Məhkəmə qərarları › İş №2(1-8)-1474/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1474/2026

04.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1474/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı MMC-nin xxxx xxxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “X1” MMC ilə xxxx xxxx arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən ##.##.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək xxxx administrator vəzifəsinə işə qəbul olunmuş və işəgötürənlə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlamış, ##.##.2019-cu il tarixli, ***-K saylı əmrlə işdən azad edilmişdir.

2. Hazırda İddiaçı MMC ##.##.2017-ci il, ##.##.2018-ci il, ##.##.2018-ci il və ##.##.2019-cu il tarixli “xxxx” aktlara istinadla xxxx MMC-yə 27379,05 manat məbləğində zərər vurmasını iddia edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”xxxx“MMC”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxxx (bundan sonra – “xxxx”) MMC-nin əmlakına (maddi qiymətlərə) vurulmuş ziyana görə ödənilməmiş 21342,91 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, xxxx iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, ##.##.2017-ci il, ##.##.2018-ci il, ##.##.2018-ci il və ##.##.2019-cu il tarixlərində MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində xxxxin cəmiyyətə zərər vurması müəyyən edilmişdir. ##.##.2017-ci il, ##.##.2018-ci il, ##.##.2018-ci il və ##.##.2019-cu il tarixlərində “Inventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 27379,05 manat məbləğində müəyyən edilmişdir. Maliyyə araşdırmasından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 4114,44 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, 1921,70 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, xxxxin hal-hazırda MMC-yə ümumilikdə 21342,91 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə xxxxə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

5. Sabirabad Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2022-ci il tarixli, 9/8775№-li rəyində qeyd olunmuşdur ki, MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, ##.##.2017-ci, ##.##.2018-ci il, ##.##.2018-ci il və ##.##.2019-cu il tarixli “Oba-4MKR” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda xxxxin hesabında olan çatışmazlıq 21342,91 manatdır.

6. Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim – F.Pənahov) iddia təmin edilmişdir.

7. Məhkəmə iddiaçı təşkilatın ona vurulmuş ziyanın məhz xxxxin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsi, Mülki Məcəllə və “Tam maddi məsuliyyət haqqında” müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində yarandığı barədə sənədləri və vurulmuş zərərin həcmi ilə bağlı ekspert tədqiqatının rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan tam həcmdə təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115, Əmək Məcəlləsinin 191.1, 194, 199 və 202.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. xxxx qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun işdən ayrılmağının əsaslıca səbəbi bölgə müdiri ilə əvvəlki kimi qeyd etdiyi malların düzgün təlimat üzrə dağıdılmaması olmuşdur. Həm də malların fakturasız və rəsmi göndərişsiz çıxartmasına görə iradlar tutmuşdur. O da özünü sığorta məqsədilə ona belə şər böhtan ataraq işdən azad etmişdir. Başqa onun heç bir qanun pozuntusu olmamışdır. Işini də ədalətli aparmışdır. Qətnamədə göstərilən ##.##.2017, ##.##.2018, ##.##.2018 və ##.##.2019-cu il tarixli xxxx aktlardan, ümumiyyətlə, xəbəri olmamışdır. O, sadəcə olaraq orda iştirak etdiyi sayın nəticəsində yəni 8 nəfərin gəlib məhsulları saymasını bildirə bilər. O da həmin faktı imzası ilə təsdiq etmişdir. Məhsulların sayımı da orada qeyd olunmuşdur. Oradakı bundan əvvəl və yaxud bundan sonrakı çıxarılan məhsulları dedikdə, faktura üzrə səhv gələn malları dedikdə, onların heç birisinin ona aidiyyəti olmamışdır. Onun problemi olmamışdır. Bütün öhdəlikləri bölgə müdiri daşıyır. Çünki ən son mallar onun əlindən gəlib keçmişdir. Onun, ümumiyyətlə, MMC-yə heç bir borcu olmamışdır. Borcu olması barədə də əsas yoxdur. Çünki işdən ayrılan zaman ona borclu qaldığı rəsmixxxxşifahi olaraq bildirilməmişdir. Işdən də çıxan zaman malları bölgə müdirinə təhvil verib, işdən ayrılmışdır. Sayım zamanı şirkətin rəhbərləri gəlim sayım etmişdirlər. O tək, onlar isə 9 nəfərdən ibarət idi. Orada sayılan ədədli mallar var idi. Məsəl üçün 500 ədəddirsə, onu sayan zaman onların ayrı-ayrı yanlarına dayana bilməmişdir ki, bu mal, həqiqətən, dəqiq sayılmışdır. Həmin mallar satışa çıxılmışdır. Ona orada güzəşt olunacağı belə deyilməmişdir. Qısası, o, işlədiyi dövr üzrə əmək haqqını almış və şərt üzrə də pulunu götürmüşdür. Göründüyü kimi onun MMC ilə arasında heç bir öhdəlik yoxdur.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “Aktivlər üzrə xxxx yekun Akt” “Malların inventarizasiyası Qaydaları”nın tələblərinə uyğun olmadığından, eləcə də mühasibatlıq sənədləri tam şəkildə olmadığından hazırkı tədqiqatla xxxxin MMC-yə çatışmazlığının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi (hakimlər: M.Əsədli – sədrlik edən və məruzəçi, T.Heydərov və A.Novruzova) ilə xxxx tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən zərərin xxxxin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir.

14. Iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də göründüyü kimi inventarizasiya aktları “Malların inventarizasiyası Qaydaları”nın tələblərinə uyğun tərtib edilməmiş, habelə çatışmazlığın yaranmasını təsdiq edən zəruri mühasibatlıq sənədləri iş materiallarına təqdim edilməmişdir. Bu səbəbdən xxxxin MMC-yə hər hansı məbləğdə maddi zərər vurmasının və onun hesabında çatışmazlığın mövcud olmasının obyektiv qaydada müəyyən edilməsi mümkün olmamışdır.

15. Belə olan halda, iddiaçının tələbinin əsasını təşkil edən ziyanın mövcudluğu, həmin ziyanın xxxxin qanunsuz hərəkətxxxxhərəkətsizliyi nəticəsində vurulması və bu hərəkətlə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmədiyindən, iddianın təmin olunması üçün zəruri olan hüquqi şərtlərin mövcudluğu müəyyən edilməmişdir.

16. Bundan əlavə hazırkı mərhələdə əldə olunmuş rəylə birinci instansiya məhkəməsində əldə olunmuş rəyi qarşılıqlı tədqiq etmiş məhkəmə kollegiyası qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ilkin, ## #### 2022-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, həmin tədqiqat zamanı da eynilə hazırkı mərhələdə əldə edilmiş rəydə qeyd edilən faktlar mövcud olmuş, lakin bununla yanaşı iş materiallarında olan mövcud aktlara istinad edərək, həmçinin həmin yekun aktların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə xxxxin hesabında olan çatışmazlığın 21.342,91 manat məbləğində olması müəyyən olunmuşdur.

17. Məhkəmə tərkibi ilkin ekspert rəyinə istinad edərək birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsi ilə razılaşmamışdır. Belə ki, həmin rəy iş materiallarında mövcud olan inventarizasiya aktlarının düzgünlüyünün məhkəmə tərəfindən nəzərə alınması şərti ilə aparılmış hesablamalara əsaslanmışdır. Halbuki apellyasiya instansiyasında aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, sözügedən inventarizasiya aktları “Malların inventarizasiyası Qaydaları”nın tələblərinə uyğun tərtib edilməmiş, habelə çatışmazlığın yaranmasını təsdiq edən zəruri mühasibatlıq sənədləri iş materiallarında mövcud olmamışdır. Bu səbəbdən həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz və onların əsasında xxxxin hesabında çatışmazlığın mövcudluğu barədə qəti nəticəyə gəlmək mümkün deyildir.

18. Həmçinin birinci instansiya məhkəməsində əldə olunmuş ## #### 2022-ci il tarixli ekspert rəyində də hazırkı mərhələdə aparılmış ekspertiza rəyində göstərilən hallara dair qeydlər mövcud olmuşdur. Lakin həmin rəy inventarizasiya aktlarının düzgünlüyünün şərti qəbul edilməsi əsasında nəticəyə gəlmişdir.

19. Hazırkı mərhələdə əldə edilmiş ekspert rəyi nəzərdən keçirilərkən rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.

20. Məhkəmə tərkibi qeyd olunan ekspert rəyini iş üzrə araşdırılmış və tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş birtərəfli, əhatəli olmayan sənədlərə əsasən iddiaçının tələb etdiyi məbləğin xxxxdən tutulması əsaslı hesab edilə bilməz.

21. Bundan başqa məhkəmə tərkibi qeyd etmişdir ki, xxxxin MMC qarşısında maddi məsuliyyət daşıması “Tam maddi məsuliyyət haqqında” müqavilə ilə öz təsdiqini tapsa da, iddiaçı tərəfindən aparılan xxxx aktda qeyd edilmiş əmlakların xxxxin maddi məsuliyyət daşıdığı əmlaklar olması barədə iş materiallarına hər hansı sübutlar əlavə edilməmişdir.

22. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 10 (“ç” bəndi), 191, 192, 194, 199, 203, 205, 206, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a)Kassasiya şikayətinin dəlilləri

23. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsi eləcə də kassasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun xxxxdən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Əmək Məcəlləsinin 10 və 310-cu maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi xxxxin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki xxxxin vəzifə təlimatı ürə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə xxxxin hər hansı pozuntuya yol verib-verməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz xxxxin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların xxxxin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi.

25. Əmək Məcəlləsinin 191 və 199-cu (“a” bəndi) maddələri üzrə - Əmək Məcəlləsinin 191-ci maddəsində əmək münasibətlərində olan tərəflərin bir-biri qarşısında maddi ziyana görə məsuliyyətinin həm qəsd, həm də ehtiyatsızlığa görə yarandığı nəzərdə tutulduğundan məhkəmə tərəfindən qanunazidd olduğu iddia edilən əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə araşdırılarkən maddi ziyanın işçinin yalnız qəsdən edilən hərəkətləri ilə deyil, eyni zamanda hərəkətsizliyi ilə (məsələn: işçinin vəzifə funksiyalarını lazımınca icra etməməsi və s) vurula biləcəyi də nəzərə alınmalıdır. Məhkəmə iş materiallarında olan və xxxxlə MMC arasında rəsmiləşdirilmiş “Tam maddi məsuliyyət haqqında” müqaviləyə, həmçinin xxxxin müqavilədə göstərilmiş öhdəliklərinə münasibət bildirməmişdir. Müqavilənin 3.3-cü bəndində göstərilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. Işçinin aktla tanış olmaqdanxxxxziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Məhz bununla bağlı 5 nəfər komissiya üzvlərindən ibarət tərkibdə və öz imzaları ilə təsdiq edilmiş “Imtina aktı” tərtib edilmişdir. Bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, xxxxin aktı imzalamaması onu maddi məsuliyyətdən azad etmir.

26. MPM-in 9.1, 9.3, 14.2, 76.2, 77.1, 78, 88, 89.1, 217.1, 217.3, 217.4, 372.2 və 380-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə sübutların mümkünlüyü, araşdırılması və qiymətləndirilməsi zamanı MPM-in 77.1, 78, 88, 372.2 və 380ci maddələrinin tələblərini nəzərə almamış, qətnamədə bununla bağlı müvafiq əsaslandırma öz əksini tapmamışdır. Iddiaçının xxxxin məsuliyyət daşıdığını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar (Vəzifə təlimatını, “Tam maddi məsuliyyət haqqında” müqaviləni, maddi ziyanın məbləği ilə bağlı isə inventarizasiya aktlarını, xüsusən də dəymiş ziyanın şəxsən xxxxin imzası və razılığı ilə etiraf edilmiş ##.##.2018-ci il tarixli “xxxx” Akt ilə, həmçinin birinci ekspertiza rəyi ilə) üzrə prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi dəyərləndirmə aparılmamış, işdəki sübutlar qiymətləndirərkən iddiaçıya məxsus mağazada əskik gələn mallara və hesabatlardakı uyğunsuzluğa görə administrator vəzifəsini icra etmiş şəxsin xxxxlik daşıyıb-daşımadığına qiymət verilməmiş, nəzərə alınmamışdır ki, maddi ziyanın vurulmasında təqsirli olmadığını sübut etmək vəzifəsi bunun əksini iddia edən xxxxin üzərinə düşür.

27. MPM-in 106.3-cü maddəsi üzrə - iş materiallarında olan ##.##.2018-ci il tarixli “xxxx” aktla xxxx vurduğu ziyanın məbləğini tam etiraf etmişdir. Belə ki, həmin aktda göstərilir ki, “Inventarizasiya nəticələri mənim iştirakım ilə araşdırıldı”, “Çıxarılan nəticə ilə razıyam”, maddi məsul şəxs xxxx imzası. Göstərilən akta münasibətdə iddiaçıya dəymiş maddi ziyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığından və maddi ziyanın məbləği barədə akt xxxxin öz imzası ilə təsdiq edildiyindən apellyasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 106.3-cü maddəsinin tələbinə uyğun olmamışdır.

28. Iddiaçı məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər bölməsində Ali Məhkəmənin anoloji işlər üzrə bir sıra qərarlarına istinad etməklə apellyasiya instansiyasının yanlış qənaətə gəldiyini bildirmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 10. ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir.

31. Maddə 191.Bənd 1.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

32. Maddə 191.Bənd 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdənxxxxehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğunun aşkar olunması; b) təqsirkarın əməlinin, yəni hərəkətixxxxhərəkətsizliyinin qanuna zidd olması; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması.

33. Maddə 192. Bənd 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkətxxxxhərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

34. Maddə 192. Bənd 2.Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

35. Maddə 194.1.Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

36. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

37. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

38. Maddə 199.1. Işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkətxxxxhərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;

39. Maddə 203.1. Işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

40. Maddə 203.2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. Işəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

45. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır.

49. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində verilmiş rəydən görünür ki, ##.##.2017-ci il, ##.##.2018-ci il, ##.##.2018-ci il və ##.##.2019cu il tarixlərində “Inventarizasiya Nəticələrinə” dair aktların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda xxxxin hesabında olan çatışmazlıq 21342,91 manatdır.

50. Birinci instansiya məhkəməsi iddiaçı təşkilatın ona vurulmuş ziyanın məhz xxxxin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsi, Mülki Məcəllə və “Tam maddi məsuliyyət haqqında” müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində yarandığı barədə sənədləri və vurulmuş zərərin həcmi ilə bağlı ekspert tədqiqatının rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan tam həcmdə təmin edilməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən ziyanın mövcudluğu, həmin ziyanın xxxxin qanunsuz hərəkətxxxxhərəkətsizliyi nəticəsində vurulması və bu hərəkətlə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmədiyindən, iddianın təmin olunması üçün zəruri olan hüquqi şərtlərin mövcudluğu müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası iddiaçının ##.##.2017-ci il, ##.##.2018-ci il və ##.##.2019-cu il tarixli “xxxx” aktlara istinadla xxxx tərəfindən ona müvafiq məbləğdə ziyan vurulması ilə bağlı tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasıxxxxsəhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunmasıxxxxdəyişdirilməsi üçün əsas yoxdur.

53. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin ##.##.2018-ci il tarixli aktla bağlı hissəsində gəldiyi nəticə ilə aşağıda qeyd edilənlərə əsasən razılaşmır.

54. Belə ki, iş materiallarında olan ##.##.2018-ci il tarixli aktdan görünür ki, xxxxin maddi məsul şəxs olduğu mağazada aparılan inventarizasiya zamanı 1051,92 manat məbləğində əskik kənarlaşma aşkar olunmuş və çıxarılmış bu nəticə ilə xxxx razılaşaraq həmin aktı, həmçinin bu barədə tərtib edilmiş iltizamnaməni imzalamışdır.

55. Birinci instansiya məhkəməsi məhz həmin sübutlara və onların əsasında tərtib edilmiş ekspert rəyinə istinad etməklə xxxx tərəfindən iddiaçıya 1051,92 manat məbləğində maddi ziyan vurulmasını müəyyən etmişdir.

56. Göstərilənlər onu deməyə əsas verir ki, xxxxin administrator olduğu mağazada 1051,92 manat məbləğində kənarlaşmanın olması və bununla bağlı xxxxin maddi məsuliyyət daşımasına dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgün olmuşdur.

57. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bu hallarla bağlı doğru hüquqi qiymətləndirmə aparmamış, həmin hallara iddia tələbinin qanuni əsasını təşkil edən Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərini düzgün tətbiq etməmiş və iddianı həmin hisədə təmin etməmişdir.

58. MPM-in 417.1.4-cü maddəsinə görə kassasiya instansiyası işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

59. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin yuxarıda qeyd edilən aktla bağlı hissəsi iddianın qanuni əsasının dispozisiya şərtləri ilə uyğunluq təşkil etdiyi üçün həmin hissədə iddia təmin olunmalıdır.

60. Qeyd olunanları və MPM-in 417.1.4, 417.2, 418.2, 386-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ##.##.2018-ci il tarixli aktla bağlı hissədə ləğv edilməklə iddia tələbi həmin hissədə, yəni 1051,92 manat hissədə təmin olunması barədə yeni qərar qəbul edilməlidir.

61. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2026-cı il tarixli 2(106)- ****/**** nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilsin. xxxx xxxx 1051 manat 92 qəpik pul alınaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar