Məhkəmə qərarları › İş №2(1-8)-1552/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1552/2026

08.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1552/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. ##.##.2022-ci il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Howo ZZ3317 N 3867W Yük” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsusdur.

2. ##.##.2023-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Opel Astra” minik markalı, 99-UD915 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı1 məxsusdur.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmünə əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 22–## ### 2024-cü il tarixləri üzrə tutulduğu 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir.

4. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, ## ### 2024-cü il tarixdə saat 03:00 radələrində “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla sonuncu avtomobilə (yol vərəqəsi olsa da, hər hansı əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsini təsdiqləyən sübutlar təqdim edilmədiyindən) zərər vurmuşdur. Utilizasiya aktına əsasən sözügedən avtomobil tamamilə sıradan çıxmışdır. Həmçinin müəyyən olunur ki, qəzanı törədən avtomobilin mülkiyyətçisi cavabdeh Cavabdeh olmuş, sonuncu tərəfindən yalnız X3 adlı şəxsə qeyd olunan avtomobili idarə etmək üçün ##.##.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş etibarnamə verilmiş, hadisəni törədən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə avtomobili buna dair hər hansı qanuni əsas olmadan idarə etmişdir.

5. ##.##.2024-cü il tarixli Utilizasiya aktından görünür ki, iddiaçı1 aid olan, dövlət nömrə nişanı **-UD-*** olan, 2005-ci il istehsalı “Opel Astra” minik universal avtomobili “Red Motors”un servisində texniki baxışdan keçirilmiş və avtomobilin bütün ehtiyat hissələrinin yararsız halda olduğu təyin olunmuşdur. Bu avtomobili heç bir imkan daxilində təmir edilməsi mümkün olmadığı üçün avtomobil utilizasiya olunması zəruri hesab olunmuşdur.

6. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubdan müəyyən olunmuşdur ki, “Howo ZZ3317 N 3867W Yük” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Həmin avtomobilə dair kompüter uçot bazasından olan çıxarışdan görünür ki, avtomobilə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibarnamə verilməmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. Iddiaçılar iddiaçı1 və iddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat maddi ziyan, 130 manat dövlət rüsumu və 300 manat vəkil müqaviləsinə ödəniş cəmi 10.430 manat cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı1 xeyrinə və 5.000,0 manat dəymiş ziyan, 70 manat dövlət rüsumu cəmi 5.070,0 manat cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qanuni qüvvəsini almış hökmü ilə təqsirləndirilən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2024-cü il tarixdə saat 03:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan X2 baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə tasına keçən çoxsaylı sınıqları, sağ bazu və saidin səthi kəsilmiş yaraları, bədənin çoxsaylı sınıqları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyinə, qişalarına və mədəciklərə qansızma səbəbindən X2 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs idarə etdiyi “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh Cavabdehdır. Cavabdeh Cavabdeh mülkiyyətində olan “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili icbari sığortalamamış və heç bir müqavilə bağlamadan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs maşının idarə etdirməklə işə cəlb etmişdir. X5 idarə etdiyi “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi iddiaçı iddiaçı1dur. Qəza zamanı iddiaçı iddiaçı1 10.000 manat maddi ziyan dəymişdir. Iddiaçı iddiaçı2 X5 arvadı olaraq iş üzrə X5 hüquqi varisidir. Cavabdeh Cavabdeh mülkiyyətində olan “Howo” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığortalamadığı üçün iddiaçı iddiaçı2 X5 ölümünə görə 5.000 manat sığorta ödənişini almamışdır. X5 döyüşlərdə iştirak edərək qazi olaraq 3-cü qrup əlil idi. 2 az yaşlı övladı vardır.

9. Məhkəmə tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli UNI/M-**-***/**** nömrəli ekspert rəyindən görünür ki, buraxılış ili 2005-ci il olan, tünd göy metallik rəngli, 0984945 mühərrik, M.İ.H: 1248 olan “Opel Astra” minik markalı nəqliyyat vasitəsinin saz vəziyyətdə ##.##.2025-ci il tarixinə bazar qiyməti 9.800 manat təşkil edir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh maddi zərərə görə 9.800 manat və vəkil xidmətindən istifadəyə görə 300 manat pulun alınaraq iddiaçı iddiaçı1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehin mülkiyyətində olan HOWO” yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzanın baş verməsində təqsirli bilinən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əhməd Ağa oğlunun sahibliyinə keçməsinin qanuni əsası və ya cavabdehin iradəsinə zidd şəkildə qanunsuz olaraq keçməsi müəyyən edilməmişdir. Odur ki, cavabdeh avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olduğundan və avtomobilin onun iradəsinə zidd şəkildə sahibliyindən çıxması sübut olunmadığından, o, iddiaçı iddiaçı1 dəymiş zərərin ödənilməsi üçün mülki məsuliyyət daşıyır.

13. Belə ki, hadisə nəticəsində “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi iddiaçı1 maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. Iddiaçı avtomobilinə dəymiş maddi zərərin 10.000 manat olduğunu qeyd etmiş, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli UNI/M-32- ***/**** nömrəli ekspert rəyinə əsasən, vurulmuş maddi ziyanın məbləği 9.800 manat təşkil edir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirmişdir.

14. Məhkəmə həmçinin iddiaçı iddiaçı2 iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü iddiaçı iddiaçı2 həyat yoldaşı X2 ölmüşdür. Iddiaçı hazırda bildirir ki, cavabdeh avtomobilini sığorta etmədiyi üçün o, sığorta şirkətindən müvafiq sığorta ödənişini ala bilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1108.1, 1108.2-ci, “Icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 27.1, 32.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 Əli oğlu apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən də müəyyən olunur ki, hadisəni törədən Seymur avtomobili cavabdeh Cavabdeh iradəsi və ya icazəsi olmadan, onunla heç bir münasibət olmadan, üçüncü şəxs– Xaliqin xahişi ilə idarə etmişdir. Bu da onu sübut edir ki, Cavabdeh nə Seymuru tanımış, nə də ona hər hansı etibarnamə və ya səlahiyyət verməmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin birbaşa tələbinə görə, ziyanın əvəzini ödəmək öhdəliyi yalnız delikt törətmiş şəxs – Seymurun üzərinə düşür. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə heç bir aidiyyəti olmadığı halda, vurulmuş maddi zərərin cavabdeh qismində ondan tutulması tamamilə qanunsuzdur. Cavabdeh tərəfindən X3 qeyd olunan avtomobili idarə etmək üçün ##.##.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş etibarnamə verilmişdir. Xaliq Abdullayev isə hadisə günü Natəvanın xəbəri və icazəsi olmadan qeyd olunan avtomobili idarə etmək üçün tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Bu hallar Suraxanı rayon məhkəməsinin hökmündə öz təsdiqini tapmışdır və iş üzrə preyudisial əhəmiyyət daşıdığı halda hakim tərəfindən sübut kimi nəzərə alınmamış və düzgün hüquqi qiymət verilməmişdir. Bu faktlar Natəvan xanımın avtomobilin Seymurun istifadəsinə verilməsində heç bir iradəsinin olmadığını və təqsirsiz olduğunu sübut edir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Cəmilə Musayeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avtonəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarəsi zamanı deliktlə nəticələnən hadisənin baş verməsi halında məsuliyyət bölgüsünə dair bir sıra normalar mövcuddur. Belə ki, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

20. Oxşar qayda hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

21. Beləliklə, adı çəkilən normalar paralel təhlil olunduqda bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı məzmunlu mübahisələr üzrə mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçisinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir.

23. Həmçinin qeyd edilməlidir ki, avtomobilin istifadəsi ilə bağlı verilmiş etibarnamə anlayışı ilə mülki hüquqdakı etibarnamə anlayışları bir-birilərindən fərqli olmaqla birinci anlayışda etibarnamə verilən şəxs mülki hüquqdakı kimi etibarnamə verənin mülkiyyətlə bağlı hüquq və mənafelərini təmsil etmir, öz şəxsi istifadəsinin qanuni əsasını digər üçüncü şəxslər qarşısında müdafiə etmək imkanı qazanır.

24. Işin faktiki hallarının təhlili nəticəsində aydın olur ki, mülkiyyətçi qismində cavabdeh Cavabdeh ona məxsus olan avtomobili idarə etmək üçün X3 adlı şəxsə vermişdir və mülkiyyətçi olaraq ona məxsus əşyaya qanuni sahibliyi həyata keçirə bilməsi üçün öz razılığını ifadə etmişdir. Lakin deliktlə nəticələnən yol-nəqliyyat hadisəsi X3 tərəfindən deyil, mülkiyyətçi tərəfindən hər hansı formada səlahiyyət və razılıq verilməyən üçüncü bir şəxs - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əhməd Ağa oğlu tərəfindən törədilmişdir.

25. Bütün bunlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iddiaçı1 dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsinə dair mövqeyi əsassız hesab edilməlidir. Bu halda dəymiş zərərin hesablanması ilə bağlı aparılmış tədqiqatın təhlililə də hər hansı zərurət qalmamış olur.

26. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə əsasən birinci instansiya məhkəməsi maddi hüquq normasını işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmiş və nəticədə qanunvericiliyin pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia bütövlükdə rədd edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 14.2, 21.1, 21.2, 163.1, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən iddiaçı iddiaçı1 (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Apellyasiya məhkəməsi yüksək təhlükə mənbəyi məsuliyyəti ilə bağlı hüquq normalarını təhrif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinin mahiyyətinə görə: - nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir - bu mənbənin vurduğu zərərə görə birbaşa məsuliyyət onun sahibinin üzərinə düşür Məsuliyyətdən azadolma yalnız aşağıdakı hallarda mümkündür: - əşya sahibinin iradəsinə zidd olaraq sahibliyindən çıxmış olsun - və ya qarşısıalınmaz qüvvə mövcud olsun. Hazırkı işdə isə: cavabdeh avtomobili könüllü şəkildə üçüncü şəxsə vermişdir - beləliklə, avtomobil onun nəzarətindən öz iradəsi ilə çıxmışdır – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmündə məhkəmədə ifadəsi elan edilmiş şahid Cavabdeh ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “Howo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun mülkiyyətindədir. X3 atasının dostudur. Buna görə də, atası ona “Howo” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Xaliq Abdullayevə icarəyə verməyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra o, bir ildən artıq olar ki, həmin yük avtomobilini idarə etməsi üçün etibarnamə əsasında X3 1 illik icarəyə vermişdir. X4 həmin avtomobili başqa sürücülərə icarəyə verməyə başlamışdır. Bu barədə onun məlumatı vardır. Lakin şəxsi işləri çox olduğuna görə 1 il tamam olduqdan sonra həmin yük avtomobili ilə bağlı Xaliq Abdullayevə və başqalarına yenidən etibarnamə verməyə vaxt tapa bilməmişdir. Bu hal bir daha təsdiq edir ki, cavabdeh Cavabdeh Xaliq Abdullayev və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə mülki hüquq münasibətləri (icarə) olmuşdur. Cavabdeh mülkiyyətində olan maşının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən sürülərək qəza törədilməsi barədə heç bir şikayəti olmamışdır. Bu hal bir daha təsdiq edir ki, Cavabdeh mülkiyyətində olan “Howo” markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öz razılığı ilə icarəyə vermişdir. Bu halda qanuna görə məsuliyyətin istisna edilməsi hüquqi cəhətdən yolverilməzdir II. Sahibin təqsiri və səhlənkarlığı açıq-aşkar mövcuddur. Apellyasiya məhkəməsi cavabdehin təqsirini araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Cavabdeh yüksək təhlükə mənbəyini digər şəxsə vermiş, onun istifadəsinə nəzarəti təmin etməmiş, üçüncü şəxslərə ötürülmə riskini qabaqcadan nəzərə almamışdır. Bu isə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən sahibin məsuliyyətini istisna etməyən, əksinə təsdiq edən haldır III. Icbari sığortanın olmaması kobud hüquq pozuntusudur. Iş materiallarından görünür ki, nəqliyyat vasitəsi icbari sığortadan keçirilməmişdir. Bu hal qanunvericiliyin pozulmasıdır və zərərin ödənilməsi riskini birbaşa sahibin üzərinə qoyur. Apellyasiya məhkəməsi bu faktı ümumiyyətlə nəzərə almamış və hüquqi qiymət verməmişdir ki, bu da qətnamənin əsassızlığını göstərir. IV. Məhkəmənin nəticəsi işin faktiki hallarına ziddir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh məsuliyyət daşımır, lakin bu nəticə iş materiallarına, müəyyən edilmiş faktlara və tətbiq edilməli hüquq normalarına tam ziddir. Əksinə cavabdeh avtomobili könüllü şəkildə digər şəxsə verməklə risk dairəsini genişləndirmiş və zərərin baş verməsinə hüquqi zəmin yaratmışdır. Prosessual hüquq normaları da pozulmuşdur. Apellyasiya məhkəməsi sübutlara birtərəfli yanaşmış, iş üzrə mühüm halları araşdırmamış, nəticədə əsassız hüquqi nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

40. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

41. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində

48. müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar