Məhkəmə qərarları › İş №2(1-8)-1591/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1591/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1591/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “kredit müqaviləsi üzrə pul və tutmanın ipoteka predmetinə yönəldilməsi”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il # #### tarixli *(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Cavabdeh (alıcı) ilə “xxxx” MTK (icraçı) arasında bağlanmış ##.##.2011-ci il tarixli ***/R nömrəli müqaviləyə əsasən, alıcı ünvan 1 ünvanında yerləşən binanın B blokunda 14-cü mərtəbəsində istifadədə olan 109 kv.m. ümumi sahəsindən ibarət 2 otaqlı ** saylı mənzilin dəyərini 87.200 manat müəyyən edilməklə ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh İddiaçı ASC-yə ünvanladığı ##.##.2011-ci il tarixli ərizəsində ona mənzil alınması üçün illik 10% hesablanmaqla 37.200 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir.

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə illik 10% hesablanmaqla 37.200 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə borcalana kredit ünvan 1 ünvanında yerləşən binanın B blokunda ** saylı mənzilin alınması məqsədilə, həmçinin yaşayış sahəsinin dəyərinin 43% hissəsini ipoteka krediti hesabına ödənilməsi üçün 37.200 manat məbləğində kredit ayrılmışdır.

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli ipoteka müqaviləsinə əsassən, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh ilə “Bank” arasında ##.##.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunda 14-cü mərtəbəsində istifadədə olan 109 kv.m. ümumi sahəsindən ibarət 2 otaqlı ** saylı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin 1.4-cü bəndinə görə mənzilin ümumi dəyəri 87.200 manat məbləğində qiymətləndirilmişdir.

5. İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubuna əsasən, Cavabdeh ##.##.2011-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə İddiaçı ASC-yə 30.768,72 manat əsas borcu, 25.802,10 manat faiz borcu olmaqla, cəmi 56.570,82 manat borcu yaranmışdır. Borcun 5 gün ərzində ödənilməsi, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir.

6. İddiaçı ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, ##.##.2011-ci il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə Cavabdeh ##.##.2025-ci il tarixə 30.768,72 manat əsas borc, 25.802,10 manat faiz borcu olmaqla, cəmi 56.570,82 manat məbləğində borcu vardır.

7. Ödəniş qəbzlərinə əsasən , Cavabdeh tərəfindən ##.##.2011-ci il tarixdən ##.##.2016-cı il tarixə kimi İddiaçı ASC-yə ödənişlər həyata keçirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

8. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, ##.##.2011-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə cəmi 56570,82 (əlli altı min beş yüz yetmiş manat, 82 qəpik) manat, bundan 30768,72 (otuz min yeddi yüz altmış səkkiz manat, 72 qəpik) manat əsas, 25802,10 (iyirmi beş min səkkiz yüz iki manat, 10 qəpik) manat faiz və 260 (iki yüz altmış) manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, məhəllə 1130, ev 2, B bloku, ** saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlak ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 37.200 (otuz yeddi min iki yüz) manat məbləğində kredit verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, məhəllə 1130, ev 2, B bloku, ** saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə cavabdeh arasında ##.##.2011-ci il tarixli 133/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə **-*/*-R-**-****/**** saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixə ##.##.2011-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə cəmi borcu 56570,82 (əlli altı min beş yüz yetmiş manat, 82 qəpik) manat təşkil edir. Bundan 30768,72 (otuz min yeddi yüz altmış səkkiz manat, 72 qəpik) manat əsas, 25802,10 (iyirmi beş min səkkiz yüz iki manat, 10 qəpik) manat faiz borcu təşkil edir.

10. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəməyə natamam sübutlar təqdim etməklə cavabdehdən ona verilməyən ağılasığmaz pul vəsaiti tələb edir. Bildirmişdir ki, iddiaçı yalnız kredit müqaviləsinə əsaslanaraq cavabdehə 37200 manat vəsaitin verilməsini sübut etmək istəyir. Lakin qeyd etmişdir ki, təqdim edilən müqavilə tərəflərin hüquq və vəzifələrini müəyyən etməklə iddiaçıya məhz müqavilədə yazılan 37200 manatın ona verilməsini öhdəliyi, cavabdehə isə həmin vəsaiti qaytarmaq öhdəliyi yaradır. Ilk əvvəl iddiaçı Bank müqavilə üzrə öhdəliyi yəni pul vəsaiti cavabdehə verməlidir ki, cavabdeh də öz növbəsində həmin ona düşən öhdəliyi yəni vəsaiti geri qaytarsın. Hazırkı mübahisədə iddiaçı Bank 37200 manatın cavabdeh Cavabdeh verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Təbii ki, həmin sənəd ümumiyyətlə olmadığından müxtəlif bəhanələrlə, yəni arxivin məhv edilməsi bəhanəsi ilə məxaric orderini məhkəməyə təqdim etməkdən yayınır. Arxiv sənədlərin yandırılması və ya məhv edilməsi qaydalarına da əsaslansaq həmin sənədlər məhv edilərkən onların hər birinin adı, nömrəsi və tarixi qeyd edilməlidir. Halbuki, Bank qaydalarına əsasən aktiv kredit üzrə Bank sənədləri məhv edilə bilməz. Bu sənədi də məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının cavabdehə 37200 manat vəsaiti verməsi öz təsdiqi tapmır. Iddiaçının müqavilənin olması ilə və müqavilədə qeyd edilən məbləğin cavabdehə verilməsi mövqeyinə münasibətdə kreditlərin verilməsi qaydalarına və MM-nin tələblərinə ziddir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddədən də göründüyü kimi iddiaçı pul vəsaitini cavabdehə verməli idi ki, o da öz növbəsində şərtləşdirilmiş şəkildə onu iddiaçıya qaytarsın. Digər tərəfdən hesab edilsə də, cavabdeh Banka ödəniş edir və qeyd edir ki, ödəmiş, lakin buna dair qəbzləri məhkəməyə və iddiaçıya təqdim edə bilmir. Ümumiyyətlə kredit borcu tələbinə dair işlərə baxarkən məhkəmələrin borcludan ilkin tələb etdiyi sənəd ödəniş qəbzi- Banka mədaxil orderidir. Bu sənəd olmadığı halda məhkəmələr borclunun ödəniş etmədiyinə əsaslanaraq onun tələblərini qəbul etmirlər. Məhz bu səbəbdən bu tip işlərdə Bankın borcluya pul vəsaitini verməsi barədə məxaric orderini birmənalı məhkəməyə təqdim etməlidir. Etmədiyi halda bankın pulu verməsini məhkəmənin qəbul etməsi iddiaçı Banka üstünlük hüququ verməklə məhkəmənin ədalət muhakiməsi prinsipini pozur. Belə nəticəyə gəlinir ki, iddiaçı Bank ilk növbədə cavabdehə 37200 manatı verilməsini təsdiq etməlidir ki, cavabdeh də öz növbəsində həmin vəsaiti almasını qəbul edib onu kreditora qaytarsın. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, ödəniş qrafiki kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Ödəniş qrafiki tərəflərin hər ikisinin imzaları ilə təsdiq edilməli olduğu halda, Iddiaçı tərəfindən təqdim edilən ödəniş qrafikində ümumiyytlə heç bir imza və təsdiq mövcud deyildir. Ən azından bu ödəniş qrafiki cavabdehə təqdim edilsəydi həmin vaxtı aldadıldığını cavabdeh anlayardı. Ali Məhkəmənin analoji işlə bağlı qərarından da göründüyü kimi iddiaçı məhz xxxxla bağlı olan işdə eynilə məxaric orderinin olmamasına əsaslanaraq iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bankın təqdim etdiyi müqavilə hüquq və vəzifələrin yaranmasına və tərəflərin nələr edəcəklərinə dair ilkin razılaşması yaranmasına yönəldildiyindən, həmçinin maliyyə arayışı və hesabdan çıxarış birtərəfli sənəd olduğundan məhkəmələr həmin sənədlərə əsaslanıb iddianı təmin edə bilməzlər. Iddiaçı Bankın məhz müştərini-borclunu aldatması ilə bağlı işləri məhkəmələrdə kifayət qədərdir. Hamısı da eyni məzmundə məxaric orderinin olmamasıdır. Cavabdeh ümumiyyətlə qeyd edir ki, bu müqavilədəki imza da ona məxsus deyil, sadəcə ekspertiza Bankın mövqeyindən çıxış edərək guya imzanın ona məxsus olmasını qeyd etmişdir. Halbu ki, təqdim edilən imza nümunələrinə və ən əsası yazılara diqqət yetirilsə görünər ki, yazılar tamamilə fərqlidir. Bu səbəbdən xəttşünaslıq ekspertizasının rəyini ümumiyyətlə qəbul etmirlər. Qeyd etmişdir ki, cavabdeh ümumiyyətlə Bankda olmamış və bu münasibətləri xxxxın sədri Nadir Ismaylovla şəxsən onun öz ofisində qurmuşdur. Yəni cavabdeh əmlakın Bankla kredit olacağından xəbərsiz olmuşdur. Yəni bunun daxili kreditlə olmasına əsaslanaraq qeyd edir ki, rəsmi kreditin olmasından bixəbər olmuşdur. Ancaq hər bir halda özünün də etiraf etdiyi 17200 manat pul vəsaitinin hissəvi aylıq 400 manat olmaqla ödənilməsinə dair razılaşması olduğunu qəbul edir və həmin borcu da faizləri ilə birlikdə qaytarmışdır. Hazırkı vəziyyətdə müqavilənin etibarlı və ya etibarsız olması əhəmiyyət kəsb eləmir. Hazırda mübahisə iddiaçının guya cavabdehə 37200 manat pul vəsaiti verməsi və cavabdehin bunu qismən 17200 manat verildiyini qəbul etməsidir. Lakin iddiaçı Bankın məhz 37200 manatı cavabdehə verməsini təsdiq edən məxaric orderini təqdim edə bilməməsidir. Digər tərəfdən cavabdeh 2016-cı ilin son aylarında borcu bitdikdən sonra ödənişləri dayandırmışdır. Həmin tarixədək hər ay stabil 400 manat ödənişi gecikdirmədən etmişdir. Sual yaranır ki, bank borc qalığı var idisə niyə 2016-ci ildən iddia verilən vaxtadək cavabdehə məlumat verməmiş və stabil hər ay günbəgün ödəniş edən müştəriyə birdən ödənişi niyə kəsdiyini və borcunu niyə ödəmədiyini bildirməmişdir. Buna səbəb isə Nadir Ismaylovun o vaxtlar həbs olunmaması idi. Yəni pul vəsaiti özü yazmış və özünə götürməklə bu kimi milyonlarla kredit maxinasiyası edilmişdir ki, Cavabdeh da bu qurbanlardan biridir. Bütün işlərdə də eyni mübahisədir ki, borcluya faktiki verilmiş kredit yazılan kreditdən qat-qat azdır. Məlumat üçün qeyd etmişdir ki, Nadir Ismayılov 2020-ci ilin sonlarında həbs edilmişdir. Həmin vaxtadək bu tip işlərin hamısı özü nizamlayaraq problem yaratmamaq üçün müştəriləri məhkəməyə vermirdi. Yekun olaraq məhkəmə araşdırması zamanı iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında olan kredit müqaviləsi üzrə 37200 manat pulun məxaric edilməsi və cavabdeh Cavabdeh təqdim edilməsi sübuta yetirilmir, bu barədə bank tərəfindən müvafiq kassa əməliyyatlarına dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmçinin son 2016-cı noyabr ayından sonra iddia verilən tarixədək təxmini 8 il ötməsi və cavabdehə qarşı hər hansı tələbin edilməməsi iddianın məhz kreditin 37200 manat olmasına şübhələr yaradır. Əgər borc var idisə və 2016-cı ilin noyabrından kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmişsə ötən 8 il ərzində öhdəliyin pozulması əsası ilə bank tərəfindən məhkəməyə müvafiq iddia ərizəsi ilə iddia qaldırılmaması da anlaşılan deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübə müəyyən edən müvafiq 3 ulduzlu qərarına əsasən analoji işlər üzrə bank tərəfi iddiaçı qismində iddia tələbini sübuta yetirməli, müvafiq kredit müqaviləsi üzrə kredit vəsaitinin borcluya təqdim edilməsi barədə əsaslı sübutlar təqdim etməlidir. Iddiaçı bank tərəfindən təqdim edilmiş borcun məbləği barədə maliyyə arayışı bilavasitə bankın özü tərəfindən tərtib edildiyindən həmin sübut iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Bununla bağlı sübutetmə yükü iddiaçı bankın üzərinə düşür. Iddiaçı tərəf isə üzərinə düşən sübutetmə yükünü təmin edə bilmir, formal mülahizələrə əsasən iddia tələbini müdafiə edir, kredit vəsaitini cavabdehə faktiki olaraq təqdim etməsini sübuta yetirə bilmir. Iddiaçı bankın nümayəndəsi arqument olaraq bildirir ki, sözügedən kredit müqaviləsi üzrə bütün sənədlər məhv edilmiş, müvafiq məxaric qəbzləri arxivdə saxlanılmamışdır. Sözügedən arqumentə münasibətdə qanunvericilik qeyd edir ki, yalnız icra edilmiş öhdəliklər üzrə sənədləri 5 ildən sonra məhv edilməsi yolveriləndir. Icra edilməmiş öhdəlik üzrə sənədlərin məhv edilməsi Mərkəzi Bankın müvafiq qaydalarına ziddir. Həmçinin iddia tələbinin ipoteka predtmeti kimi göstərilən mənzilə yönəldilməsi hissəsində də ipoteka müqaviləsi etibarsız əqd olduğundan həmin hissədə də iddianın rədd edilməsini xahiş edirlər. Yekun olaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 5052ci vərəqlərində olan ## ####### 2011-ci il tarixli kredit müqaviləsinin 1-ci və 2-ci vərəqələrinin sağ küncündəki imzalar, 3-cü vərəqəsində “kreditor Cavabdeh” qrafasındakı imza, i/v 53-55də olan ## ####### 2011-ci il tarixli, ***/R nömrəli müqavilənin 1ci və 2-ci vərəqlərinin sağ küncündəki imzalar, 3-cü vərəqəsində “Alıcı Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ## ####### 2011-ci il tarixli ** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 58.253,79 manat məbləğində müəyyən edilir. O cümlədən: ##.##.2025ci il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə - 31.268,37 manat, faiz borcu üzrə 26.985,42 manat. Bildirilir ki, ekspertiza təyini haqqında qərarda eskpert qarşısında qoyulan ikinci sualda göstərildiyi üzrə iddiaçı ASC ilə cavabdehə arasında bağlanmış ##.##.2011-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 17.200,00 manat məbləğində kreditin verildiyi nəzərə alındığı təqdirdə cavabdehin iddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: ##.##.2025-ci il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə - 0,00 manat, artıq ödəniş – 583,82 manat. Qeyd edilir ki, iş materiallarında bağlanmış ## ####### 2011-ci il tarixli ** saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

13. Iddiaçının nümayəndəsi nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyi ilə tanışdır və qismən qəbul edir. Ona verilən suallara cavab olaraq bildirdi ki, 17200 manat məbləğində kredit götürülməsini ağlabatan hesab etmirlər. Xəttşünaslıq ekspertizasının rəyinə əsasən də müəyyən edilib ki, müqaviləni cavabdeh imzalamışdır. Əmanətlərin Sığortalanması Fondunun tabeliyində olduğu üçün kassa məxaric orderinin şəxsə verilib-verilməməsi barədə məlumatı yoxdur. Üzərlərinə düşən öhdəliyi yerinə yetirmişlər. Bununla bağlı sənədləri, hesabdan çıxarışı məhkəməyə təqdim etmişlər. Arxivə sorğu vermişlər, lakin kassa məxaric orderinin mövcud olmadığı müəyyən edildi. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi.

14. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, etirazda ətraflı və əsaslı iddianın rədd edilməsi üçün bütün zəruri hallar qeyd edilmişdir. Əlavə olaraq məhkəməyə məhz məxaric orderi, hesabdan çıxarış və cavabdehin qəbul etdiyi məbləğlə bağlı əsasları diqqətə çatdırır. Ilk əvvəl qeyd etmişdir ki, cavabdeh etiraf edir ki, 17200 manat ona kredit verilmiş və onu tam aybaay qaytarmışdır. Ekspert qarşısında qoyulan suala cavabdan da görünür ki, cavabdeh tam dəqiqliklə 17200 manat kreditə görə ödənişi tamamlamışdır. Verilmiş rəydə 583 manat artıq ödəmənin olması da Bankın bəzi aylarda gün gecikməsi olduğundan əlavə faiz hesablayaraq cavabdehdən alınaraq silməsi ilə əlaqədardır. Əslində müəyyən aylarda gecikmələr olmuş və Bank ona silmişdir. Hazırkı cədvəldə gecikmə görsənmədiyindən artıq ödəmənin ondan yaranması ilə əlaqədar olduğu müəyyənləşdirilir. Hazırkı mübahisədə iddiaçı Bank 37200 manatın cavabdehə verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Təbii ki, həmin sənəd ümumiyyətlə olmadığından müxtəlif bəhanələrlə, yəni arxivin məhv edilməsi bəhanəsi ilə məxaric orderini məhkəməyə təqdim etməkdən yayınır. Arxiv sənədlərin yandırılması və ya məhv edilməsi qaydalarına da əsaslansaq həmin sənədlər məhv edilərkən onların hər birinin adı, nömrəsi və tarixi qeyd edilməlidir. Halbu ki, Bank qaydalarına əsasən aktiv kredit üzrə Bank sənədləri məhv edilə bilməz. Bu sənədi də məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının cavabdehə 37200 manat vəsaiti verməsi öz təsdiqi tapmır. Iddiaçının müqavilənin olması ilə və müqavilədə qeyd edilən məbləğin cavabdehə verilməsi mövqeyinə münasibətdə kreditlərin verilməsi qaydalarına və MM-nin tələblərinə ziddir. Vəsaitin məxaric edilməsi əməliyyatının aparılması üçün həmin vaxt qüvvədəolan normativ aktlara əsasən tələb olunan sənədlər, icazə sənədləri, ödəniş tapşırıqları və digər sərəncam sənədləri, nağd pulun məxaricinə dair pul çeki və Kassa məxaric orderi məhv edildiyi güman edilsə belə, yenə də bu barədə müvafiq sübutedici sənədlər cavabdeh tərəfindən təqdim olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının ## #### 2013-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”-ın 7.1-ci və 7.3-cü bəndlərinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhviltəslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Yəni göründüyü kimi səndələrin məhv edilməsi üçün Banklar haqqında olan normativ hüquqi aktlar xüsusi prosedur müəyyən etmişdir. Hazırkı işdə iddiaçının sənədlərin məhv edildiyi barədə arqumeti qanunvericiliyə əsaslanmadığından əsaslı deyil. Həmin sənədlər Bankdadır və ordakı imzalar saxtalaşdırıldığından və belə halların çox olması səbəbindən onlar məhkəmələrə təqdim edilmir. Məhkəmənin diqqətinə çatdırır ki, ödəniş qrafiki kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Ödəniş qrafiki tərəflərin hər ikisinin imzaları ilə təsdiq edilməli olduğu halda, iddiaçı tərəfindən təqdim edilən ödəniş qrafikində ümumiyyətlə heç bir imza və təsdiq mövcud deyildir. Ən azından bu ödəniş qrafiki cavabdehə təqdim edilsəydi həmin vaxtı aldadıldığını cavabdeh anlayardı. Ali Məhkəmənin analoji işlə bağlı qərarından da göründüyü kimi iddiaçı məhz xxxxla bağlı olan işdə eynilə məxaric orderinin olmamasına əsaslanaraq iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bankın təqdim etdiyi müqavilə hüquq və vəzifələrin yaranmasına və tərəflərin nələr edəcəklərinə dair ilkin razılaşması yaranmasına yönəldildiyindən, həmçinin maliyyə arayışı və hesabdan çıxarış birtərəfli sənəd olduğundan məhkəmələr həmin sənədlərə əsaslanıb iddianı təmin edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübə müəyyən edən müvafiq 3 ulduzlu qərarına əsasən analoji işlər üzrə bank tərəfi iddiaçı qismində iddia tələbini sübuta yetirməli, müvafiq kredit müqaviləsi üzrə kredit vəsaitinin borcluya təqdim edilməsi barədə əsaslı sübutlar təqdim etməlidir. Iddiaçı bank tərəfindən təqdim edilmiş borcun məbləği barədə maliyyə arayışı bilavasitə bankın özü tərəfindən tərtib edildiyindən həmin sübut iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Bununla bağlı sübutetmə yükü iddiaçı bankın üzərinə düşür. Iddiaçı tərəf isə üzərinə düşən sübutetmə yükünü təmin edə bilmir, formal mülahizələrə əsasən iddia tələbini müdafiə edir, kredit vəsaitini cavabdehə faktiki olaraq təqdim etməsini sübuta yetirə bilmir. Iddiaçı bankın nümayəndəsi arqument olaraq bildirir ki, sözügedən kredit müqaviləsi üzrə bütün sənədlər məhv edilmiş, müvafiq məxaric qəbzləri arxivdə saxlanılmamışdır. Sözügedən arqumentə münasibətdə qanunvericilik qeyd edir ki, yalnız icra edilmiş öhdəliklər üzrə sənədləri 5 ildən sonra xüsusi qayda ilə məhv edilməsi yolveriləndir. Icra edilməmiş öhdəlik üzrə sənədlərin məhv edilməsi heç də ağlabatan deyil. Həmçinin iddia tələbinin ipoteka predmeti kimi göstərilən mənzilə yönəldilməsi hissəsində də ipoteka müqaviləsi etibarsız əqd olduğundan əsassızdır. Ipoteka müqaviləsində ipoteka qoyan kimi Quliyeva Simuzərin adı gedir. Nadir Ismayılov həbs edildikdən sonra cavabdeh arayış ala bilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş edir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia ərizəsi təmin edilməmişdir.

16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı ləğv prosesində olan iddiaçı ASC tərəfindən iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə 37.200 manat pulun məxaric edilməsi və cavabdehə təqdim edilməsi sübuta yetirilmir, bu barədə bank tərəfindən müvafiq kassa əməliyyatlarına dair sənədlər məhkəməyə təqdim edilməmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübə müəyyən edən müvafiq 3 ulduzlu qərarına əsasən analoji işlər üzrə bank tərəfi iddiaçı qismində iddia tələbini sübuta yetirməli, müvafiq kredit müqaviləsi üzrə kredit vəsaitinin borcluya təqdim edilməsi barədə əsaslı sübutlar təqdim etməlidir. Iddiaçı bank tərəfindən təqdim edilmiş borcun məbləği barədə maliyyə arayışı bilavasitə bankın özü tərəfindən tərtib edildiyindən həmin sübut iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Bununla bağlı sübutetmə yükü iddiaçı bankın üzərinə düşür. Iddiaçı tərəf isə üzərinə düşən sübutetmə yükünü təmin edə bilmir, formal mülahizələrə əsasən iddia tələbini müdafiə edir, kredit vəsaitini cavabdehə faktiki olaraq təqdim etməsini sübuta yetirə bilmir. Iddiaçı bankın nümayəndəsi arqument olaraq bildirir ki, sözügedən kredit müqaviləsi üzrə bütün sənədlər məhv edilmiş, müvafiq məxaric qəbzləri arxivdə saxlanılmamışdır. Sözügedən arqumentə münasibətdə məhkəmə bildirir ki, yalnız icra edilmiş öhdəliklər üzrə sənədləri 5 ildən sonra məhv edilməsi yolveriləndir. Icra edilməmiş öhdəlik üzrə sənədlərin məhv edilməsi Mərkəzi Bankın müvafiq qaydalarına ziddir.

18. Iddiaçı Bank bildirir ki, ##.##.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 37.200 manat kredit vermişdir. Cavabdeh isə kredit məbləğin 17.200 manatın ödədiyini bildirir. Belə olan halda, ##.##.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 37.200 manatın verilməsini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Çünki kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur.

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə pulu cavabdehə təhvil verməsini təsdiq edə biləcək “Kassa məxaric orderi” ilə bağlı arxivə sorğu vermiş, lakin mövcud olmadığı aşkar olunmuşdur.

20. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Bankın idarə Heyəti sədrinin müavini - Mərkəzi Komissiyanın sədri ilə ##.##.2001-ci il tarixdə razılaşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Baş Arxiv Idarəsi tərəfindən ##.##.2001-ci il tarixdə təsdiqlənmiş “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 2.5-ci maddəsinə görə, iş və sənədlərin saxlanma müddəti onların kargüzarlıq müddəti qurtardığı ildən sonrakı il yanvarın 1-dən hesablanır. Məsələn, 2000-ci ildə kargüzarlıq müddəti qurtarmış işlərin saxlanma müddəti 2001-ci il ######ın #-dən hesablanır. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlərin saxlama müddəti müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra hesablanır.

21. Həmin Təlimata edilmiş “Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə siyahı” adlı * saylı əlavənin 42-ci bəndinin tələbinin mənasına görə, kreditlərin verilməsi üzrə sənədlər - kredit müqavilələri, ödəniş sənədləri, müqavilənin yerinə yetirilməsini təsdiq edən sənədlər və s. kredit ödənildikdən və ya balansdan silindikdən 5 il keçdikdən sonra məhv oluna bilərlər.

22. Qeyd edilən bu Təlimatın və Təlimata edilmiş * saylı əlavənin tələbindən Bankın mövqeyinə (yəni ##.##.2011-ci il tarixli “Kredit müqaviləsi” üzrə kredit borcun ödənilməməsinə) yanaşdıqda müəyyən edilir ki, yuxarıda qeyd edilən “Kassa məxaric orderləri” məhv oluna bilməzdir.

23. Məhkəmə qeyd etmişdir ki, əgər həmin sənədlər - sübutlar məhv olunubsa, bunun məsuliyyətini iddiaçı tərəf özü daşıyır.

24. Göründüyü kimi, iddiaçı Bank, “Kredit müqaviləsi” üzrə pulu cavabdehə təhvil verməsini təsdiq edə biləcək sübutları - müvafiq kassa orderini məhkəmələrə təqdim edə bilmir. Başqa sözlə, cavabdehin Bankdan kredit alması və bununla da onun Bank qarşısında kreditin qaytarılması ilə bağlı öhdəliyinin yaranması təsdiq olunmur.

25. Məhkəmə iddia tələblərinin ikinci (tutmanın ipoteka predmetinə yönəldilməsi) hissəsi ilə bağlı qeyd etmişdir ki, materiallarda olan iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir.

26. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır.

27. Iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 226 manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.3, 307.6, 307.7, 337.1, 351.1, 739, 741-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Baş Arxiv Idarəsi tərəfindən ##.##.2001-ci il tarixdə təsdiqlənmiş “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 2.5-ci maddəsinə, Təlimata edilmiş “Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə siyahı” adlı * saylı əlavənin 42-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

29. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnamədə göstərir ki, “Iddiaçı tərəf isə üzərinə düşən sübutetmə yükünü təmin edə bilmir, formal mülahizələrə əsasən iddia tələbini müdafiə edir, kredit vəsaitini cavabdehə faktiki olaraq təqdim etməsini sübuta yetirə bilmir.” Qeyd edilir ki, kredit borcunu təsdiq edən iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli *** saylı kredit müqaviləsi, ##.##.2011-ci il tarixli ***/* saylı ipoteka müqaviləsi və digər kredit sənədləri iddia ərizəsinə qoşma edilərək göndərilmişdir. Eyni zamanda kredit borcunu təsdiq edən digər sənəd olan cavabdehə aid ödənişləri əhatə edən cavabdehin bankda olan 08121 21000 03249 ***** nömrəli hesab üzrə hesabdan çıxarış tərəfindən məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinə qoşma edilən çıxarışdan görünür ki, bankın kassasında ##.##.2011-ci il tarixdə günün əvvəlində 176.417,08 manat məbləğ olmuş və məxaric mədaxillərdən sonra günün sonuna 911.188,71 manat qalmışdır və həmin çıxarışın dördüncü səhifəsində 08121 21000 03249 ***** nömrəli hesab üçün “Elxan” adına 37.200 manat kassadan məxaric edilmişdir. Məhkəməyə ödəniş qəbzləri təqdim edilmiş və təqdim olunan ödəniş qəbzlərindən göründüyü kimi bütün ödənişlərin təyinatı: ssuda və faizin ödənilməsi kimi qeyd edilmişdir və 08121 21000 03249 ***** nömrəli hesab vasitəsilə həyata keçirilmişdir. Bütün ödənişlər Cavabdeh bankdan aldığı kredit üzrə əsas və faiz borcları üzrə silinmişdir. Cavabdeh Cavabdeh bank tərəfindən ##.##.2011-ci il tarixdə 37.200 manat dəyərində kredit verilmişdir və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər də yuxarıda qeyd etdiyi kimi cavabdeh tərəfindən banka kredit borcu üzrə ödənilmişdir. Təqdim edilən ödəniş qəbzlərində ödənişlərin təyinatı açıq – aşkar qeyd olnmuşdur. Həmin mədaxil qəbzlərində göstərilən məlumatların hesabdan çıxarışda öz əksini tapması da hesabdan çıxarışın düzgünlüyünü və mötəbərliyini təsdiq edir. Belə ki, məhkəməyə təqdim edilən qəbzlərin ödənişin təyinatından da göründüyü kimi ödəniş ssuda və faizin ödənilməsi üçün həyata keçirilmişdir. Cavabdeh Cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi borcun etirafıdır, cavabdeh tərəfindən kredit götürülmüşdür ki, ödənişlər də həyata keçirilmişdir. Hesab edilir ki, Cavabdeh tərəfindən edilən ödənişlər borcun etirafıdır. Proses zamanı cavabdeh etiraf etmişdir ki, 20.000 manat təmir üçün, 17.200 manat isə ev üçün bankdan borc kimi ayrılmışdır. Bütün sənədlər kredit məbləğinin 37.200 manat olduğunu göstərdiyi halda, sadəcə cavabdeh tərəfindən 17200 manat məbləğində kredit aldığı bildirilir və məhkəmə tərəfindən kassa məxaric orderinin olmaması, bank tərəfindən kreditin verilməsinin sübut edilməməsi səbəbindən iddia tələbinin rədd edilməsi əsassızdır. ##.##.2025-ci il tarixli */*** saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyində ##.##.2011-ci il tarixli *** saylı kredit müqaviləsində cavabdehin imzasıdır. Eyni zamanda ##.##.2025-ci il tarixli */**** saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müəyyən edilən 31.268, 37 manat əsas və 26.985,42 manat faiz məbləğləri iddia tələbi ilə eynilik təşkil edir. Belə ki, ekspert rəylərindən də görünür ki, 37.200 manat məbləğində olan kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanıb və hazırda banka borcu mövcuddur, rəylər sübut kimi qəbul edilməlidir. Iddiaçı tərəfindən öz tələblərini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan və Azərbaycan Kredit Bürosundan çıxarışlarda da 08121 21000 03249 ***** nömrəli hesab üzrə görə bilərik ki, ##.##.2011-ci il tarixdə 37.200 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, oxşar işlər üzrə bankdan ayrılmış vəsait hesabına əmlakın alınması məqsədilə müştəri ilə bağlanmış müqavilələr üzrə iddia tələblərinin təmin edildiyi məhkəmə qərarları mövcuddur. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı iş üzrə *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarına əsasən, iddia tələbi təmin edilmiş və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa iddiaçı İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X3 qarşı Bakı Şəhəri Səbail Rayon Məhkəməsi e-*(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməyə əsasən də iddia tələbi təmin edilmişdir (qətnamələr qoşmada təqdim olunur). Məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, yuxarıda qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qanuni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək, iddiaya qarşı verilmiş etirazın mətninə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla həmçinin məhkəmə təcrübəsi ilə bağlı göndərilən qərarların heç birinin ümumiyyətlə bu işlə eyni hallarla bağlılığı olmadığından təmin edilməməlidir. Təqdim edilən qətnamələrdən Məmmədov Namiqin işində kassa sənədlərinin mövcudluğu və cavabdehin iddiaçının tələb etdiyi krediti götürdüyü işin mübahisəsiz halıdır. Həmin iş üzrə mübahisəli məsələ kreditin bağlanması barədə maliyyə arayışının olmasıdır ki, onun da necə əldə olunması sübuta yetrilmədiyindən və cavabd şəxsən məhkəmə iclasında iştirak edib maliyyə arayışına əsasən borcun olmamasını sübut edən mədaxil orderini təqdim etmədiyindən iddia təmin edilmişdir. Həmin iş üzrə bu işdən fərqli olaraq məhkəmə cavabdehə məhz borcun ödənilməsi barədə kassa mədaxil orderinin-qəbzinin təqdim edilməsini tələb etmişdir. Cavabdeh isə təqdim edə bilmədiyindən iddia təmin edilmişdir. Iddiaçı bu qətnaməni yükləməklə özü də sübut edir ki, kassa mədaxil və kassa məxaric orderi əsas kassa sənədləri olmaqla kreditin verilməsini sübut edən yeganə sənəddir. Məhz burda olduğu kimi kassa mədaxil orderi olmadığından iddia təmin olunduğu kimi, hazırkı işdədə kassa məxaric orderi olmadığından iddia təmin edilə bilməz. Digər qətnamə isə iddia müddəti ilə bağlıdır ki, onun bu işlə heç bir analogiyası yoxdur. Iddiaçı apellyasiya şikayətində rayon məhkəməsində olanlarda və araşdırılıb qiymət verilənlərdən əlavə heç bir yeni sübut və ya əsaslanma təqdim etməmişdir. Yasamal Rayon Məhkəməsində vahid məhkəmə təcrübəsi ilə bağlı Ali Məhkəmənin qərarlarını əsasən də 3 ulduzlu ##.##.2023-cü il tarixli *-*(***)***/**** saylı qərarını məhkəməyə təqdim etmişdir və həmin qərarlar məhz məxaric orderi ilə bağlı işlərdi ki, həmin iddialarda təmin edilməmişdir. Hazırkı mübahisədə iddiaçı Bank 37200 manatın cavabdehə verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Vəsaitin məxaric edilməsi əməliyyatının aparılması üçün həmin vaxt qüvvədə olan normativ aktlara əsasən tələb olunan sənədlər, icazə sənədləri, ödəniş tapşırıqları və digər sərəncam sənədləri, nağd pulun məxaricinə dair pul çeki və Kassa məxaric orderi məhv edildiyi güman edilsə belə, yenə də bu barədə müvafiq sübutedici sənədlər cavabdeh tərəfindən təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının ## #### 2013-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”-a görə sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Yəni göründüyü kimi sənədlərin məhv edilməsi üçün Banklar haqqında olan normativ hüquqi aktlar xüsusi prosedur müəyyən etmişdir. Hazırkı işdə iddiaçının sənədlərin məhv edildiyi barədə arqumeti qanunvericiliyə əsaslanmadığından əsaslı deyil. Həmin sənədlər Bankdadır və ordakı imzalar saxtalaşdırıldığından və belə halların çox olması səbəbindən onlar məhkəmələrə təqdim edilmir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər- M.Ə. Rüstəmli (sədrlik edən və məruzəçi), F.H. Qasımov, G.T. Axundova) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən - kredit müqaviləsi üzrə borcun tutulması tələbinə aid iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli *** nömrəli kredit müqaviləsi üzrə 30.768,72 manat məbləğində əsas, 25.802,10 manat məbləğində faiz borcu olmaqla, cəmi 56.570,82 manat məbləğində borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 260 manat dövlət rüsumunun 130 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 130 manat dövlət rüsumunun 65 manatının cavabdeh Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 226 manat məbləğində vəsaitin 113 manatının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 113 manatının isə cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

38. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini belə əsaslandırmışdır ki, işdən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2011-ci il tarixdə kredit müqaviləsi bağlanmış, sonuncuya 37.200 manat məbləğində kredit ayrılmışdır.

39. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, kredit müqaviləsi üzrə pulun cavabdehə təhvil verməsini təsdiq edən məxaric sənədi məhkəməyə təqdim edilmədiyindən, cavabdehin Bankdan kredit alması və bununla da onun Bank qarşısında kreditin qaytarılması ilə bağlı öhdəliyinin yaranması təsdiq olunmur.

40. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, ilk növbədə işdən müəyyən olunur ki, cavabdeh Cavabdeh özü İddiaçı ASC-yə ##.##.2011-ci il tarixli ərizə ilə müraciət edərək ona mənzil alınması üçün illik 10% hesablanmaqla 37.200 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir.

41. Tərəflər arasında ##.##.2011-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilədə kreditin mənzilin alınması məqsədilə, həmçinin yaşayış sahəsinin dəyərinin (87.200 manat) 43% hissəsini ipoteka krediti hesabına ödənilməsi üçün verildiyi göstərilmişdir.

42. Müqavilənin cavabdeh tərəfindən imzalandığı ekspert rəyi ilə təsdiqini tapmışdır.

43. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh bildirmişdir ki, “xxxx” MTK-dan təmirli ev almaq istəmiş, ilkin ödəniş kimi 20.000 manat ödəmiş, 50.000 manat da əlavə olaraq kassaya ödəniş etmişdir. Ona bildirmişlər ki, yerdə qalan 17.200 manatı isə iki il ərzində 365 azn-dən ödəməlidir. Arayış tələb edəndə ona bildirmişlər ki, bank bağlanıb və fonda göndərilib. Kredit müqaviləsindən xəbəri yoxdur. Sadəcə ödədiyi məbləğlə bağlı qəbzləri var. Ödənişləri Bankda MTK-nın öz hesabına ödəmişdir.

44. Halbuki, işdə olan kredit müqaviləsinin ödəmə cədvəlində aylıq ödəniş məbləği 399,75 manat göstərilmiş, cavabdeh həmin cədvələ uyğun 400 manat məbləğində hər ay ödənişlər etmiş və ödənişlər iki il ərzində deyil, ##.##.2011-ci il tarixindən başlayaraq ##.##.2016-cı il tarixə kimi həyata keçirilmişdir.

45. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən ödənişlərin dayandırılması İddiaçı ASC-nin məcburi ləğv edildiyi dövrə təsadüf edir.

46. O da nəzərə alınmalıdır ki, cavabdeh bildirdiyi kimi 17.200 manat kredit borcu üzrə ödənişlər etmişdirsə, ekspert rəyi ilə onun tərəfindən banka əlavə olaraq 583,82 manat ödənildiyi müəyyən edilir. Halbuki, öhdəlikdən kənar cavabdeh tərəfindən bu məbləğdə əlavə ödənişin edilməsi ağlabatan görünmür.

47. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh mənzil almaq məqsədilə ##.##.2011-ci il tarixdə MTK ilə müqavilə bağlamış, 50.000 manat məbləğində MTK-ya ödəniş etmiş, qalan 37.200 manat məbləğin ödənilməsi üçün həmin tarixdə ərizə ilə banka müraciət etmiş, bir gün sonra onunla İddiaçı ASC arasında bağlanmış ##.##.2011-ci il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəlik ödəniş cədvəlinə uyğun bir neçə il həyata keçirilmiş, bank ləğv edildikdən sonra müqavilə üzrə ödənişləri dayandırmışdır.

48. Göründüyü kimi, iş materialları ilə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətlərin yaranması, cavabdehin isə öhdəliklərini qismən icra etməsi sübut olunur. Arxivdə saxlanılmadığından iddiaçı tərəfindən məxaric orderinin məhkəməyə təqdim edilməməsi özlüyündə cavabdehin öhdəliklərinin icrasız qalmasına zəmin yarada bilməz.

49. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən sözügedən kredit müqaviləsi üzrə borcalanın ##.##.2025-ci il tarixə (pretenziyada göstərilən tarixə) banka olan borcunun ümumilikdə 58.253,79 manat məbləğində (əsas borc üzrə 31.268,37 manat, faiz borcu üzrə 26.985,42 manat) olması müəyyən edilmişdir.

50. Kollegiyası qeyd etmişdir ki, təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.

51. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən - kredit müqaviləsi üzrə borcun tutulması tələbinə aid iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, cavabdehdən 30.768,72 manat əsas, 25.802,10 manat faiz borcu olmaqla, cəmi 56.570,82 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

52. Məhkəmə kollegiyası iddiaçının digər tələbləri (tutmanın ipoteka predmetinə yönəldilməsi və s.) ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, bu tələblər təmin edilə bilməz. Belə ki, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənmədiyindən etibarsız olmuş, hər hansı hüquqi nəticə yaratmamışdır

53. Məhkəmə öz mövqeyini Azərbayan Respublikasının Mülki Məcəlləsinin 307.6, 307.7, 309.1, 337.1, 337.4, 385.1, 386.1, 405.1, 442, 443.1, 448.1, 448.2, 739.1-ci(mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş redaksiyada) maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88. 119.1, 119.5, 119.6, 217.2, 217.3, 217.4, 218.3, 384.0.2 və 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

51.

52. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kredit müqaviləsindəki imzanın cavabdeh tərəfindən icra edildiyini əsas götürərək, kredit münasibətinin və 37.200 manat borcun mövcudluğunu qəbul etmişdir. Lakin imza yalnız müqavilənin formal bağlanmasına dair sübut ola bilər. Müqavilə predmeti olan pulun faktiki verilməsi ayrıca sübut edilməlidir. Bankların kredit əməliyyatlarında pulun verilməsi kassa məxaric orderi, bank hesabı üzrə köçürmə sənədi, mühasibat registrləri və ya digər ilkin maliyyə sənədləri ilə təsdiqlənməlidir. Hazırkı işdə iddiaçı belə sənədi təqdim etməmişdir. Ödənişlərin aparılması 37.200 manat məbləğində kreditin verilməsini təsdiq etmir. Apellyasiya məhkəməsi ##.##.2011-ci ildən ##.##.2016-cı ilədək ödənişlərin həyata keçirilməsini Bankın mövqeyini təsdiq edən hal kimi qiymətləndirmişdir. Halbuki, cavabdeh müəyyən məbləğdə faktiki borc münasibətinin olduğunu, lakin bunun 37.200 manat deyil, 17.200 manat olduğunu bildirmişdir. Deməli, ödəniş faktı özlüyündə mübahisəli məbləğin tam həcmini sübut etmir. Ödənişin mövcudluğu yalnız müəyyən münasibətin olmasını göstərə bilər; bu, Bankın iddia etdiyi 37.200 manatın cavabdehə verildiyi nəticəsini avtomatik yaratmır. Ekspert rəyi ilkin sübutun olmamasını aradan qaldıra bilməz. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyi borcun məbləğini müqavilə üzrə 37.200 manatın verildiyi fərziyyəsi əsasında hesablamışdır. Bu rəy pulun verilməsi faktını sübut edən ilkin sübut deyil. O, yalnız müəyyən baza məlumatları doğru qəbul edildiyi halda hesablamanın nəticəsini göstərir. Əgər baza fakt - 37.200 manatın cavabdehə verilməsi - sübuta yetirilməyibsə, həmin baza əsasında hesablanmış borc nəticəsi iddianın təmin edilməsi üçün yetərli hüquqi əsas ola bilməz. Eyni ekspert rəyi ikinci variant üzrə - cavabdehə 17.200 manat verildiyi nəzərə alındıqda - əsas borcun 0,00 manat, faiz borcunun 0,00 manat, artıq ödənişin 583,82 manat olduğunu göstərmişdir. Apellyasiya məhkəməsinin bu nəticəni yalnız “583,82 manat artıq ödənişin edilməsi ağlabatan görünmür” mülahizəsi ilə kənara qoyması prosessual baxımdan qəbuledilməzdir. Məhkəmə sübutu “ağlabatan görünmür” kimi subyektiv yanaşma ilə deyil, hüquqi meyarlarla qiymətləndirməli idi. Bankın sənədləri saxlamaması cavabdehin məsuliyyətinə çevrilə bilməz Iddiaçı Bank peşəkar maliyyə təşkilatıdır. Kredit əməliyyatının həyata keçirilməsi, məxaric sənədlərinin rəsmiləşdirilməsi və saxlanılması Bankın öz üzərində olan peşəkar və hüquqi öhdəlikdir. “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın və bank sənədlərinin saxlanılmasına dair qaydaların məqsədi də məhz bank əməliyyatlarının sonradan yoxlanıla bilməsini təmin etməkdir. Aktiv və mübahisəli kredit üzrə ilkin maliyyə sənədlərinin “arxivdə saxlanılmaması” və ya “məhv edilməsi” Bankın sübutetmə yükünü aradan qaldırmır. Əksinə, ilkin sənədi təqdim edə bilməyən tərəf həmin sənədin olmamasının prosessual riskini daşımalıdır. Apellyasiya məhkəməsi bu riski tam əksinə, cavabdehin üzərinə qoymuşdur. Bu yanaşma mülki prosesdə tərəflərin bərabərliyi və sübutetmə yükünün ədalətli bölüşdürülməsi prinsiplərinə ziddir. Uzun müddət iddia qaldırılmaması və borcun tələb edilməməsi nəzərə alınmamışdır Cavabdeh 2016-cı ilin noyabr ayından sonra ödənişləri dayandırmışdır. Iddia isə yalnız ##.##.2025-ci il tarixdə qaldırılmışdır. Əgər iddiaçı Bankın iddia etdiyi kimi cavabdehin 37.200 manat kredit üzrə əhəmiyyətli məbləğdə borcu mövcud idisə, peşəkar bank təşkilatının uzun illər ərzində bu borcla bağlı real hüquqi hərəkət etməməsi məhkəmə tərəfindən ayrıca qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi bu halı iddianın əsaslılığına şübhə yaradan mühüm hal kimi qiymətləndirmiş, apellyasiya məhkəməsi isə həmin məsələyə lazımi hüquqi qiymət verməmişdir. Bundan əlavə, iş materiallarında kredit müqaviləsinin tarixi bəzi yerlərdə ##.##.2011, bəzi yerlərdə isə ##.##.2011 kimi göstərilmişdir. Bu uyğunsuzluq Bankın təqdim etdiyi sənədlərin dəqiqliyinə və etibarlılığına ehtiyatla yanaşılmasını tələb edirdi. Məhkəməmühasibat ekspertizasının 17.200 manat məbləğində kreditin verilməsi fərziyyəsi üzrə nəticəsi cavabdehin banka borcunun olmadığını, əksinə 583,82 manat artıq ödəniş olduğunu göstərmişdir. Apellyasiya məhkəməsi bu nəticəni hüquqi sübut meyarları ilə deyil, “ağlabatan görünmür” ifadəsi ilə kənara qoymuşdur. Bu, məhkəmə qətnaməsinin hüquqi əsaslandırmasını zəiflədir.

53. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1-217.4, 218 və 392-ci maddələrinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbayan Respublikasının Mülki Məcəlləsi:

55. Maddə 307.6. Ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.

56. Maddə 307.7. Ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

57. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

59. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

60. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

61. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

62. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

63. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

64. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

65. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

66. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

67. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş redaksiyada).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

74. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

81. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

83. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

84. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar