Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1726/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: avtomobilə dəymiş ziyana görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Skoda Super B” markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində İddiaçı mülkiyyət hüququ həmin tarixdə qeydiyyata alınmışdır.
2. ##.##.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizama əsasən, Cavabdeh “Skoda Super B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 24 ay müddətində hər ay 375 manat ödəmək şərti ilə İddiaçı direktoru olduğu “xxxx” MMC-dən təhvil almışdır.
3. “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” ƏN–VII seriyalı ****** nömrəli ##.##.2024-cü il tarixli etibarnaməyə əsasən, mülkiyyətçisinin İddiaçı olan “Skoda Super B” minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək hüququ Cavabdeh etibar edilmişdir.
4. İnzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli TP ******* nömrəli qərara əsasən, Cavabdeh ##.##.2024-cü il tarixdə 17:00-da Kürdəmir rayonu Mollakənd kəndi ərazisində “Skoda Super B” minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
5. “Express Servis” tərəfindən verilmiş, tarix göstərilməyən qüsur aktına əsasən, “Skoda Super B” markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobilə 9.040 manat ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan satın aldığı “Skoda Super B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3 ay ərzində 2024-cü il oktyabr ayından 2025-ci ilin yanvar ayına qədər olan müddət üçün hər ay 375 manat olmaqla hesablanmış 1.125 manat məbləğin 9.000 manat avtomobilin dəyərinin və 130 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin satın aldığı “Skoda Super B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə dəymiş maddi ziyanın – 9.000 manat məbləğində pulun və ödənilmiş olan 130 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus “Skoda Super B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 24 ay müddətində hər ay 375 manat olmaqla cavabdehə satmışdır. Cavabdeh ona zəng edərək avtomaşının qəzaya uğramasını bildirmişdir. Qəza nəticəsində maşına ciddi zərər vurulub və maşın yararsız vəziyyətdədir. Hal-hazırda avtomobil dayanacaqda yerləşdirilib. Cavabdeh hərəkətlərindən belə məlum olur ki avtomobilə dəymiş ziyanı ödəmək fikri yoxdur.
9. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz vermiş və etirazında göstərilmişdir ki, O, iddianı qəbul etmir. Bildirir ki, sözü gedən avtomobil əvvəl onun olmuş, lakin pul lazım olduğu üçün o, həmin avtomobili iddiaçının adına keçirdərək əvəzində ondan 4.000 manat pul götürmüşdür. Hazırda iddiaçı heç bir əsas olmadan ondan şişirdilmiş pul məbləği istəyir. Qeyd edir ki, həmin avtomobil iddiaçının özündədir və həmin avtomobili çox az məbləğlə təmir etmək olar. Ona görə də hesab edir ki, iş üzrə ədalətli qətnamə qəbul olunması üçün ekspertiza təyin olunmalıdır.
10. Məhkəmə tərəfindən iş üzrə avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, “xxxx” MMC-dən aldığı ##.##.2025-ci il tarixli UNİ/M **-***/**** saylı ekspert rəyindən görünür ki, “Skoda Super B” minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ehtiyat hissələri və təmir xərcləri ilə birgə 8.100 manat təşkil edir. Ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır. “Skoda Super B” minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin dəyəri “Express Servis” - X1 (VÖEN **********) tərəfindən verilmiş qüsur aktında göstərilən qiymətlərə uyğundurmu? Aparılmış hesablamalar və təhlillərə əsasən “Skoda Super B” minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan hissələrin dəyəri 5.500 manat və həmin hissələrə aid görüləcək işlərin (işçilik haqqı) dəyəri 2.600 manat, ümumilikdə 8.100 manat, “Express Servis'’ - X1 (VÖEN:**********) tərəfindən verilmiş qüsur aktında göstərilən yalnız ehtiyat hissələrin dəyəri 9.040 manat, qiymətləndirici-ekspertlər tərəfindən hesablanmış ehtiyat hissələrinin bazar dəyərindən (5.500 manat) 40% artıq hesablanmışdır. Əgər uyğun deyilsə, göstərilən hissələrin (detalların) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri nə qədərdir? “Skoda Super B” minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələri və ona aid görüləcək işlərin (xidmətlərin) dəyəri: 8.100 manat təşkil edir. Ekspert rəyi X9, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır.
11. İmişli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Mahmud) iddia qismən təmin edilərək “Skoda Super B” minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 8.100 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 101 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, “xxxx” MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 300 manat məbləğində pul vəsaitinin 270 manat hissəsinin Cavabdeh, qalan 30 manat hissəsinin isə İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi işin halları ilə bağlı müəyyən etmişdir ki, ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Skoda Super B” markalı **- FL-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində İddiaçının mülkiyyət hüququ həmin tarixdə qeydiyyata alınmışdır. “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” ƏN –VII seriyalı ****** nömrəli ##.##.2024-cü il tarixli etibarnaməyə əsasən mülkiyyətçisinin iddiaçı İddiaçı olan “Skoda Super B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək hüququ cavabdeh Cavabdeh etibar edilmişdir. Cavabdeh həmin avtomobili idarə edərkən qəza törətmiş ##.##.2025-ci il tarixli ##.##.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, Cavabdeh ##.##.2024cü il tarixdə 17:00-da Kürdəmir rayonu Mollakənd kəndi ərazisində “Skoda Super B” minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, nəticədə 100 manat məbləğində cərimə edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, “Skoda Super B” Minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş 8.100 manat məbləğində ziyanın iddiaçıya ödənilməsi hissəsində iddiaçının iddia tələbi qanuni və əsaslıdır.
14. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, Mülki Məcəllənin 14.2, 14.1, 14.2.6, 21, 1096.1, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia edilən avtomobil özünə məxsus olmuş və etibarnamə ilə onu heç kimə verməmişdir. Xəbəri olmadan avtomobil iddiaçının adına qeyri-qanuni olaraq keçirilib. Avtomobilə cüzi ziyan dəyib və o, hazırda iddiaçının istifadəsindədir. Alğı-satqı müqaviləsinə imza etməmişdir. Avtomobil öz əmlakıdır, lakin adından qeyri-qanuni çıxarılmışdır. Məhkəmə işə birtərəfli və qeyri-obyektiv baxmışdır. Məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticə çıxarmışdır.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən məruzəçi), Mahir Əsədli və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasında iş üzrə icraatın dayandırılması ilə bağlı bildirdiyi arqumentlərə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, X3 X2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki iş hazırkı mübahisə üzrə icraatın dayandırılması üçün qanunla nəzərdə tutulmuş prosessual əsaslar mövcud deyildir.
19. Məhkəmə tərkibi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş, eləcə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
20. X3 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 21, 386.11096, 1097-ci və Mülki Prosessual Məcəllənin 14, 76, 89, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdehin təqsir məsələsini müstəqil araşdırmamış, inzibati xəta üzrə sənədlərdə göstərilən halları avtomatik qaydada mülki-hüquqi məsuliyyət üçün kifayət hesab etmişdir. Halbuki mülki-hüquqi məsuliyyət məsələsi ayrıca araşdırılmalı, təqsirin mövcudluğu və həddi konkret sübutlar əsasında müəyyən edilməli idi. Bu edilmədiyindən maddi hüquq normasının düzgün tətbiqi təmin olunmamışdır.
24. Məhkəmə zərərin məbləğini müəyyən edərkən yalnız ekspert rəyinə istinad etmiş, lakin həmin rəyin əsaslandığı məlumatların düzgünlüyünü və obyektivliyini araşdırmamışdır. Avtomobilin qəza tarixindəki bazar dəyəri, amortizasiya səviyyəsi, ehtiyat hissələrinin real bazar qiymətləri və təmir xərclərinin iqtisadi əsaslılığı müəyyən edilməmişdir. Nəticədə iddiaçının həqiqətən hansı məbləğdə zərərə məruz qalması tam müəyyən edilmədən zərərin əvəzinin tutulması barədə nəticəyə gəlinmişdir. Bu isə zərərin müəyyən edilməsi ilə bağlı maddi hüquq normalarının düzgün tətbiq olunmamasına səbəb olmuşdur.
25. Delikt məsuliyyətinin yaranması üçün hüquqazidd hərəkətin mövcudluğu, zərərin vurulması, təqsir və həmin hərəkətlə zərər arasında səbəbli əlaqə sübut edilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə bu elementlərin hər birini ayrıca araşdırmadan və qiymətləndirmədən cavabdehin məsuliyyət daşıdığı nəticəsinə gəlmişdir. Xüsusilə səbəbli əlaqə və zərərin məhz cavabdehin hərəkətləri nəticəsində hansı həcmdə yaranması tam müəyyən edilməmişdir. Beləliklə, Mülki Məcəllənin 1096-cı maddəsi formal tətbiq edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi avtomobilin dövlət qeydiyyat şəhadətnaməsində iddiaçının adının göstərilməsini onun mülkiyyət hüququnun mübahisəsiz sübutu kimi qəbul etmişdir. Halbuki iş materiallarından və cavabdehin izahatlarından görünür ki, tərəflər arasında həmin avtomobilin əldə olunması, faktiki sahibliyi və iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı ciddi mübahisə mövcuddur. Məhkəmə avtomobilin hansı vəsait hesabına əldə edilməsini, faktiki istifadəçisinin kim olmasını, tərəflər arasında mövcud olmuş hüquqi münasibətlərin mahiyyətini və avtomobilin iddiaçının adına keçirilməsinin səbəblərini araşdırmadan yalnız qeydiyyat faktına əsaslanaraq mülkiyyət hüququ barədə nəticəyə gəlmişdir. Bu isə mülkiyyət hüququnun yaranması və həyata keçirilməsi ilə bağlı maddi hüquq normalarının natamam tətbiq edilməsinə səbəb olmuşdur.
27. Sübutlar məcmu halında deyil, ayrı-ayrılıqda və birtərəfli qaydada qiymətləndirilmişdir. Məhkəmə ekspert rəyini üstün sübut kimi qəbul etmiş, lakin cavabdehin mövqeyini təsdiq edə biləcək digər sübutları təhlil etməmişdir. Sübutların hərtərəfli qiymətləndirilməməsi nəticəsində iş üzrə düzgün nəticəyə gəlinməsi mümkün olmamışdır.
28. Cavabdeh tərəfindən irəli sürülmüş etirazların və təqdim edilmiş dəlillərin mahiyyəti üzrə qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə cavabdehin əsas arqumentlərini sadəcə qəbul etmədiyini göstərmiş, lakin həmin arqumentlərin hansı səbəbdən əsassız hesab olunmasını hüquqi və faktiki baxımdan əsaslandırmamışdır. Nəticədə tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulmuşdur.
29. İşə baxılmasının mümkün olmaması başqa iş üzrə qəbul ediləcək qərardan asılı olduqda məhkəmə icraatı dayandırmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya qarşı həmin avtomobillə bağlı müqavilələrin ləğv olunması barədə iddia qaldırılmış və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia icraata qəbul edilmişdir. Həmin iş üzrə müəyyən ediləcək hallar avtomobilin hüquqi mənsubiyyətinə və iddiaçının tələb hüququna birbaşa təsir göstərir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi icraatı dayandırmamış və nəticəsi hazırkı iş üçün preyudisial əhəmiyyət daşıyan mübahisə yekunlaşmadan qətnamə qəbul etmişdir. Bu isə iş üzrə qəbul edilmiş məhkəmə aktının qanuniliyinə ciddi təsir göstərən prosessual pozuntudur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
31. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində
45. müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
58. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.