Məhkəmə qərarları › İş №2(1-8)-1363/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1363/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1363/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 24 faizlə 4600 manat məbləğində kredit verilmişdir.

2. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2025- ci il tarixə İddiaçı ASC-yə əsas borc üzrə 4593,04 manat, faiz borcu üzrə 2049,20 manat borcu olmaqla, cəmi 6642,24 manat borcu yaranmışdır.

3. İddiaçı ASC ASC tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun 3 gün müddətində banka ödənilməsi tələb olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2022ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4593,04 manat, faiz borcu üzrə 2049,20 manat borcu olmaqla cəmi 6642,24 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 86,43 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 24 faizlə 4600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 4593,04 manat, faiz borcu üzrə 2049,20 manat borcu olmaqla cəmi 6642,24 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 86,43 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehə ##.##.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilərək, cavabdehdən ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4593,04 manat əsas borc, 2049,20 manat faiz borcu olmaqla, cəmi 6642,24 manat və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 86,83 (86,43+0,40=86,83) manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur.

8. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır.

9. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 739.2, 743-cü, hağelə MPM-nin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə borc məbləğinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılımışdır ki, iddiaçı ##.##.2025-ci il tarixdə mübahisənin məhkəməyəqədər həlli məqsədi ilə cavabdehə məktub ünvanlayır, lakin qeyd edilən poçt qəbzindən məlum olur ki məktub cavabdehə çatdırılmır və beləliklə məhkəmə bu faktiki halını aydınlaşdırmır və araşdırmır. İddiaçı cavabdeh tərəfindən ödənişlərin hansı qaydada silinməsinə dair hər hansı bir hesabdan çıxarış təqdim etməyib. Yalnız maliyyə arayışı təqdim edilib və orada iddiaçı sadəcə rəqəmləri qeyd edib. İddiaçı qeyd edilən kredit müqaviləsi daha əvvəl icra qeydinin verildiyini, həmin icra qeydinin (borc mübahisəli olduğu əsası ilə) məhkəmə tərəfindən ləğv edildiyini, iddia tələbinin əsas və faiz borcu hissəsində mübahisəli olduğunu birinci instansiya məhkəməsinə bildirməyib və məhkəmə bu halı araşdırmayıb.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasındakı münasibəti öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur.

14. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

15. Məhkəmə kollegiyası AR MPM-nin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin düzgün hesablanmadığına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.

16. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişirdilmiş olmasını vurğulasa da, iddia tələbinin əsas və faiz borc məbləğinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Apellyasiya icraatı zamanı da məhkəmə iclasında iştirak etməməklə verdiyi şikayətin dəlillərinin müdafiə edilməsinə cəhd göstərməmişdir.

17. Bundan əlavə borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, ## ### 2022ci il tarixli tam kart kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, ##.##.2025-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 6.642,24 manat müəyyən edilir, o cümlədən: əsas kredit borcu-4593,04 manat, faiz-2049,2 manat olmuşdur.

18. Bununla belə, əsas və faiz borcun hesablanması, habelə aparılmış ödənişlərin yaranmış borc üzrə silinməsi qüvvədə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər iddiaçının bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə yaranmış borc məbləği ilə bağlı gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur.

19. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir.

20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 427.3, 432.4, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2-ci, habelə MPM-in 14.2, 77.1, 119.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən kredit müqaviləsi üzrə 36 ay müddətinə 4.600 manat məbləğində kredit verilmişdir. İddiaçının tələbi isə 4.593,04 manat əsas, 2049,20 manat faiz borcu olmuşdur. Göründüyü kimi, əsas borcdan cəmi 6,96 manat ödənişin silindiyi görsənir və 36 aylıq müddət tamam olduqdan sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Belə çıxır ki, cavabdeh tərəfindən ödəniş edilmədiyi halda iddiaçı tərəfindən 3 il müddət gözlənilmiş, əlavə faizlər hesablanmış və nəticədə cavabdehin vəziyyəti iddiaçı tərəfindən ağırlaşdırılmışdır. Bununla da müqavilə müddətinin bitməsini gözləməklə cavabdehin üzərinə əlavə faizlərin hesablanmasına bank tərəfindən şərait yaradılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən qərəzli olaraq müqavilə müddətinin sonuna kimi gözlənilmişdir ki, cavabdehdən əlavə olaraq 2049,20 manat faiz tutulsun. Bu da onların vətəndaşlara qarşı nə qədər ədalətsiz və haqsız olduqlarının göstəricisidir. Məhkəmə tərəfindən qeyd edilən hallara qiymət verilməmişdir. Formal olaraq ekspertiza keçirilmişdir. Müqavilə müddəti ərzində hansı məbləğdə faiz ödənilməli idi və cavabdeh tərəfindən edilmiş ödənişlərdən hansı məbləğdə faizlərdən və ya əsassız hesablanmış cərimələrə silindiyi hissəsi araşdırılmamışdır. 4.600 manat qarşılığında həmin məbləğin 50%-dək faiz borcu tutulmuşdir. Halbuki ödənişlərdən faiz və cərimələr silinmişdir. İddiaçı tərəfindən hesabdan çıxarış məhkəməyə təqdim edilməmişdir. Təqdim edilsəydi, cavabdehin ödədiyi məbləğlər və silinmələr məhkəmə tərəfindən araşdırılaraq ədalətli nəticəyə gəlmək olardı. Lakin apellyasiya məhkəməsi formallığa yol verərək mülki qanunvericiliyin öhəliklərlə bağlı müddəalarını sadalamaqla kifayətlənmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hakim tərəfindən ekspertiza rəyi iş materiallarında olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Lakin apellyasiya məhkəməsi digər sübutlara qiymət vermədən sadəcə ekspert rəyinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən müqavilə ilə nəzərdə tutulduğu halda məhkəməyə qədər nizama salınmasına riayət edilməmişdir. Məhkəməyə bu barədə cavabdeh tərəfindən məlumat verilməsinə baxmayaraq diqqətə alınmamışdır. Hesabdan çıxarış məhkəməyə təqdim edilməmişdir, cavabdeh kimi həmin sənədlərlə tanış olmağına şərait yaradılmamışdır. Yalnız qalıq borc məbləği barədə maliyyə arayışı təqdim edilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

26. Maddə 432.4 Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

27. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

28. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

31. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 37.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 38.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 39.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Cavabdehin kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyində, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

42. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

44. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

45. Apellyasiya məhkəməsi AR MPM-nin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin düzgün hesablanmadığına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci, nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.

46. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişirdilmiş olmasını vurğulasa da, iddia tələbinin əsas və faiz borc məbləğinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Apellyasiya icraatı zamanı da məhkəmə iclasında iştirak etməməklə verdiyi şikayətin dəlillərinin müdafiə edilməsinə cəhd göstərməmişdir.

47. Bundan əlavə, borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən ## ### 2022-ci il tarixli tam kart kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, ##.##.2025-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 6.642,24 manat müəyyən edilir, o cümlədən: əsas kredit borcu- 4.593,04 manat, faiz-2.049,2 manat olmuşdur.

48. Bununla belə, əsas və faiz borcun hesablanması, habelə aparılmış ödənişlərin yaranmış borc üzrə silinməsi qüvvədə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər iddiaçının bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə yaranmış borc məbləği ilə bağlı gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur.

49. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar