Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1421/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xxxx “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə ödənilməmiş borc, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, xxxx “X2” MMC-nin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-*/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən xxxx “X2” MMC-nin kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “X2” MMC ilə Cavabdeh arasında “Inşaat Mallarının nisyə satılması” barədə ## #### 2023-cü il tarixli müqavilə bağlanmış, tərəflər müqavilə üzrə aylıq ödənişlərin ##.##.2023-cü il tarixdən 4716.03 manat olmaqla, 3 ay ərzində ödənilməsinə dair öhdəlik götürmüşlər.
2. ##.##.2023-cü il tarixli qəbzdə qeyd olunmuşdur ki, Cavabdeh 16648.10 manat məbləğində malları tam qüsursuz şəkildə təhvil almışdır.
3. Cavabdeh həqiqi hərbi xidmətə çağırılmış və ##.##.2023-cü il tarixdə hərbi hissəyə göndərilmişdir.
4. Cavabdeh ## ##### 2025-ci il tarixli pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
5. ## ####### 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh “X2” MMC-yə ##.##.2023-cü il tarixində 1600.70 manat və ##.##.2023-cü il tarixində 1589.49 manat məbləğində ödəniş etmişdir.
6. Mübahisə həmin müqavilə üzrə pulun qaytarılması ilə bağlı yaranıb.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. xxxx “X2” MMC (bundan sonra “xxxx” və ya MMC) iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra həmçinin “cavabdeh” və ya “borclu”) 13457.91 manat borcun, dövlət rüsumu üçün ödənilmiş 131 manat pulun, vəkil qonorarı üçün ödənilmiş 300 manat pulun, ümumilikdə 13888.91 manat pulun alınaraq MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılıb ki, MMC topdan və pərakəndə tikinti materillarının və elektronika avadanlıqlarının alqı-satqısı ilə məşğul olur. MMC uzun müddətdir ki, Muxtar Respublikada həm vətəndaşlarla, həm də sahibkarlarla qarşılıqlı olaraq fəaliyyət göstərir. MMC müxtəlif tikinti mallarının və elektronika avadanlıqlarının pərakəndə alqı-satqısı ilə məşğul olur. Hazırkı iş üzrə cavabdeh də MMC-dən ##.##.2023-cü il tarixdə dəyəri 16648.10 manat dəyərində inşaat malları almış, həmin borcdan 3190.19 manat pul ödəmişdir. Bununla bağlı tərəflərin arasında borcu təsdiqləyəcək müqavilə də imzalanmışdır. Cavabdehə şifahi və sonuncu dəfə pretenziya qaydasında yazılı müraciət edilsə də, bunun bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehin 13457.91 manat borcu qalmaqdadır. Cavabdeh borcu ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət olunmuşdur.
9. Birinci instansiya cavabdeh bildirmişdir ki, o, 3 ədəd qapı-pəncərə alması bağlı müqaviləyə imza çəkmiş və təhvil almışdır. Aprel ayından hərbi xidmətdə olmuşdur. Bu ilin mart ayından ona pretenziya məktubu gəlmişdir. O, iddia edilən malı götürməmiş, təxminən 3000 manatlıq malın götürülməsi barədə müqaviləyə imza etmişdir. Həmin mal da qapı-pəncərə olmuşdur. O, həmin vaxt “xxxx” MMC-də 800 manat deyil, 345 manat əmək haqqı almışdır. 2023-cü ildə “xxxx” MMCdə işləyəndə müdiri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. xxx onlara “xxx”da bəzi malların olmasını, onlara imza edərək həmin malların gətirilməsini demişdir. Müqavilədəki imzalar ona məxsusdur. O, “xxx”a getmiş və bildirmişdir ki, bu qədər petləni o necə götürə bilər. O, 345 manat maaş almışdır. 17 minlik mal götürməmişdir. Birinci dəfə deyildir ki, o, şirkətdən gedib mal götürmüşdür. Həmişə gedib malları alıb, təhvil vermişdir. O məbləğdə mal alınmasını müqavilədə görməmişdir. Malların təhvil alınması barədəki qəbzdəki imza da ona məxsusdur.
10. Birinci instansiya məhkəməsində iclasında xxxxnın vəkili və nümayəndəsi vəkil1 bildirmişdir ki, müqavilənin tarixinin ## #### 2023-cü il kimi yazılması texniki səhvlikdir. Müqavilənin tarixi 31 martdır. Mülki hüquq nəzəriyyəsi baxımından müqavilə tam mətni ilə müqavilə hesab olunur. Təqdim edilmiş arayışlara münasibətdə qeyd edilməlidir ki, bu işin mübahisəsiz halıdır, onlar həmin hissəni mübahisələndirmirlər. Müəssisə tərəfindən arayış verilir ki, həmin hissədə ödənişlər edimişdir. Cavabdeh iddia edirsə ki, ödəniş etməyib, iddianın həcmini artırmaq olar. Malın təhvil verilməsindəki qəbz, A4 formatında deyil ki, boş kağız olsun imzalanıb sonra yazılsın. Bu sənəd də alıcının malı aldığını təsdiq edir. Iradi ifadəsi var, tərəflər arasında müqavilə münasibətləri var, imzaları var və cavabdeh imzasının olduğunu mübahisələndirmir. 2500 manat ilkin ödəniş edilməli olduğu göstərilsə də, cavabdeh tərəfindən 2500 manat ödəniş olunmamışdır. Ödənilən məbləğlə bağlı məhkəməyə arayış təqdim edilmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi vəkil2 iddiaya etiraz olaraq bildirmişdir ki, xxx bura gələ bilmir. Buna görə də məhkəmə tapşırığı verilsin və izahatı alınsın. Həmçinin ekspertiza keçirilməlidir. Bəzi məsələlərə aydınlıq gəlməlidir. xxxxnın cavabdehə qarşı məlum olan tələbi ilə bağlı məhkəmə prosesi getməkdədir. Hazırda məhkəmədə baxılan iş üzrə xxxx və cavabdehin guya alqı-satqı müqaviləsi bağladıqlarını və həmin müqaviləyə əsasən cavabdehlə xxxx arasında pul öhdəliyi yarandığı iddia edilməkdədir. Cavabdeh MMC-dən pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. "Pərakəndə olaraq" dedikdə-yəni xırda, az miqdarda, istehlakçı kimi almaq başa düşülür. Başqa sözlə, malı topdan satış yəni çox miqdarda, yenidən satmaq üçün deyil, öz şəxsi və ya istehlak məqsədi ilə almaq nəzərdə tutulur. Nəticə etibarı ilə mağazadan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almaq fərqli növ malların az-az və şəxsi istifadə üçün alınması deməkdir. Belə olan halda cavabdeh nə üçün topdan mal almaq üçün alqı-satqı müqaviləsi bağlayıb ödəniş cədvəli tərtib olunmalı idi. Qeyd etmək zəruridir ki, alqı-satqı müqaviləsinin mövcud olması, ödəniş cədvəli tərtib olunması cavabdehin xxxx qarşısında borc öhdəliyinin yaranması demək deyildir. xxxx tələbində işin faktiki halı kimi cavabdehin mağazadan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almasını göstərdiyi halda, məhkəməyə təqdim edilmiş etibarlılığı şübhə altında olan müqavilədə və qəbzdə inşaat malları qismində topdan olaraq, xeyli sayda, qapı cəftəsinin bir dəfəyə topdan olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan, aylıq əmək haqqı 396 manat olan cavabdehə satması görünməkdədir. Burada sual yaranır ki, aylıq qazancı bu qədər aşağı olan şəxs necə olur ki, ilkin olaraq 2500 manat, sonrakı üç ayda hər ay 4716.03 manat ödəniş olmaqla 3 ay içində 16648,10 manat pulu ödəmə edə bilərdimi və yaxud eyni adda bu qədər malı nə edəcəkdi? Bütün bunlar isə cavabdehin iradəsi ifadə olunmadan tərtib olunan müqavilənin, ödəniş cədvəlinin və sair sübut qismində məhkəməyə təqdim edilən sənədlərin və tələbin ziddiyyətli, əsassız, qanunsuz olmasını təsdiq etməkdədir. xxxx iddia ərizəsində göstərir ki, cavabdeh MMC-dən ##.##.2023-cü il tarixində dəyəri 16648,10 manat dəyərində inşaat malları almış, 3190,19 manat həmin borcdan pul ödəmişdir. Etibarlı olması şübhə doğuran, cavabdehin iradəsi olmadan bağlanmış müqaviləyə və ona əlavə olunmuş ödəniş cədvəlindən aydın görsənir ki, cavabdeh MMC ilə ##.##.2023-cü il tarixində deyil, ##.##.2023-cü il tarixində müqavilə bağlamış və həmin müqavilə ödəniş cədvəlinə əsasən ilkin ödəniş 2500 manat olmalı olduğu halda nə üçün cavabdeh 3190.19 manat ödəniş etmişdir. xxxxnın tələbinə inanmış olsalar necə olur ki, cədvəl ilə ödəniş 2500 manat olduğu halda nə üçün ödəniş cədvəlinə uyğun aparılmamışdır? Həmin etibarsız sayılmalı müqavilənin 1.2. bəndinə əsasən bu müqavilənin 9-cu maddəsi ilə müəyyən edilən "Ödəniş cədvəli"nə müvafiq olaraq ödənişlər aparılmalı idi. Bütün bu hallar tələbin, təqdim edilmiş sənədlərin mötəbərliyini sual altında saxlamaqdadır. Həmçinin tələbdə göstərilir ki, cavabdeh MMC-dən ##.##.2023-cü il tarixdə dəyəri 16648.10 manat dəyərində inşaat malları almışdır. Belə olan halda aşağıdakı sualların cavabı açıq qalmaqdadır. Hansı sübutlarla həmin malların cavabdeh tərəfindən alınması öz təsdiqini tapır? xxxx nə ilə sübut edir ki, mallar cavabdehə təhvil verilib? Alqı-satqı müqaviləsinin şərtləri daxilində real olaraq hansı işlər, xidmətlər göstərilib? Real olaraq verilmiş mallarla bağlı ödəniş tapşırıqları yazılaraq cavabdehə təqdim olunubmu? Tələblə təqdim olunan sübutlar arasındakı ziddiyyətlər, heç bir mötəbər sübutun olmaması bu tələbin tamamilə qanunsuz olmasının əlamətidir və cavabdehin aldadılaraq iradəsi ifadə olunmayan həmin etibarsız sayılmalı müqavilə və onun əlavələrinə imzalanması ilə nəticələnmişdir. xxxx tərəfindən təqdim olunan etibarsız sayılmalı olan alqı-satqı müqaviləsinə nəzər salarkən müəyyən olunur ki, etibarsız sayılmalı olan bu müqavilə tarix olaraq ##.##.2023-cü il tarixdə satıcı adlandırılacaq “xxxx” MMC-nin məsul şəxsi X6 hansı məsul vəzifəni təmsil etməsini müəyyən etmək qeyri-mümkündür. Həmin müqavilədə X4 zamin kimi göstərilir. Lakin nədənsə həmin şəxslə zaminlik müqaviləsi bağlanmamışdır və belə müqavilə yoxdur. xxxx tərəfindən təqdim olunan digər sübutlara (arayışlara, üzərində faktura yazılmış kağıza və iş yerindən əldə olunmuş əmək haqqı barədə arayışa) nəzər salarkən müəyyən olunur ki, faktura kimi təqdim etdikləri kağızda “Cavabdeh” yazılaraq imza atıldığı yerin nə üçün təhvil alan qrafasında yəni bunun üçün ayrılmış yerdə yox, yalnız vərəqin baş hissəsində adı, soyadı yazılıb imzalanmışdır. Bütün bunlar cavabdehin müqavilə imzalamağından xəbərsiz qalmasını, onun əsassız yerə borclandırılmasından məlumatsız qalmasını təmin etmək üçün edilmiş hərəkətlər olmuşdur. Bunun özü belə sübut edir ki, cavabdeh müqavilə tərəfindən aparılmış proseslərdən xəbərdar olmasın deyə, ona vərəqin baş hissəsindən imza atdırılmışdır. xxxx tərəfindən hazırlanmış həmin vərəqin imza üçün ayrılmış yerlə tanış edib qol çəkilsə idi, cavabdeh materialların ona təhvil verilməsini, borclu qaldığının yazılmasını görə bilərdi ki, nəticə etibarı ilə bu gün müqavilə öhdəliyi kimi üzərinə qoyulmuş qanunsuz müqaviləyə və ya ona əlavə edilənlərə imza atdığını bilərək imza atmamış olardı. Ümumiyyətlə, cavabdehin hazırda faktura kimi xxxx tərəfindən məhkəməyə təqdim etdiyi vərəqdə yazılanlardan heç bir məlumatı olmamış, ad, soyad yazılaraq imza atılarkən həmin yazılar mövcud olmamış, həmin yazılar sonradan cavabdehin adı, soyadı və imzasının altından yazılmışdır. Həmin vərəqə nəzər salanda görmək olur ki, yazılar vərəqin baş hissəsindən deyil, yuxarıdan aşağı məsafə verilərək hazırlanmışdır. Bu isə həmin faktura kimi göstərilən yazıların cavabdehin imza atmasından sonra hazırlanaraq onun imzası, adı və soyadı olan boş vərəqə çıxarılma ehtimalını istina etməməkdədir. Cavabdeh tərəfindən adı, soyadı, imzasının sonra göstərilən yazıların yazılıb-yazılmamasını müəyyənləşdirmək zəruridir. Həmin imza maddi, psixoloji təzyiq, aldatma və ya diqqətsizlik şəraitində atıla bilərmi? Bütün bunlara aydınlıq gətirilməsi zəruridir. xxxx tərəfindən cavabdehin borclu olub onlara borcunu ödəməsi ilə bağlı ## ######## 2025-ci il və ## ####### 2025-ci il tarixlərində verdiyi arayışlarda göstərilən ##.##.2023-cü il tarixində 1600,70 manat və ##.##.2023-cü il tarixində isə 1589,49 manat ödəniş etməsi göstərilən tarixdə cavabdeh həqiqi hərbi xidmətdə olmuşdur. Həmin tarixlərdə cavabdehin ödəniş aparması qeyri-mümkün haldır. Həmin hal işə əlavə olunmuş cavabdehə məxsus SX № ******* nömrəli hərbi biletdən də aydın görsənməkdədir. xxxx iddia edirsə ki, cavabdeh ödəniş etmişdir, o, zaman ödəniş aparmasını göstərmiş kimi görünən arayışları deyil, cavabdehin ödəniş etməsini və ödənişin qəbul edilməsini təsdiq edən sübutları (qəbz və ya qəbzləri) məhkəməyə təqdim etməlidir. Təqdim olunan arayışlar cavabdeh tərəfindən ödənişlərin aparılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Onsuz da iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş bütün sübutlar öncədən planlı, düşünülmüş şəkildə hazırlanmış, nəticə etibarı ilə bir-birini zahirən təsdiq edəcək şəkildə, məhkəməni yanıldacaq səviyyədə hazırlanaraq təqdim edilmişdir. Buna görə də işin mahiyyəti üzrə araşdırma zamanı işin heç bir detalı gözdən qaçırılmamalı, hər bir hala qiymət verilməlidir. xxxx tərəfindən cavabdehin əldə etdiyi əmək haqqı ilə bağlı ## #### 2023-cü il tarixdə "xxxx 2015" MMC tərəfindən “X1 Mərkəzi”nə verilmiş arayışda cavabdehin 800 manat əmək haqqı alması göstərilir. Həmin arayışın nə vaxt, kimə verilməsi və hansı zərurətlə verilməsi məsələsinin "xxxx 2015" MMC-nin vasitəsi ilə araşdırılması mütləqdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, cavabdeh "xxxx 2015" MMC-də 2023-cü il ərzində yalnız 2 ay işləmiş, 2023-cü ilin yanvar ayı üçün 396 manat, fevral ayı üçün isə 396 manat əmək haqqı almışdır. Buradan da aydın olur əmək haqqı ilə bağlı təqdim olunan arayış belə əsassız və qanunsuzdur. Nəticə etibarı ilə məhkəməyə təqdim olunan iddia ilə bağlı nəzərə alınması zəruri olan hallar vardır. Həmin hallara münasibətdə: birincisi hazırki, mübahisə ilə bağlı iradə ilə ifadənin uyğun gəlməməsi mövcuddur. Burada diqqət etmək lazımdır ki, cavabdeh imzanı başqa məqsədlə atıb, cavabdehin mal, borc almaq iradəsi olmamış, müqavilənin varlığından xəbərsiz olmuşdur. Ona veriləcək malların adları, dəyəri, sayı, çəkisi müqavilədə təhrif olunaraq göstərilməmişdir. Heç bir qaimə, faktura kəsilməmiş, ödəniş tapşırığı vurulmamışdır. Ümumiyyətlə, müqavilə ilə bağlı tərəflər bir-birinə heç bir təklif (oferta) sənədi və razılıq (aksept) sənədi mövcud olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişlər. Belə halda etibarlılığı şübhəli olan müqavilə "aldatma" və ya "əhəmiyyətli aldatma" nəticəsində imzalanmış hesab edilir. Mövcud olan müqavilə tərəflərin iradəsini ifadə etməməkdədir. Yuxarıda göstərildiyi kimi cavabdeh işlədiyi təşkilat üçün verilmiş mallar ilə bağlı təşkilat rəhbərinin tapşırığına uyğun, işlədiyi mühasib vəzifəsinə uyğun xxxx müəssisəyə gedərək, təşkilatları ilə bağlı aparılmış işlərlə bağlı sənədlərə imza atdığını bilmişdir. Ümumiyyətlə, göstərilən müqavilə üzrə cavabdehə heç bir mal (əmlak) verilməmiş, bu günədək cavabdeh tərəfindən hər hansı borca görə xxxxya heç bir ödəniş edilməmişdir. Xüsusilə diqqət etmək lazımdır ki, müqavilə üzrə təqdim edilən bütün sübutların hər birində uyğunsuzluq və natamamlıq göz önündədir. Sadə bir halı təkrar edərək, məsələn, cavabdeh hərbi xidmətdə olduğu zamanda onun tərəfindən ##.##.2023-cü il tarixində və ##.##.2023-cü il tarixində ödənişlər aparılmasını göstərən "xxxx" MMC-nin adından icraçı direktorun müavini xxxnin imzası ilə arayış hazırlanaraq məhkəməyə təqdim olunmuşdur. Həmin arayışa cavabdehin pul ödənişini icra etdiyini təsdiq edən qəbz nədənsə, təqdim edilməmişdir. Iş üzrə xxxx tərəfindən təqdim edilmiş sübutların heç birinin mötəbərliyi yoxdur, iddianın əsaslı olması təsdiq edilməməkdədir. Ikincisi, hər hansı əqdin əsas şərti pulun verilməsi, işlərin, xidmətlərin faktiki olaraq göstərilməsinin sübuta yetirilməsidir. Tərəflər arasındakı müqavilə (alqı-satqı, borc və sair) yalnız tərəflərin imzası ilə deyil, pul vəsaitinin verilməsi, işlərin, xidmətlərin və sairin faktiki olaraq göstərilməsi ilə qüvvəyə minir. xxxx göstərdiyi dəyərdə malı cavabdehə mal verməyibsə, xxxx vəsait almayıbsa (xxxx mal verməsini və pul almasını təsdiq edən sübut təqdim edə bilmirsə) müqavilənin real icrasından söhbət gedə bilməz. Üçüncüsü, müqavilə üzrə mal verildiyini, borc olmasını sübut etmək xxxxnın öhdəliyidir. Yalnız müqavilədə imzanın olması, amma malın verilməsi, pulun alınması barədə qəbz, bank köçürməsi, şahid ifadəsi və sair hallarla bu hal öz təsdiqini tapa bilmirsə, tələb əsassızdır və qanunsuz sayılmalıdır. Işin halları araşdırılarkən müqavilə üzrə heç bir faktiki münasibətlər olmaması üzə çıxmaqdadır. xxxxnın göstərdiyi müqavilə yalnız kağız üzərindədir. Lakin tərəflər arasında faktiki olaraq heç bir real münasibətlər (alqı-satqı, borc və sair) mövcud olmamışdır. Cavabdehə həqiqətən mal (işlər) verilsə idi, xxxx ən azından bunu təsdiq edən qəbz, ödəniş sənədi və ya şahidlər ilə bunu təsdiq etməli idi. Belə bir sübutlar mövcud olmamışdır. Xüsusi ilə diqqət olunmalıdır ki, cavabdeh alqı-satqı müqaviləsi imzalamaq (bağlamaq) niyyətində olmamış, o, müqavilənin məzmunu və nəticələri barədə məlumatlandırılmamış, bundan xəbərsiz olmuş, cavabdehi aldadaraq və ya faktiki olaraq iradəsini təhrif etməklə imza atdırılmışdır. Müqavilə imzalanarkən cavabdehə onun məzmunu və hüquqi nəticələri izah edilməmiş, sənədlər cavabdehə başqa məqsədlə təqdim edilmişdir. Beləliklə də, müqavilə aldadılmaqla və iradə pozuntusu ilə bağlandığından hüquqi cəhətdən nəticə doğura bilməz. Nəticə etibarı ilə bütün bunlar göstərir ki, mövcud olan aldadılaraq imzalanmış müqavilə yalnız imza ilə məhdudlaşmış, real faktiki icrasından heç bir söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına görə alqı-satqı, borc müqavilələri üzrə iddialarda malın, pulun verilməsi, işlərin göstərilməsi faktını xxxx sübut etməlidir. Yalnız imzanın olması müqavilə üzrə əməliyyatların yerinə yetirilməsini, borcun olmasını sübuta yetirmir. Işin halları və digər sübutlarla cavabdehin müqavilə şərtlərindən, məbləğindən, ümumiyyətlə mövcudluğundan heç bir məlumatı olmamışdır. xxxx malın verilməsi, pulun alınması, xidmətlərin göstərilməsini real olaraq (şahidlərlə) sübut edə bilmirsə belə iddia tələbi əsassız sayılaraq rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, mikro proqramı öyrəndiyi üçün xxx onu aparmışdır ki, sən artıq proqramı bilirsən. Şirkət açmış və orada hazırlıq keçməyini təklif etmişdir. xxxla əlaqə saxlayanda, sizin günahınız yoxdur, günah onlarındır, yeyintiləri var, onları bağlamaq üçün belə olduğunu demişdir. Proqramı quraşdıran xxx idi. Nurlan və Abbas adlı şəxs xxxa müraciət etmişdir ki, yeyintiləri var, bunu 2-3 aya bağlayacaqlar. xxxa demişdilər ki, bunu necə bağlamaq olar. xxxda onları göndərmişdir. Bilsə idi ki, belə olacaqdı belə bir şeylə razılaşmazdı. Atası yeni rəhmətə getmiş, anası xəstədir, qardaşı isə universitetdə tələbədir. Müqavilə bağlanandan 10-15 gün sonra əsgərliyə getmişdir. Əsas rolu xxx və “xxxx” oynayır. Sadəcə müqavilədə onun imzası olmuşdur və imzanın onun olduğunu təsdiq edir. Amma boş kağıza imza çəkib-çəkmədiyini xatırlamır. Baxanda görmüşdür ki, müqavilədə adı, soyadı və imzası vardır. Burada dələduzluq vardır. 35 min pulun heç olmasa 17 minini xxxdan istəmiş, lakin xxx pulu almadığını demişdir. Məhkəmədə sona qədər getməyi və lazım gələrsə özünün də məhkəməyə gələ biləcəyini demişdir. Hazırda isə işi ilə əlaqədar gələ bilməmişdir. xxx Bakıda işləyir.
13. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onun dayısı oğludur. O, şirkətdə ona kömək edirmiş. Həmin şirkətdə rəsmi işləmirmiş. Çöldə olduğu zaman ona yaxınlaşıb deyilmişdir ki, xxx müəllim deyir ki, xxx gedib-gəlmək lazımdır. Imza çəkdikdən sonra qayıdanda onun adına kredit verildiyi, onun tərəfindən ödəniş olunacağı deyilməmişdir. Işləməyən adamı necə zamin göstəriblər anlamır. Imza çəkdiyi müqaviləyə nə üçün imza çəkdiyini bilməmişdir. O, nə üçün imza çəkdiyini soruşmamışdır. Dayısı oğlu onun evini banka qoymuş, bankdan pul götürüb reklam şirkəti açmışdır. Bu gün o, xxxa görə kirayədə yaşayır. xxxın dələduz olduğunu bilməmişdir. Ona etibar etmişdir ona görə də nəyə imza etdiyini bilməmişdir.
14. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, onun barəsində də eyni işlə bağlı məhkəmə qərarı çıxıb. Həmin vaxt xxx, xxx və o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ofisində birlikdə işləyirmişlər. Həmin vaxt xxx demişdir ki, “xxx xxxx”nə gedəcəksiniz və bir sənəd var, onu imzalayacaqsınız. Pəncərə-qapı üçün profil gələcəkdir. xxx onlara həmin malların anbardan çıxması üçün imza çəkilməli olduğunu demişdir. Orada Nurlan adlı bir şəxs onlara yaxınlaşmış və xxxın göndərdiyi adamlar olduqlarını soruşmuşdur. Daha sonra kağızlar vermiş və xxxla birlikdə oxumadan imzalamışlar. Indiyə qədər həyatında müqavilə görmədiyi üçün oxumadan imzalamışdır. 3-4 ay bundan əvvəl ünvanına məktub gəlmiş, məktubda 17 minlik məhsul aldığı və 4800 manat ödəniş edildiyi göstərilmişdir. Onlarla əlaqə saxladığını və belə borcunun olmadığını bildirmişdir. Onlara sübut təqdim etməli olduqlarını bildirsə də, heç bir sübut təqdim edə bilməmişdirlər. O da xxxla birlikdə eyni vaxtda məhkəməyə verilmişdir. Malların təhvil alınması ilə bağlı onlara boş A4 vərəqinə imza atdırmışlar.
15. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, cavabdehdən ## #### 2023-cü il tarixli, ** nömrəli Malın satın alması müqaviləsi üzrə 13457.91 manat borcun xxxxnın xeyrinə tutulması, dövlət rüsumunun cavabdehdən alınaraq xxxxya qaytarılması, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonorarın cavabdehdən tutulmasına münasibətdə iddianın təmin olunmaması qət edilmişdir. (hakim Aslan Heydarov)
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xxxxnın tələbinə iki hissəli yanaşma aparılmalıdır. Belə ki, ilkin olaraq xxxx cavabdehə 16648.10 manat dəyərində inşaat malları verdiyini, cavabdehin isə həmin malların dəyərini ödəmədiyi iddia etmiş, cavabdeh isə qeyd edilən malları almadığını və heç bir ödəniş etmədiyini bildirmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ilk növbədə 16648.10 manat dəyərində inşaat mallarının cavabdehə verilib-verilməməsini sübut etmə yükü xxxxnın üzərinə düşür, mallar verilmişsə, həmin malların dəyərinin qaytarılmasını sübut etmə yükü cavabdehin üzərindədir.
18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəfindən məhkəmə iclasında ziddiyyətli izahatlar verilmiş, ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh 3 ədəd qapı-pəncərə alması ilə bağlı müqaviləyə imza etdiyini və təhvil aldığını, təxminən 3000 manatlıq malın götürülməsi barədə müqaviləni imzaladığını, həmin malın qapı-pəncərə olduğunu, ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında həmin şirkətdən əvvələr də mal götürüb təhvil verdiyini bildirsə də, sonradan hər hansı mal götürmədiyini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xahişinə əsasən gedib müqaviləyə imza çəkdiyini bildirmişdir.
19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ## #### 2023-cü il tarixli, ** nömrəli müqavilədəki və ##.##.2023-cü il tarixli, TGSFR-*** nömrəli qəbzdəki imzaların ona məxsus olduğunu təsdiq etmiş, lakin həmin malların onun tərəfindən alınmadığını bildirsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, müqavilənin bağlanması tarixindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq həmin müqaviləni mübahisələndirməmişdir. Göründüyü kimi, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş və xxxx qeyd edilən inşaat mallarını cavabdehə təhvil verdiyini tam sübuta yetirmişdir.
20. Cavabdeh tərəfindən ## #### 2023-cü il tarixli, ** nömrəli müqavilə üzrə malların dəyərinin ödənilməməsinə münasibətdə isə birinci instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, xxxx tərəfindən təqdim edilmiş arayışlara əsasən cavabdeh tərəfindən satın alınmış mallar üzrə ##.##.2023-cü il tarixində 1600.70 manat və ##.##.2023-cü il tarixində 1589.49 manat məbləğində olmaqla, ümumilikdə 3190.19 (üç min yüz doxsan manat on doqquz qəpik) manat həmin borcdan pul ödənilmişdir. Cavabdeh isə, müqavilənin dəyərinin tam şəkildə ödənilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
21. Cavabdeh və onun vəkili tərəfindən satın alınmış mallar üzrə ##.##.2023-cü il tarixində 1600.70 manat və ##.##.2023-cü il tarixində 1589.49 manat məbləğində olmaqla, ümumilikdə 3190.19 manat pul ödənilən zaman cavabdehin hərbi xidmətdə olması barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xxxx tərəfindən həmin ödənişlər mübahisələndirilməmişdir. Həmçinin, cavabdehin ödənişlər olan zaman hərbi xidmətdə olması, ödənişlərin cavabdehə yaxın başqa bir şəxs tərəfindən ödənilməsini istisna etmir. Ümumiyyətlə isə, həmin ödənişin cavabdeh tərəfindən və yaxud başqa bir şəxs tərəfindən icra olunması müqavilənin etibarsız bir müqavilə olması çərçivəsində qiymətləndirilə bilməz.
22. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, xxxx öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddia tələbinin əsassızlığına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh və onun vəkili məhkəmə iclaslarında cavabdehin "xxxx 2015" MMC-nin direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göstərişi ilə gedib müqaviləyə imza atdığını bildirmişlər.
23. Birinci instansiya məhkəməsi bununla bağlı vurğulamışdır ki, cavabdeh həmin malları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və yaxud onun direktoru olduğu "xxxx 2015" MMC-yə vermişdirsə və malların dəyəri reallıqda onlar tərəfindən ödənilməli idisə, qeyd edilən hallara dair sübutlar mövcud olacağı halda, cavabdeh qeyd edilən məbləği reqress qaydada "xxxx 2015" MMC və yaxud onun direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tələb etmək hüququna malikdir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.1, 14.2, 385.1, 386.1, 389.1, 390.1, 404.1, 425.1, 442, 448.1, 448.2, 567, 600.1, 600.2, 600.4, 601.1, 601.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etirazın yuxarıda qeyd olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəmə prosesində iş üzrə bir sıra mühüm halları məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə həmin hallara heç bir nəzər, diqqət yetirmədən tələm-tələsik nəticəyə gəlmişdir. Iddia tələbində və ona əlavə edilmiş sənədlərdə pozuntuların olması, müqavilənin və ondan doğan nəticələrə uyğun sənədlərdəki natamamlıqların göz önündə olması, məhkəmənin isə bu cür hallara nəzər salmasına ümid etsə də, məhkəmə həmin hallara qiymət verməkdən yayınaraq öncədən nəzərində formalaşdırdığı nəticəyə uyğun qərar qəbul etmişdir. xxxx tərəfindən məhkəməyə təqdim edilmiş tələbin və ona uyğun verilmiş qoşmaların etibarlılığını şübhə altına alan bir sıra hallar mövcuddur ki, bunlara diqqət yetirildikdə tələbin nə qədər əsassız, belə müqavilənin etibarlı olmamasını, cavabdehin iradəsini ifadə etmədiyini açıq şəkildə görmək mümkün idi. Məhkəməyə icraçı direktor müavini xxxnin imzası ilə təqdim olunan arayışlar cavabdeh tərəfindən ödənişlərin aparılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Onsuz da iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş bütün sübutlar öncədən planlı, düşünülmüş şəkildə hazırlanmış, nəticə etibarı ilə bir-birini zahirən təsdiqləyəcək şəkildə, məhkəməni yanıldacaq səviyyədə hazırlanaraq təqdim edilmişdir. Buna görə də məhkəmə işin mahiyyəti üzrə araşdırma zamanı işin heç bir xırda detalını gözdən qaçırmamalı idi, hər bir hala qiymət verilməli idi.
27. Apellyasiya instansiyası məhkəməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir,
28. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. (hakimlər Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Zamiq Əliyev, Sənan Qarayev).
29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq müəyyən etmişdir ki, “xxxx” MMC-nin VÖEN-i 0200603761, “X2” MMC-nin isə VÖEN-i **********-dir. Bu isə həmin hüquqi şəxslərin ayrı-ayrı dövlət qeydiyyatına alınmış, müstəqil hüquq və vəzifələrə malik fərqli hüquqi şəxslər olduğunu təsdiq edir. Mübahisəli müqavilənin tərəfi “xxxx” MMC olduğu halda, iddia tələbi həmin müqavilənin tərəfi olmayan “X2” MMC tərəfindən irəli sürülmüşdür. Iş materiallarında hüquq varisliyi, tələb hüququnun güzəşt edilməsi (sessiya), yenidən təşkil və ya digər əsaslarla müqavilə üzrə hüquq və vəzifələrin “X2” MMC-yə keçməsini təsdiq edən hər hansı sübut mövcud deyildir.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə münasibətləri “xxxx” MMC ilə cavabdeh arasında yaranmışdır. Müqavilədən irəli gələn tələb hüququ da məhz həmin hüquqi şəxsə məxsus olmuşdur. “X2” MMC-nin isə həmin müqavilə üzrə nə tərəf olduğu, nə də hüquq varisi və ya tələb hüququnu əldə etmiş şəxs olduğu sübuta yetirilməmişdir. Belə olan halda, “X2” MMC-nin cavabdehdən müqavilə üzrə borcun tutulmasını tələb etmək üçün zəruri subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlinir. Subyektiv hüquq mövcud olmadıqda isə tələb hüququ və müdafiə hüququ yarana bilməz. Bu isə iddianın maddihüquqi baxımdan əsassız olmasını şərtləndirir.
31. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, apellyasiya baxışında bu hallar iddianın rədd olunması üçün kifayət etdiyindən, apellyasiya şikayətində göstərilən digər dəlillərə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac qalmamışdır.
32. Apellyasiya instansiyası hesab etmişdir ki, xxxx “X2” MMC mübahisəli müqavilədən irəli gələn tələb hüququnun daşıyıcısı olmadığından, onun cavabdehə qarşı irəli sürdüyü iddia təmin oluna bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 404.1, 442, 448.1, 567, 600.1, 600.2, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair"xxxx“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. xxxx (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin vergi sisteminə baxmaqla xxxxnın subyektiv hüququnun olmadığını müəyyən etməsi düzgün deyildir. Belə ki, iddia tələbi irəli sürülən zaman məhkəməyə təqdim olunmuş müqavilədə xxxx MMC-nin möhürü ilə təsdiq olunmuş və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuşdur. Bu da onun subyektiv hüququnun olduğunu açıqaşkar ortaya qoyur. Məlumdur ki, hüquqi şəxsin Mülki Məcəllənin müvafiq maddəsinin tələbinə görə öz möhürü olur və onun özünə aid olan sənədlər də məhz onun möhürü ilə də təsdiq olunur. Ikinci bir hal ondan ibarətdir ki, məhkəmə tərəfindən müqavilədə “xxxx” MMC deyə qeyd olunması xxxxnın subyektiv hüququnun olmaması anlamına gəlmir. Belə ki, xxxx MMC və digər MMC-lər CAHAN adı altında (“holdinq” olaraq birləşmiş formada) fəaliyyət göstərir və müqavilədə isə həmin ümumi addan, yəni CAHAN adından istifadə edilmiş və AVM - "ALIŞ-VERIŞ MƏRKƏZI” sözünün baş hərflərinin ixtisarı olaraq yazılmışdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, müqavilədə MMC-nin VÖEN-i qeyd olunmamışdır. Bu da onu deməyə tam əsas verir ki, məhkəmə subyektiv hüquqa hazırkı kazusda düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror xxxxlar hesab edilirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində xxxx qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
42. Iddia tələbi müqavilədən gələn pul öhdəliyin icrası barədədir.
43. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, xxxxnın istinad etdiyi müqavilə cavabdehlə başqa bir hüquqi şəxs arasında bağlanıb, buna görə də istinad edilən müqavilə üzrə xxxxnın tələb hüququ yaranmayıb, xxxxnın hazırki iddianı verməkdə subyektiv hüququ yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilə tərəfi olan MMC ilə xxxxnın ayrı-ayrı hüquqi şəxslər olması ilə bağlı işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: xxxx “X2” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-*/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.