Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1422/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair” mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2023-cü il tarixdə bağlanmış alqı-satqı haqqında ** nömrəli müqaviləyə əsasən müqavilənin predmeti “xxxx” MMC tərəfindən cavabdeh Cavabdeh (alıcı) müqavilə əsasında aldığı malın ödənişini, müqavilənin 9-cu maddəsi ilə müəyyən edilən “Ödəniş Cədvəlinə” müvafiq olaraq ödəməyi, cədvələ əsasən ilkin ödəniş çıxıldıqdan sonra qalan məbləği hər ay bərabər hissələr olmaqla ödənilməsini, alıcı aylıq ödəniş məbləğini ödəniş tarixindən gec olmayaraq təyin olunmuş vaxtda (alıcı tərəfindən 2.500 manat ilkin ödəniş edilməklə) ##.##.2023-cü il tarixdə 4837.76 manat, ##.##.2023-cü il tarixdə 4837.76 manat və ##.##.2023-cü il tarixdə 4837.76 manat ödəniş etməyi öhdəsinə götürür.
2. ##.##.2025-ci il tarixli pretenziya məktubuna əsasən Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 10 gün vaxt verilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Iş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2025-ci il tarixə 12732.88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcu mövcuddur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 12.732,88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat pulun, vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13.161,88 (on üç min yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat pulun alınaraq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti topdan və pərakəndə tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. Uzun müddətdir ki, Muxtar Respublikada həm vətəndaşlarla, həm də sahibkarlarla qarşılıqlı olaraq fəaliyyət göstərir. Hazırkı iş üzrə cavabdeh də iddiaçıdan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti həmçinin müxtəlif tikinti mallarının pərkanədə alqı-satqısı ilə məşğul olur. Hazırkı iş üzrə cavabdeh də MMC-dən ##.##.2023-cü il tarixdə dəyəri 17.013,29 (on yeddi min on üç manat iyirmi doqquz qəpik) manat dəyərində istehlak məqsədilə tikinti materialları almış, 4.280,41 (dörd min iki yüz səksən manat qırx bir qəpik) həmin borcdan pul ödəmişdir. Bununla bağlı tərəflərin arasında borcu təsdiqləyəcək müqavilə də imzalanmışdır. Cavabdehə şifahi və sonuncu dəfə pretenziya qaydasında (xəbərnamə əlavə olunur) yazılı müraciət edilsə də, bunun bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehin 12.732,88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcu qalmaqdadır. Cavabdeh borcu ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət olunmuşdur. Həmçinin iddiaçı dövlət rüsumu üçün ödənilmiş olan 129 (yüz iyirmi doqquz) manat pulun və vəkil xərci (vəkil qonorarı) üçün ödənilmiş 300 (üç yüz) manat pulun da məhkəmə qaydasında iddia təmin olunduğu təqdirdə ona qaytarılmasını istəyir.
6. Məhkəmə iclasında cavabdeh Cavabdeh müqavilədə imzanın ona məxsus olduğunu və müqaviləni oxumdan imzaladığını bildirmiş və iddianı qəbul etməmişdir ondan ötəri ki, o borc müqaviləsi imzalamamışdır və o müqavilənin nədən ibarət olduğunu müqaviləni oxumadığı üçün bilməmişdir.
7. Ordubad Rayon Məhkəməsinin (hakim Tural Haqverdiyev) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 12.732,88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat pulun, vəkil xərci üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13.161,88 (on üç min yüz altmış bir manat səksən səkkiz qəpik) manat pulun alınıb “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə əsasında razılaşdırılmış şərtlərlə müqavilə üzrə əldə etdiyi malmaterialların pulunu iddiaçıya ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh aldığı mal-materialların pulunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh özü də məhkəmə iclasında müqavilədəki imzanın ona məxsus olduğunu və müqaviləni oxumadan imzaladığını bildirmiş və iddianı qəbul etməmişdir ondan ötəri ki, o müqavilənin nədən ibarət olduğunu müqaviləni oxumadığı üçün bilmədiyini qeyd etmişdir. Müqavilə imzalandıqdan sonra tərəflər onun şərtlərinə riayət etməyə məcburdur, müqaviləni imzalayan şəxs onun məzmununu bildiyini etiraf etmiş sayılır. Qeyd etmək lazımdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, bağlanan müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə göstərilən heç bir hal mövcud olmamışdır. Tərəflər öz iradəsi ilə bu müqaviləni bağlamışıdır.
9. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi cəmi 12.732,88 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2, 442-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1, 77.1, 107, 119.1, 121.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təxminən 2023-cü il tarixdə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qapı-pəncərə profili almaq üçün getmiş və profili alıb köçürmə yolu ilə təxminən 800 (səkkiz yüz) manat pul ödəmiş, aldığı məhsulların pulunu ödəmə zamanı prosedur olaraq müəyyən sənədlərə imza etmiş və imza etdiyi sənədlərin heç birini oxumamış, oxumamasının da səbəbi aldığı məhsulların pulunun ödənilməsi ilə bağlı olmuşdur. 2025-ci il tarixdə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı iddia tələbi ilə ona qarşı iddia qaldırmışdır. Məhkəmə prosesində özü iştirak etmiş, həm məhkəmə hazırlıq iclasında, həmdə məhkəmə baxışı iclası zamanı ifadə verərkən o, “X1”ndə işləmədiyinə dair e-Sosyalı məhkəməyə təqdim etsə də, məhkəmə eSosyalı qəbul etməyərək əsassız sənəd olduğunu bildirmişdir. Lakin “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə arayış təqdim edərək onun ##.##.2023-cü il tarixdən “Mikro Informasiya”-da mühasib vəzifəsində işlədiyi və əmək haqqı olaraq 800 manat aldığı qeyd olunmuşdur. Məhkəmə hazırlıq iclasında şifahi olaraq vəsatət verərək həmin müddətdə “Smart vision”da işləmiş X2 şahid qismində dindirilməsini xahiş etmiş, lakin məhkəmə şifahi vəsatətini qəbul etməmişdir. X2 şahid qismində bu səbəbdən dəvət edirdi ki, onun “Mikro Informasiya”-da mühasib vəzifəsində hansı formada işlə təmin olunmağını və şirkətdə açıq qalan pulun kimi adına yazılıb götürülməsi və onu hansı formada özləri tərəfindən alış-veriş zamanı saxta müqaviləyə imza çəkdirməklə onu “Mikro Informasiya”da mühasib vəzifəsində işlədiyini qeyd edəcəkdir. Bundan sonra o, məhkəmədə sənədlərlə tanış olmaq üçün dəfələrlə müraciət etsə də, ona mülki işin materialları ilə tanış olmağa şərait yaradılmamışdır. Əlavə olaraq qətnamədə qeyd olunur ki, götürdüyü malların ilkin dəyəri olan alıcı tərəfindən 2500 manat ödədiyini, qalan borcu üç hissəyə bölməklə hər ay 4.837,76 manat olmaqla ümumilikdə 14.513,28 qəpik müəyyən olunmuş, lakin iddiaçı 12.732,88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat tələb etmişdir. Göründüyü kimi müqavilə saxta olduğu üçün hesablamalar da düzgün aparılmamışdır. 1. Hansı sübutlarla həmin malların onun tərəfindən alınması öz təsdiqini tapır? 2. Iddiaçı nə ilə sübut edir ki, göstərdiyi xeyli miqdardakı malları (qapı və pəncərə cəftəsini) təhvil verilib, ona çatdırılıb? 3. Alğı-satqı müqaviləsinin şərtləri daxilində real olaraq hansı işlər, xidmətlər göstərilib və bunu təsdiq edən şahidlər (malları aparıb təhvil verən şəxs, fəhlə, usta sürücü, malsahibi və sair şəxslər mütləq bütün bunları təsdiq etməli idi) vardırmı? 4. Real olaraq verilmiş mallarla bağlı ödəniş tapşırıqları yazılaraq ona təqdim olunubmu? 5.Tərəfindən müqavilə şərtlərinə uyğun aparılmış ödənişlərin qəbzləri nə üçün məhkəməyə təqdim edilmir? Bu barədə “xxxx” MMC tərəfindən arayış yazıb verməsi nə dərəcə hüquqi əhəmiyyətə malikdir. Həmin arayışlara ödəniş qəbzləri nə üçün qoşma (əlavə) edilməməkdədir? 6. Hər bir halda müqavilənin predmeti müqavilədə açıq şəkildə təsvir edilməli olduğu halda nə üçün hansı inşaat mallarının satılması barədə müqavilədə açıqlama yoxdur? 7. Müqavilə iştirakçıları (X4) nə üçün ortada yoxdurlar? Hesab edir ki, tələblə təqdim olunan sübutlar arasındakı ziddiyyətlər, heç bir mötəbər sübutların olmaması bu tələbin tamamilə qanunsuz olmasının əlamətidir və onun aldadılaraq iradəsinin ifadə olunmadığından əsassız, etibarsız sayılmaqla müqavilə hesab olunmadığından ona əsasən üzərinə öhdəlik qoyulmamalıdır. Nəticə etibarı ilə bütün bunlar göstərir ki, mövcud olan aldadılaraq imzalanmış müqavilə yalnız imza ilə məhdudlaşmış, real faktiki icrasından heç bir söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının mövqeyinə görə alqı - satqı, borc müqavilələri üzrə iddialarda malın, pulun verilməsi, işlərin göstərilməsi faktını iddiaçı sübut etməlidir. Yalnız imzanın olması müqavilə üzrə əməliyyatların yerinə yetirilməsini, borcun olmasını sübuta yetirmir. Işin halları və digər sübutlarla onun müqavilə şərtlərindən, məbləğindən, ümumiyyətlə mövcudluğundan heç bir məlumatının olmaması aşkar sürətdə görsənməkdədir. Əgər ki, iddiaçı malın verilməsi, pulun alınması, xidmətlərin göstərilməsini real olaraq şahidlərlə və digər əsaslı sübutlarla sübut edə bilmirsə belə iddia tələbi əsassız sayılaraq rədd edilməli idi.
13. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Zamiq Əliyev və Sənan Qarayev) *(*-*)-**/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ordubad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2023-cü il tarixli, ** nömrəli malın nisyə satışı barədə müqavilə “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış (iş mat. 17-19), müqaviləyə əlavə olunmuş ödəniş cədvəli və cavabdehə verilmiş materialların siyahısında “xxxx” MMC ilə cavabdeh Cavabdeh adları qeyd olunmuşdur (iş mat. 20-21). Beləliklə müəyyən edilmişdir ki, həmin müqavilə üzrə hüquq və vəzifələrin daşıyıcısı məhz müqavilənin tərəfi adıçəkilən hüquqi şəxs olmuşdur.
15. Həmçinin iddia ərizəsinə nəzər salan zaman iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh 12732.88 (on iki min yeddi yüz otuz iki manat səksən səkkiz qəpik) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat pulun, vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13161.88 (on üç min yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat pulun alınaraq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdiyi aydın olur (iş mat. 01- 08).
16. Elektron məhkəmə informasiya sistemindən və vergi uçotu məlumatlarından müəyyən edilmişdir ki, “xxxx” MMC-nin VÖEN-i 0200603761, “X1” MMC-nin isə VÖEN-i **********-dir. Bu isə həmin hüquqi şəxslərin ayrı-ayrı dövlət qeydiyyatına alınmış, müstəqil hüquq və vəzifələrə malik fərqli hüquqi şəxslər olduğunu təsdiq edir.
17. Beləliklə, müəyyən edilmişdir ki, mübahisəli müqavilənin tərəfi “xxxx” MMC olduğu halda, iddia tələbi həmin müqavilənin tərəfi olmayan “X1” MMC tərəfindən irəli sürülmüşdür. Iş materiallarında hüquq varisliyi, tələb hüququnun güzəşt edilməsi (sessiya), yenidən təşkil və ya digər əsaslarla müqavilə üzrə hüquq və vəzifələrin “X1” MMC-yə keçməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki mübahisənin düzgün və qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmaması
18. araşdırılmalıdır.
19. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, müqavilə münasibətləri “xxxx” MMC ilə cavabdeh arasında yaranmışdır. Müqavilədən irəli gələn tələb hüququ da məhz həmin hüquqi şəxsə məxsus olmuşdur. “X1” MMC-nin isə həmin müqavilə üzrə nə tərəf olduğu, nə də hüquq varisi və ya tələb hüququnu əldə etmiş şəxs olduğu sübuta yetirilməmişdir.
20. Belə olan halda, “X1” MMC-nin cavabdehdən müqavilə üzrə borcun tutulmasını tələb etmək üçün zəruri subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlinir. Subyektiv hüquq mövcud olmadıqda isə tələb hüququ və müdafiə hüququ yarana bilməz. Bu isə iddianın maddihüquqi baxımdan əsassız olmasını şərtləndirir.
21. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə üzrə hüquqi statusunu və tələb hüququnun ona məxsus olub-olmamasını tam və hərtərəfli araşdırmadan iddianı qismən təmin etmiş, nəticədə hüquq normalarını düzgün tətbiq etməmişdir. Halbuki apellyasiya instansiyası tam hüquqlu məhkəmə kimi işə yenidən baxarkən sübutları birbaşa və hərtərəfli qiymətləndirərək iddiaçının subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir.
22. Apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş bu hallar iddianın rədd olunması üçün kifayət etdiyindən, apellyasiya şikayətində göstərilən digər dəlillərə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac qalmamışdır.
23. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı “X1” MMC mübahisəli müqavilədən irəli gələn tələb hüququnun daşıyıcısı olmadığından, onun cavabdehə qarşı irəli sürdüyü iddia təmin oluna bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır.
24. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
25. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 404.1, 442, 448.1, 567, 600.1, 600.4-cü maddələrinə, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ## #### 2008-ci il tarixli qərarına və S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikasının MPM-in 14.1, 77.1, 88, 217.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. Iddiaçı “X1” MMC (vəkil vəkil2 Cəfər oğlu) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, Ordubad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin vergi sisteminə baxmaqla iddiaçının subyektiv hüququnun olmadığını müəyyən etməsi düzgün deyildir. Belə ki, iddia tələbi irəli sürülən zaman tərəflərindən məhkəməyə təqdim olunmuş müqavilə iddiaçı “X1” MMC-nin möhürü ilə təsdiq olunmuş və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuşdur. Bu da onun subyektiv hüququnun olduğunu açıq-aşkar ortaya qoyur. Ikinci bir hal ondan ibarətdir ki, məhkəmə tərəfindən müqavilədə iddiaçının “xxxx” MMC deyə qeyd olunması iddiaçının subyektiv hüququnun olmaması anlamına gəlmir. Belə ki, “X1” MMC və digər MMC-lər Cahan adı altında (holdinq olaraq birləşmiş formada) fəaliyyət göstərir və müqavilədə isə həmin ümumi addan, yəni Cahan adından istifadə edilmiş və AVM -“X1” MMC sözünün baş hərflərinin ixtisarı olaraq yazılmışdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, müqavilədə MMC-nin VÖEN- i qeyd olunmamışdır. Bu da onu deməyə tam əsas verir ki, məhkəmə subyektiv hüquqa hazırkı kazusda düzgün hüquqi qiymət verməmişdir. Müqavilədə VÖEN qeyd olunsa idi o zaman apellyasiya instansiya məhkəməsinin bu hüquqi mövqeyinə haqq qazandırmaq olardı.
28. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir.Yəni firma adının qısa və ixtisarla yazılması ümumiyyətlə müqavilənin iddiaçıya məxsus olmaması anlamına gəlməməlidir. Həmçinin cavabdeh də bunu mübahiələndirməmiş, iddiaçının ofisinə getdiyini, müqavilə və təhvil-təslim aktına (qəbzinə) imza etdiyini həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində etiraf etmiş və təsdiq etmişdir.
29. Həmçinin müqavilə və müqaviləyə əlavə olunmuş sənədlərdə bütün münasibətlər məhz “X1” MMC-nin adına ünvanlanmış və ona aid olan bütün sənədlərdə həmin hüquqi şəxsin möhürü vardır. Hüquqi şəxsin möhürü isə onun özünə məxsus olan və həmin möhürlə özünə aid olan sənədləri təsdiq etmək səlahiyyəti verən bir təsdiqləmədir. Bu baxımdan işə baxan apellyasiya instansiya məhkəməsinin mövqeyi heç bir halda qəbul edilən deyildir. Yəni sistemdə həmin adın başqa VÖEN-lə olması həmin hüquqi şəxsin bu müqavilə üzrə tərəf olması anlamına gəlmir və iş materillarında da bunu təsdiq edəcək hər hansı sənəd və ya mötəbər sübut yoxdur.
30. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 14, 50, 385, 389-cu maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarına istinadla əsaslandırmışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
41. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarı
42. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
49. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı “X1” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı “X1” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.