Məhkəmə qərarları › İş №2(1-8)-1601/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1601/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1601/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər cavabdeh6, cavabdeh2, cavabdeh1 cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı iddia üzrə QƏRAR İ (Açar sözlər: kassasiyanın baxışdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər cavabdeh6, cavabdeh2, cavabdeh1 cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi müəyyən etdi:

1. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Isayev) iddia qismən təmin edilmiş, ***R********** saylı kredit müqaviləsi üzrə cavabdehlər cavabdeh6, cavabdeh2, cavabdeh1 Adışırın oğlu, cavabdeh3, cavabdeh4 və cavabdeh5 müştərək qaydada 18688.17 manat məbləğində kredit borcu, 8518.23 manat məbləğində faiz borcu və 1860 manat məbləğində cərimə borcu olmaqla, cəmi 29066.40 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin müştərək qaydada cavabdeh6, cavabdeh2, cavabdeh1 Adışırın oğlu, cavabdeh3, cavabdeh4 və cavabdeh5 tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), A.Novruzova və T.Heydərov) cavabdeh cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və faiz borcunun 5.404,60 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərcinə görə, əlavə olaraq 238 manat məbləğində pul vəsaitinin cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

3. Cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

5. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh cavabdeh1 kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

6. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

7. Hazırkı iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, cavabdeh cavabdeh1 apellyasiya şikayəti verməmiş, işə apellyasiya instansiyası məhkəməsi digər cavabdeh cavabdeh2 şikayətinə əsasən baxılaraq, qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və faiz borcunun 5.404,60 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Beləliklə, müəyyən olunur ki, cavabdeh cavabdeh1 apellyasiya instansiyası məhkəməsindən tələbi olmamış və bu səbəbdən MPM-in 403.1-ci maddəsinə uyğun olaraq, onun kassasiya şikayəti vermək hüququ olmamışdır.

9. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən onun vəziyyətini ağırlaşdıran, üzərinə əlavə öhdəlik qoyan qətnamə qəbul edilməmiş, əksinə birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilən faiz borcu məbləğini azaltmışdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edildiyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417, 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh cavabdeh1 kassasiya şikayətinin icraata götürülməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar