Məhkəmə qərarları › İş №2(1-8)-1484/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1484/2026

09.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1484/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və digərlərinə qarşı iş mülki üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. ##.##.2022-ci il tarixdə işəgötürən İddiaçı ilə işçi cavabdeh2 arasında əmək müqaviləsi bağlanmış, işçi “satıcı-xəzinədar” vəzifəsinə qəbul edilmiş, eyni zamanda tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona etibar edilmiş maddi sərvətlərin qorunmasına tam maddi məsuliyyət daşımaq öhdəliyi həvalə edilmişdir.

2. Tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi ona etibar edilmiş maddi sərvətlərin qorunmasına, uçotuna və təhlükəsizliyinə tam məsuliyyət daşımağa dair öhdəlik götürmüşdür.

3. 15-## ###### 2022-ci il tarixlərdə cavabdeh2, cavabdeh1 xahişi ilə ona 5–6 gün ərzində 45.278 manat dəyərində qızıl-zinət əşyalarını nisyə qaydada vermiş, həmin şəxsin isə 45 gün müddətində ödəniş edəcəyini bildirdiyi, lakin sonradan nə əşyaların qaytarıldığı, nə də dəyərinin ödənildiyi müəyyən edilmiş, nəticədə mağazada 45.278 manat çatışmazlıq yaranmış, əlavə olaraq 9 ədəd qızıl-zinət əşyasının satışından 9.310 manat vəsaitin xəzinəyə daxil edilmədiyi müəyyən edilmişdir.

4. ##.##.2022-ci il tarixdə cavabdeh1 tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, o, 45.278 manat ##.##.2022-ci il tarixdə tam şəkildə ödəyəcəyinə öhdəlik götürmüş və öhdəliyin icra edilməməsi halında məsuliyyəti üzərinə götürmüşdür.

5. ##.##.2022-ci il tarixli təhvil-təslim zamanı çatışmazlıqların müəyyən edilməsinə dair aktdan görünür ki, 19788 kod nömrəli, 12.84 qram çəkidə, 585 əyarlı, 1091 manat dəyərində komplektin mağazada müəyyən edilmədiyi və həmin məbləğin xəzinəyə daxil edilmədiyi aşkar edilmişdir.

6. ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi tərəfindən cinayət işi başlanmış və AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə icraata qəbul edilmişdir.

7. ##.##.2023-cü il tarixli AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən “Gold Line” mağazasında yaranmış çatışmazlıq 54.588 manat (45.278 + 9.310) müəyyən edilmişdir.

8. ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Səbail Rayon Prokurorluğunun müstəntiqi tərəfindən cinayət işinin materialları AR Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən 178.2.4cü maddəsinə tövsif edilmişdir.

9. ##.##.2023-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir.

10. ##.##.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh2 “qeyriərzaq malları üzrə satıcı, nəzarətçi-kassir” vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsinin müddəti ##.##.2023-cü il tarixinədək müəyyən edilmişdir.

11. ##.##.2023-cü il tarixdə cavabdeh2 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

12. ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, əmək münasibətlərinə ##.##.2023-cü il tarixdən xitam verilmişdir.

13. ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin qərarı ilə cinayət işi üzrə icraata xitam verilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməlində cinayət tərkibi olmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 “Əmək” və “Tam maddi məsuliyyət haqqında” müqavilə, vəzifə təlimatı üzrə öhdəliklərini icra etməməsi, cavabdeh cavabdeh1 ##.##.2022-ci il tarixli iltizamı icra etməməsi nəticəsində vurulmuş 54.588 manat ziyanın, həmçinin iddia qaldırılmaqla bağlı ödənilmiş 253.76 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər fiziki şəxs kimi “Gold Line” mağazasında qızıl-zinət əşyalarının alış, satışını həyata keçirmişdir. ##.##.2024-cü il tarixdə fiziki şəxs kimi öz fəaliyyətini dayandırmışdır. X3 həmin mağazada 2022-ci ilin sentyabr ayından əməliyyatçı-mühasib işləmişdir. “Gold Line” mağazalar şəbəkəsində alğı-satqı aparılmasına dair kassa vərəqələri satıcıların imzaları ilə gündəlik olaraq Lalə Əliyevaya təqdim edilmiş, həmçinin alğı-satqı proseslərinin hamısı mağazanın “online” şəkildə qeydiyyata almışdır. Lalə Əliyeva kompüterdə həmin alğı- satqının qeydiyyatını aparmışdır. Fiziki şəxs kimi fəaliyyət göstərdiyi zaman ## ##### 2022- ci il tarixdə cavabdeh2 əmək müqaviləsi əsasında satıcı-xəzinədar vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdə onunla aralarında tam maddi məsuliyyət haqqında müqavilə təsdiq ediləndən sonra, cavabdeh2 ünvan 1 ünvanında yerləşən “Gold Line” mağazasında vəzifəsinin icrasına başlamışdır. 2022-ci ilin may ayında cavabdeh2 qızıl-ziynət əşyaları müvafiq təhvil-təslim aktları əsasında məsuliyyətinə verilmişdir. cavabdeh2 ilə aralarında sonuncunun maddi məsul şəxs olması barədə müqavilə bağlanmışdır, əmək müqaviləsinə və vəzifə təlimatına əsasən satıcı-xəzinədar cavabdeh2 yuxarıda göstərilən ünvanda yerləşən mağazada sonuncuya təhvil verilmiş qızıl zinət-əşyaları müştərilərə nağd satmalı, satışdan əldə edilmiş pul vəsaitini xəzinəyə mədaxil etməli olmuşdur. ##.##.2022-ci il tarixdə o, mağazada Ülviyyə Məmmədovanın məsuliyyətində olan qızıl-zinət əşyalarının yoxlanılması üçün işçi X3 tapşırıq verdiyinə görə, o, həmin tarixdə yoxlama aparmış, cavabdeh2 məsulliyyətində olan qızıl-zinət əşyaları və satışdan əldə edilən pul vəsaitinin xəzinədə çatışmama faktı müəyyən edilmiş və bu haqda həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Mağazada ##.##.2022-ci il tarixdə yoxlamanı keçirilərkən iştirak etməmişdir və bu səbəbə görə, həmin aktın həqiqəti əks etdirib etdimədiyini bilməmişdir. ##.##.2022-ci il tarixdə işçi X3 o, mağazaya Ülviyyə Məmmədovanın məsuliyyətində olan qızıl-ziynət əşyalarının yoxlanılması üçün təkrar göndərmişdir. ##.##.2022-ci il tarixdə X3 həmin mağazada yoxlama apardıqdan sonra bildirmişdir ki, mağazada qızıl-ziynət əşyaları və xəzinədə pul vəsaitləri çatışmır. ##.##.2022-ci il tarixdə Lalə Əliyeva tərəfindən qızılzinət əşyalarının və xəzinədə pul vəsaitlərinin çatışmaması barədə akt tərtib edilmişdir. Belə ki, o və Lalə Əliyeva cavabdeh2 ilə birlikdə sonuncuya etibar olunmuş və məsuliyyətinə verilmiş 61 çeşiddə qızıl-zinət əşyalarının mağazada olmadığı müəyyən edilmişdir. Bununla bağlı təhviltəslim aktı tərtib etmiş, çatışmayan qızıl-zinət əşyaların adları, çəkiləri, əyarları və dəyərləri qeyd edilmişdir. Habelə ümumi dəyəri 19.825 manatdan 10.515 manat xəzinəyə mədaxil etsə də, 9.310 manatı xəzinəyə mədəxil etmədiyi müəyyən edilmişdir. Bu çatışmamazlıqla bağlı sorğu zamanı cavabdeh2 səlahiyyətli X4ə bildirmişdir ki, mağazada çatışmayan qızılları cavabdeh1 Bayraməli qızı adlı qadına satmış, lakin Bənövşə ona qızıl-ziynət əşyalarının pulunu verməmişdir. X4 cavabdeh2 ixtiyarı olmadığı halda, qızıl-zinət əşyalarını nə üçün pul almadan satması barədə soruşduqda, cavabdeh2 Bənövşəyə etibarı olduğu üçün özbaşına qızıl-ziynət əşyaları pul almadan satdığını bildirmişdir. Hətta həmin əşyaları pul almadan satdığını ona sübut etmək üçün Bənövşənin Ülviyyəyə yazdığı iltizamı təqdim etmişdir. Bundan sonra o, bu məsələyə aydınlıq gətirmək üçün X4dən xahiş etmişdir. Fəhri Hacıyev cavabdeh1 dəvət etmiş, sorğu zamanı cavabdeh1 cavabdeh2 qızıl-ziynət əşyalarını pul ödəmən götürdüyünü etiraf etmiş, bir daha inam yaratmaq üçün yazılı iltizam tərtib və təsdiq edərək götürdüyü qızıl-zinət əşyalarının pulunu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bundan sonra, cavabdeh2 qızıl-zinət əşyalarının kimə satması və ya verməsi ilə bağlı sorğu-sual etdikdə, cavabdeh2 bildirmişdir ki, cavabdeh1 çatışmayan qızıl-zinət əşyalarını pul almadan vermişdir. cavabdeh2 həmin məbləğdə qızıl-zinət əşyalarının pul almadan Bənövşəyə verilməsinə dair onun razı olmayacağını bilərək bu qanunsuz hərəkətini qəsdən gizlətmişdir. O, cavabdeh2 yuxarıda qeyd etdiyi məbləğdə qızıl-zinət əşyaların pul almadan Bənövşəyə verməsindən məlumatlı olmamışdır. cavabdeh2 əmək müqaviləsi və vəzifə təlimatına əsasən maddi məsul şəxs olduğu üçün onun məsulliyyətində olan bütün qızıl-zinət əşyalarının başqa şəxsə satdığı halda tam pulu almadan vermək ixtiyarı yox idi və verə də bilməzdi. Keçirilən yoxlama nəticəsində, satıcı-xəzinadar cavabdeh2 Bənövşəyə icazəsi olmadan 45.278 manat dəyərində qızıl-zinət əşyalarının pulunu almadan satmış, bundan başqa onun məsulliyyətində olan 9.310 (doqquz min üç yüz on) manat nəğd pulun xəzinəyə mədəxil etmədiyinə görə, ümumi 54.588 (əlli dörd min beş yüz səksən səkkiz) manat çatışmamazlıq müəyyən edilmişdir. cavabdeh2 əmək müqaviləsi, vəzifə təlimatı və maddi məsul şəxs kimi öhdəliklərini, cavabdeh1 isə iltizam üzrə öhdəliyi yerinə yetirməməklə ona 54.588 manat ödəməlidirlər. ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən cavabdeh2 əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, cavabdeh1 45.278 manat dəyərində qızıl zinət əşyalarının dəyərini tam şəkildə ödəməyi barədə öhdəlik götürmüşdür. ##.##.2025-ci il tarixdə Ağcəbədi * saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh2 ilə mübahisəni həll etmək mümkün olmamışdır. Odur ki, hazırda pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin edilərək cavabdeh cavabdeh2 maddi zərərə görə 54.588 manat, dövlət rüsumu olaraq ödənilmiş 253.76 manat, ümumilikdə 54.841,76 manatın iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 arasında əmək hüquq münasibətləri mövcud olmuş, ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh cavabdeh2 iddiaçı İddiaçı məxsus “Gold Line” mağazasında satıcı-xəzinədar vəzifəsinə qəbul edilmiş və əmək fəaliyyəti həyata keçirmişdir. Həmin tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və cavabdeh cavabdeh2 ona etibar edilmiş maddi sərvətlərin qorunmasına və düzgün idarə olunmasına tam maddi məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. Əmək müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün ##.##.2023-cü il tarixdə cavabdeh cavabdeh2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdeh2 işlədiyi dövrdə müxtəlif əyarda və çəkidə qızıl-zinət əşyalarını iş üzrə digər cavabdeh cavabdeh1 nisyə satış məqsədilə təhvil vermiş və bu barədə iddiaçıya izahat təqdim etmişdir. Bununla da, cavabdeh cavabdeh2 ilə cavabdeh1 arasında nisyə alqı-satqı münasibətlərini əks etdirən şifahi əqdin mövcudluğu müəyyən olunmuş, həmin münasibətlərin davamlı xarakter daşıdığı təsdiq edilmişdir. Cavabdeh cavabdeh2 işəgötürənin nəzarəti altında qızıl-zinət əşyalarının satışını həyata keçirsə də, bu əməliyyatlar nəticəsində işəgötürənə zərərin dəyməsi müəyyən edilmiş, əmək müqaviləsi və vəzifə təlimatının tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixli qərarın məzmununda göstərilən epizodlardan da görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş cavabdeh2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayından İddiaçı məxsus “Gold Line” mağazalar şəbəkəsində satıcı kimi fəaliyyət göstərməyə başlamışdır. O, ##.##.2022-ci il tarixdən etibarən həmin şəbəkənin ünvan 1 ünvanında yerləşən “Gold Line MUM” mağazasında satıcı-xəzinədar vəzifəsində işlədiyini, həmin mağazada ondan başqa satıcı fəaliyyətinin olmadığını bildirmişdir. İfadəyə əsasən, mağazada alqı-satqı əməliyyatlarına dair kassa vərəqələrinin gündəlik olaraq satıcıların imzaları ilə məsul şəxs Lalə Əliyevaya təqdim edildiyi və bütün əməliyyatların elektron qaydada (“online”) qeydiyyata alındığı göstərilmişdir. Şahid həmçinin göstərmişdir ki, şirkət rəhbərliyi tərəfindən etibar edilən şəxslərə nisyə satışa icazə verildiyi, lakin bu satışlar üçün 5000 manat məbləğində limit müəyyən olunduğubildirilmişdir. İfadədə qeyd olunmuşdur ki, cavabdeh2 cavabdeh1 2022-ci ilin aprel ayından tanımış, həmin şəxs əvvəlcə 300 manatlıq qızıl qolbağı nisyə almış və ödənişi hissəhissə həyata keçirmişdir. Daha sonra tərəflər arasında nisyə satış münasibətləri davam etmiş, cavabdeh1 müxtəlif qızıl-zinət əşyalarının verildiyi, lakin 16.390 manat məbləğində borcun ödənilmədiyi göstərilmişdir. Şahidin ifadəsinə görə, 2022-ci ilin avqust ayının əvvəllərində yoxlama aparılacağı ehtimalı ilə həmin məbləği şəxsi vəsaiti hesabına bağlamışdır. 2022-ci ilin avqust ayında aparılan yoxlama zamanı Lalə Əliyeva tərəfindən çatışmazlıq aşkar edilməmiş, 9.310 manatlıq nisyə satış isə rəhbərliyin məlumatı daxilində olduğu üçün çatışmazlıq kimi qiymətləndirilməmişdir. Bundan sonra, 2022-ci ilin avqust ayının ortalarında (təxminən 13–14 avqust tarixlərində) cavabdeh1 ümumi dəyəri 45.278 manat olan qızıl-zinət əşyalarının nisyə qaydada satıldığı bildirilmişdir. Şahid göstərmişdir ki, cavabdeh1 həmin məbləğin 1 ay ərzində ödəniləcəyinə dair öhdəlik götürmüş, daha sonra isə 10 gün ərzində ödəniş edəcəyinə dair yazılı iltizam təqdim etmişdir. Şahidin ifadəsinə əsasən, Lalə Əliyeva tərəfindən ona həmin satışların sistemdə müvəqqəti gizlədilməsi və sonradan düzəliş edilməsinə dair göstəriş verildiyi də qeyd olunmuşdur. 10 gün müddətinin bitməsinə baxmayaraq cavabdeh1 tərəfindən ödəniş edilməmiş, bu barədə rəhbərliyə məlumat verilmişdir. Məhkəmə bu epizod üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh2 işlədiyi mağazada qızıl-zinət əşyalarını iş üzrə digər cavabdeh cavabdeh1 nisyə qaydada vermiş, cavabdeh1 isə həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin ödəniş icra edilməmişdir. Belə ki, İddiaçıya məxsus mağazada cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində olmayan qızıl-zinət əşyalarının dəqiq siyahısının müəyyən edilməsi məqsədilə akt tərtib edilmiş və həmin akta əsasən adları iddia ərizəsində də qeyd edilən 61 çeşiddə ümumi dəyəri 45278 manat məbləğində olan qızıl-zinət əşyalarının mövcud olmadığı aşkar edilmişdir. Bundan başqa, təhvil-təslim zamanı mağazanın sisteminə “online” qaydada işlənilmiş və rəhbərliyin məlumatı olmaqla cavabdeh cavabdeh2 tərəfindən nisyə satılmış, eləcə də avqust ayında şirkət tərəfindən yoxlama keçirilən zaman çatışmazlıq kimi sayılmayan kod № ***** olan, çəkisi 25,55 qram, 750 əyarlı, 2309 manat dəyərində komplekti 2400 manata, kod № ***** olan, çəkisi 13.8 qram, 585 əyarlı, 1173 manat dəyərində komplekti 1100 manata, kod № ***** olan, çəkisi 26.58 qram, 750 əyarlı, 2605 manat dəyərində sepi 2500 manata, kod № ***** olan, çəkisi 39.44 qram, 916 əyarlı, 5522 manat dəyərində sepi 3900 manata, kod № ***** olan, çəkisi 24.44 qram, 585 əyarlı, 2077 manat dəyərində sepi 1950 manata, kod № ***** olan, çəkisi 15,15 qram, 750 əyarlı, 1485 manat dəyərində qolbağı 1400 manata, kod № ***** olan, çəkisi 16.77 qram, 750 əyarlı, 1509 manat dəyərində qolbağı 1500 manata, kod № ***** olan, çəkisi 17.4 qram, 750 əyarlı, 1566 manat dəyərində komplekti 1560 manata və kod № ***** olan, çəkisi 15.81 qram, 750 əyarlı, 1549 manat dəyərində komplekti sataraq ümumi dəyəri 19825 manatdan 10515 manat xəzinəyə mədaxil etsə də, 9310 manatı xəzinəyə mədəxil etmədiyindən qızıl-zinət əşyalarının çatışmazlığı da ortaya çıxarılmışdır.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə ikinci cavabdeh cavabdeh1 mübahisəli qızıl-zinət əşyalarının pulunu sonradan ödəyəcəyini yazılı şəkildə öhdəsinə götürmüş, lakin bu öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, cavabdeh1 bu hərəkətləri ilə bağlı birbaşa hüquqi münasibət iddiaçı ilə deyil, onunla əmək münasibətində olan cavabdeh2 ilə yaranmışdır.

20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh1 arasında nə əmək, nə də mülki öhdəlik münasibətləri mövcud olmuşdur. cavabdeh1 yazılı iltizam verməsi faktı onun birbaşa iddiaçı qarşısında məsuliyyətini təsbit etməmişdir, belə ki, həmin öhdəlik iddiaçının iştirakı olmadan və onunla müqavilə münasibəti yaranmadan tərtib edilmişdir. Məhkəmə hesab etmişdir ki, bu səbəbdən mağazada müəyyən edilmiş çatışmazlıq və maddi zərərin mövcudluğuna baxmayaraq, iddiaçı qarşısında maddi məsuliyyət daşıyan şəxs yalnız cavabdeh2 olmuşdur. Müəyyən edilmişdir ki, zərər iddiaçı ilə cavabdeh2 arasında bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə çərçivəsində yaranmış münasibətlərdən irəli gəlmiş, işçinin əmək funksiyalarını yerinə yetirməməsi nəticəsində formalaşmışdır.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi tələbi yalnız cavabdeh cavabdeh2 qarşı irəli sürülə bilər. cavabdeh1 hərəkətləri nəticəsində zərərin faktiki olaraq baş verməsi müəyyən edilsə də, həmin şəxsin işəgötürən qarşısında deyil, yalnız cavabdeh2 qarşı hüquqi məsuliyyət daşıdığı nəticəsinə gəlinmişdir.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh2 öz vəzifə öhdəliklərini və maddi məsul şəxs kimi ona etibar edilmiş əmlaka nəzarət və qoruma vəzifəsini pozmuş, bunun nəticəsində zərərin yaranmasına səbəb olmuşdur və buna görə də vurulmuş zərərin əvəzini iddiaçıya məhz onun ödəməli olduğu müəyyən edilmişdir. Lakin eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh2 zərəri ödədikdən sonra həmin məbləği cavabdeh1 geri tələb etmək hüququna malikdir.

23. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh cavabdeh2 54.588 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 253,76 manat dövlət rüsumu olmaqla, ümumilikdə 54.841,76 (əlli dörd min səkkiz yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

24. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 386.1, 1096, 1097.1-ci, Əmək Məcəlləsinin 191.1, 199-cu, habelə MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin edilərək maddi zərərə görə cavabdeh cavabdeh2 9.310 manat, cavabdeh cavabdeh1 45.278 manat, ödənilmiş dövlə rüsumuna görə 253.76 manat olmaqla, ümumilikdə 54.841,76 manatın iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı (üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəl edilməklə) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh cavabdeh2 maddi zərərə görə 54.588 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 253.76 manat, ümumilikdə 54.841,76 manat vəsaitin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə qanunuz və əsassız hesab edilərək, qismən ləğv edilməli, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı İddiaçı iddia ərizəsində cavabdeh1 cavabdeh qismində ona görə cəlb etmişdir ki, ona məxsus “Gold Line” mağazasında satıcı-xəzinədar işləyən müdafiəçisi olduğu digər cavabdeh cavabdeh2 tərəfindən nisyə verilmiş 45.278 manat dəyərində qızıl-zinət əşyalarının pulunu ödəməsi barədə iltizam üzrə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, həmin mağazadan pulunu ödəmədən aldığı qeyd edilən məbləğdə qızıl-zinət əşyalarını satıb pulunu ödəyəcəyi barədə cavabdeh2 yazılı iltizam verən cavabdeh1, bundan sonra iddiaçı İddiaçı da onun X4 vasitəsilə eyni məzmunlu yazılı iltizam tərtib və təsdiq edərək, götürdüyü qızıl-zinət əşyalarının pulunu ödəyəcəyi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan cavabdeh cavabdeh1 tərəfindən ##.##.2022-ci il tarixdə tərtib edilmiş iltizamda göstərilir ki, cavabdeh1 iddiaçı İddiaçı sahibkarı olduğu “Gold Line” qızıl mağazasından satıcı müdafiəçisi olduğu digər cavabdeh cavabdeh2 45.278 manat dəyərində götürdüyü müxtəlif əyarlı qızıl-zinət əşyalarına görə yuxarıda qeyd edilən 45.278 manatı ##.##.2022-ci il tarixində tam şəkildə ödəyəcəkdir. Bu iltizamı vaxtında icra etməzsə, məsuliyyəti öz üzərinə götürür. Göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 45.278 manat məbləğində pulu tələb etmə hüququ sonuncunun bununla bağlı iddiaçı qarşısında öhdəliyinə əsaslanan yazılı iltizamdan irəli gəlmişdir. Məhkəmə baxışında cavabdeh cavabdeh1 münasibətdə iddiaçı İddiaçı bu tələbindən imtina etməmiş və ya tələbini dəyişdirməmişdir. Ən vacibi isə, cavabdeh cavabdeh1 tərəfindən tərtib və təsdiq edilərək, iddiaçıya təqdim edilmiş yazılı iltizam etibarsız sayılmamışdır. Fikrincə, belə vəziyyətdə cavabdeh cavabdeh1 tərəfindən tərtib və təsdiq edilmiş yazılı iltizamın yaratdığı hüquqi nəticələrin məhkəmədə nəzərə alınmaması qanuni hesab edilə bilməz. Xüsusilə qeyd edir ki, cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı təqdim edilən yazılı iltizam faktiki olaraq, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaratmışdır. Çünki, Mülki Məcəllədə bu növ əşyaların alqı-satqı müqaviləsinin forması və məzmunu barədə hər hansı şərt və ya tələb mövcud deyildir. Yəni, bu növ müqavilələr həm şifahi, həm də yazılı formada bağlana bilər. Odur ki, belə vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Qeyd edir ki, müdafiəçisi olduğu cavabdeh cavabdeh2 tərəfindən iddiaçı İddiaçı verilmiş izahatdan aydın olur ki, “Gold Line mağazasında satıcı işləyəndə müştəri kimi tanıdığı və inandığı cavabdeh1 sonuncunun xahişinə əsasən, 2022-ci ilin avqust ayında satıb pulunu mağazaya ödəməsi üçün nisyə 45.278 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları vermişdir. Bənövşə götürdüyü qızıl-zinət əşyalarının dəyərinin tam şəkildə 45 gün müddətində ödənilməsinə dair söz vermiş, lakin həmin müddət keçməsinə baxmayaraq, nə götürdüyü qızıl-zinət əşyalarını qaytarmamış, nə də ki həmin əşyalarının dəyərini ödəməmişdir. Bu səbəbdən də yoxlama zamanı 45.278 manat çatışmazlıq yaranmışdır. Bundan əlavə 9 adda müxtəlif əyarlı və çəkidə olan qızıl-zinət əşyalarını cavabdeh1 satarkən, satılmış həmin qızıl-zinət əşyalarının müəyyən olunmuş qiyməti tam ödənilməmişdir. Bu səbəbə görə 9.310 manat məbləğində pul vəsaiti mağazanın xəzinəsində çatışmazlıq yaranmışdır. İşdə olan ##.##.2023-cü il tarixli qərardan müəyyən müəyyən edilir ki, ...cinayət işi üzrə şahid qismində dindirilmiş cavabdeh2 ifadəsində göstərmişdir ki,...o, cavabdeh1 2022-ci ilin aprel ayından tanıyır. cavabdeh1 onun işlədiyi mağazadan ilk dəfə 300 manatlıq qızıl qolbağ nisyə almış, həmin qolbaq üçün ona 200 manat ödəniş etmiş, 2 gündən sonra isə 100 manat pulu yenidən ödəniş etmişdir. Daha sonra cavabdeh1 ona nisyə olaraq qızıl-zinət əşyalarını satmağı təklif etmişdir. O, cavabdeh1 təklifi ilə razılaşmış və bir müddət cavabdeh1 nisyə olaraq qızıl- zinət əşyalarını satmışdır. Həmin qızıl-zinət əşyalarının pulunu cavabdeh1 vaxtlı-vaxtında hissə-hissə ona ödəmişdir. Həmin 16.390 manat məbləğində olan qızıl-zinət əşyasının pulunu ona ödəməmişdir. 2022-ci ilin avqust ayının əvvələrində onun satıcı işlədiyi mağazaya yoxlama gələcəyinə görə o, cavabdeh1 ona qaytarmalı olduğu 16.390 manat məbləğində pul vəsaitini bibisi qızından borc olaraq almış və cavabdeh1 “Gold Line” mağazasına olan borcunu bağlamışdır. 2022-ci ilin avqust ayında Lalə Əliyeva onun işlədiyi mağazada yoxlama işləri aparan zaman heç bir çatışmazlıq aşkar etməmişdir. Həmin yoxlama zamanı nisyə olaraq satmış olduğu 9.310 manat məbləğində qızıl-zinət əşyalarından rəhbərliyin xəbəri olduğundan çatışmazlıq kimi nəzərə alınmamışdır. Həmin yoxlama bitdikdən sonra o, təxminən 13-## ###### 2022-ci il tarixdə cavabdeh1 ümumi dəyəri 45.278 manat təşkil edən qızıl-zinət əşyaları nisyə olaraq satmışdır. cavabdeh1 həmin qızıl-zinət əşyalarının pulunu 1 ay müddətində ona qaytarmağı öz öhdəsinə götürmüşdür. 2022-ci ilin sentyabr ayında cavabdeh1 ondan almış olduğu qızıl-zinət əşyalarının pulunu ödəmədiyinə görə o, ona istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək müdiriyyətin onun yerini dəyişdirəcəyini və almış olduğu qızılların pulunu təcili ödəməsini ondan tələb etmişdir. Görüş zamanı cavabdeh1 ondan almış olduğu dəyəri 45.278 manat təşkil edən qızıl-zinət əşyalarının pulunu 10 gün ərzində ona ödəyəcəyini bildirmiş və ən pis halda 1 ay müddətində qaytaracağı barədə iltizam yazaraq ona vermişdir. O, bu barədə Lalə Əliyevaya məlumat vermişdir. O, Lalə Əliyevaya 45.278 manat dəyərində qızıl-zinət əşyalarını tanıdığı cavabdeh1 satdığını və 10 gün müddətində həmin qızılzinət əşyalarının pullarını ona geri qaytaracağını bildirmişdir. Lalə isə ona 45.278 manat təşkil edən qızıl-zinət əşyalarını hansı ağılla nisyə satmağı barədə irad tutmuş və ondan cavabdeh1 həmin malları neçə günə ona qaytara biləcəyini soruşmuşdur. O isə Laləyə 10 gün müddətində Bənövşənin pulu geri qaytaracağını bildirmişdir. Lalə Əliyeva isə əgər Bənövşə həmin qızıl-zinət əşyalarının pulunu 10 gün ərzində geri qaytaracaqsa, bu barədə müdiriyyətə xəbər verməyəcəyini, qaytardıqdan sonra isə sistemə pərakəndə satış yazaraq nisyə satmış olduğu qızıl-zinət əşyalarını silməsini bildirmişdir. 10 gün keçdikdən sonra Lalə Əliyeva onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, cavabdeh1 qızıl-zinət əşyalarının pulunu ödəyibödəməməsi barədə ondan soruşmuş, o isə Bənövşənin qızıl-zinət əşyalarının pulunu ger qaytarmadığını bildirmişdir. Lalə isə ona artıq bu barədə rəhbərliyə məlumat verəcəyini bildirmişdir...” Qeyd edilən epizodla müəyyən olunur ki, cinayət işi üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə cavabdeh işlədiyi “Gold Line” mağazasında yerləşən qızıl-zinət əşyalarını iş üzrə digər cavabdeh cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində aldığı əşyalara görə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmənin gəldiyi nəticədən də görünür ki, müdafiəçisi olduğu cavabdeh cavabdeh2 ilə iş üzrə digər cavabdeh cavabdeh1 arasında forma və məzmununa görə nisyə alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən ikitərəfli şifahi əqdin bağlanması öz təsdiqini tapmış, həmçinin bu müqavilə münasibətləri mütəmadi və davamlı xarakter daşımışdır. Bununla yanaşı, məhkəmə həm də hesab etmişdir ki, cavabdeh cavabdeh2 iddiaçı İddiaçıla aralarında bağlanmış əmək müqaviləsinə, eləcə də satıcı-xəzinədarın vəzifə təlimatına uyğun olaraq işəgötürənin bilavasitə nəzarəti və tabeliyi altında sonuncuya məxsus qızıl-zinət əşyalarının satışını həyata keçirsə də, bu satış işəgötürənə zərər vurulması ilə nəticələnmiş, əmək müqaviləsi və satıcı-xəzinədarın vəzifə təlimatında nəzərdə tutulmuş müddəaların tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmənin bu qənaəti Mülki Məcəllənin nisyə alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olmaqmaqla düzgün deyildir. Çünki, cavabdeh cavabdeh2 digər cavabdeh cavabdeh1 ilə şifahi nisyə alqı-satqı müqaviləsini iddiaçıya zərər vurma niyyəti ilə deyil, əksinə tutduğu vəzifəsinə uyğun olaraq, həmin qızılzinət əşyalarının satılmasına nail olmaq məqsədilə bağlamışdır. Belə ki, onlar arasında bundan əvvəl də qızıl-zinət əşyalarının şifahi nisyə alqı-satqısı həyata keçirilmiş və nisyə aldığı həmin əşyaların pullarını cavabdeh cavabdeh1 müdafiəçis olduğum cavabdeh cavabdeh2 ödəmişdir. Həm də cavabdeh cavabdeh1 şifahi nisyə alqı-satqı yolu ilə ona verilən qızıl-zinət əşyalarının onda olmasını etiraf etmiş, bu barədə həm cavabdeh cavabdeh2, həm də həmin əşyaların mülkiyyətçisi iddiaçı İddiaçı yazılı iltizam vermişdir. Mövcud vəziyyətlə bağlı şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələblər tətbiq edilməli, nisyə aldığı qızıl-zinət əşyalarının dəyəri müdafiəçisi olduğu cavabdeh cavabdeh2 deyil, iddia ərizəsində göstərildiyi kimi digər cavabdeh cavabdeh1 tələb edilməlidir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Səadət Səlimova sədrlik edən, məruzəçi, Akif İsgəndərov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, işəgötürən olan iddiaçının tələbi işçisinin ona vurduğu 54.588 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi tələbi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmış olduğu işin mübahisəsiz halı olmuşdur. Cavabdeh cavabdeh2 tərəfindən, sonuncunun təqsirli hərəkətləri nəticəsində, iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin 54.588 manat olması da tərəflər tərəfindən mübahisələndirilməmişdir.

29. Apellyatorun mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, onun nisyə alqı-satqı müqaviləsinə əsasən işəgötürənə məxsus olan qızıl-zinət əşyalarını cavabdeh cavabdeh1 satdığı və sonuncunun ödəmədiyi 45.278 manat pul vəsaitinin də ondan iddiaçının xeyrinə tutulması tələb edilmişdir.

30. Belə ki, cavabdeh cavabdeh2 iddiaçı qarşısında işəgötürənə vurduğu maddi ziyana görə tam məsuliyyət daşıması iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh cavabdeh1 ilə bağlanmış qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun ona ödəmədiyi vəsaiti ondan tələb etmək hüququ iddiaçıya deyil, məhz apellyatorun özünə aid olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının cavabdeh cavabdeh1 qarşı tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh1 arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamış, cavabdehlərin iddiaçı qarşısında birgə borcluluqdan yaranması mümkün olan müştərək məsuliyyətləri mövcud olmamışdır. İddiaçının verdiyi iltizamda isə işçi cavabdeh2 təqsirli hərəkətləri nəticəsində işəgötürəninə vurduğu ziyanın məbləğinin bir hissəsinin, yəni 45.278 manatının onda olmasını etiraf edib ##.##.2022-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüş olduğu qeyd edilmişdir.

32. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

33. Cavabedeh cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, maddi zərərə görə cavabdehlər cavabdeh2 9310 manat, cavabdeh1 45278 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 253.76 manat olmaqla, ümumilikdə 54.841,76 manatın iddiaçının xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ona görə cavabdeh qismində cəlb etmişdir ki, sonuncu “Gold Line” mağazasında satıcıxəzinədar

34. işləmiş cavabdeh2 tərəfindən ona nisyə verilmiş 45.278 manat dəyərində qızıl-zinət əşyalarının pulunu ödəmək barədə götürdüyü öhdəliyi icra etməmişdir. cavabdeh1 həmin qızılzinət əşyalarının pulunu ödəyəcəyinə dair əvvəlcə cavabdeh2, daha sonra isə iddiaçı İddiaçı onun X4 vasitəsilə yazılı iltizam vermişdir. ##.##.2022-ci il tarixli iltizamda cavabdeh1 “Gold Line” mağazasından götürdüyü 45.278 manat dəyərində qızıl-zinət əşyalarının pulunu ##.##.2022-ci il tarixədək tam ödəyəcəyi, vaxtında icra etmədiyi halda məsuliyyəti öz üzərinə götürdüyü göstərilmişdir. Qızıl-zinət əşyalarının nisyə satılması əvvəllər də mövcud olmuş və bundan rəhbərliyin məlumatlı olduğu bildirilmişdir. Buna görə də iddiaçı İddiaçı cavabdeh1 45.278 manat tələb etmək hüququ sonuncunun yazılı iltizamından irəli gəlmişdir. Cavabdeh cavabdeh2 izahatından görünmüşdür ki, o, “Gold Line” mağazasında satıcı işlədiyi dövrdə tanıdığı və etibar etdiyi cavabdeh1 2022-ci ilin avqust ayında 45.278 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını nisyə vermişdir. cavabdeh1 həmin əşyaların dəyərini müəyyən müddətdə ödəyəcəyini bildirmiş, lakin nə əşyaları qaytarmış, nə də onların pulunu ödəmişdir. Bu səbəbdən mağazada 45.278 manat məbləğində çatışmazlıq yaranmışdır. Bundan başqa, 9 adda qızıl-zinət əşyalarının satışı üzrə 9.310 manat məbləğində çatışmazlığın yarandığı da qeyd edilmişdir. ##.##.2023-cü il tarixli qərardan müəyyən edilmişdir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş cavabdeh2 cavabdeh1 2022-ci ilin aprel ayından tanıdığını, ona əvvəllər də nisyə qızıl-zinət əşyaları satdığını və həmin ödənişlərin vaxtında edildiyini bildirmişdir. Daha sonra, təxminən 13-## ###### 2022-ci il tarixlərində cavabdeh1 ümumi dəyəri 45.278 manat olan qızıl-zinət əşyalarını nisyə satmış, sonuncu isə həmin pulu 1 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş edilmədiyindən cavabdeh2 bu barədə Lalə Əliyevaya məlumat vermiş, Lalə Əliyeva isə həmin məbləğin 10 gün ərzində qaytarılacağı halda məsələni müdiriyyətə bildirməyəcəyini qeyd etmişdir. Lakin pul qaytarılmadığından bu barədə rəhbərliyə məlumat verilmişdir. Qeyd edilən hallardan görünmüşdür ki, cavabdeh2 ilə cavabdeh1 arasında forma və məzmununa görə nisyə alqı-satqı müqaviləsinin elementlərini daşıyan şifahi əqd bağlanmışdır. Bu münasibətlər əvvəl də mövcud olmuş və davamlı xarakter daşımışdır. Məhkəmə isə cavabdeh2 əmək müqaviləsi və satıcı-xəzinədarın vəzifə təlimatı üzrə öhdəliklərini pozduğu qənaətinə gəlmişdir. Kassasiya şikayətində isə göstərilmişdir ki, bu qənaət Mülki Məcəllənin nisyə alqı-satqı münasibətlərini tənzimləyən normalarına uyğun olmamışdır. Çünki cavabdeh2 qızıl-zinət əşyalarını cavabdeh1 iddiaçıya zərər vurmaq niyyəti ilə deyil, satışın həyata keçirilməsi məqsədilə vermişdir. cavabdeh1 da həmin əşyaların onda olduğunu etiraf etmiş və həm cavabdeh2, həm də iddiaçı İddiaçı yazılı iltizam vermişdir. AR Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı formada bağlana bilər və şəxsin əqdi bağlamaq iradəsi onun davranışından məlum olduqda şifahi əqd bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib onun qiymətini ödəməyi öhdəsinə götürmüşdür.

35. Kassasiya şikayətinə AR MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Kassasiya şikayətinə dair etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

38. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

39. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

40. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

41. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

42. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

43. Maddə 199.1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

51. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının həddini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

53. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. Cavabdeh cavabdeh2 kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

55. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, işəgötürən olan iddiaçının tələbi işçisinin ona vurduğu 54.588 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi tələbi ilə bağlı olmuşdur. Çünki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmış olması işin mübahisəsiz halı olmuşdur. Cavabdeh cavabdeh2 tərəfindən, sonuncunun təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin 54.588 manat olması da tərəflər tərəfindən mübahisələndirilməmişdir.

56. Cavabdeh cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, onun nisyə alqı-satqı müqaviləsinə əsasən işəgötürənə məxsus olan qızıl-zinət əşyalarını cavabdeh cavabdeh1 satdığı və sonuncunun ödəmədiyi 45.278 manat pul vəsaitinin də ondan iddiaçının xeyrinə tutulması tələbi ilə bağlıdır.

57. Belə ki, cavabdeh cavabdeh2 iddiaçı qarşısında işəgötürənə vurduğu maddi ziyana görə tam məsuliyyət daşıması iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur.

58. Apellyasiya məhkəməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh cavabdeh1 ilə bağlanmış qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun ona ödəmədiyi vəsaiti ondan tələb etmək hüququ iddiaçıya deyil, cavabdeh cavabdeh2 özünə aid olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının cavabdeh cavabdeh1 qarşı tələbini təmin etməməkdə haqlı olmuşdur.

59. Belə ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamış, cavabdehlərin iddiaçı qarşısında birgə borcluların yaranması mümkün olan müştərək məsuliyyətləri mövcud olmamışdır. İddiaçının verdiyi iltizamda isə işçi cavabdeh2 təqsirli hərəkətləri nəticəsində işəgötürəninə vurduğu ziyanın məbləğinin bir hissəsinin, yəni 45.278 manatının onda olmasını etiraf edib ##.##.2022-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür.

60. Apellyasiya məhkəməsi həmçinin öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

61. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar