Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1437/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit borcunun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları
1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxıl etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə oturulməməsı ilə bağlı +************ nömrəsinə bildiriş SMS gondənlmışdır. OTP kodunu təqdim etdiyi uçun ABB Mobile tətbiqinə daxil olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın qanunsuz olaraq onun hesabına qoymuş olduğu 15000 manat kredit məbləğininin hesablanması qanunsuz hesab edilərək həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xxxxın Şəki filialında adına 6000 manat məbləğində kredit limiti Tam Kart açılmış, ##.##.2023-cü il tarixdə filiala təqdim etdiyi ərizəsi əsasında məbləğ 1000 manata endirilmişdir. ##.##.2024-cü il tarixdə telefonuna gələn şübhəli linklər səbəbli təcili xxxxın Şəki filialına müraciət edərək kartını bağlatmışdır. Kartını bloklatdığı zaman xxxxın Şəki filialının əməkdaşı sistemə baxış keçirmiş və onun kartında heç bir əməliyyatın aparılmadığını bildirmişdir. Kartını bağlatdıqdan 111 gün müddət keçdikdən sonra ## #### 2024-cü il tarixdən bu günədək xxxx tərəfindən mobil nömrəsinə zənglər gələrək banka faiz borcunun olduğu bildirilmişdir. xxxxın Şəki filialına ## #### 2024cü il tarixdə yaxınlaşdıqda onun hesabından xəbəri olmadan, məlumat verilmədən, heç bir bildiriş gəlmədən, razılığı olmadan FIN kod tələb olunmadan, üz tanınma olmadan, tərəfindən 3D və OTP kod təsdiqi verilmədən kredit limitinin 15000 manata qaldırıldığı və pulun kimlərsə tərəfindən çıxarıldığı məlum olmuşdur. Bu barədə xxxxın qaynar xəttinə və 102 xidməti də məlumat vermişdir. Təhqiqat aparılır. Lakin, ona bu barədə niyə 111 gün sonra məlumat verildiyi sirr olaraq qalır. Onun aldığı əmək haqqına o məbləgdə kredit düşmür. O, 33 ilin ali təhsilli müəlliməsidir, heç bir təsdiq kodu verməmişdir. Kart məlumatlarını da heç kimə təqdim etməmişdir. Bununla bağlı cavabdeh “xxxx” ASC-ə tərəfindən məktub ünvanlanmış və həmin məktuba cavab olaraq bildirilmişdir ki, guya onun istifadəsində olan ********** mobil nömrəsinə SMS bildiriş göndərilib və OTP kodu təqdim etdiyi üçün ABB mobil tətbiqə daxil olunmuşdur. Belə absurd və heç bir sübuta söykənməyən əsassız bir cavab verilmişdir. “xxxx” ASC özündə olan hansısa texniki problemə görə onu heç bir əsas olmadan borclu vəziyyətinə salır. Cavabdehə 15000 manat kredit borcunun olması ilə bağlı heç bir öhdəlik götürməmiş və heç bir müqavilə bağlamamışdır.
4. Mərkəzi Bank tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli *-*-**/*****/**** nömrəli ekspert rəyinə əsasən, xxxxnın müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında ödəniş baş verən günə qədər mobil tətbiqə daxil olmuş cihaz 1b5216ddf2abac08 identifikatorlu X1 8 markalı mobil telefondur. Lakin ödənişin baş verdiyi gün bu dəyişərək Nokia C21 Plus markalı və 10487082afd9fef3 identifikatorlu mobil telefon olmuşdur. Ilk olaraq, istifadəçinin cihaz dili Azərbaycan dili olduğu üçün bank tərəfindən göndərilən SMS-lər Azərbaycan dilində təqdim olunurdu. Daha sonra cihaz dəyişdirildikdən sonra yeni cihazın dili rus dili olması səbəbdən bankın göndərdiyi SMS-lər də avtomatik olaraq rus dilində göndərilməyə başlanmışdır. Telefonun zərərli proqram təminatına yoluxma və ya fişinq ehtimalını nəzərə alaraq, müvafiq laboratoriyada texniki ekspertizadan keçirilməsi tövsiyə olunur. Belə bir ekspertiza kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Müdaxilənin hansı üsulla (məsələn, SMS vasitəsilə göndərilmiş linkə keçid və s.) həyata keçirildiyini və dəqiq tarixini müəyyən etmək üçün müvafiq mobil cihazda mobil kriminalistika təhlili aparılmalıdır. Bu təhlil müvafiq bacarıqlara, təcrübəyə və analiz alətlərinə malik olan əlavə ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir. Mərkəzi Bankda bu sahəyə aid laboratoriya və müvafiq ekspert qrupu olmadığı üçün qeyd olunan sualın cavablandırılması mümkün olmamışdır. Bank əməkdaşlarının bizə verdiyi məlumatlara əsasən, hər hansı müdaxilə və ya zərərli proqram izləri aşkar edilmədiyi halda, İddiaçı “mobil bankçılıq” proqram tətbiqinin məlumatlarını əldə etmək, kənardan idarə etmək və ya kart hesabından köçürmələr aparmaq mümkün deyil. Aparılan araşdırma nəticəsində, ödənişin həyata keçirildiyi zaman mobil bank tətbiqinə fərqli bir mobil cihazdan girişin qeydə alınması, həmin ödənişin kənar müdaxilə və ya fişinq hücumu nəticəsində həyata keçirilməsi ehtimalını artırır. Müdaxilənin SMS vasitəsilə göndərilmiş linkə keçid etməklə aşkar edildiyi halda, həmin SMS-in göndərildiyi nömrə, göndərilmə IP ünvanı və digər texniki məlumatların müəyyənləşdirilməsi üçün müvafiq mobil rabitə operatorundan (SMS-in göndərildiyi abunə nömrəsinin xidmət təminatçısından) məlumatların əldə edilməsi zəruridir. Buna görə də, qeyd olunan informasiyanın əldə olunması məqsədilə müvafiq mobil operatora rəsmi sorğu göndərilməlidir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyinə əsasən, təqdim edilmiş tədqiqat obyekti sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “X1 8” markalı “M1908C3JG” modelli “866044056885180” 866044056885198” IMEI kodlu mobil smartfondur. Həmin mobil smartfonun yaddaşında hər-hansı bir “Malware” ziyanverici proqramların mövcud olmasına dair rəqəmsal izlər müəyyən edilməmişdir. “xxxx” ASC-yə aid prosessinq sisteminə məxsus məlumat bazasında İddiaçı adına “xxxx” ASC-də olan kartı üzrə icra olunmuş əməliyyatlara dair sualları Mərkəzi Bankdan cəlb edilmiş mütəxəssislər tərəfindən ##.##.2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır.
6. Cavabdeh iddiya etiraz edərək qeyd etmişdir ki, son zamanlar kibercinayətkarlıqla bağlı bu tipli hallar həddindən artıq çoxalmışdır. Vətəndaşa müxtəlif yollarla şübhəli linklər, “xxxx” ASC-nin adından səhifələrdə güzəştli kreditlərlə bağlı məlumatlar paylaşmaqla müraciətlər olunur. Burada bütün məsələ vətəndaşın məsuliyyətinin həddi və bankın məsuliyyətinin həddindən bağlıdır. Bankın məsuliyyəti təhlükəsizlik kodunun göndərilməsi və təhlükəsizlik kodunun təyinatının nə ilə bağlı olmasıdır. Hazırkı işdə iddiaçının keçən il tam kartı olmuşdur və ərizə təqdim edərək həmin limitin azaldılmasını xahiş etmişdir. 2024-cü ilin aprel ayında iddiaçının dediyinə görə ona şübhəli linklər gəlib, iddiaçı bundan şübhələnib banka yaxınlaşıb, kartı bloklanıb, kart bloklanandan sonra ona məlum olmuşdur ki, ondan pullar tutulub və kredit limiti artırılıb. Iddiaçı iddia edir ki, ona təhlükəsizlik kodu gəlməmiş və yaxud kod gəlibsə də onu 3-cü bir şəxsə verməmişdir. Iddiaçının özünün ABB mobile-da qeydiyyatdan keçdiyi mobil nömrəyə-051-813-19-55 nömrəsinə müxtəlif kodlar gəlib və təyinatı qeyd olunmuşdur. Ilk kod mobil tətbiqə giriş ilə bağlı olmnuşdur. ##.##.2024-cü il saat 11:37-də mobil tətbiqə giriş ilə bağlı OTP kod göndərilib və yanında təyinatı yazılmışdır. Əgər həmin kod daxil edilməsə və ya başqa bir şəxsə daxil etmək üçün verilməsə mobil tətbiqə daxil olmadan digər hərəkətlərin atılması qeyri-mümkündür. Iddiaçının mobil tətbiqdəki 051-813-19-55 nömrəsinə kod göndərilib və mobil tətbiqə daxil olunub. Tam kart limitinin artırılması ilə bağlı 2-ci kod 11:38:27-də göndərilib. Kart rekvizitlərinin görülməsinə qədər kodlar istənilib və bütün kodlar vətəndaşa göndərilmişdir. Limit artırıldıqdan sonra 3 dəfə müəyyən məbləğlərdə kartdan pullar çıxmışdır. Həmin bu məbləğlərin hər birinin çıxılması üçün iddiaçıya kod göndərilmişdir. Bu kodlardan hər hansı biri daxil edilməsə və ya başqa bir şəxsə verilməsə kartdan pulların çıxılması qeyrimümkündür. Bu hissədə banka aid olan məqam həmin kodların göndərilməsi və təyinatının göstərilməsidir.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 isə bildirmişdir ki, təxmini olaraq ötən il ərzində onun mobil telefonuna tanımadığı xarici nömrədən zəng olunmuş, rus dilində danışığın məzmunu kartına köçürülən pul barəsində olmuş, həmin vəsaitin digər kartlara köçürüləcəyi və ona da bundan pul veriləcəyi vəd edilmiş, bunun ardından ona məxsus kartına bilmədiyi mənbədən pul köçürülmüş, sonra həmin vəsait onu müdaxiləsi olmadan digər kartlara göndərilmiş, yekunda isə ona vəd olunan pul verilməmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi səbəbindən pulun məhz ondan tələb edilməli olmasını qeyd etsə də buna dair iş materiallarında hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını bildirsə də, hal-hazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 385.1, 406.3, 442, 448.1, 448.2, 746-2.5, 746-2.6, 957.3 və 957.4-cü maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına, təqdim olunmuş sübutlara və mübahisəni tənzimləyən maddi hüquq normalarına əsasən nəticəyə gəlməmişdir, sübutları və maddi hüquq normalarını öz qənaətinə uyğunlaşdırmağa çalışmışdır. Məhkəmə qərarında bir cümlə belə olsun əsaslandırma aparmamış, yalnız imtinanı köçürtməklə kifayətlənmişdir. Hazırkı halda məhkəmənin qənaətinə görə tərəflər arasında iddia tələbində qeyd edilən məbləğdə borcun olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatda 15000 manat borc qeyd edilsə də, belə bir müqavilə (kredit məbləğinin artırılması və ya onun buna razılığı) cavabdeh tərəfindən təqdim edilməmiş, eyni zamanda məhkəmə iclasında az təminatlı əməkli bir insan üçün hansı əsaslarla bu qədər məbləğin verilməsinin səbəbləri cavabdehin nümayəndəsi tərəfindən cavablandırılmamışdır. Belə olduğu təqdirdə, iş üzrə onun adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. Onun cavabdeh qarşısında hər hansı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyildir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi kredit müqaviləsini mobil tətbiq vasitəsi ilə bağlamış, bunun üçün bir neçə mərhələdən ibarət identifikasiya və təsdiqləmə prosedurundan keçmişdir. Bunun sübutu kimi iddiaçıya məxsus mobil nömrəyə bank tərəfindən göndərilmiş təhlükəsizlik kodları ilə bağlı SMS mesajları iş materiallarına əlavə edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinin məsafədən bağlanılması zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müəyyən etdiyi tələblərə riayət olunmuş, müqavilə bağlanarkən bankın həmin tələblərə əməl etməsi Mərkəzi Bankın məktubu ilə də təsdiq edilmişdir.
15. Məhkəmənin qənaətinə görə, iddiaçı məxfi məlumatların təhlükəsizliyini təmin etmək öhdəliyi daşıdığı halda, bu sahədə lazımi ehtiyatlılıq göstərməmişdir. Belə ki, bank tərəfindən müştərilərə göndərilən təhlükəsizlik kodlarının fərdi xarakter daşıdığı və üçüncü şəxslərə açıqlanmamasının zəruriliyi barədə istifadəçilər müvafiq qaydada məlumatlandırılırlar. Bu məlumatlardan istifadə nəticəsində yaranan risk və nəticələr, bir qayda olaraq, həmin məlumatlara sahib olan şəxsin üzərinə düşür. Bu səbəbdən baş vermiş zərərin cavabdeh bankın müqavilə şərtlərinə və qanunvericilik tələblərinə uyğun davranmasına baxmayaraq onun üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Əks yanaşma kreditoru əsassız olaraq müdafiəsiz vəziyyətə salmaqla yanaşı, mülki dövriyyənin sabitliyinə və kredit münasibətlərinə olan etimada da mənfi təsir göstərə bilər.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə lazımı qaydada araşdırma aparmamış, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında göstərdiyi hallara hüquqi qiymət vermək istəməmişdir. Belə ki, həmin şəxsin bildirdiyi tanımadığı şəxslərlə cinayət xarakterli əlaqələrinin olub-olmamasını, bununla yanaşı cavabdeh ASC-nin Nizamnaməsinin və müvafiq Təlimatın tələblərinin əksinə olaraq az təminatlı şəxsə hansı əsaslarla göstərilən məbləğdə kredit verilməsinin səbəblərini müəyyən edilməsi üçün xüsusi qərardad çıxararaq prokurora məlumat verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 337.5. Əd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
23. Maddə 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir.
24. Maddə 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: borcverənin adı və ünvanı; borcalanın adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kreditin təyinatı; kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.
25. Maddə 746.1. Istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 746-1.1. Istehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən aşağıdakılar barədə məlumatları kağız və ya digər davamlı daşıyıcıda (məlumatın məqsədlərinə uyğun müddət ərzində saxlanılmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) istehlakçıya təqdim etməlidir: kreditin növü; borcverənin adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmət və onun nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə); kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi; tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat; istehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı; tətbiq edildikdə (hesabın açılması zəruri olmayan hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri; tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclərin mövcudluğu; kreditin alınması üçün əlavə xidmət müqaviləsinin, o cümlədən sığorta müqaviləsinin bağlanılması məcburi olduğu hallarda istehlakçının istehlak krediti müqaviləsi ilə bağlı belə müqaviləni bağlamaq vəzifəsi; istehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri; tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq edilən zaman ödənilməli olan dəbbə pulu; tətbiq edildikdə, kreditin verilməsi üçün tələb olunan təminatlar; istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər; istehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası; tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar; ödəmə qabiliyyətinin qiymətləndirilməsi məqsədilə kredit bürolarından alınmış məlumatlar əsasında istehlakçıya kredit verilməsindən imtina edildikdə, bu barədə istehlakçının ödənişsiz olaraq məlumat almaq hüququ; istehlakçının müraciəti əsasında müqavilə layihəsinin surətini borcverəndən ödənişsiz almaq hüququ; borcverənin verdiyi məlumatların qüvvədə olduğu müddət.
27. Maddə 746-1.2. Bu Məcəllənin 746-1.1-ci maddəsində göstərilən məlumatlar standart məlumatlandırma formasında əks etdirilir. Standart məlumatlandırma forması mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən təsdiq edilir.
28. Maddə 746-1.3. Borcverən tərəfindən standart məlumatlandırma formasına kreditlə bağlı digər məlumatlar da daxil edilə bilər.
29. Maddə 746-1.4. Borcverən tərəfindən verilən məlumatlar aydın və başa düşülən şəkildə ifadə edilməlidir.
30. Maddə 746-1.5. Məsafəli istehlak krediti müqaviləsinin bağlanması üçün rabitə vasitəsi kimi səsli rabitə vasitəsi (telefon zəngi, videozəng və s.) istifadə edildikdə, borcverən zəngin əvvəlində yalnız aşağıdakı məlumatları istehlakçıya təqdim edir: borcverənin adı və zəngin məqsədi; istehlakçı ilə əlaqə saxlayan şəxsin adı, soyadı və borcverənlə əlaqəsi; təklif olunan xidmətin istehlak krediti olması; təklif olunan istehlak kreditinin məbləği, kredit üzrə ödənilən faizlərin illik dərəcəsi və faktiki illik faiz dərəcəsi; təklif olunan istehlak krediti ilə bağlı istehlakçının üzərinə düşəcək əlavə xərclərinin ola biləcəyi barədə qeyd; istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər; borcverənin verdiyi məlumatların qüvvədə olduğu müddət.
31. Maddə 746-1.6. Bu Məcəllənin 746-1.5-ci maddəsi tətbiq edildikdə, borcverən bu Məcəllənin 746-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin maddədə göstərilən digər məlumatların istehlakçının müraciəti əsasında ona təqdim edilməsinin mümkünlüyü barədə istehlakçını məlumatlandırır və istehlakçının müraciəti əsasında həmin məlumatların təqdim edilməsini təmin edir.
32. Maddə 746-2.1. Istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
33. Maddə 746-2.2. Istehlak krediti müqaviləsində aşağıdakılar aydın və dəqiq şəkildə göstərilir: kreditin növü; tərəflərin adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmət və onun nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə); kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər; tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat; istehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı; tətbiq edildikdə (hesabın açılması zəruri olmayan hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri; tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclər; istehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri; tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq edilən zaman ödənilməli olan dəbbə pulu (gecikdirilmə faizləri); tətbiq edildikdə, kredit öhdəliyinin icrasının təminatına dair şərtlər və sığorta tələbləri haqqında məlumatlar; istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər; istehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası; tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar; istehlakçının müqavilə müddətində sorğu əsasında ödənişsiz olaraq kağız daşıyıcıda təqvim ili ərzində iki dəfə (müqavilədə daha əlverişli hal nəzərdə tutulmadıqda), digər davamlı daşıyıcıda isə istənilən zaman kreditin qalığı barədə hesabdan çıxarışı kreditin ödəniş qrafiki şəklində əldə etmək hüququ (ödəniş qrafikində həyata keçirilməli olan ödənişlər, belə ödənişlərin müddətləri, ödənişlərin strukturu, o cümlədən illik faiz dərəcəsi üzrə hesablanmış faizlər və tətbiq olunan digər əlavə xərclər göstərilir); mübahisələrə məhkəmədənkənar qaydada baxılması imkanlarının olubolmaması, olduqda onun qaydası; tətbiq edildikdə, digər müqavilə şərtləri; Mərkəzi Bankın adı və ünvanı.
34. Maddə 746-2.5. Istehlak krediti müqaviləsi bağlanıldığı anda daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər.
35. Maddə 746-2.6. Istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mərkəzi X2 ##.##.2023-cü il tarixli, **/* nömrəli qərarı ilə təsdiqlənmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”.
36. Bənd 8.5. Istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir.
Azərbaycan Respublikası Mərkəzi X2 ##.##.2022-ci il tarixli, **/* nömrəli qərarı ilə təsdiqlənmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (istehlak krediti müqaviləsi üzrə limit artırıldığı ##.##.2024-cü il tarixdə qüvvədə olan redaksiyada)
37. 5.1-ci bəndinə əsasən, bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.
38. 5.2-ci bəndinə əsasən, müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir.
39. 5.3-cü bəndinə əsasən, məsafədən bank hesabı yalnız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər.
42. 5.6-cı bəndinə əsasən, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər.
43. 5.7-ci bəndinə əsasən, gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.
44. 5.11-ci bəndinə əsasən, məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
45. 5.12-ci bəndinə əsasən, bank məsafədən bağlanmış bank hesabı müqaviləsinin müştəriyə kağız və ya digər davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişikliksiz əks etdirilməsi mümkün olan istənilən vasitə) təqdim edilməsini təmin edir.
46. 5.13-cü bəndinə əsasən, fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Iddiaçının tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.