyasiya məhkəməsi qeyd edib ki, cavabdehin hərəkətində inzibati xəta, cinayət, habelə vergi qanunverciliyi ilə cəza verilməsi nəzərdə tutulan ictimai təhlükəli əməlin əlamətləri müəyyən edilməyib və bu səbəbdəndə cavabdeh iddiaçıya vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıya bilməz. Lakin, cavabdehin tam maddi məsuliyyəti istisna olunsa da, o iddiaçıya vurduğu ziyana görə AR Əmək Məcəlləsinin 198-ci maddəsinin tələbinə uyğun olaraq bir aylıq orta əmək haqqı məbləğədə maddi məsuliyyət daşıyır. Cavabdehin izahatı ilə müəyyən olunur ki, işəgötürən kimi- iddiaçı ona hər ay 450-500 manat məbləğində əmək haqqı ödəyib. Odur ki, iddia tələbi bir aylıq orta əmək haqqı məbləğində, yəni 500 manat məbləğində təmin edilməlidir.
58. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçıya vurduğu ziyana görə cavabdehin tam maddi məsuliyyət daşımamasına dair işin halları apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmayıb.
59. Əvvəla, qanunverciliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa rədd edilir.
60. O, da qeyd oluxxxxalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykəxxxxədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə uyğun hüququ verim” (da mihi factum, dabo tibi ius) prinsipinə əsaslanır.
61. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi ilk növbədə AR Əmək Məcəlləsinin 198, 199, 200-cü məddələrinin dispozisiya şərtləri nəzərdən keçirilməlidir.
62. Məlum olduğu kimi işçi, əmək müqaviləsinin tərəfi olmaqla, əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirərkən işəgötürənə məxsus olan avtomobildən, avadanlıqdan, alətdən və.s istifadə edir. Bu zaman işçi işəgtürənin əmlakına qayğı ilə yanaşmağa borcludur. İşəgötürənə məxsus olan əmlakın məhv olması, zədələxxxxəsi və.s hallar işçinin hüquqazidd, təqsirli hərəkətləri (hərəkətsizliyi) ilə şərtlənərsə, təbii ki, bu zaman işçinin işəgötürən qarşısında maddi məsuliyyəti yaranır. Yəni, işəgötürənə vurduğu ziyana görə işçi maddi məsuliyyət daşımalıdır.
63. İşçinin maddi məsuliyyəti dedikdə, əmək fəaliyyəti prosesində özünün hüquqazidd, təqsirli hərəkətləri ilə işəgötürənə vurduğu ziyanı əmək qanunverciliyi ilə müəyyən oluxxxxuş qaydada və həddə ödəmək vəzifəsi başa düşülür. İşçi yalnız təqsirli, hüquqazidd o, hərəkətə (hərəkətsizliyə) görə maddi məsuliyyətə cəlb edilir ki, onun nəticəsində işəgötürənə bilavasitə maddi ziyan vurulmuş olsun. Ziyan vurmaqda təqsirli olan işçi cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
64. AR Əmək Məcəlləsinin 198-ci maddəsi işçinin maddi məsuliyyətinin həddini müəyyən edir və orada göstərilir ki, middi ziyanın ödənilməsi həddindən və təqsirin formasından asılı olaraq işçinin maddi məsuliyyətinin iki növü fərqləndirilir: birincisi, işçinin bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyəti; ikincisi, işçinin tam maddi məsuliyyəti, yəni işçinin əmək haqqının məbləğindən asılı olmayaraq maddi ziyanı tam həcmdə ödəməsi.
65. AR Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyət daşıdığı hallar təsbit edilib. Orada göstərilir ki, tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsi vəhifəsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan məhz AR Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan hallarda vurulmuş olsun. Əslində tam maddi məsuliyyət vurulmuş ziyanın məbləğinə bərabər məsuliyyət hesab olunur.
66. Məhz qanunvercilik tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, yəni bu və ya digər əmlakın xüsusi dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və bir sıra başqa halları nəzərdə tutur. Belə hallardan biri- saxlaxxxxaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlamasıdır.
67. Əvvəla, işdən görünür ki, iddiaçı mülkiyyətində olan sözügedən avtomobili məhz əmək münasibətləri prosesində bilavasitə sürücü kimi cavabdehin idarəçiliyinə verib, lakin əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq cavabdeh öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında iddiaçı ilə hər hansı yazılı müqavilə bağlamayıb və bu, işin mübahisə oluxxxxayan halıdır. Yəni, tərəflər arasında cavabdehin qanuna zidd hərəkətləri ilə iddiaçıya vurduğu iddia olunan ziyana görə tam həcmdə maddi məsuliyyət daşımasına dair müqavilə bağlaxxxxayıb.
68. Digər tərəfdən, AR Əmək Məcəlləsinin 199-cu maddəsinin birinci hissəsinin c) bəndində göstərilir ki, işçinin qanuna zidd hərəkətlərində inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunverciliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdə ictimai təhlükəli əməllərin əlamətləri olduqda, o işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
69. AR İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli saylan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
70. Bu halın inzibati xətalara dair işlərə baxmaq səlahiyyətinə malik olan orqanlar tərəfindən müəyyən edilməsi və onun nəticəsində ziyan vurulmasının təsdiq oluxxxxası- ziyanın tam məbləğdə ödənilməsini şərtləndirir.
71. Sözügedən normanın mənasına görə, tam maddi məsuliyyətin tətbiqinin əsası qismində həm də işçinin məhkəmə aktı ilə müəyyən oluxxxxuş cinayət hərəkətləri çıxış edir. Bu zaman sadəcə cinayət işinin qaldırılması deyil, hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətlərinin olduğunu təsdiq edən məhkəmə aktının olması zəruridir və.s.
72. Apellyasiya məhkəməsi, istintaq orqanının “Cinayət işinin başlaxxxxasının rədd edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərarına, habelə istintaq orqanının bu barədə məhkəməyə təqdim etdiyi məktublara əsaslanaraq, cavabdehin hərəkətində inzibati xəta, cinayət, habelə vergi qanunverciliyi ilə cəza verilməsi nəzərdə tutulan ictimai təhlükəli əməlin əlamətlərinin olmadığı və bu səbəbdən də iddiaçıya vurduğu ziyana görə cavabdehin tam həcmdə maddi məsuliyyət daşımadığı və onun yalnız bir aylıq orta əmək haqqı məbləğədə maddi məsuliyyət daşıdığı nəticəsinə gəlsə də, kassasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən qərar Göygöl rayon prokurorunun ## ###### 2026-cı il tarixli qərarı ilə qanunsuz və əsassız olduğundan ləğv edilib və material əlavə araşdırma aparılması üçün rayon Polis Şöbəsinin İstintaq bölməsinə qaytarılıb.
73. Həmin qərardan görünür ki, material nəzarət qaydasında rayon prokurorluğunda öyrənilərkən müəyyən edilib ki, sürücü Cavabdeh əməlində “Yol hərəkəti haqqında” AR Qanunun 36-cı maddəsinin tələblərinin pozulması qeyd oluxxxxasına baxmayaraq, onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərar aidiyyəti üzrə X1 bölməsinə göndərilməyib və nəticədə sürücü Cavabdeh törətmiş olduğu inzibati xəta ilə bağlı məsuliyyətdən kənarda qalıb.
74. Həmçinin, Göygöl rayon Polis Şöbəsinin İstintaq bölməsinin “Cinayət işinin başlaxxxxasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlaxxxxası rədd edilmiş və AR İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl rayon Polis Şöbəsinin X1 bölməsinə göndərilmişdir.
75. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi hesab edir ki, cavabdehin qanuna zidd hərəkətlərində AR İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmadığı, bu barədə inzibati xətalara dair işlərə baxmaq səlahiyyətinə malik olan orqan tərəfindən müvaifiq qərarın qəbul edilib-edilmədiyi, həmin qərarın qüvvəyə minibmixxxxədiyi tam, hərtərəfli və obyektiv araşdırılmadan, cavabdehin iddiaçıya vurduğu ziyana görə maddi məsuliyyətin həcmi düzgün müəyyən oluna bilməz.
76. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəflər arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətlərinin mövcud olduğunu qeyd edərkən, gəldiyi nəticəni AR Əmək Məcəlləsinin hər hansı norması ilə əsaslandırmayıb.
77. Halbuki, əmək qanunverciliyinə görə, şəxs işəgötürənlə əmək müqaviləsi bağladığı və həmin müqavilə hüquqi qüvvəyə mindiyi andan etibarən işçi hesab olunur. Əmək münasibətlərinin rəsmi başlaxxxxası üçün əsas şərtlər bunlardır: birincisi, əmək müqaviləsinin imzalaxxxxası. Əmək müqaviləsi və ya ona edilən dəyşikliklər tərəflərin gücləndirilmiş elektron imzası ilə təsdiqlənirsə, sonuncu imzalaxxxxa tarixindən əmək müqaviləsi qüvvəyə minir; ikincisi, elektron qeydiyyat . Əmək müqaviləsi bağlandıqdan sonra işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminə daxil edilərək qeydiyyata alıxxxxalıdır. Bildiriş qeydiyyata alınıb sistem vasitəsilə işəgötürənə məlumat göndərildikdən sonra əmək müqaviləsi hüquqi qüvvəsini alır. Şəxs məhz bu şərtlər daxilində qeydiyyata alındığı gündən etibarən əmək hüquqları qazanır və işçi statusu daşıyır.
78. İşə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında 0# ##### 2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanıb, cavabdeh iddiaçı tərəfindən “sürücü-yükdaşıyan” işinə işə qəbul edilib və onun orta aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilib. Lakin, ## ##### 2024-cü il tarixədək tərəflər arasında əmək müqaviləsinin bağlaxxxxasına dair qeydiyyat mövcud olmayıb, yalnız sözügedən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra ## ##### 2024-cü il tarixdə, saat 23:31-də əmək müqaviləsinin bildirişi elektron informasiya sisteminə daxil edilib.
79. Həmçinin, işdən görünür ki, iddiaçı əmək müqaviləsi bağlamadan cavabdehi işlərin (xidmətlərin) yerinə yetrilməsinə cəlb etdiyindən, o əmək müfəttişinin “İnzibati xəta haqqında” ## ### 2024-cü il tarixli protokoluna, habelə “İnzibati tənbeh vermə haqqında” ## ### 2024-cü il tarixli qərarına əsasən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 4.000 manat cərimə edilmiş, sonradan iddiaçının şikayətinə əsasən Gəncə şəhər məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ilə sözügedən inzibati tənbeh vermə haqqında qərara dəyişiklik edilərək, cərimənin məbləği 3.500 manatadək azaldılmışdır.
80. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından AR MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, sözügedən normanın mənasına görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
81. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq oluxxxxaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
82. Kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, iddiaçının kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.