Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1373/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 iyul 2026cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Yasamal Rayon Icra Hakimiyyətinin ##.##.2004-cü il tarixli, ***/d saylı razılıq məktubu, “xxxx” MMC-nin ##.##.2004-cü il tarixli, **-*Q saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin KOD 01100003 JN**** saylı dövlət aktı nəzərə alınaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının ##.##.2004-cü il tarixli sərəncamı ilə Yasamal rayonu, Talıblı küçəsində 3,00 ha ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilməsi və həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsinin eyni məqsədlə həmin MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Iddiaçı İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında ##.##.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC ünvan 2 ünvanında inşa ediləcək binanın 13-cü giriş, 9-cu mərtəbəsində yerləşən **** saylı mənzili 46752 manat müqabilində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair iddiaçıya ##.##.2008-ci il tarixli maliyyə arayışı verilmişdir.
4. Qeyd olunan binanın 3 mərtəbəsi tikilsə də, sonradan tikintisi dayandırılmışdır.
5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Başçısının Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı ##.##.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Yasamal Rayon Icra Hakimiyyəti ##.##.2019-cu il tarixli, ***/d saylı məktubla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müraciət edərək, bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə, Cavabdeh MTK-nın sədri Isfəndiyar Axundovun torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsindən Yasamal rayon Icra Hakimiyyətinə göndərilmiş öhdəlik ərizəsi ilə əlaqədar, bu məqsədlə Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış sahəsində, "Qismət" şadlıq sarayının yaxınlığında, "Yeni Yasamal istirahət parkı"nın bilavasitə yanındakı 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 12657 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.
6. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının ##.##.2019-cu il tarixli, *** nömrəli Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış sahəsində “Yeni Yasamal istirahət parkı”nın bilavasitə yanında, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 12657 ha torpaq sahəsi bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-nın icarə əsasında istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsi mövcud qanunvericiliyə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında Cavabdeh MTK-ya həvalə edilməsi qərara alınmışdır.
7. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2020-ci il tarixdə Cavabdeh Mənzil- Tikinti Kooperativinə (VÖEN **********) qoşularaq ##.##.2023-cü il tarixdə ləğv edilmiş, Cavabdeh MTK "xxxx" MMC-nin hüquqi varisidir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC (VÖEN **********) ##.##.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi və ya hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.
8. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alındığı ##.##.2004-cü il tarixdən X1 (##.##.2012-ci il tarixdə vəfat etmişdir) adı Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru kimi reyestrə daxil edilmişdir. Hazırkı tarixədək Cəmiyyət tərəfindən direktor dəyişikliyi ilə əlaqədar idarəyə hər hansı müraciət daxil olmadığı üçün X1 adı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMCnin rəhbəri olaraq reyestr məlumatlarında mövcuddur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə, Cavabdeh MTK-ya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 158000 manat dəyərində dəymiş zərərin, 320 manat məbləğində vəkil xərcinin və 448 manat ödənilmiş dövlət rüsumunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-dən, Cavabdeh MTK-dan və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasında və ya ona yaxın ərazidə yerləşən yeni tikilmiş binaların 7-11-ci mərtəbələrində, 79 kv metr sahəsi olan, 2 otaqlı mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi işin yuxarıda qeyd faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd olunmuşdur ki, sözügedən binanın 3 mərtəbəsinin tikilməsinə baxmayaraq, onlara məlum olmayan səbəblərdən tikinti müəyyən müddətdə tam dayandırılmışdır. Bir neçə gün əvvəl qeyd edilən ünvanda binanın tikintisinin Cavabdeh MTK tərəfindən davam etdirildiyini müşahidə etmişdir. Yasamal Rayon Icra Hakimiyyətinin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət Idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq razılıqları və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının müvafiq sərəncamı olmadan yarımçıq qalmış tikintinin digər MTK tərəfindən davam etdirilməsi mümkün deyildir. Məlumata əsasən qeyd edilən binanın inşasının davam etdirilməsi Cavabdeh MTK-ya həvalə edilərkən, mənzillərin alınması üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə ödəniş etmiş və tikintinin dayandırılması nəticəsində zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi də bir vəzifə kimi Cavabdeh MTK-nın qarşısında qoyulmuşdur. Lakin müvafiq müqaviləyə əsasən mənzilin dəyərinin tam ödənilməsi barədə sənədləri təqdim etməsinə baxmayaraq, “Hollivud” Şadlıq Sarayının 4-cü mərtəbəsində yerləşən ofisdə özünü Cavabdeh MTK-nın rəhbəri kimi təqdim edən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə əvvəllər bilavasitə kənar idarəedici kimi rəhbərlik edən Isfəndiyar Axundov adlı şəxs heç bir əsas göstərmədən bu binada mənzillə təmin edilmək hüququnun olmadığını bildirilmişdir. Müvafiq sorğularla qurumlara müraciət etməklə məlum olmuşdur ki, qeyd edilən ünvanda “xxxx” MMC-yə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında Bakı şəhəri Icra Hakimiyyəti başçısının ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı verilmiş və həmin sərəncama əsasən torpaq sahəsinə dair **/** nömrəli ayrıca aktı tərtib edilmişdir. Eyni zamanda, ünvan 1 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasına Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2019-cu il tarixli, *** nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin məktubuna əsasən, “xxxx” MMC ##.##.2020-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinə qoşularaq ##.##.2023-cü il tarixdə ləğv edilmişdir. Cavabdeh MTK “xxxx” MMC-nin hüquqi varisidir. Cavabdeh onun həm evsiz, həm də vəsaitsiz qalmağında günahkardır. “xxxx” MMC mənzili ona təhvil verməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 onu və onun kimi digər vətəndaşlarının mənafeyinə zidd olaraq həmin mənzilin üzərindəki torpaq sahəsini digər şəxsə vermiş, “xxxx”xxxx“xxxx MTK” ona dəymiş zərəri ödəməkdən imtina etmişdir.
12. Cavabdeh Cavabdeh MTK iddia müddətinin tətbiq edilməsi barədə ərizə və iddiaya etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış müqavilənin 1-ci bəndində qeyd edilən müqavilə predmeti olan mənzillə bağlı notarial qaydada alğı-satqı aparılmasını təsdiq edən hər hansı bir sənədə rast gəlinmir. Göründüyü kimi, qanunvericiliyin tələbi əsasında daşınmaz əmlaka dair notarial qaydada müqavilə bağlanmadığı halda öhdəliyin yaranması üçün mülki qanunvericilik yalnız zərər vurulma və əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin əmələ gəlməsini mümkün saymışdır. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil, yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Fərz edilsə ki, mülki qanunvericiliyə uyğun olaraq hər hansı bir əsasla tərəflər arasında bir öhdəlik hüquq münasibəti mövcud olub, bu halda bir neçə məsələyə diqqət yetirilməlidir. Birincisi, təşkilati hüquqi formasından da göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhdud məsuliyyətli cəmiyyət olub hazırda da belə fəaliyyətini davam etdirir, bu halda tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən pul vəsaitinin həqiqətən ödənilməsi məsələsinin aydınlaşdırılması aparılmalı, həqiqətən iddiaçı şəxsin həmin müqavilələr üzrə pul ödədiyi və yaxud hansı məbləğdə ödədiyi müəyyən edilməlidir. Məlumata görə, iş üzrə cinayət işi olmuş və məhkəmə hökmü ilə məsələyə münasibət bildirilmişdir. Eyni zamanda Ali Məhkəmənin *(***)-*****/**** saylı, ##.##.2014-cü il tarixli qərarı vəsatətə əlavə edilmişdir. Istər "xxxx" MMCyə qarşı, istərsə də Cavabdeh MTK-ya qarşı, qanunu qüvvəsini almış Ali Məhkəmənin qərarı və qərardadları vardır. Həmin qərarla müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin ünvan 3 ünvanda inşa edilən binada mənzilləri öz adından satmağa səlahiyyəti olmadığından, X2 ilə bağlanmış olduğu ##.##.2008-ci il tarixli mənzil tikintisi müqaviləsi əhəmiyyətsiz əqddir. Həmçinin mülki qanunvericiliklə tənzimlənən iddia müddəti də ötürülmüşdür.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin rəhbəri barəsində dələduzluq faktı ilə cinayət işi başlanmış, o, cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Cinayət işi üzrə onlar zərəçəkmiş şəxs qismində cəlb edilməmişlər. Sonradan binanı inşa etmək səlahiyyəti “xxxx” MMC-yə, o ləğv edildikdən sonra isə Cavabdeh MTK-ya keçmişdir. Bu səbəbdən də həmin MTK-dan mənzil verilməsini tələb edirlər. Çünki mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC faktiki olaraq fəaliyyət göstərmir.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi X3 bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC podratçı şirkət olmuşdur. Yəni onun alqı-satqı müqaviləsinin tərəfi olmaq hüququ olmamışdır. Müvafiq məsələ ilə bağlı çoxsaylı məhkəmə qərarları vardır. Məhkəmə təcrübəsi artıq formalaşmışdır. Hazırda isə Cavabdeh MTK-nın hər hansı bir öhdəliyi yoxdur. Iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-827/2025 nörmrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə müqavilə iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmışdır və hər iki tərəfin iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasında “xxxx” MMC və ya Cavabdeh MTK iştirak etməmişdir. Sözügedən müqavilə “xxxx” MMC və Cavabdeh MTK üçün hər hansı öhdəlik (vəzifə) yaratmır. Iddiaçının təqdim etdiyi Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli və *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərarlarından da göründüyü kimi, oxşar mübahisələrə dair işlərdə “xxxx” MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC ilə birgə borclu olmadığı üçün məsuliyyət daşımadığı müəyyən edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, ## ##### 2007-ci il tarixdə "xxxx" MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, “xxxx” MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış, alğı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər “xxxx” MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaqdır.
18. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri, o cümlədən icra hakimiyyətlərinin qərarlarını, dövlət orqanlarının məktublarını və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını araşdıraraq müəyyən etmişdir ki, tikinti hüququ “xxxx” MMC-yə məxsus olmuş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müvafiq sərəncamı əsasında həmin ərazidə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icazə məhz bu şirkətə verilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMCnin həmin sahəyə və tikintiyə dair hüquq sahibi olması və ya satış həyata keçirmək səlahiyyətinə malik olması barədə hər hansı sübut təqdim edilməmişdir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının icra hakimiyyəti tərəfindən, zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması dəlilinə münasibətdə qeyd etmişdir ki, icra hakimiyyəti orqanının qərarı ilə hər hansı hüquqi şəxsin üzərinə zərəri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi tərəfindən mənzilin bir neçə şəxsə satılması nəticəsində zərərçəkmiş vətəndaşların siyahısı tərtib edilmiş və müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Hazırki iş üzrə iddiaçı isə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK-nın hazırkı binanın inşasında iştirak etməsi onun əvvəlki şirkətin öhdəliklərini avtomatik şəkildə qəbul etməsi anlamına gəlmir. Iddiaçı ilə bu qurum arasında hər hansı hüquq münasibəti yaranmadığından, Cavabdeh MTK-nın mənzili iddiaçıya təhvil vermək vəzifəsi mövcud deyildir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 385.1, 386.1 və 387.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3 və 217.4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətovanın şikayəti üzrə # ### 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(005)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya ikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə, Cavabdeh MTK-ya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 158000 manat dəyərində dəymiş zərərin, 320 manat məbləğində vəkil xərcinin və 448 manat ödənilmiş dövlət rüsumunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-dən, Cavabdeh MTK-dan və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş 1 ədəd 5 girişli, 2 səviyyəsi zirzəmili, 19-20-21 (+mansarda) mərtəbəli yaşayış binasında və ya ona yaxın ərazidə yerləşən yeni tikilmiş binaların 7-11-ci mərtəbələrində, 79 kv metr sahəsi olan, 2 otaqlı mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK-nın hazırkı binanın inşasında iştirak etməsi onun əvvəlki şirkətin öhdəliklərini avtomatik şəkildə qəbul etməsi anlamına gəlmir. Iddiaçı ilə bu qurum arasında hər hansı hüquq münasibəti yaranmadığından, Cavabdeh MTK-nın mənzili iddiaçıya təhvil vermək vəzifəsi mövcud deyildir. Məhkəmə məsələyə səthi yanaşmışdır. Əgər tərəflər arasında müqavilə yoxdursa, deməli münasibət də yoxdur (qeyd: əsassız varlanma və delikt halları hazırda müzakirə predmeti deyildir). Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamı qanunvericiliyin digər kateqoriyasına aid edilir. Həmin kateqoriya, Mülki Məcəllənin 14.2.2-ci maddəsində (dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları) öz əksini tapmışdır. Məsələ burasındadır ki, sərəncam qəbul edildiyi zaman, Cavabdeh MTK artıq həmin sərəncamın icrası ilə bağlı yarana biləcək riskləri anlayaraq, icranı öz öhdəsinə götürmüşdür. Digər tərəfdən, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin ərazidə binanın tikintisi dayandırıldığı zaman, artıq binanın bir hissəsi tikilmişdir. Şübhəsiz ki, həmin binanın tikintisi buna görə vəsait ödəmiş sifarişçilərin hesabına həyata keçirilmişdir. Bundan əlavə, qanunvericiliyin əsası olan “vicdanlı əldə edən prinsipi”nə əsasən birgə fəaliyyət göstərən hüquqi şəxslər arasında olan münasibətlər, vicdanlı əldə edən şəxsin mənafeyinə zidd həyata keçirilə bilməzdi. Bu səbəbdən, onların mövcud olan istənilən şərt iddiaçı üçün məcburi hesab edilə bilməz. Halbuki, məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC ilə “xxxx” arasında olan hüquq münasibətlərinə toxunur və həmin münasibətlərdən irəli gələn müddəalar iddianın rədd edilməsinin əsasını təşkil edir. Həmçinin məhkəmə haqsız olaraq, “xxxx MTK”-nın sübut qismində təqdim etdiyi məhkəmə qətnaməsini və qərarlarını əsas götürmüşdür. Lakin məsələ burasındadır ki, həmin işlərin heç birində sübut qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamına istinad edilməmiş, həmin sərəncama münasibət bildirilməmişdir. Məlumat üçün bildirilir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni nə qədər ki, həmin işlər üzrə sırf sözügedən sərəncamla bağlı münasibət bildirilməmişdir, həmin qərarlar məhkəmənin qətnamə qəbul etməsi üçün əsas hesab edilə bilməz və hər hansı preyedusiyal qüvvəyə malik ola bilməz. Bütün bu məqamlar, onu deməyə əsas verir ki, məhkəmə işi hər tərəfli araşdırmamış qanunvericiliyin mövcud normalarını isə yanlış tətbiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamı ilə Cavabdeh MTK üzərinə qoyulmuş vəzifələr iddiaçı ilə cavabdeh Cavabdeh MTK arasında mülki münasibətlər yaratmışdır. Lakin məhkəmə bu normanı inkar etmiş, tərəflərin arasında müqavilənin mövcud olmamasını əsas gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2020-ci il tarixdə Cavabdeh Mənzil-Tikinti Kooperativinə (VÖEN**********) qoşularaq ##.##.2023-cü il tarixdə ləğv edilmişdir, Cavabdeh MTK "xxxx" MMC-nin hüquq varisidir. Təbii ki, sırf formal həqiqət tərəfindən deyil, ağlabatan mühakimə tərəfindən yanaşılsa, görünər ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə "xxxx" MMC arasında şübhəli, qabaqcadan alıcıları aldadan müqavilə bağlanır, "xxxx" MMC ləğv edilir və nəticədə həmin ərazi Cavabdeh MTK-nın balansına keçir. Hesab edir ki, bütün bunların özü də sxem xarakteri daşıyır. Lakin bütün bunlara baxmayaraq, məhkəmə tərəfindən həmin hallara qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, iddiaçı İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında ##.##.2008-ci iltarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən MMC ünvan 2 ünvanında inşa ediləcək binanın 13-cü giriş, 9-cu mərtəbəsində yerləşən **** saylı mənzili 46752 manat müqabilində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair ##.##.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, Cavabdeh MTK ilə iddiaçı İddiaçı arasında münasibətlərin yaranmasının əsası kimi dövlət orqanının qərarı yəni, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamı qeyd olunmuşdur. Həmin sərəncamdan görünür ki, Yasamal rayonu Yeni Yasamal-2 yaşayış sahəsində “Yeni Yasamal istirahət parkı”nın bilavasitə yanında, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 12657 ha torpaq sahəsi bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-nın icarə əsasında istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsi mövcud qanunvericiliyə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında Cavabdeh MTK-ya həvalə edilməsi qərara alınmışdır. Mülki Məcəllə 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmənin istinad etdiyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC ilə “xxxx” MMC arasında olan hər hansı razılaşmanın hazırkı iddiaya və iddiaçıya tətbiqi yolverilməzdir. Belə ki, həmin şərtlərin tətbiqi birbaşa vicdanlılıq prinsipinə xələl gətirir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin keçirilən məhkəmə prosesindən məlumdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iş üzrə sübutları dərindən tədqiq etməmişdir. Məhkəmə “xxxx MTK”-nın sübut qismində təqdim etdiyi məhkəmə qətnaməsini və qərarlarını əsas götürmüşdür. Halbuki, həmin işlərin heç birisində sübut qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamına istinad edilməmiş, həmin sərəncama münasibət bildirilməmişdir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC ilə “xxxx” MMC arasında olan razılaşmaya istinad etmiş lakin, həmin razılaşma işə əlavə edilməmişdir. Bu səbəbdən həmin razılaşmanın mötəbərliyinə də əsaslı şübhələr mövcuddur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi xahiş olunur.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif Isgəndərov və Azad Imanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilmişdir.
25. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanmasında “xxxx” MMC və ya Cavabdeh MTK iştirak etmədiyindən bu müqavilə “xxxx” MMC və Cavabdeh MTK üçün hər hansı öhdəlik (vəzifə) yarada bilməz. Bundan başqa Cavabdeh MTK-nın hazırda binanın inşasında iştirak etməsi halı da, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanan ##.##.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə üzrə podratçının öhdəliyinin icrasının cavabdehdən tələb edilməsi üçün əsas ola bilməz. Belə ki, mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tikinti hüququ “xxxx” MMC-yə məxsus olmuş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müvafiq sərəncamı əsasında həmin ərazidə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icazə məhz “xxxx” MMC-yə verilmişdir. Iddiaçı isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin tikintiyə dair hüquq sahibi olması, inşa edilən binada olan mənzillərin satışını həyata keçirmək səlahiyyətinə malik olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, araşdırma zamanı da bu hallar müəyyən olunmamışdır.
26. Məhkəmə, həmçinin qeyd etmişdir ki, icra hakimiyyəti orqanının qərarı ilə hər hansı hüquqi şəxsin üzərinə zərəri ödəmək vəzifəsi qoyulması mümkün olmadığından, iddiaçı bağladığı müqavilə ilə bağlı zərərçəkən şəxs qismində tanınması barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən onun “icra hakimiyyəti tərəfindən, zərər çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması” ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, sifarişçi İddiaçı ilə podratçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmış ##.##.2008-ci il tarixli mənzil tikintisi haqqında podrat müqaviləsi üzrə mənzili Cavabdeh MTK-nın iddiaçı İddiaçı təhvil vermək kimi öhdəliyi olmadığından, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz.
27. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilib iş üzrə iddia tələbini tam təmin edən yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinin tələblərini nəzərə almamış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamının tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasına hüquqi əsas yaratmasını qiymətləndirməmiş, yalnız tərəflər arasında birbaşa müqavilənin olmamasına istinad etməklə yanlış nəticəyə gəlmişdir. Həmçinin Mülki Məcəllənin 385 və 386-cı maddələrinin tələblərinə zidd olaraq, “xxxx” MMC-nin Cavabdeh MTK-ya birləşməsi nəticəsində sonuncunun hüquqi varis kimi əvvəlki öhdəliklərini daşıdığı nəzərə alınmamış, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmış və tam icra edilmiş mənzil tikintisi müqaviləsindən irəli gələn hüquqların müdafiəsi təmin edilməmişdir. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 182.1-ci maddəsində təsbit olunmuş vicdanlı əldə edən prinsipini düzgün tətbiq etməmiş, iddiaçının mənzili qanuni müqavilə əsasında əldə etməsinə və ödənişi tam həyata keçirməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC ilə “xxxx” MMC arasında bağlanmış daxili hüquq münasibətlərini iddiaçıya qarşı tətbiq etmişdir.
30. Eyni zamanda, kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələblərinin pozulduğu, məhkəmənin sübutları tam, hərtərəfli və obyektiv araşdırmadığı, xüsusilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamına və həmin sərəncamın hüquqi nəticələrinə lazımi qiymət vermədiyi, bunun nəticəsində iş üzrə səhv hüquqi nəticəyə gəldiyi qeyd edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Azərbaycan Respublkasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
35. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
39. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.