Məhkəmə qərarları › İş №2(1-8)-1371/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1371/2026

09.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1371/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X1 2015-ci il tarixindən ünvan 1, mənzil 29-un mülkiyyətçisi olmuşdur. O, 2017-ci ildə mənzildə yüksək səviyyəli təmir işləri aparmış, bir müddət həmin mənzildə yaşamış, 2019-cu ildən isə orada yaşamamışdır.

2. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ####### 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, qərardadın 1-2-ci sualları üzrə ünvan 1-də yerləşən ** saylı mənzilin qapısı bağlı olduğundan su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin ** saylı mənzilin divarlarındakı su sızma izləri nəzərə alınaraq, mübahisəli ** saylı mənzilə ** saylı mənzildən su sızmasının baş verdiyi müəyyən edilmişdir. Tədqiq olunan ** saylı mənzilə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1082 manat məbləğində müəyyən edilmişdir.

3. “xxxx” MMC-nin ## #### 2023-cü il tarixli rəyinə əsasən, onun mənzilinə dəymiş ziyan 9418 manat təşkil etmişdir.

4. “xxxx” MTK-nin sakinləri tərəfindən tərtib edilmiş ##.##.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, ünvan 1, ** nömrəli mənzildə yaşayan və daimi qeydiyyatda olan Cavabdeh binanın sədrinə rəsmi müraciət etmişdir. Onun yaşadığı mənzilə şahidlərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hamam otağında tavanın suvağı yararsız vəziyyətə düşmüş, elektrik xətti qismən zədələnmişdir. Mətbəxin tavanı tamamilə yararsız hala düşmüş, çatlar əmələ gəlmiş, suvaq tam şəkildə sökülmüş, divarda axan suyun izləri qalmışdır. Dəhlizdə bir neçə hissədə suvaq tökülmüş və suyun mütəmadi olaraq axması nəticəsində tavanda qabarmalar əmələ gəlmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X1 (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi,** saylı evin 29-cu mənzilinə dəymiş zərər kimi 9.418 manatın cavabdeh Sevinc Nağıyeyadan tutularaq onun xeyrinə ödənməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onun əsaslandırılmışdır ki, 2022-ci ildə o, mənzilə baxmağa gələndə ona məlum oldu ki, mənzilinin üzərində yerləşən ** saylı cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində mənzili tam yararsız vəziyyətə düşüb (su o səviyyədə axıdılıb ki, divar kağızının altından göbələk çıxmağa başlayıb və mebellər yarasız hala düşüb). Bundan sonra o, xxxx MMC-yə müraciət edərək mənzilinə dəymiş ziyanın dəyərin hesablanmasını həvalə etdi. Onların ## #### 2023-ci il tarixli rəyinə əsasən mənzilinə dəymiş ziyan 9418 manat təşkil edir. Bundan əlavə həmin rəyin verilməsi üçün 400 manat ödəmişdir. Bununla da cavabdehin qanunsuz əməlləri nəticəsində onun əmlakına külli miqdarda ziya dəymiş və əmlakı yarasız vəziyyətə düşmüşdür.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçıya məxsus 29-cu mənzil binanın 2-ci mərtəbəsində, ona məxsus 31-ci mənzil həmin binanın 3-cü mərtəbəsində yerləşir. Tərəflərə məxsus mənzillər üst-üstə yerləşmişdir. Cavabdeh qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan ** saylı mənzildən iddiaçıya məxsus mənzilə su sızması, cavabdehin mənzilinə həmin binanın 4-cü mərtəbəsində yerləşən 33-cü mənzildən daimi olaraq su sızması nəticəsində baş vermişdir. Həmin binada yerləşən 33-cü mənzil tərəflərin qonşusu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybala qızına məxsus olmuş və hazırkı iş üzrə cavabdehə məxsus mənzilin üstündə yerləşmişdir. Hər üç mənzil üst-üstə yerləşmişdir. Binanın 33-cü mənzilinin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybala qızı dəfələrlə cavabdehin mənzilini suya basmış, nəticədə hazırkı iş üzrə cavabdehin mənzilinin dəhlizi, mətbəxi, sanitar qovşağının tavanı, divarları və digər əşyaları yararsız vəziyyətə düşmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzilindən cavabdehin mənzilinə su sızmış, nəticədə hazırkı mülki iş üzrə iddiaçının mənzilinə də su sızması baş vermişdir. Cavabdeh dəfələrlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həyat yoldaşına bu barədə məlumat vermişdir. Bir müddət sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həyat yoldaşı mənzilində yerləşən borularda təmir işləri aparıldığını və onun mənzilindən cavabdehin mənzilinə su sızmasının baş verməyəcəyini bildirmişdir. Bu müddət ərzində cavabdeh öz hesabına mənzilində təmir işləri aparmışdır. Lakin bir müddət keçdikdən sonra yenidən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzilindən cavabdehin mənzilinə daha güclü su sızması baş vermiş, nəticədə onun mənzilinin dəhlizi, mətbəxi, sanitar qovşağının tavanı, divarları, digər əşyaları və aparılmış təmir işləri tam yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda hazırkı iş üzrə iddiaçının mənzilinə də su sızmışdır. Bununla bağlı cavabdeh yuxarıdakı qonşu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, qərardadın 1-ci sualı üzrə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən ** saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6.475,0 manat müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan ** saylı mənzilin 1 ədəd yaşayış otağı, mətbəx və dəhliz tikililərinin konstruktiv elementlərində- tavan, divar və sair hissələrdə-qüsurların əmələ gəldiyi, həmin qüsurların su sızmasına xarakterik olduğu nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən 29-cu mənzilə su axıdılması və nəticədə həmin mənzilin tikililərinə ziyan vurulması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, 31 və 33-cü mənzillərin sanitar qovşağı tikililəri təmirli olduğundan, su-kanalizasiya xətləri gizli şəkildə yerləşdiyindən ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ##### 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, qərardadın 1-ci sualı üzrə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən 29-cu mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən, ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. 31 və 33-cü mənzillərin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə edilmədiyindən su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-2(006)- **/**** saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 6.475 manatın iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli ekspert rəyi ilə ** saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən ** saylı mənzildən suyun axıdılması müəyyən edilmişdir. Həmçinin ünvan 1-də yerləşən 29-cu mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6475 manat məbləğində müəyyən edilmişdir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh iddiaçıya dəymiş maddi ziyanın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus 33-cü mənzildən daimi olaraq su sızması nəticəsində baş verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla və sənədlərlə əsaslandırmaq öhdəliyi qoymuşdur. Qanun hakimin öz qərarını tərəfləri dəvət etmədən, öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmasını qadağan etmişdir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ####### 2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65-saylı evin 31-cü mənzilinin divarlarındakı su sızma izləri nəzərə alınaraq, mübahisəli 31-ci mənzilə 33-cü mənzildən su sızmasının baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan 31-cü mənzilə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 10.82 manat müəyyən edilmişdir.

15. Məhkəmə təqdim edilmiş sübutları kompleks şəkildə təhlil edərək, 31-ci mənzilin sahibinin 29-cu mənzildə baş vermiş zərərin 33-cü mənzildən baş vermiş su sızması nəticəsində meydana gəlməsi ilə bağlı arqumentlərini əsassız hesab etmişdir. Belə ki, mənzillərin mərtəbələr üzrə yerləşməsi nəzərə alınmaqla- 29-cu mənzilin 31-ci mənzilin altında, 33-cü mənzilin isə onun üzərində yerləşməsi səbəbindən- dördüncü mərtəbədən sızan suyun üçüncü mərtəbəni ciddi zədələmədən ikinci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşımış və inandırıcı hesab edilməmişdir.

16. Eyni zamanda, 33-cü mənzildən sızma nəticəsində 31-ci mənzilə dəymiş zərərin 1.082 manatla məhdud olması onun miqyasının kiçik olduğunu göstərmiş və bu sızmanın bir mərtəbə aşağıya daha böyük həcmdə zərər vurması ehtimalını istisna etmişdir.

17. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin 33-cü mənzildən baş verən su sızmasının 29-cu mənzildə yaranmış zərərə səbəb olması ilə bağlı iddiaları iş materialları ilə təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, 29-cu mənzildə meydana gəlmiş maddi zərər ilə 31-ci mənzilin sahibi arasında səbəb-nəticə əlaqəsi mövcud olmuş və su sızmasının mənbəyi məhz 31-ci mənzil olmuşdur.

18. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 9.418 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 6475 manat müəyyən edilməsi nəzərə alınmalıdır. İddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir.

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən, məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən və bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

20. Beləliklə, məhkəmə hesab etmişdir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 6475 manat cavabdeh Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 1096,1097.1, 1111.2, 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məkəməsinin qətnamənin tamamilə ləğv edilməsi, hazırkı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsassız olmasını, tam təmin olunmalı olmasını, mənzilinə dəyən ziyanın çox olmasını, bununla bağlı müvafiq ekspert rəyinin məhkəməyə təqdim olunmasını, lakin məhkəmə tərəfindən heç bir əsas olmadan həmin rəyin nəzərə alınmamasını, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının **/**** nömrəli, ## ##### 2025-ci il tarixli rəyində göstərilən iş həcmi (smeta) üzrə qiymətləndirmənin həyata keçirilməməsini, əksinə məhkəmənin əsassız hesab etdiyi əvvəlki rəyə əsaslanmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmişdir.

24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, hazırkı iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə su sızma onun mənzilindən deyil, üst mənzilin, yəni hazırkı iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzilindən onun mənzilinə suyun axıdılması, eləcə də binanın damından axan sular səbəb olmuşdur. Belə ki, əvvəllər binanın şaxtası ustalar tərəfindən yararsız hala salınmış, cavabdeh tərəfindən həmin şaxtanın öz hesabına təmir etdirilmişdir. Bundan başqa, cavabdehin mənzilinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxus mənzildən dəfələrlə su axıdılmış, xəbərdarlıqlara baxmayaraq bir nəticə əldə olunmamış, bu səbəbdən məhkəməyə müraciət edilmiş və məhkəmə qətnaməsi ilə bu hal öz təsdiqini tapmış, dəymiş ziyana görə müvafiq pul vəsaiti tutulmuşdur.

26. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, tikinti-texniki tədqiqat zamanı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ** saylı evin 29-cu mənzilində müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri, rəyə əlavə olunmuş smetaya əsasən, təqribən 9.568,0 manat müəyyən olunmuşdur.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə 26 yanvar 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən, məruzəçi), Fuad Abdiyev və Fuad Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin olunması, cavabdehdən dəymiş maddi ziyana görə 9.418 manatın tutularaq iddiaçının xeyrinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

28. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, tərəflərin qonşu olması, yəni iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ** saylı binanın 2-ci mərtəbəsində yerləşən 29-cu mənzilin, cavabdehin isə iddiaçıya məxsus mənzilin bilavasitə üzərində yerləşən 31-ci mənzilin mülkiyyətçisi olması, üçüncü şəxsə məxsus ** saylı mənzilin isə cavabdehin mənzilinin bir üst mərtəbəsində yerləşməsi, iddiaçının mənzilinə su axıdılması və ona ziyan dəyməsi işin mübahisə olunmayan halları olmuşdur.

29. Mübahisəli məsələ iddiaçının mənzilinə məhz cavabdehin təqsiri nəticəsində, ona məxsus mənzildən suyun axıdılması və dəymiş zərərin məbləği ilə bağlı olmuşdur. İddiaçının özü tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin ## #### 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edildiyi kimi, iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə üst mərtəbədən su axması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 9418,00 manat məbləğində müəyyən olunmuşdur.

30. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən ** saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6475,0 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan ** saylı mənzilin 1 ədəd yaşayış otağı, mətbəx və dəhliz tikililərinin konstruktiv elementlərində — tavan, divar və sair hissələrdə — qüsurların əmələ gəldiyi, həmin qüsurların su sızmasına xarakterik olduğu nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən ** saylı mənzilə su axıdıldığı və nəticədə həmin mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Belə ki, 31 və ** saylı mənzillərin sanitar qovşağı tikililəri təmirli olduğundan, su- 31. kanalizasiya xətləri gizli şəkildə yerləşdiyindən ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

32. Beləliklə, məhkəmə dəymiş zərərin həcminin, yəni məbləğinin müəyyən olunması ilə bağlı iki rəyin mövcud olduğunu nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2024-cü il tarixli rəyinə tənqidi yanaşmış, bu səbəbdən də özünün ##.##.2024-cü il tarixli qərardadında Mərkəzin qeyd olunan rəyinin tədqiqat hissəsinin müfəssəl olmaması səbəbindən təkrar ekspertiza təyin etmiş və ekspertizanın aparılmasının başqa ekspertə həvalə olunmasını göstərmişdir.

33. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspertiza zamanı su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehin iddiaçının mənzilinə dəymiş zərərin üçüncü şəxsin mənzilindən axan sular nəticəsində yaranması barədə dəlillərinə münasibətdə isə məhkəmə mənzillərin mərtəbələr üzrə yerləşməsini nəzərə almışdır. Belə ki, ** saylı mənzil ** saylı mənzilin altında, ** saylı mənzil isə onun üzərində yerləşdiyindən, dördüncü mərtəbədən sızan suyun üçüncü mərtəbəni ciddi zədələmədən ikinci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşımış və inandırıcı hesab edilməmişdir.

34. Eyni zamanda, ** saylı mənzildən sızma nəticəsində ** saylı mənzilə dəymiş zərərin 1082 manatla məhdud olması onun miqyasının kiçik olduğunu göstərmiş və bu sızmanın bir mərtəbə aşağıya daha böyük həcmdə zərər vurması ehtimalını istisna etmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin ** saylı mənzildən baş verən su sızmasının ** saylı mənzildə baş vermiş zərərə səbəb olması ilə bağlı iddiaları iş materialları ilə təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, ** saylı mənzildə meydana gəlmiş maddi zərər ilə ** saylı mənzilin sahibi arasında səbəb-nəticə əlaqəsi mövcud olmuş və su sızmasının mənbəyi məhz ** saylı mənzil olmuşdur.

35. Həmçinin birinci instansiya məhkəməsi dəymiş maddi ziyana münasibətdə qeyd etmişdir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 6475 manat müəyyən edilməsi nəzərə alınmalıdır. İddiaçı tərəfindən iddia edilən məbləğdə maddi ziyanın dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, zərərin məbləği ilə bağlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, qiymətləndirici dəvət edərək müvafiq qiymətləndirməni həyata keçirmədən, özünün razılaşmadığı əvvəlki rəyə əsaslanmaqla qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməni həmin hissədə əsaslandırmamış, sübutların mümkünlüyü və qiymətləndirilməsində səhvə yol vermiş, bunun davamı olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də düzgün həyata keçirməmiş və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

37. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ####### 2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli mənzilin qapısı bağlı olduğundan su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin ** saylı mənzilin divarlarındakı su sızma izləri nəzərə alınaraq, mübahisəli ** saylı mənzilə ** saylı mənzildən su sızmasının baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan ** saylı mənzilə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1082 manat məbləğində müəyyən olunmuşdur.

38. “xxxx” MTK-nin sakinləri tərəfindən tərtib edilmiş ##.##.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, ünvan 1, ** nömrəli mənzildə yaşayan və daimi qeydiyyatda olan Cavabdeh binanın sədrinə rəsmi müraciət etmişdir. Onun yaşadığı mənzilə şahidlərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hamam otağında tavanın suvağı yararsız vəziyyətdə olmuş və elektrik xətti qismən zədələnmişdir. Mətbəxin tavanı tamamilə yararsız halda olmuş, çatlar əmələ gəlmiş, suvaq tam şəkildə sökülmüş, divarda axan suyun izləri qalmışdır. Dəhlizdə bir neçə hissədə suvaq tökülmüş və suyun mütəmadi olaraq axması nəticəsində tavanda qabarmalar əmələ gəlmişdir.

39. Cavabdehin etirazının əsası iddiaçının mənzilinə su axıntısının onun mənzilindən deyil, üçüncü şəxsə məxsus olan ** saylı mənzildən qaynaqlandığı ilə bağlı olmuşdur. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertizada iddiaçının mənzilinə dəymiş zərərin su axıntısından qaynaqlandığı təsdiqini tapmışdır. Bununla belə, ekspert su sızmasının səbəbini müəyyən edə bilməmişdir. Rəylərdə 31 və ** saylı mənzillərin sanitar qovşağı tikililərinin təmirli olduğu, su-kanalizasiya xətlərinin gizli şəkildə yerləşdiyi, eyni zamanda su və kanalizasiya borularının gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə edilmədiyi qeyd olunmuşdur. Bununla yanaşı, iddiaçının mənzilinə həqiqətən su axması və bunun nəticəsində maddi ziyan dəyməsi faktı təsbit olunmuşdur. Cavabdeh tərəf də bu faktı inkar etməmişdir. Belə olan halda, mübahisənin obyektiv həlli üçün birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunduğu kimi, iddiaçıya məxsus mübahisəli ünvanda yerləşən ** nömrəli mənzilə dəymiş zərərin cavabdehə məxsus ** saylı mənzildən deyil, iş üzrə üçüncü şəxsə məxsus ** saylı mənzildən su sızması nəticəsində meydana gəlməsi əsaslı arqument hesab oluna bilməzdi.

40. Belə ki, işin mübahisəsiz halı kimi mənzillər mərtəbələr üzrə, yəni ** saylı mənzil ikinci mərtəbədə, ** saylı mənzil üçüncü mərtəbədə, ** saylı mənzil isə dördüncü mərtəbədə yerləşmişdir. Bu halda dördüncü mərtəbədən sızan suyun üçüncü mərtəbəni ciddi zədələmədən ikinci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşımış və inandırıcı hesab edilməmişdir.

41. Eyni zamanda, cavabdeh də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki cavabdehin mənzili bilavasitə iddiaçının mənzilinin üzərində yerləşmiş, iddiaçının mənzilinin tavanında və divarlarında yaranmış su sızma izləri və onların yerləşmə trayektoriyası suyun məhz cavabdehin mənzilindən axması nəticəsinə gəlməyə kifayət qədər əsas vermişdir. Cavabdeh isə bunun əksini sübut etmək yükünü daşımışdır.

42. Cavabdehin istinad etdiyi məhkəmə aktından və həmin işə aid bəzi sənədlərdən, o cümlədən ekspertiza rəyi və iş üzrə keçirilmiş ekspertiza rəylərindən də görünmüşdür ki, su sızmadan yaranmış qüsurlar əsasən cavabdehin mənzilinin tavan və divarlarında olmuş, döşəmə hissəsində hər hansı qüsurun olması müəyyən edilməmişdir. Həmçinin cavabdeh üçüncü şəxs tərəfindən sonradan da onun mənzilinə su axıdılmasının davam etməsi istiqamətində məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

43. Beləliklə, cavabdehin mənzilinə su axıdılması faktı ilə hazırkı mübahisə arasında, yəni iddiaçının mənzilinə su axıdılması və bunun nəticəsində dəymiş zərərin həcmi ilə cavabdehin mənzilinə üçüncü şəxs tərəfindən su axıdılması arasında birbaşa səbəbli əlaqənin olması müəyyən edilməmişdir.

44. Məhkəmə kollegiyası iddiaçıya dəymiş zərərlə bağlı hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Dəymiş zərərin həcminin, yəni məbləğinin müəyyən olunması ilə bağlı iki rəy mövcud olmuş, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2024-cü il tarixli rəyinə tənqidi yanaşmışdır. Bu səbəbdən də özünün ##.##.2024-cü il tarixli qərardadında Mərkəzin qeyd olunan rəyinin tədqiqat hissəsinin müfəssəl olmaması səbəbindən təkrar ekspertiza təyin etmiş və ekspertizanın aparılmasının başqa ekspertə həvalə olunmasını göstərmişdir.

45. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ##### 2025ci il tarixli rəyində isə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən ** saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmiş, lakin həmin həcmə uyğun müvafiq qiymətləndirmənin ekspertlərin səlahiyyətinə aid olmaması səbəbindən dəymiş zərərin məbləği müəyyən olunmamışdır. Bununla belə, işə baxan birinci instansiya məhkəməsi qiymətləndirici təyin etməmiş, yekunda razılaşmadığı ekspert rəyinə istinad edərək iddiaçıya dəymiş zərərin məbləğini 6.475,0 manat müəyyən etmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ##### 2025-ci il tarixli rəyində öz əksini tapmış təmir işlərinin həcmi, yəni smetası əsasında müvafiq qiymətləndirmənin aparılması dəymiş zərərin obyektiv müəyyən olunması üçün məqsədəmüvafiq hesab edilmiş və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

46. Məhkəməyə təqdim olunmuş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, tikinti-texniki tədqiqat zamanı ünvan 1 ünvanında yerləşən ** saylı mənzildə müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin, rəyə əlavə olunmuş smetaya əsasən, mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 9568,0 (doqquz min beş yüz altmış səkkiz) manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tələbində su sızması nəticəsində onun mənzilinə dəymiş zərər kimi 9.418 manat tələb etmiş, apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyinə əsasən isə dəymiş zərərin məbləği 9568,0 manat müəyyən olunmuşdur.

47. Cavabdeh tərəf isə zərərin məbləğinin daha aşağı olması istiqamətində məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

48. Tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarət olmuşdur ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilmişdir. Bu isə məhkəməni həmin izahatlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur etmişdir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilərək əsaslandırılmalıdır.

49. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 9418 (doqquz min dörd yüz on səkkiz) manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

50. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1,1099, 1111.2-ci, habelə MPM-nin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

51. Cavabdeh (vəkil İlyasova Gülarə Qəzənfər qızı) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh və iş üzrə 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybalı qızı arasında vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mübahisə olmuş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybalı qızına məxsus ** saylı mənzildən cavabdehə məxsus ** saylı mənzilə dəfələrlə su sızması baş vermişdir və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybalı qızına qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi qismən təmin edilmiş, maddi zərərə görə 1.082 manat, mənəvi ziyana görə 200 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatı, cəmi 1.286 manatın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybalı qızından tutularaq Cavabdeh ödənilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ** saylı evin ** saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybalı qızının üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ** saylı evin ** saylı mənzildəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmuşdur. Bundan başqa qeyd edilməlidir ki, təxminən 2017-ci ilin yaz aylarından başlayaraq tərəflərin yaşadığı binanın üzərində fasad örtüyü dəyişmiş, eyvanların üzərində təmir aparılmışdır. Lakin, fasad örtüyü dəyişdiyi zaman binanın yağış və su tullantıları üçün nəzərdə tutulmuş borular ustalar tərəfindən yararsız vəziyyətə gətirilmiş, damda yerləşən borunun əvvəlinin içi daşlarla tutulmuş və eyni zamanda binanın damında yaranan nöqsanlar tam şəkildə aradan qaldırılmamışdır. Bunun nəticəsində yağış yağdığı zaman su tullantıları binanın damında yığılaraq, boruya keçmədən beşinci mərtəbədən başlayaraq aşağı mərtəbələrə, o cümlədən dördüncü mərtəbədə yerləşən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beybalı qızının eyvanından mənzilinə, üçüncü mərtəbədə yerləşən hazırki iş üzrə cavabdeh Cavabdeh eyvanından mənzilinə və ikinci mərtəbədə yerləşən iddiaçıya məxsus mənzilinə sızmışdır. Bunun nəticəsində su həm cavabdehə, həm də iddiaçıya məxsus mənzillərin yaşayış otaqlarına sızmışdır. Bunun qarşısını almaq məqsədilə təxminən 2019-cu ildə hazırki iş üzrə cavabdeh Cavabdeh öz hesabına usta dəvət etmiş, su tullantıları üçün nəzərdə tutulmuş borunun içi təmizlənmiş, yararlı vəziyyətə gətirmək üçün təmir olunmuş və binanın damında olan nöqsanlar aradan qaldırılmışdır. İddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, o, 2019-cu ildən həmin mənzildə yaşamamışdır. Yalnız 2022-ci ildə mənzilinə gəldiyi zaman ona məlum olmuşdur ki, mənzilinə su sızması baş vermişdir. Beləliklə, iddiaçı ona məxsus mənzilinə nə vaxt və haradan su sızmasının baş verməsi ilə bağlı bilə bilməmişdir. Xüsusən qeyd edilmişdir ki, bu kateqoriyalı işlərin araşdırılması sırf ekspert rəyindən asılıdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-ekspertizasının ## #### 2024-cü il tarixli rəydə göstərilmişdir ki, 31 və ** saylı mənzillərin sanitar qovşağı tikililəri təmirli olduğundan, su kanalizasiya xətləri gizli şəkildə olduğundan, ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ##### 2025-ci il tarixli rəydə göstərilmişdir ki, 31 və ** saylı mənzillərin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər hansı bir nasazlıq müşahidə edilmədiyindən su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, qeyd edilmiş ekspert rəylərindən görünür ki, ekspert qarşısında qoyduğu suallara faktiki olaraq cavab verməmiş və verdiyi rəylər natamam olmuşdur. İştirak edən ekspertlər heç bir avadanlıqla təchiz edilməmiş, hansı ki, məsələyə daha dəqiq aydınlıq gətirə bilərdi. Ekspertlər yalnız gözlə görünən su və kanalizasiya borularını müayinə etmiş, binanın damını ümumiyyətlə müşahidə etməmiş və nəticədə natamam rəylər vermişlər. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilə bilməmiş və bu səbəbdən tərəf tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

55. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

56. Maddə 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

57. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

58. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

59. Maddə 111.1. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır

66. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Cavabdehin kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

73. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

74. Cavabdeh, kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

75. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər qonşudurlar, yəni iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ** saylı evin 2-ci mərtəbəsində yerləşən 29-cu mənzilində, cavabdeh isə iddiaçıya məxsus mənzilin bilavasitə üzərində yerləşən 31-ci mənzilində, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə 33-cü mənzilində yaşayır.

76. Hazırkı mübahisəli məsələ iddiaçının mənzilinə məhz cavabdehin təqsiri nəticəsində, ona məxsus mənzildən suyun axıdılması və dəymiş zərərin məbləği ilə bağlı olmuşdur. İddiaçının özü tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin ## #### 2023cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə üst mərtəbədən su axması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 9.418,00 manat təşkil edir.

77. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən ** saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6475,0 manat təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan 29-cu mənzilin 1 ədəd yaşayış otağı, mətbəx və dəhliz tikililərinin konstruktiv elementlərində- tavan, divar və sair hissələrdə qüsurların əmələ gəldiyi, həmin qüsurların su sızmasına xarakterik olduğu nəzərə alınaraq, iddiaçıya məxsus 29-cu mənzilə su axıdıldığı və nəticədə həmin mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Belə ki, 31 və ** saylı mənzillərin sanitar qovşağı tikililəri təmirli olduğundan, su- 78. kanalizasiya xətləri gizli şəkildə yerləşdiyindən, ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

79. Beləliklə, məhkəmə dəymiş zərərin həcminin, yəni məbləğinin müəyyən olunması ilə bağlı iki rəyin mövcud olduğunu nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli ekspert rəyinə tənqidi yanaşmış, bu səbəbdən də özünün ##.##.2024-cü il tarixli qərardadında Mərkəzin qeyd olunan rəyinin tədqiqat hissəsinin müfəssəl olmaması səbəbindən təkrar ekspertiza təyin etmiş və ekspertizanın aparılmasının başqa ekspertə həvalə olunmasını göstərmişdir.

80. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspertiza zamanı su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehin iddiaçının mənzilinə dəymiş zərərin üçüncü şəxsin mənzilindən axan sular nəticəsində yaranması barədə dəlillərinə münasibətdə isə məhkəmə mənzillərin mərtəbələr üzrə yerləşməsini nəzərə almışdır. Belə ki, ** saylı mənzil ** saylı mənzilin altında, ** saylı mənzil isə onun üzərində yerləşdiyindən, 4-cü mərtəbədən sızan suyun 3-mərtəbəni ciddi zədələmədən 2-ci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşımış və inandırıcı hesab edilməmişdir.

81. Eyni zamanda, ** saylı mənzildən sızma nəticəsində ** saylı mənzilə dəymiş zərərin 1.082 manatla məhdud olması onun miqyasının kiçik olduğunu göstərmiş və bu sızmanın bir mərtəbə aşağıya daha böyük həcmdə zərər vurması ehtimalını istisna etmişdir.

82. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin ** saylı mənzildə baş verən su sızmasının ** saylı mənzildə baş vermiş zərərə səbəb olması ilə bağlı iddiaları iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, ** saylı mənzildə meydana gəlmiş maddi zərər ilə ** saylı mənzilin sahibi arasında səbəb-nəticə əlaqəsi mövcud olmuş və su sızmasının mənbəyi məhz ** saylı mənzil olmuşdur.

83. Həmçinin birinci instansiya məhkəməsi dəymiş maddi ziyana münasibətdə qeyd etmişdir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 6475 manat müəyyən edilməsi nəzərə alınmalıdır. İddiaçı tərəfindən iddia edilən məbləğdə maddi ziyanın dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir.

84. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, zərərin məbləği ilə bağlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, qiymətləndirici dəvət edərək müvafiq qiymətləndirməni həyata keçirmədən, özünün razılaşmadığı əvvəlki rəyə əsaslanmaqla qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməni həmin hissədə əsaslandırmamış, sübutların mümkünlüyü və qiymətləndirilməsində səhvə yol vermiş, bunun davamı olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də düzgün həyata keçirməmiş və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

85. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli mənzilin qapısı bağlı olduğundan su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin ** saylı mənzilin divarlarındakı su sızma izləri nəzərə alınaraq, mübahisəli ** saylı mənzilə ** saylı mənzildən su sızmasının baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan ** saylı mənzilə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.082 manat təşkil edir.

86. “xxxx” MTK-nin sakinləri tərəfindən tərtib edilmiş ##.##.2019-cu il tarixli aktdan görünür ki, cavabdehə məxsus mənzilə şahidlərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hamam otağında tavanın suvağı yararsız vəziyyətdə olmuş və elektrik xətti qismən zədələnmişdir. Mətbəxin tavanı tamamilə yararsız halda olmuş, çatlar əmələ gəlmiş, suvaq tam şəkildə sökülmüş, divarda axan suyun izləri qalmışdır. Dəhlizdə bir neçə hissədə suvaq tökülmüş və suyun mütəmadi olaraq axması nəticəsində tavanda qabarmalar əmələ gəlmişdir.

87. Cavabdehin etirazının əsası iddiaçının mənzilinə su axıntısının onun mənzilindən deyil, üçüncü şəxsə məxsus olan ** saylı mənzildən qaynaqlandığı ilə bağlı olmuşdur. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertizada iddiaçının mənzilinə dəymiş zərərin su axıntısından qaynaqlandığı təsdiqini tapmışdır. Bununla belə, ekspert su sızmasının səbəbini müəyyən edə bilməmişdir. Rəylərdə 31 və ** saylı mənzillərin sanitar qovşağı tikililərinin təmirli olduğu, su-kanalizasiya xətlərinin gizli şəkildə yerləşdiyi, eyni zamanda su və kanalizasiya borularının gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə edilmədiyi qeyd olunmuşdur. Bununla yanaşı, iddiaçının mənzilinə həqiqətən su axması və bunun nəticəsində maddi ziyan dəyməsi faktı təsbit olunmuşdur. Cavabdeh tərəf də bu faktı inkar etməmişdir. Belə olan halda, mübahisənin obyektiv həlli üçün birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunduğu kimi, iddiaçıya məxsus mübahisəli ünvanda yerləşən ** nömrəli mənzilə dəymiş zərərin cavabdehə məxsus ** saylı mənzildən deyil, iş üzrə üçüncü şəxsə məxsus ** saylı mənzildən su sızması nəticəsində meydana gəlməsi əsaslı arqument hesab oluna bilməzdi.

88. Belə ki, işin mübahisəsiz halı kimi mənzillər mərtəbələr üzrə, yəni ** saylı mənzil 2-ci mərtəbədə, ** saylı mənzil 3-cü mərtəbədə, ** saylı mənzil isə 4-cü mərtəbədə yerləşmişdir. Bu halda 4-cü mərtəbədən sızan suyun 3-cü mərtəbəni ciddi zədələmədən 2-ci mərtəbədə yerləşən mənzilə ciddi zərər vurması ehtimal xarakteri daşımış və inandırıcı hesab edilməmişdir. Eyni zamanda, cavabdeh də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki cavabdehin mənzili bilavasitə iddiaçının mənzilinin üzərində yerləşmiş, iddiaçının mənzilinin tavanında və divarlarında yaranmış su sızma izləri və onların yerləşmə trayektoriyası suyun məhz cavabdehin mənzilindən axması nəticəsinə gəlməyə kifayət qədər əsas vermişdir. Cavabdeh isə bunun əksini sübut etmək yükünü daşımışdır.

89. Cavabdehin istinad etdiyi məhkəmə aktından və həmin işə aid bəzi sənədlərdən, o cümlədən ekspertiza rəyi və iş üzrə keçirilmiş ekspertiza rəylərindən görünür ki, su sızmadan yaranmış qüsurlar əsasən cavabdehin mənzilinin tavan və divarlarında olmuş, döşəmə hissəsində hər hansı qüsurun olması müəyyən edilməmişdir. Həmçinin cavabdeh üçüncü şəxs tərəfindən sonradan da onun mənzilinə su axıdılmasının davam etməsi istiqamətində məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

90. Beləliklə, cavabdehin mənzilinə su axıdılması faktı ilə hazırkı mübahisə arasında, yəni iddiaçının mənzilinə su axıdılması və bunun nəticəsində dəymiş zərərin həcmi ilə cavabdehin mənzilinə üçüncü şəxs tərəfindən su axıdılması arasında birbaşa səbəbli əlaqənin olması müəyyən edilməmişdir.

91. Apellyasiya məhkəməsi iddiaçıya dəymiş zərərlə bağlı qeyd etmişdir ki, dəymiş zərərin həcminin, yəni məbləğinin müəyyən olunması ilə bağlı iki rəy mövcud olmuş, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli rəyinə tənqidi yanaşmışdır. Bu səbəbdən də özünün ##.##.2024-cü il tarixli qərardadında Mərkəzin qeyd olunan rəyinin tədqiqat hissəsinin müfəssəl olmaması səbəbindən təkrar ekspertiza təyin etmiş və ekspertizanın aparılmasının başqa ekspertə həvalə olunmasını göstərmişdir.

92. Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli ekspert rəyində isə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən ** saylı binanın 2-ci mərtəbəsində yerləşən ** saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmiş, lakin həmin həcmə uyğun müvafiq qiymətləndirmənin ekspertlərin səlahiyyətinə aid olmaması səbəbindən dəymiş zərərin məbləği müəyyən olunmamışdır. Bununla belə, işə baxan birinci instansiya məhkəməsi qiymətləndirici təyin etməmiş, yekunda razılaşmadığı ekspert rəyinə istinad edərək iddiaçıya dəymiş zərərin məbləğini 6.475,0 manat müəyyən etmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli rəyində öz əksini tapmış təmir işlərinin həcmi, yəni smetası əsasında müvafiq qiymətləndirmənin aparılması dəymiş zərərin obyektiv müəyyən olunması üçün məqsədəmüvafiq hesab edilmiş və iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

93. Məhkəməyə təqdim olunmuş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, tikinti-texniki tədqiqat zamanı ünvan 1 ünvanında yerləşən ** saylı mənzildə müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin, rəyə əlavə olunmuş smetaya əsasən, mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 9.568,0 manat təşkil edir.

94. Göründüyü kimi, iddiaçı tələbində su sızması nəticəsində onun mənzilinə dəymiş zərər kimi 9.418 manat tələb etmiş, apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyində isə dəymiş zərərin məbləği 9568,0 manat müəyyən olunmuşdur.

95. Cavabdeh isə zərərin məbləğinin daha aşağı olması istiqamətində məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də apellyasiya məhkəməsi cavabdehin təqsiri üzündən iddiaçının mənzilinə dəymiş maddi zərərin məbləğini 9.418 marat müəyyən etmişdir.

96. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar