Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1529/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Cavabdeh ilə “xxxx» QSC arasında ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2,0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür.
2. Cavabdeh ilə İddiaçı QSC arasında ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17800 manat məbləğində kredit götürmüşdür.
3. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli bildirişlərdən görünür ki, sonuncuya borcun ödənilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC (bundan sonra – “iddiaçı” və ya “bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) ##.##.2023 cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə 2977,12 manat əsas borc, 287,54 manat faiz bоrcu və 52,94 manat cərimə olmaqla, 3317,60 manat, ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə 12554,65 manat kredit bоrcu, 743,89 manat faiz bоrcu və 169,26 manat cərimə olmaqla, 13467,80 manat, yekun olaraq 16785,40 manat bоrcun və ödənilmiş 140,36 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqavilələri ilə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün iddiaçıya yekun olaraq 16785,40 manat borcu yaranmışdır.
6. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim – F.Əlizadə) iddia təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş və yekun olaraq 16785,40 manat borcu yaranmışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 421.3, 462.1, 739, 741-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə qeyd edilən rəqəmlər həqiqəti əks etdirmir. Bu səbəblə, məhkəmə prosesin gedişində borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin etməli idi. Lakin məhkəmə heç bir ekspertiza keçirmədən, real olmayan borc məbləğinə əsasən qətnamə qəbul etmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** №-li ekspert rəyinə əsasən: 27.##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla ##.##.2025-ci il tarixə cavabdehin banka əsas kredit borcu – 2943,83 manat, faiz borcu – 312,78 manat olmaqla cəmi 3256,61 manat; ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə isə, əsas kredit borcu – 12517,54 manat, faiz borcu – 656,81 manat olmaqla cəmi 13174,35 manatdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzə 2943,83 manat əsas, 287,54 manat faiz və 52,94 manat cərimə borcu olmaqla, 3284,31 manat; ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə 12517,54 manat əsas, 656,81 manat faiz və 169,26 manat cərimə borcu olmaqla, 13343,61 manat, yekun olaraq 16627,92 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakimlər: G.Axundova – sədrlik edən və məruzəçi, M.Rüstəmli və F.Qasımov).
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin yeganə dəlili borc məbləğinin müəyyən edilməsi ilə bağlı olmuşdur.
14. Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** №-li ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğunluq təşkil etdiyi üçün rəy mötəbər sübut kimi qiymətləndirilməlidir.
15. Ekspert rəyindən göründüyü kimi mübahisələndirilən ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə faiz borcunun məbləği iddia tələbində göstəriləndən daha yuxarı həddə müəyyən edilsə də, prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbindən kənara çıxmağa yol verilmədiyindən həmin hissədə faiz borcunun məbləği iddia tələbi həcmində, 287,54 manat məbləğində tutulmalıdır.
16. Lakin ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə əsas borcun, ##.##.2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə isə həm əsas, həm də faiz borcunun məbləğləri ilə bağlı hissədə kollegiya hesab etmişdir ki, iş üzrə əldə edilmiş ekspert rəyi mötəbər sübut olduğundan ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər əsas götürülərək ***A********** saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 2943,83 manat, ***A********** saylı kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 12517,54 manat, faiz borcu 656,81 manat məbləğində müəyyən edilməlidir.
17. Kollegiya öz mövqeyini Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 739.1, 739.2, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. MPM-in 14.1 və 102.2-ci maddələri üzrə - ##.##.2025-ci il tarixli, */**** №-li ekspert rəyində göstərilən rəqəmlər real vəziyyəti əks etdirmir. Bu səbəbdən borc məbləğinin müəyyən edilməsi ilə bağlı mübahisə mövcuddur. Mübahisənin tam və obyektiv araşdırılması üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə zidd olaraq cavabdehin hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Bu səbəbdən qətnamə ləğv edilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 445.1.Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
28. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını
40. yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
42. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.