Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1354/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr, təbii qazdan istifadə ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı IB ilə istehlakçı Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli, **** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” ilə, İddiaçı Istehsalat Birliyi müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
2. ##.##.2025-ci il tarixinə olan Abonent saldosundan müəyyən edilmişdir ki, abonent Cavabdeh, abonent kodu 100309309802140, ünvan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük-0980-2140 ailə tərkibi 5, sayğac nömrəsi GCZ0347769 və həmin abonent koduna 07/2025-ci il tarixinə 8222.97 manat borc mövcuddur.
3. ##.##.2016-cı il tarixli (******* saylı) “Təbii X2 pozulması haqqında” Aktın və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən (bundan sonra – tələbnamə) müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 172.8 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
4. ##.##.2016-cı il tarixli ******* saylı Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 269.7 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
5. ##.##.2016-cı il tarixli (******* saylı) Akt və ##.##.2016-cı il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 133.3 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
6. ##.##.2017-ci il tarixli (******* saylı) Akt və ##.##.2017-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 341.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
7. ##.##.2017-ci il tarixli (******* saylı) Akt və ##.##.2017-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 360.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
8. ##.##.2018-ci il tarixli (******* saylı) Akt və ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 1018.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
9. ##.##.2018-ci il tarixli (******* saylı) Akt və ##.##.2018-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 284.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
10. ##.##.2018-ci il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 284.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
11. ##.##.2023-cü il tarixli (******* saylı) Akt və ##.##.2023-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 2073.6 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
12. ##.##.2023-cü il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 246.24 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
13. ##.##.2023-cü il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
14. ##.##.2023-cü il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
15. ##.##.2024-cü il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
16. ##.##.2024-cü il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
17. ##.##.2024-cü il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
18. ##.##.2025-ci il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 269.73 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
19. ##.##.2025-ci il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamədən müəyyən edilmişdir ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 873 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
20. X3 Agentliyinin Bakı filialı tərəfindən tərtib edilmiş “Inzibati xəta haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli protokoluna əsasən, ##.##.2025-ci il tarixli ******* nömrəli akt əsasında Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur.
21. X3 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli qərarla ##.##.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
22. X3 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli qərarla ##.##.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. (##.##.2025-ci il tarixli ******* saylı Akt əsasında). Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
23. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və “iddia tələbinin artırılması” barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 6987,57 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 362,40 manat və 93,50 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7443,47 manat pulun, ondan əlavə ##.##.2025-ci il tarixli ******* saylı aktla hesablanmış 873 manat pulun və əlavə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı IB ilə abonent Cavabdeh arasında ##.##.2014-cü il tarixində **** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı IB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı IB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm ************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 269,70 manat; ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 133,30 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 341,20 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 360,40 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 1018,20 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat(video); ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 269,73 manat (video); cəmi 6987,57 (altı min doqquz yüz səksən yeddi manat 57 qəpik) manat məbləğində İddiaçı IB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. (sözügedən aktlar, Energetika Nazirliyinin Inzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2012-ci ilin fevral ayı üzrə qalıq 350,40 manat sərfiyyat borcu, 2025-ci ilin may-iyun ayları üzrə 14 manat sərfiyyat borcu, cəmi 364,40 manat sərfiyyat borcu qalmışdır. 2012-ci ilin iyul ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh 2 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 362,40 (üç yüz altmış iki manat 40 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı IB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 7349,97 (yeddi min üç yüz qırx doqquz manat 97 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı IB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
25. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi zərər üzrə 1142.73 manat və debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 14 manat olmaqla, cəmi 1156.73 manat məbləğində pul vəsaiti və ödənilmiş 31.57 manat dövlət rüsumunun məbləğinin tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinə ödənilməsi qət edilmişdir (hakim Natiq Əsgərov)
26. Məhkəmə ##.##.2022-ci il tarixinədək (##.##.2016-##.##.2018) tərtib edilmiş aktlara münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin imperativ tələbinə uyğun olaraq iddiaçı orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Halbuki, iddiaçı qurum tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirmişdir. Lakin iş materiallarından görünür ki, aktların heç birində cavabdehin imzası yoxdur və bütün aktlarda onun adının qarşısında “imtina etdi” qeyd edilmişdir. Habelə cavabdeh məhkəmə iclasında iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmişdir. Habelə aktlar fərqli tarixlərə aid olsa da, onların hamısına eyni fotşəkil əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə abonentin (cavabdehin) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olmadığı müəyyən edilmişdir.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh barəsində iddiaçı tərəfindən ##.##.2016-ci il tarixindən ##.##.2018-ci il tarixinədək olan müddət ərzində 8 akt tərtib edilmişdir və bütün aktlarda da abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq, təbii X2 pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək və təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq kimi tədbirlər görməli idi. Lakin cavabdeh qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, bunları etməmişdir.
28. Məhkəmə iddiaçı qurum tərəfindən cavabdeh barəsində ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixə kimi təbii X2 pozulması ilə bağlı müxtəlif tarixli 9 ədəd Akt və tələbnamə tərtib edilməsinə münasibətdə qeyd etmişdir ki, onlardan yalnız 2 ədəd, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli aktlara münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, iddiaçı İddiaçı IB cavabdeh barəsində ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli aktlar tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət etmiş və həmin akt əsasında X3 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli qərarlar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab etmişdir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi ##.##.2025-ci il tarixli akt əsasında hesablanmış 269.73 manat və ##.##.2025-ci il tarixli akt əsasında hesablanmış 873 manat olmaqla, cəmi 1142.73 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir. Debitor borca münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında “Qazın alqısatqısı29.müqaviləsi” ##.##.2014-cü il tarixində bağlandığından müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu isə iddiaçı tərəfindən sübuta yetirilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (##.##.2014-cü il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Halbulki, iddiaçı həm müqavilə bağlanıldıqdan sonrakı dövr (2025-ci ilin may-iyun ayları) üzrə ödənilməmiş 14 manat debitor borcu tələb etməklə yanaşı, həm də müqavilə bağlanıldıqdan əvvəlki dövr, yəni 2012-ci ilin fevral ayı üzrə 350.40 manat məbləğində qazdan istifadə edilməsi iddia edilən debitor borcun cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilən səbəbdən iddia tələbinin 2012-ci ilin fevral üzrə hesablanmış debitor borcun cavabdehdən tələb edilməsi əsassızdır. Ancaq 2025ci ilin may-iyun ayları üzrə təbii qazın sərfiyyatına görə ödənilməmiş debitor borcun cavabdehdən tələb edilməsi qanunidir.
30. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yalnız 2025-ci ilin may-iyun ayları üzrə ödənilməmiş debitor borc, yəni 14 manat tutulmalı, əvvəlki dövr üzrə debitor borcun tutulması tələbi isə təmin edilməməlidir.
31. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə (7349.97 manat) mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 1156.73 manat (1142.73+14=1156.73) hissəsində təmin edilmişdir. Bu səbədən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır.
32. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 448, 1096.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4, 11.6, 13.8-1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3, 4.8, 4.9, 6.7, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2 pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. İddiaçı IB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, cavabdeh təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Rəşid Səmədov).
36. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi İddiaçı Istehsalat Birliyi ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə ##.##.2014-cü il tarixdə müqavilə bağlanmışdır.Iddiaçı qeyd edilmiş aktlar əsasında cavabdeh tərəfindən ona zərər vurulduğunu iddia edir.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, borc məbləğinin bir hissəsinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 8-1-ci bəndin əlavə edildiyi 2022-ci il tarixli 22 fevral tarixindən əvvəl, bir hissəsinin isə həmin bəndin əlavə edildiyi tarixdən sonra tərtib edildiyi nəzərə alınaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına əsasən ayrı-ayırılqda qiymətləndirmə aparılması zəruridir.
38. Zərərin hesablandığı aktların bir qismi (8 ədəd akt) ##.##.2016-ci il tarixindən ##.##.2018-ci il tarixinədək, bir qismi isə (9 ədəd akt) ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək tərtib edilmişdir.
39. Iddiaçının ## ###### 2022-ci il tarixinədən hazırkı vaxtadək tərtib edilmiş aktlara əsasən dəymiş zərəri tələb etməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2022-ci il tarixindən sonra tərtib olunmuş aktlar üzrə uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçı bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni aktlar tərtib etmişdir. İddiaçı IB əməkdaşları kənar qoşulma hallarını aşkar edikləri halda heç bir tədbir görməmiş, hər dəfə formal olaraq aktlar yazmaqla kifayətlənmiş və nəticədə kənar qoşulma halının davam etməsinə şərait yaratmışlar.
40. Görülmüş tədbirlərə münasibətdə isə birinci instansiya məhkəməsi həmin aktlara münasibətdə iddianı təmin etmiş və həmin hissə hazırda mübahisə predmetini təşkil etmir.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
42. Göründüyü kimi, qanunsuz qoşulma halı aşkar etdikdə təbii qazın verilməsinin dayandırılması qazpaylayıcının vəzifəsidir.
43. Məhkəmə kollegiyası ##.##.2022-ci il tarixdən sonrakı dövr üçün tərtib olunmuş aktlara münasibətdə hesab etmişdir ki, iddiaçı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin (##.##.2022-ci il tarixdən qüvvədədir) tələblərinə tam əməl edilməmişdir.
44. Iddiaçı tərəfindən ##.##.2016-ci il tarixindən ##.##.2018-ci il tarixinədək olan müddət ərzində tərtib edilmiş 8 akta münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, bütün aktlarda abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur. Lakin cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən vəzifəsi olaraq təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almalı, təbii X2 pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etməli və təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etməli olduğu halda heç bir tədbir görülməmişdir.
45. Debitor borc hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən borc hissəsi tərəflər arasında müqavilə münasibətləri yaranmasından daha əvvələ təsadüf etdiyindən məhkəmə haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir.
46. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na, Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Iddiaçı (vəkil Vəkil Ilyas qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə göndərilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, debitor borc hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında “Qazın alqı-satqı müqaviləsi” ##.##.2024-cü il tarixində bağlandığından, müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır.Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (##.##.2014-cü il tarixdən) sonra yaranmş olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Halbuki iddiaçı həm müqavilə bağlanıqdan sonrakı dövr (2025-ci il may iyun ayları) üzrə ödənilməmiş 14 manat debitor borcu tələb etməklə yanaşı həm də müqavilə bağlandıqdan əvvəlki dövr, yəni 2012-ci il fevral ayı üzrə 350, 40 məbləğində qazdan istifadə edilməsi iddia edilən debitor borcun cavabdehdən tutulmasını təlb etmişdir. Qeyd edilən səbədən iddia tələbinin 2012-ci ilin fevral ayı üzrə hesablanmış debitor borcun cavabdehdən tələb edilməsi əsassızdır.
49. Məhkəməyə təqdim edilmiş saldodan göründüyü kimi, 350.40 manat borcun əhatə etdiyi dövrü hazırkı iş üzrə cavabdehlə qazın alqı-satqısına dair müqavilə bağlandığ andan, yəni ##.##.2014-cü il tarixdən sonrakı tarixi də (2015-ci ilin oktyabr, noyabr, 2016-cı ilin yanvar ayını da) əhatə edir. Beləliklə də, məhkəmə kollegiyası əsassız olaraq cavabdehi qeyd olunan dövrlər üzrə vurduğu maddi ziyana görə məsuliyyətdən azad etmişdir.
50. Bundan başqa, məhkəmə tərəfindən sübutlar hərtərəfli araşdırılmamışdır.Qeyd olunan bütün dövr ərzində ödənişlərin olmamasının səbəbləri araşdırılmamış və qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
53. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
55. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
57. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
58. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
59. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
60. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
61. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
62. Maddə 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
63. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
64. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
65. ##.##.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirilən hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
75. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
78. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdikləri də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmişdir.
79. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Iddiaçı İddiaçı Istehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.