Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1509/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, iddiaçıya məxsus heyvanların 25000 manat müqabilində nisyə qaydada alqısatqısına
1. dair 2017-ci ildə tərəflər arasında müqavilə bağlanmışdır.
2. Iddiaçı, cavabdehin heyvanları təhvil almasına baxmayaraq dəyərini tam ödəmədiyini bildirərək aşağıdakı tələbi irəli sürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat məbləğində borc və 124 manat dövlət rüsumu olmaqla, cəmi 11124 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, təsərrüfatında 271 baş qoyun və 1 baş keçi saxlayırmış. Heyvanları otarmaq üçün çoban olmadığından onları satmaq qərarına gəlmişdir. 2017-ci ildə Ucar rayonunda yerləşən “Ucar” restoranında cavabdeh Fərzalı və vəfat etmiş Ağahüseynlə birlikdə olduğu vaxt heyvanları Fərzalıya satmaqla bağlı razılığa gəlmişlər. Həmin vaxt cavabdehin Qazyan kəndində yerləşən ferması boş olduğundan o, heyvanları almaq istədiyini bildirmişdir. Bundan sonra o, Fərzalı ilə razılaşaraq fermasında işləyən işçisinə zəng etmiş və heyvanları körpünün altına gətirməsini xahiş etmişdir. Daha sonra isə cavabdehlə birlikdə həmin yerə getmişlər. Cavabdeh heyvanlara baxdıqdan sonra onunla 25000 manat müqabilində razılaşmışdır. Bu zaman Fərzalı həmin məbləği 15 gün ərzində verəcəyini, o, isə tələsmədiyini, 2–3 ay ərzində iri buynuzlu heyvanları aldıqda ödəniş edə biləcəyini bildirmişdir. Bundan sonra cavabdeh çobanı ilə birlikdə heyvanları aparmışdır. Bundan təxminən 2 ay sonra isə onun cavabdehin nisyə satdığı heyvanları bazarda satdığını eşitmişdir. Bundan sonra o, cavabdehdən razılaşdıqları 25000 manat borcunu tələb etmiş, cavabdeh bu məbləğin yalnız 14000 manatını qaytarmış, qalan 11000 manat isə indiyədək ödənilməmişdir. Borcunu dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği qaytarmamışdır. Buna görə də o, ərizə ilə Ucar RPŞ-yə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orada izahat verərək göstərmişdir ki, guya bir müddət sonra heyvanlar xəstəlikdən ölməyə başlayıb. Buna baxmayaraq, ona olan 14000 manat ödənişi əvvəlcədən, qalan 11000 manatı isə guya hissə-hissə ödədiyini bildirərək, ona borcunun qalmadığını bildirmişdir. Lakin cavabdehin bu izahı həqiqətə uyğun deyil. Əvvəla, o, cavabdehə xəstə heyvan satmamışdır. Digər tərəfdən, onun dedikləri məntiqə ziddir.
5. Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, qoyunlardan 18-nin öldüyünü, qalanlarının isə ölməyə davam etdiyini, iddiaçıya 14.000 manat verdiyini bildirmişdir.
6. Bundan sonra, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Ərizə Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad edilməklə belə əsaslandırılmışdır ki, həmin normada nəzərdə tutulan 3 illik müddət keçmişdir.
7. Cavabdeh digər məhkəmə iclasında verdiyi izahatında iddiaçıya və onun göstərişi ilə digər şəxslərə əslində 26500 manat pul ödədiyini, halbuki qoyunların satışından cəmi 17500 manat pul qazandığını, məsələlərə şahidlik etmiş Ağahüseyn adlı şəxsin dünyasını dəyişməsi, o cümlədən heç bir qəbz almadığından bu halları sübut etməkdə çətinlik çəkdiyini bildirmişdir.
8. Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: X.Bədəlov).
9. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh 2017-ci ildə iddiaçıya məxsus xırdabuynuzlu heyvanları 25000 manat müqabilində sonuncudan almışdır. Lakin, cavabdeh bu günədək borcundan 14000 manat ödəniş etmiş, qalıq 11000 manat borcu isə ödəməmişdir. Cavabdeh aldığı heyvanların dəyərini - borc pulu hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini lazımınca icra etməmiş, borclu olduğu 11000 manat pulu qaytarmamışdır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb hüququ yaranmışdır. 10.Belə ki, iddiaçı mülki prosessual qanunvericiliyin tələbinə əsasən öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyır ki, bu xüsusat da məhz iddiaçı tərəfindən sübuta yetirilmişdir. Cavabdehin iddia edilən məbləği iddiaçıya qaytarmasına münasibətdə isə, bu halın sübut edilməsi sübutetmədə dönüş olaraq məhz cavabdehin üzərinə düşmüşdür (iddia edilən məbləğin etiraf edilməsi nəticəsində). Cavabdeh də öz növbəsində, məhkəmə araşdırması zamanı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 11.Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə bildirmişdir ki, bir sıra hallarda iddia müddəti tətbiq edilmir. Bu istisnalardan biri də Mülki Məcəllənin 384-cü maddəsində öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Mülki Məcəllənin 135-ci maddəsinə görə, pul da əşya hesab olunur. Əşya anlayışı yalnız fiziki predmetlərlə məhdudlaşmır, qanunvericilik pulu da əşya kimi müəyyən etmişdir. Bu isə o deməkdir ki, pul üzərində mülkiyyət hüququ mövcuddur və həmin hüquq sözügedən Məcəllənin 157-ci maddəsi ilə qorunur. Bu iş üzrə isə tərəflər arasında müvafiq razılaşmaya əsasən iddiaçı heyvanları cavabdehə verib, müqabilində isə 25000 manat pul almalı olduğu təqdirdə, cavabdeh həmin məbləğdən 14000 manatı vermiş, lakin qalan məbləği, yəni 11000 manat pulu ödəməmişdir. Bu halda cavabdeh faktiki olaraq iddiaçıya məxsus olan pulu əsassız olaraq özündə saxlamış olur. Yəni, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməməklə yanaşı, həm də iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Pul əşya sayıldığından, iddiaçının həmin pulu geri tələb etmək hüququ mülkiyyət hüququnun müdafiəsi üsullarından biri hesab edilir. Pul əşya hesab olunduğundan və mülkiyyət hüququna aid olduğundan, cavabdehin pulu ödəməməsi nəticəsində yaranmış tələb mülkiyyətin müdafiəsi tələbi kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilmir. Beləliklə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə vəsatəti hüquqi əsasa malik olmadığından təmin olunmamalıdır. 12.Məhkəmə mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 135, 157.2, 372.2, 384, 385.1, 390.1, 442, 443.1, 448.1, 567, 600.1, 600.4 739.1, 740 və 882-ci maddələrinə də istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayətin yeganə dəlili iddia müddəti ilə bağlı olmuşdur. Cavabdeh hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı məsələni düzgün həll etməmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər: E.Isayev - sədrlik edən və məruzəçi, E.Mehdiyev və T.Musayev).
16. Aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayan məhkəmə kollegiyası müəyyən etmişdir ki, 2017-ci ildə tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 271 baş qoyun və 1 baş keçini cavabdehə satmağı, cavabdeh isə əvəzində 25000 manat pulu iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Iddia tələbindən, eyni zamanda tərəflərin izahatlarından görünür ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi 2017-ci ildə bağlanmış, cavabdeh 25000 manat pulu 15 günə verəcəyini, iddiaçı isə tələsməməsini, 2-3 aya pulun verilməsini qeyd etmişdir.
17. Iş materialları ilə müqavilənin bağlandığı konkret ay və günü müəyyənləşdirmək mümkün olmadığından məhkəmə kollegiyası müqavilənin bağlanma tarixini 2017-ci ilin dekabr ayının sonu kimi, eyni zamanda müqavilənin icra müddətinin bitdiyi, yəni iddia müddətinin başlanması tarixini iddiaçının özünün iddia tələbində göstərdiyi 2-3 ay müddəti nəzərə alaraq 2018-ci ilin mart ayının sonu kimi götürərək qeyd etmişdir ki, müqavilənin icra müddəti 2018-ci ilin mart ayının sonu bitmiş və həmin vaxtdan Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı başlamışdır. Buna baxmayaraq, iddiaçı yalnız ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, beləliklə müddəti ötürmüşdür.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçı (vəkil: Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasının təxirə salınması barədə vəsatət üzürlü səbəblər nəzərə alınmayaraq, təmin edilməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. 20.Digər dəlil isə, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq olunmalı olmamasına dair əsaslandırması ilə eyni qaydada əsaslandırılmış və qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 373.2-ci maddəsində qeyd olunan iddia müddətini tətbiq etməklə pozuntuya yol vermişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında 2017-ci ildə şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliyin icra müddəti 2018-ci ilin mart ayının sonunda başa çatmışdır. Bu tarixdən etibarən müqavilə tələbləri üzrə üç illik iddia müddətinin axımı başlamış, lakin iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etdiyindən iddia müddəti ötürülmüşdür. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyi üçün məhkəmənin iddianı rədd etməsi Mülki Məcəllənin 375.2-ci maddəsinə uyğun olmuşdur.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.