Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1310/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, kredit müqaviləsi üzrə öhdəliklər; iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. xxxx» ASC tərəfindən ##.##.2014-cü il tarixli müqaviləyə əsasən X1 25 faizlə 24 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir.
2. X1 ##.##.2015-ci il tarixdə vəfat etmiş, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X1 adına vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,7 kv/m olan qeyri-yaşayış sahəsini miras əmlakı kimi qəbul etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, X1 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli CC/*****/**/** saylı müqaviləyə əsasən ona 5500 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X1 11.448,58 manat borcu vardır. X1 ##.##.2015-ci il tarixdə vəfat etmişdir. ** saylı notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Iddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədr olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Odur ki, Cavabdeh ##.##.2014-cü il tarixli CC/*****/**/** saylı müqaviləyə əsasən 4556.2 manat əsas 6558.41 manat faiz, 333.97 manat cərimə borcu cəmi 11.448,58 manat və 125 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, o, məhkəməyə iddia müddətini tətbiq edilməsi barədə ərizə göndərmiş, həmçinin iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti keçmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı irəli sürdüyü iddia tələbinə iddia müddətini tətbiq edərək iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
6. Iddiaçı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə etirazını belə əsaslandırmışdır ki, Bakı şəhər ** saylı notariat ofisinə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, X1 mirasını ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh qəbul etmiş və ##.##.2016-cı il tarixdə, *V-** nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin şəxsə verilmişdir. Lakin mərhumun vərəsəsi tərəfindən İddiaçı ASC-yə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdeh qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərinin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişdir. Kreditor Cavabdeh vərəsə olması barədə yalnız Bakı şəhəri ** saylı notariat ofisinə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən "iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır." Şəxsin (bu halda kreditorun) öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdər asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vıcdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 5.3-cü maddəsində ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəii sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə vicdanlılıq prinsipinin tələbləri baxımında kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vətəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir.
7. Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borc tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir (hakim- Cavad Ibrahimov).
8. Məhkəmə mübahisə ilə bağlı hüquqi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında pul tələbinə dair öhdəliklər üzrə yaranan mübahisələrə tətbiq olunmalı və qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmış, həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair iddia ərizəsinə heç bir rəsmi sübut növü, həmçinin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatət əlavə edilməmiş və cavabdeh isə məhkəməyə iddiaçı tərəfindən müddətin ötürülməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hal-hazırkı halda iddiaçı tərəfindən irəli sürülməli olan iddia tələbinə iddia müddətinin axımının hesablanması, məhz 2016-cı ilin oktyabr ayının 22-dən başlanmalıdır ki, belə olan halda da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş üç illik iddia müddəti buraxılmış hesab olunmalıdır.
10. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə etirazda göstərilən xüsusatları qəbul etməyən məhkəmə bununla bağlı qeyd etmişdir ki, mübahisə ilə bağlı iddia müddətinin tətbiq edilməsi qanuni və əsaslıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.1, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 385.1, 386.1, 399.3, 442, 739.1, 739.2, 1146, 1255 və 1306.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 128.3 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Laçın Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər ** saylı notariat ofisinə ##.##.2025-ci il tarixli sorğu əsasında, X1 mirasını cavabdeh qəbul etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2016-cı il tarixli *V/** saylı şəhadətnamə verilsə də, mirasın açılması və miras əmlakının qəbul edilməsi barədə İddiaçı ASC-ə məlumat verilməmişdir. Nəticədə, kreditorun (iddiaçının) hüququnun pozulduğu barədə məlumat əldə etməsi ##.##.2025-ci il tarixində mümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu halda, iddiaçının hüququnun pozulduğunu bildiyi tarix iddia müddətinin başlanğıcı hesab edilməlidir. Eyni zamanda, Mülki Məcəllənin 5.3-cü maddəsi ilə vicdanlılıq prinsipi təsbit olunmuşdur. Vərəsələr bilərəkdən miras haqqında məlumatı gecikdirməklə kreditorun iddia ərizəsinin təqdim olunmasını ləngitmiş və iddia müddətindən sui-istifadə etmişlər. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə qadağandır. Məhkəmənin qərarında iddiaçının vərəsələrin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu qeyd olunsa da, faktiki olaraq, notariat ofisindən alınan cavab göstərir ki, iddiaçı yalnız həmin tarixdə (##.##.2025) vərəsələrin məlumatına çıxış əldə edə bilmişdir. Beləliklə, iddia müddətinin hesablanmasında vicdanlılıq prinsipinə və hüquqdan sui-istifadəyə yol verilməməsi tələbinə riayət edilməmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə).
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apellyasiya instansiyası məhkəməsi öz mövqeyinə və eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında pul tələbinə dair öhdəliklər üzrə yaranan mübahisələrə tətbiq olunmalı və qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmış, həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair iddia ərizəsinə heç bir rəsmi sübut növü, həmçinin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatət əlavə edilməmiş və cavabdeh isə məhkəməyə iddiaçı tərəfindən müddətin ötürülməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişdir.
16. Kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir.
17. Kollegiya bildirmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. X1 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli CC/*****/**/** saylı müqaviləyə əsasən ona 24 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir Göründüyü kimi iddia müddətinin axımı ##.##.2016-cı il tarixdə başlamış, ##.##.2019-cu il tarixdə başa çatmışdır. Iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə, yəni müqavilə üzrə son icra müddətinin bitməsindən altı il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
18. Kollegiya həmçinin qeyd etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.
19. Kollegiya yekun olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368, 372.1, 372.2, 373.2, 373.2, 375.1, 375.2, 376, 376.2, 377.1, 377.2, 385.1, 386.1, 399, 442, 448.1, 1146, 1151, 1246, 1255, 1256, 1268.2, 1271 və 1306-cı; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243cü maddəsinin və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin tam ləğv edilərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi hazırkı mülki iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yekun nəticəyə gələrkən əsas arqument kimi iddia müddətinin tətbiq olunmasına dair cavabdehin ərizəsinə istinad etməklə ifadə olunan mövqeyi haqlı saymışdır. Lakin həmin hissədə məhkəmə qanunvericiliyin göstərişlərini tətbiq edərkən düzgün nəticəyə gəlməmiş, iddia müddətinin başlanğıc anını düzgün müəyyən edə bilməmişdir. Belə ki, qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Işinmübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh (vərəsə) tərəfindən iddiaçı İddiaçı ASC-ə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, tərəfimizdən yalnız Bakı şəhər ** saylı notariat ofisinə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavab vasitəsilə mərhumun miras əmlakını cavabdehin qəbul etməsi, miras əmlakına dair rəsmiləşən ##.##.2016-cı il tarixli 2V/58 reyestr saylı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə olunması məlum olmuşdur. Apellyasiya məhkəməsi qətnaməsini bu hissədə onunla əsaslandırmışdır ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır, bu baxımdan iddaçı mümkün hüquqi prosedurların icrasında hərkətsizlik nümayiş etdirərək məhkəməyə uzun müddət sonra müraciət etmişdir. Lakin məhkəmənin bu mövqeyi həm işin faktiki hallarına, həm də iddia müddətinin başlanmasına dair maddi hüquq normalarının mahiyyətinə uyğun deyildir. Belə ki, kreditorun miras əmlakına yönələn tələb irəli sürə bilməsi üçün ilk növbədə mirasın qəbul edilməsi faktı və həmin mirası qəbul etmiş vərəsənin şəxsiyyəti müəyyən olunmalıdır.
23. Barəsində mübahisə olunan hüquq münasibətlərinin yaranma əsası kimi istehlak xarakerli kredit müqaviləsi çıxış etdiyindən, həmin müqavilənin imzalanması zamanı iddiaçıya hazırki halda isə banka yalnız borcalanın şəxsiyyəti ilə bağlı olan hallar məlum olur. Eyni zamanda fərdi məlumatların əldə olunması üzrə hüquqi və faktiki proseduru tənzimləyən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən həmin məlumatların dövlət orqanları yaxud üçüncü mənbələr vasitəsilə ilə əldə olunması qeyri-mümkündür. Iş üzrə cavbabdehin mirası əmlakdan pay alması və qanun üzrə vərəsə kimi çıxış etməsi isə iddiaçıya yalnız notariat orqanına ünvanlanmış sorğunun cavabı vasitəsilə məlum olmuşdur. Bundan əlavə, iddia müddətinin fərdi müdafiə vasitəsi olduğundan müddətin başlanğıc anı müəyyən edilərkən məhkəmə qeyri-səhih abstrakt ehtimallara deyil, konkret işin faktiki hallarına və tərəfin məlumatlılıq imkanlarına və vəziyyətinə qiymət verməlidir. Mövcud halda iddiaçının mirasın qəbul edilməsi barədə məlumat əldə etməsi üçün obyektiv imkanlarının olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda iddia müddətinin başlanğıcı kimi müqavilənin müddətinin bitdiyi andan sonrakı üç ilin yekunu deyil, iddiaçının həmin faktı öyrəndiyi tarix əsas götürülməlidir. Beləliklə,apellyasiya instansiyası məhkəməsi iddia müddətinin başlanğıc anını düzgün müəyyən etmədiyindən və iddiaçının hüququnun pozulması barədə məlumat əldə etdiyi faktiki tarixi nəzərə almadığından, iddianın iddia müddətinin buraxılması əsası ilə rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.
27. Maddə 368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
32. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
35. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
36. Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
39. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
42. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
44. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
45. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
46. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;
47. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
49. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
50. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
51. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
52. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh tərəf öhdəlikərini lazımi qaydada icra etməmiş, lakin iddiaçı da müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə 19 yanvar 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.