Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1659/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və Bakı şəhəri cavabdeh1ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC və işdə iştirak etməyən şəxs “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) dəyəri olan 27000 manat pulun və vurulmuş mənəvi zərərə görə 2000 manat pulun, cəmi 29000 manat məbləğində pulun cavabdehlər cavabdeh2 MMC-dən və Bakı şəhəri cavabdeh1dən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 manatının cavabdehlər cavabdeh2 MMC-dən və Bakı şəhəri cavabdeh1dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə cavabdeh Bakı şəhəri cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Bakı şəhəri cavabdeh1ə aid hissədə ləğv edilmiş, iddiaçının cavabdeh Bakı şəhəri cavabdeh1ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2024cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi baxılan hissədə (qismən) ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və Bakı şəhəri cavabdeh1ə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası (apellyasiya baxışı predmeti olan) cavabdeh cavabdeh1ə aid hissədə rədd edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmaması əsası ilə qeyri-mümkün hesab edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti eyni əsasla qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh cavabdeh2 MMC təkrarən, habelə işdə iştirak etməyən “xxxx” MMC ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, hər iki kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdeh cavabdeh2 MMC tərəfindən kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmişdir.
12. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdehin etibarnamə əsasında nümayəndəsi, vəkil vəkil2 “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir.
13. Belə olan halda, Mülki Prosessual Məcəllənin 128.3, 129.1 və 405.0.1-ci maddələrinə əsasən həmin cavabdehə münasibətdə qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı ## ###### 2025-ci ildən başlamış və son tarixi ## ###### 2026-cı il olmuşdur.
14. Hazırkı iş üzrə cavabdeh tərəfindən ilk dəfə kassasiya şikayəti ## ###### 2026-cı il tarixdə verilmişdir ki, prosessual müddətin bitməsinə 1 gün qalmışdır. Lakin, yuxarıda qeyd olunduğu kimi, həmin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, müvafiq qərardad həmin tarixdə tərəflərin “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmişdir.
15. Cavabdeh cavabdeh2 MMC-nin hazırkı kassasiya şikayəti isə 11 gün sonra, ## ##### 2026-cı il tarixdə verilməklə, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi ilə müəyyən olunan prosessual müddəti ötürmüş və bu müddətin üzrlü səbəblərdən buraxılmaqla bərpa edilməsi üçün müvafiq vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etməmişdir.
16. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.