Məhkəmə qərarları › İş №2(1-8)-1514/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1514/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1514/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Etibarsız əqd, iddia müddətləri; Əsassız varlanma; Sübutetmə yükü; pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul tələbi”-nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2019-cu il tarixli *******/** nömrəli kredit müqaviləsinə əsasən 40.000 manat kreditin 39801 manatı ##.##.2019-cu ildə iddiaçının bacısı oğlu Baxışov Sübhan Vəzir oğlu tərəfindən “Günay” bankdan çıxarılmışdır.

2. Cavabdeh cavabdeh2 ünvan 3 ünvanında yerləşən evi ##.##.2020-ci ildə podrat müqaviləsi ilə 52000 manata X13 alınmış, pulu Muğanbankdakı hesabına qoyulmuşdur. (İ cild, i/v 178)

3. Iddiaçı ##.##.2020-ci ildə lombarda 146 qram qızıl qoymuş və ##.##.2020-ci ildə Mahmudov Zahirin vasitəçiliyi ilə götürülmüşdür. (II cild, i/v 127)

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** saylı, ##.##.2022ci il tarixli qətnaməsi ilə “xxxx” BOKT ASC və Baxışov Sübhan Vəzir oğlu arasında kredit və ipoteka müqaviləsi ##.##.2020-ci ildə bağlanmışdır. (İ cild, i/v 84)

5. “Elektron notariat” X38 çıxarışlara əsasən cavabdeh cavabdeh2 *************** saylı qaz abonent kodunun və *************** saylı işıq abonent kodunun X9 adına sənədləşməsinə etiraz etməmişdir. Həmçinin abonent cavabdeh2 ##.##.2021-ci il tarixli müraciəti əsasında ************* saylı su abonent kodu X9 adına dəyişdirilərək sonuncu ilə müqavilə bağlanmışdır. (II cild, i/v 122-126)

6. Azərbaycan Respublikası Abşeron Rayon Icra Hakimiyyətinin Xırdalan bələdiyyəsinin ## #### 2021-ci il tarixli *** nömrəli müraciətinə əsasən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına dair ## #### 2021-ci il tarixli rəyinə əsasən 0,0217 ha torpaq sahəsinə yerində baxış keçirilmiş, vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. Rəydə 0,0217 ha torpaq sahəsinin satılması məqsədilə mülkiyyət hüququnun qeydiyyata alınmasına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində mühəndis kommunikasiya xətlərinin keçib-keçməməsinin dəqiqləşdirilməsi məqsədilə planda göstərilən torpaq sahəsinin aidiyyatı təşkilatlarla razılaşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyinin alınması və sənədləşdirilən torpaq sahəsində kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa həmin xətt Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonra sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılması şərtləri daxilində etiraz edilmədiyi qeyd edilmişdir. (İ cild, i/v 213)

7. X9 bələdiyyəsindən ##.##.2021-ci ildə 0,0217 ha torpaq sahəsini almış və ##.##.2021ci ildə həmin torpaq sahəsinə və onun üzərində olan evə çıxarış almışdır. (İ cild, i/v 225)

8. Abşeron rayonu Xırdalan bələdiyyəsinin X9 ##.##.2021-ci ildə satdığı 0,0217 ha torpaq sahəsinin ayrılması ilə bağlı olan ## #### 2021- ci il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının hal-hazırda qüvvədə olan ## #### 2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir.

9. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti qismində X9 göstərilmişdir. (İ cild, i/v 224)

10. ünvan 2 ünvanında 0,0217 ha torpaq sahəsi üzərində yerləşən 149,3 kvm fərdi yaşayış evi xüsusi mülkiyyət növü əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. (İ cild, i/v 225)

11. Cavabdeh cavabdeh2 ##.##.2021-ci il tarixində barəsində olan cinayət işi ilə bağlı həbs edilmiş, 4 il 6 ay 7 gündən sonra, ##.##.2025-ci ildə həbsdən buraxılmışdır

12. Cavabdeh cavabdeh2 ##.##.2022-ci il tarixində vəkil vəkil2 Bakı Istintaq Təcridxanasında olarkən 5 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamə ##.##.2027-ci il tarixinədək qüvvədədir.(İ cild, i/v 49)

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və həyat yoldaşı cavabdeh1 müştərək olaraq 107.000 (bir yüz yeddi min) manat pulun və 397 (üç yüz doxsan yeddi) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 ilə 2016-cı ildə tanış olmuşdur. Cavabdeh cavabdeh2 xxxx təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışdığından kredit götürmək üçün ona müraciət etmişdir. Cavabdeh cavabdeh2 ona bu məsələdə köməklik etmiş və bununla da onlar arasında yaxın dostluq münasibətləri formalaşmışdır. 2019-2020-ci illərdə cavabdeh cavabdeh2 işində problemləri olduğu üçün ondan 40000 (qırx min) manat pul istəmiş o isə bacısı oğlu Sübhana məxsus Novxanı adlanan ərazidə yerləşən mənzili banka girov qoyaraq 40.000 (qırx min) manat pul götürmüş və cavabdeh cavabdeh2 vermişdir. Bundan sonra cavabdeh cavabdeh2 ondan 20.000 (iyirmi min) manat nağd pul və 10 gün sonra isə 20.000 (iyirmi min) manat dəyərində 146 qram 750 əyyar qızıl zinət əşyası almışdır. Cavabdehlər borcun qarşılığında Abşeron rayonu, Xırdalan şəhərində Əziz Əliyev küçəsi *** nömrəli evə çıxarış əldə etdikdən sonra həmin mənzili iddiaçının dostu X10 adına keçirmişdir. Çıxarışın əldə olunması üçün çəkilən 8000 manat xərc isə iddiaçı tərəfindən ödənilmişdir. Lakin sonradan cavabdehlər ##.##.2023-cü il tarixdə Sumqayıt Inzibati məhkəməsində həmin mənzilin yerləşdiyi 217 kv.m olan torpaq sahəsinin X9 barədə Xırdalan Bələdiyyəsi tərəfindən ##.##.2021-ci il tarixli ** saylı iclasın ** saylı inzibati qərarının ləğv edilməsi barədə iddia qaldırmışdılar. Məhz bu zaman cavabdehlərin onu aldatdığını anlamışdır. Cavabdehlərlə görüşüb onlara verdiyi pulu geri tələb etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Buna əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

15. Cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, pulun verildiyi tarixdən 5 il 5 ay, cavabdeh2 həbsə alındığı tarixdən isə 4 il 1 ay vaxt keçmişdir. Bununla da məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunmuş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Buna əsasən məhkəmədən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın təmin olunmamasını xahiş edirlər.

16. Cavabdehlər həmçinin məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı İddiaçı iddia ərizəsində bacısı oğlu Sübhanın Novxanıda yerləşən evini “xxxx” Bank olmayan kredit təşkilatına girov qoyub götürdüyü 40 min manatın ##.##.2019-cu il tarixdə cavabdehlərə verildiyini, həmin krediti ödəmədiklərini, faiz və dəbbə pulunun artaraq 60.000 (altmış min) təşkil etdiyini bildirib. Halbuki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçının pul verdiyini bildirdiyi vaxtdan 2 ay sonra, ##.##.2020-ci il tarixdə “xxxx” BOKT ASC ilə iddiaçının bacısı oğlu Baxışov Sübhan Vəzir oğlu arasında ****/** saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında ona illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40.000 (qırx min) manat məbləğində pul ayrılmışdır. Göründüyü kimi kredit müqaviləsindən əvvəl iddiaçı cavabdehlərə ##.##.2020-cu il tarixdə 40.000 (qırx min) manat pul verməmişdir. Sübhan Baxışov məhkəməyə izahat verərkən və apellyasiya şikayətində 40.000 (qırx min) manat krediti götürmədiyini, həmin pulu ASC-nin Idarə Heyətinin üzvü cavabdeh2 götürdüyünü bildirsə də, bunu hər hansı bir sübutla əsaslandırmamışdır. Həmin qətnamədən görünən odur ki, o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ilə 40000 (qırx min) manat məbləğində əsas borc, 12.431,99 (on iki min dörd yüz otuz bir manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu hissəsi ilə razılaşmış, qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Sübhan Baxışovdan fərqli olaraq iddiaçı Sübhana ayrılmış kredit məbləğini özü götürüb cavabdehlərə verdiyini bildirsə də, cavabdehlərə 40000 (qırx min) manat pul verdiyi tarixi, yeri və qaytaracağı vaxtı göstərməmiş, ərizəsində həmin məbləğdə pulu verməsini və Sübhanın əvəzinə kredit götürməsini təsdiq edən hər hansı bir sübut əlavə etməmişdir. Iddiaçı bundan sonra da cavabdehlərin ondan 20.000 (iyirmi min) manat pul aldığını, həmin pulu ona X10 gətirərək, Xırdalandakı cənub restoranında X11 iştirakı ilə Müslümə verdiyini göstərmişdir. Pulu Müslümə versə də, hansı əsasla cavabdeh1 cavabdeh qismində göstərməsinin səbəbini izah etməmişdir. Iddia ərizəsində həmçinin bundan 10 gün sonra yenə də X24 20000 (iyirmi min) manat dəyərində pul əvəzi 146 qram, 750 əyyar olan qızıl zinət əşyalarını X11 və X6 iştirakı ilə Müslümə verdiyini göstərsə də qızıl-zinət əşyalarının adlarını, onların göstərilən çəkidə və əyyarda olmasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Iddia əsassız olduğundan iddianın rədd olunmasını məhkəmədən xahiş edirlər.

17. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkil vəkil2 izahatında bildirmişdir ki, Abşeron Rayonu Xırdalan şəhərində Əziz Əliyev küçəsi *** nömrəli ev podrat müqaviləsi əsasında cavabdehlər tərəfindən alınmışdır. Cavabdehlər hazır ki, vaxta kimi həmin mənzildə yaşayırlar. Cavabdehlərin xəbəri olmadan X9 həmin mənzili və torpaq sahəsini öz adına keçirmişdir. Bundan sonra cavabdehlər Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon Xırdalan Bələdiyyəsinin ## #### 2021-ci il tarixli ** nömrəli iclasının ** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdirlər. Ali Məhkəmənin yekun məhkəmə aktı ilə sözü gedən qərar ləğv olunmuşdur. Digər məsələlərə münasibətdə isə bildirmişdir ki, pulun və qızıl zinət əşyasının verilməsinə dair heç bir sübut yoxdur. Qızılların əyyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Eyni zamanda iddia üçün müəyyən olunmuş prosessual müddət ötürülmüşdür. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir.

18. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri var. Cavabdeh cavabdeh2 iddiaçıya görə tanımış və onunla da yaxın münasibətləri yaranmışdır. Iddiaçının tələb etdiyi pullar cavabddehə verilən zaman o, orada olmasa da amma söhbət əsnasında cavabdehin iddiaçıdan borc pul alması ona məlum olmuşdur.

19. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahat verərək bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri var. Cavabdeh cavabdeh2 iddiaçıya görə tanımış və onunla da yaxın münasibətləri yaranmışdır. 40000 manat pulun verilməsində bir başa iştirak etməsə də lakin tərəflər arasında olan söhbətlərdən ona məlum olmuşdur ki, iddiaçı bacısı oğlu Sübhanın Novxanıda yerləşən mənzilini banka qoyaraq 40000 (qırx min) manat kredit götürüb və cavabdehə vermişdir. 20000 (iyirmi min) manat pul isə onun yanında bağ evində iddiaçı tərəfindən cavabdeh cavabdeh2 verilmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahat verərək bildirmişdir ki, iddiaçı onun iş yoldaşıdır. Digər cavabdehlərlə isə iddiaçı İddiaçı vasitəçiliyi ilə tanış olmuşdur. İddiaçı ondan 20000 (iyirmi min ) manat pul istəmişdir. Oda 20000 (iyirmi min) pulu gətirərək İddiaçı vermişdir. Sonradan onda olan məlumata görə İddiaçı bacısı oğlu Sübhanın evində girov qoyaraq əldə etdiyi 40000 (qırx min) manat pulu və ondan aldığı 20000 (iyirmi min) manat pulu cavabdehlərə vermişdir. Bundan sonra isə tərəflər razılığa gəlmişdir ki, borcun qarşılığında cavabdehlərə məxsus mənzili İddiaçı versinlər. Lakin mənzilin və torpaq sahəsinin heç bir sənədi olmadığından ona sənəd düzəltmək üçün Abşeron ərazisində qeydiyyatda olan şəxsə ehtiyac yaranmışdır. Özü Abşeron ərazisində qeydiyyatda olduğundan bələdiyyədən onun adına qərar alınmışdır. Bütün bu proseslər cavabdehlərin razılığı ilə həyata keçirilmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilən Baxışov Sübhan Vəzir oğlu izahatında göstərmişdir ki, iddiaçı onun dayısıdır. Cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur. Dayısının xahişi əsasında özünə məxsus mənzilini girov qoyaraq 40000 (qırx min) pul əldə etmiş və əldə etdiyi pulu iddiaçının yanında cavabdeh2 vermişdir. Bir müddət sonra Müslümün krediti ödəmədiyindən xəbər tutmuşdur. Atası ilə birlikdə cavabdehlərin yaşadığı mənzilə getmişdirlər. Həmin vaxtı cavabdehlər borcun qarşılığında yaşadıqları mənzili verməyə razı olduqlarını bilmişdir.

22. Zərdab Rayon Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 60.000 (altmış min) manat pul və 397 manat (üç yüz doxsan yeddi) manat dövlət rüsumu olmaqla cəmi 60397 (altmış min üç yüz doxsan yeddi) manat pulun müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (Hakim Ilqam Həsənquliyev).

23. Birinci instansiya məhkəməsi mübahisəyə dair hüquqi mövqeyinin əsaslandırılması baxımından ilk növbədə işin halları ilə bağlı müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri 2019-cu ildən yaranmağa başlamışdır. Lakin buna baxmayaraq məhkəmə cavabdehin vəkili tərəfindən verilmiş müddətin tətbiqi barədə ərizəni əsaslı hesab etmir. Belə ki, MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

24. Məhkəmə hesab etmişdir ki, hazır ki, işdə iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalıdır. Belə ki, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olmuşdur. “Məhkəmədən gözlənti hüququ” anlayışı isə hüquqi dövlət prinsiplərindən irəli gəlir. Bu, hər bir şəxsin məhkəmədən ədalətli qərar gözləmək, işinin obyektiv araşdırılacağına inanmaq və qanun qarşısında bərabər münasibət görmək hüququdur. Başqa sözlə, bu, məhkəmə ədalətinə olan qanuni və mənəvi gözləntidir.

25. Işin halları ilə bağlı məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsindən,tərəflərin və şahidlərin ifadələrindən müəyyən olunur ki, İddiaçı bacısı oğlu Sübhana məxsus mənzili girov qoyaraq əldə etdiyi 40000 (qırx min) manat pulu və 20000 (iyirmi min) pulu cavabdeh cavabdeh2 vermişdir. Eyni zamanda məhkəmə digər cavabdeh cavabdeh1 cavabdeh qismində işə cəlb olunmasına münasibətdə isə bildirir ki, cavabdeh1 borcun alınmasında birbaşa iştirak etməsə də, lakin nəzərə almaq lazımdır ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, yaranmış borcun ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, işin hallarından müəyyən olunur ki, əldə olunmuş borc pulla tərəflərin hazırda yaşadığı ünvan 1 nömrəli ev əldə olunmuşdur. Bununla da məhkəmə qeyd edir ki, nikah dövründə əldə olunmuş borc tərəflərin birgə məqsədləri üçün xərclənmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, yaranmış borcun qarşılığında ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına keçirilməsi verilmiş etibarnamə, qaz, işıq və su abonent kodlarının dəyişdirilməsi və iş materiallarına əlavə edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır.

26. Iddiaçının 20000 (iyirmi min) manat dəyərində qızıl zinət əşyası və Lombard tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa münasibətdə isə məhkəmə bildirmişdir ki, həmin hissədə iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında sözü gedən qızıl əşyalarının konkret çəkisi, əyyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Məhkəmə Lombard tərəfindən verilmiş arayışa da tənqidi yanaşaraq bildirir ki, cavabdehlərin vəkillərinin etirazı bu hissədə əsaslıdır. Belə ki, sözü gedən arayışın mötəbərliyi şübhə doğurmaqla yanaşı eyni zamanda iş üçün xüsusi əhəmiyyət kəsb etmir.

27. Iddiaçı 40000 (qırx min) kredit borcuna görə tələb etdiyi 20000 (iyirmi min) faiz pulu və 7000 (yeddi min) manat çıxarışın alınmasına xərclənmiş pul tələbinə münasibətdə isə məhkəmə bildirmişdir ki, iddia tələbi bu hissədədə əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı 40000 (qırx min) manata görə əlavə 20000 (iyirmi min) manat faiz və çıxarışın əldə olunmasına görə 7000 (yeddi min) manat xərclədiyini bildirsədə lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və bu hissədə iddiasını formal sözlərlə əsaslandırmağa çalışmışdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26.1 və 60.1-ci; Mülki Məcəlləsinin 14.2.6, 372.1, 373.2, 377.1, 385.1, 425.1, 442 və 739.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119-cu maddələrinə həmçinin N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Plenum qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Iddiaçı qətmnamədən apellyasiya şikayəti verərək Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(035)- ***/**** saylı qətnaməsinin qismən, yəni iddia tələbinin 20000 manat kreditə görə ödənilmiş faiz, 20000 manat dəyərində qızıl zinyət əşyalar və 7000 manat torpaq və evin sənədləri üçün çəkilən pulun təmin olunmaması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması ilə bağlı yeni qətnamə çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddia müddəti ##.##.2023-cü il tarixdə Sumqayıt Inzibati məhkəməsinə cavabdehlərin iddia ilə müraciətlərindən sonra başlanmışdır. Onlara demişdir ki, gəlin evi satıb onun pullarını versinlər, lakin Müslim dedi ki, “ancaq evi 60000 manat dəyərində kredit götürərək girov qoyaq verim sənə bacın oğlunun Novxanıda olan evini girovdan çıxartmaq üçün krediti bağla”. O da buna razı olmamış, cavabdehlərlə 2023-cü ilin iyul ayında görüşüb onlara verdiyi ümumilikdə 107.000 (yüz yeddi min) manat pulunu tələb etmişdir, yenə onu aldatdılar ki, ev sizindir. Bir neçə müddət onun vaxtını aldıqdan sonra pulunu vermədilər və bu günə qədər onlardan pulunu ala bilmir. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı onun bacısı oğlu Sübhana məxsus Novxanı qəsəbəsində yerləşən bağ evini ##.##.2019-cu il tarixdə xxxx təşkilatında girov qoymaqla 40000 (qırx min) manat pul kreditə götürərək cavabdeh cavabdeh2 vermişdir və cavabdeh söz vermişdir ki, həmin kreditin faizlərini də özü ödəyəcək, lakin sonradan məlum olub ki, cavabdeh nə krediti nə də ona hesablanmış 20000 manata qədər olan faizləri ödəməmişdir və bu səbəbdən də həmin girovda olan Novxanı qəsəbəsində yerləşən bağ evi hərraca çıxarılıb satılacaqdır (bu barədə müvafiq rəsmi sənədləri birinci instansiya məhkəməsinə vermişlər). Bunu iddiaçı bildikdən sonra həmin bağ evinin hərracda ucuz qiymətə satılmaması üçün məcbur olub, 40000 manat əsas borcu və 20000 manat faiz borcunu ödəməyə məcbur olmuşdur. Lakin məhkəmə iddiaçı tərəfindən cavabdehin məsuliyyətsizliyi ucbatından yığılmış 20000 manat pulu cavabdehdən tutulması hissəsinə hüquqi qiymət verməmişdir. Eyni zamanda bildirir ki, məhkəmə 20000 manat dəyərində qızıl əşyalarla da bağlı hissədə əsassız olaraq iddia tələbi rədd edilmişdir. Qeyd edir ki, məhkəməyə təqdim etdikləri səs yazılarında bir neçə yerdə cavabdehlər 20000 manat dəyərində olan qızıl zinət əşyalarını onlara iddiaçı tərəfindən verilməsini təsdiq edirlər. Həmçinin məhkəmə iclasında dindirilən şahid ifadələrindən və həmin qızılların götürüldüyü Lombard tərəfindən məhkəməyə təqdim edilmiş, arayışdan da sübut olunur ki, həmin dəyərdə qızıl əşyaları iddiaçı tərəfindən cavabdehə verilmişdir. Eyni zamanda məhkəməyə təqdim etdikləri səs yazılarından aydın olur ki, Bələdiyyədən torpaq üçün alınacaq torpağa dair sənədlərə və mülkiyyət hüququna dair çıxarışların alınması üçün xərclər tələb olunur və həmin xərclər iddiaçı tərəfindən ödənilmişdir.

31. Cavabdehlər də qətnamədən həmçinin apellyasiya şikayəti verərək Zərdab Rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı 107000 manat borc pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmadan, həmçinin tərəflərindən verilmiş müddətin tətbiqi barədə ərizədə onun tətbiq olunmasını zəruri hesab etdikləri işin faktiki hallarına hüquqi qiymət verməmiş, dəlilləri ilə onu rədd etməmişdir. Belə ki, işin müəyyən etdiyi halları heç bir sübutla əsaslandırmamış, iddia müddətinin tətbiq edilməsi barədə işin halını və onu təsdiq edən rədd etmək üçün dəlillər gətirməmişdir. Həmçinin qətnamədə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2-1(102)- ****/**** saylı qərarının, iddiaçının hazırkı tələbi ilə əlaqəsini əsaslandırmadığı üçün onun məhkəmə gözlənti hüququnun qorumasının səbəbi aydın deyil. Göründüyü kimi məhkəmənin müddətin tətbiqi barədə ərizəni əsaslı hesab etməməsi barədə nəticəsi faktlara əsaslanmır, məhkəmə sübutetməsini həyata keçirməmişdir. Belə ki, iddiaçı İddiaçı göstərişi ilə iddia ərizəsində öz yaxını adlandırdığı Elnur Əhmədov, 2021-ci ilin iyul ayının 06-da evlərinin yerləşdiyi topaq sahəsini, avqust ayının 03-də isə dəyərini ödədikləri üzərindəki fərdi yaşayış evlərini xüsusi mülkiyyətinə keçirib hər iki daşınmaz əmlaka çıxarış almışdır. Yenə də iddiaçının göstərişi ilə ##.##.2022-ci il tarixdə, ailə üzvlərinin evdən çıxarılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, İddiaçı onun müdiri olduğunu, onun xahişi ilə cavabdeh2 ailə üzvlərinə evində müvəqqəti yaşamasına icazə verdiyini göstərmişdir. Məhkəmədən iddia ərizəsini aldıqdan sonra Elnur Əhmədovun yaşadıqları evi və onun yerləşdiyi torpaq sahəsini xüsusi mülkiyyətinə keçirdiyi onlara məlum olmuşdur. Iddia ərizəsi ##.##.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olması elektron məhkəmə informasiya sistemində qeydə alınmışdır. Ərizənin həmin gün məhkəməyə daxil olmasını sübut etmək məqsədilə nümayəndələri vəkil kabinetindən fotoşəklini çəkib hazırkı mübahisəyə baxan hakimin görə bilməsi üçün həmin sistemin sənədlər bölümündə 13-cü sırada yerləşdirmişdir. Borc verib geri almadığını göstərən iddiaçının öz hüququnun pozulduğunu yəqin bildiyi gün, ##.## 2022-ci il tarixdə Elnur Əhmədovun iddia ərizəsinin Abşeron Rayon Məhkəməsinə daxil olduğu gündür. Həmin sistemdən görünür ki, İddiaçı iddia ərizəsi ## ##### 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı da iştirak etdiyi məhkəmə iclasında, Elnur Əhmədov yaşadıqları evin xüsusi mülkiyyətçisi olduğunu, lakin kimdən, nə vaxt və hansı qiymətə aldığı barədə nümayəndəsinin sualına yadına düşmədiyini bildirmişdir. Bundan sonrakı iclaslarda İddiaçı yalnız özü iştirak etmiş, yaşadıqları evdəki məişət əşyalarının Elnur Əhmədova məxsus olması barədə iddia ərizəsinə dəyişiklik etdirmiş, məhkəmənin qərardadı ilə üzərinə həbs qoydurmuşdur. Yaşadıqları evi almaqlarını təsdiq edən notariat qaydada təsdiq olunmuş podrat müqaviləsini, evin əvvəlki sahibinə 52000 manat dəyərini bank vasitəsilə ödədikləri qəbzi və evi aldıqları ##.##.2020-ci il tarixdən ailə üzvləri ilə həmin evdə yaşadıqlarını təsdiq edən qonşuların notarial təsdiq olunmuş ərizələrini, * saylı Ərazi Idarəsinin Elnur X25 ilə evlərinin yerləşdiyi torpaq sahəsinə dair alğı-satqı müqaviləsini məhkəməyə təqdim etdikdən sonra işə baxan hakim çıxarışların ləğv edilməsi məqsədilə sübutlar toplanması üçün iclası başqa vaxta təxirə aldı. Xırdalan Bələdiyyəsinin ## #### 2021-ci il tarixli inzibati qərarı ilə yaşadıqları evin yerləşdiyi torpaq sahəsini qanunsuz Elnur Əhmədova satması barədə kifayət qədər sübutlar toplayıb ## #### 2022-ci il tarixdə həmin qərarın ləğv edilməsi barədə iddia ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişlər. İddiaçı verdiyi etibarnaməni ##.##.2021-ci il tarixdə notariat ofisinə ərizə yazıb ləğv etmişdir, Elnur Əhmədova isə həmin gün 1 ay müddətinə verdiyi etibarnamənin müddəti bitdiyinə görə onun ləğv edilməsinə zərurət olmamışdır. Elvinin də bundan xəbəri var idi. Özü də birinci instansiya məhkəməsinə disk təqdim edərək, 2021-ci ildə ailə üzvləri ilə danışıqlarını yazmasını, səs yazıların onlara məxsus olmasını, evin onun adına keçirilməsinə razılıq vermədiklərini bildirmişdir. 2021-ci ilin aprel ayının 07-də həbsdən iki gün əvvəl Elvinə verdiyi etibarnaməni ləğv etməsi evin Elnurun adına keçməsini istəmədiyini təsdiq edir. Ailə üzvlərinin də razı olmadığını iddiaçı özü məhkəmədə təsdiq etmişdir. İddiaçı sifarişini yerinə yetirən Xırdalan Bələdiyyəsi və * saylı Ərazi Idarəsinin vəzifəli şəxsləri Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 11,14 və 15-ci bəndlərinin tələbinə zidd olaraq, Elnur Əhmədov ərizə ilə rəsmi müraciət etmədən Xırdalan Bələdiyyəsi ## #### 2021ci il tarixdə torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlamış, illərlə vətəndaşlar memarlıq şöbəsindən rəy ala bilmədikləri halda Abşeron rayon Icra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ## #### 2021-ci il tarixdə torpağın satılmasına razılığına dair rəy vermiş, Elnur Əhmədovun ərizəsi ##.##.2021-ci il tarixdən əvvəl Xırdalan Bələdiyyəsinə yazılmalı olduğu halda, bundan 1 ay sonra ## ##### 2021- ci il tarixdə də Xırdalan bələdiyyəsinə yazılmamış, notariat ofisində təsdiq olunaraq səlahiyyətli orqanlara ünvanlanmış, Bələdiyyə ##.##.2021-ci il tarixli inzibati qərarında Elnur Əhmədovun torpaqdan istifadə etməsi, həmin torpaq sahəsi ona fərdi yaşayış evi tikmək məqsədilə, yəni boş sahə kimi verilmiş, (həmin ərazidə satılmalı torpaq sahəsi yoxdur) ərizəyə 15 gün müddətində müraciət edən şəxsin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirməmiş, yalnız DƏDRX-nin * saylı Ərazi Idarəsindən ## ##### 2021-ci il tarixli müraciəti daxil olduqdan sonra, ## ##### 2021-ci il tarixdə onun icrası ilə əlaqədar evdə faktiki yaşayan iddiaçı Ülviyyə Fəziyevanın və Elnur Əhmədovun iştirakı olmadan bir nəfər bələdiyyə və iki nəfər * saylı Ərazi Idarəsin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin faktiki və texniki vəziyyətini əks etdirən baxış aktı tərtib edilmişdir. Həmin aktda onu tərtib etmiş vəzifəli şəxslər yerinə baxış keçirmədən, yaşadıqları evin yerləşdiyi 217 kv.m torpaq sahəsinin Elnur Əhmədov tərəfindən istifadə olunaraq hasara alınmasını, üzərindəki ev və tikilinin ona məxsus olmasını göstərərək, bilə-bilə rəsmi sənədə yalan məlumat daxil etmişlər. Halbuki yaşadıqları ev Ağdam rayonundan məcburi köçkün Validə Fətaliyeva tərəfindən 1990-cı illərdə inşa edilmişdir. Beləliklə İddiaçı Xırdalan bələdiyyəsinin vəzifəli şəxsləri ilə əlbir olub evin dəyərini sahibinə ödədikləri halda Elnur Əhmədovu qanunsuz (“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən torpaq yalnız ondan istifadə edən şəxslərin mülkiyyətinə verilə bilər) əvvəl evlərinin yerləşdiyi torpaq sahəsinin, daha sonra evlərinin mülkiyyətçisi etmişlər. İddiaçı 2021-ci ilin iyulavqust ayında ailə üzvlərinin razılığı olmadan qanunsuz yaşadıqları evin yerləşdiyi torpaq sahəsinə və evə Elnur Əhmədovun adına çıxarış aldığını bilirdi. 2022-ci ilin mart ayının 18-də Elnur Əhmədov onun göstərişi ilə ailə üzvlərinin yaşadıqları evdən çıxarılması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi İddiaçı və X7 Bələdiyyəsi və * saylı Ərazi Idarəsinin vəzifəli şəxsləri ilə əlbir olub öncə bildirdiyi hüquqi aktların tələblərinin pozulması ilə və evdə yaşayan ailə üzvlərinin razılığı olmadığını bildiyi halda E.Əhmədov əvvəl qanunsuz evlərinin yerləşdiyi torpaq sahəsinin, sonra dəyərini ödəmədiyi evlərinin xüsusi mülkiyyətçisi olmuş, bununla kifayətlənməyək, evdəki məişət əşyalarının ona məxsus olduğu barədə iddia ərizəsinə dəyişiklik etmişdir. (Məişət əşyalarının qızları tərəfindən alınmasını təsdiq edən sənədlər vəkil kabinetində yerləşdirilmişdir) Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin ## #### 2021-ci il tarixli, ** nömrəli iclasının ** nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə Elnur Əhmədovun kassasiya şikayəti əsassız hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(105)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı cavabdehlərə ##.##.2019-cu il tarixdə 40000 manat borc pul verdiyini bildirir. 2021-ci iln aprel ayının 07-də ona verdiyi etibarnamənin ləğv edilməsini və ailə üzvlərinin evin E.Əhmədovun adına keçməsinə razı olmadıqlarını bilərək, evlərinin yerləşdiyi torpaq sahəsini və sonra dəyərini ödədikləri evin sonuncunun adına qanunsuz çıxarış alır. Elnur Əhmədov və iddiaçı borc ödənmədiyini bildirərək ailə üzvlərinin evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət edirlər. Işə baxan hakim hüquqi dövlətin prinsipindən irəli gələn iddiaçının məhkəmədən gözlənti hüququ olduğuna əsaslanaraq, MMnin 377.1-ci maddəsinə əsasən iddiaçının hüququnun pozulduğunu bildiyi günü, iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalı olması nəticəsinə gəlmişdır. Elnur Əhmədov məhkəmə iclaslarında cavabdeh2 müdirinə olan borcu qaytarmadığına görə çıxarışların alınmasını mənzildən çıxarma tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Burda başqa səbəb olması mümkün deyil, axtarılması normal ağla sığmır, belə mühakimə qüsurlu hesab edilməlidir. 2022-ci ilin mart ayının 18 ailə üzvlərinin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gün hüquqlarının pozulduğunu yəqin bildiyi gündür. Digər tərəfdən İddiaçı öz yaxını, işçisi Elnur Əhmədovla birlikdə Xırdalan Bələdiyyəsi və daşınmaz əmlakın vəzifəli şəxsləri ilə əlbir olub yaşadıqları evi ələ keçirdiyi bilə-bilə 2022-ci ilin mart ayının 18-dən başlayaraq 3 il 8 aydır bizi əsassız məhkəmə çəkişməsinə cəlb etmiş, belə vəziyyət hələ də davam edir. Sumqayıt Apellyasiya Məhkəməsinin X14 Əhmədovun, Xırdalan Bələdiyəsinin və * saylı Ərazi Idarəsinin vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində ona çıxarışlar verməyə əsas verən bələdiyyənin torpaq sahəsinin Elnur Əhmədova satılması barədə inzibati qərarı, Abşeron Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsi ilə Elnur Əhmədovun adına torpaq sahəsinə və evə dair verilmiş çıxarışlar ləğv edilmişdir. Yuxarıda qeyd edilən məhkəmələrin qərarları vəkil kabinetində yerləşdirilmişdir. İddiaçı Elnur Əhmədovla qanunsuz yolla əmlaklarını ələ keçirib, belə olan vəziyyətdə məhkəmədən hansısa ədalətli qərar gözləmək normal ağla sığmır. Evlərini ələ keçirən iddiaçını məhkəmə çəkişmələri müddətində ədalət qərar gözləməsini yazması normal ağla sığmır, mühakimənin qərəzli və qüsurlu olduğunu göstərir. Iddia müddətinin axımın başlandığını düzgün müəyyən etməmiş, müddətin tətbiqi barədə ərizədə iddia müddətinin başlanmasını ##.##.2022-ci il tarixdən hesablanmalı olmasına hüquqi qiymət verməmiş, heç bir dəlili ilə istinad etdiyi işin faktiki halını və onu təsdiq edən sübutları rədd etməmişdir. Belə ki, iş materiallarında sözü gedən qızıl əşyalarının konkret çəkisi, əyyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Qətnamədən görünür ki, iddia tələbi ilə bağlı işə baxan hakimin yazdığı nümayəndələrinin izahatı aşağıdakı iki cümlədən ibarətdir. Cavabdehlərin nümayəndəsi digər məsələlərə münasibətdə isə bildirmişdir ki, pulun və qızıl zinət əşyasının verilməsinə dair heç bir sübut yoxdur. Qızılların əyarı və istehsal olunduğu ölkə müəyyən olunmamışdır. Halbuki nümayəndəsi məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində bacısı oğlu Sübhanın Novxanıda yerləşən evini “xxxx” Bank olmayan kredit təşkilatına girov qoyub götürdüyü 40000 manatı ##.##.2019-cu il tarixdə cavabdehlərə verdiyini, məhkəmə iclasında isə ifadəsini dəyişərək Xırdalan şəhərində musiqi məktəbinin qarşısında cavabdeh cavabdeh2 verdiyini bildirmişdir. Daha sonra o, göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçını pul verdiyini bildirdiyi vaxtdan, yəni ##.##.2019- cu il tarixdən 2 ay sonra, ##.##.2020-ci il tarixdə «xxxx» BOKT ASC ilə iddiaçının bacısı oğlu Baxışov Sübhan Vəzir oğlu arasında ****/** saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 min manat məbləğində pul ayrılmışdır. Göründüyü kimi kredit müqaviləsindən əvvəl iddiaçı cavabdehlərə ##.##.2020-ci il tarixdə 40000 manat pul verməmişdir, verilməsi də mümkün deyil, müqavilə bağlandıqdan sonra kredit məbləği şəxsin özünə, yaxud bank hesabına köçürülür, iddia tələbinin əsassız olmasını yuxarıda qeyd olunan məhkəmə aktı təsdiq edir. Göründüyü kimi işə baxan hakim nümayəndənin iddiaçını məhkəmə qərarı ilə ifşa etdiyini qərəzli və məqsədli olaraq qətnamədə göstərməmişdir. Halbuki, iddia tələbinə qarşı etirazının bu əsasını ##.##.2025-ci il tarixdə etiraz ərizəsində yazılmış münasibətdə bildirmişdir. Həmin sənədlər-etiraz elektron məhkəmə sistemində hazırlıq iclasından əvvəl, ##.##.2025-ci il tarixdə 4-cü sırada və münasibət isə 61-ci sırada, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi isə ##.##.2025-ci il tarixdə 69-cu sırada yerləşdirilmişdir. Sübhan Baxışov Apellyasiya Məhkəməsində izahat verərkən və apellyasiya şikayətində 40000 manat krediti götürmədiyini, həmin pul məbləğini ASC-nin Idarə Heyətinin üzvü cavabdeh2 götürdüyünü bildirsə də, etirazının əsasını təşkil edən bu dəlilini heç bir sübutla əsaslandırmamışdır. Həmin qətnamədən həmçinin görünür ki, o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcu hissəsi ilə razılaşmış, qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Iddiaçının elektron məhkəmə sistemində 48-ci sırada yerləşdirdiyi özünü eyni zamanda şahid qismində dindirilmiş Baxışov Sübhan Vəzir oğlunu ifşa edən Sübhan Baxışovun Günay bankda açılmış kart hesabından görünür ki, “xxxx» BOKT ASC ilə kredit müqaviləsinin bağladığı ##.##.2020-ci il tarixdə, onun bank hesabına 40000 manat pul daxil olmuş, həmin gün pul məbləği hesabından çıxarılmamışdır. Öncə qeyd olunan Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, o, kredit məbləğini götürdükdən sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sübhan Baxışov birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilərkən apellyasiya məhkəməsində verdiyi izahatı dəyişərək «xxxx» BOKT ASC-dən ##.##.2020-ci il tarixdə götürdüyü 40000 manat kredit məbləğini İddiaçı iştirakı ilə Xırdalan şəhərində musiqi məktəbinin qarşısında cavabdeh2 verdiyini bildirmişdir. Iddiaçı cavabdeh cavabdeh2 borc məbləğini özü, bacısı oğlu şahid qismində dindirilmiş Sübhan Baxışov isə hesabından çıxardığı pul məbləğini iddiaçı deyil, özü Müslümə verdiyini bildirmişdir. Göründüyü kimi kimi iddiaçının cavabdehlərə qarşı hazırkı iddianı qaldrmaq üçün subyektiv hüquqa malik olmamışdır. Müxtəlif məhkəmələrdə fərqli izahatlar verirlər, harada hansı yalanı uydurduqlarını unudurlar. Belə olan vəziyyətdə məhkəmə iddia tələbinin bu hissəsini rədd etmək əvəzinə əsassız olaraq təmin etmişdir. Göründüyü kimi nümayəndələri iddiaçının 40000 manat tələbinin əsassız olduğunu məhkəmə iclaslarında deməklə kifayətlənməmiş, elektron məhkəmə sistemində yaradılmış vəkil kabinetində məhkəmənin tanış olması üçün hazırlıq iclasından əvvəl etirazı, işin baxıldığı müddətdə mülahizə və münasibəti yerləşdirilmişdir. Məhkəmə isə iddiaçının tələbinin əsaslarını təkzib edən həmin sübutdan istifadə etməmiş, digər sübutlarla yanaşı qiymətləndiməmiş, işin bu faktiki halını və onu təsdiq edən mötəbər sübutları rədd etmək üçün dəlillər gətirməmişdir. Barəsində başlanmış cinayət işi ilə əlaqədar 2022-ci ildə istər ibtidai istintaqın gedişində, istərsə də 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş iddiaçı İddiaçı ifadəsində bacısı oğlu Sübhanın evini girov qoyub cavabdeh2 40000 manat pul verdiyini, daha sonra ona 20000 manat və həmin dəyərdə qızıl zinət əşyaları verməsini bildirməmişdir. Bu faktı təsdiq etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünü ##.##.2025-ci il tarixdə elektron məhkəmə sistemində 73-cü sırada yerləşdirilmişdir. Yaşadıqları fərdi yaşayış evi Sübhan Baxışovun “xxxx» BOKT ASCdən kredit götürdüyü ##.##.2020-ci il tarixdən 1 ay 18 gün əvvəl, ##.##.2020-ci il tarixdə alınmışdır. Evin həmin tarixdə alınmasını ##.##.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş podrat müqaviləsi təsdiq edir. Öna görə də əldə olunmuş borc pulla tərəflərin hazırda yaşadığı ünvan 1 nömrəli ev əldə olunması, nikah dövründə əldə olunmuş borc tərəflərin birgə məqsədləri üçün xərclənməsi barədə məhkəmənin iş üzrə nəticəsi düzgün deyil, cavabdeh2 bundan başqa da daşınmaz əmlak almaq imkanına malik olmuşdur. Cavabdeh cavabdeh2 xxxx» BOKT ASC-də kredit vermək səlahiyyətinə malik və imkanlı olduğu üçün iddiaçı onunla dostluq etmişdir. Işə baxan hakim məhkəmədə şahid kimi dindirdiyi X6, X11 və X1 ifadələrini qərəzli olaraq məhkəmədə səsləndirdikləri kimi qətnamədə qeyd etməmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş X6 və Müslümlə restoranda olarkən qızıl zinət əşyalarını X11 gətirdiyini bildirmiş, lakin onun Müslümə verildiyini görməmişdir. X11 isə izahatında qızılları restorana aparmadığını, Elvinin lombarda qoyduğu qızıl əşyalarını oranın müdiri tanış olduğuna görə ona, o, da öz növbəsində Elvinin qaynı Ceyhuna verdiyini bildirmişdir. Öncədən bildirdiyi kimi Elvinin Müslümə 20000 manat pul və qızıl zinət əşyası verməsi həqiqət olmadığına görə şahidlərin izahatları da ziddiyyətlidir, biri digərini ifşa edir. Qızıl zinət əşyaları lombarddan onu qoyan şəxsə, eləcə də etibarnaməyə əsasən əşyaları lombarddan götürmək səlahiyyəti verdiyi şəxsə verilə bilər. Elnur Əhmədov əvəlki inzibati məhkəmədə çəkişmələri zamanı 20000 manat dəyərində qızıl zinət əşyalarının onun özünə məxsus olmasını bildirmişdir. Bu məzmunda izahat verdiyini sübut etmək üçün Sumqayıt Inzibati Məhkəməsinin qərarını elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Hər iksinin ifadəsi qızılların verilməsi hissəsində ziddiyyətli, biri digərini ifşa etdiyi üçün həmin əşyaların cavabdeh2 verilmədiyini göstərir. Elvinin Müslümə 20000 manat dəyərində qızıl zinət əşyası verməsi kimi 20000 manat pul verməsi də həqiqəti əks etdirmir. Belə ki, iddiaçı məhkəmə iclasında cavabdeh2lə Xırdalan şəhərində Cənub restoranında olarkən Elnur Əhmədov ora gələrək ona verdiyi 20000 manat pulu şahid X11 yanında Müslümə verdiyini bildirmiş, şahid Elnur Əhmədov da həmin məzmunda ifadə vermişdir. Lakin qətnamədən görünür ki, şahid kimi məhkəmədə dindirilmiş X11 20000 (iyirmi min) manat pulun isə onun yanında bağ evində iddiaçı tərəfindən cavabdeh cavabdeh2 verilmişdir. Göründüyü kimi iddiaçının vəsatəti əsasında dindirilmiş şahid Zahir Mahmudov onun ifadəsini təsdiq etmir, iddiaçının yalan izahat verdiyini, Zahir Mahmudov kimi məhkəmədə dindirilmiş digər şahidlər də öyrədilmiş şahidlərdir, qızıl və 20000 manat pulun verilməsinin şahidləri olmadığı şahid Elnur Əhmədovun əvvəlki məhkəmə çəkişmələri zamanı özündə yalan məlumatlar əks etdirən prosessual sənədləri imzalayan, izahatını təsdiq edən məhkəmə aktlarını məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə onun ifadəsinə tənqidi yanaşmamışdır. Elnur Əhmədov iddiaçının işçisi, evlərində qapı pəncərə dəyişən usta, məhkəmə iclasında evlərini pul verib aldığını, məişət əşyalarının özünə məxsus olduğunu, bu barədə məhkəməyə saxta arayış təqdim və sonda iddiaçı İddiaçı göstərişi ilə evlərinin dəyərini ödəmədən Bələdiyyə ilə birləşib qanunsuz ələ keçirən şəxsdir. cavabdeh2 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qanunsuz Elnur Əhmədova satılması barədə Xırdalan Bələdiyyəsinin inzibati qərarı ləğv edilmiş və bu barədə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda Abşeron Rayon Məhkəməsində onun adına verilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarışların ləğv edilməsi tələbinə dair cavabdehlərin iddia ərizələrinə baxılır. 3 ildən artıq müddətdə iddiaçı və onun şəriki Elnur Əhmədov ailənin yeganə yaşayış evlərinin əlindən almasına çalışmışlar. Həmin evin 52 min manat məbləğinə alınmasını prosessual sənədlərdən və qəbul edilmiş məhkəmə aktlarından iddiaçı İddiaçı və Elnur Əhmədova yaxşı məlum olmuşdur. Cavabdehlərin fərdi yaşayış evlərini ələ keçirməklə kifayətlənərək, bu illər ərzində verilən borc məbləği 100 min manat olduğu halda, evin dəyərindən artıq 48 min manat pulu tələb etməməsi 100 min manat məbləğində iddiaçının Müslümə borc vermədiyini təsdiq edir.

33. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin tam təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək iddia tələbinin rədd edilməsi qət edilmişdir (səadlik edən X4, hakimlər X2 və X3 ibarət tərkibdə).

34. Birinci instansiya məhkəməsinin mübahisənin həlli baxımından maddi və prossesual hüquq normalarının tətbiqinə dair gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası öz hüquqi mövqeyinə münasibətdə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində çıxarışın alınmasına 8000 (səkkiz min) manat xərclədiyi pulu tələb etsə də, sonradan həmin pulun məbləği 7000 (yeddi min) manat həcmində qeyd edilmiş və həmin məbləğdə pul tələbi təmin edilməmişdir. Qeyd olunan hal iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir.

35. Məhkəmə kollegiyası cavabdeh tərəfin mübahisələndirdiyi birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq və hesab etmişdir ki, iddia tələbinin təmin edilmiş hissəsi sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin iddia tələbinin qalan hissəsinin sübutlarla təsdiqini tapmadığı da işin müəyyən edilmiş halıdır. Buna görə apellyasiya şikayətinin 20000 (iyirmi min) faiz pulu, 146 qram 750 əyyar qızıl zinət əşyasının dəyəri olan 20000 (iyirmi min) manat pul və 7000 (yeddi min) manat çıxarışın alınmasına xərclənmiş pul tələbinə aid hissəsi ilə bağlı dəlilləri əsassızdır və apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etdiyinə görə apellyasiya şikayəti qətnamənin ləğv edilməsi ilə bağlı hissəsində təmin edilməlidir.

37. Məhkəmə kollegiya həmçinin bildirmişdir ki, iddiaçı İddiaçı iddia tələbini götürülmüş pulların mənbəyinə istinad etməklə əsaslandırmışdır. Lakin qeyd etmək lazımdır ki, 40000 manat kredit və həmin kreditə görə hesablanmış faiz məbləğinə münasibətdə bankın və bankdan kredit götürənin qarşısında cavabdehlərin öhdəliyi müəyyən edilməmişdir.

38. 146 qram 750 əyyar qızıl zinət əşyasının dəyəri olan 20000 (iyirmi min) manat pul tələbinə dair hissə ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qızıllarla bağlı arayış təqdim edilmişdir ki, arayışda İddiaçı ##.##.2020-ci ildə lombarda 146 qram qızıl qoyduğu və ##.##.2020-ci ildə Mahmudov Zahirin vasitəçiliyi ilə götürüldüyü qeyd edilmişdir. Iş üçün heç bir əhəmiyyət kəsb etməməsinə baxmayaraq həmin qızılların hansı şərtlərlə lombarda qoyulmuş olması, həmin qızılların müqabilində hansı məbləğdə pulun götürülmüş olması və hansı məbləğdə pulun ödənilərək qızılların lombarddan götürülməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

39. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, ## ###### 2026-cı il və ## ###### 2026-cı il tarixli məhkəmə iclaslarında iddiaçı İddiaçı və onun nümayəndəsi vəkil vəkil3 cavabdeh cavabdeh2 etirafını özündə əks etdirən videoyazıları və qəbzi təqdim etmişlər. (Əsilləri məhkəmənin dəftərxanası vasitəsilə göndərilmişdir.) Həmçinin Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Abşeron Rayon Polis Idarəsi iddiaçının vəkilinin bildirdiyinə görə onun vəsatəti əsasında ## ###### 2026-cı il tarixli məktubla cavabdeh2 izahatının surətini məhkəməyə göndərmişdir. Həmin izahatın surətindən görünür ki, cavabdeh cavabdeh2 iddia tələbində göstərilmiş tələb edilən 107000 manat pulun hər bir hissəsini ayrıayrılıqda qeyd etməklə etiraf edir.

40. Kollegiya vurğulamışdır ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Abşeron Rayon Polis Idarəsindən Şəki Apellyasiya Məhkəməsinin sorğusuna verilmiş cavabdan görünür ki, İddiaçı şikayəti əsasında cavabdeh2 və cavabdeh1 barəsində toplanmış material üzrə Abşeron Rayon Polis Idarəsinin Istintaq Şöbəsində araşdırma davam etdirilir və qeyd olunan material hal-hazırda icraatdadır. Cavabdeh cavabdeh2 ## ###### 2026-cı il tarixində etirafın təkzibi üçün vəsatət yollayaraq təhdid edildiyini, həbsdən yayınmaq üçün etirafedici ifadə verdiyini, iddiaçının etirafla bağlı təqdim etdiyi sənədlərin sübut kimi qəbul edilməməsini məhkəmədən xahiş etmişdir.

41. Kollegiya daha sonra bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 təhdid edilirdisə, bu vaxta qədər niyə aidiyyəti qurumlara şikayət vermədiyi barədə verilən suala məhkəmənin gəldiyi nəticədən asılı olaraq həmin məsələni mübahisələndirəcəyini bildirmişdir. Həmçinin son vaxtlar ayrı-ayrı qurumlara şikayət etdiyini də qeyd etmişdir.

42. Kollegiya daha sonra bildirmişdir ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri hazırkı qətnamənin 16-cı bəndində sadalanmışdır. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin sübutlar olmadığına görə iddianın rədd edilməsini, əks halda iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin verdiyi apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, həmin apellyasiya şikayəti təmin edilməlidir.

43. Kollegiya onu da qeyd etmişdir ki, cavabdehlər iddiaçının ## ###### 2019-cu il tarixli kredit müqaviləsi üzrə bacısı oğlu Baxışov Sübhan Vəzir oğlunun Novxanı adlanan ərazidə yerləşən evini “xxxx” Bank olmayan kredit təşkilatına girov qoyub 40000 manat kredit götürüb cavabdehlərə verilməsi halını mübahisələndirmişlər. Iş materiallarından müəyyən edilmişdir ki, Baxışov Sübhan Vəzir oğluna ##.##.2019-cu il tarixli kredit müqaviləsi üzrə 40000 manat kredit ayrılmışdır ki, o da həmin krediti ##.##.2019-cu il tarixdə “Günay” Bankdan götürmüşdür. O daha sonra ##.##.2020-ci il tarixdə «xxxx» BOKT ASC ilə ****/** saylı kredit müqaviləsi bağlamış, ona illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 min manat məbləğində pul ayrılmışdır. O, həmin müqavilə üzrə Novxanı adlanan ərazidə yerləşən evini ipoteka qoymuşdur. Iddiaçının cavabdeh cavabdeh2 bacısı oğlu Baxışov Sübhan Vəzir oğlundan 40000 manat pul alıb verməsi sübuta yetirilmişdir. Həmin pulun mənbəyinin hansı müqavilə üzrə əldə olunmuş pul olması iş üçün əhəmiyyət kəsb etmir.

44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü vurğulamış, birinci instansiya məhkəməsi isə iddianı tam rədd etməli olduğu halda işin hallarına düzgün hüquqi qiymət vermədən iddianı qismən təmin etdiyini qeyd etmişlər. Işin hallarından da göründüyü kimi cavabdehlər müddətin tətbiqi barədə ərizə verərək pulun verildiyi tarixdən 5 il 5 ay, cavabdeh2 həbsə alındığı tarixdən isə 4 il 1 ay vaxt keçdiyini, bununla da məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunmuş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü, buna əsasən məhkəmədən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın təmin olunmamasını xahiş etmişlər.

45. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında borc münasibətləri 2019-cu ildən yaranmağa başlamışdır. Lakin buna baxmayaraq məhkəmə cavabdehin vəkili tərəfindən verilmiş müddətin tətbiqi barədə ərizəni əsaslı hesab etmir. Belə ki, MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalıdır. Belə ki, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olmuşdur. “Məhkəmədən gözlənti hüququ” anlayışı isə hüquqi dövlət prinsiplərindən irəli gəlir. Bu, hər bir şəxsin məhkəmədən ədalətli qərar gözləmək, işinin obyektiv araşdırılacağına inanmaq və qanun qarşısında bərabər münasibət görmək hüququdur. Başqa sözlə, bu, məhkəmə ədalətinə olan qanuni və mənəvi gözləntidir.

46. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normasının tətbiqində səhvə yol verib. Əvvəla işdən görünür ki, iddiaçı cavabdehlərə 107000 manat pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmayıb. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsindən göründüyü kimi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə tələb edilmiş məbləğ 107000 manat, yəni maddədə qeyd edilmiş məbləğdən dəfələrlə çox olmasına baxmayaraq tərəflərin arasında yazılı müqavilə mövcud deyildir. Bu halda tərəflər arasında borc münasibətlərindən söhbət gedə bilməz. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə onlar arasında yaranmış mülki hüquqi münasibətlərin xarakterini, məzmununu, onların iradə ifadələrinin həqiqi mənasını, habelə işin bütün müvafiq hallarını, o cümlədən onlar arasında yaranmış şəxsi münasibətləri, bu münasibətlər yaranarkən onlar arasında olan danışıqları, yazışmaları və onların sonrakı hərəkətlərini nəzərə almadan tərəflər arasında borc hüquqi münasibətlərinin olduğu qənaətinə gəlib. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehlərin qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığını nəzərə almayıb.

47. Kollegiya daha sonra müəyyən etmişdir ki, cavabdeh qismində çıxış edən cavabdeh1 iddiaçı İddiaçı pulun alınmasından, verilməsindən məlumatı olmayıb. Iddiaçı pulu istəmək üçün onların evinə getdiyi zaman cavabdeh1 həmin puldan xəbəri olmadığını, lakin pulun ödənilməsinə kömək edəcəyini bildirmişdir. Bununla belə iddiaçı İddiaçı alınmış pulla cavabdehlərin birgə nikah dövründə ev alındığından, həmin evdə təmir-tikinti işləri aparıldığından cavabdeh qismində işə cəlb edilmiş cavabdeh1 da əsassız varlanmış hesab edilməlidir. cavabdeh1 da özünün cavabdehliyinə etiraz etməmiş, məhkəməyə iddianın rədd edilməsi üçün iddia müdddəti tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir.

48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında etibarsız əqd, ziyan, əldən çıxmış fayda və əsassız varlanma ilə bağlı müddəalar tətbiq edilməlidir.

49. Kollegiya həmçinin qeyd etmişdir ki, Digər bir hal isə iddia müddəti ilə bağlı məsələnin həllidir ki, birinci instansiya məhkəməsi hazırkı işdə iddia müddətinin axımının Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalı olduğunu, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olduğunu bildirmişdir.

50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki işin II cildinin 56-70-ci vərəqlərində yer alan ## ###### 2025 və ## ######## 2025-ci il tarixlərində məhkəmə iclaslarında cavabdehlərin nümayəndəsi vəkil vəkil2 iştirakı ilə tədqiq edilmiş və cavabdehlər tərəfindən mübahisələndirilməyən (apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir) mobil telefonda diktofon vasitəsilə qeydə alınmış səs yazılarından görünür ki, İddiaçı 2021-ci il fevral ayından cavabdeh2 borcu qaytara bilməyəcəyi, yalnız evin ipotekaya qoyulması halında borcu qaytara biləcəyi məlum idi. Həmin səs yazılarından, o cümlədən mülki işin 59-cu vərəqində yer alan Vəzir Baxışovun dediyi “Bu insan deyir ki, konkret sizi aldatmışam, evi həmin puldan almışam, onsuz da məni tutacaqlar, evi olsun mən də gedim içəri, ailəmin uşağın evi olsun.” sözləri də onu göstərir ki, iddiaçının hüquqlarının pozulması həmin andan ona məlum olmuşdur.

51. Kollegiya vurğulamışdır ki, Abşeron rayonu Xırdalan bələdiyyəsindən İddiaçı qeyri-rəsmi nümayəndəsi kimi çıxış edən X9 ##.##.2021-ci ildə torpaq sahəsini alana qədər gedən proseslər zamanı da iddiaçıya hüquqlarının pozulması məlum olmuşdur. X9 cavabdehlərin onun adına qeydiyyata alınmış evdən çıxarılma iddiası ilə ## #### 2022-ci il tarixində məhkəməyə müraciət etdiyi zaman da iddiaçıya hüquqlarının pozulması məlum olmuşdur. X9 hər iki halda hazırkı iş üzrə iddiaçı olan İddiaçı göstərişləri üzrə hərəkət etmişdir ki, bu hal həmin şəxslərin iş üzrə verdiyi izahatlar və digər sübutlarla təsdiq edilmişdir. Həm də mübahisələndirilməmişdir.

52. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlərə verdiyi pulları, qızıl-zinət əşyalarını onlardan iddia tələbində göstərdiyi qaydada pul kimi geri qaytarmaları barədə razılığa gəldiyini göstərmişdir. Baş verən sonraki prosesdə isə cavabdehlərin pulu qaytarmamaları səbəbindən baş vermişdir. Yəni cavabdehlərin aldıqları iddia olunan pulu tələb etmək üçün iddiaçı tərəfin qohumları ilə birlikdə cavabdehlərin ailə üzvləri ilə birlikdə yaşadıqları evə getmələri, orada baş verən danışıq və proseslərin telefon vasitəsilə yazıya alınması, cavabdeh2 ayrı-ayrı təyinatlar üzrə eyni məqsədə çatmaq üçün X9 və İddiaçı etibarnamələr verməsi, X9 Xırdalan bələdiyyəsindən torpaq sahəsi və daha sonra həmin torpaq sahəsində və onun üzərində yerləşən evə çıxarış alması, nəticədə cavabdehlərin həmin evdən çıxarılmaları barədə məhkəməyə iddia ilə müraciət etməsi baş vermişdir. Cavabdehlər iddiaçının tələb etdiyi pulları razılaşdırdıqları qaydada qaytaracaqları təqdirdə yuxarıda göstərilən hallardan heç biri baş verməyəcəkdi. Göründüyü kimi iddiaçı hal-hazırda iddia etdiyi pulların geri qaytarılmadığını və qaytarıla bilməyəcəyini tam əminliklə müəyyən etdikdən sonra yuxarıda göstərilən tədbirləri həyata keçirmişdir.

53. Kollegiya bildirmişdir ki, hazırkı işə əsassız varlanma ilə bağlı müddəalar şamil edildiyindən Mülki Məcəllənin 1095-ci maddəsini nəzərə alaraq iddiaçıya hüququnun pozulduğu 2021-ci ilin fevral ayından məlum olduğu üçün iddia müddəti həmin tarixdən 2 il sonra, yəni 2023-cü ilin fevral ayının sonunda bitmişdi. Lakin iddiaçı məhkəməyə iddia ərizəsi ilə ##.##.2025-ci il tarixində müraciət etdiyindən iddia müddətini ötürmüşdür.

54. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 16.1, 21.1, 21.2, 337.1, 337.3, 337.4, 337.5, 354.1, 404.1, 404.2, 560.1, 560.2, 560.3, 1091.1, 1091.2, 1092 və 1095-ci; Mülki Prossesual Məcəlləsinin 2.2, 9.1, 9.3,14.2, 52.5, 76.1, 76.2, 76.3, 77.1, 80, 81, 88, 106.1, 106.4, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

55. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək (vəkil vəkil3) Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti həm iddia ərizəsinin dəlilləri həmçinin apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etməklə belə əsaslandırılmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Şəki apellyasiya məhkəməsi qətnaməsində əsassız olaraq əsaslandırmağa çalışmışdır ki, iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Lakin nəzərər almamışdır ki, iddia müddəti mübahisəli mənzillə bağlı cavabdeh tərəfindən Sumqayıt Inzibati Məhkəməsində qaldırılan iddia tələbi üzrə mövcud olan Ali məhkəmənin qərarından sonra başlayır, yəni iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalıdır. Belə ki, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olmuşdur. “Məhkəmədən gözlənti hüququ” anlayışı isə hüquqi dövlət prinsiplərindən irəli gəlir. Bu, hər bir şəxsin məhkəmədən ədalətli qərar gözləmək, işinin obyektiv araşdırılacağına inanmaq və qanun qarşısında bərabər münasibət görmək hüququdur. Başqa sözlə, bu, məhkəmə ədalətinə olan qanuni və mənəvi gözləntidi.

57. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ##.##.2026-ci il tarixdə məhkəmə iclası fasilədən sonra davam etdi.16:30 saniyədə hakim sual verir iddiaçı Elvinə ki, siz iddia müddətinə görə neçə illərdir niyə iddia vermirdiz və iddiaçı da cavabında bildir di ki, cavabdeh tərəfindən ev mənə verilmişdi və dostum Elnurun adına keçirilmişdir. Cavabdehlər sonradan bizi Sumqayıt inzibati məhkəməsinə verdilər və iddia üzrə mübahisə Ali məhkəməyə qədər davam etdi və həmin evin çıxarışı dostumun adına olmaqla qüvvədə idi və əşyalarımız evdə olduğuna görə iddia verməmişəm çünki mənim iddia müddətim inzibati mübahisə üzrə Ali məhkəmənin iş üzrə qüvvəyə minmiş qərarından sonra başlamışdır və məndə vaxtında iddia vermişəm.19:00 saniyədə mən vəkil hakimə sənəd göstərib deyirəm ki, kredit ##.##.2019-cu il tarixdə götürülüb, cavabdehlər apellyasiya şikayətində yazıblar ki, kredit ##.##.2019-cu il tarixdə götürülüb, lakin məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və özü deyir ki, ##.##.2019-cu il tarixdə götürülüb kredit. 24:50 saniyədə Mebellərlə bağlı sənədləri hakimə göstərirəm. Mebellərlə bağlı qərardadın və icra vərəqəsini göstərirəm, cavabdehin əvəzinə hakim mənim çıxışıma münasibət bildirir. 28:30-30:35 saniyələrdə yeni sənəd kredit pulunun götürüldüyü tarixi təsdiq edən və hakimə yaxınlaşıb izah edirəm. Bu qeyd edilənlər video görüntüdə olmasına baxmayaraq həmin günün iclas protokolunda bunlar barəsində qeyd edilməmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasda 02:00 saniyədə hakim daxil olan sənədləri elan edir lakin mənim dəftərxanaya verdiyim vəsatət və yeni səs yazıları elan etmir. 34:40-37:00 saniyələrdə cavabdeh Müslümə sual:dediz mənə təhdid olub əlyazma və video çəkiliş vermişəm.##.##.2026-cı və ##.##.2026-cı il tarixlərdə sizi təhdid etmişdisə niyə DIN-in 102 xidmətinə şikayət vermirdiz? Müslüm cavab verir ki, mən məhkəmənin cavabını gözləyirdim, ona görə məhkəmə ##.##.2026 tarixdə təxir oldu deyin şikayət vermədim. Sual: Əgər sizə təhdid vardısa niyə ## ###### 2026-cı il tarixdə iddiaçıya səs atırsan ki, bacımın adına 50 min olmaqla 2 dəfə notariat borc müqaviləsi bağlayaq sənin pulunu verəcəm. Müslüm deyir cavab vermirəm. Sual: Vəzirlə danışmısız? Müslüm cavab verir ki, hə danışmışam. Sual: Kredit götürülməsindən xəbərin var idi? Müslüm cavab verir ki, kredit müqaviləsini mən hazırlamışam. 44:00-46:00 saniyələrdə Mebellərlə bağlı verdiyim suallara cavab verir. Sual: Evdə olan mebellərlə bağlı Abşeron rayon məhkəməsinin MTT qərardadından niyə şikayət verməmisən əgər mebellər iddiaçının deyilsə? Sual: ## #### 2021-ci il tarixdə evin komunallarını Elnurun adına keçirdin və iddiaçı Elvində qızının həbsdən 48 saat ərzində çıxması üçün pul sənə vermədisə niyə Elnurun adına keçirdiyin komunallarla bağlı şikayət verib onun adından çıxartmadın? Müslüm cavab verə bilmədi. 01:00 saniyədə mən vəkil durub izah edirəm ki, cavabdeh pulu iddiaçıdan problemlərinin həlli üçün alır və sonra evi iddiaçıya verməli olduğu pulun əvəzinə cavabdeh verib və iddiaçı Elvinin razılığı ilə onun dostu Elnurun adına rəsmiləşdiriblər. Bu qeyd edilənlər video görüntüdə olmasına baxmayaraq həmin günün iclas protokolunda bunlar barəsində qeyd edilməmişdir.

58. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli iclas protokollarına dair qeydlər verərək göstərmişdik ki, Zərdab rayon məhkəməsi tərəfindən iddiaçının iddia tələbinə baxaraq iddia qismən təmin olunaraq cavabdehlərdən 60000 manat pul və 397 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə ##.##.2025-ci il tarixdə qətnamə qəbul edilmişdir və həmin qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsində baxılmışdır. Həmin məhkəmə iclaslarının iclas protokolları ilə iddiaçı və mən vəkili tanış olan zaman bizə məlum oldu ki, məhkəmə iclaslarının video və audio yazılarında olan çıxışlarımız, verdiyimiz vəsatətlərə, verdiyimiz sənədlərə, cavabdehə mən vəkil tərəfindən verdiyim və aldığım cavablar məhkəmənin yazılı olan iclas protokollarına bu barədə qeydlər edilməmişdir. Belə ki, məhkəmənin ##.##.2026-cı il tarixli iclasda 02:40 -09:45 saniyədə mən vəkil tərəfindən hakimə vəsatət və cavabdehin etirafını əks etdirən video və əlyazma qəbzi, səs yazılarından ibarət 1 ədəd flaşkart təqdim etməyim və Abşeron Polis Idarəsindən göndərilən ##.##.2026cı il tarixli cavabdeh Müslümün verdiyi izahatın məhkəməyə göndərilməsini 09:20 saniyədə bildirmişəm video görüntüdə olmasına baxmayaraq həmin günün iclas protokolunda bunlar barəsində qeyd edilməmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasda 11:54 saniyədə hakim bildirir ki, Abşeron Polis Idarəsindən göndərilən ##.##.2026-cı il tarixli cavabdeh Müslümün verdiyi izahatı məhkəməyə daxil olub, hakim bildirir ki, sübutlara 1-ci instansiya məhkəməsində təqdim edilir və mən vəkil də bildirirəm ki, MPM-in 372-ci maddəsinə əsasən apellyasiya məhkəməsi vaxtı sübut əldə edilmişdir bu qeyd edilənlər video görüntüdə olmasına baxmayaraq həmin günün iclas protokolunda bunlar barəsində qeyd edilməmişdir. 04:45-də Müslüm qeyd edir ki, həbsdən yayınmaq üçün polisdə izahat və iddiaçıya əlyazma qəbz, video çəkiliş verib və 05:30 saniyədə sonra aldatdılar deyir.20:00 saniyədə Müslüm deyir ki, qızım həbs olunmuşdu və iddiaçı mənə qızımı həbsdən çıxartmaq üçün mənə pul verməyi söz verdiyindən ona etibarnamə vermişəm və iddiaçı ona pulu vermədiyinə görə etibarnaməni ləğv etdim ona görə də iddiaçı qisas alır məndən ki, ona verəcəyim var. 22:30saniyədə Müslüm pulu, qızılı almamışam deyir, 23:02-saniyədə iş materialında olan səs yazıları ilə bağlı hakim sual verir Müslüm cavab verə bilmir. 23:25 saniyədə Müslüm deyir yalnız 15000 manatın səs yazısı var. Mən vəkil Müslümə suallar verirəm. Sual: 13 mart qızın həbs olunub 22 martda iddiaçıya verirsən etibarnaməni , əgər qızınıza görə iddiaçı həbsdən çıxması üçün pul vermirdisə niyə ##.##.2021-ci ildə Elnur Əhmədovun adına mübahisəli mənzilin komunallarını notarial qaydada keçirirdiz. Çünki sizin qızınız 48 saatdan sonra buraxılmışdır və iddiaçı da sizə həmin 48 saat ərzində pul verməmişdir ki, qızınızı həbsdən azad edəsiz. Müslüm cavab verir ki, Elnurun adına keçirdim ki, oğlumu qeydiyyata salsın mənzilə. Sual: Bələdiyyə qərarından xəbəriniz var idi? Lakin hakim imkan vermir Müslüm cavab versin. Sual: 2026-cı ilin 8-9 yanvarında iddiaçı Elvinlə niyə görüşmək istəyirdiz? Sonra mən vəkil həmin məsələ ilə bağlı vəsatət və vatsap yazışmalar təqdim edirəm hakim götürmür. Sual: 28:00-dan 31:10 saniyəyə qədər Bacınız adına 2026-cı ilin ######ın ##-dən sonra 50 min olmaqla 2 dəfə notariusda borc müqaviləsi bağlamaq istəmisiz? Cavabdeh Müslüm cavab verir ki, bəli olub iddiaçı ilə belə danışıq. Bu qeyd edilənlər video görüntüdə olmasına baxmayaraq həmin günün iclas protokolunda bunlar barəsində qeyd edilməmişdir.

59. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edirəm ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə əlavə olaraq Şəki apellyasiya məhkəməsinə ərizə verərək göstərmişdik ki, cavabdeh cavabdeh2 barəsində olan cinayət işi üzrə evdustaqlığına çıxdıqdan sonra iddiaçı İddiaçı zəng edərək onunla və mən vəkillə görüşmək istəmiş və cavabdehin istəyi ilə ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2, iddiaçı İddiaçı və mən vəkil, nümayəndə birlikdə Yasamal rayonu ərazisində kafedə görüşərək danışan zaman cavabdeh cavabdeh2 bildirdi ki, Zərdab Rayon Məhkəməsində ona qarşı verilmiş iddia tələbi üzrə mülki işdən məlumatsız olmuş, onun hüquqlarını müdafiə etmək adı ilə iştirak edən vəkillə hər hansı hüquqi xidmətlə bağlı müqavilə bağlamamış və ona hansısa etibarnamə verməmişdir. Görüşən zaman cavabdeh cavabdeh2 bildirdi ki, onun iddiaçı İddiaçı həqiqətən 100 000(yüz min) manat pul verəcəyi var və həmin pulun əvəzinə də Abşeron rayonu Xırdalan şəhərində Əziz Əliyev küçəsi *** nömrəli evi iddiaçı İddiaçı vermiş və Elvinin xahişi ilə onun yaxını X8 adına torpağa bələdiyyədən qərar alınmaqla mülkiyyət hüququna dair çıxarış alınmışdır. Bu görüş zamanı cavabdeh cavabdeh2 könüllü olaraq öz təklifi ilə ##.##.2026-cı il tarixdə öz xətti ilə qəbz yazaraq və video çəkiliş ilə birdaha iddiaçı İddiaçı 100 000 manat pul verəcəyini və həmin pulun əvəzinə Abşeron rayonu Xırdalan şəhərində Əziz Əliyev küçəsi *** nömrəli evi iddiaçı İddiaçı verməsini etiraf etmişdir. Hesab edir ki, həmin əlyazma qəbz və video çəkiliş, fotolar mülki işin icraatına qəbul edilərək hüquqi qiymət verilməlidir, çünki həmin sübutlar birinci instansiya məhkəməsinin qətnaməsindən sonra, yəni apellyasiya məhkəməsində apellyasiya şikayətinə baxılan zaman əldə olunmuşdur. Lakin apellyasiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinə təqdim etilmiş həmin əlyazma qəbzi, video çəkilişi, səs yazıları, fotoları və cavabdeh cavabdeh2 Abşeron RPI-nin Istintaq Şöbəsində ##.##.2026-cı il tarixdə verdiyi etirafedici izahatı mülki işin icraatına qəbul edilərək qərəzli olaraq hüquqi qiymət verilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı cavabdehlər tərəfindən etiraz ərizəsi məhkəmənin elektron idarəetmə sisteminə daxil olmuşdur. Ərizədə kassasiya şikayətinin təmin olunmaması və apellyasiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

61. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

62. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

63. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

64. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

65. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

66. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

67. .Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

68. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

69. .Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

70. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

71. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

72. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

73. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

74. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

75. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

76. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

77. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

78. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

79. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

80. Maddə 404.1. müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

81. Maddə 404.2. bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

82. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

83. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

84. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

85. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

86. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

87. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

88. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (## ####### 2023-cü ilə qədər qüvvədə olan mətn).

89. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (## ####### 2023-cü ilə qədər qüvvədə olan mətn).

90. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (## ####### 2023-cü ilə qədər qüvvədə olan mətn)

91. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

92. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

93. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

94. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

95. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

96. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

97. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

98. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

99. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

100. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

101. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

102. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

104. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi

105. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, iddia müddətinin tətbiqinə dair düzgün hüquqi araşdırılma aparılmadığı, maddi və prosessual hüquq normalarının pozulduğu müəyyən edilmişdir.

106. Belə ki, baxılan iş üzrə iddiaçının tələbindən aydın olur ki, bu tələb bir neçə hissədən ibarədir. Iddiaçı göstərir ki, 2019-2020-ci illərdə cavabdeh cavabdeh2 işində problemləri olduğu üçün ondan 40.000 (qırx min) manat pul istəmiş, o, isə bacısı oğlu Sübhana məxsus Novxanı adlanan ərazidə yerləşən mənzili banka girov qoyaraq 40.000 (qırx min) manat pul götürmüş və cavabdeh cavabdeh2 vermişdir. Bundan sonra cavabdeh cavabdeh2 ondan 20.000 (iyirmi min) manat nağd pul və 10 gün sonra isə 20.000 (iyirmi min) manat dəyərində 146 qram 750 əyyar qızıl zinət əşyası almışdır. Cavabdehlər borcun qarşılığında Abşeron rayonu, Xırdalan şəhərində Əziz Əliyev küçəsi *** nömrəli evə çıxarış əldə etdikdən sonra həmin mənzili iddiaçının dostu X10 adına keçirmişdir. Çıxarışın əldə olunması üçün çəkilən 8000 manat xərc isə iddiaçı tərəfindən ödənilmişdir. Lakin sonradan cavabdehlər ##.##.2023-cü il tarixdə Sumqayıt Inzibati məhkəməsində həmin mənzilin yerləşdiyi 217 kv.m olan torpaq sahəsinin X9 barədə Xırdalan Bələdiyyəsi tərəfindən ##.##.2021-ci il tarixli ** saylı iclasın ** saylı inzibati qərarının ləğv edilməsi barədə iddia qaldırmışdılar. Məhz bu zaman cavabdehlərin onu aldatdığını anlamışdır.

107. Cavabdeh tərəf etirazında isə iddiaçının iddia olunan məbləği verməsini təsdiq edən sübutların olmadığına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişlər.

108. Birinci instansiya məhkəməsi İddiaçı bacısı oğlu Sübhana məxsus mənzili girov qoyaraq əldə etdiyi 40000 (qırx min) manat və 20000 (iyirmi min) manata aid hissədə iddianı əsaslı hesab etmiş, qalan hissələrdə isə iddianın təmin olunması üçün əsasların olmadığı qənaətinə gəlmişdir.

109. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqini mümkün hesab etməmiş və qeyd etmişdir ki, iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarının rəsmi dərc olunduğu tarixdən hesablanmalıdır. Belə ki, şəxsin işin məhkəmədə olduğu müddət ərzində məhkəmədən gözlənti hüququ olmuşdur. Ona görə baxılan iş üzrə irəli sürülən tələbə iddia müddəti tətbiq oluna bilməz.

110. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmasına dair mövqeyi ilə razılaşmış, lakin iddia müddətinin tətbiqinin mümkünsüz olmasına dair qənəti ilə razılaşmamış və hesab etmişdir ki, Abşeron rayonu Xırdalan bələdiyyəsindən İddiaçı qeyri-rəsmi nümayəndəsi kimi çıxış edən X9 ##.##.2021-ci ildə torpaq sahəsini alana qədər gedən proseslər zamanı da iddiaçıya hüquqlarının pozulması məlum olmuşdur. X9 cavabdehlərin onun adına qeydiyyata alınmış evdən çıxarılma iddiası ilə ## #### 2022-ci il tarixində məhkəməyə müraciət etdiyi zaman da iddiaçıya hüquqlarının pozulması məlum olmuşdur.

111. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı cavabdehlərə 107.000 manat pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmayıb. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2ci maddəsindən göründüyü kimi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə tələb edilmiş məbləğ 107.000 manat, yəni maddədə qeyd edilmiş məbləğdən dəfələrlə çox olmasına baxmayaraq tərəflərin arasında yazılı müqavilə mövcud deyildir. Bu halda tərəflər arasında borc münasibətlərindən söhbət gedə bilməz. ... hazırkı işə əsassız varlanma ilə bağlı müddəalar şamil edildiyindən Mülki Məcəllənin 1095-ci maddəsini nəzərə alaraq iddiaçıya hüququnun pozulduğu 2021-ci ilin fevral ayından məlum olduğu üçün iddia müddəti həmin tarixdən 2 il sonra, yəni 2023-cü ilin fevral ayının sonunda bitmişdir. Lakin iddiaçı məhkəməyə iddia ərizəsi ilə ##.##.2025-ci il tarixində müraciət etdiyindən iddia müddətini ötürmüşdür.

112. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.

113. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında məhkəmənin gəldiyi nəticəsindən görünür ki, fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

114. Həmin qərarda məhkəmənin mövqeyi belə ifadə edilmişdir ki, mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). ... odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır.

115. Bu qərarın 113-cü bəndində məhkəmənin gəldiyi qənaətdən aydın olur ki, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.

116. Belə olan halda baxılan iş üzrə istinad oluna qərarda ifadə edilmiş mövqelər üzrə araşdırma aparılması zəruridir. Lakin həmin qərarın baxılan işə tətbiqi zamanı iddiaçının tələbinin hər bir hissəsinin mahiyyəti aydınlaşdırılmalı, tələblərin hər biri üzrə hüquqi əsaslandırma aparılmalı, həmin hallara uyğun olaraq müddi hüquqi əsaslar tapılmalıdır. Bundan sonra tərəflərin öhdəliklərinin əvəzləşdirilməsinin baş verməsi, bunun üçün hansı hərəkətlərin edilməsi, əvəzləşdirmə ilə bağlı razılaşmanın qüvvədə olub-olmaması, baş tutmamışdırsa bunun səbəbləri aydınlaşdrılmalı, iddaçının tələb etdiyi pul məbləği üzrə tələb etmə hüququnun nə vaxt yaranması, cavabdehin etirafının olub-olmamasının araşdırılması baxılan iş üzrə əhəmiyyətlidir.

117. Kassasiya məhkəməsi onu da qeyd edir ki, irəli sürülmüş iddianın hüquqi əsasının tapılması və tələbin həmin əsasın şərtlərinə uyğunluğunun yoxlanılmaqla həll edilməsi hakimin səlahiyyətidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır

118. Məhkəmə tərkibi qeyd edir ki, irəli sürülmüş iddianın hüquqi əsasının tapılması və tələbin həmin əsasın şərtlərinə uyğunluğunun yoxlanılmasından, apellyasiya instansiya məhkəməsində təqdim olunmuş sübutların mümkünlüyünə qiymət verildikdən sonra, hər bir tələb üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi, müddətin tətbiq olunmasının mümkünlüyü, müddətin axımının başlanma anı üzrə müzakirələr aparılmalıdır.

119. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.)

120. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Iddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarı).

121. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

122. Iddiaçı kassasiya şikayətində göstərir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinə təqdim etilmiş həmin əlyazma qəbzi, video çəkilişi, səs yazıları, fotoları və cavabdeh cavabdeh2 Abşeron RPI-nin Istintaq Şöbəsində ##.##.2026-cı il tarixdə verdiyi etirafedici izahatı mülki işin icraatına qəbul edilərək qərəzli olaraq hüquqi qiymət verilməmişdir.

123. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

124. Bu baxımdan yeni apellyasiya baxışı zamanı iddiaçının həmin dəlilləri üzrə araşdırma aparılmalı sübutların qəbul edilib-edilməməsinin əsasları aydın ifadə edilmiş formada əsaslandırılmalıdır.

125. Avropa Insan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

126. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

127. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

128. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

129. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

130. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

131. Işə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

132. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # #### 2026cı il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar