Məhkəmə qərarları › İş №2(1-8)-1352/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1352/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1352/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” İddiaçıəhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası barədə ərizənin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2014-cü il tarixli, *************** nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı qarşısında 5163,34 ABŞ dolları məbləğində ##.##.2018-ci il tarixdən ##.##.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi, 326,22 ABŞ dolları məbləğində ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 5489,56 ABŞ dolları məbləğində pul vəsaitinin və 114 manat məbləğində dövlət rüsumunun ASC İddiaçın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh ## ####### 2014-cü il tarixli *************** nömrəli kredit müqaviləsi üzrə ##.##.2018-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq 5163,34 (beş min yüz altmış üç dollar 34 sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul və dövlət rüsumunun əvəzi olaraq 107,78 manat alınaraq iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçın xeyrinə ödənilməsi qət edilmişdir (hakim Cavid Tağıyev).

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması; Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X14, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir Hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X2.

5. Cavabdeh Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə 2025-ci il ## ####### tarixli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi; Kassasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər X9 (məruzəçi), X5 və X11).

7. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Daha sonra cavabdeh sözügedən qətnamədən kassasiya şikayəti, eləcə də kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş müddətdə qətnamədən kassasiya şikayəti vermiş və şikayət işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti verilməsi üçün dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildiyi üçün şikayət geri qaytarılmışdır. Qərardadın nəticə hissəsində 5 iş günü müddətində yol verilmiş nöqsanın aradan qaldırılmaqla yenidən kassasiya şikayəti ilə müraciət etmək hüququ ona izah edilmişdir. Həmin qərardad ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış ona məxsus kabinetə yerləşdirilmişdir. Lakin, sistemlə işləmək bacarığı mükəmməl olmadığına görə həmin qərardadı vaxtında görə bilməmişdir. Həmin qərardad ## #### 2026-cı il tarixdə vəkilin elektron kabinetinə yerləşdirildikdən sonra qərardad barədə məlumat almışdır.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, işdən müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmişdir. Sonuncu ## ###### 2025-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardadın nəticə hissəsində cavabdeh Cavabdeh diqqətinə çatdırılmışdır ki, o, qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 5 (beş) iş günü ərzində kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən ümumi qaydada kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

12. Bundan sonra həmin qərardadın surəti ## ###### 2026-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış cavabdeh Cavabdeh kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaq üçün müəyyən edilmiş müddət ## ###### 2026-cı il tarixdə başa çatmışdır. Lakin, cavabdeh Cavabdeh həmin müddədək (##.##.2026 - ##.##.2026 aralığında) kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir.

13. Cavabdeh Cavabdeh hazırkı kassasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə isə ##.##.2026-cı il tarixdə, yəni kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaq üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət bitdikdən 12 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Bununla belə, cavabdeh Cavabdeh kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

14. Kollegiya qərardadını əsaslandırarkən Mülki Prossesual Məcəlləsinin 128.1, 128.3, 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 405 və 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Qərardaddan cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, buraxilmiş müddətin bərpasına dair ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin qəbul olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayətimiz geri qaytarılmış, izah edilmişdir ki, qərardad qəbul edildiyi vaxtdan 5 iş günü ərzində nöqsan aradan qaldırılmaqla, kassasiya şikayəti yenidən verilə bilər. Məhkəmənin həmin qərardadı elektron sisteminə ## ###### 2026-cı il tarixdə yerləşdirilsə də, Cavabdeh həmin sistemlə işləmək bacarığının mükəmməl olmadığına görə, o həmin Qərardadı vaxtında sistemdə görə bilməmişədir. Onun həmin qərardad barədə məlumatı vəkilinin elektron sisteminə # #### 2026-cı il tarixdə yerləşdirildikdən sonra bilmiş, bundan sonra o, kəsirə görə əlavə 3 manat dövlət rüsumu ödəmiş və kassasiya şikayətini yenidən verərək, ötürülmüş müddətin bərpasına dair ərizə vermişdir. Məhkəmə isə ötürülmüş müddəti bərpa etməmişdir.

17. Hesab edir ki, işin bu hallarına gö rə Apelyasiya Məhkəməsi onun buraxılmış müddətini üzürlü hesab edib bərpasına dair ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya Məhkəməsinin qərardadı ilə kassator Cavabdeh dövlət rüsumunun kəsirinin ödənilməsi üçün təyin edilmiş 5 günlük müddət qanunla müəyyən edilmiş prosessual müddət deyildir, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdir. Həmin müddət qüsurun aradan qaldırılması üçün ağılabatan və yetərli müddət olsa da, iddiaçıya elektron sistem vasitəsi ilə bildirildiyinə görə hesab edirik ki, iddiaçının yeni yaradılmış elektron sistemlə işləmək bacarığının mükəmməlliyinin fərdi xüsusiyyət olması nəzərə alınaraq, üzürlü hesab edilən hal kimi qəbul olunması mümkündür.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

25. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

26. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; ...

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

32. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

33. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

34. Hazırkı işin materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmişdir. Sonuncu ## ###### 2025-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardadın nəticə hissəsində cavabdeh Cavabdeh diqqətinə çatdırılmışdır ki, o, qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 5 (beş) iş günü ərzində kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən ümumi qaydada kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. Bundan sonra həmin qərardadın surəti ## ###### 2026-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış cavabdeh Cavabdeh kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaq üçün müəyyən edilmiş müddət ## ###### 2026-cı il tarixdə başa çatmışdır. Lakin, cavabdeh Cavabdeh həmin müddədək (##.##.2026 - ##.##.2026 aralığında) kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh Cavabdeh hazırkı kassasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə isə ##.##.2026-cı il tarixdə, yəni kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaq üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət bitdikdən 12 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.

35. Cavabdeh qətnamədən kassasiya şikayəti və müddətin bərpasına dair ərizə vermiş, lakin prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir.

36. Hazırkı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər formal mülahizələdən ibarətdir. Göstərilən dəlillər üzrlü səbəb kimi qəbul edilə bilməz.

37. “X13 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

38. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

40. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyaının ## #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar