Məhkəmə qərarları › İş №2(1-8)-1477/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1477/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1477/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklər; kredit müqaviləsi üzrə borcun zamindən tutmanın şərtləri və əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli ##.##.2015- ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında ZM-********* nömrəli ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

3. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 6.227,78 ABŞ dolları hesablanmışdır.

4. Kreditin müddəti ##.##.2019- cu il tarixinədək uzadılmışdır.

5. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir.

6. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6.807,26 ABŞ dolları hesablanmışdır.

7. Restrukturizsiya edilmiş kreditin müddəti ##.##.2021-ci il tarixədək uzadılmışdır.

8. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı LPO «xxxx” ASC iddia ərizəsi ilə Imişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh1 və cavabdeh2 müştərək qaydada 3059.36 ABŞ dolları əsas borc, 894.13 ABŞ dolları faiz borcu, 2651.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7035.21 ABŞ dolları məbləğində borcun və ödənilmiş 125.88 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi işin faktiki hallarında qeyd olunanlardan başqa belə əsaslandırılmışdır ki, kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. ##.##.2024-cü il tarixə cavabdeh1 kredit üzrə cəmi borcu 7.035,21 (yeddi min otuz beş dollar 21 sent) ABŞ dolları təşkil edir. Bundan 3.059,36 (üç min əlli doqquz dollar, 36 sent) ABŞ dolları əsas, 894,13 (səkkiz yüz doxsan dörd dollar, 13 sent) ABŞ dolları faiz, 2.651,64 (iki min altı yüz əlli bir dollar, 64 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 (dörd yüz otuz dollar, 08 sent) ABŞ dolları faiz borcu təşkil edir.

11. Cavabdeh cavabdeh1 iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı ##.##.2015-ci il tarixli ********* saylı edit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə kredit verməklə, icra müddəti fevral 2018-ci il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulduğunu bilmişdir, bununla belə iddiaçı həmin müddətdə, ümumiyyətlə 6-7 il ərzində cavabdehlərə heç bir xəbərdarlıq etməmiş, məhkəməyə müraciət etməmiş, ancaq faiz hesablanmaqla məşğul olmuşdur. Ödənilmiş əsas borcu da faiz hesablanmışdır. Hazırda o iddia tələbini əsassız hesab edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Ona görə də iddiadan imtina etmək barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları, ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin, ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 10%-lə, müqavilə dövründən sonra illik 5%- ləfaiz hesablanmaqla cavabdeh1 ##.##.2024cü il tarixə (sualda göstərilən tarix) banka olan əldən çıxmış fayda, faiz və əsas borcu 3.213,47 ABŞ dolları məbləğində müəyyən edilir. ##.##.2024-cü il tarixə əsas borc üzrə 2.282,8 ABŞ dolları, faiz borcu üzrə 610,67 ABŞ dolları (10-%lə), əldən çıxmış fayda borcu üzrə 319,92 ABŞ dolları (5-%lə) müəyyən edilmişdir. İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən Bank tərəfindən cərimə hesablanmamışdır.

13. Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh1 iddiaçı LPO «xxxx” ASC-nin xeyrinə 2282.88 (iki min iki yüz səksən iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları əsas, 610.67 (altı yüz on ABŞ dolları altmış yeddi sent) ABŞ dolları faiz, 114.14 (bir yüz on dörd ABŞ dolları on dörd sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 319.92 (üç yüz on doqquz ABŞ dolları doxsan iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3327.61 (üç min üç yüz iyirmi yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc və 59.11 (əlli doqquz manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 94.5 (doxsan dörd manat əlli qəpik) manat hissəsinin cavabdeh cavabdeh1 və 105.5 (bir yüz beş manat əlli qəpik) manat hissəsinin iddiaçı LPO «xxxx” ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, cavabdeh cavabdeh1 3.40 (üç manat qırx qəpik) manat, iddiaçı LPO «xxxx” ASC-dən 3.80 (üç manat səksən qəpik) manat məhkəmə xərcinin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim- Orxan Mahmud).

14. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə işin faktiki halları baxımından qeyd etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.

15. Məhkəmə qeyd etmişdir ki, imzalanmış Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Restrukturizsiya edilmiş kreditin müddəti ##.##.2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir.

16. Məhkəmə hesab etmişdir ki, ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişə əsasən üzrə irəli gələn öhdəliklərin icrası üçün borclu cavabdeh1 və zamin cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhəliyin icrası vaxtı (##.##.2021-ci il) çatdığı gündən bir il ərzində - ##.##.2022-ci il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürməmişdir.

17. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməlidir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

19. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmamış və hesab etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş, zaminin hazırkı tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin cavabdeh2 aid hissədə rədd edilməlidir.

20. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən işin, tam və hər tərəfli araşdırılmasını təmin etmək məqsədilə cavabdeh cavabdeh1 vəsatəti əsasında məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. cavabdeh1 verdiyi vəsatəti onunla əsaslandırmışdır ki, ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişə əsasən kredit restrukturizasiyası ilə bağlı olan müqaviləni onun xəbəri olmadan özləri imzalamışlar ki, iddia müddəti ötməsin, məhkəməyə müraciət edə bilsinlər. *(***)-***/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixdə ekspert vəsatəti daxil olmuş və cavabdeh1 imza nümunələrinin ekspertiza mərkəzinə göndərilməsi xahiş olunmuşdur.

22. Məhkəmə daha sonra qeyd etmişdir ki, Imişli Rayon Məhkəməsinin cavabdeh cavabdeh1 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubla heç bir məhkəmə iclasına gəlməyən cavabdeh1 həmin imza nümunələrinin təqdim olunması üçün 10 iş günü müddətində saat 09:00-18:00-a qədər məhkəməyə gəlmək xahiş olunsa da, o həm məhkəmə iclaslarına, həm də göstərilən müddətdə Imişli Rayon Məhkəməsinin inzibati binasına gəlməmişdir və imza nümunələrini məhkəmə təqdim etməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən görülmüş tədbirlərə baxmayaraq cavabdeh cavabdeh1 tərəfindən imza nümunulərə məhkəməyə təqdim edilmədiyindən və buna görə də məhz onun vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi mümkün olmadığından onun vəsatətində göstərdiyi – ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişin onun tərəfindən imzalanmaması faktı təsdiq edilə bilməz. Əksi sübut olunmadığı üçün məhkəmə həmin müqaviləni mötəbər sübut kimi qəbul edərək, mübahisəyə hüquqi qiymət vermişdir.

24. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən 3 illik iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi əsassızdır. Belə ki, tərəflərin arasındakı hazırki iş üzrə öhdəliyini sonuncu icra müddəti ##.##.2021-ci il il tarixi müəyyən edilmişdir. Iddiaçı tərəfindən isə məhkəməyə ##.##.2024-cü il tarixdə, yəni illik iddia müddəti ötürülmədən müraciət edilmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

26. Məhkəmə ekspert rəyinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** saylı rəyi ilə ##.##.2024-cü il tarixə əsas borc üzrə 2.282,8 ABŞ dolları, faiz borcu üzrə 610,67 ABŞ dolları (10-%lə), əldən çıxmış fayda borcu üzrə 319,92 ABŞ dolları (5-%lə) müəyyən edilmişdir.

27. Məhkəmə hazırkı ekspert rəyi ilə razılaşaraq onun faiz borcuna aid hissədə sübut növü kimi qəbul etmişdir.

28. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, ekspert rəyinin əsaslılığını şübhə altına ala bilən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir.

29. Məhkəmə hesab etmişdir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, kredit müqaviləsinə əsasən 114.14 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

30. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh cavabdeh1 ********* nömrəli, ##.##.2015-ci il tarixli Kredit müqaviləsi və onun əlavəsi üzrə üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda bankın məhkəmə qaydasında cavabdeh cavabdeh1 2282.88 ABŞ dolları əsas, 610.67 ABŞ dolları faiz, 114.14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 319.92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3327.61 ABŞ dolları borcun ödənilməsini tələb etməsi tam əsaslıdır.

31. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. Iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 94.5 (doxsan dörd manat əlli qəpik) manat hissəsi cavabdeh cavabdeh1 və 105.5 (bir yüz beş manat əlli qəpik) manat hissəsi iddiaçı LPO «xxxx” ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

32. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 125.88 (bir yüz iyirmi beş manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun 59.11 (əlli doqquz manat on bir qəpik) manatı cavabdeh cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı LPO «xxxx” ASC-yə ödənilməli, qalan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

33. Məhkəmə sonda qeyd etmişdir ki, mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı bildirişlərin proses iştirakçılarına göndərilməsi üçün 8 ədəd poçt zərfi istifadə edilmişdir. Bir ədəd poçt zərfinin qiyməti 0,9 (doxsan qəpik) manat olduğu üçün işə baxılması ilə əlaqədar tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar məsrəflər 7.20 (yeddi manat iyirmi qəpik) manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdeh cavabdeh1 3.40 (üç manat qırx qəpik) manat, iddiaçı LPO «xxxx” ASCdən 3.80 (üç manat səksən qəpik) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməldir.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1, 472, 477.0.4, 739.1 və 739.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 119.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin faiz borcu ilə bağlı hissəsini sübut kimi qəbul etsə də, eyni rəydə əsas borcun məbləği üzrə göstərilən nəticələrin nəzərə alınıb-alınmamasının səbəblərini əsaslandırmamışdır. Bu isə sübutların tam və obyektiv qiymətləndirilməsi, həmçinin qətnamənin ətraflı əsaslandırılması tələblərinin pozulmasına gətirib çıxarmışdır. Ekspert rəyinin yalnız bir hissəsinin tətbiqi, digər hissəsinə (əsas borc hissəsinə) isə heç bir izah verilməməsi prosessual qaydalarla ziddiyyət təşkil edir və qərarın hüquqi müəyyənliyini şübhə altına alır. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən əsas borcun azaldılmasının hansı sübutlara əsaslandığı açıqlanmalı və ya bu hissənin izahı verilməli idi. Bankın cavabdehdən əsas borcu üzrə 3059,36 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Əgər məhkəmə qətnaməsi ilə əsas borc məbləği heç bir sübuta əsaslandırılmadan azaldılıbsa, bu, müqavilənin təməl prinsiplərini pozur və müqavilə ilə müəyyən edilmiş şərtləri yerinə yetirmir. Həmçinin qeyd banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Müvafiq qanunvericiliyə əsasən cavabdeh1 tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində tələb edilən məbləğlərdə faizlərin tutulması zəruri və hüquqi baxımdan əsaslıdır. Bank tərəfindən cavabdehə kredit ##.##.2015-ci il tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə tam təmin etməyərək, onun mənafeyini pozmuşdur. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmi n ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir.

37. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, X1 və X2 Tofiq Xudayar oğlundan ibarət tərkibdə).

38. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apellyasiya instansiyası məhkəməsi öz mövqeyinə və eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir.

39. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz.

40. Kollegiya daha sonra qeyd etmişdir ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Kollegiya sonda qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1, 472, 477.0.4, 739.1 və 739.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Qətnamədən iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsinin qismən - mübahisələndirilən hissələrdə (əsas, faiz, cərimə və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) ləğv edilərək, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçı Bank tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Qanunda cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda “tənasübsüz” deyilərkən bu anlayışın hansımeyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, amma hüquqi düşüncə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınmasımaddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyrimüəyyənlik

44. yaratmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh tərəfindən müqavilə imzalanarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində MM-nin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də, iddia ilə tələb edilən 2.651,64 ABŞ dolları cərimə məbləğinin azaldılaraq 114,14 ABŞ dolları saxlanılması əsaslı hesab edilə bilməz.

45. Bankın cavabdehdən əsas borcu üzrə 3.059,36 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Əgər məhkəmə qətnaməsi ilə əsas borc məbləği heç bir sübuta əsaslandırılmadan azaldılıbsa, bu, müqavilənin təməl prinsiplərini pozur və müqavilə ilə müəyyən edilmiş şərtləri yerinə yetirmir. Həmçinin qeyd edirik ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Bu maddə, borclu tərəfin öhdəliyini yerinə yetirməməsi halında faizlərin tətbiq edilməsi yolu ilə ona qarşı hüquqi məsuliyyətin tətbiq olunmasını nəzərdə tutur. Mülki-hüquqi məsuliyyət, əsasən öhdəliklərin pozulmasından qaynaqlanır və borclu tərəfin gecikmiş və ya icra etmədiyi öhdəlikləri üçün qarşı tərəfə maliyyə və ya digər cəzalar tətbiq olunur. Bu, razılaşmanın pozulması, yəni tərəfin öz öhdəliyini yerinə yetirməməsi nəticəsində yaranan gecikməyə qarşı bir növ kompensasiya, yəni sanksiya funksiyasını daşıyır. Müvafiq qanunvericiliyə əsasən, cavabdeh1 tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində tələb edilən məbləğlərdə faizlərin tutulması zəruri və hüquqi baxımdan əsaslıdır. Həmin qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Icranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyər. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bundan başqa, Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, Bank tərəfindən cavabdehə kredit ##.##.2015-ci il tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə tam təmin etməyərək, onun mənafeyini pozmuşdur. Mübahisələndirilən qətnamədə apellyasiyası instansiya məhkəməsi tələb olunan əsas, faiz və gecikdirilmiş vaxt üçün illik beş faiz borcu məbləğlərini azaldarkən, yalnız ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, iddia ərizəsində göstərilən məbləğlərlə ekspertin tərtib etdiyi rəydəki məbləğlər arasında böyük fərqlər vardır. Ödənişlər üzrə silinmələr ekspert tərəfindən düzgün hesablanmamışdır. Nəzərə almaq lazımdır ki, Bank peşəkarlıq qaydasında kreditlər verilməsi ilə məşğul olan subyektdir və bu səbəbdən də Bankların hər bir sahə üzrə əməkdaşları xüsusi ixtisaslaşmış şəxslərdir. Iddiaçı Bankın əməkdaşları da iddia ərizəsini tərtib edərkən dəfələrlə dəqiq hesablanmış maliyyə göstəricilərinə əsaslanmışlar. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı var. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Göründüyü kimi, məhkəmə kollegiyası yuxarıda sadalanan bu kimi sübut növlərini nəzərə almayaraq nəticədə obyektivliyi və düzgünlüyü ciddi şübhələr doğuran ekspert rəyini hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutmaqla, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla əsassız əsaslanmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmişdir. Bu istinadı ilə məhkəmə kollegiyası qətnamə çıxararkən məhkəmə iclasına tədqiq olunmamış sübuta əsaslanıb ki, bununla da Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən təkrar məkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edilsə də, həmin vəsatət məhkəmə tərəfindən nəzərə alınmamışdır. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasınıməqsədəmüvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

50. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

51. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

52. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

53. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

55. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

56. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

57. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

58. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

59. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

60. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır

61. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

62. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini

34. yoxlayır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar