Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1592/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Cavabdeh ##.##.2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən, IXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 40 manat miqdarda inzibati cərimə olunmuşdur.
2. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli hesabatına əsasən, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin yekun qiyməti 14359 manat, güzəştli qiymət 12731,35 manat müəyyən edilmişdir.
3. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, LP***/**** nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği 12674 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7731,35 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 98 manat pulun və ekspertizanın keçirilməsi üçün çəkilmiş 200 manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin təqsirindən hadisə nəticəsində iddiaçıya məxsus olan avtomobilinə 12731,35 manat maddi zərər dəymişdir. “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmışdır. “xxxx” ASC tərəfindən sığorta ödənişi olaraq bir yol nəqliyyat hadisəsi üzrə maksimum məbləğ olan 5000 manat ödənilmişdir. Zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən qarşılansa da, qalan 7731,35 manat hissəsi ödənilməmiş qalmışdır. Yolnəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyindən avtomobilə dəymiş zərərin qalan hissəsi, yəni 7731,35 manat cavabdeh tərəfindən ödənilməlidir.
6. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-106/2025 nğmrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Etibar Quliyev) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7674 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 98 manat və mütəxəssis rəyinə görə ödənilmiş 200 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli hesabatı ilə “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyini müqayisəli şəkildə tədqiq edərək, hər iki rəyi də sübut növü kimi qiymətləndirmiş, nəticədə xxxx” MMC-nin rəyini əsas götürərək “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş zərərin ümumi həcmini 12674 manat müəyyən etmişdir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 və 1108.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
11. Apellyasiya icraatı zamanı mülki iş üzrə qiymətləndirici ekspertiza təyin edilmiş və “X1” tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisənin baş verdiyi andan sonra ##.##.2024-cü il tarixdə “xxxx” MMC tərəfindən tərtib edilmiş X3 rəyində qəza ilə əlaqələndirilməsi mümkün olmayan çoxsayılı hissələr aşkar edilmişdir və faktiki çəkilmiş xərclərə uyğun gəlmir. Qiymətləndirmə zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş təmir aktından göründüyü kimi, avtomobil “xxxx” MMC (Changan rəsmi servis) tərəfindən təmir edilib. Həmin servisdə görülmüş işlərdə qəza ilə səbəb-nəticə əlaqəsi müəyyən edilən ehtiyat hissələrinin işçilik xərclərinin dəyəri ƏDV daxil 6360,12 manat, işçilik xərcləri 1135,69 manat, ehtiyat hissələri və materiallar 5224,43 manat müəyyən edilmişdir.
12. Bundan başqa, Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən göndərilmiş ## ###### 2026-cı il tarixli məktubuna əsasən, araşdırma nəticəsində “xxxx” MMC tərəfindən tərtib edilmiş LP***/**** nömrəli hesabatda ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, qiymətləndirmə keçirilən zaman qiymətləndiricinin dəymiş zərər üzrə fəaliyyət şəhadətnaməsi mövcud olmamışdır və o cümlədən, hesabatda texniki və metodoloji uyğunsuzluqlar mövcuddur. Beləliklə, hesabat həm metodoloji, həm də hüquqi baxımdan etibarsız hesab edilmiş və bununla bağlı tədbirlərin görülməsi qərara alınmışdır.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi dəymiş ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdeh Cavabdeh vurulmuş maddi zərərə görə 1360,12 manat pul alınaraq iddiaçı X2 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına münasibətdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçı İddiaçı maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsinin istinad etdiyi “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli hesabatı ilə “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinin mötəbərliyini şübhə altında qoyan ümumi məqam da ondan ibarətdir ki, hər iki rəydə də baş vermiş qəza zamanı “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza ilə əlaqəsi müəyyən edilməyən hissələrinin də təmir-bərpa xərcləri göstərilmişdir. Iddiaçının zərərin məbləğinin ƏDV daxil olmaqla 6360,12 manat olduğu halda, cavabdehdən 12731,35 manat məbləğində zərər əsasında 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra geriyə qalan 7731,35 manatı tələb etməsi iddiaçının mülki hüquqlardan sui-istifadə etməsinə rəvac verir. Hüquqdan məqsədi xaricində istifadə etmə ədalətsiz nəticənin yaranmasına gətirib çıxara bilər. Belə ki, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər - hüquqa əsaslanmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədilə, həmçinin bir işin və ya məhkəmə qərarının əsassız olaraq icrasının gecikdirməsi məqsədilə; hazırki mübahisədə, iddiaçının bu hərəkəti əsassız məhkəmə çəkişməsi yaratmaqla, məhz cavabdehi narahat etmək, ona təzyiq etmək məqsədilə əlavə ziyan vurmaqdan ibarət olmuşdur.
16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının hüquqdan sui-istifadə edərək, hesablanmış ziyan məbləği və ödənilmiş sığorta məbləği ilə razılaşmasına baxmayaraq yenidən ziyan aktı alaraq cavabdehdən əsassız şəkildə dəymiş ziyana görə pul tələb etməsi ilə bağlı işin halları düzgün araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir.
17. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1096.2-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilən hissədə ləğv edilərək, cavabdeh Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7674 manat məbləğində pulun alınaraq liddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında mövcud sübutların kifayətliliyini nəzərə almadan, iş üzrə fəallıq göstərərək, öz təşəbbüsü ilə yenidən ekspertiza təyin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən zərərin qiymətləndirilməsi məhkəmənin seçdiyi “xxxx” MMC tərəfindən aparılmışdır. Belə ki, qiymətləndirici seçimi, ona materialların təqdim olunması və hesabatın əldə edilməsi birbaşa birinci instansiya məhkəməsinin prosessual səlahiyyətləri çərçivəsində həyata keçirilmişdir. Belə olan halda, qiymətləndiricinin dəymiş zərərin qiymətləndirilməsi üzrə müvafiq şəhadətnaməsinin olmaması və ya digər metodoloji çatışmazlıqlarına görə məsuliyyətin iddiaçının üzərinə qoyulması hüquqi baxımdan yolverilməzdir. Iddiaçı nə mütəxəssisin seçilməsində iştirak etmiş, nə də onun fəaliyyəti barədə məlumatlı olmuşdur. Bu səbəbdən, apellyasiya məhkəməsinin həmin halları nəzərə almaması iddiaçının hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
20. Bundan başqa, cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi və prosesdə passiv mövqe tutaraq işin uzanmasına şərait yaratması onun prosessual hüquqlardan sui-istifadə etdiyini göstərir. Belə davranışın məhkəmə tərəfindən nəzərə alınması və müvafiq hüquqi qiymət verilməsi zəruri idi. Birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qətnamə qəbul edilsə də, apellyasiya məhkəməsi həmin qətnaməni ləğv etmişdir. Nəticə etibarilə, iş üzrə yaranmış gecikmələr və mübahisəli məqamlar iddiaçının hərəkətlərindən deyil, məhkəmənin prosessual qərarlarından və cavabdeh tərəfin sui-istifadə xarakterli davranışlarından irəli gəlmişdir. Bu səbəbdən, göstərilən hallar vurulmuş zərərin miqdarının dəyişdirilməsi üçün əsas yarada bilməzdi.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, ... və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.