Məhkəmə qərarları › İş №2(1-8)-1575/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1575/2026

15.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1575/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı İvanovnanın cavabdeh “Olimp Hospital”a qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:

1. İddiaçı İddiaçı İvanovna məhkəmədə cavabdeh “Olimp Hospital” qarşı iddia qaldıraraq, cavabdehdən 2.656 manat, 3 il ərzində 2.600 manatın indeksləşdirilməsi qaydasında cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Səadət Səlimova və Akif İsgəndərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması ücün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti icraata qəbul edilərək, kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin Mülki kollegiyasında yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

7. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindənkassasiya şikayəti verilə bilər.

8. Maddə 408.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

9. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

10. İşdən görünür ki, iddiaçı cavabdehdən maddi zərərə görə 2.656 manat, 3 il ərzində 2.600 manatın indeksləşdirilməsi qaydasında pul tələb edir, ümumi məbləğ isə cəmi 3.332,11 manatdır.

11. Göründüyü kimi, iddiaçının cavabdehdən maddi zərərə görə tələb etdiyi məbləğ 3.332,11 manat təşkil edir, həmin məbləğ isə 5.000 manatdan azdır.

12. AR MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindənkassasiya şikayəti verilə bilər.

13. Hazırkı işdə iddiaçının iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi kassasiya şikayəti AR MPMnin 402.1-ci maddəsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

14. Bu isə həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə, kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında AR Ali Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ****/**** saylı qərardadının ləğv edilib, kassasiya şikayətinin kassasiya baxışından çıxarılması üçün əsasdır.

15. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən qətnamədən verdiyi kassasiya şikayətinin AR MPM-nin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan, həmin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verməyən kassasiya şikayətini ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Ona görə də kassasiya şikayəti baxışdan çıxarılaraq mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya məhkəməsi

Q ə r a r a aldı: İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İvanovnanın verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ləğv edilsin. İddiaçı İddiaçı İvanovnanın kassasiya şikayəti baxışdan çıxarılsın və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar