Məhkəmə qərarları › İş №2(1-8)-1408/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1408/2026

08.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1408/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: “delikt nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2023-cü il tarixdə, saat 08:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində cavabdeh Cavabdeh idarə etdiyi "Mazda CX-5" markalı avtomobil ilə iddiaçı İddiaçı idarə etdiyi "Rivale 800" markalı motosiklet toqquşmuş, nəticədə iddiaçıya məxsus motosikletə və qoruyucu vasitələrə zərər dəymişdir.

2. Yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması, iddiaçıya cavabdehin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən 5.000 manat sığorta ödənişinin verilməsi, həmçinin motosikletin, motodəbilqənin və dizliyin zədələnməsi işin mübahisəsiz halıdır.

3. Tərəflər arasında mübahisə iddiaçıya dəymiş maddi zərərin məbləği ilə bağlı olmuşdur.

4. “MOTO SERVIS BADAMDAR” “xxxx” MMC şirkəti tərəfindən tərtib edilmiş ## #### 2023-cü il tarixli təmir kartındakı məlumatlara əsasən “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletin təmiri üçün görülmüş işlərin dəyəri 14332.62 manat olmuşdur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2024-cü il tarixli, */**** nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “MOTO SERVIS BADAMDAR” “xxxx” MMC tərəfindən tərtib edilmiş “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin təzə hissələrin qiymətinə müvafiq 13048.69 manat (dəyişilməli hissələri qiyməti 9998.69 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat), aşınma tətbiq edilməklə 9974 manat (dəyişilməli hissələri qiyməti 6924 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat) müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2024-cü il tarixli, 9/6641nömrəli rəyindən görünür ki, “icon” markalı motodəbilqənin dəyəri 400 manat, “icon” markalı dizliyin dəyəri 95 manat müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdeh Cavabdeh motosikletə dəymiş zərərə görə 9342,62 manat, yararsız hala düşmüş motodəbilqənin dəyəri olaraq 680 manat, yararsız hala düşmüş dizliyin dəyəri olaraq 110,50 manat, taksi xidmətinə çəkilmiş xərclərə görə 1955,00 manat, müalicə dövründə əmək haqqında olmuş azalmaya görə 300 manat, ödənilmiş dövlət rüsumu olaraq 130 manat, çəkilmiş vəkil xərci olaraq 250 manat, ümumilikdə isə 12.768,12 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə cavabdehin idarə etdiyi "Mazda CX-5" markalı avtomobilin yol hərəkəti qaydalarını pozaraq sağa dönmə manevri etməsi nəticəsində onun idarə etdiyi motosikletlə toqquşma baş vermiş, nəticədə özü müxtəlif bədən xəsarətləri almış, motosikleti, motodəbilqəsi və dizliyi yararsız hala düşmüşdür. Hadisə üzrə aparılmış araşdırma nəticəsində cavabdehin Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi onun təqsirini təsdiq etmişdir. Iddiaçı göstərmişdir ki, motosikletin təmir dəyərinin sığorta ödənişindən sonra qalan 9.342,62 manat hissəsi, 680 manat dəyərində motodəbilqə, 110,50 manat dəyərində dizlik, motosikletdən istifadə edə bilmədiyi müddətdə taksi xidmətinə çəkdiyi 2.620,50 manat xərc və müalicə dövründə əmək haqqının 300 manat azalması olmaqla, ümumilikdə 13.053,62 manat məbləğində maddi zərər çəkmişdir. Bundan əlavə, cavabdehin hadisədən sonra ona köməklik göstərməməsi, təhqiredici davranışlar sərgiləməsi, vəziyyəti ilə maraqlanmaması və ziyanın könüllü ödənilməsi barədə müraciətlərə cavab verməməsi ona mənəvi iztirab verdiyindən, dəymiş maddi zərərin cavabdehdən tutulmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli iş üzrə ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh motosikletə dəymiş zərərə görə 4974 manat, motodəbilqənin dəyəri olan 400 manat, dizliyin dəyəri olan 95 manat, taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manat, hüquqi xidmət üçün ödənilmiş 250 manat, ödənilmiş dövlət rüsumunun 80.53 manatın tutularaq İddiaçı ödənilməsi, məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 89.89 manatının cavabdeh Cavabdeh, 60.11 manatının iddiaçı İddiaçı tutulması qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh “Mazda CX-5” markalı **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikleti vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman iddiaçıya məxsus motosikletin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək iddia tələbində qeyd olunmuş məbləğlərlə razı olmadığını bildirmişdir.

11. Məhkəmə dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd etmişdir ki, ## #### 2023-cü il tarixli zərər aktından görünür ki, “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletə 14332,62 manat zərər dəymişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin təzə hissələrin qiymətinə müvafiq 13048.69 manat (dəyişilməli hissələri qiyməti 9998.69 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat), aşınma tətbiq edilməklə 9974 manat (dəyişilməli hissələri qiyməti 6924 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat) müəyyən edilmişdir. Cavabdehin icbari sığortası olduğuna görə “xxxx” Sığorta Şirkəti ASC tərəfindən 5000 manat məbləğində zərərin əvəzi İddiaçı ödənilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 21.3-cü maddələrinə, 1096.1 və 1096.2-ci maddələrinə, 1097.1-ci maddəsinə, 1108.1-ci maddəsinə və 1115-ci maddəsinə əsaslandırmışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli, Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ##.##.2024-cü il tarixli ekspert rəyini əsas götürsə də, həmin rəyin düzgünlüyünə dair etirazlarını və təkrar ekspertiza keçirilməsi barədə vəsatətini qiymətləndirməmişdir. Şikayətçi bildirmişdir ki, ekspert rəyində müəyyən edilən 13.048,69 manat (aşınma tətbiq edilməklə 9.974 manat) məbləğində təmir xərci 2014-cü il buraxılışlı "MV Agusta Rivale 800" markalı motosikletin bazar dəyərinə bərabər və ya ona çox yaxın olduğundan, bu məbləğin real zərəri əks etdirməsi inandırıcı deyildir. Buna görə də, motosikletə dəymiş həqiqi zərərin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə ekspertizasının keçirilməsi zəruridir. Bundan əlavə, cavabdeh iddiaçının taksi xidmətinə çəkdiyi xərclərin də sübuta yetirilmədiyini bildirmişdir. Şikayətə görə, iddiaçının hadisədən əvvəl işə mütəmadi olaraq motosikletlə gedibgəldiyi, təqdim edilən "Bolt" tətbiqi çıxarışlarının məhz iddiaçıya aid olduğu və həmin səfərlərin məhz motosikletdən istifadə edə bilmədiyi üçün həyata keçirildiyi sübuta yetirilməmişdir. Həmçinin məhkəmənin taksi səfərlərinin məqsədini və 1.955 manat məbləğində xərcin həqiqətən iddiaçı tərəfindən çəkilib-çəkilmədiyini araşdırmadan həmin məbləği təmin etməsi əsassız hesab edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2024-cü il tarixli, */**** nömrəli rəyindən görünür ki, “icon” markalı motodəbilqənin dəyəri 400 manat, “icon” markalı dizliyin dəyəri 95 manat müəyyən edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Abdıyev Fuad (sədrlik edən və məruzəçi), Musayeva Cəmilə və Babayev Fuad) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları tam və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kollegiya qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri nəticəsində baş verməsi, cavabdehin Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması və iddiaçının motosikletinə maddi zərər vurulması mübahisəsiz hallardır. Mübahisə yalnız zərərin məbləği və ödənilməli kompensasiyanın həcmi ilə bağlı olmuşdur.

17. Kollegiya cavabdehin ekspert rəyinin düzgün olmaması və təkrar ekspertiza keçirilməsi barədə dəlillərini əsassız hesab etmişdir. Bu məqsədlə əlavə qiymətləndirmə aparılması təşəbbüsü göstərilsə də, mütəxəssis rəyi əldə edilməmiş, cavabdehin təqdim etdiyi alternativ qiymətləndirmə rəyinin isə tədqiqat metodikası göstərilmədiyindən mötəbər sübut kimi qəbul edilməsi mümkün olmamışdır. Kollegiya vurğulamışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri elmi metodlara, bazar qiymətlərinə və ekspert praktikasına əsaslandığından, birinci instansiya məhkəməsinin həmin rəyləri əsas sübut kimi qəbul etməsi qanuni və əsaslı olmuşdur. Həmçinin motodəbilqə və dizliyin dəyərinin ayrıca ekspertiza ilə müəyyən edilməsi onların motosikletin təmir xərclərinə daxil edilmədiyini təsdiq etmişdir.

18. Apellyasiya məhkəməsi taksi xərcləri ilə bağlı da iddiaçının tələblərini əsaslı hesab etmişdir. Kollegiya müəyyən etmişdir ki, iddiaçının yaşayış yeri, iş yerinin yerləşdiyi ərazi, qəzanın başvermə yeri və vaxtı onun hadisəyədək işə motosikletlə gedib-gəldiyini təsdiq edir. Iş materiallarında olan "Bolt" tətbiqindən çıxarışlar da iddiaçının yalnız işə gedib-gəlməsi ilə əlaqədar taksi xidmətindən istifadə etdiyini göstərmişdir. Bundan əlavə, iddiaçının mülkiyyətində avtomobilin olması onun işə motosikletlə getməsinə və motosiklet istifadəyə yararsız qaldığı müddətdə taksidən istifadə etməsinə maneə kimi qiymətləndirilməmişdir.

19. Bütün bu halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Buna görə də apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin üzərində qalması qərara alınmışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 21.3-cü maddələrinə, 1096-cı maddəsinə, 1097.1-ci maddəsinə, 1108.1-ci maddəsinə və 1115ci maddəsinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə, 77.1-ci maddəsinə, 119.1-ci maddəsinə, 121.1-ci maddəsinə, 217.1, 217.3 və 217.4-cü maddələrinə və 384.0.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək,apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 və 1115-ci maddələrini düzgün tətbiq etməmiş, motosikletə dəymiş zərərin müəyyən edilməsində ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinə əsassız olaraq üstünlük vermişlər. Kassator bildirmişdir ki, ekspert rəyində göstərilən 13.048,69 manat (aşınma tətbiq edilməklə 9.974 manat) məbləğində təmir xərci motosikletin 2014-cü il buraxılışlı bazar dəyərinə bərabər və ya ona yaxın olduğundan real zərəri əks etdirmir və şişirdilmişdir. Buna baxmayaraq, məhkəmələr onun ekspert rəyinə etirazlarını və təkrar ekspertiza keçirilməsi barədə vəsatətlərini lazımi qaydada qiymətləndirməmiş, apellyasiya instansiyası tərəfindən yeni mütəxəssis rəyi alınması mümkün olmadıqda isə başqa ixtisaslaşmış servis və ya ekspert müəssisəsinə müraciət edilməmişdir.

23. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmələr ##.##.2023-cü il tarixli zərər aktına və ##.##.2024-cü il tarixli ekspert rəyinə istinad etsələr də, həmin rəylərin niyə mötəbər hesab edildiyini kifayət qədər əsaslandırmamışlar. Onun fikrincə, müəyyən edilmiş təmir xərci motosikletin faktiki bazar dəyərinə yaxın olduğundan belə nəticə yaranır ki, guya nəqliyyat vasitəsi tamamilə yenidən yaradılmışdır ki, bu da real vəziyyətə uyğun deyildir. Bu səbəbdən kassator hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulmuş, iş tam və obyektiv araşdırılmamışdır. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və motosikletə dəymiş real zərərin müəyyən edilməsi məqsədilə təkrar ekspertiza təyin edilməsi zəruridir.

24. Həmçinin kassator göstərmişdir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsini düzgün tətbiq etməmiş, taksi xərclərinin real zərər kimi cavabdehdən tutulması üçün zəruri olan halları tam araşdırmamışdır. Kassatorun fikrincə, iddiaçı tərəfindən təqdim edilən "Bolt" tətbiqindən çıxarışlar yalnız müəyyən tarixlərdə taksi xidmətindən istifadə edildiyini göstərir, lakin həmin xərclərin məhz yol-nəqliyyat hadisəsi nəticəsində və işə gedib-gəlmək məqsədilə çəkildiyini sübut etmir. Eyni zamanda, iddiaçının qəzadan əvvəl işə mütəmadi olaraq motosikletlə gedib-gəldiyi, təqdim olunan çıxarışların məhz ona aid olduğu, taksidən istifadənin qaçılmaz və alternativsiz olduğu, habelə qəza ilə taksi xərcləri arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğu sübuta yetirilməmişdir. Kassator həmçinin iddiaçının başqa nəqliyyat vasitəsinə malik olduğu halda niyə şəxsi avtomobildən deyil, məhz taksidən istifadə etməsinin məhkəmə tərəfindən araşdırılmadığını bildirmişdir.

25. Bundan başqa, kassator qeyd etmişdir ki, məhkəmələr ekspert rəyinə etirazlarını və təkrar ekspertiza keçirilməsi barədə vəsatətlərini nəzərə almamış, motosikletə dəymiş zərərin real məbləğini müəyyən etmək üçün bütün mümkün prosessual tədbirləri həyata keçirməmişlər. Onun fikrincə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 416, 418 və 420-ci maddələrinin tələbləri pozulmuş, sübutlar hərtərəfli və obyektiv qiymətləndirilməmiş, məhkəmə qətnamələri kifayət qədər əsaslandırılmamışdır. Bu səbəbdən kassator Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, alternativ olaraq isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə, 402ci maddəsinə, 416-cı maddəsinə, 418-ci maddəsinə və 420-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməlidir.

49. Işdən görünür ki, apellyasiya məhkəməsinin baxış predmeti olan hissə iddia tələbinin təmin edildiyi hissə olmuşdur.

50. Iddiaçının tələbi cavabdehdən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə aşağıdakı xərclərin tutulması hissəsində təmin edilmişdir: motosikletə dəymiş zərərə görə 4974 manat, motodəbilqənin dəyəri olan 400 manat, dizliyin dəyəri olan 95 manat, taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manat.

51. Kollegiya taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manatın cavabdehdən tutulması hissəsi istisna olmaqla hesab edir ki, digər iddia tələblərinə apellyasiya məhkəməsi tərəfindən iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət verilmiş, sübutların qiymətləndirilməsi prosessual normaların tələblərinə uyğun həyata keçirilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə məhkəmənin hansı səbəbdən razılaşmadığı tam və ətraflı əsaslandırılmış, həmin hissələrdə kassasiya şikayətində qeyd edilmiş pozuntulara yol verilməmişdir.Buna görə də, həmin hissələrdə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

52. Kollegiya cavabdehin kassasiya şikayətini qismən əsaslı hesab edərək qeyd edir ki, motosikletin təmirdə olduğu müddətdə taksi xidmətinə çəkilmiş xərclərə görə pul tələbinə dair hissədə iddiaçının təqdim etdiyi sübutla bağlı aparılmış araşdırma və sübutun qiymətləndirilməsi prosessual normaların tələblərinə uyğun həyata keçirilməmişdir.

53. MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Apellyasiya məhkəməsi tərəfindən qətnamədə işdəki “Bolt” taksi xidmətindən istifadə ilə bağlı çıxarışların məhz iddiaçının “Bolt” tətbiqindəki hesabına aid olduğunu hansı sübuta əsasən müəyyən etdiyini əsaslandırmamışdır. Çıxarışların üzərində hesab sahibinin ad və soyadı qeyd olunmadığından və apellyasiya şikayətində bu xərclərin məhz iddiaçı tərəfindən çəkilib-çəkilmədiyinin araşdırılmaması pozuntu olaraq qeyd edildiyindən MPM-nin 80-ci maddəsinə əsasən apellyasiya məhkəməsi ilk növbədə qeyd edilən sübutun hazırkı işə aid olub-olmadığını yoxlamalı idi.

54. Bundan əlavə işdəki “Təmir kartı”nda motosikletin təmir üçün “MOTO SERVIS BADAMDAR” “xxxx” MMC-yə ##.##.2023-cü il tarixdə təhvil verildiyi (giriş tarixi) qeyd edilsə də, təmir işlərinin hansı tarixdə başa çatdığı qeyd edilməmiş, məhkəmə işin bu halını tərəflərlə müzakirə etməmişdir. Işdəki “Bolt” tətbiqindən çıxarışlarda taksi xidməti ilə bağlı ödənişlər 2023cü ilin avqust-2024-cü ilin may aylarını əhatə etdiyi halda, məhkəmə bu müddət ərzində iddiaçıya məxsus motosikletin təmir müddətini bu qədər davam etməsinin ağlabatan olubolmadığına qiymət verməmiş, çəkilmiş xərclərlə baş vermiş mülki hüquq pozuntusu arasında səbəbli əlaqənin mövcudluğu qətnamədə əsaslandırılmamışdır.

55. MM-nin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu nəzərdə tutulsa da, maddi zərərə görə kompensasiyanın həcmi MM-nin 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyənləşdirilir.

56. MM-nin 21.2-ci maddəsində maddi zərərə verilmiş anlayışdan görünür ki, hüququ pozulmuş şəxsə ödənilməli olan maddi zərər hüququn bərpa edilməsi üçün çəkilmiş və ya çəkiləcək zəruri xərclərdən ibarət olmaqla zərərin əvəzini ödənilməsi zərərçəkənin əsassız varlanmasına səbəb olmamalıdır.

57. Zədələnmiş nəqliyyat vasitəsinin təmirdə olduğu müddət ərzində zərərçəkən daha komfortlu və daha bahalı nəqliyyat vasitəsindən və ya daha üstün xidmətdən istifadə etmişsə (məsələn: hazırkı işdə olduğu kimi taksi xidmətindən) çəkdiyi xərclərin məhkəmə tərəfindən tam həcmdə zərər kimi qiymətləndirilməsi üçün sübut etməlidir ki, həmin dövrdə hüququnu bərpa etmək üçün başqa vasitə və imkan olmamışdır. Hazırkı halda da, iddiaçı motosikletin təmirdə olduğu müddət ərzində taksi xidmətindən istifadə ilə bağlı çəkdiyi xərclərin tam həcmdə ödənilməsi üçün həmin dövrdə eyni modeldə və markada motosiklet icarəyə götürmək imkanı olmadığını və ya icarəyə götürəcəyi təqdirdə daha artıq xərcə məruz qalacağını konkret sübutlara istinad edərək əsaslandırmalı idi.

58. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə taksi xərclərinin əvəzinin tutulması hissəsində ləğv edilməli, işə həmin hissədə yenidən baxılarkən məhkəmə tərəfindən “Bolt” taksi xidmətindən istifadə ilə bağlı çıxarışların iddiaçının “Bolt” tətbiqindəki hesabından əldə edilib-edilmədiyi araşdırılmalı, bu tələblə bağlı dəymiş ziyanın həcmi hesablanarkən zədələnmiş motosikletin təmirdə olduğu müddət müəyyənləşdirilməli, məhkəmə tərəfindən təmir müddətinin ağlabatan olub-olmadığına qiymət verilməli, bu tələblə bağlı dəymiş ziyanın həcmi müəyyənləşdirilərkən qərarın 54-57-ci bəndlərində qeyd edilmiş hüquqi mövqe nəzərə alınmalıdır.

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manat ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən apellyasiya baxışına qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi qismən-taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manat ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar