Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1694/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü; şikayət verilməsi nəzərdə tutulmayan qərardad. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli 2026-cı il # ###### tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Ardınca, iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Iddiaçı həmin qərardaddan da kassasiya şikayəti vermişdir. Bu dəfə, Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin kassasiya şikayəti geri qaytarılmışdır. Iddiaçı qeyd olunan sonuncu qərardaddan da kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti bu dəfə də geri qaytarılmışdır. Bundan sonra, iddiaçı həmin qərardaddan da kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti bir daha geri qaytarılmışdır. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, şikayət vəkil tərəfindən tərtib edilməmiş, order şikayətə əlavə olunmamışdır. Indi, iddiaçı apellyasiya instansiyası məhkəməsinin sonuncu – ##.##.2026-cı il tarixli qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsi və dövlət hesabına vəkilin prosesdə iştirakının təmin olunmasını xahiş edir. Bununla bərabər, o, məhkəmə tərkibinə etiraz də təqdim etmişdir. Mülki Prosessual Məcəllənin (MPM) 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə tərkibi bildirir ki, etirazın məzmununda onu əsaslandıracaq hər hansı sübut müəyyən edilməmişdir. Odur ki, ərizə baxılmamış saxlanılmalıdır. Kassasiya şikayətinə gəldikdə isə məhkəmə tərkibi bildirir ki, iddiaçının şikayət verdiyi apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi qanunverciliklə nəzərdə tutulmamışdır. Belə ki, MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadların dairəsi dəqiq müəyyən edilmişdir. Bu siyahı qapalı olmaqla, burada sadalanmayan qərardadlardan kassasiya şikayəti verilməsi yolverilməzdir. Qanunvericinin bu məhdudiyyəti müəyyən etməkdə məqsədi kassasiya icraatının predmeti olan məhkəmə aktlarını dəqiqləşdirmək, yalnız hüquqi baxımdan mühüm nəticələr doğuran prosessual qərardadlara münasibətdə kassasiya nəzarətini təmin etmək və prosessual qənaətliyi qorumaqdır. Prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkəmə tərkibinə edilmiş etiraz baxılmamış saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-1694/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1694/2026
17.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver