Məhkəmə qərarları › İş №2(1-8)-1518/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1518/2026

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1518/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ## ###### 2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh qeyd edilən tarixdə İddiaçı 6 ay ərzində geri ödəmək şərtilə 15000 manat borc aldığını göstərmişdir. Qəbz Cavabdeh adından tərtib edilmiş və imzalanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 15000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranı və şəhid ailəsidir. Cavabdeh Cavabdeh onun tanışıdır. Cavabdeh Cavabdeh ## ###### 2022-ci il tarixdə 6 ay müddətinə, yəni ## ### 2023-cü il tarixədək qaytarmaq şərtilə etibarından sui-istifadə edərək ondan 15000 manat borc almışdır. Göstərilən müddət tamam olduqda cavabdehdən pulun qaytarılmasını tələb etmiş, lakin sonuncu borcu qaytarmaqdan imtina etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında uşağı xəstələndiyi üçün onun müalicəsinə görə 1000 manat pul lazım olmuş, maaşı isə həmin məbləği ödəməyə kifayət etməmişdir. Xidmət etdiyi hərbi hissənin əsgər və hərbi qulluqçuları bundan xəbər tutaraq faizlə pul verən İddiaçı müraciət etməsini məsləhət bilmişlər. İddiaçıla görüşüb vəziyyəti ona bildirmiş, o isə 6 ay müddətinə ona 1000 manat faizə, yəni əlavə olaraq üzərində 500 manat faiz ödəmək şərti ilə verə biləcəyini bildirmiş, həmin müddətdə qaytarmasa, 15000 manat tələb edəcəyini demişdir. Həmin vaxt pul lazım olduğundan iddiaçının diktəsi ilə qeyd edilən məzmunda qəbz yazmışdır. Bundan sonra 2 dəfə 200 manat olmaqla, cəmi 400 manat ödəmiş, müddət başa çatdıqda isə 1000 manat düzəldib iddiaçıya vermişdir. Iddiaçı isə 1000 manatı götürməyərək gecikdirdiyi üçün 15000 manat ödəməsini tələb etmişdir. Iddiaçı tək ona yox, bir çox şəxsə qarşı eyni hərəkəti etmişdir.

5. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tanıyır. Cavabdeh Cavabdeh onun Rı olmuşdur. 2022-ci il tarixdə Fizulinin uşağı xəstə olduğundan ona pul lazım olmuşdur. Daha sonra Fizulinin Ilhamdan 1000 manat pul almasını, Ilhamın isə 15000 manat pul istəməsini eşitmişdir. Ilham bir neçə şəxsi eyni qaydada aldatmaqla az məbləğ verib, artıq məbləğə sənədə imza etdirməsini də eşitmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Fizuli onun iş yoldaşı olmuşdur. 2022-ci il tarixdə Fizulinin uşağı xəstə olduğundan ona pul lazım olmuşdur. Daha sonra Fizulinin Ilhamdan 1000 manat pul almasını, Ilhamın isə ondan 15000 manat pul istəməsini eşitmişdir. Ilhamın bir neçə şəxsi eyni qaydada aldatmaqla az məbləğ verib, artıq məbləğə sənədə imza etdirməsini eşitmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh 15000 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi və cavabdeh Cavabdeh 135 manat dövlət rüsumunun tutularaq dövlət hesabına keçirilməsi qət edilmişdir (hakim – H.Məhəmmədi).

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında 15000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış əlyazma həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 386.1, 740.1, 740.2, 1091, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2022-ci ilin noyabr ayında uşağının xəstəliyi ilə əlaqədar ona 1000 manat pul lazım olmuş, əmək haqqı isə həmin məbləği ödəmədiyinə görə xidmət etdiyi hərbi hissənin əsgər və hərbi qulluqçularının deməsinə görə faizə borc verən kimi tanıdıqları İddiaçı müraciət etmişdir. ## ###### 2022-ci il tarixdə İddiaçıla görüşüb vəziyyəti ona bildirmiş, iddiaçı ona 6 ay müddətə 1000 manat faizə verə biləcəyini demiş, sonuncu pulu sayıb stolun üstünə, əlini isə həmin pulun üstünə qoyaraq belə bir şərt irəli sürmüşdür ki, “sən kişi kimi söz ver ki, bu 1000 manat pulun üstündə 500 manat olmaqla 6 aya qaytaracaqsan, lakin həmin müddətdə qaytara bilməsən, fərqi yoxdur, 6 aya və ya daha gec müddətə, səndən 15000 manat alacağam”. 1000 manat təcili lazım olduğundan, iddiaçı da bunu bildiyindən, ona həmin gün öz diktəsi ilə “Pul müqaviləsi” adlanan qəbz yazdırmışdır ki, guya 6 ay müddətə qaytarmaq şərtilə ondan 15000 manat borc almışdır. Daha sonra isə demişdir ki, “bunu hər ehtimala görə belə edirəm ki, sabah məndən qaça bilməyəsən”. Həmin müddətdə iddiaçının kart hesabına hər dəfə 200 manat olmaqla, cəmi 400 manat göndərmiş, həmin müddət başa çatdıqdan sonra 1000 manat da düzəldib iddiaçıya vermiş, lakin iddiaçı pulu götürməkdən imtina etmiş və bildirmişdir ki, “axı sən kişi kimi mənə söz vermisən ki, aldığın pulu vaxtında qaytarmayıb geçikdirsən, 15000 manat ödəyəcəksən”. Iddiaçı bunu dedikdən sonra 15000 manat ödəməyini tələb etmiş və ödəmədiyi təqdirdə ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh hərbçidir və himayəsində 3 uşaq var. Cavabdeh iddiaçını hərbçi yoldaşları vasitəsilə tanıyıb və uşağının müalicəsi üçün üstündə 500 manat qaytarmaq şərti ilə 1000 manat borc almışdır. Iddiaçının bu ilk işi deyil. Tək cavabdehə deyil bir neçə adama bu qayda ilə sələmə pul vermişdir. Cavabdeh aldığı borcdan iki dəfə 200 manat olmaqla kart vasitəsilə iddiaçıya pul köçürüb. Qəbzdə 1500 manat yazılsa da əslində borc 1000 manat olmuşdur. Nümayəndəsi olduğu şəxs uşağının xəstəliyi ilə bağlı məcburiyyət qarşısında qalaraq belə bir qəbzi iddiaçının diktəsi ilə yazmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, cavabdeh Cavabdeh 15000 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzinin 135 manat cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakimlər - R.Muradov (məruzəçi), Ə.Qəhrəmanov və M.Mustafayev).

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki halları ilə iddiaçı tərəfindən cavabdehə 15000 manat borc verilməsi öz təsdiqini tapmışdır. Lakin adıçəkilən qəbz mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə uyğun olduğundan yazılı müqavilə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, həmin əlyazma qəbzi yazılı borc müqaviləsi kimi qəbul etməməklə, iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitinin hər hansı müqavilə və ya qanuni əsas olmadan verildiyi qənaətinə gəlmiş, həmin əqd üzrə verilmiş vəsaiti də icra edilməmiş borc öhdəliyi kimi deyil də, əsassız varlanma obyekti kimi cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 385, 425, 442, 739, 740, 882-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iş üzrə tam və obyektiv araşdırma aparmamış, qətnamədən verilən şikayətin dəlillərinə düzgün qiymət verməmiş, maddi və prosessual normaları pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilmədən və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

27. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

30. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə əsassız olmuşdur.

41. Belə ki, işdən görünür ki, tərəflərin tərtib etdiyi və imzaladığı ## ###### 2022-ci il tarixli əlyazma qəbzə əsasən iddiaçı cavabdehə 6 ay ərzində qaytarmaq şərti ilə 15000 manat faizsiz borc vermişdir.

42. Hazırda iddiaçı cavabdehə ## ###### 2022-ci il tarixli əlyazma qəbzə əsasən 15.000 manat borc verdiyini, cavabdehin həmin borcu ## ### 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü, lakin onun bu müddətdə borcu qaytarmadığını göstərib, cavabdehdən onun xeyrinə 15.000 manatın tutulmasını iddia edir.

43. Cavabdeh iddianı qismən qəbul edərək bildirir ki, iddiaçı ilə görüşüb ondan borc pul istəmiş, o isə 6 ay müddətinə ona 1000 manat faizə, yəni əlavə olaraq üzərində 500 manat faiz ödəmək şərti ilə verə biləcəyini bildirmiş, həmin müddətdə pulu qaytarmasa, 15000 manat tələb edəcəyini demişdir. Həmin vaxt pul lazım olduğundan iddiaçının diktəsi ilə qeyd edilən məzmunda qəbz yazmışdır. Bundan sonra 2 dəfə 200 manat olmaqla, cəmi 400 manat ödəmiş, müddət başa çatdıqda isə 1000 manat düzəldib iddiaçıya vermişdir. Iddiaçı isə 1000 manatı götürməyərək gecikdirdiyi üçün 15000 manat ödəməsini tələb etmişdir. Iddiaçı tək ona yox, bir çox şəxsə qarşı eyni hərəkəti etmişdir.

44. Əvvəla, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa, rədd edilir. O, da qeyd olunmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini

45. müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə uyğun hüququ verim” (da mihi factum, dabo tibi ius) prinsipinə əsaslanır.

46. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi ilk növbədə, apellyasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi, AR Mülki Məcəlləsinin 739, 740-cı maddələrinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər.

47. Məlum olduğu kimi borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

48. Borc müqaviləsində tərəflərin hüquq və vəzifələrinin yaranması üçün tərəflərin razılığa gəlmələri ilə bərabər borc predmetinin qarşı tərəfə verilməsi də zəruridir.

49. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra ona qaytarmaq vəzifəsini daşıyır.

50. Hazırkı işdə, iddiaçı 2022-ci ilin noyabr ayında uşağı xəstələndiyi üçün onun müalicəsinə görə 1000 manat pul lazım olduğunu, maaşının həmin məbləği ödəməyə kifayət etmədiyini, xidmət etdiyi hərbi hissənin əsgər və hərbi qulluqçularının bundan xəbər tutaraq faizlə pul verən İddiaçı müraciət etməsini məsləhət gördüklərini, İddiaçıla görüşüb vəziyyəti ona bildirdiyini, sonuncunun isə 6 ay müddətinə ona 1000 manat faizə, yəni əlavə olaraq üzərində 500 manat faiz ödəmək şərti ilə verə biləcəyini bildirdiyini, həmin müddətdə qaytarmasa, 15000 manat tələb edəcəyini demişdir. Daha sonra bildirmişdir ki, həmin vaxt pul lazım olduğundan iddiaçının diktəsi ilə qeyd edilən məzmunda qəbz yazmış, bundan sonra 2 dəfə 200 manat olmaqla, cəmi 400 manat ödəmiş, müddət başa çatdıqda isə 1000 manat düzəldib iddiaçıya vermiş, iddiaçı isə 1000 manatı götürməyərək gecikdirdiyi üçün 15000 manat ödəməsini tələb etmişdir.

51. Göründüyü kimi, iddiaçı cavabdehin onun tanışı olduğunu və ona 15.000 manat borc verdiyini bildirsə də, cavabdeh onların tanış olmadıqlarını, iddiaçını sələmə borc verən şəxs kimi xidmət yoldaşları vasitəsilə tanıdığını və ondan yüksək faizlə borc aldığını bildirmişdir. Cavabdeh borc alarkən qəbz yazdığını etiraf etsə də, qəbzdə yazılan məbləğin bir hissəsinin məhz borca görə faiz kimi qeyd edildiyini göstərmişdir.

52. Belə olduğu halda, hazırkı işin qanuni və ədalətli həlli baxımından iddiaçının sübut olaraq istinad etdiyi qəbzin məzmununun həqiqiliyini yoxlamaq vəzifəsi işə mahiyyəti üzrə baxan məhkəmələrin üzərinə düşsə də, onlar bu istiqamətdə zəruri araşdırma aparmamış, tərəflər arasında həqiqətən də tanışlıq münasibətlərinin olub-olmamasını, əgər olmamışdırsa, hansı səbəbdən iddiaçının tanımadığı şəxsə heç bir təminat olmadan külli miqdarda borc pul verməsini, qəbzdə göstərilən məbləğin bir hissəsinin həqiqətən də verilən borcun təminatı olubolmadığını müəyyən edilməsi istiqamətində zəruri prosessual tədbirlər görməmiş, o cümlədən bu halların araşdırılması zəruri olduğu halda iddiaçının özünün məhkəmə iclasında iştirakının təmini məsələsini müzakirə etməmişlər. Halbuki, göstərilən halların müəyyən edilməsi tərəflər arasındakı münasibətlərin həqiqi xarakteri baxımından əhəmiyyətli olmuşdur.

53. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə cavabdeh, Azərbaycan ordusunda xidmət edir, müharibə veteranıdır. Cavabdehin deməsinə görə, iddiaçı ayrı-ayrı şəxslərə, o cümlədən hərbi qulluqçulara da yüksək faizlərlə borc verir.

54. Qeyd edilməlidir ki, mülki prosesdə sübut edilməli faktla sübut arasında bağlılığa görə sübutların iki növü fərqləndirilir: birbaşa sübutlar və dolayı sübutlar. Birbaşa sübutlar sübut edilən faktla birmənalı bağlıdır, yəni həmin faktın varlığı (və ya yoxluğu) barədə güvənli nəticə çıxarmağa əsas verir (məsələn: tərəflərin imzaladığı təhvil-təslim aktı əşyanın verilməsini təsdiq edən düzünə sübutdur). Dolayı sübutlar isə sübut edilən fakt haqqında ehtimalla bir neçə nəticə çıxarmağa imkan verən sübutlardır. Onlar faktın varlığını ehtimal etməyə əsas verir. Dolayı sübutlardan o vaxt istifadə edilir ki, iş üzrə düzünə sübutlar ümumiyyətlə və ya kifayət qədər olmur. Bundan əlavə, birbaşa sübutlarda olan məlumatların həqiqiliyi mübahisələndirildiyi hallarda da dolayı sübutların istifadəsi qaçılmaz olur. Dolayı sübutlardan istifadə edilən zaman faktla bağlı bütün sübutlar birgə tədqiq olunmalıdır. Çünki hər bir dolayı sübut bir neçə versiya əsasında və bir neçə ehtimalla nəticəyə gəlmək imkanı yaradır.

55. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi qanunilik və əsaslılıq baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işin yuxarıda sadalanan halları baxımından, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

56. AR MPM-nin 217.1-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Həmin Məcəllənin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Kassasiya məhkəməsi işin yuxarıda sadalanan hallarını, qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar