Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1568/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Nemət oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X2 İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları
1. “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ## ######## 2014-cü il tarixli ****/*** nömrəli kredit müqaviləsiə əsasən, bank tərəfindən Cavabdeh qeyri-yaşayış sahəsinin alınması üçün illik 10 faiz ödənilməklə, 120 ay müddətinə 211320 manat məbləğində kredit verilmiş, kreditin təminat üsulu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, “B” bloku, qapı * saylı ünvanında 9-cu mərtəbədə yerləşən 117,4 kv metr sahədən ibarət * saylı qeyri-yaşayış sahəsinin ipotekası olmuşdur. Kredit müqaviləsinin heç bir səhifəsində borc alananın imzası mövcud deyildir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 159304,49 manat, bundan 101312,67 manat əsas, 32663,65 manat faiz və 25328,17 manat cərimə borcu və iş üzrə ödənilmiş 449,30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə cavabdeh Cavabdeh ************* saylı ##.##.2024-cü il tarixli xəbərdərlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. ##.##.2024-cü il tarixə cavabdehin ##.##.2014-cü il tarixli ****/*** saylı kredit üzrə cəmi borcu 159304,49 manat təşkil edir. Bundan 101312,67 manat əsas, 32663,65 manat faiz və 25328,17 manat cərimə borcu təşkil edir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, kredit müqaviləsində imza mövcud olmasa da, cavabdeh tərəfindən 2021-ci ilə qədər ödənişlər edilmiş, cəmi 185356 manat pul vəsaiti ödənilmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək etiraz ərizəsi təqdim etmiş, göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsi layihəsindən müəyyən edllir ki, müqavilə “xxxx” (xxxx) ASC ilə Cavabdeh arasında bağlanmalı olduğu halda, qeyd edilən müqavilə birtərəfli qaydada Bankın qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürlənmiş, cavabdehin isə imzası heç bir səhifədə mövcud deyildir. Işin bu halı onu deməyə əsas verir ki, həmin kredit müqaviləsi layihəsinin heç bir hüquqi qüvvəsi yoxdur. Qeyd edilən kredit müqaviləsi layihəsinin 17.1-ci bəndində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir. Indiki halda isə müqavilə bağlanmış hesab edilə bilməz. Iddiaçının təqdim etdiyi həmin müqavilənin bağlanması üçün cavabdehin razılaşdırılmış iradə ifadəsini müəyyən etmək mümkün deyildir. Iddiaçının “kredit müqaviləsi” kimi xarakterizə etdiyi həmin layihədə nə zahiri ifadəyə görə, nə də başqa hallara görə cavabdehin iradə ifadəsini müəyyən etmək mümkün olmadığından həmin əqd mövcud deyildir. Iddiaçının istinad etdiyi əqd mülki qanunvericilik normalarının tələblərinə əsasən tərəflər arasında bağlanmamış və ya bağlanmış hesab edilməyən kredit müqaviləsi layihəsi üzrə iddia tələbi məhkəmə tərəfindən tam rədd edilməli və ya iddiaçı sırf cavabdeh Cavabdeh tərəfindən İddiaçı ASC-dən əldə edilmiş pul məbləğinin tələbinə dair əlahiddə iddia ilə məhkəməyə müraciət etməlidir. Bununla yanaşı Cavabdeh tərəflər arasında hər hansı bir kredit müqaviləsi bağlanmadan, yəni peşəkar kredit verilməsi və bank fəaliyyətini tənzim edən müvafiq normativlərə əməl olunmadan tərəflər arasında heç bir kredit müqaviləsi bağlanmadığı, kredit müqaviləsi şərtlərinin tərəflər arasında razılaşdırılmasını gözləmədən birbaşa İddiaçı ASC-nin kassasından sözügedən pul məbləğini məxaric etmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, bank qanunvericiliyinə və peşəkar qaydada kredit verilməsini tənzimləyən normativlərə müvafiq olaraq Cavabdeh tərəfindən həmin pul vəsaitinin İddiaçı ASC-nin kassasından götürülməsi üçün hər hansı bir müqavilə əsası mövcud olmamışdır. Tərəflər arasında hər hansı bir kredit müqaviləsi mövcud olmadığından İddiaçı ASC-nin Cavabdeh qarşısında hər hansı bir bağlanmış və ya qüvvədə olan kredit müqaviləsinə, yaxud qanunveriliyin tələbinə əsasən sonuncuya kredit, pul və s. maddi nemət vermək öhdəliyi olmadığı halda Cavabdeh İddiaçı ASC-nin kassasından hər hansı müqavilədən və ya öhdəlikdən kənar nağd şəkildə məxaric etdiyi, başqa sözlə Cavabdeh İddiaçı ASC tərəfindən hər hansı bir müqavilə və ya öhdəlikdən kənar ödənilmiş pul vəsaiti iddiaçı X2 İddiaçı ASC-nin ləğvedicisi tərəfindən Mülki Məcəllənin istinad olunan 439.4-cü maddəsinə əsasən əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Belə ki, həmin pul İddiaçı ASC tərəfindən Cavabdeh öhdəlikdən kənar ödənilmiş və tərəflər arasında həmin pulun sonuncuya ödənilməsi öhdəliyini ehtiva edən qüvvədə olan və bağlanmış hər hansı bir müqavilə mövcud olmamışdır. Hətta iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2021-ci il tarixli kassa mədaxil qəbzini şərti olaraq fakt kimi qəbul etsək belə, yenə də iddiaçı bank əssasız varlanma tələbi ilə bağlı 2 illik kəsici müddəti ötürdükdən sonra, yəni 4 il sonra məhkəmədə iddia qaldırmışdır. Həmçinin, bankla cavabdeh arasında kredit müqaviləsi rəsmiləşdirilməmişdir. Belə ki, əslində cavabdeh qeyri-yaşayış sahəsi almaq üçün dostu olan bankın vəzifəli şəxsinə müraciət etmiş, həmin sahənin alınması üçün ondan pul almış və “xxxx” ASC ilə satıcı X1 və alıcı-ipoteka qoyan Cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq X1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, “B” bloku, Qapı * saylı ünvanında 9-cu mərtəbədə yerləşən ümumi 117,4 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsini almış və banka ipotekaya qoymuşdur. Qeyri-yaşayış sahəsinin satış qiyməti 234800 manat olmuş, həmin məbləğin 23480 manatı cavabdeh tərəfindən, 211320 manatı isə kredit müqaviləsi bağlanmadan cavabdehə verilmişdir.
6. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış ## ###### 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ## ######## 2014-cü il tarixli ****/*** nömrəli alqı-satqı və ipoteka müqaviləsinin qeydə alınması və xitamı ilə əlaqədar təsdiqedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanan *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli müraciətə (daxilolma nömrəsi: 2402111943) * saylı Bakı Ərazi Idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ********** qeydiyyat nömrəli ərizə ## ####### 2014-cü il tarixdə icra olunaraq, Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ## ######## 2014-cü il tarixli ****/*** nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına dövlət reyestrindən çıxarış hazırlanmışdır. Daha sonra "xxxx" ASC-nin ## ###### 2014-cü il tarixli müraciəti əsasında qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, bankın # ###### 2015-ci il tarixli müraciəti nəzərə alınaraq, qeyd olunan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. Lakin "Arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin # ###### 2002-ci il tarixli *** saylı Fərmanına və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq müvafiq sənədin saxlanılması müddəti başa çatdırıldığından məhv edilmişdir.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */** saylı,## #### 2025-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, # ##### 2021-ci il tarixli və ## #### 2021-ci il tarixli mədaxil elanlarında “Təhvil verdim” qrafalarındakı imzalar, ## ###### 2018ci il tarixli, ## ###### 2018-ci il tarixli ## ### 2018-ci il tarixli nağd ödəniş üçün elanlarda “Ödəyənin imzası” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ilahə Abbasova) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş həmin kredit müqaviləsinin surətindən cavabdehin imzası mövcud olmamış, müqavilənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh qeyri-yaşayış sahəsi almaq üçün dostu olan bankın vəzifəli şəxsinə müraciət etmiş, həmin sahənin alınması üçün ondan pul almış, “xxxx” ASC ilə satıcı X1 və alıcı-ipoteka qoyan Cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq X1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, “B” bloku, Qapı * saylı ünvanında 9-cu mərtəbədə yerləşən ümumi 117.4 kv metr sahədən ibarət qeyriyaşayış sahəsini almış və banka ipotekaya qoymuşdur. Qeyri-yaşayış sahəsinin satış qiyməti 234800 manat olmuş, həmin məbləğin 23480 manatı cavabdeh tərəfindən, 211320 manatı isə kredit müqaviləsi bağlanmadan cavabdehə verilmişdir. Nümayəndə vurğulamışdır ki, cavabdeh bankın vəzifəli şəxsi ilə dost olduğu üçün həmin pul vəsaiti ona kredit müqaviləsi imzalanmadan faizsiz verilmiş, kredit müqaviləsini imzalanmasa da ipoteka müqaviləsi bağlanmış, lakin cavabdeh borcu tam qaytarmışdır. Bunun sübutu olaraq borc qaytarılan kimi ipoteka predmeti ipotekadan azad edilmişdir, bununla bağlı olaraq hal-hazırda bank krediti tələb etsə də, ipoteka predmetinə tutmanı tələb etmir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin şərtlərinə əsaslanaraq, cavabdehə “xxxx” ASC tərəfindən qeyri-yaşayış sahəsinin alınması məqsədilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211320 manat məbləğində kredit verildiyinə əsaslansa da, həmin müqavilə cavabdeh tərəfindən imzalanmadığına görə məhkəmə tərəfindən həmin müqavilənin bağlanılmasında cavabdehin iradə ifadəsinin mövcud olması, müqavilənin şərtləri ilə razılaşması müəyyən edilməmişdir. Bununla yanaşı, tərəflər arasında hər hansı bir kredit müqaviləsi mövcud olmadan, bank fəaliyyətini tənzim edən müvafiq normativlərə, tələblərə, habelə mülki qanunvericiliyin müqavilələrin bağlanması ilə bağlı imperativ tələblərinə riayət edilmədən iddiaçı tərəfindən 211320 manat pul vəsaiti verildiyi, cavabdeh tərəfindən banka cəmi 185356 manat pul vəsaiti geri ödənildiyi təsdiq edilmişdir.
11. Məhkəmə işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında kredit müqaviləsinin imzalanması təsdiq edilmədiyindən həmin müqavilə əsasında həmin müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehdən pul vəsaitinin tələb edilməsi əsassızdır.
12. Məhkəmə hesab etmişdir ki, hər hansı hüquqi əsas yaxud müqavilə bağlanmadan həmin pul vəsaiti cavabdehə verildiyindən hazırki iddia tələbinə əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəaları tətbiq olunmalı və nəzərə alaraq ki, cavabdeh tərəfindən sonuncu dəfə ödəniş ##.##.2021-ci il tarixdə edildiyiyi halda iddia ərizəsi məhkəməyə ## #### 2024-cü il tarixdə verilmişdir, iddiaya iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.2, 390.5, 399.1, 405, 406, 407, 739.1, 739.2-ci, “Banklar haqqında“ Qanunun 32.1.2-ci, MPM-nin 14.1, 77.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2020-ci il tarixli Qərarına istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən iddianın rədd olunma əsası tərəflər arasında kredit müqaviləsinin olmaması, mövcud olan müqavilənin cavabdeh tərəfindən imzalanmaması və əsassız varlanma olmuşdur. Hazırkı iddiaya əsassız varlanmanın müddəaları məhkəmə tərəfindən o zaman tətbiq oluna bilərdi ki, kreditin verilməsi şərtlərini müəyyən etmək mümkün olmasaydı. Bank tərəfindən kredit müqaviləsinin əsli məhkəməyə təqdim olunmasa da *Ə/**** saylı notariat işi təsdiq olunmuş qaydada məhkəməyə təqdim olunmuşdur. Həmin notariat işində kredit müqaviləsi (cavabdeh tərəfindən imzalanmamış), ipoteka və alqı-satqı müqaviləsi, ödəniş tapşırıqları və cavabdehin ərizələri mövcuddur. Kredit müqaviləsində X3 imzası olmasa belə, notarial təsdiqli ##.##.2014-cü il tarixli, ****/*** saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində kreditin verilmə şərtlərini, 1.61-1.6.2 bəndlərində isə kreditin müddətini, faizini müəyyən etmək mümkün olur. ##.##.2014-cü il tarixli, ****/*** saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində cavabdehə 211320 (iki yüz on bir min üç yüz iyirmi) manat kreditin verildiyi görünür ki, bu hal köçürmə ilə bağlı ödəniş tapşırığı sənədlərində də təsdiq olunur. Bundan əlavə notariat işində Cavabdeh ##.##.2014-cü il tarixli notariusa ünvanlanmış ərizəsində alınan əmlakın dəyərinin 211320 manat hissəsinin “xxxx” ASC-nin verdiyi kredit hesabına olduğu bildirilmişdir. Ilk məhkəmə proseslərində kredit müqaviləsinin olmamasına əsaslanan cavabdeh müqavilənin onun tərəfindən imzalanmadığını, heç bir kredit götürmədiyini qeyd etsə də, məhkəmə xəttşünaslıq ekspertizası keçiriləndən sonra (onun imzasının olması təsdiqlənmişdir) həmin məbləği məxaric etdiyini qəbul etmişdir. Hətta 2015-ci ilin dekabr ayından sonrakı ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilmədiyini iddia etsələr də, ##.##.2021-ci il tarixli son mədaxil orderində də cavabdehin imzasının olması ekspert rəyi ilə təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə proseslərində dəfələrlə fərqli ifadələr vermişdir. Iş üzrə keçirilən məhkəmə xəttşünaslıq ekspertizası da cavabdehin vəsatəti əsasında keçirilmişdir. Çünki ilkin ifadələrində ümumiyyətlə kreditin onun tərəfindən götürüldüyünü inkar etmişdir. Cavabdeh ödənişlər etdiyi hesabdan çıxarışa nəzər yetirilsə görünür ki, cavabdeh tərəfindən ödənişlər hər ay qrafika uyğun olaraq 3000 manat məbləğində həyata keçirilmişdir. Hətta 2015-ci ilin dekabr ayında ipoteka predmeti olan əmlak yüklülükdən azad olunduqdan sonra da həmin ödənişlər qrafika uyğun olaraq həyata keçirilmişdir. Cavabdeh tərəfindən ödənişlər fiziki olaraq həyata keçirilmişdir və əgər borc həqiqətən də bağlanmış olsaydı, Bank işçisinin texniki olaraq həmin məbləği hesaba qəbul etməyi mümkün deyildir. Hətta cavabdehin iddia etdiyi kimi ipoteka predmeti olan əmlak yüklülükdən borcun bağlanması əsası ilə azad olunsaydı, cavabdeh tərəfindən 2016-cı ildən 2021-ci ilədək davamlı ödənişlər həyata keçirilməzdi. Hesabdan çıxarışdan da görünür ki, ödənişlər qrafika uyğun, bəzi ödənilməyən aylarda isə əvəzi olaraq digər ayda ikiqat ödəniş həyata keçirilmişdir. Halbuki, məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi dəfələrlə 2015-ci ilin dekabr ayında borcu bağladıqlarını, ipotekanın da borcu bağlanması əsası ilə azad olunduğunu vurğulamışdır. Lakin bununla bağlı iddiasını sübut edə bilməmiş, borcun bağlanmasına dair heç bir ödəniş qəbzini, bankın borcun olmaması ilə bağlı məktubunu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, 2015-ci ilin dekabr ayında bağlanmış borca görə 2021-ci il tarixədək niyə ödəniş olunması barədə suala qətnamədə cavab verilməmişdir. Belə ki, cavabdeh alqı-satqı və ipoteka müqaviləsinə imza etməklə və kredit üzrə ödənişlər etməklə əqdin bəyənilməsini öz hərəkətləri ilə sübuta yetirmişlər. Baxmayaraq ki, kredit müqaviləsində cavabdehin imzası yoxdur, işdə olan digər alqı-satqı və ipoteka müqaviləsində kreditin verilmə şərtləri aydın ifadə olunmuşdur və həmin müqavilə X3 tərəfindən imzalanmışdır. Cavabdeh tərəf ipotekanın yüklülükdən azad olunmasını borcun bağlanması kimi dəyərləndirsə də, nəzərə almamışdır ki, ipotekanı yüklülükdən azad etmək Bankın vəzifəsi yox hüququdur. Bankın cavabdehin borc öhdəliyini yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq, belə bir qərar qəbul etmək hüququ vardır. Əgər ipoteka predmeti borcun bağlandığına görə ipoteka yüklülüyündən azad olunsaydı, o zaman ipoteka predmeti yüklülükdən azad olunandan sonra cavabdeh tərəfindən 6 il ərzində davamlı ödənişlər həyata keçirilməzdi. Kredit müqaviləsində cavabdehin imzası olmasa da, iş materiallarında olan digər müqavilə ilə kreditin şərtlərini müəyyən etmək mümkündür. “xxxx” ASC tərəfindən cavabdehə pretenziya qaydasında borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Əgər mübahisəli kredit müqavilələri cavabdehin marağına toxunsaydı o zaman o, həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən, susmaq məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Bu zaman susmaq dedikdə, hərəkətsizlik, etirazın olmaması, predmeti mübahisələndirməmək anlaşılır. Əksinə cavabdeh ilə şifahi danışıqlar əsasında o, hər dəfə söz vermişdir ki borcu ödəyəcək, bunun üçün vaxt istəmişdir. Həmçinin məhkəməyə ünvanlanmış DƏDKR-nın * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışına əsasən yüklülük müddəti 120 ay, əsas öhdəliyin mahiyyəti olaraq ****/*** saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsinə istinad edilmişdir. Cavabdeh buna baxmayaraq əvvəlcə iddia edirdi ki, heç bir kredit götürməyib sonra isə təqdim edilən digər sübutlar qarşısında girovun formal olduğunu iddia etməyə başlamışdır. Məhkəmə qətnamədə bir neçə dəfə iddiaçının nümayəndəsinin ifadəsinə istinad edərək cavabdeh tərəfindən ##.##.2021-ci il tarixinədək 185.356 manat ödəniş edilməsinə istinad etmişdir. Hətta cavabdehin nümayəndəsinin izahatına uyğun olaraq kreditin məbləği 211320 manatdan ödənilmiş 185.356 manatı çıxaraq borcun 25.964 manat olmasına qənaətinə gəlinmişdir. Halbuki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Ödənilən məbləğlər əsas borcdan deyil Mülki Məcəllənin tələblərinə uyğun olaraq əvvəl cərimə borcu, sonra faiz borcu ən sonda isə əsas borcdan çıxılmışdır. Hətta, “qarşılıqlı etimadın” mövcudluğu həmin şəxslərin əlbir olaraq həm əmlakın ipoteka yüklülüyündən azad olunmasına, həm də kredit müqaviləsinin məhv olunmasına əsaslı şübhələr yaradır. Belə ki, kifayət qədər yüksək məbləğdə borcun olduğu halda əmlakın ipoteka yüklülüyündən azad olunması ağlabatan deyildir. Bu halların araşdırılması üçün məhkəmə iş üzrə xüsusi qərardad qəbul edərək prokurora məlumat verməlidir. Kredit müqaviləsinin Bankda aşkar edilməməsinə səbəblərindən biri kimi İddiaçı ASC Azərbaycan Respublikasının * saylı Bakı Inzibati–Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı ##.##.2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olması olmuşdur. Belə ki, Bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra Bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici “xxxx” MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. “xxxx” MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra * saylı Bakı Inzibati–Iqtisadi Məhkəməsinin *-*(**)****/**** saylı ##.##.2016-cı il tarixli qərardadı ilə X2 İddiaçı ASC-nin ləğvedicisi “xxxx” MMC dəyişdirilərək, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. “xxxx” MMC Bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna da rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməsində özünü göstərməkdədir. Bankın nümayəndəsi məhkəmədə bankda mövcud çətinliklər barədə məhkəməyə məlumat vermiş və müqavilənin əslinin aşkar edilməsi üçün bankın bütün qüvvəsinin səfərbər edildiyi barədə məlumatı məhkəmənin diqqətinə çatdırmışdır. Lakin ləğdvedicidən asılı olmayan səbəblərə görə sözügedən müqavilənin əsli tapılmamışdır. Buna baxmayaraq, digər sübutlar ilə müqavilənin mövcud olması sübuta yetirilmişdir. Müflis elan olunmuş Bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən iş üzrə cəmi 159304,49 manat borc məbləğində kredit borcunun əsassız olaraq tutulmaması Fondun həmin bank qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla, Bankın əmanətçilərinə əhəmiyyətli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: ## ##### 2024-cü il tarixə, yəni bildiriş (xəbərdarlıq) göstərilən tarixə - əsas borc üzrə 103237,95 manat, faiz borcu üzrə 56692,45 manat, ## ### 2024-cü il tarixə maliyyə arayışı tərtib edilən tarixə - əsas borc üzrə 103237,95 manat, faiz borcu üzrə 57581,44 manat, ## #### 2025-ci il tarixə qətnamə çıxarılan tarixə əsas borc üzrə 103237,95 manat, faiz borcu üzrə 57581,44 manat müəyyən edilmişdir. Həmçinin, ##.##.2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Rəşid Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)***/**** nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmişdir. Iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 101312,67 (yüz bir min üç yüz on iki manat, altmış yeddi qəpik) manat, faiz borcu üzrə 32663,65 (otuz iki min altı yüz altımış üç manat, altmış beş qəpik), cərimə borcu isə 7000 (yeddi min) manat, dövlət rüsumu görə 400 manat olmaqla cəmi 141376,32 (yüz qırx bir min üç yüz yetmiş altı manat, otuz iki qəpik) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı X2 İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallar, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.
20. Tərəflər arasında ##.##.2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsində Cavabdeh imzası olmasa belə, notarial təsdiqli ##.##.2014-cü il tarixli, ****/*** saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində kreditin verilmə şərtlərini, 1.611.6.2 bəndlərində isə kreditin müddətini, faizini müəyyən etmək mümkündür Alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində cavabdehə 211320 (iki yüz on bir min üç yüz iyirmi) manat kreditin verildiyi müəyyən olunur ki, bu hal köçürmə ilə bağlı ödəniş tapşırığı sənədlərində də təsdiq olunmuşdur.
21. Bundan əlavə notariat işində X3 ##.##.2014-cü il tarixli notariusa ünvanlanmış ərizəsində alınan əmlakın dəyərinin 211320 manat hissəsinin “xxxx” ASC-nin verdiyi kredit hesabına olduğu bildirilmişdir. Həmçinin, cavabdeh tərəf həmin müqavilənin təminatı qismində Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmiş, həmçinin müəyyən ödənişlər həyata keçirtmişdir.
22. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ##.##.2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsinin əsli təqdim edilməsə belə, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar vardır ki, bu da müqavilə imzalanmasa belə cavabdehin həmin müqavilə üzrə öhdəlikləri qəbul etməsi və həmin öhdəliyə əsasən ödənişlər etməklə Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini bank qarşısında ipoteka ilə yüklü etməsi qənaətinə gəlməsinə əsas verir.
23. Daha sonra iddiaçı kredit müqaviləsinin bankda aşkar edilməməsinə səbəblərindən biri kimi İddiaçı ASC Azərbaycan Respublikasının * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı ##.##.2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olmasına istinad etmişdir.
24. Belə ki, iddiaçı tərəfin izahatlarına əsasən bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici “xxxx” MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. “xxxx” MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı ##.##.2016-cı il tarixli qərardadı ilə X2 İddiaçı ASC-nin ləğvedicisi “xxxx” MMC dəyişdirilərək, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. “xxxx” MMC Bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna da rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməsində özünü göstərməkdədir.
25. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin əsası kimi həmçinin iddiaçının nümayəndəsi kredit müqaviləsinin imzalanmamasının səbəbləri barədə məlumat verilə bilməməsini iddianın əsassız olmasına dəlalət edən hallar kimi qiymətləndirilə bilməz.
26. Belə ki, işin faktiki halları onu deməyə tam əsas verir ki, cavabdehə iddiaçı tərəfindən 211320 manat pul vəsaitinin verildiyi, cavabdeh tərəfindən banka cəmi 185.356 manat pul vəsaiti geri ödənilməsi kredit müqaviləsi bağlanmadan həyata keçirilə bilməzdi və bu halda kredit müqaviləsinin imzalanmamasının səbəbi tərəfin məsuliyyətsizliyindən başqa bir hal kimi qiymətləndirlə bilməz.
27. Həmçinin, cavabdeh alqı-satqı və ipoteka müqaviləsinə imza etməklə və kredit üzrə ödənişlər etməklə əqdin bəyənilməsini öz hərəkətləri ilə sübuta yetirmişdir.
28. Məhkəmə ##.##.2014-cü il tarixli kredit müqaviləsinin onun da əsasında faktiki olaraq tərəflər arasında müqavilə münasibətlərin yaranması ilə mövcud olması kimi qənaətinə gələrkən onlar arasında notarial qaydada ##.##.2014-cü il tarixli, ****/*** saylı alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasını, həmin müqavilənin təminatı qismində Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etməsini, həmin müqavilənin 1.6.1-1.6.2-ci bəndində kreditin 10% dərəcəsi ilə 120 ay müddətinə verildiyi qeyd olunmasını, 2.6.1-ci bəndində ##.##.2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş vəsaitin notariusun depozit hesabına köçürülməsi qeyd olunmasını, sözügedən ipoteka müqaviləsinin cavabdeh Cavabdeh tərəfindən şəxsən imzalanmasını, ödənişlərin hər ay qrafika uyğun olaraq 3.000 (üç min) manat məbləğində həyata keçirilməsini, hətta 2015-ci ilin dekabr ayında ipoteka predmeti olan əmlak yüklülükdən azad olunduqdan sonra da 2021-ci ilədək davamlı ödənişlər qrafika uyğun olaraq həyata keçirilməsini, hətta hesabdan çıxarışda ödənişlər qrafika uyğun, bəzi ödənilməyən aylarda isə əvəzi olaraq digər ayda ikiqat ödəniş həyata keçirilməsi, RX seriyalı ******* nömrəli çıxarışda yüklülük müddəti 120 ay, əsas öhdəliyin mahiyyəti olaraq ****/*** saylı ##.##.2014cü il tarixli kredit müqaviləsinə istinad edilməsi kimi işin müəyyən edilmiş mühüm və diqqətə layiq hallarını da nəzərə almışdır.
29. Bundan başqa, ipoteka predmeti olan əmlak 2015-ci ilin dekabr ayında bankın bağlandığı ərəfədə ipoteka yüklülüyündən azad olunmuşdur. Cavabdeh ipotekanın yüklülükdən azad olunmasını borcun bağlanması kimi dəyərləndirsə də, nəzərə almamışdır ki, ipotekanı yüklülükdən azad etmək bankın vəzifəsi yox hüququdur. Bankın cavabdehin borc öhdəliyini yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq, belə bir qərar qəbul etmək hüququ vardır.
30. Məhkəmənin qənaətinə görə, əgər ipoteka predmeti borcun bağlandığına görə ipoteka yüklülüyündən azad olunsaydı, o zaman ipoteka predmeti yüklülükdən azad olunandan sonra cavabdeh tərəfindən 6 il ərzində davamlı ödənişlər həyata keçirilməzdi. Həmçinin, iddiaçının kifayət qədər yüksək məbləğdə borcun olduğu halda əmlakın ipoteka yüklülüyündən azad olunması faktının olmasına baxmayaraq bunun ağlabatan olmaması ilə yanaşı Cavabdeh bankın fəaliyyətinin dayandarılması ilinə qədər orda işləməsi və ipoteka əmlakının da həmin ildə yüklülükdən azad olunması kimi apellyasiya şikayətinin dəlilini də işin diqqətəlayiq halı kimi vurğulayır.
31. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin əsası kimi kredit qaytarılmadan həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi üzrə qoyulmuş ipoteka predmeti olan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatının ləğv olunmasının səbəbi barədə məhkəməyə məlumat verə bilməməsinə də istinad etməsi də iddianın əsassız olmasına dəlalət edən hallar kimi qiymətləndirilə bilməz.
32. Belə ki, ipotekanın azad olunması ilə bağlı qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlak 2015-ci ilin dekabr ayında bankın fəaliyyətinin dayandırıldığı ərəfədə (işlək dövründə) ipoteka yüklülüyündən azad olunmuşdur. Cavabdeh tərəf ipotekanın yüklülükdən azad olunmasını 2015-ci ilin dekabr ayında borcun bağlanması ilə əsaslandırsa da əvvəla nəzərə alınmalıdır ki, cavabdeh bu halı sübut edə bilməməmişdir. Məhkəmə bu qənaətini, belə bir hal mövcud olduğu təqdirdə 2015-ci ilin dekabr ayında bağlanmış borca görə 2021-ci il tarixinədək ödənişlər həyata keçirilməsinin anlaşılan olmaması ilə əsaslandırır. Həmçinin də iş materiallarından görünür ki, cavabdeh tərəfindən ödənişlər də müqavilədə göstərilən qaydada həyata keçirilmişdir. Ipotekanı yüklülükdən azad etmək bankın vəzifəsi yox, hüququdur. Bankın cavabdehin borc öhdəliyini yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq, belə bir qərar qəbul etmək hüququ vardır. Əgər ipoteka predmeti borcun bağlandığına görə ipoteka yüklülüyündən azad olunsaydı, o zaman ipoteka predmeti yüklülükdən azad olunandan sonra cavabdeh tərəfindən yuxarıda qeyd edildiyi kimi 6 il ərzində davamlı olaraq müqavilə şərtlərinə uyğun ödənişlər həyata keçirilməzdi.
33. Beləliklə də, birinci instansiya məhkəməsinin hər hansı hüquqi əsas yaxud müqavilə bağlanmadan həmin pul vəsaitinin cavabdehə verilməsi halının müəyyən edilməməsi və hazırkı iddia tələbinə əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəalarının tətbiq olunması kimi nəticələri yanlış olmuşdur.
34. Belə ki, əvvəla kreditin verilməsi şərtlərini müəyyən etmək mümkün olmadığı halda hazırki iddiaya əsassız varlanmanın müddəaları məhkəmə tərəfindən o zaman tətbiq olunması müzakirə oluna bilərdi. Lakin kredit müqaviləsində cavabdehin imzası və onun əsli də olmasa da belə, iş materiallarında olan digər müqavilə ilə kredit müqailəsini bağlanmasının və onun şərtlərini müəyyən etmək mümkün olmuşdur.
35. Beləliklə, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.
36. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olsa da, cavabdehdən tutulmalı olan vəsait hissəsində iddia qismən əsaslı olmuşdur.
37. Belə ki, X2 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ## ### 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh ## ######## 2014-cü il tarixli ****/*** saylı kredit müqaviləsi üzrə ## ### 2024cü il tarixinə 101312,67 manat əsas, 32663,65 manat faiz, 25328,17 manat cərimə borcu olmaqla, cəmi 159304,49 manat borcu vardır. Həmçinin, cavabdehə sonuncu xəbərdarlıq ## ##### 2024-cü il tarixdə edilmiş, maliyyə arayışı isə ## ### 2024-cü il tarixdə tərtib edilməklə borcun tutulması barədə məhkəməyə müraciət edilmişdir. Həmçinin, cavabdehə sonuncu xəbərdarlıq ## ##### 2024-cü il tarixdə edilmiş, maliyyə arayışı isə ## ### 2024cü il tarixdə tərtib edilməklə borcun tutulması barədə məhkəməyə müraciət edilmişdir.
38. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyində ## ##### 2024-cü il tarixinə bildiriş (xəbərdarlıq) göstərilən tarixə əsas borc 103237,95 manat faiz borcu isə 56 692,45 manat müəyyən edilmişdir. Lakin iddiaçı 101312,67 manat əsas, faiz borcunu isə 32663,65 manat tələb etmişdir. Bundan başqa borcun hesablanması barədə ekspert rəyinin eləcə də iddiaçı tərəfindən borcun hesablanması baxımından şübhə altına alan hər hansı hal müəyyən edilməmiş, həmçinin qeyd cavabdeh tərəfindən nəzərə alınmayan ödənişlər barədə mötəbər sübutlar təqdim edilməmişdir.
39. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, cavabdeh Cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə tutulmalı əsas borcun məbləği 101312,67 manat və faiz borcunun məbləği isə 32663,65 manat müəyyən edilməlidir.
40. Məhkəmə iddia tələbinin “cavabdehdən 25328,17 manat cərimə borcunun da tutulması” hissəsi ilə bağlı Mülki Məcəllənin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Apellyasiya məhkəməsinin qənaətinə görə, kredit borclusunun 101312,67 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 25328,17 manat cərimə borcu hesablayıb tələb etsə də, həmin məbləğ əsas borca mütənasib olmadığından cavabdehdən tutulmalı olan cərimənin məbləği 7000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən sonuncu dəfə ödənişin ##.##.2021-ci il tarixdə edildiyi halda iddia ərizəsi məhkəməyə ## #### 2024-cü il tarixdə verilməsinə görə iddiaya iddia müddəti tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, müqavilə 2014-cü ildə 120 ay müddətində bağlandığından müddət müqavilə bitən tarixdən sonra iddia müddəti tətbiq edilə bilərdi. Müqavilənin müddəti ## ######## 2024-cü ildə bitmiş və iş materiallarından görünür ki, iddiaçı müddəti ötürmədən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
43. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.7, 445.7, 448.1, 462.1, 462.5, 467, 739.1, 739.2 və 741-ci, MPMnin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmamış və ya bağlanmış hesab edilməyən qeyd olunan kredit müqaviləsi üzrə irəli sürdüyü iddia tələbi məhkəmə tərəfindən rədd edilməli idi. Lakin apellyasiya məhkəməsi mübahisəli qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmin normaların tələblərinə riayət etməmiş və işin faktiki halları ilə uzlaşmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflər arasında hər iki tərəfin imzaladığı kredit müqaviləsi mövcud olmadığından, iddiaçının təqdim etdiyi kredit müqaviləsi layihəsinə və onun ehtiva etdiyi şərtlərlə cavabdehin razılaşmasına dair hər hansı zəruri sübut (cavabehin həmin layihəni imzalaması, təsdiq etməsi) təqdim edə bilmədiyindən sözügedən pul məbləğinin hər hansı müqavilə və qanuni əsas olmadan verilməsindən söhbət gedə bilərdi ki, belə tələbin əsasını da əsassız varlanma təşkil edə bilərdi. Əsassız varlanma obyektni qaytarmaq hüququna malik İddiaçı ASC bu hüquqa malik olduğunu onun kassasından sözügedən pul vəsaiti heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh tərəfindən məxaric olunarkən həmin pul vəsaitindən məhrum olduğu andan etibarən bilirdi. Belə olan halda birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq iddia tələbinə Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən edilmiş iddia müddətini tətbiq etmiş, mübahisəli qətnamədə isə qanunsuz və əsassız olaraq birinci instansiya məhkəməsinin ədalətli qanuni mövqeyi ilə razılaşmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Mülki Məcəllə
47. Maddə Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
49. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
50. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
51. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
52. Maddə 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
53. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
54. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
55. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
56. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Mülki Prosessual Məcəllə
57. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
66. Cavabdeh Ağamvlı Elşən Neymət oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
67. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.