Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1564/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, müqavilələrin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borcun satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi, əldə edilən vəsait yetməzsə qalan məbləğin cavabdehdən tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında ## ###### 2022-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 60.000(altmış min) manat borc verib, Cavabdeh krediti ##.##.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürüb, kredit faizsiz verilib.
2. İddiaçı ilə Cavabdeh arasında ## ###### 2022-ci il tarixdə bağlanan ipoteka müqaviləsinə əsasən Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 32.06 kv.m olan 2 otaqlı mənzili Bakı şəhəri ** saylı notariat ofisində ## ###### 2022-ci il tarixdə reyestrdə 3M/100 nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü edib. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 80.000 (səksən min) manat məbləğində müəyyən edilib.
3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə) ilə bağlı məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən ## ###### 2022-ci il tarixli *M/*** saylı kredit müqaviləsindən irəli gələn 60000 manat əsas borcun, ödənilmiş 279 manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil xidməti xərcinin cavabdeh Cavabdeh (bundan sonra həmçinin “cavabdeh” və ya “qarşılıqlı iddiaçı) xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən ** saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İlk iddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə borc ##.##.2023-cü il tarixinədək ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixində xəbərdarlıq məktubu ilə müraciət edilərək ona bildirmişdir ki, 10 təqvim günü ərzində 60000 manat məbləğində borcunu tam ödəsin, əks halda, borcun qaytarılması və borcun ödənilməsinin mənzilin məcburi qaydada satılması yolu ilə təmin edilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubuna cavab verilməmiş, eləcə də kredit borcu ödənilməmişdir.
6. Cavabdeh Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 2022-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
7. Qarşılıqlı iddia onunla əsaslandırlımışdır ki, cavabdehlə iddiaçı arasında müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq" müqaviləsi bağlanmışdır. Bağlanmış həmin müqavilə Mülki Məcəllədə tənzimlənməyən atipik müqavilə olsa da, qanunvericiliyin imperativ tələblərinə uyğun olmaqla Mülki Məcəllənin 390.1-ci maddəsinin tələbi ilə (onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər) tam əhatə olunmuşdur. Məlum olduğu kimi müqavilə azadlığı prinsipi öz içərisində müqavilələrin forma sərbəstliyi prinsipini də əhatə etdiyinə görə və ortaqlıq müqaviləsi qanunvericiliklə tənzimlənmədiyinə görə onun şifahi bağlanmasına yol verilir. Eyni zamanda bu cür fəaliyyət Vergi Məcəlləsinin 137-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən "hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər". Adi şirkətin (hüquqi şəxs olmayan şirkət) qurulmasına dair bağlanmış şifahi ortaqlıq müqaviləsinə əsasən iddiaçı və cavabdeh ortaq bir məqsəd uğrunda əmək və sərmayələrini birləşdirmək üçün bir-birlərinə qarşı öhdəlik götürmüşdür. Müqaviləyə əsasən cavabdeh birgə sahibkarlıq fəaliyyətinə (ortaqlığa) sərmayəsini, iddiaçı isə əməyini qoymağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən "tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər". İddiaçı və cavabdeh arasında hüquqi şəxs olmayan şirkət yaradılmasına dair sözügedən müqavilə özlüyündə kommandit ortaqlığın ünsürlərini daşıyır. Belə ki, həmin Məcəllənin 82-ci maddəsinə əsasən kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı, ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı maya qoyanı (kommanditçi) vardır. Deməli, iddiaçı və cavabdeh arasındakı müqavilə şərtlərində olduğu kimi kommandit ortaqlığın şərtlərinə əsasən tam ortaq sahibkarlıq fəaliyyətini həyata keçirir, öz əmlakı ilə məsuliyyət daşıyır və ortaqlıq üçün əməyini sərf edir. Kommandit ortaq isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirak etmir, əmlakı ilə məsuliyyət daşımır, yalnız ortaqlığa sərf etdiyi sərmayə məbləğində risk daşıyır, yəni uğursuz fəaliyyət nəticəsində həmin sərmayənin itirilməsinə dözmək vəzifəsi mövcuddur. Daha sonra tərəflər şifahi ortaqlıq müqaviləsi ilə qurduqları münasibəti yazılı qaydada təsdiq etmək məqsədilə ## ###### 2022-ci il tarixində notarial təsdiqli kredit müqaviləsi və ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilələr aşağıda göstərilən səbəblərə görə etibarsızdır. Belə ki, şəxslərin hüquqi nəticə əmələ gətirən iradə ifadələrinə hüquqi baxımdan əhəmiyyət verildiyi üçün bu iradə ifadələri hüquqi məcburiyyət əmələ gətirir. Bu cür məcburiyyətin başlıca məqsədlərindən biri şəxslərin həmin iradələrlə bağlı real istəklərini təmin etməkdir. Məhz buna görə də Mülki Məcəllənin 340.2-ci maddəsi sırf görünüş üçün bağlanmış və başqa əqdi pərdələmək məqsədi güdən yalan əqdin əhəmiyyətsiz olduğunu bildirmişdir. Həmin maddəyə əsasən "yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir". ## ###### 2022-ci il tarixli kredit müqaviləsi əslində tərəflər arasındakı şifahi ortaqlıq müqaviləsini pərdələmək, həmin müqaviləni yazılı qaydada təsdiq etmək məqsədilə bağlanmışdır. Sözügedən müqavilənin yalan əqd hesab edilməsi üçün bütün şərtlər gerçəkləşmişdir: 1. Şifahi qaydada ortaqlıq müqaviləsi və notarial qaydada kredit müqaviləsi olmaqla iki ayrı əqd bağlanmışdır. 2. Bu əqdlərdən biri (ortaqlıq müqaviləsi) onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq gizlədilmişdir. 3. Bu əqdlərdən digəri isə (kredit müqaviləsi) sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmışdır. İşin hallarından məlumdur ki, iddiaçı və cavabdeh arasındakı münasibətlər birgə sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə və hər iki tərəf üçün qarşılıqlı öhdəlik müəyyən edən sinallaqmatik, eyni zamanda başqa əqdin ünsürünü özündə ehtiva edən və sui-generis (özünəməxsus) şərtləri olan ortaqlıq müqaviləsi ilə qurulmuşdur. Cavabdeh tərəfindən ortaqlığa təqdim edilən sərmayə məbləği MM-nin 82-ci maddəsində göstərildiyi qaydada onun ortaqlığın fəaliyyətinə dair risklərinin və məsuliyyətinin son həddini təşkil edir. Bu isə o deməkdir ki, cavabdeh eyni ilə kommandit ortaq kimi təqdim etdiyi sərmayə həcmində məsuliyyət daşıyır və onun itkisinə görə eyni ilə tam ortaq kimi məsuliyyət daşıyan iddiaçıdan sərmayəsini geri tələb edə bilməz. Burada öhdəliklər qarşılıqlı (sinallaqmatik) olduğundan iddiaçı da eyni qaydada ortaqlığa sərf etdiyi əməyinin qarşılığını cavabdehdən tələb edə bilməz. Qanunun analogiyası əsasında münasibətə tətbiq olunmalı olan Mülki Məcəllənin 84.2-ci maddəsinə əsasən "maya qoyanların kommandit ortaqlığının idarə edilməsində və işlərinin aparılmasında iştirak etmək, onun adından etibarnaməsiz çıxış etmək ixtiyarı yoxdur. Onlar ortaqlığın idarə edilməsi və işlərinin aparılması üzrə tam ortaqlarım hərəkətləri barəsində mübahisə edə bilməzlər". Belə olan halda tərəflər arasında bağlanmış əvəzsiz öhdəlik müəyyən edən ## ###### 2022-ci il tarixli sinallaqmatik kredit müqaviləsi tərəflərin həqiqi iradələrini əks etdirmədiyinə görə yalan əqddir və etibarsızdır (əhəmiyyətsizdir) Mülki Məcəllənin 397.3-cü maddəsinə əsasən müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli (sinallaqmatik) olduğu ehtimal edilir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bağlanmış ipoteka müqaviləsi isə əsas öhdəliyin etibarsızlığı səbəbinə görə etibarsızdır. Belə ki, “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinin son cümləsinə əsasən əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
8. Birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirməsini keçirmişdir.
9. “xxxx” MMC-nin ## ### 2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 90.000 manat, likvid dəyəri 81.000 manat təşkil edir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin olunmuş, İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ## ###### 2022-ci il tarixli *M/*** saylı Kredit müqaviləsindən irəli gələn 60.000 (altmış min) manat məbləğində əsas borc, dövlət rüsumunun əvəzi, mütəxəssis xərcinin əvəzi olan 400 (dörd yüz) manat pul vəsaitinin cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması, tutmanın tərəflər arasında bağlanılmış ## ###### 2022-ci il tarixli *M/*** saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən ** saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 81.000 (səksən bir min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi və Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)
11. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ## ###### 2022-ci il tarixli *M/*** saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borcun cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında iddiaçı cavabdehə 60.000 manat borc vermiş, cavabdeh həmin borcu qaytarmasına dair öhdəliyi icra etməmiş, borcu müqavilədə müəyyən edilmiş müddətdə qaytarmamışdır. Odur ki, öhdəliyi icra etməmiş borcludan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır.
12. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış ## ###### 2022-ci il tarixli *M/*** saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən ** saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsini də əsaslı saymışdır.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən mütəxəssis tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin vəkil xidmətləri üçün ödənilmiş 320 manat məbləğində pulun cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması hissəsini də əsaslı saymış və bildrimişdir ki, iş materiallarında olan qəbzə əsasən iddiaçı hüquqi xidmətin göstərilməsi üçün vəkil bürosunun hesabına 320 manat ödəniş etmişdir. Odur ki, çəkilmiş xərcin əvəzi olaraq 320 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, ilk növbədə mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Lakin hazırkı işin araşdırılması zamanı müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş dispozitiv şərtlərdən heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, istinad olunlara əsasən qarşılıqlı iddia tələbi təmin oluna bilməz.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 4.1, 158.1, 158.4, 324.1, 324.4, 337.1, 337.2, 385.1, 442, 448.1, 462.1, 467, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli qərardadına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə sübutlarla bağlı şahidlərin məhkəməyə dəvət olunması ilə əlaqədar təqdim olunan vəsatəti əsassız rədd etmişdir. Həmçinin məhkəmənin ilk hazırlıq iclası ##.##.2024-cü il tarixə təyin olunsa da, hakim müəyyən səbəblərdən prosesdə cavabdehin vəkilinin iştirak edə bilmədiyindən proses təxir edilmişdir. Növbəti proses ##.##.2024-cü il saat 15:05 təyin olunsa da, 4 dəqiqə gecikdiyinə görə hakim tələm-tələsik hazırlıq iclası keçirmişdir. Bu səbəbdən hazırlıq iclasında hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmənin hazırlıq iclası keçirildikdən sonra baxış iclası 1 gün sonraya (##.##.2024-cü il hazırlıq, ##.##.2024-cü il saat ) saat 10:30 təyin edilmişdir. Bu barədə cavabdehin vəkilinin xəbəri olmamışdır. Bildiriş elektron məhkəmə informasiya sisteminə ##.##.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin tarixdə də vəkil Biləsuvar rayonunda eyni saatda digər məhkəmə prosessində olmuşdur. Məhkəmənin vaxtı barədə məlumat aldıqda məhkəmə prosesinin təxiri ilə bağlı elektron ərizə göndərmişdir. Bu qeyd olunan hal da nəzərə alınmamışdır. Kommandit ortaqlıqda olduğu kimi iddiaçı və cavabdeh arasında hüquqi şəxs yaratmadan ortaqlıq müqaviləsi ilə qurulmuş ortaqlıqda da iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi, ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıması, cavabdehin isə qoyduğu sərmayə həddində risk daşıması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsinə dair mütəxəssis (mühəndis, ekspert) rəyinin alınmasını qərara almışdır.
21. “xxxx” MMC-nin M***/**-** saylı, ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən ** saylı mənzilin bazar dəyəri 95.000 (doxsan beş min) manat, likvid dəyəri isə 85.000 (səksən beş min) manat təşkil edir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Namiq Cəfərov)
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada birinci instansiya məhkəməsi hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
24. Əqdin etibarlı olması üçün 1)subyekt tərkibi; 2)məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Qeyd olunan kredit və ipoteka müqavilələrinin etibarsız əqd kimi mübahisə edilən və ya əhəmiyyətsiz əqd olması işin həqiqi halları ilə təsdiq olunmur. Başqa sözlə,qeyd olunan müqavilələrin bağlanma səbəbləri etibarsızlıq nəticəsi yaradan hallarla bağlı olmamışdır.
25. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininMülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən,əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
26. Göründüyü kimi, Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidir. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada qarşılıqlı iddiaçı Cavabdeh mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
27. Hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc(kredit) müqaviləsi yaxud barışıq razılaşması və ya mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə tələb edilən məbləğdə borcu olmadığını və yaxud hazırki işdə olduğu kimi tələb edilən öhdəliyin əsasını təşkil edən əqdin yalan olmaqla etibarsız olduğunu bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.
28. Apellyasiya instaniyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisədə məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında ##.##.2022-ci il tarixli 60000 manatın borc verilməsinə dair kredit müqaviləsi və eyni tarixli ipoteka müqaviləsi bağlanmış, cavabdeh isə iddia tələbini qəbul etməyərək əslində müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq"müqaviləsi bağladıqlarını, buna görə də müqavilələrin yalan əqd olduğunu bəyan edir. Ancaq cavabdehin (qarşılıqlı iddiaçının) gətirdiyi bu dəlillər mötəbər sübutlarla təsdiq edilməlidir. Çünki iddia tələbi nə etirazın yaxud qarşılıqlı iddianın əsası kimi istinad etdiyi halları sübut etmək əzifəsi artıq cavabdehin (qarşılıqlı iddiaçının) üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir.
29. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh (qarşılıqlı iddiaçı) qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, verilmiş pul vəsaitini ödəməkdən yayınır və müqaviləni yalan əqd hesab edir.
30. Göstərilənlərlə yanaşı, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli **/**** nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, sözügedən kredit və ipoteka müqavilələrinin bağlanmasına Cavabdeh arzusu və istəyi olmamış, yalnız birgə biznes fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə bağlamış, o halda birinci iddia məhkəməyə daxil olmayanadək həmin müqavilələri mübahisələndirməməsi də bu əqdləri bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da qarşılıqlı iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.
31. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada qarşılıqlı iddiaçı Cavabdeh mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
32. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi, yəni “likvid dəyəri” anlayışı qanundan çıxarılmışdır. ##.##.2025-ci ilədək qüvvədə olan redaksiyada Qanunun 1.0.9-cu maddəsində ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti hesab edilirdi. Eyni zamanda Qanunun ##.##.2025-ci ilədək qüvvədə olan 39.3.3-cu maddəsində göstərilirdi ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsi qiymətləndirmə keçirərkən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməmişdir. Bununla yanaşı, qeyd edilən dəyişikliyin edilməsi də o demək deyil ki, Qanunun ##.##.2025-ci ilədək qüvvədə olan normaları tətbiq oluna bilməz. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi göstərilib. Deməli, bu dəyişiklik fiziki şəxs kimi cavabdehin hüquqi vəziyyətini yaxşılaşdırırsa, fiziki şəxs kimi iddiaçının da hüquqi vəziyyəti ağırlaşmamalıdır. Başqa sözlə, cavabdeh bir tərəfdən iddiaçı qarşısında müqavilədən yaranan öhdəliyini icra etmir, yaxud etmək istəmir, digər tərəfdən mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olmayan qanunun yeni normasının onun vəziyyətini yaxşılaşdırmasından faydalana bilməz, çünki bu vicdanlılığın tələb etdiyi tərz sayılmır.
33. Buna baxmayaraq, mülki iş hazırki apellyasiya icraatında olarkən “xxxx” MMC tərəfindən verilmiş M***/**-** saylı, ##.##.2026-cı il tarixli mütəxəssis rəyində ipoteka predmetinin bazar dəyəri 95000 manat, likvid dəyəri isə 85000 manat təşkil etməsi göstərilib. Göründüyü kimi, birinci instansiya məhkəməsinin keçirdiyi qiymətləndirmədən 9 aya yaxın müddət keçdikdən sonra, apellyasiya instansiyası məhkəməsinin əldə etdiyi qiymətləndirici rəyində də ipoteka predmeti olan mənzilin bazar və likvid dəyərində elə bir ciddi qiymət dəyişikliyi baş verməyib. Bu da birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı müəyyən etdiyi qiymətin həqiqi və real olduğunu bir daha təsdiq etmiş olur.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdin etibarsızlığı şərtləri və hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.4, 269.7, 317.1, 317.2, 321.1, 324.5, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 351.5, 355.1, 355.2, 385.1, 425.1, 427.1, 427.3, 442, 443, 448.1, 448.2, 560.1, 560.2,739-743 (##.##.2023-cü ilədək qüvvədə olan), “İpoteka haqqında” Qanunun (##.##.2025-ci ilədək qüvvədə olan) 1.0.9, 4.1, 4.2, 34.1, 37.1, 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh Cavabdeh (vəkili vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddianın rədd olunması dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə sübutlarla bağlı şahidlərin məhkəməyə dəvət olunması ilə əlaqədar təqdim olunan vəsatəti əsassız rədd etmişdir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə ki, məhkəmənin ilk hazırlıq iclası ##.##.2024-cü il tarixə təyin olunsada hakim müəyyən səbələrdən prosesdə iştirak edə bilmədiyindən proses təxir edilmişdir. Növbəti proses ##.##.2024-cü il saat 15:05 təyin olunsada 4 deq gecikdiyimə görə hakim tələm-tələsik hazırlıq iclası keçirmişdir. Bu səbəbdən hazırlıq iclasında hər hansı sübut təqdim edə bilməyib.
38. Bundan əlavə, Mülki Məcəllənin 390.4-cü və 11.1-ci maddələrinin göstərişlərinə görə tərəflər arasında bağlanmış şifahi ortaqlıq müqaviləsinə qanunun analogiyası əsasında həmin Məcəllənin kommandit ortaqlığa dair qaydaları tətbiq edilməlidir və cavabdehə maya qoyan kommandit ortağa dair qaydalar, iddiaçıya isə sahibkarlıq fəaliyyətini həyata keçirən (əməyini sərf edən) tam ortağa aid qaydalar tətbiq edilməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 739.1 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741 (##.##.2023-cü ilədək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743 (##.##.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.9(##.##.2025-ci ilədək qüvvədə olan). ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1-4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 39.3.3 (##.##.2025-ci ilədək qüvvədə olan). Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbləri və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
45. İlk iddia tələbi kredit və ipoteka müqavilələri əsasında borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit və ipoteka müqavilələrinə istinad etmişdir. Qarşılıqlı iddia isə kredit müqaviləsinin etibarsızlığı barədədir, qarşılıqlı iddiaçı həmin müavilənin yalan müqavilə olmasına, həmin müqavilənin əslində tərəflər arasında yaranmış kommandit ortaqlığı müqaviləsini pərdələməsinə istinad etmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək hər iki iddia üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
47. Bundan əlavə, cavabdehin (qarşılıqlı iddiaçının) dəlilləri iş materialları ilə də təkzib edilir. Belə ki, cavabdehin nə birinci, nə də apellyasiya instansiya məhkəmələrində qarşılıqlı iddiasında qeyd edilən xüsusatlarla bağlı hər hansı dəlili təsdqini tapmamışdır. Qarşılıqlı iddiaçı kredit müqaviləsinin kommandit ortaqlığı münasibətlərini pərdələyən əqd olmasını bildirsə də, işə mahiyyəti üzrə baxan məhkəmələrdə, ümumiyyətlə, bu ortaqlığın hansı məqsədə xidmət etməsi, tərəflərin konkret hansı fəaliyyətlə məşğul olması və s. ilə bağlı heç bir dəlil irəli sürməmiş, yalnız kommandit ortaqlığlı ilə bağlı qanunvericiliyin normaların qeyd etməklə ümumi ifadələrdən istifadə etmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.