Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1593/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Mahmudov Mübariz Hecab oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Mahmudov Mübariz Hecab oğluna qarşı “qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Astara rayonu, Lələkəpeştə kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsi Mahmudov Mübariz Hecab oğlunun xüsusi mülkiyyətindədir.
3. Iş materiallarında olan Astara rayon Pensər Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** saylı arayışından görünür ki, Mahmudov Mübariz Hecab oğlunun öz evinə gediş-gəliş kimi istifadə etdiyi yol bələdiyyə balansında deyil.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Mahmudov Mübariz Hecab oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi istifadədə olan yolda qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi, ona vurulmuş maddi ziyan qismində 3000 manat pulun və 50,4 manat dövlət rüsumunun cavabdeh Mahmudov Mübariz Hecab oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayonunun Vaqo kəndindəki evində yaşayır. Cavabdeh Mahmudov Mübariz Hecab oğlu isə onunla qonşuluqda yaşayır. Həyətyanı sahələri arasında təxminən 6-7 metr enində ümumi istifadədə olan yol mövcuddur. Yolun şərq tərəfi Pensər kəndi, qərb tərəfi isə Vaqo kəndinə daxildir. Mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsində iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 202.4 m² olan yaşayış evi vardır. O torpaq sahəsini 1990-cı ildə əldə edəndən sonra həmin torpaq sahəsinin şərq tərəfində təxminən 2.2 metr hündürlüyündə çay daşından və kərpicdən daş hasar inşa etdirmişdir. Həmin daş hasara isə paralel olaraq 4 metr hündürlüyündə daş hasar inşa etdirmişdir. Daş hasarı 4 metr hündürlüyündə inşa etdirməyinin səbəbi isə onunla bağlı idi ki, sözügedən hasardan talvar kimi istifadə etmək istəyirdi. Məhz elə bu səbəbdən həmin 4 metr hündürlüyündə olan daş hasarın əks tərəfində o özünə gələcəkdə şərait yaratmaqla kənd təsərrüfatı məhsullarını və ev avadanlıqlarını saxlamaq üçün nəzərdə tutmuşdur. Qeyd etdiyi 4 metr hündürlüyündə olan daş hasar hazırkı mübahisənin predmeti deyil. Lakin, həmin 4 metr hündürlüyündə olan daş hasardan şərq tərəfdə, 1990-cı illərdə inşa etdirdiyi təxminən 2,2 metr hündürlüyündə və 30 metr uzunluğunda olan daş hasar isə hazırkı mübahisənin predmetidir. Izah edir ki, mülkiyyətində olan torpaq sahəsi tərəfindən istifadə olunduğu təxminən 35 il ərzində cavabdeh Mahmudov Mübariz Hecab oğlu qonşu olandan sonra, təxminən 1996-cı ildən başlayaraq dəfələrlə onunla və digər ailə üzvləri ilə əsassız mübahisələr yaratmaqla qanun pozuntularına yol vermiş və qonşuluqda birgə yaşayış qaydalarını pozmuşdur. Yəni o, müxtəlif vaxtlarda və dəfələrlə törətdiyi inzibati xətaya və cinayət işinə görə cəzalanmışdır. Nəhayət sonuncu dəfə, ## ###### 2025-ci ildə cavabdeh Cavabdeh heç bir əsas və səbəb olmadan ümumi istifadədə olan yola paralel olaraq inşa etdirdiyi daş hasarı sökmüşdür. Eyni zamanda qeyd edir ki, o həmin 2,2 metr hündürlüyündə olan daş hasarın üzərində 10 ədəd dəmir şiferi, qarşısındakı 4 metr hündürlüyündə olan daş hasara bərkitmişdir. Səbəb isə o idi ki, həmin divar nəm götürməsin. Təkrarən qeyd edir ki, cavabdeh Cavabdeh heç bir əsas və səbəb olmadan, yəni hüquqları pozulmadığı halda, tərəfindən inşa edilmiş daş hasarı və Finlandiyada istehsal olunmuş "Ruki" markalı (bir ədədinin qiyməti 65 manat olmuşdur) 10 ədəd dəmir şiferi sökməklə ona maddi ziyan vurmuşdur. Iddia ərizəsinə əlavə etdiyi 1 və * saylı fotoşəkillərdən (şəkillərin arxa tərəfində sayı qeyd olunub) görünür ki, ümumi yolun sol tərəfində 4 metr hündürlüyündə mövcud olan daş hasar bütövlükdə tərəfindən inşa edilmişdir. Yuxarıda qeyd etdiyi kimi o 4 metr hündürlüyündə olan daş hasarın inşasını başa çatdırarkən həmin hasardan təxminən 10-15 sm şərq tərəfdə çay daşlarından və qırmızı kərpicdən təxminən 30 metr uzunluğunda və 2,2 metr hündürlüyündə inşa edilmiş daş hasar artıq mövcud idi. Sökülən hissə də məhz 2,2 metr hündürlüyündə olan daş hasara aiddir. Eyni zamanda qeyd edir ki, həmin 4 metr hündürlüyündə olan divarın üzərində kanalizasiya borusu aşkar görünür. Həm 01, həm 02 və həm də ** saylı fotoşəkillərdə həmin kanalizasiya borusuna bərkidilmiş hissənin ayrılmış olduğu da aşkar görünür. ## ###### 2025-ci il tarixədək həyətyanı torpaq sahəsindən çirkab suları həmin boru vasitəsilə axıdılmaqla yaxın məsafədə olan və çirkab suları üçün nəzərdə tutulmuş quyuya axıdılırdı. Tərəfindən inşa edilmiş həmin quyunun üst hissəsində təhlükəsizlik tam təmin olunmuşdur. Cavabdeh Cavabdeh həmin kanalizasiya borusunun bir hissəsini söküb ayırmış və çirkab sularının təyin olunduğu yerə axıdılmasına mane olmaqla hüquqlarını pozmaqda davam edir. Yuxarıda qeyd etdiyi kimi cavabdeh Cavabdeh və onun mülkiyyətində olan torpaq sahələri arasında ümumi istifadədə olan yol mövcuddur və həmin yol iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən aydın görünür. Yəni 01 və ** saylı fotoşəkillərdən görünür ki, ümumi istifadədə olan yolun şimal hissəsində dəmir qapı quraşdırılmışdır. Məlumat üçün bildirir ki, həmin dəmir qapı da məhz cavabdeh Cavabdeh tərəfindən quraşdırılmışdır. Cavabdeh Cavabdeh həmin dəmir qapıya kilid qoydurmuşdur və açarı da özündə saxlamaqla onun gediş-gəlişinə mane olur. Hesab edir ki, həmin dəmir qapı ümumi yolun istifadəçilərinin və o cümlədən onun hüquqlarının pozulmasına səbəb olduğundan sökülməlidir. Hazırkı tələbi ilə bağlı məhkəmə iclasında araşdırma aparılarkən Astara RPŞ-də olan müvafiq materialların da alınıb işə əlavə edilməsini xahiş edir. Tərəfindən irəli sürülən tələb aşkar şəkildə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olduğundan həm sökülmüş daş hasarın və 10 ədəd dəmir şiferin, həm kanalizasiya borusunun bərpası və eləcə də dəmir qapının sökülməsi cavabdehin öz vəsaiti hesabına təmin edilməlidir. Lakin iddianın predmetindən göründüyü kimi, o həmin işlərin görülməsi ilə əlaqədar çəkiləcək xərclərin pulunu tələb edir. Hesab edir ki, işin məhkəmə iclasında cavabdeh Cavabdehla dəymiş ziyanın məbləği ilə əlaqədar aralarında razılaşma əldə olunmayacağı halda, kompleks qaydada məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi barədə qərardad qəbul edilməsi zəruridir. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Lakin, cavabdeh qonşu kimi ona hörmət bəsləməyərək mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə paralel olan ümumi yolda dəmir qapı quraşdırmış, həmin ümumi yola paralel olaraq inşa etdirdiyi daş hasarın bir hissəsini sökmüş və kanalizasiya borusunu da yarasız vəziyyətə salmışdır.
6. Məhkəmənin iclasında iştirak edən cavabdeh Mahmudov Mübariz Hecab oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının məhkəmədə verdiyi iddiaya görə heç bir sübutu yoxdur. Belə ki, iddiaçının öz evinə başqa yerdən yolu vardır və o iddia etdiyi yoldan heç vaxt istifadə etməmişdir. Həmin yoldan bir daha qeyd edir ki, o və qardaşı istifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında Azərbaycan Respublikasında Yol məfhumuna aydınlıq gətirilmiş, bir məntəqənin digər məntəqəyə getmək üçün istifadə olunan vasitə olmaqla, təsnifatı müəyyən olunmuş və yolların mülkiyyətçiləri bələdiyyə və dövlət müəyyənləşmişdir. Iddiaçı hansı yolu iddia edir ki, həmin yol onun evindən başlayır qardaşının evində qurtarır. Belə bir yol olmur və dövlət idarəsinin verdiyi rəydə də dedikləri öz əksini tapır. Belə ki, rəydə açıq aydın iddiaçının iddia etdiyi yolun mövcud olmaması müəyyən olunmuş, elektron kadastr uçotu informasiya sistemində faktiki onun və qardaşının istifadə etdiyi yol öz əksini tapsa da, yol kimi koordinatları mövcud olmamışdır. Bir daha iddiaçının dəymiş ziyanla əlaqədar tələbinə qarşı bildirir ki, o iddiaçının daş hasarını sökməmiş, iddiaçı məhkəməyə şəkil təqdim etmişsə həmin şəkildə çox güman ki, onun mişar daşından tikdiyi çəpər açıq aydın görsənir, iddiaçının iddia etdiyi çay daşından tikilmiş tikili isə sovet dövləti tərəfindən 1980-cı illərdə tikilmiş bulaq kompleksinin divarları olmuşdur və hazırda yararsız haldadır. Buna bütün kənd şahiddir. Sual olunur, həmin daş hasar yararlı idisə nə üçün iddiaçı hasar ola-ola özünə təzədən hasar tikmişdir. Iddiaçının ərizəsində açıq-aydın görsənir ki, iddiaçı ona şər və böhtan atmaqla ona qarşı iddiaçı kimi ona aid olmayan iddianı verməklə onun konstitusion hüquqlarını pozaraq onun istirahət, gəzmək və bir çox hüquqlarını məhdudlaşdırır. Odur ki, verilən iddianı qəbul etmir. Iddiaçının ona aid olmayan yolun üzərində qoyulmuş qapının və ona aid olmayan tikilinin sökülməsi üçün pul istəməsinə dair iddiasının rədd olunması və iddiaçının barəsində tədbir görülməsini xahiş etmişdir.
7. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. Lakin gediş-gəliş yolu kimi iddia edilən (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur.
8. Məhkəmə iclasında Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Qiyas Quliyev bildirmişdir ki, tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, müvafiq mütəxəssis rəyi tərtib edilərək məhkəməyə göndərilmişdir. Vermiş olduğu rəyi müdafiə etdiyini, rəydə də qeyd etdiyi kimi iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. Lakin gediş-gəliş yolu kimi iddia edilən (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur.
9. Iş materiallarında olan “xxxx” Qiymətləndirici Təşkilatının ## ####### 2025-ci il tarixli, CVN/0 **-***/** saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Astara rayonu Vaqo kəndində yerləşən tədqiqat predmetinə baxış keçirilmişdir. Təqdim edilmiş fototəsvirlər və mövcud vəziyyətə əsasən yola paralel olaraq tikilmiş daş hasarın sökülməsi nəticəsində İddiaçı dəymiş zərərin bazar qiyməti 2627.5 manat, kanalizasiya borusunun sökülmüş hissəsinin dəyəri və quraşdırılması ilə bağlı xərclər 30 manat təşkil edir. Dəmir şiferlərin mövcudluğu ilə bağlı sübutedici fototəsvirlər olmadığından dəymiş zərərin müəyyən edilməsi zamanı hesablanmamışdır.
10. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/*** nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə cavabdeh Mahmudov Mübariz Hecab oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin arasında yerləşən gediş-gəliş yolunda cavabdeh Mahmudov Mübariz Hecab oğlu tərəfindən quraşdırılmış dəmir qapının sökülməsi, cavabdeh Mahmudov Mübariz Hecab oğlu tərəfindən daş hasarın sökülməsi nəticəsində iddiaçı İddiaçı dəymiş 2627.5 manat məbləğində zərər və kanalizasiya borusunun sökülmüş hissəsinin dəyəri və quraşdırılması ilə bağlı 30 manat xərc olmaqla, ümumilikdə 2657.50 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi cavabdeh Mahmudov Mübariz Hecab oğlundan iddiaçı İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin onun özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində xərcin cavabdeh Mahmudov Mübariz Hecab oğlundan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ş.Meybullayeva).
11. Məhkəmə qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən mübahisəli yolun mövcudluğu öz əksini tapdığından və həmin yolun nə iddiaçının, nə cavabdehin, nə də bələdiyyənin mülkiyyətində olmadığı müəyyən edildiyindən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaqlar isə dövlət mülkiyyəti olduğundan həmin yolun cavabdeh tərəfindən zəbt edilməsi və yoldan istifadəyə iddiaçıya və ya digər şəxslərə maneələr yaradılması qanunsuz və əsassızdır. Iddia tələbi həmin hissədə təmin edilməklə mübahisəli yolda qanunsuz quraşdırılmış dəmir qapı cavabdehin öz hesabına sökülməlidir.
12. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçıya məxsus hasarın sökülməsi iş materiallarında olan fotoşəkillər və mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, dəymiş ziyanın məbləği hissəsində əsaslı olmamışdır. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə də, müəyyən edilir ki, daş hasarın sökülməsi nəticəsində İddiaçı dəymiş zərərin bazar qiyməti 2627.5 manat, kanalizasiya borusunun sökülmüş hissəsinin dəyəri və quraşdırılması ilə bağlı xərclər 30 manat təşkil etmişdir. Dəmir şiferlərin mövcudluğu ilə bağlı isə sübutlar qiymətləndirmə zamanı mütəxəssisə təqdim edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməklə daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin bazar qiyməti 2627.5 manat və kanalizasiya borusunun sökülmüş hissəsinin dəyəri və quraşdırılması ilə bağlı xərc 30 manat olmaqla, ümumilikdə 2657.50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Iddia tələbi qalan hissədə təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 153, 155, 157, 170-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/*** nömrəli qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmiş, mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində xərcin iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakimlər – T.Heydərov (məruzəçi) İ.Əsədov və P.Əhmədov).
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi ərazidə gediş-gəliş yolunun öz əksini tapması müəyyən edilmişdir. Lakin gediş-gəliş yolu kimi iddia edilən (faktiki naturada mövcud olan) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Bundan əlavə, araşdırma zamanı iddiaçı İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə qərb, Astara-Ələt avtomobil yolu istiqamətindən (mübahisəli ərazidən kənar) faktiki vəziyyətdə gediş-gəliş yolunun mövcud olması və həmin yoldan iddiaçının gediş-gəliş üçün istifadəsinə hər hansı maneənin olmaması müəyyən olunmuşdur. Qeyd olunan gediş-gəliş üçün avtomobil yolu Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının həmin hissədə tələbi əsassız olmaqla onun torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur və həmin yol cavabdeh tərəfindən zəbt edilməmişdir.
18. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi divarın sökülməsi nəticəsində vurulan zərərin həcmini müəyyən etsə də, həmin sökülmüş divarın hansı ərazidə yerləşməsini, iddiaçının həmin divarın sökülməsi nəticəsində ona maddi ziyan dəyməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasını, həmin divarın ümumiyyətlə cavabdeh tərəfindən sökülüb-sökülməməsini araşdırmamış, əskində iddiaçının izahatı əsasında mübahisəli divarın cavabdeh tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Halbuki cavabdeh iddiaya etirazında da həmin divarın sökülməsindən xəbəri olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianın bu hissəsində də işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə qəbul etmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəlləsinin 6, 152, 238-ci, Torpaq Məcəlləsinin 47, 68, 84, 55, 111-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin dəlilləri və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehin delikt törətməklə iddiaçıya maddi ziyan vurması aşkar olsa da, Mülki Məcəllənin 1096-cı maddəsinin tələbləri qanunsuz olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən pozulmuş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 9cu maddəsinin tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün araşdırmanı tam və düzgün aparmamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
23. Maddə 13 (İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 6.1. Dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir.
26. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasınin Torpaq Məcəlləsi
29. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir.
30. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
31. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
32. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.