Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1507/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim - E.Məmmədov) iddianın təmin olunmaması qət edilmiş, iddiaçı İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdeh cavabdeh1 aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin olunması, cavabdeh cavabdeh1 60.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutularaq iddiaçı İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: M.Hüseynov – sədrlik edən və məruzəçi, Z.Məmmədov və İ.Dəmirov).
4. Cavabdeh cavabdeh1 (vəkil vəkil1) apellyasiya instansiyası məhkəməsinin qətnaməsini # ###### 2026-cı il tarixində əldə etmiş və # #### 2026-cı ildə isə həmin qətnamədən kassasiya şikayəti vermişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilərək, kassasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər: R.Həsənov – sədrlik edən və məruzəçi, Ə.Nurməmmədov və A.Abbasov).
6. Cavabdeh cavabdeh1 # ##### 2026-cı il tarixində qətnamədən kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına dair ərizə və kassasiya şikayəti vermişdir.
7. Ərizə belə əsaslandırılmışdır ki, rüsum məbləğinin natamam ödənilməsi tamamilə texniki səhv olaraq onun tərəfindən edilmişdir. Belə ki, terminalda ödəniş edən zaman eynəyi yanında olmadığından tələb olunan məbləği yanlış daxil etmişdir. Hazırda çatışmayan məbləği ödəyərək hər iki ödəniş qəbzini və əlavə edilmiş digər sənədləri yenidən kassasiya şikayəti ilə birlikdə təqdim etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, dövlət rüsumunun az ödənilməsi səbəbinin texniki nöqsan kimi göstərilməsinə dair cavabdehin dəlili əsassızdır. Qətnamədən kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək yazılmışdır.Bununla əlaqədar ödənilməli olan dövlət rüsumunun məbləğinə də diqqət yetirilməli idi.
10. Kollegiya öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 130.1, 133.1, 134.1.5, 135.2 və 135.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdeh cavabdeh1 tərəfindən qətnamədən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
12. MPM-in 133.1, 407 və 409-cu maddələri üzrə - məhkəmənin ##.##.2026-cı il tarixli iclasında cavabdehin vəkili və nümayəndəsi izahatında bildirmişdir ki, “rüsum məbləği 1957-cı il təvəllüdlü və gözləri zəif olan və eynəkdən isitfadə edən cavabdeh cavabdeh1 özü tərəfindən birbaşa terminal vasitəsilə ödənmişdir (vəkil ödəniş etməyib). Belə ki, vətəndaş göz zəifliyi səbəbindən eynəyi üzərində olmadığına görə ödəniş edən zaman texniki səhvə yol vermişdir. Rüsum məbləğinin çatışmazlığı barədə yalnız Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə tanış olan zaman məlumatlı olmuş, elə o vaxt dərhal qalıq məbləği ödəyərək həmin qəbzi və müddət bərpa ərizəsini əlavə etməklə kassasiya şikayətini yenidən təqdim etmişdir. Belə ki, cavabeh ilk dəfə şikayəti müddəti ötürmədən vaxtında yəni ##.##.2026-cı il tarixdə təqdim etmiş, bununla da məhkəməyə şikayət vermək istəyini əvvəlcədən bəyan etmişdir (audio və video çəkilişlə öz əksini tapır).
13. Sumqayıt Apellyasiya Məhkəməsinin məsələni bü cur ifrat formalizm əks etdirən mülahizələr əsasında (vəkilin diqqətsizliyi kimi) qiymətləndirməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən ədalətsiz məhkəmə aktı qəbul etməsinə gətirib çıxarmışdır. Maraqlı hal budur ki, qərardadda vəkilin diqqətsizliyini səbəb kimi göstərən məhkəmə apellyasiya instansiya məhkəməsinin diqqətsizliyindən niyə söhbət açmır? Bəs o məhkəmənin diqqətsizliyinin məsuliyyətini kim daşıyır? Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin baxılmağa qəbul edilməsi zamanı sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun (qaydasında olubolmamasının)
14. yoxlanılması MPM-in 407 və 409-cu maddəsi ilə tənzimlənir. Həmin normaların tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunu (sənədlərin qaydasında olub-olmamasını) mütləq yoxlamalıdır. Əks halda, şikayət icraata qəbul edilə bilməz.
15. Şikayət qanunvericiliyin tələblərinə cavab vermədikdə, apellyasiya instansiyası məhkəməsinin hakimi sənədlərin qaydada olmamasını əsas gətirərək şikayətin qaytarılması barədə qərardad çıxarmalı və vətəndaşa qüsurları (çatışmayan rüsum məbləğinin ödənilməsi) aradan qaldırılması üçün ağlabatan müddət verməli idi. Lakin təəssüflər olsun ki, Sumqayıt Apellyasiya məhkəməsi də məsələyə diqqətsiz yanaşaraq sənədlərin tam qaydasında olubolmadığın yoxlamadan işi birbaşa Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
16. Ali Məhkəmə Plenumunun ## ###### 2013-cü il tarixli qərarında qeyd edilir: apellyasiya məhkəməsi kassasiya şikayətini daxil olduğu günlərdən etibarən sənədlərin MPMin 407-ci maddəsinin tələblərinə (dövlət rüsumunun ödənilməsi, nümayəndənin səlahiyyətlərinin təsdiqi və s.) uyğunluğunu mütləq yoxlamalıdır. Məhkəmənin bu addımı atmamaq və ya “yoxlamadan keçirməmək” seçimi yoxdur.
17. Əgər sənədlərdə hər hansı çatışmazlıq varsa, apellyasiya məhkəməsi şikayəti dərhal Ali Məhkəməyə göndərə bilməz. Məhkəmə qüsuru aradan qaldırmaq üçün müddət verməli, qüsur aradan qaldırılmadıqda isə şikayəti geri qaytarmalıdır. Iş ancaq və ancaq şikayət bütün qanunvericilik tələblərinə tam uyğun olduqdan sonra Ali Məhkəməyə göndərilə bilər.
18. Əgər mövcud vəziyyətə bu aspektən yanaşılsa aydın olur ki, əvvəlcə diqqətsizliyi Sumqayıt Apellyasiya Məhkəməsi göstərmiş, daha sonra da vətəndaşın ödəniş terminalında eynəyin olmaması səbəbindən rəqəmlərin səhv daxil edilməsini onun iradəsindən kənar hal kimi qiymətləndirməyərək vətəndaşın məhkəmə əlçatanlığının qarşısını alaraq məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli qərarına əsasən şəxsin iradəsindən asılı olmayan və onun hərəkətlərinin qarşısını alan hallar üzrlü səbəb kimi qiymətləndirilməlidir. Vətəndaş (cavabdeh) tərəfindən dövlət rüsumunun natamam ödənilməsi qəsdən deyil, texniki xarakterli yanlışlıq nəticəsində baş vermişdir. Çatışmayan məbləğ isə dərhal ödənilmiş və qəbz məhkəməyə təqdim edilmişdir. Mülki prosesin əsas vəzifəsi isə tərəflərin hüquqlarının təmin edilməsidir və formal əsaslarla şikayətin baxımsız saxlanılması ədalət mühakiməsinə çıxış hüququnu məhdudlaşdırır.
20. Çatışmayan rüsumun dərhal vətəndaş tərəfindən ödənilməsi və qüsurun aradan qaldırılması şərtilə şikayətin geri qaytarılması ifrat formalizm hesab olunur. Insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da (məsələn ədalətli məhkəmə araşdırması hüququ çərçivəsində) məhkəmələrin sadəcə formal əsaslarla qərar qəbul etməsi, işin faktiki və hüquqi əsaslarını dərindən təhlil etməməsi Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli Qərarı ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
25. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
28. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
34. Iş materiallarından görünür ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini # ###### 2026-cı il tarixdə əldə etmiş, həmin qətnamədən qanunla müəyyən edilmiş iki aylıq müddət ərzində, yəni # #### 2026-cı il tarixdə kassasiya şikayəti vermişdir.
35. Işdən həmçinin görünür ki, kassasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu tam məbləğdə ödənilmədiyindən Ali Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılmışdır. Bundan sonra cavabdeh çatışmayan dövlət rüsumunu ödəyərək müddətin bərpası barədə ərizə və kassasiya şikayətini yenidən təqdim etmişdir.
36. MPM-in 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdikdə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı iş üzrə cavabdeh kassasiya şikayətini müəyyən edilmiş müddətdə təqdim etmiş, dövlət rüsumunun natamam ödənilməsi nəticəsində yaranmış qüsuru isə ona məlum olduqdan dərhal sonra aradan qaldırmışdır. Kollegiya nəzərə alır ki, cavabdehin kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəməyə göndərilmişdir. Halbuki, kassasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun ilkin qaydada yoxlanılması, o cümlədən dövlət rüsumunun qanunla müəyyən edilmiş məbləğdə ödənilibödənilməməsinin
37. müəyyən edilməsi apellyasiya instansiyası məhkəməsinin prosessual vəzifələrinə daxildir. Bu hal cavabdehdə təqdim etdiyi kassasiya şikayətinin prosessual baxımdan qəbul edilə bilən formada olduğu barədə əsaslı gözlənti yaratmışdır.
38. Bu baxımdan kollegiya hesab edir ki, işin konkret hallarının məcmusu müddətin bərpası barədə ərizəyə iş üzrə mövcud olan bütün əhəmiyyətli hallar nəzərə alınmaqla hüquqi qiymət verilməli idi. Apellyasiya instansiyası məhkəməsi isə müddətin ötürülməsi səbəbinin üzrlü olubolmamasını
39. qiymətləndirərkən işin yuxarıda qeyd olunan xüsusiyyətlərinin həmin məsələyə təsirini nəzərə almamışdır.
40. Göstərilən hallardan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müddətin buraxılması məsələsinə formal yanaşılması işin konkret xüsusiyyətlərinə uyğun olmazdı.
41. Məhkəmə kollegiyası Konstitusiyanın 60-cı maddəsini nəzərə almaqla onu da vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə yönəlmiş prosessual qaydalar tətbiq edilərkən işin konkret halları nəzərə alınmalı, prosessual normalar şəxsin məhkəmə aktlarından şikayət vermək hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olacaq qaydada şərh edilməməlidir.
42. Işin yuxarıda sadalanan bütün halların birgə və sistemli təhlili nəticəsində məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü sayılmalı və buna görə də onun buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək cavabdehin kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
43. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, cavabdeh cavabdeh1 kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilsin. Mülki işlə bağlı sonrakı prosessual hərəkətlər həyata keçirilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.