Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1526/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Birinci iş üzrə: iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Ikinci iş üzrə: iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tələb hüququ, öhdəliyin sübuta yetirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. ## ### 2024-ci il tarixli, Yevlax Rayon Polis X6 Cinayət Işi Başlanmasının rədd edilməsi barədə Qərarında olan iddiaçı İddiaçı izahatından görünür ki, o, Cavabdeh 10.000 manat pul götürmüş, əvəzinə kartlarını vermiş, Cavabdeh 4 ildir ki, onun kartlarından 9600 manat artıq pullar çıxarmış, Bərdə Rayon Polis Şöbəsində həmin pulun 3000 manatını Nazim ona qaytarmış, hazırda Nazimin ona 6600 manat borcu qalmışdır. Həmin Qərarda olan cavabdeh Cavabdeh izahatından görünür ki, o, hazırkı iddiaçı İddiaçı borcu olmadığını, əksinə İddiaçı ona olan pul borcunu ödəmək istəmədiyi, onun barəsində dediklərinin şər və böhtan olduğunu bildirmişdir;
3. Cavabdeh məhkəməyə təqdim etdiyi qeydiyyat dəftər yazılarından görünür ki, o, İddiaçı 2023-cü ilin iyun ayında 17 ay müddətinə 14.700 manat pul verir, Vaqif həmin borcu 2024-cü ilin oktyabr ayına kimi qaytarmalıdır, Vaqif bu məqsədlə Nazimə kart verir, Nazim Vaqifin kartını 2024-cü ilin oktyabr ayında qaytaracaq. Həmin əlyazısı Vaqif tərəfindən imzalanmışdır;
4. İddiaçı Bərdə Rayon Polis Şöbəsinin rəisinə yazdığı ## ####### 2023-cü il tarixli izahatından görünür ki, o, 2019-cu ildə Cavabdeh 2000 manat, 2020-ci ildə 3000 manat, 2021-ci ildə yenidən 3000 manat pul aldığını qeyd edir, Cavabdeh onun kartlarından 15000 manat çıxarmasını, buna görə də Nazimin ona 9000 manat borcu qalmasını qeyd edir və həmin məbləğin qaytarılmasını istəyir. Həmin materiallarda olan Cavabdeh izahatında isə o, göstərmişdir ki, İddiaçı vəziyyətinin pis olması səbəbindən ondan sonuncu dəfə 10.500 manat pul götürmüş, pulları geri qaytarmamışdır;
5. İddiaçı tərəfindən ## ###### 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin rəisi, cənab Ənvər Həsənovun adına yazılmış ərizədə o, göstərmişdir ki, Cavabdeh ona 3000 manat pul verəcək, həmin pul ödənildikdən sonra Nazimin ona borcu qalmayacaq;
6. İddiaçı tərəfindən ## ###### 2023-cü il tarixdə yazılmış qəbzdə o, göstərmişdir ki, Cavabdeh 3000 manat pulu aldı, 6500 manat pulu ona bağışladı, hazırda onun Nazimə 10.500 manat borcu qalır, bu borca görə Nazimə 1 ədəd pensiya kartını verəcək.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində *(***)-****/**** nömrəli iş üzrə icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.500 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh 10.500 manat sələm qaydasında hissə-hissə ödəmək şərti ilə pul götürmüş, onun əvəzinə sələmin və borcun ödənilməsi üçün bacısı Meliura Ağayevanın pensiya və çörəkpulu kartını, özünün prezident təqaüdü kartını və çörəkpulu kartını cavabdehə vermişdir. Cavabdeh Cavabdeh ümumilikdə 25.000 manat həmin kartlardan pul çıxartmışdır. Həmçinin, Cavabdeh şikayət etdikdən sonra cavabdeh ona Bərdə Rayon Polis Şöbəsində 3000 manat pul qaytarmış, lakin 11.500 manat pulunu hələ də qaytarıb verməmişdir. Hər dəfə də pulu istəyəndə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Əgər sorğular edilərsə «xxxx» ASC-dən cavabdehin onların kartlarından pulu alması öz təsdiqini tapacaqdır. Bunu təsdiq edən şahidləri də vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Qarabağ Müharibəsi veteranıdır, 42 ildir ki, poçtda işləyir. Vaqif ondan pul götürməyib, pulu vasitəçilər olan Elçin və Imdad adlı şəxslərin vasitəsi ilə Vaqifə verib. Vaqifin onda 300, 60 və 120 manatlıq kartları olub. Vaqifə vasitəçilərlə ilk dəfə ümumilikdə 10.000 manat verib. Bu söhbətlər 2019-cu ildən 2023-cü ilin mart ayına kimi davam edib. 2023-cü ildə Vaqiflə aralarında olan haqq hesabı qurtarmışlar. Vaqifə Imdad və Elçinin vasitəsi ilə ## #### 2020-ci ildə 2070 manat, ## ####### 2020-ci ildə 1400 manat, ## ###### 2021-ci ildə 3780 manat, ## ##### 2021-ci ildə 1800 manat, ## #### 2021-ci ildə 520 manat, ## ###### 2021-ci ildə 2400 manat, ## ######## 2021-ci ildə 4900 manat, ## ####### 2021-ci ildə 5200 manat, ## ###### 2022-ci ildə 3600 manat, ## #### 2022 ci ildə 4220 manat və ## ###### 2022-ci ildə 1000 manat, ümumilikdə 30.890 manat pul vermişdir. 2023-cü ilin dekabr ayında Vaqif ondan Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş, orada polis əməkdaşları tərəfindən araşdırma aparılmış, Vaqifə 3000 manat orada pul vermiş, bundan sonra Vaqif ərizə yazaraq razılaşmasını və şikayətini geri götürməsini bildirmişdir. Təxminən 4-5 ay bundan əvvəl də Vaqif ondan Yevlax Rayon Polis Şöbəsinə şikayət etmiş, orada da araşdırma aparılmış, Vaqifin dedikləri təsdiq olunmamışdır. Əksinə Vaqifin özünün bundan əvvəl polis əməkdaşlarına yazdığı son ərizəyə görə ona 10.500 manat borcu qalır. Ümumilikdə götürəndə Vaqifin şikayətlərindən sonra ona 8000 manat pul qaytarıb. Sonuncu dəfə polisdə Vaqif ondan 3000 manatı alıb və aralarında olan pul söhbətinin qurtardığını bildirib, həmçinin 10.500 manat özünün pul borcunun olmasını, kartını verəcəyini və borcunun 2024-cü ilin sentyabr ayında qurtaracağını yazıb. Həmin əlyazmalar yazılarkən Vaqifin arvadı, bacısı, bacısı qızı, Vaqifgil tərəfdən polisə gətirilmiş şəhid ailəsinin nümayəndəsi də orada olub. Vaqif onu aldadıb, kartının kimdə isə olmasını, kartı götürüb ona verəcəyini bildirmiş, sonra isə onu aldatmış, kartı verməmişdir. Hazırda Vaqifin ona borcu var.
10. Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov), iddianın təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tərəfi sübutetmə vəzifələrinə dair MPM-lə nəzərdə tutulan həmin vəzifələrini icra etmir, iddia tələbinin əsası kimi istinad etdiyi halları konkret olaraq sübut etmir, bu barədə təkzibolunmaz sübutlar təqdim etmir, iddia ərizəsində onun göstərdikləri ilə cavabdehin və polis orqanının məhkəməyə təqdim etdiyi, onun özü tərəfindən imzalanmış əlyazılarında olan fərqləri, ziddiyyətləri izah edə bilmir, həmin ziddiyyətləri öz mülahizələri ilə, biri-digərini təkzib edən izahatları ilə əsaslandırmağa çalışmışdır.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı tərəfindən iddia tələbləri sübut edilməmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1 və 329.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 214 və 218-ci maddələrinə istinad etmişdir.
b) Birinci instansiya məhkəməsində *(***)-****/**** nömrəli iş üzrə icraat
14. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10600 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Vaqif Qarayevə maddi dəstəyə ehtiyacı olduğu üçün aralarında olan borc müqaviləsinə əsasən ## #### 2023-cü ildə 14 ay müddətinə ayda 757 manat qaytarmaq şərtilə ümumilikdə 10600 manat borc vermişdir. O həmin pulu İddiaçı müqaviləyə şəxsən imza etdirməklə vermişdir. Şərtləşdikləri kimi cavabdeh verdiyi pulları hissə-hissə geri qaytarmaq üçün ona üç ədəd pensiya kartını vermişdir. Növbəti ayda o, cavabdehdən aldığı üç ədəd kartdan pulu çıxartmaq istədikdə, məlum olmuşdur ki, cavabdeh ona verdiyi kartları bloklamışdır. Cavabdehdə qalan 10600 manat pulu dəfələrlə tələb etsə də, sonuncu pulu geri qaytarmamışdır.
16. Məhhkəmə iclasında izahat verən cavabdeh İddiaçı qeyd etmişdir ki, 2019-cu ildə Nazimdən hissə-hissə olmaqla 10500 manat sələmlə borc almışdır. Axırıncı dəfə Vaqifdən 2020 2021-ci illərdə pul almışdır. Özünə və ailəsinə məxsus pul kartlarını Cavabdeh vermiş, Cavabdeh həmin kartlardan 2019-cu ildən 2023-cü ilə qədər 28000 manat pul çıxarmışdır. Nazimə verdiyi kartları sonradan bağlatdırmışdır.
17. İddiaçı məxsus “X1” növlü 416974******4352, İddiaçı məxsus DSMF Debit Master CARD növlü 510307******1695, X2 məxsus DSMF Debit Master CARD növlü 510307******3841, X2 məxsus “X1” növlü 416974******4855, İddiaçı məxsus **************** nömrəli və **************** nömrəli, X3 məxsus **************** nömrəli kartlardan 2019-2023cü illərdə pullar çıxarılarkən aparılmış videogörüntülər “xxxx” ASC-dən götürülmüşdür. Həmin videogörüntülərdə Cavabdeh sözügedən kartlardan pul çıxarması məlum olmamışdır.
18. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 8000 manat pulun və 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq, Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mahir Niftəliyev).
19. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. Iddiaçı cavabdehə 8000 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı pulu qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər Cavabdeh müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər.
21. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ildə Cavabdeh barəsində Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş, şikayətin araşdırılması üçün material həmin polis şöbəsindən Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Polis şööbəsində izahat verən İddiaçı Cavabdeh faizlə 2019-cu ildə 2000 manat, 2020-ci ildə 3000 manat, 2021-ci ildə 3000 manat aldığını etiraf etmişdir.
22. İddiaçı Cavabdeh ona məxsus kartlardan pul çıxardığını bildirsə də, bu halı məhkəmədə sübut edə bilməmişdir.
23. Cavabdeh iddia ərizəsində və məhkəmədə verdiyi izahatında İddiaçı ona 10600 manat borcunun olması barədə qəbz yazdığını bildirmiş, lakin həmin qəbzin əslini məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 739.1, 739.2, 529.1 və 529.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 214 və 218-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
25. Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, 2019-cu ilin yanvar ayından cavabdeh Cavabdeh 11.500 manat sələm qaydasında hissə-hissə ödəmək şərti ilə pul götürmüş, onun əvəzinə sələmin və borcun ödənməsi üçün bacım Melurə Ağayevanın pensiya və çörəkpulu kartını, özünün prezident təqaüdü kartını və çörək pulu kartını cavabdehə vermişdir. Cavabdeh Cavabdeh 2023-cü ilin sentyabr ayınadək ümumilikdə həmin kartlardan 25.000 manat pul çıxartmışdır. O Cavabdeh şikayət etdikdən sonra o, Bərdə rayon Polis Şöbəsində ona 3000 manat pul qaytarmış, lakin 11.500 manat pulu hələ də qaytarmamışdır. Əgər sorğular edilərsə “xxxx”dan cavabdehin həmin kartlardan pulu alması öz təsdiqini tapacaqdır. O “xxxx” ASC-nin Bərdə rayon filialına sorğu verərək Nazimə verdiyi kartlardan çıxarışlar etmişdir. Pulun bir hissəsini onun Ağcabədi rayonunda yaşayan Sahil adlı kürəkəni “xxxx” ASC-nin Ağcabədi rayon filialının yanındakı bankomatdan çıxarmışdır, bir hissəsini isə Cavabdeh “xxxx” ASC-nin Yevlax rayon filialından bankomatlardan çıxarmışdır.
27. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçı Cavabdeh hissə hissə olmaqla 10500 manat sələmə pul almışdır. Axırıncı dəfə iddiaçıdan 2020-2021-ci ildə pul almışdır. Bunun əvəzində özünə və ailə üzvlərinə məxsus dörd ədəd kartı iddiaçıya vermişdir. Iddiaçı həmin kartlardan ümumilikdə 28080 manat pul çıxarmışdır. Belə olan halda iddiaçının özünün cavabdehə 14580 manat borcu qalır. Işə baxan məhkəmə isə həmin halları araşdırmamışdır.
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair *(***)- ****/**** saylı mülki iş, digər icraatda olan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair *(***)-***/**** nömrəli mülki işlə bir icraatda birləşdirilməsi və birləşmiş mülki işə 2(104)-706/2025 nömrə verilməsi qərara alınmışdır.
30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddianın qismən təmin edilməsi, cavabdeh (iddiaçı) Cavabdeh 1220 (min iki yüz iyirmi) manat məbləğində pul tutularaq, iddiaçı (cavabdeh) İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılması, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməsi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılması, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
32. Belə ki, məhkəmə kollegiyasında işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı sələm kimi 10600 manat məbləğində pul verilmişdir. Vaqif Qarayev isə həmin pulların geri qaytarılması üçün özünə bacısına məxsus olan kartları Nazimə vermişdir. Məhkəmə Kollegiyası qeyd edilən kartlardan ##.##.2019-cu ildən ##.##.2023-cü ilədək olan dövr ərzində pul vəsaitlərinin köçürmə əməliyyatları barədə “xxxx” ASC-yə sorğu vermiş, həmin sənədlər götürülmüş və bununla bərabər iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-*/****/**** saylı rəyinə əsasən **************** nömrəli kart hesabı üzrə ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 2880 manat, məxaric olunan məbləğlərin cəmi isə 2880 manat məbləğində, **************** nömrəli kart hesabı üzrə ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 5280 manat, məxaric olunan məbləğlərin cəmi isə 5280 manat məbləğində, **************** nömrəli kart hesabı üzrə ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 8940 manat, məxaric olunan məbləğlərin cəmi isə 8940 manat məbləğində, **************** nömrəli kart hesabı üzrə ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 3120 manat, məxaric olunan məbləğlərin cəmi isə 3120 manat məbləğində, **************** nömrəli kart hesabı üzrə ##.##.2019-cu il tarixdən ##.##.2023cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 6120 manat, məxaric olunan məbləğlərin cəmi isə 6120 manat məbləğində, **************** nömrəli kart hesabı üzrə ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 13196.95 manat, məxaric olunan məbləğlərin cəmi isə 13196.95 manat məbləğində, **************** nömrəli kart hesabı üzrə ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 9340 manat, məxaric olunan məbləğlərin cəmi isə 9340 manat məbləğində müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyasının iclasında cavabdeh (iddiaçı) Cavabdeh bildirmişdir ki, **************** nömrəli və **************** nömrəli kartlar iddiaçı (cavabdeh) İddiaçı məxsusdur. Həmin kartlardan pulları özü çıxartmış və Vaqifə vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən pulların İddiaçı qaytarılmasını sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Göründüyü kimi, Cavabdeh qeyd edilən pulların İddiaçı qaytarılmasını sübut edə bilməmişdir. İddiaçı də həmin pulların qaytarılmamasını bildirmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus kartlardan çıxarılan 11820 manatdan, ona borc kimi verilmiş 10600 manat çıxıldıqda Cavabdeh İddiaçı kartlardan çıxartdığı artıq 1220 manat məbləğində pulu qaytarmalı olduğu qənaətinə gəlmək olur. Bundan başqa, birləşdirilən hər iki iş üzrə qalan iddia tələblərinə dair subut təqdim olunmadığı üçün həmin hissələrdə iddia tələbləri təmin oluna bilməz.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdeh (iddiaçı) Cavabdeh 1220 (min iki yüz iyirmi) manat məbləğində pul tutularaq iddiaçı (cavabdeh) İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(013) ****/**** nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.7, 21.1, 21.2, 21.3, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.2.1, 1091.1, 1091.2, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 82.4, 88, 217.3, 384, 385.1.4, 402.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının ##.##.2025-ci il tarixli, 2(104) ****/**** nömrəli qətnaməsinin ləğv edərək birləşdirilən birinci iş üzrə vermiş olduğu apellyasiya şikayətinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında heç bir borc müqaviləsi olmamışdır. Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 10.500 manat sələmli borc almış bunun təminatı kimi özünə və ailə üzvlərinə məxsus 4 bank kartını ona vermişdir. Cavabdeh həmin kartlardan ümumilikdə 28.080 manat vəsait çıxarmışdır. O həmçinin qeyd etmişdir ki, təqdim etdiyi 4 kartdan ikisi bacısı Melurə Ağayevaya, ikisi isə özünə məxsus olmuşdur. Lakin Cavabdeh məqsədli şəkildə yalnız 3 kartı göstərmiş, Melurə Ağayevaya məxsus kartlardan birini gizlətmişdir. Həmin kartın nömrəsi apellyasiya məhkəməsinə təqdim edilmişdir. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmiş, nəticədə maddi hüquq normalarını pozmuşdur. Sübutlar düzgün qiymətləndirilsəydi, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilərdi.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır
Kassasiya baxışının hədləri:
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
45. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
46. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, hazırkı işin predmeti olan mübahisəli hüquq münasibətləri çərçivəsində cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı ## ###### 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsində yazdığı ərizədə Cavabdeh ona 3000 manat pul verəcəyini, həmin pul ödənildikdən sonra sonuncunun ona borcu qalmayacağını göstərmişdir. İddiaçı tərəfindən ## ###### 2023-cü il tarixdə yazılmış qəbzdə isə qeyd olunmuşdur ki, Cavabdeh 3000 manat pulu aldı, 6500 manat pulu ona bağışladı. Belə olan halda iddianın təmin olunmamış hissəsində qətnamənin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və İddiaçı dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.