Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1308/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 Fərəhim oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: vərəsələrdən kredit borcunun tələb edilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 Fərəhim oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı ASC (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. İddiaçı ASC ilə X1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli kredit müqaviləsinə görə, bank tərəfindən sonuncuya illik 28 % dərəcəsi ilə 24 ay müddətinə 3.200 manat kredit verilmişdir.
2. ## ###### 2013-cü il tarixli, CC*******U/**A saylı müqaviləyə əlavə edilmiş * №-li əlavəödəniş cədvəlindən görünür ki, ilk ödəniş 100,95 manat olmaqla ##.##.2014-cü il, sonuncu ödəniş isə 178,53 manat olmaqla ##.##.2015-ci il tarix müəyyən edilmişdir.
3. İddiaçı ASC ilə X1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli kart krediti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən borcalana 36 ay müddətinə kredit kartı üzrə bank hesab müqaviləsi bağlanaraq 500 manatlıq (Bolkart) kredit verilmişdir.
4. ## ### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 1.953,19 manat əsas, 3.242,16 manat faiz, 97,94 manat cərimə və 349,75 manat əsas, 629,28 manat faiz, 40 manat cərimə borcu vardır.
5. Borcalan X1 ##.##.2015-ci il tarixdə vəfat etmişdir.
6. Lənkəran Regional “Asan Xidmət” Mərkəzinin ## ###### 2024-cü il tarixli № *** saylı məlumatından görünür ki, X1 ##.##.2015-ci il tarixdə vəfat etmişdir. Həmin məlumata əlavə edilmiş ## ###### 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən müəyyən edilir ki, mərhum Fərəhim Ələkbərov ##.##.2015-ci il tarixdə vəfat etmiş və onun vərəsələri cavabdeh2 və oğlu cavabdeh1 Fərəhim oğludur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) cavabdeh cavabdeh2 (bundan sonra cavabdeh, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 arvadı - cavabdeh2 ## ###### 2013-cü il tarixli, CC*******U/**A saylı müqaviləyə əsasən 1.953,19 manat əsas, 3.242,16 manat faiz, 97.94 manat cərimə, cəmi 5.293.29 manat və ## ###### 2013-cü il tarixli BAL*******/** saylı müqaviləyə əsasən 349.75 manat əsas, 629.28 manat faiz, 40 manat cərimə, cəmi 1.019,03 manat borc və hər iki müqavilə üzrə cəmi 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Fərəhim Ələkbərova İddiaçı ASC ilə bağlanmış ## ###### 2013-cü il tarixli, CC*******U/**A saylı, müqaviləyə əsasən 3.200 manat, ## ###### 2013-cü il tarixli BAL*******/** saylı müqaviləyə əsasən 500 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum Fərəhim Ələkbərovun kredit müqavilələri üzrə müvafiq olaraq 5.293,29 manat və 1.019,03 manat banka borcu vardır. Fərəhim Ələkbərov ## ### 2015-ci il tarixdə vəfat etmişdir. * saylı Lənkəran ASAN xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh, borcalan Fərəhim Ələkbərovun vərəsəsidir və miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir.
9. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırılması barədə ərizə verərək cavabdeh2 və borclunun oğlu cavabdeh1 Fərəhim oğlundan müştərək qaydada ## ###### 2013-cü il tarixli, CC*******U/**A saylı müqaviləyə əsasən 1.953,19 manat əsas 3.242,16 manat faiz, 97,94 manat cərimə, cəmi 5.293,29 manat və ## ###### 2013-cü il tarixli BAL*******/** saylı müqaviləyə əsasən 349,75 manat əsas, 629,28 manat faiz, 40 manat cərimə, cəmi 1.019,03 manat borcu və hər iki müqavilə üzrə cəmi 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 ## ###### 2013-cü il tarixli CC*******U/**A saylı müqaviləyə əsasən 1.953,19 manat əsas, 3.242,16 manat faiz, 97,94 manat cərimə cəmi 5.293,29 manat və ## ###### 2013-cü il tarixli BAL*******/** saylı kart krediti müqaviləsinə əsasən 349,75 manat əsas, 629,28 manat faiz 40 manat cərimə olmaqla, cəmi 1.019,03 manat borcu və hər iki müqavilə üzrə 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə vermiş, eyni zamanda iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verilmişdir. Iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə də vermişdir. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, cavabdeh cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə göstərmişdir ki, Fərəhim Ələkbərovun ölümü ilə bağlı vərəsəlik şəhadətnaməsini ## ###### 2024-cü il tarixli № *** saylı Lənkəran “Regional Asan Xidmət” Mərkəzinin Notariat ofisinin notariusu Səfər Ismayılovun banka göndərdiyi ##.##.2015-ci il Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən məlum olmuşdur ki, mərhum ##.##.2015-ci il tarixdə vəfat etmiş və onun vərəsələri cavabdeh2 və oğlu cavabdeh1dir. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin ** saylı Ərazi Idarəsinin ##.##.2015-ci il tarixli RX ******* №-li Çıxarışa əsasən mərhuma məxsus olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84,6 kv.m olan 4 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 38,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Iddiaçının mövqeyinə görə, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməni ## ###### 2024-cü il tarixdə əldə etdiklərini nəzərə alsaq, iddia müddəti ötürülməmişdir.
13. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə təhlil edərək bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür.
15. Yuxarıda sadalanan kredit müqavilələrinə əsasən borcalan Fərəhim Ələkbərov ##.##.2015-ci il tarixdə vəfat etməsi, mərhumun öhdəlik götürdüyü kredit müqavilələrinə əsasən banka heç bir ödəniş edilməməsi, ## ###### 2015-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilməsi və ##.##.2015-ci il tarixdə vəfat etmiş mərhum Fərəhim Ələkbərovun vərəsələrinin müəyyən edilməsinə baxmayaraq iddiaçı tərəf olan bank iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi üçün heç bir zəruri tədbirlər görməmiş, həmin tədbirlərin görülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız mərhum borcalanın vəfatından təqribən 9 il 7 ay sonra notariat ofisinə sorğu verməklə müvafiq informasiyanı əldə etmiş və bundan da təqribən 5 ay sonra ##.##.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
16. Iddiaçının mərhum borcalanla bağladığı ## ###### 2013-cü il tarixli, CC*******U/**A saylı kredit müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu ## ###### 2015-ci il, ## ###### 2013-cü il tarixli BAL*******/** saylı kart krediti müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu ## ###### 2016-cı il tarixlər müəyyən edilmişdir. Iddiaçı ## ###### 2013-cü il tarixli, CC*******U/**A saylı kredit müqaviləsi üzrə ## ###### 2018-ci il tarixədək, ## ###### 2013-cü il tarixli BAL*******/** saylı kart krediti müqaviləsi üzrə isə ## ###### 2019-cu il tarixədək məhkəmədə iddia qaldıra bilərdi. Lakin iddiaçı həmin kredit müqavilələri üzrə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır.
17. Cavabdeh cavabdeh2 baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Iş üzrə digər cavabdeh cavabdeh1 cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında birgə borclu kimi çıxış etdiyindən məhkəmə sonuncunun iddia müddətinin tətbiqi barədə verdiyi ərizəni yetərli hesab etmişdir. Məhkəmə hazırkı tələb üzrə iddia müddətinin tətbiqini məqsədəmüvafiq hesab etmişdir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 739, 385, 425.1, 372.1, 372.2, 373.3, 377.2, 560.1, 560.2, 506.3.2, 1309, 375.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair # #### 2013-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, X2 ilə ## ###### 2013-cü il tarixdə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən 3.200 manat kredit vəsaiti verilmişdir və həmin müqaviləyə əsasən 1.953,19 manat əsas, 3.242,16 manat faiz və 97,94 manat cərimə, ümumilikdə 5.293,29 manat borc, həmçinin ## ###### 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 349,75 manat əsas, 629,28 manat faiz, 40 manat cərimə, cəmi 1.019,03 manat borc qalmaqdadır. Dəfələrlə cavabdehlərlə əlaqə yaratsa da ödəniş etməkdən imtina olunmuş və mərhumun ölümünü təsdiq edən hər hansı sənəd banka təqdim edilməmişdir. ##.##.2024-cü il tarixdə Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə № *** saylı sorğu verilmişdir. ## ###### 2024-cü il tarixdə № *** saylı məktubla həmin sorğuya rəsmi cavab verilmişdir ki, ##.##.2015-cı il tarixdə vəfat etmiş X2 vərəsələri cavabdeh2 və cavabdeh1dur; mərhuma məxsus olmuş Lənkəran rayonu, Göyşaban kənd ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84,6 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 38,4 kv.m. olan 2 otaqlı fərdi yaşayış ev və 0,10 torpaq sahəsindən irs almaları haqqında ##.##.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə təqdim edilmişdir. Onlara məlum olan tarixdən yəni dörd ay ərzində iddia ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Bu səbəbdən də, iddia müddəti ötrülməmişdir. Məhkəmədə izahat verən cavabdeh özü də X2 borcun olmaları barədə məlumatlarının olmasını etiraf etmiş və X2 vəfat etdiyi üçün mərhumun qalıq borcunun İddiaçı ASC tərəfindən silinməli olduğunu bildirmişdir. Beləliklə mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borclu olduğu halda məlumat verməmişdir və məhkəmə də həmin hissəni araşdırmamışdır. Bundan başqa, şikayətə görə, cavabdeh1 iddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə Ərizə təqdim etməmişdir. Məhkəmə onun iddia müddətinin ötürülməsi ilə bağlı ərizə verməməsini nəzərə almadan, digər cavabdehin ərizəsinə münasibətdə iddia tələbini təmin etməmişdir.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Ilham Əsədov (sədrlik edən və məruzəçi), Aytən Novruzova və Tofiq Heydərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərkən artıq qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdı.
23. Məhkəmə kollegiyası eyni zamanda, cavabdehlər ## ###### 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsini aldıqdan sonra iddiaçının hazırkı iddia ilə müraciət etməsi, iddiaçıya məlum olan tarixdən, yəni dörd ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət olunması, bu səbəbdən iddia müddəti ötürülməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək, iddiaçının həmin mövqeyini əsassız saymışdır.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsinin alınmaması və ya alınması tarixi iddia müddətinin axımının dayandırılmasına, yaxud müddətin ötürülməsinin üzrlü sayılmasına əsas verən hal deyil.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, bundan başqa, iddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlərdən biri iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir. Məhkəmə kollegiyası, iddiaçının bu arqumentini də əsaslı saymamışdır. Belə ki, sözügedən kredit müqaviləsi üzrə öhdəliklər kreditor və mərhum borclu arasındakı münasibətdən irəli gəlmişdir. Vərəsələr hüquqi varislik qaydasında mərhumun hüquq və öhdəliklərini davam etdirən şəxs kimi birgə çıxış etdiklərindən, onlar mübahisədə müstəqil borclu deyil, məhz mərhumun hüquqi varisi kimi iştirak edirlər. Ölənin vərəsələri onun borcuna görə məsuliyyət daşıyırlar. Həm də vərəsələrə qarşı iddia tələbi bölünməz xarakter daşıyır. Bu baxımdan, vərəsələrdən yalnız birinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi digər cavabdehin mənafeyini də əhatə edir və iddia müddətinin tətbiqinin bütün vərəsələrə şamil edilməsi üçün əsasdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 377, 739.1, 1306-cı maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı bank (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2024-cü il tarixdə № *** saylı məktubla həmin sorğuya rəsmi cavab verilərək: ##.##.2015-cı il tarixdə vəfat etmiş X2 vərəsələri cavabdeh2 və cavabdeh1 mərhuma məxsus olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84,6 kv.m olan 4 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 38,4 kv.m olan 2 otaqlı fərdi yaşayış ev və 0,10 torpaq sahəsindən miras almaları haqqında ##.##.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almalarını təsdiq edən sənədi onlara təqdim edilmişdir və ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
29. Onlara məlum olan tarixdən, yəni dörd ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bu səbəbdən də, iddia müddəti ötürülməmişdir.
30. Lakin məhkəmələr kredit müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi vərəsəlik şəhadətnaməsi alındığı gündən sonra 3 il ərzində yəni ## ###### 2013-cü il tarixdə bağlanmış CC*******U/**A saylı müqavilə üzrə ## ###### 2018-ci il tarixədək, həmçinin ## ###### 2013-cü il tarixli BAL******/** saylı müqavilə üzrə ## ###### 2019-cu il tarixə qədər məhkəməyə təqdim edilməsini əsas gətirərək, iddianı təmin etməyərək, yanlış nəticəyə gəlmişdir.
31. Məhkəmədə izahat verən cavabdeh özüdə X2 borcun olmaları barədə məlumatlarının olmasını etiraf etmiş və X2 vəfat etdiyi üçün mərhumun qalıq borcunun İddiaçı ASC tərəfindən silinməli olduğunu bildirmişdir. Beləliklə, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borclu olduğu halda məlumat verməmişdir və məhkəmə də həmin hissəni araşdırmamışdır.
32. cavabdeh1 iddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmələr cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı ərizə verməməsini nəzərə almadan, digər cavabdehin ərizəsinə münasibətdə iddia tələbini təmin etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
34. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
35. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
36. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
37. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
38. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
39. Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
40. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
43. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
44. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
45. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
46. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
55. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsinməhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı Bank tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
62. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.).
63. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Iddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarı).
64. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
65. Avropa Insan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
66. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
67. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
68. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
69. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
71. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
74. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.