Məhkəmə qərarları › İş №2(1-8)-1411/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1411/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1411/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aktının kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv əsasları (işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa), işə eyni tərkibin hakimi tərəfindən təkrar baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Hacıyev Sənan Firudin oğlundan və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

2. Iddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Qaradağ RPI-nin 11-ci Polis Bölməsində verdiyi ## ###### 2023-cü il tarixli yazılı izahatına əsasən o, qohumu Cavabdeha inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Cavabdeha göndərmişdir. Daha sonra Cavabdeh ona zəng edərək göndərdiyi 93000 manata 2 ədəd ev aldığını bildirmişdir. 2022-ci il mart ayında Azərbaycana gəlmiş və Cavabdehdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin, Cavabdeh iddiaçının ölkəyə qısa müddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və o, işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Rusiyaya qayıtdıqdan sonra Cavabdeha zəng edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Cavabdeh isə həmin anda etiraz etməmiş, evləri satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. ## ###### 2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Cavabdehgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını Cavabdehdan tələb etmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələr gətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə ona pul verildiyini danmış və boynuna almamışdır.

3. Cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Qaradağ RPI-nin 11-ci Polis Bölməsində verdiyi ## ###### 2023-cü il tarixli yazılı izahatına əsasən Iddiaçı onun qohumudur. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər-hansı mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Iddiaçı ona zəng edərək, rus pulunun məzənnəsinin düşdüyünü, ona pul göndərəcəyini bildirmiş və göndərəcəyi pulları Iddiaçıın həyat yoldaşına çatdırmasını tələb etmişdir. 2021-ci ilin dekabr ayının 27-29 tarixlərində Iddiaçı ona hissə-hissə olmaqla, ümumilikdə 42000 manat pul göndərmiş, o isə həmin pulu Iddiaçıın həyat yoldaşı XXXyə vermişdir. O, Iddiaçı yalnız 42000 manat pul almış, həmin pulu da Iddiaçıın həyat yoldaşı XXX xanıma vermişdir. Bundan əlavə aralarında pul məsələsi olmamışdır.

4. X5 Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Qaradağ RPI-nin 11-ci Polis Bölməsində verdiyi ## ###### 2023-cü il tarixli yazılı izahatına əsasən, o, həyat yoldaşı Cavabdeh və Iddiaçı arasında olan danışıqlara qarışmamış, xəbəri olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Iddiaçı onun adına 5000 ABŞ dolları göndərmiş, daha sonra göndərilən pulu Cavabdehla bankdan götürdükdən sonra Cavabdeha təhvil vermişdir.

5. XXXnun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Qaradağ RPI-nin 11-ci Polis Bölməsində verdiyi ## ###### 2023-cü il tarixli yazılı izahatına əsasən, Cavabdeh onun qonşusudur. Iddiaçı ## ###### 2021-ci il tarixdə onun adına 10000 ABŞ dolları, ## ###### 2021-ci il tarixdə isə yenidən 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. Ümumilikdə göndərilən 20000 ABŞ dolları məbləğində pulu Cavabdeha təhvil vermişdir.

6. X2 Qaradağ RPI-də verdiyi ## ###### 2023-cü il tarixli yazılı izahatına əsasən o, 2014-cü ildə Iddiaçı ilə ailə qurmuşdur və birgə nikahdan üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra Iddiaçı RF-nin Yakutiya şəhərində işləyib yaşadığından onlar oraya yaşamağa getmişlər. 2017-ci ildə o, Azərbaycana qayıtmaqla 1 il Azərbaycanda yaşamış və yenidən həyat yoldaşının yanına qayıtmışdır. O, ikinci dəfə Yakutiyaya qayıtdıqda Iddiaçıın orada başqa qadınla yaşadığını bilmişdir. Bir neçə il birtəhər dözüb, Iddiaçıın ailəsinə qarşı diqqətsizliyini görüb 2021-ci ildə yenidən Azərbaycana qayıtmışdır. Iddiaçı onu yola salanda hissə-hissə pul göndərəcəyini, həmin pulu toplayaraq ev alacaqlarını və birgə yaşayacaqlarını demişdir. O, həmin pulu müxtəlif adamların adından və öz adından qohumu olan Cavabdeh adına yollayırdı. Iddiaçı pulu göndərən kimi ona zəng edərək hansı məbləğdə pul göndərdiyini deyirdi. Həmin gün, yaxud bir gün sonra Cavabdeh da pulu götürüb qəbzi ilə birlikdə ona verirdi. Bildirir ki, onun 2021-ci ildə RF-dan Azərbaycana qayıtmağına səbəb o olmuşdur ki, Iddiaçı orada saxladığı qadını artıq gətirib onunla bir evə salmışdır. O, qayıtdıqdan sonra boşanmaya ərizə verdi. Lakin həmin ərəfədə qohumlar onları boşanmağa qoymadı və onları barışdırdılar. Bir müddət sonra o, Iddiaçıın artıq tüfeyli həyat sürüb yenidən öz əməllərinə davam etdiyindən bezmiş və ona son xəbərdarlığını etmişdir. 2023-cü ilin mart ayında baldızı Mirvari onların yaşadıqları Ələt qəsəbəsinə gəlmiş və evdə münaqişə yaratmışdır. Həmin vaxt o, bilmişdir ki, Iddiaçı Bakıda bacısının adına ev almışdır. Qeyd edir ki, Iddiaçı iki dəfə Bakıya gəlib və həmin pulları onun əlindən alıb özü ilə aparmışdır. Iddiaçıın göndərdiyi bütün pulları Cavabdeh ona gətirib çatdırmış və sonra həmin pulları Iddiaçı ondan almışdır. Iddiaçı Azərbaycana gəldikdə Cavabdehın bacısı qızı olan, boşanan qadınla ailə həyatı qurmaq və onunla bir evdə saxlamaq istəyirdi. Buna görə Iddiaçıla mübahisə etmiş, Iddiaçı onu döymüş və demişdir ki, Cavabdehın da, onun da başına oyun açacaq.

7. Qaradağ RPI-nin TŞ-nin təhqiqatçısı, XXXun ## ###### 2023-cü il tarixli qərarı ilə Iddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, Iddiaçı müraciətində göstərdiyi fakt öz təsdiqini tapmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 ABŞ dolları və 50500 manat olmaqla, ümumilikdə 93000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh Cavabdeh iddiaçının yaxın qohumudur. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Tərəflər hər zaman mehriban olmuşlar və iddiaçının cavabdehə inamı olmuşdur, aralarında qohumluqdan əlavə qarşılıqlı dostluq münasibətləri də olmuşdur. Iddiaçı Azərbaycanda özünə ev almaq məqsədilə qohumu Cavabdehla məsləhətləşən zaman Cavabdeh əgər iddiaçı ona pul göndərərsə onun adına ev alacağını bildirmişdir. Iddiaçı Cavabdeha inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Cavabdeha göndərmişdir. Həmin pulun bir hissəsini 25000 ABŞ dolları, bir hissəsini isə 50500 manat şəkilində vermişdir. Iddiaçı həmin pulun bir hissəsini Cavabdehın həyat yoldaşı X5 və Cavabdehın qonşusu XXX vasitəsi ilə cavabdeh Cavabdeh göndərmişdir. X5 5000 ABŞ dolları və cavabdehin qonşusu XXXna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dollarını iddiaçıdan alaraq cavabdeh Cavabdeh verdiklərini bildirmişlər. Cavabdeh iddiaçıya bildirmişdir ki, 93000 manata Qaradağ rayonu, Ələt qəsəbəsində iki ədəd ev ala bilər. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı Rusiyada olduğu üçün həmin evləri iddiaçının adına ala bilməz, lakin iddiaçı razılıq versə evləri öz adına alar və gələcəkdə iddiaçı Azərbaycana gəlsə evləri dərhal onun adına keçirər. Iddiaçı cavabdehə inanmış və evlərin onun adına alınmasına razılıq vermişdir. Təxminən bir həftə sonra Cavabdeh iddiaçıya zəng edərək bildirmişdir ki, iddiaçının göndərdiyi 93000 manata 2 ədəd ev almışdır. 2022-ci ilin mart ayında iddiaçı Azərbaycana gəlmiş və Cavabdehdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Cavabdeh iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və iddiaçı işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Iddiaçı Rusiyaya qayıtdıqdan sonra Cavabdeha zəng edərək onun iddiaçını aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Cavabdeh isə həmin anda etiraz etməmiş, evləri iddiaçı Azərbaycana gələndə satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. Iddiaçı isə bununla razılaşmış və ## ###### 2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Cavabdehgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələr gətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə iddiaçının ona pul verdiyini danmış və boynuna almamışdır. Eyni zamanda bununla bağlı istənilən yerə şikayət edə biləcəklərini bildirmişdir. Iddiaçı dəfələrlə qohumları vasitəsilə 93000 manat pulu geri verməsini tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən hesab etmişdir ki, cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. Aradan 2 il keçməsinə baxmayaraq, cavabdeh Cavabdeh nəinki 93000 manat pulu ödəmir, hətta telefon zənglərinə belə cavab vermir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Qaradağ RPI-nin 11-ci Polis Şöbəsinə şikayət etmiş və cavabdeh Cavabdeh şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Izahatında cavabdeh Cavabdeh qeyd etmişdir ki, guya iddiaçı Iddiaçı ona hissəhissə olmaqla ümumilikdə 42000 manat pul vermişdir, geri qalan 51000 manatın ona verilməsini boynuna almamışdır. Əlavə olaraq, Bakı şəhəri Qaradağ RPI-nin 11-ci Polis Şöbəsində ayrı-ayrı izahatları alınmış, cavabdeh Cavabdeh həyat yoldaşı X5 və Cavabdehın qonşusu XXX izahat verərək bildirmişlər ki, iddiaçı Iddiaçı X5 5000 ABŞ dolları və cavabdehin qonşusu XXXna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dolları məbləğində pulu cavabdeh Cavabdeh vermişlər. Beləliklə, 42000 manat pulun cavabdehdə olması barədə kifayət qədər sübut vardır. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 məktubundan görünür ki, cavabdehin həyat yoldaşı X5 adına ## ###### 2018-ci il tarixli çıxarış ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, XXX küçəsi, ev 22, mənzil 15 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Rusiyadan iddiaçının həyat yoldaşı və uşaqları gələndə həmin evdə yaşamışlar. Bu hallar isə bir daha təsdiq edir ki, qeyd olunan mənzil iddiaçının 2018-ci ilə qədər göndərdiyi pul vəsaiti hesabına alınmışdır.

10. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında həm qohumluq, həm də dostluq münasibətləri olmuş, aralarında heç bir mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə zəng edərək ona pul göndərəcəyini və həmin pulu həyat yoldaşı XXXyə verməli olduğunu bildirmişdir. 2021ci ilin 27-29 dekabr ayında hissə-hissə olmaqla iddiaçı ümumilikdə 42000 manat pulu cavabdehə göndərmiş, həmin pulun 5000 ABŞ dolları hissəsi cavabdehin həyat yoldaşının adına, 20000 ABŞ dolları hissəsi isə cavabdehin qonşusunun adına göndərilmiş, cavabdeh də həmin pulu aldıqdan sonra qəbzləri ilə birlikdə iddiaçının həyat yoldaşı XXXyə vermişdir. Tərəflər arasında bundan başqa pul münasibəti olmamışdır. Cavabdeh Cavabdeh hazırda iddiaçı Iddiaçı heç bir borcu yoxdur və həm polis orqanında, həm də məhkəmədə tədqiq olunan bütün sübutlar bunu təsdiq edir. Iddiaçı tərəf cavabdehin 42000 manatla bağlı polis orqanında verdiyi izahatını borcun etirafı kimi qələmə verir, halbuki cavabdeh öz izahatında həmin pulu aldıqdan sonra iddiaçının həyat yoldaşına verdiyini bildirmiş, iddiaçının həyat yoldaşı da öz izahatında bunu təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfin guya 42000 manata dair kifayət qədər sübutun olması barədə dəlili həqiqətə uyğun deyildir. Qalan məbləğlə bağlı isə iddiaçı tərəfin ümumiyyətlə hər hansı sübutu yoxdur. Belə ki, cavabdehin həyat yoldaşının adına 2018ci ilin yanvar ayında qeydiyyata alınmış mənzilin guya iddiaçının vəsaiti hesabına alınması tamamilə yalandır. Nə polis orqanında verilən izahatlarda, nə də iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı pul vəsaitinin göndərilməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, iddiaçının həyat yoldaşı Rusiyadan gələndə yaşadığı mənzilin cavabdehin ailəsinə məxsus olduğunu, iddiaçıya heç bir aidiyyətinin olmadığını özü də təsdiq etmişdir. Hesab etmişdir ki, iddia tələbi həqiqətə uyğun olmadığından və hər hansı mötəbər sübuta əsaslanmadığından əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfin cavabdeh tərəfə Rusiya Federasiyasından “Zolotaya Korona” və “Contact” pul köçürmə sistemləri ilə XXX və X5 vasitəsilə 42000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının həyat yoldaşı XXXya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən, ## ###### 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid XXXun ifadəsi, habelə iddiaçının həyat yoldaşı olan şahid XXXnın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Ona görə də, 42000 manata dair hissədə iddia tələbi əsassız hesab olunaraq, təmin edilməməlidir.

13. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, iddia tələbinin qalan 51000 manata dair hissəsi ilə bağlı məhkəməyə ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu barədə iddiaçının atası şahid XXXin, bacısı şahid XXXanın, ailə dostu XXXnın ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

14. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür. Iddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, xxxx X3 məktubları, eyni zamanda iddiaçının həyat yoldaşı XXXnın ifadəsi ilə təkzib olunur.

15. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

16. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.6, 385.1, 394-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

20. Lakin, iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

21. Iddiaçının cavabdehə Rusiya Federasiyasından “Zolotaya korona” və “Contact” pul köçürmə sistemləri ilə XXX və XXX vasitəsilə 42000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının arvadı XXX ya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən, ## ###### 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid XXXun ifadəsi, habelə iddiaçının arvadı olan şahid XXX nın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır.

22. Iddia tələbinin 51000 manata dair hissəsi ilə bağlı isə iddiaçı tərəfindən ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Iddiaçının atası XXX, bacısı XXX, ailə dostu XXXnın şahid ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür.

23. Iddia tələbinin əsaslandığı digər hallar (o cümlədən, iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, “xxxx” X3 məktubları, eyni zamanda iddiaçının arvadı XXX nın ifadəsi ilə təkzib olunur.

24. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

25. Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, onun (hazırda mərhum) anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40000 manatdan çox pul vermişdir. Iddiaçı həmin telefon danışığını özündə əks etdirən diski Rayon Məhkəməsinə təqdim etsə də, birinci instansiya məhkəməsi diski sübut kimi qəbul etməmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qeyd edilən disk apellyasiya baxışı zamanı məhkəmə tərəfindən dinlənilmiş və bu zaman müəyyən edilmişdir ki, həmin danışıq MPM-in 95.2-ci maddəsinin tələbi pozulmaqla yazılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin diski sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5, 324, 385, 386, 394-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 95-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-

28. *(***)-***/**** nömrəli qərarı ilə (hakim V.Baxışovanın məruzəsi ilə, hakimlər Z.Əliyev ci il tarixli, və Z.Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

29. Kassasiya kollegiyası qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə etdiyindən mübahisəyə həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona müəyyən tapşırıq verildiyini və bu tapşırıqla bağlı 42000 manat məbləğində pul göndərildiyini qəbul etdiyindən MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azaddır.

30. Işdən görünür ki, tərəflər arasındakı mübahisəli məsələ verilmiş tapşırığın məzmunu ilə bağlıdır. Iddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının həyat yoldaşına təqdim edilməsi üçün göndərildiyini bildirmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Iddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyini təsdiq etmək üçün məhkəməyə şahid ifadələri və ## #### 2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısı təqdim etmişdir.

31. Kassasiya kollegiyası daha sonra bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının təqdim etdiyi səs yazısını sübut qismində qəbul etməməsi MPM-in 95.2-ci maddəsinin tələbinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı halda sübut kimi təqdim edilmiş səs yazısındakı danışıq iddiaçı ilə deyil, onun anası ilə aparıldığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi prosessual pozuntu hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahid XXXnın ifadəsinin mötəbərliyinə (həqiqətə uyğun olub-olmadığına) qiymət verərkən işin hallarını, onunla iddiaçı arasındakı münasibətlərin 2021-ci ildən pozulmasının şahidin özünün Qaradağ RPI TŞ-nə verdiyi, iş materiallarına əlavə edilmiş yazılı ifadə ilə təsdiq edildiyini, 2023cü ilin avqust ayında nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair iş materiallarında sübut olduğunu (Neftçala Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadı), şahidin birinci instansiya məhkəməsində ## ##### 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin sualına cavab olaraq hazırda cavabdehin ailəsinə məxsus evdə yaşadığını təsdiq etdiyini, bu səbəbdən cavabdehlə şahidin maraqlarının üst-üstə düşdüyünü nəzərə almamış, bununla da MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.

33. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 777.2, 778.1, 778.2, 778.3, 779.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 95.2, 106.3, 194.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim F.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Imanov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərindədir.

36. Lakin, iddiaçı tələbinin əsaslı olmasına (yəni əmlak alınması məqsədi ilə pulun verilməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

37. Tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə edir. Iddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının arvadına təqdim edilməsi üçün göndərildiyini bildirmişdir. Tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçı bununla bağlı dəlilini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq, tələbin istinad edilən faktiki və hüquqi əsaslarla əsaslı olmasının sübut edilməsi vəzifəsinə yönəlik tərəflər arasında öhdəlik münasibətinin mövcud olmadığı qənaətinə gəlmiş, tələbdə müəyyən edilən öhdəlik münasibətinin mövcudluğu sübut edilməsə də, iddiaçının arvadına göndərdiyi pul vəsaitinin çatdırılması barədə tapşırıq müəyyən edilmişdir ki, onun da icra edildiyi X2 etirafı ilə öz təsdiqini tapmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim V.Həsənovun məruzəsi ilə, hakimlər Ə.Əhmədov və İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

40. Işə baxan kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş səs yazısındakı məlumatlar, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri hazırkı işin halları ilə bağlıdır. Bu yazıdakı məlumatların və şahid ifadələrinin mötəbərliyi isə işdə olan digər sübutların qiymətləndirilməsindən sonra müəyyən oluna bilərdi ki, apellyasiya instansiyası məhkəməsi belə qiymətləndirmə aparmamışdır.

41. Bundan əlavə, hakimin şahid ifadəsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı mövqeyi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər. Işə baxmış məhkəmə cavabdeh tərəfindən şahid qismində təqdim edilmiş, XXXnın ifadəsini cavabdehin etirazında istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul etmiş və göstərmişdir ki, onun ifadəsi pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə təsdiq edilir.

42. Kassasiya kollegiyasının qənaətinə görə hazırkı mübahisənin həlli üçün, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınaraq qiymətləndirmə aparılmalı olduğu halda belə qiymətləndirmənin aparılması təmin olunmalı idi.

43. Lakin, apellyasiya məhkəməsi göstərişlərlə bağlı hər hansı araşdırma aparmadan hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərində olmasına, iddiaçının tələbinin əsaslı olmasına (yəni əmlak alınması məqsədi ilə pulun verilməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməməsinə əsaslanmaqla tələbin istinad edilən faktiki və hüquqi əsaslarla əsaslı olmasının sübut edilməsi vəzifəsinə yönəlik tərəflər arasında öhdəlik münasibətinin mövcud olmadığı qənaətinə gəlmişdir. Sonda apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tələbdə müəyyən edilən öhdəlik münasibətinin mövcudluğu sübut edilməsə də, iddiaçının arvadına göndərdiyi pul vəsaitinin çatdırılması barədə tapşırıq müəyyən edilmişdir ki, onun da icra edildiyi X2 etirafı ilə öz təsdiqini tapmışdır.

f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh Cavabdeh 25000 ABŞ dolları tutularaq iddiaçı Iddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 25000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş mübahisəsiz hallarına görə iddiaçı Rusiya Federasiyasında olarkən cavabdehin qonşusu XXX və həyat yoldaşı X5 vasitəsilə cavabdehə ## ###### 2021 - ## ###### 2022-ci il tarixlərdə ümumilikdə 25000 ABŞ dolları məbləğində pul göndərmişdir. Iddiaçının bu məbləğdən artıq vəsait göndərdiyi cavabdeh tərəfindən qəbul edilməmiş və iddiaçı bu barədə yazılı sübutlar təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın 50500 manat tələbinə aid hissədə rədd olunması barədə qənaəti düzgün olmuşdur, həmin hissədə qətnamə əsaslı və qanunidir.

46. Bununla belə, apellyasiya kollegiyası 25000 ABŞ dolları məbləğində pul tələbinə aid hissədə iddianın rədd olunması ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyinin təsdiqi kimi məhkəməyə şahid ifadələri və ## #### 2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısını təqdim etmişdir. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya icraatı zamanı səs yazısının cavabdehə aid olmadığını bildirsə də, iddiaçının anası ilə cavabdeh arasında telefon danışığının baş tutduğunu da inkar etməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi daha əvvəlki məhkəmə iclaslarında da telefon danışığının olmasını inkar etməmiş, lakin həmin səs yazısının sübut kimi qəbul edilməməsini xahiş etmişdir. Işə ikinci dəfə baxan kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş səs yazısındakı məlumatlar və şahid ifadələri hazırkı işin halları ilə bağlıdır. Bu yazıdakı məlumatların və şahid ifadələrinin mötəbərliyi isə işdə olan digər sübutların qiymətləndirilməsindən sonra müəyyən oluna bilərdi ki, apellyasiya instansiyası məhkəməsi belə qiymətləndirmə aparmamışdır. Hazırkı halda isə iddiaçının tapşırığı ilə onun valideyni olan anası cavabdehlə telefon əlaqəsi saxlamış və danışığı qeydə almışdır. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında mübahisə məhkəmə müstəvisinə çıxanadək iddiaçı valideynləri və bacısı ilə birgə cavabdehin yaşadığı evə getmiş, yaranmış mübahisə zamanı isə cavabdeh DIN-in 102 xidmətinə məlumat vermişdir. Yəni, iddiaçının anası tərəflər arasında aparılan danışıqların bilavasitə iştirakçısı olmuşdur. Həm də nəzərə alınmalıdır ki, tərəflər qohumdurlar.

47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı özü RF-da yaşadığı üçün onun xahişi ilə anasının cavabdehlə telefon danışığı aparması Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş “birbaşa əlaqədar tərəflər arasında olan danışıqlar” kontekstində qiymətləndirilməklə hazırkı işə aidiyyəti istisna edilməməlidir. Telefon danışığında isə iddiaçının anası cavabdehə evin satılması ilə bağlı suallar verir. Cavabdeh isə öz növbəsində iddiaçının ona göndərdiyi pullarla bağlı sənədləri təqdim etdiyini, iddiaçının təxminən 40000 manat göndərdiyini, evi isə 50000 manata satışa qoyduğunu bildirir. Evin satılması üçün iddiaçı tərəfindən müştəri axtarıldığı qeyd edilir. Işin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehə 25000 ABŞ dolları göndərmiş, həmçinin qeyd edilən məbləğin alınmasını cavabdehin nümayəndəsi də məhkəmə iclasında etiraf etmişdir. Lakin cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, cavabdeh pulu aldıqdan sonra onu iddiaçının keçmiş arvadına vermiş, o da öz növbəsində pulu aldığını, daha sonra isə iddiaçıya verdiyini bildirmişdir. Cavabdeh iddiaçının göndərdiyi pulla ev alınması barədə tərəflər arasında şifahi tapşırıq müqaviləsinin bağlanmasını etiraf etməsə də, qeyd edilən məsələ iddiaçının anası ilə cavabdeh arasında baş tutan telefon danışığında öz təsdiqini tapmışdır. Mübahisə ilə bağlı məhkəməyə müraciət edilməzdən əvvəl baş tutan telefon danışığında iddiaçının anası cavabdehə müraciət edərək, “onu arvadı bir pencəklə evdən qovdu” ifadəsini cavabdeh təsdiq edir. Göründüyü kimi iddiaçı ilə arvadı XXX nın münasibətləri sonuncu polis orqanlarında və məhkəmədə ifadə verənədək kəskin şəkildə pozulmuşdur, ona görə də onun ifadəsinin mötəbər hesab edilməsi mümkün deyil. XXX nın mübahisəli münasibətlər yarandığı vaxt cavabdehə məxsus mənzildə kirayə yaşaması, iddiaçı ilə nikahlarının pozulması, birgə təsərrüfata son qoymaları, hazırda da cavabdehin evində yaşaması belə nəticəyə gəlməyə əsas verir ki, o, hazırda cavabdeh tərəfə daha yaxın münasibətdədir və cavabdehin mövqeyini müdafiə etməyə çalışır. Məhz buna görədir ki, XXX 25000 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən ona təhvil verilməsi barədə ifadələr vermişdir.

48. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadələri səs yazısı ilə birgə tədqiq edildikdə, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə əsasən iddiaçının Rusiya Federasiyasından göndərdiyi pul hesabına cavabdehə ev alınması ilə bağlı şifahi tapşırıq verildiyi və 25000 ABŞ dolları məbləğində pulun da cavabdehə məhz bu məqsədlə göndərildiyi öz təsdiqini tapmış olur.

49. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 385.1, 386.1, 560.1, 560.2, 777.1, 777.2, 778.2, 778.3, 779.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

50. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini “Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ### 2024-cü il tarixli qətnaməsi qismən - cavabdeh Cavabdeh 25000 ABŞ dolları tutularaq iddiaçı Iddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 25000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq iddiaçı Iddiaçı ödənilməsi” hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı maddəsinin 1-ci hissəsinin, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Mülki Prosessual Məcəllənin 2.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

52. Belə ki, iddiaçı tərəflə cavabdeh tərəf yaxın qohumlardır (iddiaçı ilə cavabdeh dayıoğlu bibioğludur), yaxın münasibətlərdə olublar, cavabdehlə iddiaçı tərəfin, hətta iddiaçının anasının telefon danışığının olması labüddür. Danışıq qəti şəkildə qəbul edilməyərək, hesab edilmişdir ki, həmin saxta səs yazısı sübut kimi qəbul edilə bilməz. Anlaşılmayan məqam həmçinin ondan ibarətdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi necə müəyyən etdi ki, həmin danışıq ehtimal olunan şəxslərə aiddir. Təbii ki, bu absurddur. Bundan başqa məhkəmə qeyd edir ki, “iddiaçı cavabdehə 25000 ABŞ dolları göndərmiş, həmçinin qeyd edilən məbləğin alınmasını cavabdehin nümayəndəsi də məhkəmə iclasında etiraf etmişdir”. Əvvəla işin bu halını cavabdeh tərəf məhkəmədən əvvəl belə qəbul edilmiş, bütün məhkəmə instansiyalarında təsdiq etmiş, heç vaxt bu halı inkar etməmişdir. Bu hal işin mübahisəsiz halıdır. Lakin işin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehə göndərilmiş həmin 25000 ABŞ dolları göndərilən gün iddiaçının həyat yoldaşı XXX ya təhvil verilmişdir. Lakin, “nədənsə” iddiaçı bu halı qəbul etməyərək, birdən-birə cavabdeh dostu və yaxın qohumu Cavabdeh tələb etmək qərarına gəlmişdir. Təbii ki, bunun əsl səbəbini iddiaçı gözəl bilir. Işi araşdıran apellyasiya instansiyası məhkəməsi işin araşdırılmasına kifayət qədər diqqət yetirməmişdir. Belə ki, iddiaçı tərəf bütün proseslər boyu guya iddiaçı tərəfindən göndərilən pula cavabdeh tərəfindən öz adına və ya həyat yoldaşının adına ev aldığını iddia etsələr də, bu halı heç bir halda sübut edə bilməmişdirlər. Əksinə birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə bu halı yoxlamaq üçün müvafiq qurumlara sorğu göndərsə də, heç bir təsdiq edici cavab gəlməmişdir. Istisna, cavabdehin həyat yoldaşı XXXnın adına iddiaçı ilə cavabdehin arasındakı pul münasibətlərindən əvvəl əldə edilmiş fərdi yaşayış evi. Iddiaçı tərəf evi gördüklərini belə iddia etsələr də, həmin “gördükləri” evin fotoşəklini belə təqdim edə bilməmişlər. Ümumiyyətlə baxmayaraq ki, iddiaçı iddiasını heç bir halda sübut edə bilməmişdir, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olaraq iddianı qismən təmin etmişdir.

53. Cavabdeh Cavabdeh nümayəndəsi, vəkil nümayəndə1 daha sonra kassasiya şikayətinə dair mülahizə ərizəsi adlı sənəd (kassasiya şikayətinə əlavə məzmunlu) göndərərək göstərmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində sonuncu dəfə baxılarkən məhkəmə tərkibində hakim Xumar Mərdanova iştirak etmişdir ki, həmin hakim bu işin əvvəlki apellyasiya məhkəmə baxışında da iştirak etmişdir. Yəni, işə qanunsuz tərkibdə baxılmış və bu kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir.

54. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

56. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

57. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirməsə də, kassasiya şikayətinə əlavənin dəlillərinə uyğun olaraq hazırkı kassasiya baxışının predmetini bu qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 19.1.3-cü maddəsinə əsasən hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə, hakimin işə baxılmasına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. Işdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.1-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. 418.5-ci maddəsinə əsasən bu Məcəllənin 418.4.1.- 418.4.3-cü və 418.4.6 – 418.4.10cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının kobud pozuntusuna yol verildiyindən kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq mübahisələndirilən qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

60. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Hazırkı mülki işə kassasiya məhkəməsi tərəfindən baxılan zaman müəyyən edilmişdir ki, iddiaçının rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə işə ilk dəfə baxmış apellyasiya instansiyası məhkəməsinin tərkibində Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova iştirak etmişdir (bax bənd 18).

62. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə sonuncu dəfə təkrarən hakim Xumar Mərdanovanın iştirakı ilə baxılaraq, yekun məhkəmə aktı qəbul edilmişdir (bax bənd 46).

63. Halbuki, əvvəllər apellyasiya instansiyası məhkəməsində işin mahiyyəti üzrə baxılmasında iştirak etmiş həmin hakimin təkrarən hazırkı mülki işə mahiyyəti üzrə baxmağa Mülki Prosessual Məcəllənin 19.1.3 və 23.1-ci maddələrinə əsasən səlahiyyəti olmamışdır.

64. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

65. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsində isə göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

66. Ali Qanunun 127-ci maddəsinə müvafiq olaraq hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

67. Hakimin qərəzsizlik prinsipi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində ifadəsini tapan ədalətli məhkəmə baxışı hüququnun tərkib hissəsini təşkil edir. De Cuber işində Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, iştirakçı dövlətin üzərinə öz məhkəmə sistemini elə qurmaq öhdəliyi düşür ki, bu sistem 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab versin. Bu tələblərin arasında birinci sırada qərəzsizlik durur. Məhkəmə həmçinin qeyd etmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərhi, ədalətli məhkəmə baxışına olan hüququn demokratik cəmiyyətdə rolu nəzərə alınmaqla, - xüsusən əsas prinsiplərdən olan hakimlərin qərəzsizliyi prinsipinə münasibətdə, bu maddənin predmet və məqsədləri ilə uzlaşmazdı.

68. Insan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, hakimlərin qərəzsizliyi anlayışı iki - obyektiv və subyektiv ünsürə malikdir. Əvvəla, “məhkəmə subyektiv olaraq qərəzsiz olmalıdır”, o mənada ki, “məhkəmənin üzvlərindən heç biri hər hansı qabaqcadan formalaşmış inam və rəğbətə malik olmamalıdır”. Bu şəxsi “qərəzsizlik əksi sübut olunmayınca üstünlüyə malikdir.” Ikincisi, “məhkəmə obyektiv cəhətdən qərəzsiz olmalıdır”, o mənada ki, “qərəzsizliyinə dair əsaslı şübhələri istisna edən təminata malik olmalıdır.” Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmənin müstəqilliyi və qərəzsizliyinə inam üçün xarici əlamətlər də mühüm rol oynayır.

69. Eyni zamanda, hakimlərin qərəzsizliyi xeyli dərəcədə ictimaiyyətin onu qəbul etməsi ilə əlaqədardır. Məlumdur ki, ədalət mühakiməsi təkcə həyata keçirilməli deyil, həm də elə tərzdə həyata keçirilməlidir ki, cəmiyyət bunu hiss etsin. Bu ifadəni qərəzsizliyə münasibətdə tətbiq etsək, deyə bilərik ki, hakimlər sadəcə qərəzsiz olmalı deyil, onlar ictimai şüurda, cəmiyyət tərəfindən bu cür qəbul olunmalıdırlar.

70. Kassasiya kollegiyası Mülki Prosessual Məcəllənin 418.4.1 və 418.5-ci maddələrini əsas götürərək hesab edir ki, hazırki işə eyni hakimin iştirakı ilə təkrarən baxıldığından, bu hal yekun məhkəmə aktı ləğv edilmədən aradan qaldırıla bilməz.

71. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

72. Daha sonra, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qeyd olunan prosessual pozuntu ilə bağlı ləğv edildiyindən, iddianın mübahisələndirilən hissədə əsaslılığı, maddi və digər prosessual hüquq normaların pozulmasına yol verilib-verilməməsinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Işə yenidən baxılarkən apellyasiya məhkəməsi işə bundan əvvəl baxmış kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməklə, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar